Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-341/2022 26.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Mən Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, İddiaçı İqtisadiyyat Nazirlyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iş üzrə icraatın təzələnməsi barədə məsələyə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İqtisadiyyat Nazirlyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx/xx/2021 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 61237.42 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 114.000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-5411/2021 nömrəli qərardadı ilə iş üzrə icraat dayandırılmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, hazırki iş üzrə icraat təzələnməlidir. Azərbaycan Respublikası MPM-nin 257-ci maddəsinə əsasən, işin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqda və ya bu Məcəllənin 101.3-cü maddəsində nəzərdə tutulan ekspertin vəsatətinə baxılması zərurəti yarandıqda, işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya məhkəmənin təşəbbüsü ilə iş üzrə icraat təzələnir. Həmin Məcəllənin 258.1-ci maddəsinə əsasən iş üzrə icraatın dayandırılması və onun təzələnməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmə hesab edir ki, zərurət yarandığı üçün hazırkı iş üzrə icraat təzələnməli və məhkəmə baxış iclası təyin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 257, 258, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı İqtisadiyyat Nazirlyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iş üzrə icraat təzələnsin. İşin məhkəmə baxış iclası xx.xx.2022-ci il, saat 12:45-ə təyin edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-341/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-341/2022
26.10.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver