Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3438/2022 07.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçı4, İddiaçı1, İddiaçı2, İddiaçı3 nümayəndəsi və vəkili X4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2, Cavabdeh1 ASC-nin nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh2 QSC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, iddiaçı Əlı̇ yev Əli Ramı̇ z oğlu, Nağiyev Rəfaı̇ l Qoçu oğlu, Əlı̇ yev Rəşad Ramı̇ z oğlu, Əlı̇ yev Ramı̇ z İsmayil oğlunun Cavabdeh1 ASC, Cavabdeh2 QSC-yə qarşı “ümumi yığıncaq protokolunun və onun nəticəsinin etibarsız hesab edilməsi” tələbinə dair (Azərbaycan Respublikasının Mərkəzi Bankı və Əmanətlərin Sığortalanaması Fondu müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) kommersiya işinə Bakı şəhərində Bakı Kommersiya Məhkəməsinin inzibati binnasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əlı̇ yev Əli Ramı̇ z oğlu, Nağiyev Rəfaı̇ l Qoçu oğlu, Əlı̇ yev Rəşad Ramı̇ z oğlu, Əlı̇ yev Ramı̇ z İsmayil oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASCnin 25 avqust 2014-cü il tarixli səhmdarların növbədənkənar ümumi yığıncağının protokolunun və onun nəticəsi olaraq Azərbaycan Respublikası Mərkəzi Bankı, QSC “Bank Standart” KB və Cavabdeh1 ASC arasında Cavabdeh2 QSC-nin xeyrinə bağlanan Səhmdar Cəmiyyətə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, İddiaçı1 küçəsi 36 ünvanında yerləşən daşınmaz əmlakın ipotekaya qoyulması barədə reyestr nömrəsi 3M- 349 ilə notarial qaydada təsdiq edilmiş 03 iyul 2015-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar uzun illərdir Cavabdeh1 ASC-nin səhmdarlarıdır. Uzun illər ərzində Səhmdar Cəmiyyət tərəfindən dividend ödənilməmişdir və bununla bağlı bu ilin oktyabr ayında Səhmdar Cəmiyyətə müraciət etdikdə məlum olmuşdur ki, Səhmdar Cəmiyyət xəbərləri olmadan Səhmdar Cəmiyyətə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, İddiaçı1 küçəsi 36 ünvanında yerləşən daşınmaz əmlakı 03 iyul 2015-ci il tarixində ipoteka müqaviləsi ilə ipotekaya qoymuşdur. Səhmdar Cəmiyyət daşınmaz əmlakı ipotekaya qoymaq üçün guya 25 avqust 2014-cü il tarixində səhmdarların növbədənkənar ümumi yığıncaq keçirmiş və bu barədə qərar qəbul etmişdir. Halbuki, nə iddiaçılar, nə də digər səhmdarlar bu yığıncaqdan ümumiyyətlə xəbəri olmamışdır və hər hansı bildiriş də göndərilməmişdir. Bütün bu müddət ərzində müqavilənin bağlanması sirr olaraq saxlanıldığından protokolun və müqavilənin mövcudluğundan və səhmdar cəmiyyətin daşınmaz əmlakının ipoteka qoyulmasından xəbərsiz olmuşlar. 2015-ci ildə ipoteka müqaviləsinin bağlanmasının səhmdarlardan sirr saxlanmasına əsas səbəbi ümumi yığıncağın keçirilməsi və müqavilənin bağlanması zamanı qanun pozuntularına yol verilməsi idi. 25 avqust 2014-cü il tarixli protokoldan aydın olmuşdur ki, Səmdar Cəmiyyətə məxsus olan daşınmaz əmlakın ipotekaya qoyulması üçün əsas səhmdar (98,8% səhmlə) Cavabdeh2 QSC tələbnamə ilə müraciət etmişdir və Cavabdeh2 QSC tərəfindən QSC “Bank Standart” KB-dən kreditlərin götürülməsi məqsədilə və birbaşa Cavabdeh2 QSC-nin maraqlarını təmin etmək üçün səhmdar cəmiyyətə məxsus daşınmaz əmlakı ipotekaya qoymuşdur. 25 avqust 2014-cü il tarixli protokol tamamilə əsassız, qanunsuz və etibarsız protokoldur. Belə ki, həqiqətdə həmin ümumi yığıncaq keçirilməmişdir və bununla bağlı səhmdar cəmiyyət tərəfindən səhmdarlara bildiriş göndərməmişdir, ümumi yığıncaq haqda məlumat olmamış və protokol ilə bağlı hər hansı məlumat da açıqlamamışdır. Halbuki, səhmdar cəmiyyətə məxsus daşınmaz əmlakın ipotekaya qoyulması xüsusi əhəmiyyətli əqddir və bunun üçün uydurma deyil həqiqi səhmdarların ümumi yığıncağı çağırılmalı və keçirilməli idi. Bunun üçün səhmdar cəmiyyət tərəfindən mətbuatda elan verilməli, səhmdarlara bildirişlər göndərilməli, bildirişdə yığıncağın gündəliyi verilməli, yığıncaq keçirilməli və sonda bu barədə məlumatlar açıqlanmalı idi. Səhmdar cəmiyyətin əmlakı səhmdarların ümumi mülkiyyətidir və əmlak barəsində sərəncam vermək yalnız səmdarların ümumi razılığı ilə mümkündür. Qanunverici bu hüquqları müdafiə edərək, Mülki Məcəllədə bunu müvafiq normalarla təsbit etmişdir. Yuxarıda göstərilənlardan başqa, səhmdar cəmiyyətin daşınmaz əmlakının ipotekaya qoyulmasının məqsədi Cavabdeh2 QSC tərəfindən QSC “Bank Standart” KB-dən kreditlərin götürülməsi ilə birbaşa bağlı olduğundan burada əlaqəli şəxslə əqdin bağlanması faktı da mövcuddur. Hələ həmin dövrdə qüvvədə olan Mülki Məcəllənin 99.4-cü maddəsinə uyğun olaraq - açıq səhmdar cəmiyyətinə aidiyyəti olan şəxs ilə həmin cəmiyyət arasında bağlanılan hər hansı əqd, razılaşma və yaxud əlaqəli əqdlər məcmusu aidiyyəti şəxslə əqd hesab edilir. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, aidiyyəti şəxslərin siyahısı, onlarla cəmiyyət arasında əqdlərin bağlanması və belə əqdlər barədə məlumatın açıqlanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Digər maraqlı məqam odan ibarətdir ki, səhmdar cəmiyyət özünün Bakı şəhəri, Nərimanov rayonu, İddiaçı1 küçəsi 36 ünvanında yerləşən daşınmaz əmlakına dair mülkiyyət hüququna dair çıxarışı xx.xx.2015-ci il tarixdə almışdır və ipoteka müqaviləsi xx.xx.2015-ci il tarixində bağlanmışdır. Deməli faktiki olaraq daşınmaz əmlakın ipotekaya qoymaq niyyəti və əsası 2015-ci ilin iyun ayından sonra yaranmışdır. Lakin səhmdar cəmiyyətin protokolu bundan bir il əvvəl, yəni 25 avqust 2014cü il tarixdə tərtib edilir. Bunu etməkdə məqsəd Mülki Məcəlləyə edilmiş dəyişiklikdən əvvəlki tarixə formal protokol tərtib etməklə qanunvericiliyin tələblərindən yayınmaq olmuşdur. Çünki 2015-ci ilin may ayında Mülki Məcəlləyə dəyişikliklər edildi və 49-1-ci maddəsi əlavə edildi. Həmin maddə ilə aidiyyəti şəxsləri ilə əqdlərin bağlanması üçün daha ağır şərtlər qoyuldu. Belə ki, artıq 2015-ci ilin iyul ayında (ipoteka müqaviləsinin bağlandı vaxt) Mülki Məcəllənin 49-1.2-ci maddəsinə uyğun olaraq: Deməli adiyyəti şəxslə əqdin bağlanması üçün əlavə olaraq auditorun rəyi olmalı idi və qərar qəbul edilərkən, aidiyyəti şəxs, bu halda Cavabdeh2 QSC səsvermədə iştirak edə bilməzdi. Protokoldan da göründüyü kimi qərarın leyhinə yeganə olaraq 411.657 səhmlə səs verən Cavabdeh2 QSC olmuşdur. Səhmdarların reyestrindən də göründüyü kimi Cavabdeh2 QSC-nin 411.657 səhmə malikdir. Bundan başqa Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru olan Süleyman Məmmədov, həm də o dövrdə Cavabdeh2 QSC-nin baş direktoru olmuşdur. Göründüyü kimi, Cavabdeh2 QSC-nin birbaşa maraqlarını təmin etmək məqsədi ilə 2015-ci ilin iyul ayında artıq qüvvədə olan qanunvericiliyin tələblərindən yayınmaq üçün ümumi yığıncaq keçirilmədən, formal olaraq tərtib edilmklə, səhmdar cəmiyyətin mülkiyyət hüququnu təsdiq edən çıxarışı olmadan, səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan ipoteka müqaviləsinin xüsusi əhəmiyyətli əqd kimi bağlanmasına razılıq vermədən, audit rəyi olmadan və Cavabdeh2 QSC-nin səsvermə hüququ olmadan və aidiyyəti (əlaqəli) şəxslə əqdin bağlanması üçün müəyyən edilmiş qanunvericiliyin digər normaları kobud şəkildə pozulmaqla bu cür etibarsız protokol tərtib edilmiş və müqavilə bağlanmışdır. Cavabdeh2 QSC əvvəl Cavabdeh2 MMC olmuşdur. Cavabdeh2 MMC sonradan təşkilati hüquqi formasını dəyişərək Cavabdeh2 QSC-yə çevrilmişdir. Daha əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili X7 məhkəməyə izahatında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, iddiaçılar uzun illərdir Cavabdeh1 ASC-nin səhmdarlarıdır. Hər biri bir paya malikdir. Məhz səhmdar cəmiyyəti tərəfindən kobud və qəsdən iddiaçıların hüquqları pozulub. 2021-ci ilin dekabr ayında iddiaçılar ilin yekununa görə divident ödənilməsi üçün səhmdar cəmiyyətinə müraciət edirlər və məlum olur ki, 2014-cü ilin avqust ayında guya növbədənkənar iclas keçirilib, protokol hazırlanıb və bunun əsasında ipoteka ilə yüklü edilib. Bu barədə qətiyyən tərəflərə məlumat verilməyib. 25 avqust 2014-cü il tarixli protokoldan aydın olmuşdur ki, səmdar cəmiyyətə məxsus olan daşınmaz əmlakın ipotekaya qoyulması üçün əsas səhmdar (98,8% səhmlə) Cavabdeh2 QSC tələbnamə ilə müraciət etmişdir və Cavabdeh2 QSC tərəfindən QSC “Bank Standart” KB-dən kreditlərin götürülməsi məqsədilə və birbaşa Cavabdeh2 QSC-nin maraqlarını təmin etmək üçün Səhmdar Cəmiyyətə məxsus daşınmaz əmlakı ipotekaya qoymuşdur. 25 avqust 2014-cü il tarixli protokol tamamilə əsassız, qanunsuz və etibarsız protokoldur. Belə ki, həqiqətdə həmin ümumi yığıncaq keçirilməmişdir və bununla bağlı Səhmdar Cəmiyyət tərəfindən səhmdarlara bildiriş göndərməmişdir, ümumi yığıncaq haqda məlumat olmamış və protokol ilə bağlı hər hansı məlumat da açıqlamamışdır. Dövlət tərəfindən məhz bu cür növbədənkənar yığıncaqlar keçirilən zaman hansı qaydalara əməl olunması qeyd olunub. Lakin qarşı tərəf bunların heç birinə riayət etməmişdir. Heç bir mətbuatda bu barədə məlumat verilməyib, tərəflərə bildiriş göndərilməyib və qanunsuz olaraq protokol tərtib olunmuşdur. İddiaçıların nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X3 məhkəməyə izahatında qeyd etmişdir ki, hazırda mübahisələndirilən xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi üzrə əsas tərəflərdən biri – ipoteka saxlayan Mərkəzi Bankdır. Başqa sözlə, iddia tələbi dolayı olaraq həm də Mərkəzi Banka qarşı yönəlmişdir. Belə olan halda isə Mərkəzi Bank qeyd edilən iş üzrə faktiki olaraq cavabdeh statusu daşıyır. Lakin iddia tərəfi ərizədə Mərkəzi Bankı cavabdeh qismində göstərməmiş və Mərkəzi Banka münasibətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 150.1.4-cü maddələrinə tələblərinə əməl etməmişdir. Belə ki, MPM-in 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İddia ərizəsinin məzmununa gəlincə isə, müəyyən edilir ki, iddiaçılar ilk növbədə aidiyyəti şəxslə əqdin bağlanılması üçün müəyyən edilmiş qanunvericiliyin tələblərinin pozulmasına istinad edirlər. Belə ki, iddiaçılara görə, hazırda mübahisələndirilən xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi Cavabdeh2 QSC-nin xeyrinə bağlanmışdır. Cavabdeh2 QSC isə öz növbəsində Cavabdeh1 ASC-nin 98.8% səhmlə əsas səhmdarıdır. Belə olan halda Cavabdeh2 QSC aidiyyəti şəxs statusundadır və onun səhmdarların ümumi yığıncağında əmlakın ipotekaya qoyulması zamanı səsləri nəzərə alınmamalı idi. Bununla bağlı qeyd edilir ki, hazırda mübahisə predmeti olan xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi ipoteka saxlayan qismində – Mərkəzi Bank, borclu qismində – QSC “Bank Standard” KB və ipoteka qoyan qismində isə – Cavabdeh1 ASC arasında bağlanmışdır. Göründüyü kimi, sözügedən müqavilədə ipoteka qoyan öz əmlakını QSC “Bank Standard” KB-nin öhdəliklərinin təminatı kimi Mərkəzi Bank qarşısında ipotekaya qoymuşdur. Belə olan halda müqavilənin QSC “Bank Standard” KB-nin xeyrinə bağlanıldığı müəyyən edilir. İddiaçılar israrla xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinin məhz Cavabdeh2 QSC-nin xeyrinə bağlanıldığı təkid etsələr də, ipoteka müqaviləsinə əsasən bu hal tamamilə təkzib olunur. Bunun nəticəsi olaraq Cavabdeh1 ASC-nin əsas səhmdarı olan Cavabdeh2 QSCnin ipoteka müqaviləsinə münasibətdə aidiyyəti şəxs olmaması da müəyyən edilir. Qanunverici hüquqi şəxslə aidiyyəti şəxs arasında əqdlərin bağlanması qaydasını müəyyən edir ki, bu da mübahisələndirilən əqdə aid hal deyildir və beləliklə, qeyd edilənlər bu hissədə iddia tələbinin tamamilə əsassız olduğuna dəlalət edir. Normanın tələbini hazırki iddiaya tətbiq edilsə, hüquqi şəxsə aidiyyəti olan şəxs – Cavabdeh2 QSC ilə həmin hüquqi şəxs – Cavabdeh1 ASC arasında müqavilə mövcud olmalı idi. Lakin mübahisələndirilən xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi üzrə Cavabdeh2 QSC hər hansı tərəf qismində çıxış etməmiş və müqavilə həmin cəmiyyət tərəfindən imzalanmamışdır. Cavabdeh2 QSC-nin aidiyyəti şəxs statusunda olmadığını müəyyən etdikdən sonra artıq həmin hüquqi şəxsin xüsusi əhəmiyyətli əqd kimi ipoteka müqaviləsinin bağlanılması məqsədilə səhmdarların ümumi yığıncağında səsvermə zamanı iştirak hüququnun olduğu da müəyyən edilir. Bununla bağlı qeyd olunur ki, MM-in 107-2.1.-ci maddəsinə görə səhmdarların ümumi yığıncağında səsli səhmlərin ən azı altmış faizinin sahibləri iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. MM-in 107-3.5-ci maddəsinə görə səhmdarların ümumi yığıncağında səsvermə “bir səsli səhm – bir səsdir” prinsipi əsasında həyata keçirilir. Cavabdeh1 ASC-nin xx.xx.2014-cü il tarixli səhmdarlarının növbədənkənar ümumi yığıncaq protokolundan aydın olur ki, həmin yığıncaqda səsli səhmlərin 99,02 faizinin sahibləri iştirak etmişdir. Bu isə yığıncağın səlahiyyətli olduğu deməkdir. Səlahiyyətli yığıncaq zamanı səsə qoyulan məsələlərdən biri QSC “Bank Standard” KB tərəfindən Mərkəzi Bankdan götürülən kredit üzrə Cavabdeh1 ASC-nin Bakı şəhəri, Nərimanov rayonu, İddiaçı1 küçəsi, 36 ünvanında yerləşən daşınmaz əmlakının ipotekaya qoyulması olmuş və bu təklif 412.569 səsdən 411.657 səslə qəbul edilmişdir. İddia ərizəsində iddiaçılar ümumi yığıncağa onların dəvət edilmədiklərini, yığıncağın xəbərsiz olaraq keçirildiyini və bunun nəticəsində hüquqlarının pozulduğunu bildirmişlər. Hətta iddiaçıların Cavabdeh1 ASC-nin yığıncağına dəvət edilməməsi və bu zaman cəmiyyət tərəfindən yol verilmiş prosessual pozuntular reallıqda baş versə belə, bu arqument heç bir halda mübahisələndirilən ipoteka müqaviləsinin etibarsızlığına əsas ola bilməz. Əvvəla, yığıncağın keçirilməsi zamanı baş verilmiş prosessual pozutunları ipoteka müqaviləsinin digər tərəflərinə, o cümlədən Mərkəzi Banka məlum deyildir və ola da bilməzdi. Digər tərəfdən, qanunverici bu kimi pozutular nəticəsində hüquqları pozulmuş səhmdarlara buna cavabdeh olan şəxslərə qarşı iddia irəli sürmək hüququnu müəyyən etmişdir. Bundan başqa, onu da qeyd etmək lazımdır ki, Cavabdeh2 QSC Cavabdeh1 ASC-nin səhmlərinin olduqca böyük hissəsinin – 98,8 faiz səhmlərin sahibidir və yalnız 1,2 faiz təşkil edən səhmlər digər səhmdarlara, o cümlədən hazırki iş üzrə iddiaçılara məxsusdur. Bu isə o deməkdir ki, ümumi yığıncaq zamanı səsə çıxarılan və sadə səs çoxluğu tələb edilən istənilən məsələ üzrə yalnız Cavabdeh2 QSC səsləri həlledici rola malikdir. Başqa sözlə, hətta iddiaçılar ümumi yığıncaqda iştirak etsəydilər belə, onların səhmləri ümumi səhmlərin çox cüzi hissəsini təşkil etdiyindən, yekun veriləcək qərara, yəni əsas səhmdarın lehinə çıxış etdiyi təklifin qəbul edilməsinə təsir edə bilməyəcəkdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən AR Mərkəzi Bankın nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X5 məhkəməyə izahatında qeyd etmişdir ki, iddia tələbi əsaslı deyil və rədd olunmalıdır. Fondun maraqlarına toxunan məsələ ipoteka müqaviləsinin etibarsız hesab olunması məslələsidir. Tərəf bildiirir ki, müqavilədən 2021-ci ildə məlumatı olub lakin müqavilə 2015ci ildə bağlanılıb və ipoteka predmeti girova qoyulub. Həmin 6 il ərzində səhmdar olaraq 2015-ci ildə pozulan hüquqları barədə qətiyyən maraqlanmamışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi və vəkili Vəkil3 məhkəməyə izahatında qeyd etmişdir ki, Cavabdeh1 ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağının keçirilməsi tələbi və təşəbbüsü əsas səhmdar Cavabdeh2 QSC-dən (həmin dövrdə təşkilati-hüquqi forması MMC olmuşdur) daxil olmuşdur. Əsas səhmdarın bu cür təşəbbüsü olduqda ümumi yığıncağın çağırılması qanunun tələbidir. Cavabdeh1 ASC-nin qeyd edilən krediti nə özü üçün götürmüş, nə ondan hər hansı formada istifadə etməmişdir. Protokolun mətnindən də göründüyü kimi, kreditlər sonradan Cavabdeh2 QSC-yə verilməsi üçün nəzərdə tutulurdu. Yəni qeyd edilən ipoteka və sonrakı ipoteka müqavilələrindən başqa Cavabdeh1 ASC-nin QSC “Bank Standart” KB ilə və Mərkəzi Bankla heç bir münasibəti yoxdur. Bir daha qeyd edilməlidir ki, 25 avqust 2014-cü il tarixli Protokolun məzmunundan, çıxışlardan və qəbul olunmuş qərardan da göründüyü kimi ipotekaya və sonrakı ipotekaya qoyulan daşınmaz əmlak QSC “Bank Standart” KB-nin Cavabdeh2 QSC üçün Mərkəzi Bankdan alacağı kreditin və alınan bu kreditin sonradan Cavabdeh2 QSC-yə verilməsi zamanı öhdəliklərin icrasının təminatı kimi çıxış etmişdir. Bundan başqa Cavabdeh1 ASC-yə məxsus daşınmaz əmlakın dəyəri Cavabdeh1 ASCnin xalis aktivlərinin dəyərindən dəfələrlə çoxdur (həmin əmlakın dəyərinə bərabər mislində). Yəni, ümumi yığıncağın çağırılmasına səbəb iddiaçının göstərdiyi kimi, adiyyəti şəxslər arasında imzalanan əqd olmamışdır. Cavabdeh1 ASC-nin nizamnamə kapitalı 833.254,20 (səkkiz yüz otuz üç min iki yüz əlli dörd manat 20 qəpik) manat göstərilsə də, həmin dövrdə xalis aktivlərinin dəyəri faktiki olaraq mənfi olmuşdur, cəmiyyətin aktivlərinin dəyəri onun öhdəliklərinin az olmuşdur. İpoteka müqaviləsində isə daşınmaz əmlakın dəyəri isə 17.000.000 (on yeddi milyon) manata qiymətləndirilmişdir. Beləliklə, iddiaçının dəlilləri qəbul olunmur, mülki qanunvericiliyin və nizamnamənin tələbləri nəzərə alınaraq daşınmaz əmlakın ipotekaya qoyulması üçün mütləq şəkildə ümumi yığıncaq çağırılmalı və ipoteka qoyulan daşınmaz əmlaka dair qərar qəbul olunmalı idi. Ona görə də ümumi yığıncaq keçirilmişdir. Təəssüf ki, iddiaçıların tələb etdikləri səhmdarların ümumi yığıncağının çağırılmasına dair sənədləri müəyyən etmək və məhkəməyə təqdim etmək mümkün olmamışdır. Bununla belə bu kimi kiçik pozuntular səhmdarların ümumi yığıncağının etibarsızlığını şərtləndirə bilməz. Cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 QSC-nin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə izahatında qeyd etmişdir ki, AR Mərkəzi Bankın QSC “Bank Standart” KB-yə 22 may 2014-cü il tarixli KBU 14-1592 saylı kredit müqaviləsi və 25 sentyabr 2014-cü il tarixli KB014-1618 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 QSC-nə birbaşa və onun asılı cəmiyyətinə məxsus əmlakların girov qoyulmasında məqsəd həmin kreditlərin, həmin vəsaitin QSC “Bank Standart” KB tərəfindən sonradan Cavabdeh2 QSC-yə kredit verilməsi olmuşdur. Buna görə də Mərkəzi Bank tərəfindən kredit ayrılarkən təminat olaraq Cavabdeh1 ASC-nin daşınmaz əmlakı ipotekaya qoyulmamışdan əvvəl hələ 22 may 2014cü il tarixli GBU 14-1592 saylı girov müqaviləsi və 25 sentyabr 2014-cü il tarixli GB014- 1618 saylı sonrakı girov müqaviləsi ilə Cavabdeh2 QSC "xxxx" ASC-də ona məxsus ola 843.113 ədəd səhmlərini girov qoymuşdur. 2015-ci ildə isə həmin kreditin növbəti təminatı kimi sonradan ipoteka müqaviləsi də imzalanmışdır. Həm Cavabdeh2 QSC tərəfindən səhmlərini girov qoyduğu 22 may 2014-cü il tarixli, GBU 14-1592 saylı və 25 sentyabr 2014-cü il tarixli, GB014-1618 saylı sonrakı girov müqavilələrindən, həm də hazırda iddiaçıların mübahisələndirdiyi İB014-1618 saylı, 03 iyul 2015-ci il tarixli ipoteka müqaviləsindən göründüyü kimi bu səhmlər və əmlak eyni kredit müqavilələri - 22 may 2014-cü il tarixli KBU 14-1592 saylı və 25 sentyabr 2014-cü il tarixli KB014-1618 saylı kredit müqavilələri üzrə birgə təminatlar kimi qəbul edilmişdir. Cavabdeh1 ASC-nin əsas səhmdarı kimi Cavabdeh2 QSC-nin tələbi ilə səhmdarlarının növbədənkənar ümumi yığıncağının çağırılması qanunvericiliklə nəzərdə tutulmuşdur və bu hüquqdan istifadə edilmişdir. Digər tərəfdən qeyd edilən təminat tək deyil, bundan əlavə olaraq Cavabdeh2 özünün "xxxx" ASC-də olan səhmləri də ipoteka qoyulmuşdur. 2014-cü ildə X6 Bankdan götürdüyü bu kredit müqaviləsi üzrə Cavabdeh2 özünün "xxxx" ASC-də olan səhmlərinin və X10-nin 97% səhmdarı olduğu Cavabdeh1 ASC-nin istehsalat sahəsinin ipoteka qoyulması nəzərdə tutulurdu. X10-nin "xxxx" ASC-də olan səhmləri girov qoyuldu. Daha sonra X10-nin 97% səhmdarı olduğu Cavabdeh1 ASC-nin istehsalat sahəsinin ipoteka qoyulmasına dair səhmdarların protokolu təqdim edildi, amma daşınmaz əmlaka ipoteka müqaviləsi imzalamaq mümkün olmadı. Çünki, əmlak rəsmi reyestrdə qeydiyyatda yox idi. Bu səbəbdən ipoteka qoyulacaq əmlakın reyestrdə qeydiyyatı prosesinə başlandı, proses 2015-ci ilin iyun ayında bitdi və 03 iyul 2015-ci il tarixində Cavabdeh1 ASC-nin daşınmaz əmlakı üçtərəfli müqavilə - Mərkəzi Bank, “Bank Standart” və Cavabdeh1 ASC arasında imzalanan müqavilə ilə ipoteka qoyuldu. Cavabdeh1 ASC tərəfindən səhmdarlarm ümumi yığıncağı çağırılması zamanı hər hansı cüzi səhvlərə yol verməsi kobud qanun pozuntusu kimi qiymətləndirilməməlidir və ümumi yığıncağın protokolunun, onun nəticələrinin etibarsızlığına səbəb ola bilməz. Cavabdeh2 QSC-nin nümayəndəsi və vəkili iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. İş materiallarında olan: İddiaçı4, İddiaçı1, İddiaçı3, İddiaçı2 tərəfindən Cavabdeh1 ASC-nin rəhbərliyinə ünvanlanan 07 dekabr 2021-ci il tarixli məktubda Cavabdeh1 ASC tərəfindən səhmdarlara dividentlərin ödənilmədiyi bildirilmiş, səhmdarlara dividentlərin ödənilməməsi səbəbləri haqqında məlumatın verilməsi və 2010-cu ildən başlayaraq səhmdar cəmiyyətin bütün illər üzrə ümumi yığıncağının sənədlərinin göndərilməsi tələb olunmuşdur. Cavabdeh1 ASC-nin baş direktoru S.Məmmədov tərəfindən İddiaçı4, İddiaçı1, İddiaçı3, İddiaçı2 verilmiş 13 dekabr 2021 tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Cavabdeh1 ASC uzun illərdir zərərlə fəaliyyət göstərir, Cavabdeh1 ASC-nin daşınmaz əmlakı ipotekaya qoyulmuşdur və hətta Azərbaycan Respublikası Mərkəzi Bankının QSC “Bank Standart” KB-yə qarşı iddiası üzrə kredit öhdəliklərin icra edilməməsinə görə tələbin Cavabdeh1 ASC-nin daşınmaz əmlakına yönəldilməsi barədə məhkəmədə iş vardır. Göstərilən səbəblərdən səhmdarlarına dividend ödəmək imkanı olmamışdır və yoxdur. Əlavə olaraq COVİD 19 pandemiyası ilə əlaqədar müəyyən edilmiş karantin qaydalarına riayət edilərək 2020 və 2021-ci illərdə Cəmiyyətin səhmdarlarının ümumi yığıncağı ümumiyyətlə keçirilməmişdir. Cavabdeh1 ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının 25 avqust 2014-cü il tarixli protokolunda “Bankstandard” KB tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankından götürülən kreditlər üzrə Cavabdeh1 ASC-nin Bakı şəhəri, Nərimanov Rayonu, İddiaçı1 36 ünvanında yerləşən daşınmaz əmlakının ipoteka qoyulması, Cavabdeh2 MMC tərəfindən QSC “Bankstandard” KB-dən götürülən kreditlər üzrə Cavabdeh1 ASC-nin Bakı şəhəri, Nərimanov Rayonu, İddiaçı1 36 ünvanında yerləşən daşınmaz əmlakı yenidən girov qoyulması, (sonrakı ipoteka) QSC “Bankstandard” KB tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankından götürülən kreditlər üzrə Cavabdeh1 ASC-nin Bakı şəhəri, Nərimanov Rayonu, İddiaçı1 36 ünvanında yerləşən daşınmaz əmlakı ipoteka qoyulması və Cavabdeh2 MMC tərəfindən QSC “Bankstandard” KB-dən götürülən kreditlər üzrə Cavabdeh1 ASC-nin Bakı şəhəri, Nərimanov Rayonu, İddiaçı1 36 ünvanında yerləşən daşınmaz əmlakının yenidən girov qoyulması (sonrakı ipoteka) üçün Cavabdeh1 ASC-nin Baş direktoru S.Məmmədova müvafiq səlahiyyətlərin verilməsi qeyd olunmuşdur. Qeyd olunan iclasda səsvermə hüququna sahib 7 səhmdar iştirak etmiş, iştirak edən səsli səhmlərin sayı 99,02 % olmuşdur. Cavabdeh1 ASC-nin baş direktoru S.Məmmədov tərəfindən İddiaçı4, İddiaçı1, İddiaçı3, İddiaçı2 verilmiş 17 dekabr 2021 tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Cavabdeh1 ASC-nin daşınmaz əmlakı ipotekaya qoyulmasına dair qərar 25 avqust 2014cü il tarixində keçirilən səhmdarların növbədənkənar ümumi yığıncağında qəbul olunmuşdur. Həmin ümumi yığıncaqla Cavabdeh1 ASC-nin Bakı şəhəri, Nərimanov rayonu, İddiaçı1 küçəsi 36 ünvanında yerləşən daşınmaz əmlakı ipotekaya qoyulmuşdur və 03 iyul 2015-ci il tarixində ipoteka müqaviləsi imzalanmışdır. Eyni zamanda uzun müddət keçdiyindən 25 avqust 2014-cü il tarixli səhmdarların növbədənkənar ümumi yığıncağının çağırılması və keçirilməsinə dair sənədləri müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankı “bank” "xxxx", QSC “Bank Standard” KB “borcalan”, olmaqla 22 may 201-cü il tarixli KBU14-15992 və 25 sentyabr 2014-cü il tarixli KBO14-1618 nömrəli kredit müqavilələrinə əlavə olaraq bağlanmış 03 iyul 2015-ci il tarixli İBO14-1618 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 ASC-yə xüsusi mülkiyyət hüquqi ilə məxsus, ünvan 4 ünvanında 1,43973 ha torpaq sahəsində yerləşən 14987,2 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə ipotekaya qoyulmuşdur. Tərəflər arasında ipoteka predmetinin dəyəri 17.000.000 (on yeddi milyon) manat məbləğində qiymətləndirilmişdir. Bakı şəhəri 5 saylı Notariat Ofisi tərəfindən vəkil sorğusuna verilmiş xx.xx.2022-ci il tarixli 1069 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mərkəzi Bankı, QSC “Bank Standart” KB və Cavabdeh1 ASC arasında bağlanan Cavabdeh1 ASC-yə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, İddiaçı1 küçəsi 36 ünvanında yerləşən daşınmaz əmlakın ipotekaya qoyulması haqqında reyestr nömrəsi 3M-349 olan 03 iyul 2015-ci il tarixli ipoteka müqaviləsinin notariat qaydada təsdiq edilməsi zamanı əmlaka dair sərəncam verən tərəfin sərəncam hüququ və müqavilənin qanunauyğunluğu yoxlanılmışdır. Bunun üçün Cavabdeh1 ASC tərəfindən təqdim edilmiş xx.xx.2007-ci il tarixli Nizamanməsi nəzərdən keçirilmiş və müəyyən edilmişdir ki, bağlanması nəzərdə tutulan bu müqavilə cəmiyyət üçün xüsusi əhəmiyyətli əqddir. Təqdim edilmiş nizamnamənin 13.2.7-ci bəndinə görə cəmiyyətin xalis aktivlərinin 25 (iyirmi beş) faizinə qədər məbləğdə bağlanan əqdləri təsdiq etmək səlahiyyəti Direktorlar Şurasına məxsusdur. Nizamnamənin 11.2.13-cü bəndinə görə isə cəmiyyətin xalis aktivlərinin məbləğinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdlərin bağlanması barədə qərar qəbul etmək səlahiyyəti Ümumi Yığıncağa məxsusdur. Eyni zamanda Nizamnamənin 11.2.14-cü bəndinə və 13.4. bəndinə görə ümumi yığıncaq öz üzərinə Direktorlar Şurasının- (müşahidə şurasının) səlahiyyətlərini götürmək və həmin məsələlərə dair qərar qəbul etmək səlahiyyətinə malikdir. Qanunvericiliyin tələblərin və Cavabdeh1 ASC-nin nizamnaməsinə əsasən ipotekaya qoyan şəxs kimi Cavabdeh1 ASC tərəfindən 25 avqust 2014-cü il tarixli səhmdarların növbədənkənar ümumi yığıncağının protokolundan çıxarış təqdim edilmişdir, bu protokoldan çıxarış ipoteka müqaviləsinin təsdiqi üçün əsas olmuşdur, qeyd edilən protokoldan çıxarış təqdim edilməsə idi, ipoteka müqaviləsinin təsdiq edilməsi mümkün olmayacaqdı. Milli Depozit Mərkəzi Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestrindən xx.xx.2022 tarixli çıxarışa əsasən İddiaçı1 0.12%, İddiaçı4 0.0096%, İddiaçı3 0.0024%, İddiaçı2 0.0024%, Cavabdeh2 QSC 98.8071% nisbətində Cavabdeh1 ASC-də qiymətli kağızlara sahibdir. Cavabdeh1 ASC-nin Nizamnaməsinin 7.1-ci bəndinə əsasən cəmiyyətin nizamnamə kapitalı 833.254,20 (səkkiz yüz otuz üç min iki yüz əlli dörd manat 20 qəpik) manata bərabər tutulan 416,627 (dörd yüz on altı min altı yüz iyirmi yeddi) ədəd adi adlı səhmdir. Hər bir səhmin qiyməti 2 (iki) manatdır. 11.8-ci bəndə əsasən səhmdarların növbədənkənar ümumi yığıncağı direktorlar şurasının öz təşəbbüsü ilə və ya təftiş komissiyasının, yaxud səsli səhmlərin on faizinə malik olan səhmdarların yazılı tələbi ilə cəmiyyətin icra orqanı tərəfndən çağrılır. Cəmiyyətin direktorlar şurası olmadıqda səhmdarların növbədənkənar ümumi yığıncağı icra orqanının təşəbbüsü ilə çağrılır. 11.11ci bəndə əsasən səhmdarların ümumi yığıncağında səsli səhmlərin altmış faizinin sahibləri iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 99.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən açıq səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında qəbul edilir və bu barədə məlumat açıqlanır. Bu məlumatın açıqlanması qaydası səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmalıdır. Bu maddənin tələbləri banklara və xarici bankların yerli filiallarına şamil edilmir. Həmin Məcəllənin 106-1.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir. Həmin Məcəllənin 107-1.7-ci maddəsinə əsasən səhmdarların növbədənkənar ümumi yığıncağının çağırılması tələbində gündəliyə təklif olunan məsələlər göstərilməlidir. Həmin məsələlər yığıncağın gündəliyinə mütləq salınmalıdır. Həmin Məcəllənin 107-2.1-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağında səsli səhmlərin ən azı altmış faizinin sahibləri iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. 107-2.2-ci maddəyə əsasən səhmdarların ümumi yığıncağında yetərsay olmadıqda, ümumi yığıncaq bu Məcəllənin 107-1.8-ci maddəsində müəyyən edilmiş qaydada “Banklar haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, yenidən çağırılmalıdır. Bu zaman ümumi yığıncağın gündəliyi dəyişdirilməməlidir. Yenidən çağırılan ümumi yığıncaq səsli səhmlərin 40 faizinin sahibləri iştirak etdikdə səlahiyyətlidir. Həmin Məcəllənin 107-3.5-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağında səsvermə “bir səsli səhm-bir səsdir” prinsipi əsasında həyata keçirilir. Məhkəmə qeyd edir ki, iddia tələbi əsaslı hesab oluna bilməz. Belə ki, iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ASC-nə məxsus əmlakın ipoteka ilə yüklü edilməsi barədə səhmdar iddiaçılar məlumatlı olmamış, bu barədə ümumi yığıncağın keçirilməsinə dair məlumat onlara verilməmişdir. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hazırda mübahisələndirilən ümumi yığıncağın növbədən kənar iclasında iştirak edən səsli səhmlərin sayı 412.569 səhm yəni, 99,02 % olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, protokolunun etibarsız hesab olunması üçün hallar yoxdur. Əlavə olaraq, qeyd etmək lazmdır ki, Cavabdeh1 ASC-nin nizamnaməsinin 11.1-ci bəndində qeyd olunmuşdur ki, səhmdarların ümumi yığıncağında səsli səhmlərin altmış faizinin sahibləri iştirak etdikdə ümumi yığıncaq səalhiyyətli hesab oluna bilər. İddiaçı eyni zamanda 03 iyul 2015-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsini də tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən hüquqi şəxsin öz nizamnaməsində müəyyənləşdirilmiş fəaliyyət məqsədlərinə zidd olaraq bağladığı əqd, əgər əqddə iştirak edən digər tərəfin onun qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu sübuta yetirilərsə, həmin hüquqi şəxs və ya onun təsisçisi tərəfindən mübahisələndirilə bilər. Məhkəmə qeyd edir ki, iş materiallarında olan Cavabdeh1 ASC-nin Nizamnaməsinin 11.2.13-cü bəndində birbaşa olaraq qeyd olunmuşdur ki, cəmiyyətin xalis aktivlərinin məbləğinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdlərin bağlanması barədə qərar qəbul etmək səlahiyyəti Ümumi Yığıncağa məxsusdur. Eyni zamanda 11.11-ci bənddə qeyd olunmuşdur ki, səhmdarların ümumi yığıncağında səsli səhmlərin altmış faizinin sahibləri iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. Məhkəmə qeyd edir ki, ümumi yığıncağın səlahiyyətli olması iş materialları ilə öz təsdiqini tapmışdır. İpoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar olmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş 100 manat məbləğində mediasiya xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3438/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3438/2022
07.10.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver