Məhkəmə qərarları › İş №e-2-2(113)-345/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-345/2025

21.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-345/2025 21.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdеhlər Cavabdeh2nə, Cavabdeh1 qarşı “pulun tutulması”tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdеhlər Cavabdeh2nə, Cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 (bundan sonra – cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən DC00559500-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 139,805.79 (bir yüz otuz doqquz min səkkiz yüz beş manat yrtmiş doqquz qəpik) manat əsas borc, 3,669.72 (üç min altı yüz altmış doqquz manat yetmiş iki qəpik) manat faiz borcu, 209.11 (iki yüz doqquz manat on bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 143,684.62 (bir yüz qırx üç min altı yüz səksən dörd manat altmış iki qəpik) manat məbləğində borcun müştərək qaydada tutulması; iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 433.68 (otuz doqquz manat səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh2 MMC (bundan sonra “Borcalan”) arasında xx.xx.2023-cü il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X4 xx.xx.2023-cü il tarixli 1.0.6 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə OnGTC-10905LE\2019 saylı Razılaşmaimzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X3 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında X7 çərçivəsində xx.xx.2023-cü il tarixli DC00559500-03saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2025-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 159,288 (bir yüz əlli doqquz min iki yüz səksən səkkiz) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. Borcalan Cavabdeh2 MMC-nin Bank qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə: Bank ilə Cavabdeh1 arasındaDC00559500-03 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2023cü il tarixli DG**********148 saylı zaminlik müqaviləsi bağlanmışdır. Hazırda Borcalanın xx.xx.2024-cü il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri: -DC00559500-03saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 139,805.79 (bir yüz otuz doqquz min səkkiz yüz beş manat yrtmiş doqquz qəpik) manat əsas borc, 3,669.72 (üç min altı yüz altmış doqquz manat yetmiş iki qəpik) manat faiz borcu, 209.11 (iki yüz doqquz manat on bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 143,684.62 (bir yüz qırx üç min altı yüz səksən dörd manat altmış iki qəpik) manat təşkil edir. Lakin Borcalan qeyd edilən müqavilə üzrə öhdəliklərini 85 gün icra etməyərək gecikmələrə yol vermişdir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. X5 4-cü bölümünün 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair X4 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Eyni zamanda X5 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan RespublikasıQanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur. İddiaçı ASC tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 433.68 (otuz doqquz manat səkkiz qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi İ.Abdullayev iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ekspert rəyi əsassızdır, cəriməyə silinmiş bəzi ödənişlər əsassız olaraq əsas borcdan və faiz borcundan silinmişdir. Həmin rəyin sübut kimi nəzərə alınmamasını xahiş edir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə də məhkəməyə məlumat verməmişlər.

5. Məhkəmə iclasının cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin:

7. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

8. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

9. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

10. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

11. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

12. İddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2023-cü il tarixdə OnGTC- 10905LE/2019 saylı Bank xidmətlərinin göstərilməsinə dair X4 xx.xx.2023-cü il tarixli 1.0.6 versiyası imzalanmış, cavabdeh həmin Razılaşmanı imzalayaraq www.pashabank.az saytında yerləşdirilmiş X3 qeyd edilmiş şərtlərini (müvafiq redaksiyada) qəbul etmişdir.

13. İddiaçı ilə cavabdeh MMC arasında X7 çərçivəsində xx.xx.2023-cü il tarixli DC00559500-03 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2025-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 159288 manat məbləğində birdəfəlik kredit verilmişdir.

14. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh2 MMC-yə məxsus hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixində 159288 manat məbləğində vəsait sonuncunun hesabına köçürülmüşdür.

15. İddiaçı tərəfindən təqdim olunmuş PB/PBL-OUT-00316-2024/5 nömrəli, xx.xx.2024-cü il tarixli maliyyə arayışına görə Cavabdeh2 MMC-nin xx.xx.2024-cü il tarixə: - DC00559500-03 saylı kredit müqaviləsi üzrə əsas borc 139.805,79 manat, faiz borcu 3669,72 manat, 209,11 manat cərimə olmaqla, cəmi 143684,62 manat təşkil edir. Gecikmə günü: 85 gün.

16. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış DC00559500-03 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2023-cü il tarixli DG**********148 saylı zaminlik müqaviləsinə əsasən zamin, borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 18 iyun 2025-ci il tarixli, 9/8713 nömrəli ekspert rəyindən görünür ki, hesabdan çıxarış məlumatları, 18 oktyabr 2023-cü il tarixdə bağlanmış DC00559500-03 saylı maliyyələşdirmə üzrə ərizədə (kredit müqaviləsində) qeyd olunan şərtlər nəzərə alınmaqla cavabdeh "xxxx" MMC-nin İddiaçı ASC-yə olan borcu xx.xx.2024-cü il tarixə borcu 143.058,96 AZN, o cümlədən əsas borc üzrə 140.732,96 AZN, faiz borcu üzrə 2326,00 AZN təşkil edir.

18. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

20. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

21. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

22. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

23. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

24. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 18 oktyabr 2023-cü il tarixli, DC00559500-03 saylı Maliyyələşdirmə üçün ərizədən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

25. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehlərdən yaranmış kredit borcu məbləğləri tutulmalı, cavabdehlərdən tutulacaq faiz borcunun məbləği 18 iyun 2025ci il tarixli, 9/8713 saylı ekspert rəyinə uyğun müəyyən edilməlidir.

26. Bundan əlavə, ekspert rəyində cavabdehin kredit müqaviləsi üzrə ödəməli olduğu əsas borcunun məbləği iddia ərizəsində tələb edilən əsas borcdan daha çox müəyyən edilsə də, məhkəmə iddia tələbindən kənara çıxmaqda haqlı olmadığı üçün cavabdehlərdən tutulmalı olan əsas borcun məbləği iddia tələbi həddində müəyyən edilməlidir.

27. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsas və faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, cavabdehlərdən (əsas borclu və zamin) birgə qaydada 139805,79 manat əsas borc, 2326 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.

28. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 209,11 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

29. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

30. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

31. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya 139805,79 manat əsas borc, 2326 manat faiz borcu, 209,11 manat cərimə borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən birgə qaydada göstərilən borclar tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 432,34 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməli, ödənilmiş qalan 1,34 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

34. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının ümumi dəyəri 100 manat təşkil edir.

35. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən yaranmış ekspertiza xərci cavabdehlərdən birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.

V. Nəticə:

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2ndən, Cavabdeh1 birgə (müştərək) qaydada 139805,79 manat əsas borc, 2326 manat faiz borcu, 209,11 manat cərimə borcu, 432,34 manat dövlət rüsumu, ümumilikdə 142773,24 (bir yüz qırx iki min yeddi yüz yetmiş üç manat iyirmi dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 1,34 (bir manat otuz dörd qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh2ndən, Cavabdeh1 birgə (müştərək) qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar