Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3429/2024 22.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: əsassız ödənilmiş pul vəsaitinin qaytarılması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı Sığorta Şirkəti ASC) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra "xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən “Toyota Prius” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə əsassız olaraq ödənilmiş 830 (səkkiz yüz otuz) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə məxsus, lakin yol vərəqəsi ilə Ağayev Araz Böyükağa oğlu tərəfindən idarə olunan “Toyota Prius” minik markalı, **- PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Nissan Sunny” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı “Nissan Sunny” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ ASC-də xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə qədər İddiaçı SŞ ASC-də nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalı olmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsində ilkin olaraq iş materiallarına da əlavə edilmiş xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən “Nissan Sunny” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X4 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata” əsasən zərərçəkən “Toyota Prius” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 830 manat zərər dəymişdir. Nəqliyyat hadisəsi zamanı zərərvuranın nəqliyyat vasitəsi (“Nissan Sunny” markalı, **-MM-*** DQN) İddiaçı SŞ ASC-də icbari qaydada sığortalı olduğu üçün iddiaçı tərəfindən 6084 saylı ödəniş tapşırığından göründüyü kimi, "xxxx" MMC-yə 830 manat sığorta ödənişi ödənilmişdir. Sonradan “Nissan Sunny” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Hüseynov Eldar Əli oğlu barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı məhkəmə qaydasında mübahisələndirmiş, nəticədə iş materiallarında olan Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(001)- 197/2023 nömrəli qərarı ilə Hüseynov Eldar Əli oğlu barəsində Binəqədi RPİ DYPŞ-nin xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* saylı qərarı ləğv edilmiş və onun İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 manat məbləğində cərimə edilməsi ilə bağlı iş üzrə icraata xitam verilmişdir. Hadisənin baş verməsində “Toyota Prius” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün təqsirli olması müəyyən edilmişdir. Beləliklə, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən "xxxx" MMC-yə ödənilmiş 830 manat sığorta ödənişi sonradan aradan qalxmış əsasa söykəndiyindən əsassız olaraq ödənilmişdir və geri qaytarılmalıdır. Hazırkı situasiyada "xxxx" MMC əsassız varlanan şəxsdir və artıq ödənilmiş 830 manat pul ondan tutulmalıdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi “İcbari Sığortalar haqqında” AR Qanunun 50.1-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7, 439.4, 1091.1, 1091.2, 1092-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
5. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən tərtib edilmiş 105922 nömrəli sığorta aktından görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sığortalanmış “Nissan Sunny” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Toyota Prius” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 830 manat, məbləği alacaq şəxs – "xxxx" MMC qeyd edilmişdir.
7. xx.xx.2022-ci il tarixli, ********* (6084) nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən "xxxx" MMC-nin AZ38UBAZ**********0050AZN001 nömrəli hesabına 830 (səkkiz yüz otuz) manat məbləğində pul vəsaiti köçürülmüşdür.
8. Avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə 08:00 dəqiqədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü toqquşma qeyd edilmişdir. Təqsirli olan şəxs (şəxslər) barədə məlumat bölməsində “Nissan Sunny” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobil, mülkiyyətçisi – X5, hadisə baş verdiyi anda sürücü – X4, zərərçəkən şəxs (şəxslər) bölməsində isə “Toyota Prius” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil, mülkiyyətçisi – "xxxx" MMC, hadisə baş verdiyi anda sürücü – X3 yazılmışdır.
09. xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “Nissan Sunny” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və həmin maddənin tələbinə əsasən 60 manat məbləğində cərimə edilmişdir
10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(001)- 197/2023 saylı qərarından görünür ki, X2 Binəqədi rayon Polis İdarəsinin DYPŞ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərarından şikayətinə baxaraq şikayətin təmin edilməsi, Binəqədi rayon Polis İdarəsinin DYPŞ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsi, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 (altmış) manat məbləğində cərimə edilməsi ilə bağlı iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
11. "xxxx" MMC tərəfindən X1 verilmiş xx.xx.2022-ci il tarixli, 1 nömrəli yol vərəqəsindən görünür ki, sözügedən yol vərəqəsi “Toyota Prius” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürülməsi üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək verilmişdir.
12. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən "xxxx" MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli, O-AS-20231958 nömrəli pretenziya məktubundan görünür ki, 830 manat məbləğində pulun 10 (on) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
13. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə məxsus, yol vərəqəsi ilə Ağayev Araz Böyükağa oğlu tərəfindən idarə olunan “Toyota Prius” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Nissan Sunny” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı “Nissan Sunny” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ ASC-də xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə qədər İddiaçı SŞ ASC-də nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalı olmuşdur. Baş vermiş yolnəqliyyat hadisəsində xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən “Nissan Sunny” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X4 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Zərərçəkən “Toyota Prius” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 830 manat zərər dəymişdir. Nəqliyyat hadisəsi zamanı zərərvuranın nəqliyyat vasitəsi (“Nissan Sunny” markalı, **-MM-*** DQN) İddiaçı SŞ ASC-də icbari qaydada sığortalı olduğu üçün iddiaçı tərəfindən 6084 saylı ödəniş tapşırığından göründüyü kimi, "xxxx" MMC-yə 830 manat sığorta ödənişi ödənilmişdir. Sonradan “Nissan Sunny” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Hüseynov Eldar Əli oğlu barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı məhkəmə qaydasında mübahisələndirmiş nəticədə Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(001)-197/2023 nömrəli qərarı ilə Hüseynov Eldar Əli oğlunun barəsində Binəqədi RPİ DYPŞ-nin xx.xx.2022-ci il tarixli TP seriyalı ******* saylı qərarı ləğv edilmiş və onun İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib, 60 manat məbləğində cərimə edilməsi ilə bağlı iş üzrə icraata xitam verilmişdir. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.7-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanmadır. 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman bas verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
16. İddia tələbini cavabdehdən “Toyota Prius” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə əsassız olaraq ödənilmiş 830 (səkkiz yüz otuz) manat pul vəsaitinin tutulması təşkil edir. 17 Qeyd olunan qanunvericilik normalarını işin müəyyən olunan hallarına tətbiq edərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh heç bir qanuni əsas və ya müqavilə əsas olmadan iddiaçının (məhrum olanın) hesabına əmlak, yəni pul vəsaiti əldə etdiyindən, mübahisə predmeti olan 830 manat pul vəsaiti üzərində iddiaçının mülkiyyət hüququ olduğundan və mülkiyyətçinin özgəsinin, yəni hazırkı halda cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək hüququ olduğundan iddiaçı qeyd olunan məbləğdə pul vəsaitinin ona qaytarılmasını cavabdehdən tələb etməkdə haqlıdır. Ona görə də həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
18. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir.
19. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 830 (səkkiz yüz otuz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 860 (səkkiz yüz altmış) manat məbləğində pul vəsaiti İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova