Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-345/2023 31.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iddiaçının nümayəndəsi Qanuni nümayəndə cavabdehin nümayəndəsi X31 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “vurulmuş zərərin əvəzinin subroqasiya qaydasında ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən 49.850 (qırx doqquz min səkkiz yüz əlli) manat məbləğin, 200 (iki yüz) manat mediasiya xərci məbləğinin, 36 (otuz altı) manat dövlət rüsumunun, ümumilikdə 50 086 (əlli min səksən altı) manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sığortalı X58 razı olması və "xxxx" ASC tərəfindən ona RAZ********** saylı xx.xx.2020-ci il tarixli sığorta şəhadətnaməsinin verilməsi yolu ilə icbari sığorta müqaviləsi bağlanılmışdır. Müqavilə şərtlərinə əsasən sığortalının sahibliyində olan ünvan 1i ünvanında yerləşən daşınmaz əmlaka 72.370 (yetmiş iki min üç yüz yetmiş) manat məbləğində yanğın və digər risklərdən sığorta təminatı verilmişdir. xx.xx.2020-ci il tarixdə ünvan 1ində yerləşən X67 məxsus ticarət obyektinin, yəni (sığorta predmetinin) mağazanın çöl tərəfində və dam səviyyəsində cavabdeh "xxxx" ASC-nin istismarında olan elektrik naqillərində qəza halı baş vermiş və sonradan mağazanın yanar materiallarına keçərək yanğın hadisəsi baş vermişdir. xx.xx.2020-ci il tarixdə ünvan 1ində yerləşən X67 məxsus ticarət obyektində baş vermiş yanğın hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsi ilə cinayət işi başlanılmış, ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsi tərəfindən aparılan istintaq zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyul 2022-ci il tarixli, 10/4339 nömrəli təkrar məhkəmə yanğıntexniki ekspertizasının rəyinə əsasən müəyyən olunmuşdur ki, “Elektrik enerjisindən istifadə qaydaları”nın 4.1. bəndinə görə enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu qaydalara uyğun tərtib edilmiş elektrik enerjisi alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qaydaların 5.1 bəndinə əsasən ünvan 1ində yerləşən X67 məxsus ticarət obyektinin elektrik enerjisi ilə təmin edən, X36 balansında və istismarında olan 35/10 kV-luq Qabaqçöl y/st-dan çıxan 10 kV-luq Qabaqçöl hava xəttindən doyan 100 kVA ******* kodlu TM-nin 04 kV-luq PQdan qidalanan “SİP” adlanan 0.4 kV-luq kabel xətlərinin texniki vəziyyətini və onlara xidmətə görə cavabdehlik sərhədi bu qurğuların balans mənsubiyyəti ilə müəyyənləşdirilir və elektrik enerjisinin alqı-satqı müqaviləsinə əlavə edilən elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktında qeyd olunur. Lakin, aparılmış istintaq zamanı müəyyən olunmuşdur ki, ünvan 1ində yerləşən, 13 iyul 2020-ci il tarixdə yanğın baş vermiş ticarət obyektinin elektrik enerjisi ilə təmin edilməsi ilə əlaqədar Cavabdeh ASC X55 Təchizatı və Satışı İdarəsinin X36 əməkdaşları tərəfindən “Elektrik enerjisindən istifadə qaydaların 4.1.və 5.1 bəndlərinə əsasən “Enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə digər növ xidmət müəssisəsi (bundan sonra-abonent) arasında elektrik enerjisinin alqı-satqısı birtipli müqaviləsi” və həmin müqaviləyə əlavə olan “Enerji təchizat müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında” aktı tərtib edilərək istehlakçıya imzalatdırılmamışdır. Cinayət işinin materiallarından göründüyü kimi “Enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə digər növ xidmət müəssisəsi (bundan sonra-abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi” və həmin müqaviləyə əlavə olan “Enerji təchizat müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında” akt istehlakçı tərəfindən imzalanmadığı üçün ekspertiza rəyində göstərilən 35/10 kV-luq Qabaqçöl y/st-dan çıxan 10 kV-luq Qabaqçöl h/x-dən doyan 100 kVA ******* kodlu TM-nin 04 kV-luq PQ-dan qidalanan “SİP” adlanan 0.4 kV-luq xəttə texniki xidmətin və texniki baxışların təşkil edilməsi Cavabdeh ASC X55 Təchizatı və Satışı İdarəsinin X36 əməkdaşları tərəfindən həyata keçirilməli idi. Vurğulanır ki, hadisə nəticəsində sığorta predmetinə (daşınmaz əmlaka) 50.000 (əlli min) manat məbləğində zərər dəymişdir. RAZ********** saylı sığorta müqaviləsinə (şəhadətnaməsinə) və AKT440/21/CFİ-0180/2020 saylı sığorta aktına əsasən 150 (yüz əlli) manat azadolma məbləği çıxıldıqdan sonra 49 850 (qırx doqquz min səkkiz yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sığortalı hesablanılmış zərər məbləği və sığorta ödənişi ilə razılaşdıqdan sonra sığorta aktını imzalamış və bununla da bütün iddia və tələblərini subroqasiya qaydasında İddiaçı ASC-yə sessiya etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izhahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, Cavabdeh ASC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında təsdiq etmişdir ki, “Enerjitəchizatı müəssisəsi ilə qeyriistehsal müəssisəsi, ticarət, ictimai iaşə digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi”nə əsasən abonent olaraq X86 istehlakçı kimi qeydiyyata alınmışdır. Tərəf də istehsalçı münasibətdədir. Mülki Məcəllənin 1128-ci maddəsinə əsasən dəyən zərərin ödənilməsi məsələsinə baxarkən zərərin əvəzi ödənilməlidir. Yəni zərərin dərəcəsi müəyyən edilə bilməsə də yenə zərərin əvəzi ödənilməlidir. Sübutetmə yükü qarşı tərəfdədir lakin hələ də sübut edə bilmir ki, təqsir onlarda deyil. Cinayət hüququndan fərqli olaraq mülki hüquq zərərvuranın (hüququ pozan şəxsin) təqsir prezumpsiyasını (latınca «praesumptio» — güman etmək mənasını ifadə edir) müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə hüququ pozan şəxs (zərərvuran) özünün təqsirsizliyini sübut edənə kimi, onun təqsirli olması güman edilir, yəni əksi sübut edilənə kimi şəxs mülki hüquq pozuntusu törətməkdə təqsirli sayılır. Məsuliyyətdən azad olmaq üçün zərərvuran (hüququ pozan şəxs) təqsirinin olmamasını sübut etməlidir. Deməli, sübutetmə yükünü öhdəliyi pozmuş şəxs çəkir, yəni təqsirin olmadığını öhdəliyi pozmuş şəxs sübuta yetirir (AR MM-nın 448-ci maddəsinin 4-cü bəndi). Təqsir prezumpsiyasına görə zərərçəkən tərəf zərərvuranın (hüququ pozan şəxsin) təqsirini sübut etməyə borclu deyildir. Zərərçəkən tərəf sübut etməlidir ki, başqa subyektin davranışı nəticəsində onun hüquq və qanunla qorunan mənafeyi pozulmuşdur. Amma təqsir prezumpsiyası zərərçəkəni məhkəməyə zərərvuranın təqsirli olmasını təsdiqləyən sübutlar təqdim etmək imkanından və hüququndan məhrum etmir. Zərərçəkən ona zərər vurulması faktını sübuta yetirməlidir. Belə ki, zərər vurulması faktını hamıdan əvvəl zərərçəkən bilir. Ona görə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.11-ci və 448.4-cü maddələrinə əsasən Cavabdeh ASC təqsirsizliyini sübut edənə kimi ona mənsub elektrik kabellərinin, transformatorların və s. elektrotexniki əmlakların saxlanması yükünü daşıyır. Digər tərəfdən AR Mülki Məcəlləsinin 1128.1-ci maddəsində qeyd olunub ki, malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun. Buradan da belə nəticə hasil olunur ki, abonent X86 elektrik enerjisini satan Cavabdeh ASC ilə satıcı-istehlakçı münasibətlərində olub və təqsirli olub-olmadığına və zərərçəkənin ASC ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq zərər məbləği ödənilməlidir. Mülki hüquqda təqsir prezumpsiyasını nəzərə alaraq hansı ki, cavabdeh tərəf təqsirsizliyini sübut edə bilmədiyinə görə iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazını məhkəməyə təqdim edərək qeyd etmişdir ki, baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikası FHN Əməliyyat-İstintaq İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-in 225.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. İstintaq zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/889 nömrəli əlavə məhkəmə yanğın-texniki ekspertizasının rəyinə əsasən müəyyən olunmuşdur ki, yanğının baş vermə səbəbini müəyyən etmək mümkün olmadığından, qoyulmuş suallar üzrə tədqiqatın aparılması, yəni baş vermiş hadisə ilə əlaqədar normativ aktaların tələblərinin pozulmasını müəyyən etmək mümkün deyildir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 oktyabr 2021-ci il tarixli, 10/3694 nömrəli təkrar məhkəmə yanğın texniki ekspertizası rəyinə əsasən müəyyən olunmuşdur ki, baxış zamanı hadisə yeri ilkin vəziyyətdə saxlanılmadığına, yanğın baş vermiş hissədə təmir-bərpa işləri aparılmaqla ticarət obyektinin yanar materiallarının və tikinti konstruksiyalarının üzərində yanğının mənbə və yayılma yollarını əks etdirən əlamət va izlərin müəyyən edilməsi mümkün olmadığına görə, yanğının mənbəyini müəyyən etmək mümkün olmadı. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 oktyabr 2021-ci il tarixli, 10/3694 nömrəli təkrar məhkəmə yanğın texniki ekspertizasının rəyinə əsasən müəyyən olunmuşdur ki, 09 yanvar 2020-ci il tarixli “Enerji təchizat müəssisəsi və abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında akt”da Balakən rayonu Meşeşambul kəndi qeyriəhali obyekti adından nümayəndə X102 şəxsinə tərəflər arasındakı elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi 35/10 kV-luq Qabaqçöl y/st-dan çıxan 10 kV-luq Qabaqçöl h/x- dən doyan 100 kVA ******* kodlu TM-nin 04 kV-luq PQ-dan qidalanan "SİP" adlanan 0.4 kV-luq xətdə abonentin sayğacını qidalandıran kabelin qoşulma nöqtəsidir. Belə olan halda 0.4 kV-luq kabel istehlakçısının balansında olmaqla, həmin xəttə texniki xidmət və texniki baxışlar istehlakçı tərəfindən təşkil edilməlidir. Aparılmış istintaq zamanı toplanan sübutlar “Cinayət işi üzrə icraata xitam verilməsi barədə” 26 sentyabr 2022-ci il tarixli Qərara əsasən müəyyən edilmişdir ki, baş vermiş hadisə ilə əlaqədar Cavabdeh ASC X55 Təchizatı və Satışı İdarəsinin X36 əməkdaşlarının əməlində cinayət tərkibi olmadığı üçün barələrində cinayət təqibinə xitam verilmişdir. Elektrik enerjisindən istifadə Qaydalarının 1.1-ci bəndinə əsasən balans mənsubiyyəti sərhədi dedikdə dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, eneriitəchizatı müəssisəsi ilə abonent arasında, abonent ilə subabonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti ilə müəyyənləşdirilən ayırma nöqtəsi başa düşülür. “Enerji təchizat müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında” aktın istehlakçı tərəfindən imza edilməməsi onu məsuliyyət daşımaqdan azad etmir. Yəni enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar aktının tərtib edilməməsi ilə iddiaçının obyektində baş vermiş yanğın hadisəsi ilə heç bır səbəblı əlaqə olmadığından yanğın hadisəsində Balakən EŞnin əməkdaşlarını məsuliyyəti öz təsdiqini tapmadığından iddia əssasızdır. Yuxarıda qeyd olunanlardan və “cinayət işi üzrə icraata xitam verilməsi barədə 26 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Cavabdeh ASC tərəfindən X1 olan ünvan 1i ünvanında yerləşən daşınmaz əmlaka zərər vurulmamışdır. Bu səbəbdən də iddia rədd edilməlidir. Eyni zamanda cavabdehin nümayəndəsi yazılı çıxışını məhkəməyə təqdim edərək qeyd etmişdir ki, "xxxx" ASC iddia tələbi ilə razı deyil. xx.xx.2020-ci il tarixdə saat 12:30 radələrində Balakən rayonu Meşəşambul kəndində həmin kənd sakini X67 məxsus ticarət obyektində baş vermiş yanğın hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası FHN-in Əməliyyat-İstintaq İdarəsi tərəfindən aparılmış araşdırma nəticəsində toplanmış materialda Balakən rayon Elektrik Şəbəkəsinin vəzifəli şəxslərinin əməllərində Azərbaycan Respublikası CM-in 314.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olduğu müəyyən edildiyindən, xx.xx.2020-ci il tarixli qərarla toplanmış material araşdırmanın davam etdirilməsi üçün Baş Prokurorluq vasitəsilə aidiyyəti üzrə Balakən rayon prokurorluğuna göndərilmişdir. Baş vermiş həmin yanğın hadisəsi ilə əlaqədar AR Baş prokurorunun birinci müavini Elçin Məmmədov tərəfindən xx.xx.2021-ci il tarixdə AR CM-nin 225.2-ci maddəsi ilə başlamış ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası FHN-nə göndərilmişdir. Aparılmış istintaq zamanı toplanan sübutlar “Cinayət işi üzrə icraata xitam verilməsi barədə” 26 sentyabr 2022-ci il tarixli Qərara əsasən müəyyən edilmişdir ki, baş vermiş hadisə ilə əlaqədar Cavabdeh ASC X55 Təchizatı və Satışı İdarəsinin X36 əməkdaşlarının əməlində cinayət tərkibi olmadığı üçün barələrində cinayət təqibinə xitam verilmişdir. Balakən rayon prokurorluğunda material üzrə araşdırma davam etdirildiyi dövrdə ekspertlərin rəy verərkən istinad etdikləri faktların əslində reallığı əks etdirmədiyi müəyyən edilmişdir. Belə ki, FHN-in Əməliyyat-İstintaq İdarəsində aparılmış araşdırma zamanı təyin edilmiş məhkəmə yanğın-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti, eyni zamanda məhkəmə prosesinə izahat verməsi üçün dəvət edilən Əlihüseyn Süleymanov 04 dekabr 2020-ci il tarixli, 10/2104 nömrəli ekspert rəyində göstərmişdir ki, ünvan 1ində yerləşən, X67 məxsus ticarət obyektində yanğının mənbəyi obyektin məişət avadanlıqlarının satışı mağazasının çöl tərəfində dam səviyyəsində olmuşdur. Müəyyən edilmiş mənbə zonasında istilik ixrac edə bilən texniki qurğulardan elektrik xətlərinin olduğunu və yanğının ilkin olaraq partıltı səsi ilə həmin elektrik xətlərində aşkar edildiyini, eləcə də həmin ərəfədə qonşuluqda yerləşən fərdi yaşayış evlərində cərəyana qoşulu vəziyyətdə olan elektrik qurğularının sıradan çıxmalarını, həmçinin müəyyən edildiyi kimi qeyd olunan fərdi yaşayış evləri ilə yanğın baş vermiş obyekt eyni hava elektrik xəttindən qidalandığını nəzərə alaraq, yanğın ərazinin enerji sistemində baş vermiş elektrik qəza gərginliyin artması halından obyekti və fərdi yaşayış evlərini elektrik enerjisi ilə təmin edən xarakterikdir. Ekspert rəyinə diqqət yetirdikdə məlum olur ki, ekspertin özü bilavasitə hadisə yerində olmasa da yalnız materialda olan sənədlərə istinad etmiş və bu mənada qeyd olunan ekspert rəyinin mahiyyəti ondan ibarətdir ki, əgər yanğın baş verdiyi anda bunu görmüş şahid deyirsə ki, ilkin olaraq partıltı səsi qab-qaşıq və məişət avadanlıqlarının satışı mağazasının çöl tərəfində tavandan gəldi və yanğın baş verdiyi anda eyni zamanda qonşuluqda yaşayan və mənzillərinin eletrik enerjsi ilə təminatı yanğın baş vermiş ticarət obyektinin qidalandığı transformatordan həyata keçirilibsə, deməli həmin vaxt xəttlərdə yüksək gərginlik (artıq yüklənmə) olmuşdur. Məhkəmə prosesi zamanı ekspert özü də təsdiq etdi ki, bilavasitə hadisə yerində olmamış, yalnız materialda olan sənədlərə istinad edərək rəy vermişdir. Eyni zamanda qeyd olunmalıdır ki, ekspert rəyinin məhz bu cür verilməsinə əsas X47 izahatında həmin yerdə partlayış səsini eşitməsini izahatında göstərməsi və bununla yanaşı, hadisə baş verdiyi gündə və saatda, eyni anda kənd sakinlərindən İlkin Hetayevlə, Cənnətey Dadaşovanın da yaşadıqları evlərdə elektrik qurğularının yanması olmuşdur. Lakin Balakən rayon prokurorluğunda aparılan araşdırma zamanı İlkin Hetayev və Cənnətey Dadaşovanın yenidən izahatları alınaraq dəqiqləşdirmələr aparılmış və həmçinin 19 may 2021-ci il tarixli 10/889 nömrəli ekspert rəyinin 5-ci səhifəsinin 6, 7, 8, 9-cu abzaslarında və 6-cı səhifəsinin 1-ci abzasında qeyd edilmişdir ki, onların hər ikisinin yaşadığı evlərin elektrik enerjisi ilə təminatı, H.Dibirovaya məxsus ticarət obyektini elektrik enerjisi ilə qidalandıran transformatordan (4010192 nömrəli) yox, başqa transformatordan (4010191 nömrəli) həyata keçirilir. O cümlədən də, müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə istər İ.Hetayevin, istərsə də C.Dadaşovanın yaşadığı evdə elektrik xətlərində yüklənmə olmamış və hər hansı məişət əşyası sıradan çıxmamışdır. Həmin şəxslərin evlərində hadisə günü yox, başqa vaxtlarda məişət avadanlıqlarının sıradan çıxması halı baş vermişdir. Həmçinin, edilən sorğu əsasında alınmış rəsmi arayışdan da aydın olmuşdur ki, 35/10 kilovoltluq Qabaqçöl yarımstansiyasından çıxan 10 kilovoltluq Qabaqçöl hava xəttindən doyan ******* kodlu transformatorun xidmət etdiyi abonentlərin siyahısında nə İlkin Hetayevin, nə də Cənnətey Dadaşovanın, habelə onların ailə üzvlərindən kimsənin adı yoxdur. Bundan başqa, 19 may 2021-ci il tarixli 10/889 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Balakən rayon prokurorluğunda aparılan araşdırma zamanı X55 Təchizatı və Satışı İdarəsinə edilən sorğuya alınan cavabda göstərilmişdir ki, H.Dibirovaya məxsus ticarət obyektində yanğın baş verdiyi gündə və saatda həmin obyektin qidalandığı 10 kilovoltluq Qabaqçöl hava xəttindən doyan ******* kodlu transformatorda gərginliyin artıb-azalması baş verməmişdir. Bundan başqa, 19 may 2021-ci il tarixli 10/889 nömrəli ekspert rəyinin 6-cı səhifəsinin 4, 5 və 6 cı abzaslarında qeyd edilmişdir ki, rayon prokurorluğunda aparılmış araşdırma zamanı ticarət obyektinə faktiki sahiblik edən, həmin obyektin idarə edilməsini bilavasitə həyata keçiriən X103 prokurorluğa verdiyi izahatında göstərmişdir ki, həmin obyektin elektrik xətlərinin bir hissəsi onun özü tərəfindən, qalan hissəsi isə onun dəvət etdiyi ayrıayrı fiziki şəxslər tərəfindən çəkilmişdir. Başqa sözlə, obyektin elektrik sistemi əvvəllər FHN-də aparılan araşdırma zamanı onların izahatlarında iddia etdiyi kimi X36 əməkdaşları tərəfindən yox, özləri və başqa ki, yanğın hadisəsi baş verən ərəfədə Həcər Dibirova "xxxx" ASC-nin abonenti siyahısında olmamışdır. Bundan başqa, müəyyən edilmişdir ki, H.Dibirovaya məxsus ticarət obyektinin elektrik sayğacından, bunun üçün nəzərdə tutulmadığı halda, həmin obyektin arxasında olan Musa Dibirova məxsus fərdi yaşayış evinə də qanunsuz olaraq elektrik xətti çəkilmiş və istifadə edilmişdir ki, bu da elektrik sisteminin əlavə yüklənməsinə səbəb ola biləcək amillərdəndir. Bundan başqa, rayon prokurorluğunda aparılmış araşdırma zamanı ticarət obyektinə faktiki sahiblik edən, həmin obyektin idarə edilməsini həyata keçirən X103 prokurorluğa verdiyi izahatında göstərmişdir ki, onun bilavasitə fəaliyyətinə rəhbərlik etdiyi ticarət obyektinin elektrik sistemi çəkilərkən sayğacdan sonra obyektin uzunluğu boyunca (53 metr) çardaq hissədən bir kabel ötürülmüş, həmin kabelin obyektdə olan ayrı-ayrı mağazaların yanından keçdiyi hissədə kabelin izolyasiya sistemi özləri tərəfindən pozulmaqla naqilin üzəri açılaraq, həmin hissəyə əlavə şnur (naqil) bağlanaraq elektrik xətləri çəkilməklə mağazalara və ya sexlərə elektrik enerjisi verilmişdir. İddiaçı tərəf balans məsuliyyəti aktının olmamasını əsas gətirməklə öz əməllərinin üzərini örtməyə çalışır. Belə ki, Elektrik enerjisindən istifadə qaydalarının 5.3.2-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi iddiaçıya münasibətdə aşağıdakı kimi müəyyən edilmişdi: kabellə daxil olduqda-binanın, yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında. Bu isə deməkdir ki, qaydalardan və baş vermiş yanğın hadisəsindən göründüyü kimi "xxxx" ASC-nin balans mənsubiyyəti hava budaqlanmasından olan ayrıca qədərdir. Hansı ki, toplanmış materiallardan, ekspert rəylərindən və cinayət işi üzrə icraata xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan göründüyü kimi yanğın obyektin dam örtüyünün altında baş vermişdir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən iddiaçı "xxxx" ASC tərəfindən qaldırılmış “vurulmuş zərərin əvəzinin ssubroqasiya qaydasında ödənilməsi barədə” iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə iclasında dindirilmiş ekspert X3 məhkəməyə izahatında və eləcə də tərəflərin suallarına verilmiş cavablarında qeyd etmişdir ki, yanğının mənbəyi Balakən rayonu Meşəşambul kəndində X67 məxsus ticarət obyektində obyektin məişət avadanlıqlarının satışı mağazasının çöl tərəfində dam səviyyəsində olmuşdur. 20 fevral 1989-ci il tarixdə keçmiş SSRİ Energetika naziri tərəfindən təsdiq olunmuş “Elektrik stansiyaları və şəbəkələrinin texniki istismar qaydaları»na uyğun olaraq:-bənd 5.7.1. «Elektrik hava xətlərinin (HX) istismarı zamanı, onların etibarlı işləməsini təmin etmək üçün, texniki xidmət və təmirlər aparılmalıdır»;-bənd 5.7.5. «Texniki xidmət zamanı profilaktik yoxlama və ölçmələr aparılmaqla, nasazlıq və qüsurlar aradan qaldırmaqla HXnin elementlərinin vaxtından əvvəl aşınmasının qarşısı alınmalıdır. ».-bənd 5.7.16. «Hava xətlərinin (HX) istismarında onlara vaxtaşırı və növbədənkənar baxışlar təşkil edilməlidir. Vaxtaşırı baxış cədvəlini elektrik şəbəkələri müəssisəsinin baş mühəndisi təsdiqləməlidir. Hər HX-nə vaxtaşırı baxış xəttin bütün uzunluğu üzrə ildə 1 dəfədən az olmamalıdır. Ondan əlavə, ildə 1 dəfədən az olmayaraq, mühəndis-texniki heyyət tərəfindən, əsaslı təmirə aid olan bütün xətlər də (sahələr) daxil olmaqla, xətlərin ayrı-ayrı sahələrində seçmə baxışlar aparılmalıdır».-bənd 5.7.18. «HX-də aşağıdakı profilaktik yoxlama və ölçmələr aparılmalıdır:-baxışlar zamanı dayaqların, naqillərin, trosların vəziyyətinin yoxlanılması».-bənd 5.7.19. «HX-də baxış, profilaktik yoxlama və ölçülmələr zamanı aşkar edilmiş nasazlıq istismar sənədlərində qeyd olunmalı və onların xarakterindən asılı olaraq tezliklə, yaxud texniki xidmət apararkən və ya HX-nin əsaslı təmirində aradan qaldırılmalıdır». Hadisənin baş vermə şəraitindən göründüyü kimi, normativ aktların tələbləri təmin olunmamışdır və qeyd olunanları nəzərə alaraq nəticəyə gəlmək olar:- baş vermiş hadisə ilə əlaqədar, «Elektrik stansiyaları və şəbəkələrinin texniki istismar qaydaları»nın 5.7.1, 5.7.5, 5.7.16, 5.7.18 və 5.7.19 bəndlərinin tələbləri pozulmuşdur. Balakən rayon, Meşəşambul kəndində X67 məxsus ticarət obyektini və həmi ərazidə yerləşən fərdi yaşayış evlərini elektrik enerjisi ilə təmin edən hava elektrik xətlərinin düzgün istismarı, onların etibarlı işləməsi, eləcə də texniki xidmət aparılaraq qüsurların aradan qaldırılması təmin edilmədiyinə görə, «Elektrik stansiyaları və şəbəkələrinin texniki istismar qaydaları»nın 5.7.1, 5.7.5, 5.7.16, 5.7.18 və 5.7.19 bəndlərinin tələbləri həmin ərazi üzrə elektrik hava xətlərinə texniki baxışların keçirilməsini təşkil edib təmin etməli olan vəzifəli və digər əməkdaşları tərəfindən öz vəzifə və peşə təlimatları dairəsində pozulmuşdur. Elektrik enerjisindən istifadə qaydalarının 5-ci maddəsinə əsasən sərhəd mənsubiyyətini bildirən aktının olması qeyd olunur. Təxminən 1000 volt olanlarda sərhəd sayğacın girişinə qədər hesablanır. Həmin yer sərhəd xətti hesab olunur. Ekspertiza zamanı akt təqdim edilmədiyi üçün texniki xidmətin kim tərəfindən göstərilməsini demək mümkün deyil. Ekpsertiza aparılan dövr pandemiya dövrü olduğundan, iş 26 avqustda daxil olmuşdur. Bununla belə hadisə iyul ayında olub. Bu baxımdan rəy verilən zaman, toplanmış ekspert materialları əsasında verilmişdir. Həmin materiallar isə baxış protokolları, maddi sübutlar, ilkin toplanmış materiallardır. Təqdim edilən maddi sübutlardan gərginliyin artması məlum olur. Yüksək gərginlik artdıqda yanğın daxildən baş verir. Məlum olur ki, artıq yüklənmə mövcuddur. Qəza baş verəndə transformatorda bir balans baş verir və bilmək olmur artır ya azalır. O yükdən və istifadəçilərin sayından asılıdır. Həmin vaxt yay ayları olduğudan ehtimal ki, istifadəçi çox olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X103 məhkəməyə izahatında və verilmiş sualların cavabında qeyd etmişdir ki, yanğın baş verən zaman ərazidən biraz kənarda olmuşdur. Alov qalxan zaman alovun mənbəyi tərəfə qaçmışdır. Obyektin uzunluğu 60 metrdir. Yanğınsöndürənlərə məlumat vermiş, lakin bir qədər gec gəldilər. Şlanqlar partladı, yeni şlanq keçirənədək alov daha da güclənmişdir. 25 dəqiqənin içində əməkləri puç olmuşdur. Elektrik naqillərinə işıq idarəsinin işçiləri toxunmağa icazə vermir. 15 ilə yaxın müqavilə bağlıyıb fəaliyyət göstərirlər, 15 ildə bir dəfə belə müdaxilə etməyə, yoxlamağa icazə verilməmişdir. İndi də bir az külək əsən kimi uğultu hiss olunur. Bu isə bir neçə evdə əşyaların yanmasına gətirib çıxarır. Həmin gün də səhər saat 9-10 radələrdə soyuducularda uğultulu bir titrəmə baş vermişdir. İşığın qəflətən artması nəticəsində bir neçə lampa yanmış və soyuducular elektrikdən ayrılmışdır. Bu hal bir neçə transformatorda da baş verir. Bu hadisələrlə bağlı dəfələrlə bu hadisədən qabaq da müraciət edilmiş, lakin reaskiya verilməyib. X99 adında bir şəxs var, yanğın onun evinin qabağında olduğuna görə tranformatorun partlayışı nəticəsində onun eşitməsində problem yaranmışdır. Şahid qismində məhkəmə iclasında dindirilən X19 məhkəməyə izahatında qeyd etmişdir ki, Musa bəyin obyektində yanğın çıxan zaman yoldaşı xəbər elədi ki, evdə də bir neçə əşya yararsız vəziyyətə düşüb. Televizor, soyuducu paltaryuyan, elektriklə işləyən bütün avadanlıqlar hamısı yanmışdı. Evdə elektriklə işlənən heç bir əşyanı xilas edə bilməmişlər. Obyektin yandığını görmüş lakin yanğının baş vermə mənbəyini görə bilməmişdir. Şahid qismində məhkəmə iclasında dindirilən X48 məhkəməyə izahatında qeyd etmişdir ki, özü ağsaqqallar şurasının sədridir. Marketlərdə olan obyektlərdən əlavə bir neçə evlərdə yanğın olmuşdur. Özü şəxsən həmin yanğının baş verdiyi evlərə gedib baxmışdır. Əvvəlcədən şəkillər də çəkib xəbərdarlıq kimi aiddiyyatı orqanlara göndərilmiş, lakin heç bir cavab verilməmişdi. İcra hakimiyyəti də məsələni bilir, lakin onların səlahiyyətinə aid olmadığına görə qarışmır. Rayonda kabelləşmə gedir, lakin yarımçıq qalmışdır. Kabel var, lakin həmin kabelə heç kəs toxuna bilmir. Sayğacdan içəriyə müdaxilə edə bilər, lakin bunu da sonra gəlib yoxlayırlar. Şahid qismində məhkəmə iclasında dindirilən X87 məhkəməyə izahatında qeyd etmişdir ki, qab-qacaq marketinin üzərində yanğını görmüşdür. Hadisədən əvvəl artmaazalma hiss olunmuşdur. Bir neçə evin məişət avadanlığı sıradan çıxmışdır. X32 teleqramla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, AR FHN-nin Əməliyyat İstintaq İdarəsinə verdiyi ifadəni təsdiq edir. Əlavə olaraq xx.xx.2020-ci il tarixdə təxmini saat 13 radələrində Meşəşambul kəndində yerləşən Həcər Dibirovaya məxsus kafedən çıxaraq həmin kafenin qonşuluğunda yerləşən Həcərə məxsus mağazaya gedərkən qəflətən “partıldı” səsini eşitmişdir. Dərhal səsin gəldiyi istiqamətə baxdıqda Həcər Dibirovaya məxsus və onun qohumu Havva Dibirovanın istifadəsində olan qab-qacaq mağazasının çöl-divarının təxminən tavan səviyyəsi ilə çəkilmiş kabeldən alov qalxdığını görmüşdür. Alov mağazanın çöl divarı ilə çəkilmiş kabeldə “partıltı” səsindən sonra yaranmışdır. Bu kabel Həcər Dibirovanın ticarət obyektinə yaxınlıqdakı transformatordan çəkilib. Yanğının bu transfarmatordan ticarət obyektinin çöl divarı ilə elektrik sayğacına kimi çəkilmiş kabeldə baş verməsinin şahidi olmuşdur. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası FHN Əməliyyat-İstitaq İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi mayor X49 tərəfindən qəbul edilmiş AR CM-nin 225.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə 26 sentyabr 2022 tarixli qərarda qeyd edilmişdir ki, 13 iyul 2020-ci il tarixdə Balakən rayonu Meşəşambul kəndində yerləşən ticarət obyektində baş vermiş hadisə ilə əlaqədar X86, X102 və X103 tərəfindən yanğın təhlükəsziliyi qaydalarının və digər normatik aktların tələblərinin pozulması müəyyən edilmədiyi üçün barələrində cinayət təqibinin başlanması rədd edilsin. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC X55 Təchizatı və Satış İdarəsinin X36 əməkdaşlarının əməlində cinaytə tərtkibi olmadığı üçün barələrində cinayət təqibinə xitam verilsin. Hadisə nəticəsində dəymiş ziyanla əlaqədar olaraq mülki iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmə hüququ barədə zərərçəkmiş şəxs X67 məlumat verilsin. Qərar barədə maraqlı tərəflərə məlumat verilsin. Qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. "xxxx" ASC tərəfindən tərtib edilmiş 01 avqust 2015-ci il tarixli 002196 saylı aktda istehlakçı Dibirov Əlinin ərizəsi üzrə kommersiya obyektində aparılmış yoxlamanın nəticəsində sayğacın yeni elektron sayğac ilə əvəz edilməsi, çıxarılan sayğacın laboratoriya şəraitində yoxlanılması qeyd edilmişdir. "xxxx" ASC Məhkəmə ekspertizası və kriminalistika bürosu MMC-yə ekspert rəyinin verilməsi ilə bağlı müraciət etmiş, xx.xx.2023 tarixli 271 nömrəli rəydə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.3-cü, 5.3-cü, 5.3.2-ci, 7.6-cı, 7.9-cu, 10.7-ci, 10.18.2-ci bəndlərinə əsasən, abonent ilə enerjitəchizatı müəssisəsi arasında balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti hesablaşma elektrik sayğacının çıxış xəttindən müəyyən edilir, transformatordan sayğaca qədər olan kabel xətti və sayğac enerjitəchizatı müəssisəsinin balansındadır və onun tərəfindən texniki qulluq və xidmət göstərməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013cü il 27 avqust tarixli 234 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın 1.2.1-ci, 1.2.9-cu bəndinlərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 3.5-ci bəndinə əsasən elektrik quraşdırma işləri yekunlaşdırıldıqdan, uçot cihazları (sayğac) quraşdırılıb yoxlanıldıqdan, abonent enerjitəchizatı şəbəkəsinə qoşulduqdan, elektrik enerjisi verildikdən və enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlandıqdan sonrakı dövrlərdə texniki şərtin olmaması halında abonent hər hansı bir məsuliyyət daşımır. Balakən rayon İcra Hakimiyyəti Başçısının 9 aprel 2014-cü il tarixli 30 nömrəli sərəncamından çıxarışda qeyd edilmişdir ki, Balakən rayonu Meşəşambul kənd sakini, X58 Meşəşambul kəndində xüsusi mülkiyyətində olan torpaq sahəsində mağaza, çay evi və inşaat materialları talvarının tikintisi razılaşdırılmış layihə əsasında aparılsın. Vətəndaş sərəncam imzalandığı tarixdən bir ay ərzində tikinti işlərinə başlamalı və üç il müddətində qurtarmalıdır. “Memarlıq fəaliyyəti haqqında”, “Şəhərsalma və tikinti məcəlləsinə” Azərbaycan Respublikası Qanunlarına, Azərbaycan Respubliaksı Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən tikintinin aparılması qaydalarına riayət edilsin. Tikintini aparan şəxs öz arzusundan asılı olaraq, istər tikinti təşkilatları ilə və ya kooperativlərlə müqavilə bağlayıb tikinti apara bilər. Sərəncamın icrasına nəzarət etmək RİİH-nin Memarlıq və tikinti şöbəsinin müdiri Ə.Vəliyevə tapşırılsın. Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının 01 iyul 2014 tarixli aktına əsasən Balakən rayonu Meşəşambul kəndində X67 məxsus mağaza, çay evi, inşaat materialları talvarı istismara qəbul edilsin. "xxxx" ASC tərəfindən tərtib edilmiş 440/21/CFİ-0180/2020 nömrəli sığorta aktında X67 məxsus Balakən rayonu Meşəşambul kəndində yerləşən daşınmaz əmlak 150 manat azadolma məbləği olmaqla 73.370 manat məbləğində sığortalanmış, xx.xx.2020 tarixində sığorta hadisəsi baş vermiş, 50.000 manat zərər müəyyən edilmiş, 49.850 manat faktiki ödəniş olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2104 nömrəli 04 dekabr 2020 tarixli ekspert rəyində qeyd edilmişdir ki, Balakən rayonu Meşəşambul kəndində X67 məxsus ticarət obyektində yanğının mənbəyi obyektin məişət avadanlıqlarının satış mağazasının çöl tərəfində dam səviyyəsində olmuşdur. Müəyyən edilmiş mənbə zonasında istilik ixrac edə bilən texniki qurğulardan elektrik xəttlərinin olduğunu və yanğının ilkin olaraq partıltı səsi ilə həmin elektrik xəttlərində aşkar edildiyi, eləcə də həmin ərəfədə qonşuluqda yerləşən fərdi yaşayış evlərində cərəyana qoşulu vəziyyətdə olan elektrik qurğularının sıradan çıxmalarını həmçinin müəyyən edildiyi kimi qeyd edilən fərdi yaşayış evləri ilə yanğın baş vermiş obyekt eyni hava elektrik xəttindən qidalandığını nəzərə alaraq, yanğın ərazisinin enerji sistemində baş vermiş elektrik qəza/ gərginliyin artması halından obyekti və fərdi yaşayış evlərini elektrik enerjisi ilə təmin edən hava elektrik xəttində normadan artıq gərginliyin yaranması nəticəsində baş verməsi üçün xarakterikdir. Belə olan halda baş vermiş hadisə ilə əlaqədar “elektrik stansiyaları və şəbəkələrinin texniki istismar qaydalarının” 5.7.1, 5.7.5, 5.7.18 və 5.7.19 bəndlərinin tələbləri pozulmuşdur. Balakən rayonu Meşəşambul kəndində X67 məxsus ticarət obyektini və həmin ərazidə yerləşən fərdi yaşayış evlərini elektrik enerjisi ilə təmin edən hava elektrik xəttlərinin düzgün istismarı, onların etibarlı işləməsi, eləcə də texniki xidmət aparılaraq qüsurların aradan qaldırılması təmin edilmədiyinə görə, “Elektrik stansiyaları və şəbəkələrinin texniki istismar qaydaları”nın 5.7.1, 5.7.5., 5.7.16, 5.7.18 və 5.7.19 bəndlərinin tələbləri həmin ərazi üzrə elektrik hava xətlərinə texniki baxışların keçirilməsini təşkil edib təmin etməli olan vəzifəli və digər əməkdaşları tərəfindən öz vəzifə və peşə təlimatları dairəsində pozulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2116 nömrəli 23 oktyabr 2020 tarixli ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası, FHN-nin Əİİ-nin baş leytenantı Vüqar Süleymanovun imzası ilə təsdiq edilmiş, 11 sentyabr 2020 tarixli 06136 saylı məktubla, təqdim etdiyi smetanın göstəricilərinə əsasən, ünvan 1ində X67 məxsus ticarət obyektində yanğın zamanı yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyərinin 106.380,5 manat təşkil etdiyi və aparılmış araşdırmalara əsasən smetada göstərilmiş həcmlərinin tədqiq olunan obyekt üzrə dəymiş ziyanın həcminə uyğun olduğu müəyyən edilmişdir. 28 oktyabr 2021-ci il tarixli 4/1401 saylı ekspert rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş “enerjitəchizatı müəssəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimati iaşə digər növ xidmət müəssisəsi (bundan sonra-abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi də “abonent” qrafasında “Dibirov Ə.M” yazısının qarşısındakı imza, “enerji təchizat müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında” aktda “istehlakçı” qrafasında “Ə.Dibirov” yazısının qarşısındakı imza- X102 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 19 may 2021 tarixli 10/889 saylı ekspert rəyində qeyd edilmişdir ki, X58 izahatında göstərdiklərini və 07 sentyabr hadisə yerinə baxış keçirilərkən ticarət obyektinin qab-qaçaq (məişət) malları satılan mağazanın damının dəmir fermaların, digər sahələrdən fərqli olaraq deformasiyaya uğrayaraq əyildiklərini əsas götürüldükdə, yanğının mənbəyi həmin qab-qaçaq (məişət) malları satılan mağazada yerləşə bilər. Hazırki ekspertizası keçirilərkən hadisə yerinin ilkin vəziyyətdə saxlanılmadığını, ekspertizaya təqdim edilmiş materiallarda hadisə baş vermiş ticarət obyektinin yanar materialların və tikinti konstruksiyaların üzərində yanğın mənbəyi və yanğının yayılma yollarını əks etdirən əlamət və izlərinin aydın göstərilmədiyini, ekspertiza tədqiqatına nümunələr kimi təqdim edilmiş elektrik qurğularının (elektrik kabel, naqillər, elektrik sayğacı, açarlar və s.) üzərində elektrik təibətli qəza halının (qısa qapanmanın, artıq yülənmənin təsirindən əmələ gələ bilən izlərin müəyyən edilmədiyini, yanğın mənbəyi kimi güman olan yerdə (qab-qaçaq, məişət malları satılan mağazanın) istilik ixrac edə bilən qurğuların (elektrik xətlərin, cihazların, kürə sobasının və s.) üzərində yanğına gətirə bilən qəza nümunələr isə ekspertizaya təqdim edilmədiyinə görə, yanğının baş vermə səbəbini müəyyən etmək mümkün deyildir. Hazırki təkrar ekspertizasının keçirildiyi zaman hadisə yerinin ilkin vəziyyətdə saxlanılmadığına görə, xx.xx.2020-ci il tarixdə saat 12:30 radələrində ******* nömrəli transformatordan elektrik enerjisi ilə qidalanan Cənnətey Dadaşovanın və İlkin Hetayevin fərdi yaşayış evində baş vermiş elektrik qəzalarının səbəbini müəyyən etmək mümkün deyildir. Elektrik şəbəkəsində elektrik gərginliyinin artması kimi qəza halının baş verməsindən elektrik sayğacın sıradan çıxması, həmin gərginliyinin dərəcəsindən (ölçüdən) və müddətdən asılıdır. Elektrik şəbəkəsində elektrik gərginliyinin artması kimi qəza halının baş verməsindən eyni elektrik enerji mənbəyindən (transformator məntəqəsindən) qidalanan elektrik qurğuları və məişət avadanlıqları, gərginliyinin artma dərəcsindən (ölçüdən) və müddətdən, eləcə də qurğuların texniki vəziyyətdən və istehlakçı tərəfindən bu avadanlıqlar üçün təyin edilmiş gərginliyinin aşağı və yuxarı işləmə hədlərindən asılı olaraq sıradan çıxa bilərlər. Elektrik şəbəkəsində elektrik gərginliyinin artması kimi qəza halının baş verməsindən obyekti elektrik enerjisi ilə təchiz edən 35-lik «SİP» kabel hava xəttinin istismara yararlı vəziyyətdə qalıb-qalmaması həmin gərginliyinin dərəcəsindən (ölçüdən) və müddətdən asılıdır. Hadisə baş verdiyi ticarət obyektini elektrik enerjisi ilə təchiz edən ******* nömrəli formator məntəqəsində quraşdırılmış istilik qoruyucular, onlar üçün qoyulmuş nominal elektrik cərəyanın (ustavkadan) artıq olduğu halda avtomatik olaraq mühafizə edilən şəbəkəsinin elektrik mənbəyindən ayırılması üçün hesablandığından, elektrik gərginliyinin artmasından bu növ qoruyucular işə düşməyə də bilərlər. Yanğının baş vermə səbəbini müəyyən etmək mümkün olmadığından, qoyulmuş suallar tədqiqatın aparılması, yəni baş vermiş hadisə ilə əlaqdədar normativ aktalarının tələblərinin pozulmasını müəyyən etmək mümkün deyildir. 20 okyabr 2021-ci il tarixli 10/3694 saylı ekspert rəyində qeyd edilmişdir ki, baxış zamanı hadisə yeri ilkin vəziyyətdə saxlanılmadığına, yanğın baş vermiş hissədə təmirbərpa işləri aparılmaqla ticarət obyektinin yanar materiallarının və tikinti konstruksiyalarının üzərində yanğının mənbə və yayılma yollarını əks etdirən əlamət və izlərim müəyyən edilməsi mümkün olmadığına görə, yanğının mənbəyini müəyyən etmək mümkün olmadı. Hadisə yerinə ilkin vəziyyətdə saxlanılmadığına görə, yanğının mənbə zonasını yerli (lokal) sahəyə gətirməklə, həmin sahədə yanğının bilavasitə texniki səbəbini əks etdirən faktiki halların müəyyən edilməsi mümkün olmadığına, ekspertiza tədqiqatına “nümunə kimi təqdim edilmiş elektrik qurğularının (elektrik kabel, naqil, sayğac, avtomat acarlar və s.) üzərində elektrik təbiətli qəza halının (qısa qapanma, artıq yüklənmə və s) təsirindən əmələ gələ bilən izlər müəyyən edilmədiyinə, həmçinin istintaq tərəfindən mübahisə predmeti olan transformatorun hadisə ərəfəsində gərginlik altında olubolmaması konkret olaraq müəyyən edilmədiyinə görə, baş vermiş yanğının səbəbini müəyyən etmək mümkün olmadı. Hazırki ekspertiza keçirilərkən hadisə yerinin ilkin vəziyyətdə saxlanılmadığını və bununla da, baş vermiş yanğının mənbə və səbəbinin müəyyən edilməsinin mümkün olmadığını nəzərə alaraq, qərarın bu sualları üzrə tədqiqat aparılaraq nəticə verilməsi, həmçinin baş vermiş hadisə ilə əlaqədar normativ aktların təbəblərinin pozulmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş iş materiallarında olan məlumatlara əsasən “SİP” kabelin üzərində hər-hansı elektrik təbiətli qəza halı izləri aşkar edilməmişdir. Həmçinin iş materiallarında olan məlumatlara, eləcə də baxış zamanı kabelin böyük hissəsinin saz vəziyyətdə qalmaqla həmin kabeldən yenidən istifadə edildiyi müəyyən edilmişdir. Odur ki, “SİP” kabeldə qəza halı aşkar edilmədiyinə görə, qərarın 5-ci sualında göstərilən məsələnin həll edilməsi mümkün olmadı. 09 yanvar 2020-ci il tarixli «Enerji təchizat müəssisəsi və abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında aktdan görünür ki, Balakən rayonu Meşəşambul kəndi qeyri-əhali obyekti adından nümayəndə X102 şəxsinə tərəflər arasındakı elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi 35/10 kV-luq Qabaqçöl y/st-dan çıxan 10 kV-luq Qabaqçöl h/x-dən doyan 100kVa ******* kodlu TM-nin 0.4 kV-luq PQ-dan qadalanan “SİP” adlanan 0.4 kV-luq xətdə abonentin sayuğacını qidalandıran kabelin qoşulma nöqtəsidir. Belə olan halda, 0.4 kV-luq kabel istehlakçının balansında olmaqla, həmin xəttə texniki xidmət və texniki baxışlar istehlakçı tərəfindən təşkil edilməlidir. Hava xəttlərində gərginliyin artması növündə elektrik qəza hadisəsinin verməsindən elektrik sayğacının sıradan çıxması, sayğac üçün nəzərdə tutu işləmə parametrlərindən fərqli olan gərginliyin artma dərəcəsindən və təsir müddətindən asılıdır. Elektrik şəbəkəsində elektrik gərginliyinin artması kimi qəza halının verməsindən eyni elektrik enerji mənbəyindən (transformator məntəqəsi qidalanan elektrik qurğu və məişət avadanlıqları, gərginliyin artma dərəcəs (ölçüsündən) və müddətdən, eləcə də qurğuların texniki vəziyyətindən və istel tərəfindən bu avadanlıqlar üçün təyin edilmiş gərginliyin aşağı və yuxarı işləmə hədlərindən asılı olaraq sıradan çıxa bilərlər. Elektrik şəbəkəsində elektrik gərginliyinin artması kimi qəza halının baş verməsindən obyekti elektrik enerjisi ilə təchiz edən 35-lik “SİP” kabel hava xəttinin istismara yaralı vəziyyətdə qalıb-qalmaması həmin gərginliyin dərəcəsindən (ölçüsündən) və müddətdən asılıdır. Hadisə baş verdiyi ticarət obyektini elektrik enerjisi ilə təchiz edən ******* nömrəli tranformator məntəqəsində quraşdırılmış isitilik qoruyucular, onlar üçün qoyulmuş nominalelektrik cərəyanının (ustavkadan) artıq olduğu halda avtomatik olaraq mühafizə edilən şəbəkəsinin elektrik mənbəyindən ayrılması üçün hesablandığınan, elektrik gərginliyinin artmasından bu növ qoruyucular işə düşməyə də bilər. xx.xx.2021 tarixli 005AZ**********5 saylı ödəniş tapşırığına əsasən 49.850 (qırx doqquz min səkkiz yüz əlli manat) manat "xxxx" ASC tərəfindən X67 məxsus bank hesabına köçürülmüşdür. "xxxx" ASC xx.xx.2022 tarixli pretenziya məktubu ilə "xxxx" ASC-yə müraciət edərək, 49.850 (qırx doqquz min səkkiz yüz əlli) manat məbləğin, 200 (iki yüz) manat mediasiya xərci məbləğinin, 36 (otuz altı) manat dövlət rüsumunun, ümumilikdə 50 086 (əlli min səksən altı) manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin bank hesabına ödənilməsini 5 (beş) gün müddətində tələb etmiş əks halda məkhəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Balakən rayonu Meşəşambul kənd əhalisi tərəfindən yazılmış şikayət məktubunda qeyd edilmişdir ki, Meşəşambul kəndindəki aşağı gərginlikli elektrik tranformatorlarının, yuxarı və aşağı gərginlikli elektrik xəttlərinin bərbad vəziyyətdə olmasından müxtəlif instansiyalara, hətta hüquq mühafizə orqanlarına yazılı məlumatlar və şahid ifadələri verilmişdir. Bu səbəbdən yanmış evlər haqqında yanıb sıradan çıxmış elektrik avadanlıqları haqqında şahid ifadələri və ərizələrlə müraciət edilmişdir. Müraciətlərə hətta fotoşəkillər də əlavə olunmuşdur. Lakin köməklik göstərən olmamışdır. Bu günlərdə 21 aprel 2021-ci il tarixdə elektrik xəttlərində yaranmış nasazlıq nəticəsində şəxslər zərərçəkmişdir. X10, X51, X59, X74, Qaxayev Başır Səid oğlu, X38, X20, X68, X39, X75, X33, X40 tərəfindən imzalanmışdır. Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsi tərəfindən vəkil Qanuni nümayəndə sorğusuna cavab məktubunda göndərilmiş aktlarda qeyd edilmişdir. 17 iyul 2020-ci il tarixli aktda Balakən rayon icra hakimmiyyətinin Meşəşambul üzrə nümayəndəsi X13, Balakən rayonu Meşəşambul kəndində yerləşən “Nijer Market “müəssisəsin” sahibkarı X86, Balakən rayon Meşəşambul kənd sakini X97, X41, X11, X7, X14, X21, X76 müraciətləri və onların, şahidlərdən X77, X22, X8 iştirakı ilə həmin akt tərtib edildi ondan ötrü ki, bu sakinlərdən X6 evinin qarşısında olan transformatordan qidalanan elektrik xətlərindən istifadə edən H.Ə.Dibirovanın sahibkar olduğu müəssisəyə kən sakinləri İ.Ə.Layıcova, M.A.Taşrayevin, şəxsi yaşayış evində X6 evini qarşısında olan transformatordan qidadalanan elektrik xətlərindən istifadə edən İ.Ə.Hetayevin, N.A.Gənceyevin, C.Ə.Dadaşovanın, Ş.İ.Heydərovun, H.Ə.Dibirovun evində elektrik naqillərində yaranmış yanğın nəticəsində aşağıdakı daşınar, daşınmaz əmlaklar yanmış, sakinlərə ciddi maddi və və mənəvi, sağlamlıqlarına və psixoloji vəziyyətlərinə ciddi ziyan dəymişdir: 1. “Nijer Market” müəssisəsi üzrə “moyka”, avto servis, ət dükanı, tikinti materialları bölməsi, bərbarxana, kafe, çörək sexi, qab qacaq marketi, “super market”, yeyinti məhsulları anbarı, ofis, qonaq otağı, bilyard və tenis otağı, tikinti materialları anbarı boyu yanğın baş vermiş, əksər obyektlər tam yanmışdır. Deyilənə görə müəssisənin ikinci mərtəbəsi boyu elektik xəttinin alışması nəticəsində yanğın baş vermişdir. 2. X69 evində xx.xx.2020-ci ildə saat 12 radələrində “qrosna antena” aparatı, paltaryuyan maşın, televizor yanmışdır. Deyilənə görə elektrik cərəyanın birdən güclənməsi ilə cihazlar yanmışdır. 3. X23 evində xx.xx.2020-ci ildə saat 12 radələrində elektrik cərəyanının qəflətən güclənməsi səbəbindən yanaraq, “qrosna “antenası”nın aparatı, internet əlaqəsinin “modem” aparatı yanmışdır. 4. X4 evində, xx.xx.2020-ci ildə saat 12 radələrində elektrik xəttində yaranmış gərginliklə müxtəlif yerlərdə olan televizor, paltaryuyan maşın, “lüstr”, “qrosna antena” aparatı, tozsoran, su motoru, “qidrafo” yanmışdır. Müxtəlif otaqlarda partlayış səsləri olmuşdur. Təkrarən xx.xx.2020-ci ildə saat 12:20-də İ.M.Hetayevin evində yenidən tozsoran elektrik xətlərində yaranmış gərginlikdən yanmışdır. X7 evində xx.xx.2020-ci ildə saat 12 radələrində elektrik məftilləri ilə evə od daxil olmuş, evin bütün işıq xətləri dəyişdirilməli olub. Paltaryuyan maşın, soyuducu, televizor, “gidrafor”, “qrosna antena” aparatı, 2 ədəd “lüstr” yanmışdır. 6. X15 evində, xx.xx.2020-ci ildə saat 12 radələrində televizorun arxasından od saçmış və nəticədə televizor, tozsoran, soba yanmışdır. xx.xx.2020-ci il saat 12:50 radələrində kənd sakini X52, X24 məlum zəlzələ hadisəsindən sonra dövlət tərəfindən tikilib istifadəyə verilmiş evinin balkonuna çatmış elektrik məftillərinin yanması hadisəsini görüb, nəticədə 2 otağın “lanbirləri” xalçaları, “kravat” yanıb, odu söndürən nənə .. Bikəxanım.. qızının ayaqları yanmışdır. Balakən rayon yanğın söndürənləri hadisə yerində olmuşlar. 7. X76 evind xx.xx.2020-ci ildə saat 24:30 radələrdə elektrik cərəyanı əvvəl azalıb, sonra artması nəticəsində bütün elektrik xətləri od tutub yanmış, televizor, 2 ədəd “soyuducu”, “qidrafor”, “paltaryuyan” yanmışdır. Tərtib edilmiş aktda, Balakən Rayon İcra Hakimiyyətinin Meşəşambul kənd üzrə nümayəndəsi X44 tərəfindən imzalanmış möhürlə təsdiq edilmişdir. X86, X97, X41, X11, X25, X34, X53, X104, X103, X60, X8 adları qeyd olunmaqla imzalanmışdır. 30 avqust 2020-ci il tarixli aktda qeyd edilmişdir ki, Balakən rayon İcra hakimiyyətinin Mesəşambul üzrə nümayəndəsi X12, Balakən rayonu Meşəşambul kəndində yerləşən “Nijer Market ” müəssisəsinin sahibkarı X58, qardaşı, iş icraçısı X77, Balakən rayon Mesəşambul kənd sakini X26, X61, X27, X69, X16, X5, X9, X14, X21, X76, X35, X17, X42, X28 iştirakı ilə “Nijer Market” müəssisəsində 13 iyul 2020-ci ildə saat 12:30 radələrində baş vermiş yanğın hadisəsindən sonra, Mesəşambul üzrə nümayəndəliyin tərtib etdiyi 17 iyul 2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli aktlarda qeyd edilən hadisələrdən sonrakı günlərdə bu şəxslərin evlərinin elektrik cərəyanı istifadə etdiyi ərazi transformatorlarından, X2 evinin vanından olan transformatırdan qidalanan, Həcər Dibirovanın “Nijer Market” müəssisəsinin İlkin Layıcovun evinin, Məhəmməd Taşrayevin evinin, Fərhad Dibirovun evinin, bundan başqa X14 evinin yanındakı yerləşən və 20 iyul 2020-ci ildə dəyişdirilmiş yenə köhnə tipli yeni transformatorla əvəz edilmişdir) Transformatordan qidalanan İlkin Hetayevin, Nürəddin Gəncəyevin, Cənnət Dadaşovanın, Şamil Heydərovun evlərinin təhlükəsiz işıqla təmin edilməsi vəziyyəti təkrarən öyrənilmiş, son ayda da yaranmış yüksək gərginlik nəticəsində onların evlərində yenə işıqların bir halda əvvəl zəifləməsi, sonra güclənməsi səbəbindən evdəki işıq avadanlıqlarından istifadə edə bilməmələrindən ciddi narahatçılıqlar keçirməsi, hər gün 2-3 gündən bir yeni dəyişdirilmiş transformatorun “primıçkaların” yanıb dəyişdirilməsinin insanları təngə gətirmələri nəzərə alaraq dözülməz bu vəziyyətlə bağlı Balakən rayon işıq idarəsinə, Qəbələ şəhərində yerləşən Şimal-Qərb İşıq İdarəsinə, Azərişiq Səhmdar Cəmiyyətinə müraciət etmək üçün bu akt tərtib edilmişdir: Tərtib edilmiş aktda, Balakən Rayon İcra Hakimiyyətinin Meşəşambul kənd üzrə nümayəndəsi X44 tərəfindən imzalanmış möhürlə təsdiq edilmişdir. X34, X41, X86, X97, X11, X25, X34, X53, X104, X103, X60, X29, X54, X30 adları qeyd olunmaqla imzalanmışdır. "xxxx" ASC tərəfindən təqdim edilmiş transfarmatorlardan qidalanan xəttlərin siyahısından məlum olur ki, əhali qrupuna aid Taşrayev M.Əli Hacı, X114, qeyri əhali qrupuna aid Dibirova Həcər adlı istifadəçilərin elektrik xəttləri ******* saylı transformatordan, əhali qrupuna aid X73 adlı istifadəçinin elektrik xəttləri ******* nömrəli transformatordan qidalanır. İşin halları ondan ibarətdir ki, X86 və "xxxx" ASC arasında daşınmaz əmlakın icbari sığortası əsasında müqavilə imzalanmış, birincinin daşınmaz əmlakı yanğın və digər risklərdən sığorta əldə etmişdir. Daha sonra xx.xx.2020-ci il tarixdə ünvan 1ində yerləşən X58 mülkiyyətində olan ticarət mərkəzində yanğın hadisəsi baş vermişdir. Hadisə nəticəsində 150 manat azadolma məbləği çıxıldıqdan sonra 49.850 manat məbləğində sığorta ödənişi "xxxx" ASC tərəfnindən ödənilmişdir. Hazırda iddiaçı baş vermiş yanğın hadisəsi ilə bağlı "xxxx" ASC-nin məsuliyyət daşıdığını bununla bağlı olaraq ödənilmiş sığorta məbləğinin cavabdehdən tutulmasını tələb etmiş, cavabdeh isə baş vermiş sığorta hadisəsində "xxxx" ASC-nin məsuliyyət daşımadığını, yanğın hadisəsinin baş verdiyi ərazinin X58 məsuliyyət zonasına aid edildiyini qeyd etmiş, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflər arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında aktın olmaması işin mübahisəsiz halıdır. Cavabdehin nümayəndəsi iddia tələbinə etirazında əsas olaraq baş vermiş hadisə ilə bağlı araşdırma aparılarkən ekspertizanın düzgün aparılmaması, elektrik xəttlərinin "xxxx" ASC-nin əməkdaşları tərəfindən çəkilməməsi, yanğın hadisəsinin baş verdiyi ərazinin "xxxx" ASC-nin məsuliyyət zonasına aid olmamasını qeyd etmişdir. AR Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ həmin Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən, həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq, əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında- onun verdiyi sığorta ödənişi həcmində keçir. AR Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Qeyd olunan Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən, başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün), zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2019-cu il Qərarı ilə təsdiq edilmiş Elektrik və istilik qurğularının texniki istismar Qaydalarının 1.1.1.2 bəndinə əsasən bu Qayda 1000 V-dan yuxarı gərginlikli elektrik qurğularına şamil olunur və özündə 220 kV da daxil olmaqla, həmin həddə qədər gərginlikli mövcud elektrik qurğularına dair tələbləri ehtiva edir. 1.1.2.1. bəndə əsasən mövcud elektrik qurğularına xidmət göstərilməsi, onlarda əməliyyat çevirmələrinin həyata keçirilməsi, istehlakçıların elektrik qurğularının təmir, quraşdırma və sazlama işlərinin və sınaqlarının təşkili və yerinə yetirilməsi hazırlıqlı elektrotexniki heyət tərəfindən həyata keçirilməlidir. 2.1.2.2. bəndə əsasən tikintisi başa çatdırılmış ayrı-ayrı bina və tikililərin, enerji obyektinin tərkibinə daxil olan və layihələndirmə vasitəsilə ayrı-ayrı işəsalma komplekslərinə, tikinti mərhələlərinə ayrılmış istehsalat və yardımçı təyinatlı quraşdırılmış və yaxud əlavə binaların istismara qəbul edilməsi onlar hazır olduqca, bütövlükdə enerji obyektinin istismara qəbulu üçün nəzərdə tutulmuş qaydada ayrıca aktla həyata keçirilir. 2.1.6.2. Enerji avadanlığının texniki vəziyyətinə və təmirinə, modernləşdirilməsinə və yenidən qurulmasına görə enerji obyektlərinin və onların bölmələrinin rəhbərləri məsuliyyət daşıyır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral tarixli 2005-ci il tarixli Qərarına əsasən 3.1 bəndə əsasən dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisələrinin, müstəqil enerji istehsalçılarının, istehlakçılarının, o cümlədən subabonentlərin bütün yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən elektrik qurğuları “Elektrik qurğularının quraşdırılması qaydaları”na, tikinti normalarına və başqa texniki normativ hüquqi aktlara uyğun yerinə yetirilərək tikinti layihəsi və texniki təhvil-təslim sənədləri ilə təmin edilməlidir. 5.1. Dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında, abonent ilə subabonent arasında elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehlik sərhədi bu qurğuların balans mənsubiyyətilə müəyyənləşdirilir və elektrik enerjisinin alqı-satqı müqaviləsinə əlavə edilən elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktında qeyd olunur (8 nömrəli əlavə). 5.2. Gərginliyi 1000 V və daha yüksək olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi aşağıdakı kimi müəyyən edilir: 5.2.1. qapalı paylayıcı qurğulardakı keçid izolyatorunun xarici tərəfindəki birləşdiricisində və açıq paylayıcı qurğuların portalındakı dartıcı izolyatorlar zəncirinin gərilmə sıxacından çıxan naqildə; 5.2.2. qidalandırıcı, yaxud çıxış elektrik veriliş xətlərinin kabel və ya hava girimlərinin uclarında. 5.2.1-ci və 5.2.2-ci bəndlərində göstərilən birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət və onlara nəzarət yarımstansiyanı istismar edən təşkilata həvalə olunur. Müxtəlif təşkilatlara məxsus, ayırmalara birbaşa, yaxud ayırıcı vasitəsilə qoşulan 1000 V və daha yüksək gərginlikli elektrik veriliş xətlərinin texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi əsas xəttin ayırma aparılan dayağında müəyyənləşdirilir. Ayırmanı birləşdirən sıxacların texniki vəziyyətinə görə məsuliyyət əsas xəttin mənsub olduğu təşkilatın üzərinə düşür. Elektrik və rabitə qurğularının istismar xüsusiyyətlərindən irəli gələn, digər əsaslandırılmış balans mənsubiyyəti sərhədi də müəyyən edilə bilər. 5.3.2 bəndə əsasən enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi aşağıdakı kimi müəyyən edilir: kabellə daxil olduqda- binanın, yaşayış evinin və ya mən-zilin girişindəki qidalandırıcı kabelin uclarında. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını əsas götürərək hesab edir ki, "xxxx" ASC-nin baş vermiş sığorta hadisəsi ilə bağlı təqsiri öz təsdiqini tapdığından iddia təmin edilməli, 49.850 (qırx doqquz min səkkiz yüz əlli) manat cavabdeh "xxxx" ASCdən tutulmalıdır. Mülki Məcəllənin subroqasiya hüququnu tənzimləyən 936.1-ci və 936.2-ci maddələrinə görə subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Göründüyü kimi subroqosiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır və subroqasiyaya əsaslanan tələbin əsaslı olması tələbin yönəldiyi şəxsin təqsirli olmasının müəyyən olunmasındadır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ekspert rəyi ilə yanğın ərazisinin enerji sistemində baş vermiş elektrik qəza/gərginliyin artması halından obyekti və fərdi yaşayış evlərini elektrik enerjisi ilə təmin edən hava elektrik xəttində normadan artıq gərginliyin yaranması nəticəsində baş verməsi üçün xarakterik olması qeyd edilmişdir. Bu hal məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə də müəyyən edilmişdir. Beləliklə işin faktiki halları ilə cavabdehin enerji təminatını həyata keçirərkən xidmətin qüsurlu olması müəyyən olunur ki, bunun nəticəsində sığorta hadisəsinin baş verməsi və iddiaçının iddia tələbinin əsaslı olması təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat məbləğində mediasiya xərci və 36 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC-dən 49.850 (qırx doqquz min səkkiz yüz əlli) manat, 200 (iki yüz) manat mediasiya xərci, 36 (otuz altı) manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-345/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-345/2023
31.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver