Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3442/2023 02.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi, vəkil X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 685721,75 manat əsas borcun, 98377,78 manat faiz məbləğinin, 149772,31 manat bank uçot dərəcəsinə uyğun faizlərin, 1346,52 manat əldən çıxmış faydanın, ümumilikdə 935218,36 manat məbləğin, 400 manat mediasiya xərcinin, 825,22 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında yaranmış qarşılıqlı işgüzar əməkdaşlıq çərçivəsində Cavabdeh MMC-nin sifarişi əsasında tərəflər arasında 28 fevral 2020-ci il tarixli 004/198/S nömrəli müqavilə bağlanmışdır. Bu müqaviləyə görə İcraçı Sifarişçinin sifarişinə əsasən qiymətlərin razılaşdırılması Protokollarında göstərilmiş malları Sifarişçiyə satmağı vəSifarişçi də öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən İcraçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehə 2843620,03 manat məbləğində mallar satılmış, cavabdeh tərəfindən qarşılığında 300369 manat pul vəsaiti ödənilmişdir. Bundan əlavə cavabdeh tərəfindən iddiaçıya avans kimi ödənilmiş 1857529,28 manat məbləğ satılmış mal-materialın bir hissəsi ilə əvəzləşdirilmişdir. Yekun olaraq cavabdehin iddiaçıya 685721,75 manat ödənilməmiş borcu qalmışdır. Tərəflər arasında bağlanılmış müqavilənin 3.1-ci bəndinə əsasən sifarişçi mallara görə icraçı tərəfindən təqdim edilmiş hesab fakturalara və qaimə-fakturalara uyğun olaraq aldığı malların dəyərini icraçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Dəfələrlə cavabdehlə şifahi danışıqlar aparılmasına baxmayaraq cavabdeh tərəf həmin borcu ödəməmişdir. Uçot faiz dərəcəsi ilə Borcun Elektron- Borcun 2021 2022 2023 Cəmi: yaranma Qaimə məbləği tarixi nömrəsi 1 xx.xx.2020 EBAK 194831.04 12176.94 15099.406 17534.794 44811.14 500184 2 xx.xx.2020 EBAM 3859.19 241.19938 299.08723 318.38318 858.67 106761 3 2^.07.2020 EBAM 90413.72 5650.8575 7007.0633 6781.029 19438.95 589296 4 xx.xx.2020 EBAM 303.97 18.998125 23.557675 22.79775 65.35 698377 5 xx.xx.2020 EBAM 347391.87 21711.992 26922.87 26054.39 74689.25 994591 6 xx.xx.2020 EBAN 449.58 28.09875 34.84245 30.34665 93.29 342101 7 xx.xx.2020 EBAQ 48472.38 3150.7047 3756.6095 2908.3428 9815.66 124243 Cəmi 685721.75 42978.79 53143.44 53650.08 149772.31 İllik gecikmə 5 faiz Sıra Borcun Elektron- Borcun 2021 2022 2023 Cəmi: yaranma Qaimə məbləği tarixi nömrəsi 1 xx.xx.2020 EBAK 500184 194831.04 9741.55 9741.55 9741.55 29224.66 2 xx.xx.2020 EBAM 106761 3859.19 192.96 192.96 176.88 562.80 3 xx.xx.2020 EBAM 589296 90413.72 4520.69 4520.69 3767.24 12808.61 4 xx.xx.2020 EBAM 698377 303.97 15.20 15.20 12.67 43.06 5 xx.xx.2020 EBAM 994591 347391.87 17369.59 17369.59 14474.66 49213.85 6 xx.xx.2020 EBAN 342101 449.58 22.48 22.48 16.86 61.82 7 xx.xx.2020 EBAQ 124243 48472.38 2423.62 2423.62 1615.75 6462.98 Cəmi 685721.75 34286.09 34286.09 29805.60 98377.78 Hesab edirik ki, cavabdehdən əsas borcla yanaşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə borcun gecikdirilməsinə görə faizlər, əldən çıxmış fayda və bank uçot dərəcəsinə uyğun olaraq əlavə faizlər tutulmalıdır. Belə ki, illik gecikmə üzrə 98377,78 manat faiz borcu (AR MM-nin 445.7-ci maddəsi), 149772,31 manat bank uçot faiz dərəcəsi (AR MM-nin 449-cu maddəsi), 1346,52 manat əldən çıxmış fayda (AR MMnin 21-ci maddəsi) tutulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi, Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 28 fevral 2020-ci il tarixli 004/198/S nömrəli İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış alqı-satqı müqaviləsinin 1.1-ci bəndindən görünür ki, İddiaçı MMC hazırki müqavilənin ayrılmaz tərkib hissəsi sayılacaq qiymətlərin razılaşdırma protokollarında göstərilən malları Cavabdeh MMC-yə satır və Cavabdeh MMC öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən İddiaçı MMC-yə ödəyir. xx.xx.2020-ci il tarixli EBAM seriyalı 589296 saylı elektron qaimədən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə 90413,72 manat (ƏDV daxil) məbləğində mal təqdim etmişdir. xx.xx.2020-ci il tarixli EBAH seriyalı 215523 saylı elektron qaimədən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə 322,73 manat (ƏDV daxil) məbləğində mal təqdim etmişdir. xx.xx.2020-ci il tarixli EBAN seriyalı 342101 saylı elektron qaimədən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə 449,58 manat (ƏDV daxil) məbləğində mal təqdim etmişdir. xx.xx.2020-ci il tarixli EBAM seriyalı 698377 saylı elektron qaimədən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə 303,97 manat (ƏDV daxil) məbləğində mal təqdim etmişdir. xx.xx.2020-ci il tarixli EBAM seriyalı 106761 saylı elektron qaimədən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə 3859,19 manat (ƏDV daxil) məbləğində mal təqdim etmişdir. xx.xx.2020-ci il tarixli EBAQ seriyalı 124243 saylı elektron qaimədən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə 48472,38 manat (ƏDV daxil) məbləğində mal təqdim etmişdir. xx.xx.2020-ci il tarixli EBAM seriyalı 994591 saylı elektron qaimədən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə 347391,87 manat (ƏDV daxil) məbləğində mal təqdim etmişdir. xx.xx.2020-ci il tarixli EBAK seriyalı 500184 saylı elektron qaimədən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə 1408342,31 manat (ƏDV daxil) məbləğində mal təqdim etmişdir. xx.xx.2020-ci il tarixli EBAİ seriyalı 268271 saylı elektron qaimədən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə 944064,26 manat (ƏDV daxil) məbləğində mal təqdim etmişdir. ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixli EBAK seriyalı 500184 saylı elektron qaimə üzrə alınmış malların 45819 manat məbləğində ƏDV-si ödənilmişdir. İddiaçı MMC-nin hesab üzrə çıxarışından görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2020-ci il tarixdə EBAK seriyalı 500184 saylı elektron qaimə üzrə 254550 manat məbləğində borc ödənilmişdir xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən göstərilən xidmətlərə dair arayışdan görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə 685721,75 manat borcu var. xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC 825,22 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2023-cü il tarixli MŞB/MT015/2023-000190-03 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasında iştirak etmiş və 400 manat məbləğində mediasiya xərcini ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7, 449.1, 567-ci maddələrinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı MMC məhkəməyə müraciət edərək həmin müqaviləyə əsasən tərəflər arasında davamlı münasibətlərin olduğuna istinad edərək məhkəməyə çoxsaylı elektron qaimələr və təhvil-təslim aktları təqdim edərək cavabdehdən Cavabdeh MMC-dən 685721,75 manat məbləğində əsas borc tələb etmişdir. Məhkəmə baxışında təhvil-təslim aktların ilə bağlı təhlili aparılsa da, həmin aktların hansı elektron qaimələrə aid olduğunu müəyyən etmək mümkün olmamış, həmçinin həmin aktlarda göstərilən malları qəbul etmiş şəxslərin Cavabdeh MMC-nin səlahiyyətli şəxsləri olması ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Bununla yanaşı iddia ərizəsində göstərilən 7 ədəd elektron qaimədən, yalnız 2-si (EBAK 500184 və EBAN 342101) Cavabdeh MMC tərəfindən təsdiq edilmiş, digər 5-i (EBAM 106761, EBAM 589296, EBAM 698377, EBAM 994591 və EBAQ 124243) isə vergi sistemi tərəfindən təsdiq edilmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı MMC-nın EBAK 500184 (194831,04 manat qalıq borc) və EBAN 342101 (449,58 manat borc) elektron qaimələr üzrə yaranmış borcla bağlı tələbi əsaslıdır, belə ki, həmin elektron qaimələr Cavabdeh MMC tərəfindən təsdiq edilməklə yanaşı, cavabdeh xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixli EBAK seriyalı 500184 saylı elektron qaimə üzrə alınmış malların 45819 manat məbləğində ƏDV-ni, həmçinin ümumi borcun bir hissəsi olan 254550 manat məbləğində vəsait ödəməklə, həmin elektron qaimələr üzrə təhvil verilmiş malların aldığını təsdiq etmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı MMC-nın EBAK 500184 və EBAN 342101 elektron qaimələr üzrə yaranmış borcla bağlı tələbi hissəsində təmin edilməli və cavabdehdən 195280,62 (194831,04+449,58) manat məbləğində borc həmçinin 400 manat mediasiya xərci tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsi ilə 3 il üçün tələb etdiyi EBAK 500184 (29224,66 manat) və EBAN 342101 (61,82 manat) cərimə tələbi əsaslı olduğuna görə təmin edilməli və cavabdehdən 29286,48 (29224,66 + 61,82) manat cərimə tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, 149772,31 manat məbləğində faiz ödənilməsi tələbi ilə bağlı iddia rədd edilməlidir, belə ki, həmin vəsaiti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən tələb edilsə də, cavabdehin ödənilməyən pul vəsaitindən faydalanması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə dövlət rüsumu tələbi ilə bağlı qeyd edir ki, iddia tələbinin 24,01%-i (224567,10x100:935218,36) təmin edildiyindən, təmin edilmiş hissəyə mütənasib olaraq cavabdehdən tutulmalı olan məbləğ 198,13 manat təşkil etdiyindən və həmin məbləğ ödənilmiş 400 manat mediasiya xərcindən az olduğundan və həmin vəsait cavabdehdən alındığına görə iddiaçının 825,22 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması hissəsində tələbi təmin edilə bilməz. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh MMC-dən 195280,62 manat əsas borc, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən 29286,48 manat cərimə və 400 manat mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia digər hissələrdə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 195280,62 manat əsas borc, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən 29286,48 manat cərimə və 400 manat mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia digər hissələrdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3442/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3442/2023
02.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver