Məhkəmə qərarları › İş №e-2-2(113)-3406/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3406/2025

24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3406/2025 24.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi, icarə haqqı borcunun ödənilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehnə qarşı icarə haqqının ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 373/2160 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə mövcud olan 90382,44 manat (doxsan min üç yüz səksən iki manat qırx dörd qəpik) və 374/2610 nömrəli müqavilə üzrə isə xx.xx.2025-ci il tarixə dövlət büdcəsinə ödənilməli olan 69999,92 manat (altmış doqquz min doqquz yüz doxsan doqquz manat doxsan iki qəpik) məbləğində vəsait Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında 1. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şossesi, 15-ci km, 4 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 50000 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2017-ci il tarixli, 373/2160 nömrəli; 2. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şossesi, 15-ci km şimalı ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 100000 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2017-ci il tarixli, 374/2610 nömrəli icarə müqavilələri bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilələrin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq, icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. İcarə müqavilələri ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla, icarəçinin xx.xx.2017-ci il tarixli, 373/2160 nömrəli müqavilə üzrə xx.xx.2025-ci il tarixə dövlət büdcəsinə ödənilməli olan 90382,44 manat (doxsan min üç yüz səksən iki manat qırx dörd qəpik); xx.xx.2017- ci il tarixli, 374/2610 nömrəli müqavilə üzrə isə dövlət büdcəsinə ödənilməli olan 69999,92 manat (altmış doqquz min doqquz yüz doxsan doqquz manat doxsan iki qəpik) məbləğində icarə haqqı borcu mövcuddur. Cavabdehə xx.xx.2025-ci il tarixli, 3-21-3/2-1814/2025 nömrəli və xx.xx.2025-ci il tarixli, 3- 21-3/2-1950/2025 nömrəli xəbərdarlıq məktubları ilə müraciət edilsə də, cavabdeh icarə haqqını ödəməkdən imtina etmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1 və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23cü maddələrinə istinad olunmuşdur.

4. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2017-ci il tarixli, 373/2160 nömrəli icarə müqavilələri üzrə dövlət büdcəsinə xx.xx.2025-ci il tarixinə mövcud olan 63446,95 manat (altmış üç min dörd yüz qırx altı manat doxsan beş qəpik) və xx.xx.2017-ci il tarixli, 374/2610 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə mövcud olan 76128,95 manat (yetmiş altı min yüz iyirmi səkkiz manat doxsan beş qəpik) məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsi məhkəməyə göndərildikdən sonra ötən müddət ərzində icarə müqavilələri qüvvədə olduğuna cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixli, 373/2160 icarə müqaviləsi üzrə ödənişlər həyata keçirildiyinə görə borcun məbləği azalaraq xx.xx.2025-ci il tarixinə 63446.95 manat (altmış üç min dörd yüz qırx altı manat doxsan beş qəpik) və xx.xx.2017ci il tarixli, 374/2610 nömrəli icarə müqaviləsi üzrə isə ödənişlər həyata keçirilmədiyinə görə borcun məbləği artaraq xx.xx.2025-ci il tarixinə 76128.95 manat (yetmiş altı min yüz iyirmi səkkiz manat doxsan beş qəpik) olmuşdur.

6. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

7. Cavabdeh tərəfindən məhkəməyə ərizə ünvanlanmışdır. Ərizə onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə verilmiş iddia ərizəsində, qeyd olunmuş müqavilələr əsasında ilkin olaraq xx.xx.2025-ci il tarixinə olan borc məbləği kimi 90382,44 və 69999,92 manat borc məbləğləri göstərilmişdir. Daha sonra cavabdeh tərəfindən 373/2160 nömrəli icarə müqaviləsi üzrə ödənişlərdən 40000 (qırx min) manat məbləğində ödəniş icra edilmişdir. Bu fakt özünü iddiaçının təqdim etdiyi şəxsi hesab vərəqəsində və cavabdehin təqdim etdiyi ödəniş sənədlərində təsdiqini tapır. Belə olan halda borc məbləği 373/2160 nömrəli icarə müqaviləsi üzrə 50382,44 və 374/2610 nömrəli icarə müqaviləsi üzrə isə 69999,92 manat olaraq qalmalı idi. Lakin iddiaçı xx.xx.2025-ci il tarixində iddianın tələbinin həcminin dəqiqləşdirilməsinə dair əsaslandırılmış ərizə vermiş və bu əsaslandırmanı cavabdeh tərəfindən ödənişlərin icra edilməsi nəticəsində azalma ilə əlaqələndirmişdir. Buna baxmayaraq, 374/2610 nömrəli icarə müqaviləsi üzrə ödənilməli məbləği ilkin iddia tələbindən daha artıq, yəni 76128,95 manat kimi qeyd etmişdir. Bundan başqa, həmin tarixdən sonra da xx.xx.2025-ci il tarixində 373/2160 nömrəli icarə müqaviləsi üzrə cavabdeh tərəfindən daha 10000 manat ödəniş edilmişdir. Beləliklə, borc məbləğinin düzgün hesablanması halında iddianın verildiyi tarixə olan iddia tələbinin həcmi, həmin tələb üzrə tələb olunan ödənişlərdən cavabdehin ödədiyi məbləğləri də çıxmaqla, cəmi 373/2160 nömrəli müqavilə üzrə 50382,44 manat və 374/2610 nömrəli müqavilə üzrə 69999,92 manat kimi nəzərə alınmalıdır.

8. Cavabdeh MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Cavabdehin nümayəndəsi “AZEMİS” elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müracəitə edərək, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

9. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

10. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 195 saylı (özünəməxsus ərazidə yaşayış binalarının, istehsalat binasının layihələşdirilməsinə icazə verilməsi haqında) sərəncamında qeyd edilmişdir ki, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 5/505 saylı sərəncamı nəzərə alınaraq, Qaradağ rayonu, Bakı-Salyan şossesinin 15-ci km-nin şimal ərazisində istehsalat bazasının layihələşdirilməsi və tiknitisi üçün 5 ha torpaq sahəsi icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir.

11. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 244 nömrəli (Azərbaycan Respublikası Ali Məhkəməsinin əməkdaşları üçün yaşayış, YAP-ın Sabunçu rayon təşkilatına inzibati binaların tikintisi və Bakı Şəhər İcra Hakmiyyətinin bir sıra sərəncamlarında dəyişikliklərin aparılması haqqında) sərəncamında (sərəncamın addan-ada keçirilməsi haqqında) qeyd edilmişdir ki, 6. "xxxx" MMC-nin xx.xx.2007-ci il tarixli, 147 saylı razılıq məktubu, Cavabdeh MMC-nin xx.xx.2007-ci il tarixli müraciəti nəzərə alınaraq, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 195 saylı sərəncamının 23-cü bəndində dəyişiklik apararaq, Cavabdeh MMC-nin adına keçirilsin. 6.1) Daşınmaz Əmlakın Dövlət Reyestri Ximdətinə tapşırılsın ki. xx.xx.2006-cı il tarixli, ******* saylı çıxarışında dəyişiklik aparsın. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66, 67 və 68-ci maddələrinə uyğun olaraq, Bakı Şəhər İcra Hakmiyyəti nəzdində “İnterservis” müdiriyyəti torpağın icarə müqaviləsinin bağlanmasını təmin etsin və sifarişçi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən torpaq sahəsi üzərində hüququn təsdiq edən çıxarışı almalıdır.

12. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 625 saylı (torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqında) sərəncamında qeyd edilmişdir ki, 1) Cavabdeh şirkətinin xx.xx.2007-ci il tarixli, 32 saylı müraciəti nəzərə alınaraq, Qaradağ rayonu, Bakı-Salyan yolunun 15-ci km-də istehsalat sahələri, nümayiş, satış və sərgi salonlarının tikintisinin layihələndirilməsi üçün 100 ha torpaq sahəsi, icarə əsasında həmin şirkətin istifadəsinə verilsin.

13. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 53 nömrəli (Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 625 saylı sərəncamında dəyişiklik edilməsi haqqında) sərəncamında qeyd edilmişdir ki, 1) Cavabdeh MMC-nin xx.xx.2010-cu il tarixli, 11 saylı müraciəti nəzərə alınaraq, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 625 saylı sərəncamı ilə Cavabdeh MMCyə Qaradağ rayonu, Bakı-Salyan şossesinin 15-ci km-nin şimalında istehsalat sahələri, nümayiş, satış və sərgi salonlarının tikintisinin layihələndirilməsi üçün ayrılmış torpaq sahəsinin ölçüləri dəqiqləşdirilərək, 250 ha müəyyən edilsin. 1.1) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66, 67 və 68-ci maddələrinə uyğun olaraq, Bakı Şəhər İcra Hakmiyyəti nəzdində “İnterservis” müdiriyyəti əlavə 150 ha torpağın icarə müqaviləsinin bağlanmasını təmin etməli və sifarişçi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində torpaq sahəsi üzərində icarə hüququ dövlət qeydiyyatına almalıdır.

14. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi Daşınmaz Əmlakın Texniki Pasportundan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 15-ci km. 4 ünvanında yerləşən qeyri-yaşayış binasının hüquq subyekti Cavabdeh MMC-dir (Reyestr nömrəsi: **********20-06301).

15. İcarəyə verən qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə icarəçi qismində Cavabdeh MMC arasında hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2017-ci il tarixli, 373/2160 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverənin icarəyə verdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şosesi, 15-ci km, 4 ünvanında yerləşən 50000 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən torpaq sahəsi istehsal bazasının tikintisi üçün verilir. Qeyd olunan istifadə məqsədləri yekundur və tərəflərin qarşılıqlı razılığı ilə dəyişdirilə bilər. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən torpaq sahəsinin təyinatı, planı, ölçüləri və sərhədləri müqavilənin ayrılmaz hissəsi hesab edilən müvafiq sərəncam, baş plan, texniki pasport və ya inşaat pasportunda göstərilir. İcarəçi qeyd olunan sənədlərdə göstərilən torpaq sahəsinin sərhədlərini və ölçülərini özbaşına dəyişdirə bilməz. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə icarə haqqı aşağıdakı qaydada hesablanır: - torpaq sahəsinin illik icarə haqqı 60000.0 manat; aylıq icarə haqqı 5000.0 manat; Həmin müqavilənin 3.2-ci bəndinə əsasən icarə haqqı üzrə aylıq ödəmə hər cari ayın 10-dan gec olmayaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin (VÖEN **********) Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53NABZ ******************** saylı hesabına (kod 501004, müxbir hesabı AZ74NABZ ********************, VÖEN **********, S.W.İ.F.T. bik: NABZAZ2C) ödənilməlidir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən dövlət tərəfindən müəyyən edilmiş icarə haqqının minimum hədləri dəyişdirildikdə icarə haqqının məbləği yeni tariflər tərtib edilməklə hesablanır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən Bu müqavilə ilə icarə müddəti xx.xx.2017-ci il tarixdən xx.xx.2056-cı il tarixədək müəyyən edilir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən müqavilə müddətinin başa çatmasından 1 ay əvvəl onun uzadılması haqqında icarəçi tərəfindən yazılı bildiriş təqdim edilmədikdə icarəyə verən tərəfindən müqaviləyə xitam verilə bilər.

16. İcarəyə verən qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə icarəçi qismində Cavabdeh MMC arasında hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2017-ci il tarixli, 374/2610 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverənin icarəyə verdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şosesi, 15-ci km şimalı ünvanında yerləşən 100000 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən torpaq sahəsi istehsalat sahələri, nümayiş, satış və sərgi salonlarının tikintisi üçün verilir. Qeyd olunan istifadə məqsədləri yekundur və tərəflərin qarşılıqlı razılığı ilə dəyişdirilə bilər. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən torpaq sahəsinin təyinatı, planı, ölçüləri və sərhədləri müqavilənin ayrılmaz hissəsi hesab edilən müvafiq sərəncam, baş plan, texniki pasport və ya inşaat pasportunda göstərilir. İcarəçi qeyd olunan sənədlərdə göstərilən torpaq sahəsinin sərhədlərini və ölçülərini özbaşına dəyişdirə bilməz. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə icarə haqqı aşağıdakı qaydada hesablanır: - torpaq sahəsinin illik icarə haqqı 120000.0 manat; aylıq icarə haqqı 10000.0 manat; Qeyd: xx.xx.2017-ci il tarixinə dövlət büdcəsinə icarə haqqı borcu – 878,46 manat təşkil edir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən icarə haqqı üzrə aylıq ödəmə hər cari ayın 10-dan gec olmayaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin (VÖEN **********) Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53NABZ ******************** saylı hesabına (kod 501004, müxbir hesabı AZ74NABZ ********************, VÖEN **********, S.W.İ.F.T. bik: NABZAZ2C) ödənilməlidir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən dövlət tərəfindən müəyyən edilmiş icarə haqqının minimum hədləri dəyişdirildikdə icarə haqqının məbləği yeni tariflər tərtib edilməklə hesablanır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən Bu müqavilə ilə icarə müddəti xx.xx.2017-ci il tarixdən xx.xx.2060-cı il tarixədək müəyyən edilir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən müqavilə müddətinin başa çatmasından 1 ay əvvəl onun uzadılması haqqında icarəçi tərəfindən yazılı bildiriş təqdim edilmədikdə icarəyə verən tərəfindən müqaviləyə xitam verilə bilər.

17. Cavabdeh MMC-nin şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, həmin hüquqi şəxsin 373/2160 nömrəli müqavilə üzrə xx.xx.2025-ci il tarixinə 63446,95 manat məbləğində icarə haqqı borcu mövcuddur.

18. Cavabdeh MMC-nin şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, həmin hüquqi şəxsin 374/2610 nömrəli müqavilə üzrə xx.xx.2025-ci il tarixinə 76128,95 manat məbləğində icarə haqqı borcu mövcuddur.

19. Cavabdeh MMC-nin şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, həmin hüquqi şəxsin 373/2160 nömrəli müqavilə üzrə xx.xx.2025-ci il tarixinə 58215,77 manat məbləğində icarə haqqı borcu mövcuddur.

20. Cavabdeh MMC-nin şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, həmin hüquqi şəxsin 374/2610 nömrəli müqavilə üzrə xx.xx.2025-ci il tarixinə 85666,58 manat məbləğində icarə haqqı borcu mövcuddur.

21. Cavabdeh MMC-nin şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, həmin hüquqi şəxsin 373/2160 nömrəli müqavilə üzrə xx.xx.2025-ci il tarixinə 60382,44 manat məbləğində icarə haqqı borcu mövcuddur.

22. Cavabdeh MMC-nin şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, həmin hüquqi şəxsin 374/2610 nömrəli müqavilə üzrə xx.xx.2025-ci il tarixinə 89999,92 manat məbləğində icarə haqqı borcu mövcuddur.

23. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş “A” formatlı, 204OPXO250940652 nömrəli, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığndan görünür ki, Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına 10000 (on min) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Ödənişin təyinatı kimi 373/2160 nömrəli müqavilə qeyd edilmişdir.

24. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş “A” formatlı, 204OPXO251080566 nömrəli, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığndan görünür ki, Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına 10000 (on min) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Ödənişin təyinatı kimi 373/2160 nömrəli müqavilə qeyud edilmişdir.

25. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına 10000 (on min) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Ödənişin təyinatı kimi 373/2160 nömrəli müqavilə qeyud edilmişdir.

26. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına 10000 (on min) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Ödənişin təyinatı kimi 373/2160 nömrəli müqavilə qeyud edilmişdir.

27. İddiaçı tərəfindən iş materiallarına Cavabdeh MMC-nin nizamnaməsi, ayrıc aktı əlavə edilmişdir.

28. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, xx.xx.2017-ci il tarixli, 374/2610 nömrəli müqavilə icarə haqqı borcunun 7 (yeddi) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

29. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, xx.xx.2017-ci il tarixli, 373/2160 nömrəli müqavilə icarə haqqı borcunun 7 (yeddi) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

31. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar. 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifəsinə daxildir.

32. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinin 5-ci bəndinə əsasən icarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. 13-cü maddəsinin 5-ci bəndinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

34. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında dövlət torpaq sahəsinin icarə müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilələr üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və icarə haqqı borcu yaranmışdır. Həmçinin hər iki müqavilə üzrə şəxsi hesab vərəqələrindən müəyyən olunur ki, məhkəmə icraatının gedişində xx.xx.2017-ci il tarixli, 373/2160 nömrəli icarə müqaviləsi üzrə qismən ödəniş edilsə də, 374/2610 nömrəli icarə müqaviləsi üzrə ödəniş edilməmişdir,

35. İddia tələbinin bir hissəsi cavabdehdən xx.xx.2017-ci il tarixli, 374/2610 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə mövcud olan 76128,95 manat (yetmiş altı min yüz iyirmi səkkiz manat doxsan beş qəpik) manat məbləğində vəsaitin tutularaq Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsindən ibarətdir.

36. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, 374/2610 nömrəli icarə müqaviləsi üzrə icarə haqqının tutulması hissəsində iddia tam təmin olunmalı, həmin müqavilə üzrə xx.xx.2025-ci il tarixinə mövcud olan 76128,95 manat (yetmiş altı min yüz iyirmi səkkiz manat doxsan beş qəpik) manat məbləğində pul vəsaiti Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməlidir.

37. İddiaçı xx.xx.2017-ci il tarixli, 373/2160 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2025-ci il tarixinə mövcud olan 63446.95 manat (altmış üç min dörd yüz qırx altı manat doxsan beş qəpik) məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsini xahiş etmişdir.

38. Şəxsi hesab vərəqəsindən müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə cavabdeh tərəfindən həmin müqavilə üzrə 10000 manat ödəniş edilmişdir. Məhkəmənin qənaətinə əsasən həmin məbləğ xx.xx.2025-ci il tarixinə mövcud olan 63446,95 manat icarə haqqı borcundan çıxılmalı, həmin müqavilə üzrə icarə haqqı borcunun tutulmasına dair iddia qismən təmin olunmalı, xx.xx.2017-ci il tarixli, 373/2610 nömrəli icarə müqaviləsi üzrə 53446,95 manat (63446,95-10000=53446,95) məbləğində pul vəsaiti Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməli, həmin müqavilə üzrə icarə haqqı borcunun tutulmasına dair iddia qalan hissədə təmin edilməməlidir.

39. Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən işə baxılması ilə əlaqədar iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Hazırkı təmin edilmiş iddianın ümumilikdə qiyməti 129575,90 manat, ödənilməli dövlət rüsumunun məbləği isə 419,58 manat (dörd yüz on doqquz manat əlli səkkiz qəpik) təşkil edir. Belə nəticəyə gəlinir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğuna görə, həmin məbləğ dövlət mədaxilinə cavabdehdən alınmalıdır.

40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “X2 Buses" Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2017-ci il tarixli, 373/2160 nömrəli icarə müqaviləsi üzrə 53446,95 manat (əlli üç min dörd yüz qırx altı manat doxsan beş qəpik) və xx.xx.2017-ci il tarixli, 374/2610 nömrəli icarə müqaviləsi üzrə 76128,95 manat (yetmiş altı min yüz iyirmi səkkiz manat doxsan beş qəpik) manat məbləğində pul vəsaiti Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehndən 419,58 manat (dörd yüz on doqquz manat əlli səkkiz qəpik) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar