Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3414/2024 13.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit X2rşı tütün əkini üzrə tütün qəbulu qəbzlərinin nəzərə alınması, təsdiqlənməsi və məhsul subsidiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tütün əkini üzrə tütün qəbulu qəbzlərinin nəzərə alınması, təsdiqlənməsi, məhsul subsidiyasının ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Kənd təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, tütün əkini üzrə 000658 (520500 kq-lıq), 000659 (550000 kq-lıq), 000660 (801000 kq-lıq), 000661 ( 371000 kq-lıq) nömrəli tütün qəbzləri (qaimələr) tütün qəbulu qəbzlərinin nəzərə alınması, təsdiqlənməsi, cavabdehin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilərək məhsul subsidiyasının ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Kənd təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı 2022-2023-cü əkin ilində Şəki rayonu ərazisində 102,5 hektar (Vircinya CC35 sort) tütün əkmişdir, illərdir bu peşə ilə məşğul olur. 2345 ton yaş tütün istehsal etmişdir. Şəki rayon Baş Layısqı kəndində 28 ədəd kamaredan ibarət qurutma kamerası quraşdırmış, 1 nəfər tütünçü ilə müqavilə bağlamışdır (35 hektarlıq tütün əkini üzrə 371 ton yaş tütün qəbulu). X1 İnformasiya Sistemində (EKTİS) tədarükçü kimi 102,5 tonluq qəbzləri sistemə daxil etmişdir. Tədarükçü (İddiaçı VÖEN: 1********) kimi yeni qeydiyyatdan keçdiyi üçün faktiki tütünlə bağlı sənədlərin tələb olunan vaxt müddətində sistemə işlənməyində (yüklənməsində) diqqətsizlik etmiş, aşağıdakı qəbzləri sitemə işləməmişdir. Hazırda 000658 (520500 kq-lıq), 000659 (550000 kq-lıq), 000660 (801000 kq-lıq), 000661 (371000 kq-lıq) nömrəli tütün qəbzləri (qaimələr) EKTİS-ə tələb olunan müddətdə işlənməyib. Tütün əkini üzrə tütün qəbulu qəbzlərinin nəzərə alınması, təsdiqlənməsi, məhsul subsidiyasının ödnilməsi tələbi ilə Azərbaycan Respublikasının Kənd təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə pretenziya qaydasında müraciət edilmişdir. Müəyyən edilmiş 10 gün ərzində heç bir cavab ünvanlanmamışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirdi. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək, sübutları qiymətləndirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, hazırkı iş üzrə iddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs, cavabdeh isə inzibati orqandır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 8.1-ci bəndinə görə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyi inzibati orqandır. İddiaçı ilə cavabdeh arasındakı münasibətlər bir tərəfin digər tərəfin hakimiyyəti tabeliyində olmasına əsaslanır. Bu münasibətlər dövlətin adından fəaliyyət göstərən bir tərəfin hakimiyyət səlahiyyətlərinə malik olmasına, digər tərəfin isə tabeçiliyinə əsaslanan tərəflərin subordinasiyasını nəzərdə tutur. Hazırkı münasibətlər müqavilədən deyil, qanundan irəli gəlir. “İnzibati icraat haqqında” Qanunun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir; 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının 5.2-ci bəndində qeyd edilmişdir ki, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. İddia tələbində qeyd edilən subsidiyaların ödənilməsi ilə bağlı mübahisəyə tətbiq olunan hüquq ümumi hüquqdur. Həmin münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirərkən publik hüququn subyekti qismində çıxış edərək, ümumi hüququn nizamasalma predmetinə aid hüquq və vəzifələri həyata keçirməklə, qarşı tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmiş olur. Bu səbəbdən tərəflər arasındakı münasibətlər ümumi (publik) hüquqla tənzimləndiyinə görə sözügedən iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsində təsbit edilmiş inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia (öhdəliyin icrası haqqında iddia) kimi inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir; 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tütün əkini üzrə tütün qəbulu qəbzlərinin nəzərə alınması, təsdiqlənməsi və məhsul subsidiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə mübahisəyə dair iş üzrə icraata xitam verilməli və iddiaçıya müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit X2rşı tütün əkini üzrə tütün qəbulu qəbzlərinin nəzərə alınması, təsdiqlənməsi və məhsul subsidiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3414/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3414/2024
13.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver