Məhkəmə qərarları › İş №e-2-2(113)-3443/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3443/2025

30.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3443/2025 30.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: müqavilənin ləğv edilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon məhkəməsinə müraciət edərək, Cavabdeh ilə Bakı şəhəri 32 saylı notariat ofisində xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 206.9 kv/m olan qeyriyaşayış sahəsininin icarəsinə dair bağlanmış müqavilənin ləğv edilməsi, cavabdeh tərəfindən sahənin boşaldıldılıb təhvil verilməsi və məhkəməyə ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə Bakı şəhəri 32 saylı notariat ofisində xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 206.9 kv/m olan qeyri-yaşayış sahəsininin icarə müqaviləsi bağlanmışdır. Müqavilənin 3-cü bəndində icarəyə verilən sahənin istifadəsinə görə: "İcarəyə götürən" Cavabdeh "İcarəyə verən" İddiaçı aylıq 400 manat icarə haqqı ödəyir», 6-cı bəndində «Müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir» nəzərdə tutulmuşdur. Müqavilənin bağlandığı ilk vaxtlardan "İcarəyə götürən" tərəfindən sahədən istifadəyə görə icarə haqqının vaxtında ödənilməsində geçikmələrə yol verilmiş, bunun səbəbi kimi isə "İcarəyə götürən” obyektin işləmədiyini, heç bir gəlir əldə edə bilmədiyini göstərmişdir. Bütün bunların nəticəsində isə tərəflər arasında mübahisələr yaranmışdır. Göstərilənlərə əsasən də cavabdehə xx.xx.2024-cü il tarixdə pretenziya göndərilmiş, icarə sahəsinin 1 ay qabaqcadan xəbərdarlıq edilməklə ləğv edilməsi və həmin tarixədək yaranmış icarə haqqı məbləğinin tam ödənilməsi, obyektin boşaldılaraq təhvil verilməsi nəzərinizə çatdırılmışdır. Ancaq, hazırkı vaxtadək cavabdeh pretenziya məktubuna heç bir münasibət bildirməmişdir.

3. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-1274/2025 saylı xx.xx.2025ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və icarə sahəsinin boşaldılması” tələbinə dair mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. İşin müəyyən olunmüş halları ondan ibarətdir ki, İddiaçı (icarəyəverən) Cavabdeh (icarəçi) arasında xx.xx.2024-cü il tarixli icarə müqaviləsi bağlanmışdır.

9. Müqaviləyə əsasən İddiaçı ona məxsus olan ünvan 1 ünvanında yerləşən sahəsi 206.9 kv.m olan qeyri-yaşayış sahəsini Cavabdeh xx.xx.2034-cü il tarixədək icarəyə verməyi öhdəsinə götürmüşdür.

10. Müqavilənin 3-cü bəndinə əsasən icarəyə verilən sahənin istifadəsinə görə icarəyə götürən icarəyə verənə aylıq 400 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür.

11. Qeyd edilmiş müqavilənin 6-cı bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir.

12. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə cavabdehə 1 ay qabaqcadan müqavilənin ləğv edilməsi və obyektin boşaldılaraq təhvil verilməsi barədə bildiriş göndərilmişdir.

13. Məhkəmə iclasında cavabdeh tərəf qeyd edilmiş bildirişin alındığını qəbul etmişdir.

14. Göründüyü kimi tərəflər icarə müqaviləsinin ləğv edilməsini müqavilədə tənzimləmişlər və iddiaçı tərəf də, müqavilənin şərtinə uyğun olaraq 1 ay qabaqcadan cavabdehə bu barədə bildiriş göndərməklə, müqavilənin ləğvi ilə bağlı şərtə əməl etməklə, müqaviləni ləğv etmə ilə bağlı iradə ifadəsini qarşı tərəfə bildirmişdir.

15. Belə olan halda, Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsi ləğv edilmiş hesab edilməlidir.

16. xx.xx.2024-cü il tarixli icarə müqaviləsi ləğv edilmiş hesab edildiyindən, icarə obyekti olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh oğli tərəfindən boşaldılaraq, İddiaçı təhvil verilməlidir.

17. Bundan başqa məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

18. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

19. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli icarə müqaviləsi ləğv edilmiş hesab edilsin. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 206.9 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı təhvil verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar