Məhkəmə qərarları › İş №e-2-2(113)-3464/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3464/2023

15.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3464/2023 15.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçı X3, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, iddiaçı X3 cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMM cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ünvan 1anasında abunə kodu **********5 olan istehlakçıdan 25 aprel 2023-cü il tarixli N ********* saylı hesab ödəniş vərəqəsinə əsasən hesablanmış və tələb olunan 8.386,70 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Quba rayonu Talabıqışlaq kəndi abunə kodu **********5 olan 1 Qum çınqıl karxanasında istehlakşıya məxsus obyektdə elektrik enerjisi uçotu və “X2 qaydaları”na riayət olunması baxış keçirilmiş və buna dair 20 aprel 2023-cü il tarixli AKT NDQ № 015784 saylı aktı tərtib olunmuşdur. Akta əsasən baxış keçirilən zaman müəyyən olunmuşdur ki, elektrik sayğaçının B və C fazalarında gərginlik yoxdur, fazalar xətdən axan yükü hiss etmir. Akta əsasən tələb olaraq “uçot FEİQ-na uyğun olaraq bərpa edilsin” qeyd edilib. 25 aprel 2023cü il tarixli N ********* saylı hesab ödəniş vərəqəsinə əsasən istehlakçıya sayğac göstəricisindən əlavə olaraq 8.386,70 manat əsassız borc hesablanıb təqdim edilmişdir. Həmin tarixə qalıq borcu 10.126,60 manat olaraq hesblanmışdır. Aşağıda qeyd etdiyi səbəblərdən istehlakçıya sayğac göstəricisindən əlavə olaraq hesablanmış 8.386,70 manat borcla razı deyil. İlk olaraq bildirir ki, xx.xx.2022-ci il tarixindən mülkiyyətçisi olduğu 1 Qum çınqıl karxanasında abunə kodu **********5 olan elektrik sayğacı karxanadan xeyli kənarda yerləşən transfarmatorun içində quraşdırılıb və transformatorun qapısının açarı da cavabdeh cəmiyyətin nümayəndəsində olur. Yəni onun transformatorun içində quraşdırılan elektrik sayğacına əlçatımlığı, müdaxilə və görmə şansı yoxdur. Cavabdeh cəmiyyətin nümayəndəsi hər ay karxanadan keçərək transfarmatorun qapısını açır, sayğaca baxış keçirir, aylıq hesab ödəniş vərəqəsini təqdim edir. Deməli, 20 aprel 2023-cü il tarixli AKT NDQ № 015784 saylı akta əsasən elektrik sayğacının B və C fazalarında gərginliyin olmadığı, fazaların xətdən axan yükü hiss etmədiyi həqiqət olsa belə, bunda istehlakçının təqsiri yoxdur, elektrik enerjisinin talanmasından söz gedə bilməz. “X2 qaydalarının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 18 saylı qərarının 8.16 bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Həmin qərarın 8.17 bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Beləliklə, 20 aprel 2023-cü il tarixli AKT NDQ № 015784 saylı aktdan da anlaşıldığı kimi cavabdeh cəmiyyət xx.xx.2023-cü ildən gərginliyin olmadığını qeyd etməklə sayğacdan kənar olaraq 8.386,70 manat əsassız borc hesablamışdır. Yəni cavabdeh cəmiyyət mövcud durumu əsassız və qanunsuz olaraq elektrik enerjisinin talanması, istehlakçı tərəfindən təqsirli olaraq sayğasa müdaxilə və ya zədələməsi kimi qiymətləndirmiş və hesabatını da buna uyğun aparmışdır. Həmçinin bildirir ki, cavabdeh cəmiyyət mülkiyyətçisi olduğu 1 Qum çınqıl karxanasında abunə kodu **********5 olan elektrik sayğacına 23 noyabr 2022-ci il tarixində də baxış keçirmiş, baxışın nəticəsi olaraq 23 noyabr 2022-ci il tarixli AKT NDQ № 014324 saylı aktı tərtib olunmuşdur. Akta əsasən baxış keçirilən zaman müəyyən olunmuşdur ki, elektrik sayğacının Ü fazasında qoruyucu yandığından sayğac keçən yükü düzgün qeyd etmir. Akta əsasən tələb olaraq “uçot FEİQna uyğun olaraq sxem bərpa edilsin” qeyd edilib. Sayğacdan kənar olaraq 3.000 manata qədər əlavə borc hesablanmışdır. Dekabr ayında tərəfindən həm sayğacın hesabladığı 2.121 manat həm də sayğacdan kənar hesablanmış 3.000 manatdan artıq vəsait ödənilmişdir. Doğurdan da Ü fazası düz işləmirdisə belə bunun səbəbkarı o olmadığı halda iş dayanmasın deyə sayğacdan kənar əsassız olaraq hesablanmış 3.000 manatdan artıq pulun ödənişini etdi. Amma burda diqqət edilməsi lazım olan hallar başqadır. 23 noyabr 2022-ci il tarixində sayğaca baxış keçirilərkən cavabdeh cəmiyyət müəyyən edir ki, Ü fazası işləmir, sayğac keçən yükü düzgün qeyd etmir. Aktın tələbinə görə EEİQ-na uyğun olaraq sxemin bərpa edilməsi qeyd edilib. Artıq onlar düşünməyə haqlıdırlar ki, sxem bərpa edilməli olduğu üçün bərpa edilib. Bərpa edilmiş sayğacın 1 ay sonra B və C fazalarının düzgün işləməməsinin (əgər doğurdan da işləməyiblərsə), sayğaca əlçatanlılığının olmayan istehlakçıya nə aidiyyəti var?! Bu hal deməyə əsas verir ki, cavabdeh cəmiyyət ya aktın tələbini icra etməyib, ya sayğac ümumiyyətlə düz işləmir, ya da aktda qeyd edilənlər həqiqəti əks etdirmir. Hər üç halda istehlakçı qüsurlu deyil və cavabdehlik daşımamalıdır. Çünki sayğaca əlçatanlığı yoxdur. 23 noyabr 2022-ci il tarixində sayğaca baxış keçirildi, akt tərtib olundu, sxem bərpa olundu, dekabr ayında da istehlakçıdan 2.121 manat sayğacın göstəricisinə uyğun, 3.000 manat da əsassız olaraq hesablanmış əlavə pul alındı. 20 aprel 2023-cü il tarixli aktla B və C fazalarında xx.xx.2023-cü il tarixindən etibarən gərginliyin olmadığı müəyyən edildi. Deməli Aktlara görə dekabr ayı üzrə həm Ü fazası bərpa edilib, həm də B və C fazasında gərginlik olub. Yəni sayğac tam işlək vəziyyətdə olarkən istahlakçı 2.000 manata qədər elektrik energisi istehlak etdiyi müəyyən olunur. Aktdan da anlaşılır ki, cavabdeh cəmiyyət aprel ayında fazaların xx.xx.2023-cü ildən etibarən gərginliyin olmadığını müəyyən edə biləcək qədər imkanlara sahibdir. Yəni geriyə doğru fazalarda gərginliyin olmadığını gününə qədər müəyyən edirlər. Uçot haqqında sənədə görə istehlakçı 2022-ci il sentyabr olaraq 2.100 manat, oktyabr olaraq 1.400 manat, noyabr olaraq 630 manat (iş olmayıb), dekabr olaraq 2.121 manat, 2023-cü il yanvar olaraq 2.200 manat istehlak etdiyi enerjinin dəyərini ödəyib. Bu rəqəmlər fazaların işlək olduğu dönəmlərə aiddir. Belə olan halda sayğac göstəricisindən əlavə geri dönəmlərə yönəlik istehlakçıdan əlavə olaraq 8.386,70 manat hesablayıb tələb etmək həm X2 qaydalarının təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 18 saylı qərarının 8.16 və 8.17 bəndlərinə ziddir, həm də fazaların gərginliyi ötürdüyü dönəmlərdəki sayğac göstəriciləri ilə uyğun gəlmir. İstehlakçıdan hesablanıb tələb olunan 8.386,70 manat pul vəsaiti qanunsuz və əsassızdır. Eyni zamanda iddiaçı X6 müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayonu Talabıqışlaq kəndi abunə kodu **********5 olan 1 Qum çınqıl karxanasında istehlakçıya məxsus obyektdə elektrik enerjisinin verilməsinin dayandırılmasının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Quba rayonu Talabıqışlaq kəndində yerləşən (abunə kodu **********5) 1 Qum çınqıl karxanasına elektrik enerjisinin verilməsinin dayandırılması "xxxx" ASC-yə qadağan olunmuşdur. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ünvan 1anasında abunə kodu **********5 olan istehlakçıdan 25 aprel 2023-cü il tarixli N ********* saylı hesab ödəniş vərəqəsinə əsasən hesablanmış və tələb olunan 8.386,70 manat borcun və xx.xx.2023-cü il tarixli N ********* saylı hesab ödəniş vərəqəsinə əsasən hesablanmış və tələb olunan 2.460 manat borcun, toplamda əsassız hesablanmış və tələb olunan 10.847 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Quba rayonu Talabıqışlaq kəndi abunə kodu **********5 olan 1 Qum çınqıl karxanasında istehlakçıya məxsus obyektdə elektrik enerjisi uçotu və “X2 qaydaları”na riayət olunması baxış keçirilmiş və buna dair 20 aprel 2023-cü il tarixli AKT NDQ № 015784 saylı aktı tərtib olunmuşdur. Akta əsasən baxış keçirilən zaman müəyyən olunmuşdur ki, elektrik sayğaçının B və C fazalarında gərginlik yoxdur, fazalar xətdən axan yükü hiss etmir. Akta əsasən tələb olaraq “uçot FEİQ-na uyğun olaraq bərpa edilsin” qeyd edilib. 25 aprel 2023-cü il tarixli N ********* saylı hesab ödəniş vərəqəsinə əsasən istehlakçıya sayğac göstəricisindən əlavə olaraq 8386 manat 70 qəpik əsassız borc hesablanıb təqdim edilmişdir. Həmin tarixə qalıq borcu 10.126,60 manat olaraq hesblanmışdır. Aşağıda qeyd etdiyi səbəblərdən istehlakçıya sayğac göstəricisindən əlavə olaraq hesablanmış 8386 manat 70 qəpik borcla razı deyil. Bundan başqa məhkəmə hazırlıq prossesi davam edərkən cavabdeh xx.xx.2023-cü il tarixində iddiaçıya təqdim etmiş hesab ödəniş vərəqəsi ilə 1155 manat həmin aya sərf edilmiş elektrik enerjisinin dəyərini, xx.xx.2023-cü il tarixində hesab ödəniş vərəqəsi ilə əlavə olaraq 2460 manat sərf edilmiş enerjinin dəyərini tələb etmişdir. Sahə nümayəndəsindən bunun səbəbini soruşduqda eyni qaydada hansısa fazanın düz işləmədiyini qeyd etdi. Hesab edir ki, cavabdehin dəfələrlə və periodik olaraq işləməyən faza bəhanəsi gətirərək, ondan əlavə pul vəsaitləri tələb etməsi qanunsuz və əsassızdır. İlk olaraq bildirir ki, xx.xx.2022-ci il tarixindən mülkiyyətçisi olduğu 1 Qum çınqıl karxanasında abunə kodu **********5 olan elektrik sayğacı karxanadan xeyli kənarda yerləşən transfarmatorun içində quraşdırılıb və transformatorun qapısının açarı da cavabdeh cəmiyyətin nümayəndəsində olur. 20 aprel 2023-cü il tarixli AKT NDQ № 015784 saylı aktına əsasən baxış keçirilən zaman müəyyən olunmuşdur ki, elektrik sayğaçının B və C fazalarında gərginlik yoxdur, fazalar xətdən axan yükü hiss etmir. Akta əsasən tələb olaraq uçot “FEİQ-na uyğun olaraq bərpa edilsin” qeyd edilib. Deməli onlar yenə düşünməyə haqlıdırlar ki, cavabdeh cəmiyyət sxem bərpa edilməli olduğu üçün bərpa edib. Amma yenə də bir müddət sonra fazada nasazlıq aşkarlanır və istehlakçıdan əlavə olaraq xx.xx.2023-cü il tarixində hesab ödəniş vərəqəsi ilə 2460 manat sərf edilmiş enerjinin dəyərini tələb etmişdir. Beləliklə onlar düşünməyə haqlıdırlar ki, cavabdeh cəmiyyət özü müəyyən etdiyi nasazlığı aradan qaldırmır və ya aradan qaldıra bilmir, ya da ümumiyyətlə xətlərdə nasazlıq yoxdur, olmamışdır, sadəcə cavabdeh cəmiyyətin əməkdaşları abonentdən əlavə pullar almaq üçün qanunsuz işlərlə məşğuldur. Hər iki halda istehlakçı məsuliyyət daşımalı deyil. Məhkəmə iclasında iddiaçının iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Nümayəndə həmçinin iddiaçının borcunun 10.824 manat olduğunu bildirdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixli Çıxarışla təsdiq edilir ki, Quba rayonu, Talabıqışılaq kəndində yerləşən 0,281 ha torpaq sahəsi istifadə hüququ (yüklülüyün müddəti xx.xx.2021-ci il tarixdən 80 il müddətinə) ilə X3 adına qeydiyyata alınmışdır. Hüququn əvvəlki yüklülüyü qrafasında X10 və X7 adları qeyd edilmişdir. - Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli Çıxarışla təsdiq edilir ki, Quba rayonu, Talabıqışılaq kəndində yerləşən (kənd təsərrüfatı təyinatlı) torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X3 adına qeydiyyata alınmışdır. - xx.xx.2022-ci il tarixli, NDQ 014324 saylı aktdan görünür ki, Quba rayonu, Talabıqışılaq kəndində yerləşən **********5 nömrəli abonentə (Qum-çınqıl karxanası-karier) elektrik enerjisi uçotu və “X2 Qaydaları”na riayət edilməsinın yoxlanılması məqsədilə baxış keçirmiş və baxış zamanı sayğacın “Uв” fazasında gərginlik transformatorun qoruyucusu yandığından sayğac keçən yükü düzgn qeyd etmədiyi aşkar edilmişdir. - xx.xx.2022-ci il tarixli, NDQ 014324 saylı akt əsasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli icra vərəqindən görünür ki, **********5 nömrəli abonentə 21214 kvt sərfiyyata görə 2.121,40 manat tələb edilməsi qərara alınmışdır. - xx.xx.2023-ci il tarixli, NDQ 015784 saylı aktdan görünür ki, Quba rayonu, Talabıqışılaq kəndində yerləşən **********5 nömrəli abonentə (Qum-çınqıl karxanası-karier) elektrik enerjisi uçotu və “X2 Qaydaları”na riayət edilməsinın yoxlanılması məqsədilə baxış keçirmiş və baxış zamanı sayğacın “B” və “C” fazalarında gərginliyin olmadığı aşkar edilmiş, belə ki, “B” və “C” fazaları xətdən axan yükü hiss etmir. - xx.xx.2023-ci il tarixli, NDQ 015784 saylı akt əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli icra vərəqindən görünür ki, **********5 nömrəli abonentə 83867 kvt sərfiyyata görə 8.386,70 manat tələb edilməsi qərara alınmışdır. - **********5 nömrəli abonentin (Quba rayonu, Talabıqışılaq kəndində yerləşən Qum-çınqıl karxanası) abunə haqqında məlumatından görünür ki, abonentə xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə “X2 Qaydaları”nın pozulmasına görə müvafiq olaraq NDQ 014324 saylı akta əsasən 2.121,40 manat və NDQ 015784 saylı akta əsasən 8.386,70 manat məbləğində borc hesablanmış, xx.xx.2022-ci il tarixində 2.121,40 manat ödəniş etmişdir. "xxxx" ASC tərəfindən abonent kodu – **********5 olan abunəçiyə (Quba rayonu, Talabıqışılaq kəndində yerləşən Qum-çınqıl karxanası) təqdim edilmiş xx.xx.2023-cü il tarixli ********* nömrəli hesab-ödəniş vərəqindən görünür ki, NDQ015784 EİQ pozulması aktlarına əsasən cəmi 8.386,70 manat borc hesablanmışdır. X3 nümayəndəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, ünvan 1anasında abunə kodu **********5 olan istehlakçıdan 25 aprel 2023-cü il tarixli N ********* saylı hesab ödəniş vərəqəsinə əsasən hesablanmış və tələb olunan 8.386,70 manat borcun silinməsi xahiş edilmiş, əks təqdirdə bütün itgilər hesablanmaqla tərəflərindən məhkəməyə müraciət olunacaqdır. "xxxx" ASC tərəfindən abonent kodu – **********5 olan abunəçiyə (Quba rayonu, Talabıqışılaq kəndində yerləşən Qum-çınqıl karxanası) təqdim edilmiş xx.xx.2023-cü il tarixli hesab-ödəniş vərəqindən görünür ki, abunəçiyə X2yə görə xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixə qədər (197,63 manat ƏDV daxil) 1.295,58 manat borc hesablanmış və abunəçinin xx.xx.2023-cü il tarixə qalıq borcu 9.664,13 manat təşkil edir xx.xx.2023-ci il tarixli, NDQ 016823 saylı aktdan görünür ki, Quba rayonu, Talabıqışılaq kəndində yerləşən **********5 nömrəli abonentə (Qum-çınqıl karxanası-karier) elektrik enerjisi uçotu və “X2 Qaydaları”na riayət edilməsinın yoxlanılması məqsədilə baxış keçirmiş və baxış zamanı gərginlik transformatorunda qüsur aşkar edilmişdir. "xxxx" ASC tərəfindən abonent kodu – **********5 olan abunəçiyə (Quba rayonu, Talabıqışılaq kəndində yerləşən Qum-çınqıl karxanası) təqdim edilmiş xx.xx.2023-cü il tarixli ********* nömrəli hesab-ödəniş vərəqindən görünür ki, NDQ016823 EİQ pozulması aktlarına əsasən cəmi (375,25 manat ƏDV daxil) 2.460 manat borc hesablanmışdır. xx.xx.2023-cü il tarixli kommunal.az portalından çıxarışa əsasən müəyyən edilir ki, abonent kodu **********5 olan abonentin (Qum-çınqıl karxanası) "xxxx" ASC-yə borcu 10.824,13 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə əvvəla qeyd edir ki, Quba rayonu Talabıqışlaq kəndində yerləşən 1 Qum çınqıl karxanasının elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə xx.xx.2011-cü il tarixdə **********5 nömrəli abonent kodu açılmış və hazırda həmin kod üzrə abonent X8r. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli, NDQ 015784 saylı və xx.xx.2023-ci il tarixli, NDQ 016823 saylı aktlara əsasən həmin abonentə müvafiq olaraq 8386,7 manat və 2.460 manat məbləğində borc hesablanmışdır. Həmin borcların silinməsi barədə hazırkı iddianı fərdi sahibkar X6 qaldırmışdır. Digər tərəfdən iş materiallarına əsasən müəyyən edilir ki, əvvəllər istifadə hüququ ilə X9 məxsus olmuş Quba rayonu Talabıqışlaq kəndində yerləşən torpaq sahəsi üzərində istifadə hüququ X3 adına qeydiyyata alınmış, lakin sonuncu ilə "xxxx" ASC arasında elektrik enerjisi xidmətlərinə dair ayrıca müqavilə bağlanmamışdır. Hazırda həmin torpaq sahəsinin X3 istifadəsində olması və elektrik enerjisi xidmətlərindən istifadəyə görə borcların sonuncudan tələb edilməsi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli nömrəli qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın 8.1-ci və 8.2-ci bəndlərinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 1.1-ci bəndində isə təsbit olunmuşdur ki, elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxsdir. Abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçıdır. Göründüyü kimi qanunverici elektrik enerjisini xidmətlərinin məhz müqavilə tərəfi olan şəxs (hazırki halda İlkin Alıyev) tərəfindən deyil, istehlakçı tərəfindən ödənilməsini nəzərdə tutmuşdur. Hazırki işin halları da ondan ibarətdir ki, mübahisəli daşınmaz əmlakın qanuni və faktiki sahibi, yəni karxanadan verilən elektrik enerjisindən elektrikqəbulediciləri vasitəsilə istifadə edən faktiki istifadə edən şəxs X4r. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququ vardır. İddianın əsaslılığına gəldilkdə məhkəmə əvvəla qeyd edir ki, cavabdeh "xxxx" ASC mübahisəli borcun hesablanmasını iddiaçı X1 olan torpaq sahəsinə aid elektrik enerjisi sayğacının texniki nasazlıq səbəbindən elektrik enerjisi sərfiyyatını düzgün qeydə almaması, bunun nəticəsində "xxxx" ASC-yə ziyan vurulması ilə əsaslandırsa da, mübahisəli sayğacın elektrik enerjisi sərfiyyatını düzgün qeydə almaması, eləcə də düzgün qeydə almadığı halda elektrik enerjisi itkilərinin nə qədər təşkil etməsi ilə bağlı mötəbər sübutları ( fotoşəkil, itkilərin hesablanma qaydasını izah edən sənəd və s.) məhkəməyə təqdim edə bilməmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-ci il tarixli, NDQ 015784 saylı və xx.xx.2023ci il tarixli, NDQ 016823 saylı aktlara münasibətdə məhkəmə əvvəla qeyd edir ki, həmin aktlar cavabdehin əməkdaşları tərəfindən birtərəfli qaydada tərəfindən tərtib edildiyindən aktlarda göstərilən qüsurun həqiqətdə mövcud olması faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli sübut deyildir. Azərbaycan Respublikası MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Digər tərəfdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 148 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın 8. 34-cü bəndinə görə enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Göründüyü kimi "xxxx" ASC elektrik enerjisi ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borclar "xxxx" ASC-nin əməkdaşları tərəfindən keçirilmiş yoxlamaların nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya borc məbləğləri hesablamaqla haqlı olmamışdır. İddiaçı 25 aprel 2023-cü il tarixli N ********* saylı hesab ödəniş vərəqəsinə əsasən hesablanmış və tələb olunan 8.386,70 manat borcun və xx.xx.2023-cü il tarixli N ********* saylı hesab ödəniş vərəqəsinə əsasən hesablanmış və tələb olunan 2.460 manat borcun, toplamda əsassız hesablanmış və tələb olunan 10.847 manat borcun silinməsini tələb etsə də, xx.xx.2023-cü il tarixli kommunal.az portalından çıxarışa əsasən müəyyən edilir ki, abonent kodu **********5 olan abonentin (Qum-çınqıl karxanası) "xxxx" ASC-yə borcu 10.824,13 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli NDQ N015784 nömrəli və xx.xx.2023-cü il tarixli NDQ N 016823 nömrəli aktlara əsasən **********5 abonent koduna hesablanmış 10.824,13 manat məbləğində borc silinməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 100 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 24 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə (iddia tələbinin həcminin artırılması barədə ərizə də nəzərə alınmaqla) ödənilməli olan dövlət rüsumunun məbləği 122,54 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 100 manat və dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli NDQ N015784 nömrəli və xx.xx.2023-cü il tarixli NDQ N 016823 nömrəli aktlara əsasən **********5 abonent koduna hesablanmış cəmi 10.824,13 manat məbləğində borc silinsin. Mediasiya xərclərinin əvəzi olaraq 100 manat və dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçı X5 ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar