Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3411/2025 04.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, mal göndərmə müqaviləsi, cərimə, illik beş faiz) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 13582,74 manat əsas borc məbləği, əsas borc məbləğinin ödənilmədiyinə görə hər gecikdirilmiş günə görə 0,1% hesablanmaqla 14666,4 cərimə məbləği, əsas borcun gecikdirilməsinə görə illik 5% hesablanmaqla 2037,41 manat gecikmə faiz olmaqla ümumilikdə 30286,55 manat məbləğin, eləcə də iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 181 manat dövlət rüsumu, həmçinin hüquqi yardım üçün vəkilə ödənilmiş 321 manat xidmət haqqının tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 04 aprel 2022-ci il tarixli, 98AMP/2022 nömrəli Alqı-satqı Müqaviləsi imzalanmışdır. Tərəflər arasında imzalanmış X4 və Təhvil - Təslim Aktlarına əsasən 24 sayda elektron-qaimə fakturalar üzrə Mallar Satıcı tərəfindən Alıcıya təhvil verilmiş və Alıcı tərəfindən təhvil alınmışdır. Ümumilikdə əsas məbləğ 11510,80 manat, ƏDV 2 071,94 manat, ümumilikdə 13582,74 manat dəyərində borc məbləği alıcı tərəfindən satıcıya bu günədək ödənilməmiş və alıcı tərəfindən tərəflər arasında imzalanmış müqavilə üzrə öhdəliklər pozulmuşdur. İddiaçı Müqavilə üzrə öz öhdəliyini icra etmiş və öhdəliyin qarşılıqlı icrası vaxtı çatdığı halda, cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəliyini tam və vaxtında icra etməmişdir və beləliklə də, iddiaçı Məcəllənin 441.4-cü maddəsinə əsasən, öhdəliyin icrasını həyata keçirilməsini Cavabdehdən tələb edir. Həmçinin cavabdeh öhdəliyinin icrası vaxtını gecikdirməklə iddiaçıya ziyan vurmuşdur. Buna görə də iddiaçı pul öhdəliyinin gecikdirilməsi ilə bağlı Məcəlləyə uyğun olaraq illik 5 % miqdarında gecikdirmə faizini tələb etməkdə haqlıdır. Beləliklə, cavabdeh müqavilə öhdəliklərini icra etmədiyindən mübahisə məhz məhkəmə vasitəsilə həll edilməlidir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386, 398.3, 425.1, 441.4, 442, 443.1, 443.3, 445.1, 445.2.1, 445.7, 449, 462.1, 567–597,598-ci maddələrinə istinad olunmuşdur. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, təyin edilmiş məhkəmə baxış iclasında iştirak edə bilməyəcəklərini, iddia tələbini müdafiə etdiklərini bildirərək, məhkəmə baxış iclasını iştirakları olmadan keçirib iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: İddiaçı MMC (satıcı) və Cavabdeh MMC (alıcı) arasında imzalanmış 04 aprel 2022ci il tarixli, 98AMP/2022 nömrəli alqı-satqı müqaviləsinə əsasən Müqavilə Satıcı ilə Alıcı arasında, atipik-çərçivə alqı-satqı müqaviləsi olmaqla, Alıcının müqavilə müddətinin istənilən zaman kəsiyindəki sifarişi əsasında Satıcının satılanın sahiblik və mülkiyyətini Alıcıya ötürməyi Alıcının isə bunun qarşılığında pul ödəməyi öhdəsinə götürdüyü münasibətləri tənzimləyir. Müqavilənin 2.1-ci bəndinə əsasən Malın qiyməti X2 və ya Satıcının qiymət siyahısı (price list) ilə müəyyən edilir və o həmişə müəyyən miqdar puldur. Müqavilənin 4.3-cü bəndinə əsasən Malın təhvil verilməsi hesab-faktura/elektron qaimə-faktura və (tərtib olunubsa) təhvil-təslim aktı ilə həyata keçirilir. Həmin sənədlərdən birinə Alıcı (təmsilçisi) tərəfindən imza çəkildikdə və ya elektron qaimə-faktura təsdiq edildikdə (həmçinin elektron informasiya sistemi vasitəsi ilə avtomatlaşdırlmış qaydada təsdiq olunduqda) mal təhvil verilmiş hesab edilir. Müqavilənin 6.5-ci bəndindən görünür ki, Müqavilə üzrə razılaşdırılmış ödəniş nəzərədə tutulan müddət ərzində Alıcı tərəfindən ödənilmədiyi halda Satıcı hər gecikdirilmiş gün üçün 0,1% miqdarında cərimə tələb etmək hüququna malikdir. xx.xx.2024-cü il tarixli üzləşmə aktından görünür ki, mühasibatlıq qeydlərinə əsasən CavabdehMMC-nin xx.xx.2024-cü il tarixə kimi İddiaçı MMC-yə debitor borcu 13582,74 manat təşkil edir, tərəflər hər ikisi həmin sənədi imzalayaraq möhürləri ilə təsdiq etmişlər. 04 may 2022-ci il tarixli, EBBV seriyalı, 523833 nömrəli elektron-qaimə fakturaya əsasən əsas məbləğ 620 manat, ƏDV 111,6 manat, ümumilikdə 731,6 manat; 25 may 2022-ci il tarixli, EBBW seriyalı, 892786 nömrəli elektron-qaimə fakturaya əsasən əsas məbləğ 595 manat, ƏDV 107,1 manat, ümumilikdə 702,1 manat; 25 may 2022-ci il tarixli, EBBX seriyalı, 051959 nömrəli elektron-qaimə fakturaya əsasən əsas məbləğ 520 manat, ƏDV 93,6manat, ümumilikdə 6 13,6 manat; 26 may 2022-ci il tarixli, EBBX seriyalı, 096636 nömrəli elektron-qaimə fakturaya əsasən əsas məbləğ 228 manat, ƏDV 41,04 manat, ümumilikdə 269,04 manat; 31 may 2022-ci il tarixli, EBBX seriyalı, 196374 nömrəli elektron-qaimə fakturaya əsasən əsas məbləğ 225 manat, ƏDV 40,5 manat, ümumilikdə 265,5 manat; 23 iyun 2022-ci il tarixli, EBBY seriyalı, 731540 nömrəli elektron-qaimə fakturaya əsasən əsas məbləğ 190 manat, ƏDV 34,2 manat, ümumilikdə 224,2 manat; 12 sentyabr 2022-ci il tarixli, EBCD seriyalı, 653560 nömrəli elektron-qaimə fakturaya əsasən əsas məbləğ 210 manat, ƏDV 37,8 manat, ümumilikdə 247,8 manat; 19 sentyabr 2022-ci il tarixli, EBCE seriyalı, 070402 nömrəli elektron-qaimə fakturaya əsasən əsas məbləğ 195 manat, ƏDV 35,1manat, ümumilikdə 230,1 manat; 27 sentyabr 2022-ci il tarixli, EBCE seriyalı, 632444 nömrəli elektron-qaimə fakturaya əsasən əsas məbləğ 1027 manat, ƏDV 184,86 manat, ümumilikdə 1211,86 manat; 03 oktyabr 2022-ci il tarixli, EBCG seriyalı, 344857 nömrəli elektron-qaimə fakturaya əsasən əsas məbləğ 174 manat, ƏDV 31,32 manat, ümumilikdə 205,32 manat; 11 oktyabr 2022-ci il tarixli, EBCG seriyalı, 971547 nömrəli elektron-qaimə fakturaya əsasən əsas məbləğ 45,5 manat, ƏDV 8,19 manat, ümumilikdə 53,69 manat; 17 oktyabr 2022-ci il tarixli, EBCH seriyalı, 306004 nömrəli elektron-qaimə fakturaya əsasən əsas məbləğ 1010 manat, ƏDV 181,8 manat, ümumilikdə 1191,8 manat; 20 oktyabr 2022-ci il tarixli, EBCH seriyalı, 538285 nömrəli elektron-qaimə fakturaya əsasən əsas məbləğ 100 manat, ƏDV 18 manat, ümumilikdə 118 manat; 31 oktyabr 2022-ci il tarixli, EBCİ seriyalı, 247570 nömrəli elektron-qaimə fakturaya əsasən əsas məbləğ 411,5 manat, ƏDV 74,07 manat, ümumilikdə 485,57 manat; 10 noyabr 2022-ci il tarixli, EBCİ seriyalı, 812503 nömrəli elektron-qaimə fakturaya əsasən əsas məbləğ 487 manat, ƏDV 87,66 manat, ümumilikdə 574,66 manat; 12 noyabr 2022-ci il tarixli, EBCİ seriyalı, 999594 nömrəli elektron-qaimə fakturaya əsasən əsas məbləğ 2297,3 manat, ƏDV 413,51 manat, ümumilikdə 2710,81 manat; 14 noyabr 2022-ci il tarixli, EBCJ seriyalı, 077872 nömrəli elektron-qaimə fakturaya əsasən əsas məbləğ 425 manat, ƏDV 76,5 manat, ümumilikdə 501,5 manat; 24 noyabr 2022-ci il tarixli, EBCJ seriyalı, 821145 nömrəli elektron-qaimə fakturaya əsasən əsas məbləğ 653 manat, ƏDV 117,54 manat, ümumilikdə 770,54 manat; 29 noyabr 2022-ci il tarixli, EBCK seriyalı, 101059 nömrəli elektron-qaimə fakturaya əsasən əsas məbləğ 75 manat, ƏDV 13,5 manat, ümumilikdə 88,5 manat; 03 dekabr 2022-ci il tarixli, EBCK seriyalı, 422985 nömrəli elektron-qaimə fakturaya əsasən əsas məbləğ 42 manat, ƏDV 7,56 manat, ümumilikdə 49,56 manat; 13 dekabr 2022-ci il tarixli, EBCL seriyalı, 073104 nömrəli elektron-qaimə fakturaya əsasən əsas məbləğ 516 manat, ƏDV 92,88 manat, ümumilikdə 608,88 manat; 23 dekabr 2022-ci il tarixli, EBCL seriyalı, 579760 nömrəli elektron-qaimə fakturaya əsasən əsas məbləğ 36 manat, ƏDV 6,48 manat, ümumilikdə 42,48 manat; 06 yanvar 2023-cü il tarixli, EBCM seriyalı, 527340 nömrəli elektron-qaimə fakturaya əsasən əsas məbləğ 883 manat, ƏDV 158,94 manat, ümumilikdə 1041,94 manat; 21 yanvar 2023-cü il tarixli, EBCN seriyalı, 325981 nömrəli elektron-qaimə fakturaya əsasən əsas məbləğ 545,5 manat, ƏDV 98,19 manat, ümumilikdə 643,69 manat məbləğdə mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli № 65 AMP/2022 nömrəli Alqı-satqı Müqaviləsinə xx.xx.2022ci il tarixli Əlavə 22 X3 və alınmış malların təhvil-təslimi barədə xx.xx.2022-ci il tarixli aktdan görünür ki, 3 ədəd Qoruyucu Daş 400A N1 ümumi dəyəri 49,56 manat məbləğdə razılaşdırılmış və icraçı İddiaçı MMC tərəfindən sifarişçi ''Azmetal-A" MMC-yə təhvil vermişdir. xx.xx.2022-ci il tarixli № 65 AMP/2022 nömrəli Alqı-satqı Müqaviləsinə xx.xx.2022ci il tarixli Əlavə 23 X3 və alınmış malların təhvil-təslimi barədə xx.xx.2022-ci il tarixli aktdan görünür ki, 6 qutu ELEKTROD ASR 143/3.25MM , 18 qutu ELEKTROD ASR 143/4.00MM ümumi dəyəri 608,88 manat məbləğdə razılaşdırılmış və icraçı İddiaçı MMC tərəfindən sifarişçi ''Azmetal-A" MMC-yə təhvil vermişdir. xx.xx.2022-ci il tarixli № 65 AMP/2022 nömrəli Alqı-satqı Müqaviləsinə xx.xx.2022ci il tarixli Əlavə 24 X3 və alınmış malların təhvil-təslimi barədə xx.xx.2022-ci il tarixli aktdan görünür ki, 6 ədəd UCLUQ MİS 185MM ümumi dəyəri 42,48 manat məbləğdə razılaşdırılmış və icraçı İddiaçı MMC tərəfindən sifarişçi ''Azmetal-A" MMC-yə təhvil vermişdir. xx.xx.2022-ci il tarixli № 65 AMP/2022 nömrəli Alqı-satqı Müqaviləsinə xx.xx.2023cü il tarixli Əlavə 25 X3 və alınmış malların təhvil-təslimi barədə xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 12 qutu ELEKTROD ASR 143/3.25MM , 18 qutu ELEKTROD ASR 143/4.00MM, 200 m ŞLANQ TELLİ N1 ümumi dəyəri 1041,94 manat məbləğdə razılaşdırılmış və icraçı İddiaçı MMC tərəfindən sifarişçi ''Azmetal-A" MMC-yə təhvil vermişdir. xx.xx.2022-ci il tarixli № 65 AMP/2022 nömrəli Alqı-satqı Müqaviləsinə xx.xx.2023cü il tarixli Əlavə 26 X3 və alınmış malların təhvil-təslimi barədə xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 10 ədəd LAMPA 500VT, 18 qutu ELEKTROD ASR 143/4.00MM, 25 m KABEL REZİN 1X25 ümumi dəyəri 643,69 manat məbləğdə razılaşdırılmış və icraçı İddiaçı MMC tərəfindən sifarişçi ''Azmetal-A" MMC-yə təhvil vermişdir. xx.xx.2022-ci il tarixli № 65 AMP/2022 nömrəli Alqı-satqı Müqaviləsinə xx.xx.2022ci il tarixli Əlavə 10 X3 və alınmış malların təhvil-təslimi barədə xx.xx.2022-ci il tarixli aktdan görünür ki, 4 ədəd YİLDİZ UCLUĞU UZUN, 1 ədəd YİLDİZ REDUKTOR, 1 ədəd YİLDİZ REDUKTOR OXYGEN 5 ümumi dəyəri 230,10 manat məbləğdə razılaşdırılmış və icraçı İddiaçı MMC tərəfindən sifarişçi ''Azmetal-A" MMC-yə təhvil vermişdir. xx.xx.2022-ci il tarixli № 65 AMP/2022 nömrəli Alqı-satqı Müqaviləsinə xx.xx.2022ci il tarixli Əlavə 9 X3 və alınmış malların təhvil-təslimi barədə xx.xx.2022-ci il tarixli aktdan görünür ki, 100 m ŞELL ŞLANQ 8/4, 15 m KABEL REZİN 1X25 ümumi dəyəri 247,80 manat məbləğdə razılaşdırılmış və icraçı İddiaçı MMC tərəfindən sifarişçi ''Azmetal-A" MMC-yə təhvil vermişdir. xx.xx.2022-ci il tarixli № 65 AMP/2022 nömrəli Alqı-satqı Müqaviləsinə xx.xx.2022ci il tarixli Əlavə 15 X3 və alınmış malların təhvil-təslimi barədə xx.xx.2022-ci il tarixli aktdan görünür ki, 25 m KABEL MİS 3X6 ümumi dəyəri 118 manat məbləğdə razılaşdırılmış və icraçı İddiaçı MMC tərəfindən sifarişçi ''Azmetal-A" MMC-yə təhvil vermişdir. xx.xx.2022-ci il tarixli № 65 AMP/2022 nömrəli Alqı-satqı Müqaviləsinə xx.xx.2022ci il tarixli Əlavə 13 X3 və alınmış malların təhvil-təslimi barədə xx.xx.2022-ci il tarixli aktdan görünür ki, 5 ədəd KOLOT REZİN N3, 5 ədəd VİLKA 1X16AADOL, 1 ədəd PLASTİK KƏMƏR 5X400, 1 paçka UCLUQ E25 ümumi dəyəri 53,69 manat məbləğdə razılaşdırılmış və icraçı İddiaçı MMC tərəfindən sifarişçi ''Azmetal-A" MMC-yə təhvil vermişdir. xx.xx.2022-ci il tarixli № 65 AMP/2022 nömrəli Alqı-satqı Müqaviləsinə xx.xx.2022ci il tarixli Əlavə 14 X3 və alınmış malların təhvil-təslimi barədə xx.xx.2022-ci il tarixli aktdan görünür ki, 4 ədəd FLOODLİGHTS PRİJEKTOR 1000W, 10 ədəd LAMPA 500VT,100 m KABEL MİS 2X2.5, 1 ədəd 400X500X180 ABS KAPAKLİ PANO, 2 ədəd LC1D40AM7 KONTAKTOR 18.5KW SCHNEİDER 12 qutu ELEKTROD ASR 248/3.25MM ümumi dəyəri 1191,80 manat məbləğdə razılaşdırılmış və icraçı İddiaçı MMC tərəfindən sifarişçi ''Azmetal-A" MMC-yə təhvil vermişdir. xx.xx.2022-ci il tarixli № 65 AMP/2022 nömrəli Alqı-satqı Müqaviləsinə xx.xx.2022ci il tarixli Əlavə 12 X3 və alınmış malların təhvil-təslimi barədə xx.xx.2022-ci il tarixli aktdan görünür ki, 12 qutu ELEKTROD ASR 248/3.25MM ümumi dəyəri 205,32 manat məbləğdə razılaşdırılmış və icraçı İddiaçı MMC tərəfindən sifarişçi ''Azmetal-A" MMC-yə təhvil vermişdir. xx.xx.2022-ci il tarixli № 65 AMP/2022 nömrəli Alqı-satqı Müqaviləsinə xx.xx.2022ci il tarixli Əlavə 11 X3 və alınmış malların təhvil-təslimi barədə xx.xx.2022-ci il tarixli aktdan görünür ki, 4 ədəd YİLDİZ UCLUĞU QİSA, 1 ədəd A9N18367 3X100A C TİP 10KA AVTOMAT, 4 ədəd YİLDİZ KESME HAMLACİ TETİKLİ (4512), 1 ədəd AYDİNLATMA 7, 1 ədəd LC1D40AM7 KONTAKTOR 18.5KW SCHNEİDER,1 ədəd A9K24340 3X40A C TİP 6KA AVTOMATümumi dəyəri 1211,86 manat məbləğdə razılaşdırılmış və icraçı İddiaçı MMC tərəfindən sifarişçi ''Azmetal-A" MMC-yə təhvil vermişdir. xx.xx.2022-ci il tarixli № 65 AMP/2022 nömrəli Alqı-satqı Müqaviləsinə xx.xx.2022ci il tarixli Əlavə 8 X3 və alınmış malların təhvil-təslimi barədə xx.xx.2022-ci il tarixli aktdan görünür ki, 10 m KABLO NHXMH 1X70, 10 ədəd UCLUQ MİS 70MM ümumi dəyəri 224,20 manat məbləğdə razılaşdırılmış və icraçı İddiaçı MMC tərəfindən sifarişçi ''Azmetal-A" MMC-yə təhvil vermişdir. xx.xx.2022-ci il tarixli № 65 AMP/2022 nömrəli Alqı-satqı Müqaviləsinə xx.xx.2022ci il tarixli Əlavə 7 X3 və alınmış malların təhvil-təslimi barədə xx.xx.2022-ci il tarixli aktdan görünür ki, 3 ədəd DÖVRƏ AÇARİ AVTOMATİK, 1 ədəd LUN5 AML SAYĞAC 3X5A ümumi dəyəri 265,50 manat məbləğdə razılaşdırılmış və icraçı İddiaçı MMC tərəfindən sifarişçi ''Azmetal-A" MMC-yə təhvil vermişdir. xx.xx.2022-ci il tarixli № 65 AMP/2022 nömrəli Alqı-satqı Müqaviləsinə xx.xx.2022ci il tarixli Əlavə 6 X3 və alınmış malların təhvil-təslimi barədə xx.xx.2022-ci il tarixli aktdan görünür ki, 1 ədəd KOMBİNASYON QUTUSU N2, 10 m KABEL MİS 1X70, 10 ədəd UCLUQ N5 ümumi dəyəri 269, 04 manat məbləğdə razılaşdırılmış və icraçı İddiaçı MMC tərəfindən sifarişçi ''Azmetal-A" MMC-yə təhvil vermişdir. xx.xx.2022-ci il tarixli № 65 AMP/2022 nömrəli Alqı-satqı Müqaviləsinə xx.xx.2022ci il tarixli Əlavə 5 X3 və alınmış malların təhvil-təslimi barədə xx.xx.2022-ci il tarixli aktdan görünür ki, 8 ədəd UCLUQ MİS 70MM, 72 m Aluminium Kabel AWQ 1x185 ümumi dəyəri 613,60 manat məbləğdə razılaşdırılmış və icraçı İddiaçı MMC tərəfindən sifarişçi ''Azmetal-A" MMC-yə təhvil vermişdir. xx.xx.2022-ci il tarixli № 65 AMP/2022 nömrəli Alqı-satqı Müqaviləsinə xx.xx.2022ci il tarixli Əlavə 16 X3 və alınmış malların təhvil-təslimi barədə xx.xx.2022-ci il tarixli aktdan görünür ki, 18 qutu ELEKTROD ASR 248/3.25MM,1 ədəd SENSOR 360 DƏRƏCƏ, 1 ədəd KƏLBƏTİN N3,20 ədəd RAY KLEMNİK F6MM,5 m ÖZÜƏRİYƏN KABEL KEMBRİK F12, 50m SPİRAL DƏMİR İZOLYASİYALİ F32, 1 ədəd ELEKTRİK ƏL ALƏTLƏRİ ümumi dəyəri 485,57 manat məbləğdə razılaşdırılmış və icraçı İddiaçı MMC tərəfindən sifarişçi ''Azmetal-A" MMC-yə təhvil vermişdir. xx.xx.2022-ci il tarixli № 65 AMP/2022 nömrəli Alqı-satqı Müqaviləsinə xx.xx.2022ci il tarixli Əlavə 2 X3 və alınmış malların təhvil-təslimi barədə xx.xx.2022-ci il tarixli aktdan görünür ki, 100 m KABEL NA2XY 4X2.5, 100 m KABEL MİS 4X4 ümumi dəyəri 731,60 manat məbləğdə razılaşdırılmış və icraçı İddiaçı MMC tərəfindən sifarişçi ''Azmetal-A" MMC-yə təhvil vermişdir. xx.xx.2022-ci il tarixli № 65 AMP/2022 nömrəli Alqı-satqı Müqaviləsinə xx.xx.2022ci il tarixli Əlavə 4 X3 və alınmış malların təhvil-təslimi barədə xx.xx.2022-ci il tarixli aktdan görünür ki, 70 m KABEL ALİMİNİUM 1X185, 15 ədəd MİS UCLUQ 150MM, 15 ədəd UCLUQ ALİMİNİUM N2 ümumi dəyəri 702,10 manat məbləğdə razılaşdırılmış və icraçı İddiaçı MMC tərəfindən sifarişçi ''Azmetal-A" MMC-yə təhvil vermişdir. xx.xx.2022-ci il tarixli № 65 AMP/2022 nömrəli Alqı-satqı Müqaviləsinə xx.xx.2022ci il tarixli Əlavə 18 X3 və alınmış malların təhvil-təslimi barədə xx.xx.2022-ci il tarixli aktdan görünür ki, 45 m KABEL MİS 1X95, 12 ədəd UCLUQ MİS N6, 1 ədəd LC1F265 6KA SCHNEİDER,1 ədəd MD 9010 ABS PANO 600X800X260, 1 ədəd UNİTAMPERKLEŞ, 1 ədəd DÖVRƏ KƏSİCİ 630A ümumi dəyəri 2710,81 manat məbləğdə razılaşdırılmış və icraçı İddiaçı MMC tərəfindən sifarişçi ''Azmetal-A" MMC-yə təhvil vermişdir. xx.xx.2022-ci il tarixli № 65 AMP/2022 nömrəli Alqı-satqı Müqaviləsinə xx.xx.2022ci il tarixli Əlavə 17 X3 və alınmış malların təhvil-təslimi barədə xx.xx.2022-ci il tarixli aktdan görünür ki, 6 qutu ELEKTROD ASR 248/3.25MM,17 qutu ELEKTROD ASR 143/4.00MM ümumi dəyəri 574,66 manat məbləğdə razılaşdırılmış və icraçı İddiaçı MMC tərəfindən sifarişçi ''Azmetal-A" MMC-yə təhvil vermişdir. xx.xx.2022-ci il tarixli № 65 AMP/2022 nömrəli Alqı-satqı Müqaviləsinə xx.xx.2022ci il tarixli Əlavə 19 X3 və alınmış malların təhvil-təslimi barədə xx.xx.2022-ci il tarixli aktdan görünür ki, 34 M KABEL NAYY 4X95 ümumi dəyəri 501,50 manat məbləğdə razılaşdırılmış və icraçı İddiaçı MMC tərəfindən sifarişçi ''Azmetal-A" MMC-yə təhvil vermişdir. xx.xx.2022-ci il tarixli № 65 AMP/2022 nömrəli Alqı-satqı Müqaviləsinə xx.xx.2022ci il tarixli Əlavə 20 X3 və alınmış malların təhvil-təslimi barədə xx.xx.2022-ci il tarixli aktdan görünür ki, 12 qutu ELEKTROD ASR 143/3.25MM,19 qutu ELEKTROD ASR 143/4.00MM, 2 paçka PEMSAN KABLO BAĞİ 4.8X400, 2 paçka PEMSAN KABLO BAĞİ 4.8X300, 10 ədəd İZOLENT N2 ümumi dəyəri 770,54 manat məbləğdə razılaşdırılmış və icraçı İddiaçı MMC tərəfindən sifarişçi ''Azmetal-A" MMC-yə təhvil vermişdir. xx.xx.2022-ci il tarixli № 65 AMP/2022 nömrəli Alqı-satqı Müqaviləsinə xx.xx.2022ci il tarixli Əlavə 21 X1 görünür ki, 6 ədəd QUPKA22SM, 3 ədəd QORUYUCU DAS 400A N1ümumi dəyəri 88,50 manat məbləğdə razılaşdırılmış və icraçı İddiaçı MMC tərəfindən sifarişçi ''Azmetal-A" MMC-yə təhvil vermişdir. İddiaçı MMC ilə Bakı şəhəri 20 saylı Vəkil Bürosu arasında bağlanılmış Hüquqi yardımın göstərilməsi haqqında EM-1937VK-15408/25 saylı xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürür. Hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 321 manat müəyyən olunur və başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir. İddiaçı MMC Cavabdeh MMC-yə xx.xx.2025-ci il tarixli pretenziya məktubu ilə müraciət edərək 04 aprel 2022-ci il tarixli, 98AMP/2022 nömrəli müqaviləyə əsasən öhdəliklərini yerinə yetirməyi və 13582,74 manat məbləğdə borcu 10 günü müddətində ödənilməyi xahiş etmiş, əks halda pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyini bildirmişdir. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Vəkil kart hesabına 321 manat ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli **********73 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 181 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı üzrə malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərindən 13582,74 manatı müəyyən olunmuş müddətdə tam ödəməmişdir. Bu fakt iş materiallarına əlavə edilmiş sübutlarla (elektron qaimə, qiymətlərin razılaşması protokolu, təhvil-təslim aktları, üzləşmə aktı), həmçinin cavabdeh tərəfindən borclu olduğu məbləğdən qismən ödənişlərin edilməsi ilə öz təsdiqini tapmış, yəni cavabdeh iddiaçı tərəfindən malların ona təhvil verilməsi ilə razılaşmış, qalan məbləğin ödənilməsi ilə bağlı və ya borcun olmamasını təsdiqedən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, həmçinin iddia tələbinə etiraz edilməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır və onun bu tələbi haqlıdır. Məhkəmə qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etməyərək təhvil aldığı malların dəyərini ödəmədiyini, belə olan halda isə iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır, buna görə də 13582,74 manat əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdehdən hər gecikdirilmiş günə görə 0,1% hesablanmaqla 14666,4 manat dəbbə pulunun tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 13582,74 manat əsas borc üçün 680 manat müəyyən olunmalıdır. Bundan başqa iddiaçı öz iddia tələbində müqavilə dəyərinin ödənilməsinin gecikməsinə görə 13582,74 manat əsas borca illik 5% ilə hesablanmış 2037,41 manatın da cavabdehdən tutulmasını tələb etmişdir. Qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış müqavilə əsasən hər bir sifariş üzrə mallar təhvil verilməzdən 5 iş günü ərzində ödənilməlidir. Lakin işin faktiki hallarından görünür ki, tərəflər arasında yaranmış işgüzar adətə əsasən mallar təhvil verildikdən sonra elektron qaimə əsasında ödənişlər həyaa keçirilir. Sonuncu təqdim olunmuş elektron qaimə üzrə (xx.xx.2023-cü il) ödənişin edilməməsindən artıq 2 il 5 ay 13 gün müddət keçmişdir. İddiaçı illik 5% ilə hesablanmış məbləği hansı müddətdən hesablaması və hansı formada hesablaması ilə bağlı sübut təqdim etməmişdir. Odur ki, cavabdeh tərəfindən öhdəliyin gecikdirilməsi müddəti sonuncu elektron qaimənin verildiyi xx.xx.2023cü il tarixindən hesablanmalıdır. Bu baxımdan məhkəmə 13582,74 manat əsas borca illik 5% ilə hesablanmış 2037,41 manat məbləği əsaslı hesab etmir. Çünki yuxarıda qeyd olunduğu kimi cavabdeh tərəfindən borcun gecikdirilməsi müddəti xx.xx.2023-xx.xx.2025 dövrü əhatə edir. Buna görə də, 13582,74 manat borcun 2 il 5 ay 13 gün gecikdirilməsi üçün illik 5 faiz hesablamaqla (13582,74 x 5%= 679,14:12ay=56,6; 679,14:365gün=1,86; (56,6x29ay)+(1,86x13gün)=1665,58) 1665,58 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin hüquqi yardıma görə ödənilmiş 321 manat pul vəsaitinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyi üçün ödənilmiş 181 manat dövlət rüsumunun 137,79 manatının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdehndən 13582,74 manat əsas borc, 680 manat cərimə, illik 5 % ilə hesablanmış 1665,58 manat pul vəsaiti, ümumilikdə 15928 (on beş min doqquz yüz iyirmi səkkiz) manat 32 (otuz iki) qəpik borc, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 321 (üç yüz iyirmi bir) manatın və ödənilmiş dövlət rüsumunun 137 (yüz otuz yeddi) manat 79 (yetmiş doqquz) qəpiyin əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3411/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3411/2025
04.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver