Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3400/2024 07.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi və s.” tələblərinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi və s.” tələblərinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1391-22 saylı, xx.xx.2022-ci il tarixli, 1428-22 saylı və xx.xx.2022-ci il tarixli, 1391/1-22 saylı müqavilələrin ləğv edilməsi, xx.xx.2022-ci il tarixli, 1391-22 saylı müqaviləyə əsasən ƏDV daxil 156.400 (bir yüz əlli altı min dörd yüz) manat, 19 (on doqquz) qəpik, xx.xx.2022-ci il tarixli, 1428-22 saylı müqaviləyə əsasən ƏDV daxil 12.138 (on iki min bir yüz otuz səkkiz) manat, 74 (yetmiş dörd) qəpik, xx.xx.2022-ci il tarixli, 1391/1-22 saylı müqaviləyə əsasən ƏDV daxil 35.927 (otuz beş min doqquz yüz iyirmi yeddi) manat, 83 (səksən üç) qəpik olmaqla, cəmi 204.466 (iki yüz dörd min dörd yüz altmış altı) manat, 76 (yetmiş altı) qəpik məbləğində pulun Cavabdehndən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli 1391-22 saylı, xx.xx.2022-ci il tarixli 1428-22 saylı və xx.xx.2022-ci il tarixli 1391/1-22 saylı müqavilələr bağlanmışdır. xx.xx.2022-ci il tarixli 1391-22 saylı Daşınmaz əmlakın icarəyə verilməsi haqqında Müqavilənin şərtlərinə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə 1.750,87 kv.m qeyri-yaşayış sahəsi icarəyə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən (müqavilənin 3.1. bəndi) Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixdən etibarən aylıq ƏDV xaric 14.018,95 (on dörd min on səkkiz, 95 qəpik) manat məbləğdə icarə haqqı ödənilməlidir. Sözügedən ödənişlər ilə bağlı "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə müvafiq elektron qaimələr təqdim edilmişdir və həmin elektron qaimələr Cavabdeh MMC tərəfindən qəbul edilməsinə baxmayaraq Cavabdeh MMC müqaviləni şərtlərini pozaraq ödənişlər hayata keçirməmişdir. xx.xx.2022-ci il tarixli 1391-22 saylı Daşınmaz əmlakın icarəyə verilməsi haqqında Müqavilənin şərtlərinə əsasən Cavabdeh MMC tərəfindən icarə haqqı ödənişləri gecikdirildiyi təqdirdə və bu hal 10 gün ərzində aradan qaldırılmadığı halda "xxxx" MMC xx.xx.2022-ci il tarixli 1391-22 saylı Müqaviləyə bir tərəfli qaydada xitam vermək hüququna malikdir. xx.xx.2022-ci il tarixli 1428-22 saylı Daşınmaz əmlakın icarəyə verilməsi haqqında Müqavilənin şərtlərinə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə 100.73 kv.m qeyri-yaşayış sahəsi icarəyə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən (müqavilənin 3.1. bəndi) Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixdən etibarən aylıq ƏDV xaric 1.061,45 (bir min altımış bir, 45 qəpik) manat məbləğdə icarə haqqı ödənilməlidir. Sözügedən ödənişlər ilə bağlı "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə müvafiq elektron qaimələr təqdim edilmişdir və həmin elektron qaimələr Cavabdeh MMC tərəfindən qəbul edilməsinə baxmayaraq Cavabdeh MMC müqavilənin şərtlərini pozaraq ödənişlər hayata keçirilməmişdir. xx.xx.2022-ci il tarixli 1428-22 saylı Daşınmaz əmlakın icarəyə verilməsi haqqında Müqavilənin şərtlərinə əsasənCavabdeh MMC tərəfindən icarə haqqı ödənişləri gecikdirildiyi təqdirdə və bu hal 10 gün ərzində aradan qaldırılmadığı halda "xxxx" MMC xx.xx.2022-ci il tarixli 1428-22 saylı Müqaviləyə bir tərəfli qaydada xitam vermək hüququna malikdir. xx.xx.2022-ci il tarixli 1391/1-22 saylı Müqavilənin şərtlərinə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə müqavilə ilə şərtləşdirilmiş xidmətlər göstərilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən (müqavilənin 3-cü bəndi) Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixdən etibarən aylıq ƏDV xaric 3.501,74 (üç min beş yüz bir, 74 qəpik) manat məbləğdə xidmət haqqı ödənilməlidir. Sözügedən ödənişlər ilə bağlı "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə müvafiq elektron qaimələr təqdim edilmişdir və həmin elektron qaimələr Cavabdeh MMC tərəfindən qəbul edilməsinə baxmayaraq müqavilənin şərtləri pozularaq ödənişlər hayata keçirilməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 685.2.-ci maddəsinə əsasən kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: - 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; - 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. - 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli 1391-22 saylı, xx.xx.2022-ci il tarixli 1428-22 saylı və xx.xx.2022-ci il tarixli 1391/1-22 saylı müqavilələr bağlanmışdır.
10. Göründüyü kimi, iddia tərəflər arasında bağlanmış 3 müqavilənin ləğv edilməsi və xx.xx.2024-cü il tarixinədək yaranmış icarə haqqı və xidmət haqqı borcunun ödənilməsi tələbi ilə bağlıdır.
11. Məhkəmə, tərəflər arasında bağlanmış müqavilələr üzrə tələblərə ayrı-ayrılıqda qiymət verilməsini zəruri hesab edir.
12. "xxxx" MMC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1391-22 saylı Daşınmaz əmlakın icarəyə verilməsi haqqında Müqavilənin 1.1-ci bəndinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Mərdəkan şossesinin cənub-şərq hissəsində yerləşən, ümumi sahəsi 11,109,66 kv.m təşkil edən “X1”ə məxsus daşınmaz əmlakın tərkib hissəsi olan 697,95 kv.m zirzəmi sahəsi və birinci mərtəbədə yerləşən 1.052,92 kv.m sahə olmaqla, ümumilikdə 1.750,87 kv.m-dən ibarət olan, 2-ci blokda yerləşən 25-34 nömrəli mağazaları icarəçiyə icarəyə verməyi, icarəçi isə icarəyə verilən əmlakı qəbul edib icarə haqqını və digər ödənişləri bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə icarəyəverənə ödəməyi öhdəsinə götürmüşdür.
13. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixdən etibarən aylıq ƏDV xaric 14.018,95 manat məbləğdə icarə haqqı ödənilməlidir.
14. İddiaçı tərəf xx.xx.2022-ci il tarixli 1391-22 saylı icarə müqaviləsi üzrə tələbini təsdiq edən sübutlar kimi, cavabdehə göndərilmiş aşağıdakı elektron qaimələrə istinad edir. 1.xx.xx.2023-cü il tarixli EBDK seriyalı 229083 nömrəli dəyəri 16.542,36 manat,
2. xx.xx.2023-cü il tarixli EBDK seriyalı 229978 nömrəli dəyəri 16.542,36 manat, 3.xx.xx.2023-cü il tarixli EBDL seriyalı 277522 nömrəli dəyəri 16.542,36 manat, 4.xx.xx.2023-cü il tarixli EBDN seriyalı 416776 nömrəli dəyəri 16.542,36 manat, 5.xx.xx.2023-cü il tarixli EBDP seriyalı 649171 nömrəli dəyəri 16.542,36 manat, 6.xx.xx.2023-cü il tarixli EBDR seriyalı 894465 nömrəli dəyəri 16.542,36 manat, 7.xx.xx.2023-cü il tarixli EBDU seriyalı 297442 nömrəli dəyəri 16.542,36 manat, 8.xx.xx.2024-cü il tarixli EBDW seriyalı 565192 nömrəli dəyəri 16.542,36 manat, 9.xx.xx.2024-cü il tarixli EBDY seriyalı 031354 nömrəli dəyəri 16.542,36 manat, 10.xx.xx.2024-cü il tarixli EBDZ seriyalı 814946 nömrəli dəyəri 16.542,36 manat,
15. Göründüyü kimi, yuxarıda sadalanmış elektron qaimələrin sadə riyazi hesablama ilə ümumi məbləği 165.423,6 manat təşkil edir.
16. İddiaçı cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli 1391-22 saylı icarə müqaviləsinə əsasən əsas borc üzrə xx.xx.2023-cü il tarixdə 6.500 manat, ƏDV borcu üzrə xx.xx.2023-cü il tarixdə 1.170 manat, xx.xx.2023-cü il tarixdə 1.353,41 manat ödənildiyini bildirir.
17. Göründüyü kimi, xx.xx.2022-ci il tarixli 1391-22 saylı icarə müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə cavabdehin 165.423,6 manat ödənilməli icarə haqqı olmuş və qeyd edilmiş borcdan da, cavabdeh cəmi 9.023,41 manat ödəniş etmiş və ödənilməmiş 156.400,19 (165.423,6-9.023,41) manat məbləğində borcu qalmışdır.
18. Ona görə də, Məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli 1391-22 saylı icarə müqaviləsi üzrə 156.400,19 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
19. "xxxx" MMC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1428-22 saylı Daşınmaz əmlakın icarəyə verilməsi haqqında müqavilənin 1.1-ci bəndinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Mərdəkan şossesinin cənub-şərq hissəsində yerləşən, ümumi sahəsi 11,109,66 kv.m təşkil edən “X1”ə məxsus daşınmaz əmlakın tərkib hissəsi olan 44,95 kv.m zirzəmi sahəsi və birinci mərtəbədə yerləşən 55,78 kv.m sahə olmaqla, ümumilikdə 100,73 kv.m-dən ibarət olan, 2ci blokda yerləşən 24 nömrəli mağazanı icarəçiyə icarəyə verməyi, icarəçi isə icarəyə verilən əmlakı qəbul edib icarə haqqını və digər ödənişləri bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə icarəyəverənə ödəməyi öhdəsinə götürmüşdür.
20. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixdən etibarən aylıq ƏDV xaric 1.061,45 (bir min altımış bir, 45 qəpik) manat məbləğdə icarə haqqı ödənilməlidir.
21. İddiaçı tərəf xx.xx.2022-ci il tarixli 1428-22 saylı icarə müqaviləsi üzrə tələbini təsdiq edən sübutlar kimi iş materiallarına aşağıdakı elektron qaimələri əlavə etmişdir:
1. xx.xx.2023-cü il tarixli EBDK seriyalı 229706 nömrəli dəyəri 1.252,51 manat,
2. xx.xx.2023-cü il tarixli EBDK seriyalı 228575 nömrəli dəyəri 1.252,51 manat,
3. xx.xx.2023-cü il tarixli EBDL seriyalı 265969 nömrəli dəyəri 1.251,98 manat,
4. xx.xx.2023-cü il tarixli EBDN seriyalı 411210 nömrəli dəyəri 1.251,98 manat,
5. xx.xx.2023-cü il tarixli EBDP seriyalı 640556 nömrəli dəyəri 1.251,98 manat,
6. xx.xx.2023-cü il tarixli EBDR seriyalı 894977 nömrəli dəyəri 1.251,98 manat,
7. xx.xx.2023-cü il tarixli EBDU seriyalı 297760 nömrəli dəyəri 1.251,98 manat,
8. xx.xx.2024-cü il tarixli EBDW seriyalı 565267 nömrəli dəyəri 1.251,98 manat,
9. xx.xx.2024-cü il tarixli EBDY seriyalı 031148 nömrəli dəyəri 1.251,98 manat,
10. xx.xx.2024-cü il tarixli EBDZ seriyalı 814903 nömrəli dəyəri 1.251,98 manat, 11.12. xx.xx.2023-cü il tarixli EBDR seriyalı 895339 nömrəli dəyəri 237,18 manat,
22. Göründüyü kimi, yuxarıda sadalanmış elektron qaimələrin sadə riyazi hesablama ilə ümumi məbləği 12.520,86 manat təşkil edir.
23. İddiaçı tərəf qeyd edilən müqavilə üzrə ƏDV borcu üzrə xx.xx.2023-cü il tarixdə 191,06 və 191,06 manat ödəniş edildiyini bildirir.
24. Göründüyü kimi, xx.xx.2022-ci il tarixli 1428-22 saylı icarə müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə cavabdehin 12.520,86 manat ödənilməli icarə haqqı olmuş və qeyd edilmiş puldan, cəmi 382,12 (191,06+191,06) ƏDV borcu ödənmişdir.
25. Ona görə də, Məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2022-ci il tarixli 1428- 22 saylı icarə müqaviləsi üzrə ödənilməmiş 12.138,74 (12.520,86-382,12) manat borcu qalmışdır və qeyd edilən məbləğdə pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
26. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1391/1-22 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Mərdəkan şossesinin cənub-şərq hissəsində yerləşən, ümumi sahəsi 11,109,66 kv.m təşkil edən “X1”ə məxsus daşınmaz əmlakın tərkib hissəsi olan 697,95 kv.m zirzəmi sahəsi və birinci mərtəbədə yerləşən 1.052,92 kv.m sahə olmaqla, ümumilikdə 1.750,87 kv.m-dən ibarət olan, 2-ci blokda yerləşən 25-34 nömrəli mağazaların istismarı üzrə bu müqavilənin 1.2-ci bəndində qeyd olunmuş xidmətləri (sahənin təhlükəsizliyinin təmin edilməsi, 24 saat ərzində kamera müşahidəsi, icarəyə verilən əmlakda kompleks təmizlik işlərinin aparılması, rüblük fasadın yuyulması, fasadın və ərazinin işıqlandırılması və s.) göstərməyi, sifarişçi isə öz növbəsində göstərilən xidmət müqabilində razılaşdırılmış məbləğdə pul vəsaitini ödəməyi öhdələrinə götürürlər.
27. Həmin müqavilənin 3-cü bəndinə əsasən qiymət sahənin 1 kv.metri üçün ƏDV xaric 2 manat olmaqla 1 təqvim ayı üçün 3,501,74 manat müəyyən edilir.
28. Məhkəmə qeyd edir ki, müqavilənin məzmununa və tərəflər arasında formalaşmış olan işgüzar münasibətlərə nəzər yetirildiyində aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, iddiaçı tərəf 5 ədəd nəqliyyat vasitəsi ilə, sürücüləri də, iddiaçının özü verməklə işğaldan azad olunmuş rayonlarda qum, şeben kimi malların daşımasını həyata keçirdiklərini bildirmirmişdir. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.
29. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
30. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
31. İddiaçı tərəf xx.xx.2022-ci il tarixli 1391/1-22 saylı icarə müqaviləsi üzrə xidmətlərin göstərildiyini təsdiq edən sübutlar kimi iş materiallarına aşağıdakı elektron qaimələri əlavə etmişdir:
1. xx.xx.2023-cü il tarixli EBDK seriyalı 291587 nömrəli dəyəri 4.132,05 manat,
2. xx.xx.2023-cü il tarixli EBDK seriyalı 272778 nömrəli dəyəri 4.132,05 manat, 3.xx.xx.2023-cü il tarixli EBDL seriyalı 278470 nömrəli dəyəri 4.132,05 manat, 4.xx.xx.2023-cü il tarixli EBDN seriyalı 417574 nömrəli dəyəri 4.132,05 manat, 5.xx.xx.2023-cü il tarixli EBDP seriyalı 649481 nömrəli dəyəri 4.132,05 manat, 6.xx.xx.2023-cü il tarixli EBDR seriyalı 893955 nömrəli dəyəri 4.132,05 manat, 7.xx.xx.2023-cü il tarixli EBDU seriyalı 297134 nömrəli dəyəri 4.132,05 manat, 8.xx.xx.2024-cü il tarixli EBDW seriyalı 565180 nömrəli dəyəri 4.132,05 manat, 9.xx.xx.2024-cü il tarixli EBDY seriyalı 031345 nömrəli dəyəri 4.132,05 manat, 10.xx.xx.2024-cü il tarixli EBDZ seriyalı 814955 nömrəli dəyəri 4.132,05 manat.
32. Göründüyü kimi, yuxarıda sadalanmış elektron qaimələrin sadə riyazi hesablama ilə ümumi məbləği 41.320,5 manat təşkil edir.
33. İddiaçı tərəf xx.xx.2022-ci il tarixli 1391/1-22 saylı icarə müqaviləsinə əsasən ƏDV borcu üzrə xx.xx.2023-cü il tarixdə 630,31 manat və 630.31 manat məbləğində ödənişlər edildiyini bildirir.
34. Göründüyü kimi, cavabdehin qeyd edilmiş müqavilə üzrə xx.xx.2024-cü il tarixinə ödənilməli 41.320,5 xidmət haqqı olmuşdur və bu məbləğdən ƏDV borcu olaraq cəmi 1.260,62 (630,31+630,31) manat məbləğində ödəniş etmişdir.
35. İddiaçının qeyd edilmiş müqavilə üzrə 35.927,83 manat pulun tələb etməsi halını nəzərə alaraq Məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli 1391/1-22 saylı icarə müqaviləsi üzrə 35.927,83 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
36. Bundan başqa Məhkəmə, hesab edir ki, qeyd edilmiş müqavilələrin şərtləri Cavabdeh MMC tərəfindən əhəmiyyətli dərəcədə pozulduğundan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1391-22 saylı, xx.xx.2022-ci il tarixli, 1428-22 saylı və xx.xx.2022-ci il tarixli, 1391/1-22 saylı müqavilələr ləğv edilmiş hesab edilməlidir.
37. İşdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq xx.xx.2024cü il tarixdə, ********** nömrəli qəbzə əsasən 575 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
38. Lakin Məhkəmə hesab edir ki, iddia tələbinin həcmi azaldıldığı üçün təmin olunmuş iddia tələbi üzrə dövlət rüsumunun əvəzi olaraq 494,47 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
39. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
40. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1391-22 saylı, xx.xx.2022-ci il tarixli, 1428-22 saylı və xx.xx.2022-ci il tarixli, 1391/1- 22 saylı müqavilələr ləğv edilmiş hesab edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1391-22 saylı müqaviləyə əsasən ƏDV daxil 156.400 (bir yüz əlli altı min dörd yüz) manat, 19 (on doqquz) qəpik, xx.xx.2022-ci il tarixli, 1428-22 saylı müqaviləyə əsasən ƏDV daxil 12.138 (on iki min bir yüz otuz səkkiz) manat, 74 (yetmiş dörd) qəpik, xx.xx.2022-ci il tarixli, 1391/1-22 saylı müqaviləyə əsasən ƏDV daxil 35.927 (otuz beş min doqquz yüz iyirmi yeddi) manat, 83 (səksən üç) qəpik olmaqla, cəmi 204.466 (iki yüz dörd min dörd yüz altmış altı) manat, 76 (yetmiş altı) qəpik məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 494 (dörd yüz doxsan dörd) manat, 47 (qırx yeddi) qəpik məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov