Məhkəmə qərarları › İş №e-2-2(113)-3437/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3437/2022

11.11.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3437/2022 11.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 və X7, cavabdehin nümayəndəsi X8, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Gənclərin X1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı nəqliyyat vasitələri, avadanlıqların, həmin əmlaklara dair sənədlərin təhvil verilməsi və zərərin əvəzinin ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Gənclərin X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək alınmış texnikanın sənədlərinin müqavilələrdə göstərilən həcmdə Cavabdeh MMC-dən alınaraq ona təqdim edilməsi, həmçinin, sonuncudan əldən çıxmış fayda olaraq ******* manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında 3 alqı-satqı müqaviləsi bağlanmışdır. 27 iyun 2014-cü il tarixli, 040/14-GM-S nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh iddiaçı tərəfindən seçilmiş 1 ədəd “New Holland B115” modelli ekskavator yükləyici, 1 ədəd “New Holland B110” modelli ekskavator yükləyici, 1 ədəd “TR700” modelli auger və 1 ədəd “GB5” modelli qırıcı satmağı, iddiaçı isə əmlakın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2.3-cü bəndinə əsasən müqavilənin məbləği ƏDV ilə birgə 180900 manat təşkil etmiş, 2.1.1-ci bəndinə əsasən iddiaçı əmlakın dəyərini 30 iyun 2014-cü il tarixində tam ödəmişdir. Müqavilənin 2.2 və 3.3-cü bəndlərinə əsasən cavabdeh əmlakın dəyəri ödənildiyi gündən 3 gün ərzində əmlakın özünü sənədlərlə birlikdə (zavod istehsalçının təqdim etdiyi texniki pasport, texnikanın servis kitabçası, istismar təlimatı, texniki komplektləşdirmə vərəqəsində göstərilən ehtiyyat hissələri və alətləri) təhvil-təslim aktı ilə iddiaçıya təqdim etməli idi. Alınmış əmlakın iddiaçıya təqdim edilməsinə baxmayaraq 04 iyul 2014-cü il tarixindən başlayaraq həmin əmlakın sənədləri hal – hazıra kimi heç bir səbəb göstərilmədən təqdim edilməmişdir. 27 iyun 2014-cü il tarixli, 062/14 GM-S nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh iddiaçı tərəfindən seçilmiş 1 ədəd “Doosan DX140W” modelli təkərli ekskavator və 1 ədəd “Auger” satmağı, iddiaçı isə əmlakın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2.3-cü bəndinə əsasən müqavilənin məbləği ƏDV ilə birgə 132500 manat təşkil etmiş, 2.1.1-ci bəndinə əsasən iddiaçı əmlakın dəyərini 31 avqust 2015-ci il tarixində tam ödəmişdir. Müqavilənin 2.2 və 3.3-cü bəndlərinə əsasən cavabdeh əmlakın dəyəri ödənildiyi gündən 2 gün ərzində əmlakın özünü sənədlərlə birlikdə (zavod istehsalçının təqdim etdiyi texniki pasport, texnikanın servis kitabçası, istismar təlimatı, texniki komplektləşdirmə vərəqəsində göstərilən ehtiyyat hissələri və alətləri) təhvil-təslim aktı ilə İddiaçıya təqdim etməli idi. Alınmış əmlakın iddiaçıya təqdim edilməsinə baxmayaraq 27 iyul 2015-ci il tarixindən başlayaraq həmin əmlakın sənədləri hal – hazıra kimi heç bir səbəb göstərilmədən təqdim edilməmişdir. 02 noyabr 2015-ci il tarixli, 072/15-GM-S nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh iddiaçı tərəfindən seçilmiş 2 ədəd “Doosan Disd 300” modelli frontal yükləyəci, 1 ədəd “Doosan DX35” modelli kiçik həcimli ekskavator, 1 ədəd “Doosan” modelli işiq qülləsi, 1 ədəd “New Holland LM 1745” modelli teleskopik yükləyəci, 4 ədəd “New Holland L215” modelli kiçik həcimli yükləyici və 3 ədəd “X12” modelli avtobus satmağı, iddiaçı isə əmlakın dəyərini ödəməyə öhdəsinə götürmüşdür. Müqavilənin 1.2.3-cü bəndinə əsasən müqavilənin məbləği ƏDV ilə birgə 663000 manat təşkil etmiş, 2.1.1-ci bəndinə əsasən iddiaçı əmlakın dəyərini 06 aprel 2018-ci il tarixində tam ödəmişdir. Müqavilənin 2.2 və 3.3-cü bəndlərinə əsasən cavabdeh əmlakın dəyəri ödənildiyi gündən 3 gün ərzində əmlakın özünü sənədlərlə birlikdə (zavod istehsalçının təqdim etdiyi texniki pasport, texnikanın servis kitabçası, istismar təlimatı, texniki komplektləşdirmə vərəqəsində göstərilən ehtiyyat hissələri və alətləri) təhvil-təslim aktı ilə iddiaçıya təqdim etməli idi. Alınmış əmlakın iddiaçıya təqdim edilməsinə baxmayaraq 05 noyabr 2015-ci il tarixindən başlayaraq həmin əmlakın sənədləri hal-hazıra kimi heç bir səbəb göstərilmədən təqdim edilməmişdir. Dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq cavabdeh sənədləri təqdim etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 39 nömrəli qərarına əsasən (Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında) əsasən iddiaçı alınmış əmlakları qeydiyyatdan keçirməli idi və yalnız bundan sonra onda həmin əmlaklardan istifadə etmək hüququ yaranmış olardı. Lakin sənədlər təqdim edilmədiyinə görə iddiaçı aldığı əmlakları bu günə qədər qeydiyyatdan keçirə və istifadə edə bilməmişdir. Bununla bağlı İddiaçıya külli miqdarda zərər dəymişdir. Bazar iqtisadiyyatı prinsiplərini nəzərə alaraq qarşılıqlı razılaşma yolu ilə ən aşağı qiymətlər ilə icarəyə verilsə idi, iddiaçı ******* manat fayda əldə edə bilərdi. Bundan sonra İddiaçı Gənclərin X3 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış nəqliyyat vasitələri və avadanlıqların alınması barədə 27 iyun 2014-cü il tarixli, 040/14-GM-S nömrəli müqavilənin predmetini təşkil edən 1 ədəd “New Holland B115” modelli ekskavator yükləyici, 1 ədəd “New Holland B110” modelli ekskavator yükləyici, 1 ədəd “TR700” modelli auger və 1 ədəd “GB5” modelli qırıcı nəqliyyat vasitələrinin, 27 iyun 2014-cü il tarixli, 062/14 GM-S nömrəli müqavilənin predmetini təşkil edən 1 ədəd “Doosan DX140W” modelli təkərli ekskavator və 1 ədəd “Auger” markalı nəqliyyat vasitələri, xx.xx.2015-ci il tarixli 072/İ5-GM-S nömrəli müqavilənin predmetini təşkil edən 2 ədəd “Doosan Disd 300” modelli frontal yükləyəci, 1 ədəd “Doosan DX35” modelli kiçik həcimli ekskavator, 1 ədəd “Doosan” modelli işiq qülləsi, 1 ədəd “New Holland LM 1745” modelli teleskopik yükləyəci, 4 ədəd “New Holland L215” modelli kiçik həcimli yükləyici və 3 ədəd “X12” markalı avtobusun və həmin əmlaklara aid texniki sənədlərin cavabdehdən alınaraq iddiaçıya verilməsi, əmlaklar və onlara aid texniki sənədlərin təhvil verilməməsinə görə ******* manat məbləğində əldən çıxmış faydanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, müqavilələr üzrə alıcı tərəfindən satıcıya əmlakın dəyəri tam ödənilmiş, əmlak və ona aid texniki sənədlər iddiaçıya təhvil verilməmişdir. Belə ki, əmlak iddiaçıya deyil, tamamilə başqa şəxsə - "xxxx" MMC-yə təhvil verilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq izahatında göstərdi ki, 11 ədəd nəqliyyat vasitəsinin ən aşağı aylıq icarə haqqının müvafiq olaraq 3500 manat, 3000 manat və 1500 manat olmasını nəzərə aldıqda, hər birinin alındığı tarixdən 2021-ci ilin sonuna kimi iddiaçının hüquqlarının pozulması nəticəsində ******* manat faydanın əldən çıxdığı müəyyən edilir. Belə ki, 1 ədəd "New Holland B115", 1 ədəd "New Holland B115", 1 ədəd "New Holland LM1745", 1 ədəd "Doosan DX 140 W" markalı nəqliyyat vasitələrinin aylıq icarə haqqının 3000 manat, 2 ədəd "Doosan Dist 300" markalı nəqliyyat vasitəsinin hər birinin ən aşağı aylıq icarə haqqının 3500 manat, 1 ədəd “Doosan DX35” və 4 ədəd "New Holland L215" markalı nəqliyyat vasitəsinin ən aşağı aylıq icarə haqqının 1500 manat olmasını nəzərə aldıqda, hər birinin alındığı tarixdən 2021-ci ilin sonuna kimi İddiaçının hüquqlarının pozulması nəticəsində ******* manat faydanın əldən çıxdığı müəyyən edilir. Texniki Sənədlərin təhvil verilməməsi nəticəsində əmlak dövlət qeydiyyatından keçirilə bilməmiş və yol hərəkətində iştiraka buraxılmamışdır. Bu səbəbdən iddiaçı mülkiyyət huququnun əsas elementləri olan istifadə və sərəncam hüquqlarını həyata keçirə bilməmişdir. Göründüyu kimi, iddiaçının tələbi əmlaka mülkiyyət hüququnun pozuntularının aradan qaldırılması haqqında olduğundan həmin tələbə iddia müddəti şamil edilmir. Təhvil – təslim aktında adları qeyd olunan şəxslərin İddiaçı Gənclərin X3 tərəfindən səlahiyyətli şəxslər olmasına dair heç bir sübut təqdim olunmamışdır. Cavabdeh "xxxx" MMC (əvvəlki adı - Cavabdeh MMC) iddiaya etirazını onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan müqavilələr üzrə tərəflər arasında imzalanmış və möhürlənmiş rəsmi təhvil-təslim aktları mövcuddur. Həmin təhvil-təslim aktları iddiaçı tərəfindən tələb olunan bütün sənədlərin təqdim edilməsini təsdiq edir. Çünki müqavilələrin 3.3-cü bəndinə əsasən, satıcı (cavabdeh) əmlakın təhvil verilməsi ilə eyni zamanda alıcıya (iddiaçı) aşağıdakı sənədləri təqdim edir: Zavod istehsalçısının təqdim etdiyi texniki pasport, texnikanın servis kitabçası, istismar təlimatı, texniki komplektləşdirmə vərəqəsində göstərilən ehtiyyat hissələri və alətləri. Qeyd olunan sənədlərdən hər hansı birinin alıcıya təqdim edilməmədi əmlakın tam göndərilməməsi sayılır və alıcının təhvil-təslim aktını imzalamqdan imtinası üçün əsasdır. Əlavə olaraq qeyd edilməsi zəruridir ki, iddiaçı qeyd etdiyi məbləğdə maddi itkilərə məruz qalmışdırsa, təhvil-təslim aktlarının təsdiq edildiyi müddətdən bugünə qədər (7-8 il ərzində) məhkəməyə müraciət etməməsi iddianın əsaslılığı barədə sual doğurur. Bundan başqa, tələb üzrə iddia müddəti də ötürülmüşdür. Belə ki 27 iyun 2014-ci il tarixli, 040/14-GM-S nömrəli müqavilə üzrə təhvil-təslim aktı hər iki tərəfin rəsmi möhürü və rəhbər şəxslərin imzası ilə 24 iyul 2014-cü ildə, 27 iyun 2014-ci il tarixli, 062/14-GM- S nömrəli müqavilə üzrə təhvil-təslim aktı hər iki tərəfin rəsmi möhürü və rəhbər şəxslərin imzası ilə 27 iyul 2015-ci ildə, 02 noyabr 2015-ci il tarixli, 072/15-GM-S nömrəli müqavilə üzrə təhvil-təslim aktı hər iki tərəfin rəsmi möhürü və rəhbər şəxslərin imzası ilə 05 noyabr 2015-ci ildə təsdiq edilmişdir. Cavabdehin nümayəndəsi X9 iddianı qəbul etmədiyini bildirərək etiraz ərizəsi ilə eyni məzmunlu izahat verdi və iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMC məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, 27 iyun 2014-cü il tarixli, 040/14-GM-S nömrəli, 27 iyun 2014-cü il tarixli, 062/14 GM-S nömrəli və 02 noyabr 2015-ci il tarixli, 072/15-GM-S nömrəli müqavilələr üzrə cavabdehdən tələb etdiyi nəqliyyat vasitələri və avadanlıqlar “X10 X6 MMC-yə verilmişdir. Belə ki, "xxxx" MMC ilə Xəzər GETYM arasında 30 dekabr 2013-cü tarixdə 01-14-MMC nömrəli müqavilə bağlanmış və həmin müqavilənin predmeti "xxxx" MMC-nin maddi texniki bazasının gücləndirilməsi, avtonəqliyyat vasitələrinin alınması, bunun müqabilində "xxxx" MMC İddiaçı GETYM-ə ƏDV daxil olmaqla ******* manat pulun ödənilməsini təmin etmişdir. Həmin müqavilə əsasında İddiaçı GETYM "xxxx" MMC-yə ƏDV daxil olmaqla ******* manat dəyərində hesab faktura, habelə 30 dekabr 2013-cü il tarixli, HG seriyalı, 705679 nömrəli elektron vergi hesab-fakturası təqdim etmişdir. Bundan sonra isə müvafiq nəqliyyat vasitələri və avadanlıqların İddiaçı GETYM tərəfindən "xxxx" MMC-yə təhvil verilməsi nəzərdə tutlmuşdur. Belə ki, 12 noyabr 2015-ci il tarixli, ÇBT/3 seriyalı, 974452 nömrəli qaimə-fakturaya əsasən İddiaçı GETYM tərəfindən "xxxx" MMC-yə təhvil verilməli 1 ədəd “NEW HOLLAND B115”, 1 ədəd "NEW HOLLAND B110”, 1 ədəd “AUGER TR700” və 1 ədəd “QİRİCİ GB5” markalı nəqliyyat vasitələri və avadanlıq, 12 noyabr 2015-ci il tarixli ÇBT/3 seriyalı, 974453 nömrəli qaimə-fakturaya əsasən, Xəzər GETYM tərəfindən "xxxx" MMC-yə təhvil verilməli 1 ədəd “DOOSAN DX 140 W’ təkərli ekskavator və 01 ədəd “AUGER” markal avadanlıq, 12 noyabr 2015-ci il tarixli ÇBT/3 seriyalı, 974454 nömrəli qaimə- fakturaya əsasən İddiaçı GETYM tərəfindən "xxxx" MMC-yə təhvil verilməli 2 ədəd “DOOSAN DİST 300 FRONTAL YÜKLƏYİCİ”, 1 ədəd “DOOSAN DX35” kiçik həcmli ekskavator, 1 ədəd DOOSAN modelli işıq qülləsi, 1 ədəd “NEW HOLLAND LM1745" teleskop yükləyici, 4 ədəd “NEW HOLLAND L215” kiçik həcmli yükləyici və 03 ədəd "X12” markalı avtobus, 12 noyabr 2015-ci il tarixli ÇBT/3 seriyalı, 974455 nömrəli qaimə-fakturaya əsasən isə İddiaçı GETYM "xxxx" MMC-yə təhvil verilməli 1 ədəd “DOOSAN DX 140 W’ tırtıllı ekskavator təhvil verilmişdir. Yalnız 12 noyabr 2015-ci il tarixli ÇBT/3 seriyalı, 974454 nömrəli qaimə-fakturada olan 3 ədəd “X12” markalı avtobus hüquqi sənədləri ilə birgə təhvil verilmiş, lakin bu qaimədə olan 1 ədəd “DOOSAN” işıq qülləsinin isə harada olması haqqında məlumat mövcud deyildir. Qeyd edilənlər onu təsdiq edir ki, İddiaçı GETYM 3 müqavilə əsasında ƏDV daxil 976400 manata Cavabdeh MMC-dən 19 ədəd nəqliyyat vasitəsi və avadanlığı almış, "xxxx" MMC ilə bağlanmış 30 dekabr 2013-cü il tarixdə 01- 14-MMC nömrəli müqavilə üzrə öhdəliyini icra edərək həmin 19 ədəd nəqliyyat vasitəsi və avadanlıq rəsmi uçot sənədləri əsasında "xxxx" MMC-nin balansına qəbul edilmişdir. Göründüyü kimi, "xxxx" MMC İddiaçı GETYM ilə 30 dekabr 2013-cü il tarixdə müqavilə bağlayarkən və ona ƏDV daxil ******* manat pulu ödəyərkən, İddiaçı GETYM-nin mülkiyyətində 19 ədəd nəqliyyat vasitəsi və avadanlıq olmamış yalnız həmin vəsaiti aldıqdan sonra Xəzər GETYM Cavabdeh MMC-dən yuxarıda qeyd olunan 3 müqavilə əsasında ƏDV daxil 976.400 manat dəyərdə 19 ədəd nəqliyyat vasitəsi və avadanlığı almış, ƏDV daxil 433.600 manat olmaqla, ƏDV-siz isə 367.458 manat mənfəət əldə etmişdir. balansımızda olduğundan onların Cavabdeh MMC-dən alınaraq Xəzər GETYM- yə verilməsi hissəsində iddia tələbi olduğundan təmin edilməməlidir. Həmin nəqliyyat vasitələri və avadanlıqlar hazırda bizim "xxxx" MMC-nin balansına alınsa da, onların hüquqi sənədləri hal – hazıradək təhvil verilməmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iddianın təmin olunmasına etiraz etdiyini bildirərək ərizə ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan: 27 iyun 2014-cü il tarixli, 040/14-GM-S nömrəli müqaviləyə və 1 №-li əlavəyə əsasən Cavabdeh MMC İddiaçı Gənclərin X3 tərəfindən seçilmiş 1 ədəd “New Holland B115” modelli ekskavator yükləyici, 1 ədəd “New Holland B110” modelli ekskavator yükləyici, 1 ədəd “TR700” modelli auger və 1 ədəd “GB5” modelli qırıcı satmağı, sonuncu isə əmlakın dəyərini ödəməyi öhdəsinə götürmüş, müqavilənin məbləği ƏDV ilə birgə 180900 manat müəyyən olunmuşdur; 27 iyun 2014-cü il tarixli, 062/14 GM-S nömrəli müqaviləyə və 1 №-li əlavəyə əsasən Cavabdeh MMC İddiaçı Gənclərin X3 tərəfindən seçilmiş 1 ədəd “Doosan DX140W” modelli təkərli ekskavator və 1 ədəd “Auger” satmağı, sonuncu isə əmlakın dəyərini ödəməyi öhdəsinə götürmüş, müqavilənin məbləği ƏDV ilə birgə 132500 manat müəyyən olunmuşdur; 02 noyabr 2015-ci il tarixli, 072/15-GM-S nömrəli müqavilənin müqaviləyə və 1 №li əlavəyə əsasən Cavabdeh MMC İddiaçı Gənclərin X3 tərəfindən seçilmiş 2 ədəd “Doosan Disd 300” modelli frontal yükləyəci, 1 ədəd “Doosan DX35” modelli kiçik həcimli ekskavator, 1 ədəd “Doosan” modelli işiq qülləsi, 1 ədəd “New Holland LM 1745” modelli teleskopik yükləyəci, 4 ədəd “New Holland L215” modelli kiçik həcimli yükləyici və 3 ədəd “X12” modelli avtobus satmağı, sonuncu isə əmlakın dəyərini ödəməyə öhdəsinə götürmüş, müqavilənin məbləği ƏDV ilə birgə 663000 manat müəyyən olunmuşdur; qaimə – fakturaların surətindən görünür ki, 27 iyun 2014-cü il tarixli, 040/14-GM-S nömrəli, 27 iyun 2014-cü il tarixli, 062/14 GM-S nömrəli və 02 noyabr 2015-ci il tarixli, 072/15-GM-S nömrəli müqavilələrdə göstərilən texnika və avadanlıqlar Cavabdeh MMC tərəfindən İddiaçı Gənclərin X2 təhvil verilmişdir; 01-14-MMC saylı müqaviləyə əsasən "xxxx" MMC maddi – texniki bazasının gücləndirilməsi, xüsusi təyinatlı nəqliyyat vasitələrinin alınması, külək elektrik stansiyalarına, günəş elektrik stansiyalarına texniki xidmət göstərilməsi, ehtiyat hissələrinin alınması və avtonəqliyyat vasitələrinin alınması işlərinin satın alınması üçün İddiaçı Gənclərin X1 ƏDV daxil olmaqla ******* manat məbləğində təklifini qəbul etmişdir; 12 noyabr 2015-ci il tarixli, ÇBT/3 seriyalı, 974452 nömrəli qaimə-fakturaya əsasən 1 ədəd “NEW HOLLAND B115”, 1 ədəd "NEW HOLLAND B110”, 1 ədəd “AUGER TR700” və 1 ədəd “QİRİCİ GB5” markalı nəqliyyat vasitələri və avadanlıq, 12 noyabr 2015-ci il tarixli ÇBT/3 seriyalı, 974453 nömrəli qaimə-fakturaya əsasən, 1 ədəd “DOOSAN DX 140 W’ təkərli ekskavator və 01 ədəd “AUGER” markal avadanlıq, 12 noyabr 2015-ci il tarixli ÇBT/3 seriyalı, 974454 nömrəli qaimə- fakturaya əsasən 2 ədəd “DOOSAN DİST 300 FRONTAL YÜKLƏYİCİ”, 1 ədəd “DOOSAN DX35” kiçik həcmli ekskavator, 1 ədəd DOOSAN modelli işıq qülləsi, 1 ədəd “NEW HOLLAND LM1745" teleskop yükləyici, 4 ədəd “NEW HOLLAND L215” kiçik həcmli yükləyici və 03 ədəd "X12” markalı avtobus, 12 noyabr 2015-ci il tarixli ÇBT/3 seriyalı, 974455 nömrəli qaimə-fakturaya əsasən 1 ədəd “DOOSAN DX 140 W’ tırtıllı ekskavator təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki, iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən ərizə verilmişdir. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Buna görə də məhkəmə hesab edir ki, ilkin olaraq iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 568.1 və 568.2-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur; 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alqı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə həmin Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir; 570.1 və 570.1.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda icra edilmiş sayılır. 576-cı maddəsinə əsasən əgər satıcı verməli olduğu əşyaya aid ləvazimatı və ya sənədləri alıcıya vermirsə və ya verməkdən imtina edirsə, alıcı bunların verilməsi üçün ona ağlabatan müddət təyin edə bilər. Satıcı əşyaya aid ləvazimatı və ya sənədləri göstərilmiş müddətdə vermədikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyadan imtina edə bilər. Tərəflər arasında bağlanmış 27 iyun 2014-cü il tarixli, 040/14-GM-S nömrəli, 27 iyun 2014-cü il tarixli, 062/14 GM-S nömrəli və 02 noyabr 2015-ci il tarixli, 072/15-GM-S nömrəli müqavilələr müqavilələrin 3.2 və 3.3-cü bəndlərində qeyd olunmuşdur: “3.2. Əmlakın satıcıdan alıcıya təhvil – təslimi təhvil – təslim aktı ilə rəsmiləşdirilir. Əmlakların təhvil – təslim aktı hər bir tərəf üçün bir nüsxə olmaqla 2 nüsxədə tərtib edilir. Satıcı və alıcının səlahiyyətli nümayəndələri tərəfindən imzalanır. 3.3. Satıcı əmlakların verilməsi ilə eyni zamanda alıcıya aşağıdakı sənədləri təqdim edir: Zavod istehsalçısının təqdim etdiyi texniki pasport, texnikanın servis kitabçası, istismar təlimatı, texniki komplektləşdirmə vərəqəsində göstərilən ehtiyat hissələri və alətləri. Qeyd olunan sənədlərdən hər hansı birinin alıcıya təqdim edilməməsi əmlakın tam göndərilməməsi sayılır və alıcının təhvil – təslim aktını imzalamaqdan imtinası üçün əsasdır.” Müqavilənin qeyd olunan bəndlərinin məzmunundan görünür ki, malların verilməsi təhvil – təslim aktı ilə rəsmiləşdirilir, əmlakla birlikdə ona dair sənədlər də təqdim olunmalıdır, sənədlərin təqdim olunmadığı təqdirdə təhvil – təslim aktı imzalamaqdan imtina etmək alıcının hüququdur. Təhvil – təslim aktının imzalanması, alıcının həmin aktı imzalamaqdan imtina etməməsi onu təsdiq edir ki, əmlaklar və həmin əmlaklara dair sənədlər satıcı tərəfindən alıcıya təqdim olunmuşdur. Bundan başqa, məhkəmə bir ziddiyyətli məqamı da qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsində əmlakların təhvil verilməsi, sənədlərin isə təqdim olunmaması qeyd olunsa da, iddia tələbinin həcminin artırılması barədə ərizədə həmçinin, əmlakların da verilmədiyi göstərilmişdir. İddiaçının nümayəndəsi təhvil – təslim aktlarına münasibətdə qeyd etmişdir ki, aktlarda adları qeyd olunan şəxslərin iddiaçının səlahiyyətli şəxsləri olmasına dair heç bir sübut təqdim olunmamışdır. Lakin qeyd etmək lazımdır ki, akt imzalardan başqa, İddiaçı Gənclərin X1 möhürü ilə də təsdiq olunmuşdur. Aktlarda möhürün həqiqiliyi mübahisələndirilmədiyi halda həmin aktda hüquqi şəxs tərəfindən müvafiq səlahiyyət verilməyən şəxs tərəfindən imzalanması həmin sənədin saxta olması və ya hüquqi şəxs tərəfindən təsdiq edilmədiyi barədə birmənalı qənaətə gəlməyə əsas vermir. Çünki, oxşar vəziyyətlərdə fiziki şəxslərlə müqayisədə hüquqi şəxslərin üzərinə öz statusuna görə daha böyük məsuliyyət düşür. Belə ki, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə, o cümlədən təsis sənədlərinin və digər zəruri rekvizitlərin saxlanmasına maddi məsul olan şəxslərə malikdir. Hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki və ya digər hüquqi şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Bu zaman sənədin möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır. Çünki bir qayda olaraq möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək (təmsilçilik) səlahiyyətinə malik olan şəxs olur. Beləliklə, öz möhürü ilə təsdiq edilmiş sənədi mübahisələndirən hüquqi şəxs sənədin tərtib edildiyi tarixdə möhürün oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə halları sübuta yetirməlidir. Hazırkı iş üzrə iddiaçı tərəfindən təqdim olunmuş aktda olan möhür əksinin mötəbərliyi öz təsdiqini tapmışdır. Cavabdeh həmin dövrdə möhürün oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə heç bir sübut təqdim etməmişdir. Bu baxımdan aktlarda olan möhür əksinin iddiaçının səlahiyyətli şəxsi tərəfindən vurulduğu müəyyən edilir. Yaranmış vəziyyətdə isə aktdakı imzanın həmin səlahiyyətli şəxs tərəfindən icra edilməməsi onun etibarlılığını birmənalı şübhə altına almır. Əgər həmin akt imzalandıqdan sonra hüquqi şəxsin rəhbəri tərəfindən möhürlə təsdiq edilmişdirsə belə çıxır ki, hüquqi şəxsin təmsilçisi aktda göstərilənləri bəyənmişdir. Yaxud əgər hüquqi şəxsin təmsilçisi imzalanmamış aktı qabaqcadan öz möhürü ilə təsdiq etmişdirsə, yenə də təmsilçi imzanın hər hansı şəxs (ixtiyarlı və ya ixtiyarsız) tərəfindən imza ediləcəyini göz altına alaraq aktı, o cümlədən onu imzalayacaq şəxsin imzasını öncədən təsdiq etmişdir. Digər tərəfdən "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş sübutlarla da əmlakların iddiaçıya verilməsi təsdiqini tapır. Belə ki, İddiaçı Gənclərin X3 "xxxx" MMC ilə müqavilə bağlanmış, həmin müqavilə əsasənda sonuncu tərəfindən iddiaçıya ƏDV daxil olmaqla ******* manat pulun ödənilməsi təmin olunmuşdur. Müqavilə əsasında İddiaçı Gənclərin X3 "xxxx" MMC-yə ƏDV daxil olmaqla ******* manat dəyərində hesab faktura, elektron vergi hesab-fakturası təqdim etmiş, qaimə-fakturalara əsasən hal – hazırda tələb etdiyi texniki və avadanlıqları sonuncuya təhvil vermişdir və məhz bu sənədlər əsasında həmin əmlaklar "xxxx" MMC-nin balansındadır. Beləliklə, təqdim olunmuş sübutlar məhkəməyə iddianın əsassız olması qənaətinə gəlməyə əsas verir. Həmçinin, əmlakların təhvil verilməməsi sübutlarla təsdiqini tapmadığından məhkəmə iddianın digər – əldən çıxmış fayda qismində zərərin ödənilməsi barədə hissəsinin araşdırılmasına zərurət görmür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı” 19 aprel 1994-cü il tarixli işində məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. İddia müddəti ilə bağlı cavabdehin istinad etdiyi hal müqavilə tələbləri üzrə 3 illik iddia müddətinin ötürülməsi, iddiaçının istinad etdiyi hal isə mülkiyyət hüquqları ilə bağlı tələblərə iddia müddətinin şamil olunmamasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 384.0 və 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə iddia müddəti şamil edilmir. İddia müddəti ilə bağlı məsələnin həlli üçün onu qeyd etmək lazımdır ki, mübahisənin əsasını mülkiyyətçinin hüququnun pozuntularının aradan qaldırılması deyil, müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi, yəni, müqavilədə nəzərdə tutulan əmlakların və sənədlərin təhvil verilməməsi təşkil edir. Buna görə də hazırkı tələbə müqavilə tələbləri üzrə nəzərdə tutulan üç illik iddia müddəti tətbiq olunmalıdır. İddia müddətinin axımı isə təhvil – təslim aktlarının imzalandığı andan başladığından, hazırkı tələb üzrə iddia müddəti də ötürülmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, iddia rədd olunmalı və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Gənclərin X1 Cavabdehnə qarşı nəqliyyat vasitələri, avadanlıqların, həmin əmlaklara dair sənədlərin təhvil verilməsi və zərərin əvəzinin ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar