Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3469/2025 03.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “İddiaçı” MMC-nin Cavabdeh1, Cavabdeh2 MMC, Cavabdeh3 MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:pul tələbi) X11 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı “İddiaçı” MMC-nin Cavabdeh1, Cavabdeh2 MMC, Cavabdeh3 MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı “İddiaçı” MMC (bundan sonra – iddiaçı) Cavabdeh1, Cavabdeh2 MMC, Cavabdeh3 MMC-yə (bundan sonra – cavabdeh ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2MMC-dən, "xxxx" MMC-dən və Cavabdeh1 müştərək qaydada 280000 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə13067 ABŞ dolları, barışıq sazişinə görə20000 ABŞ dolları və 150000 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə2217 ABŞ dolları, cəmi35284 ABŞ dolları məbləğində pul vəsaitinin və hüquqi yardıma çəkilmiş xərcə görə 320 manat və dövlət rüsumunun əvəzi olaraq 271 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 310/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə 250000 ABŞ dolları əsas, 22954,17 ABŞ dolları faiz və 7045,83 ABŞ dolları cərimə, cəmi 280000 ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh2 MMC, Cavabdeh3 MMC və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Tərəflər arasında xx.xx.2024-cü il tarixdə barışıq sazişi və həmin sazişə əlavə bağlanmışdır. Həmin sazişin və ona əlavənin şərtlərinə görə tərəflər Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-310/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə, habelə sonradan tərəflər arasında əldə olunmuş şifahi razılaşmalara əsasən, ümumi olaraq 300000 ABŞ dolları məbləğində borc pul vəsaitinin 150000 ABŞ dolları hissəsinin xx.xx.2024-cü il tarixdə Cavabdeh2 MMC tərəfindən ödənildiyini və qalıq 150000 (yüz əlli min) ABŞ dolları məbləğində borc pul vəsaitinin isə Cavabdeh1, Cavabdeh2 MMC və “D.X5” MMC tərəfindən hissə-hissə ödənilməsini qəbul etmişdirlər. İcra sənədi üzrə 280000 ABŞ dolları məbləğində olan borcun 150000 ABŞ dolları hissəsi ödənilmiş, icra sənədi üzrə 130000 ABŞ dolları, barışıq sazişi üzrə isə 20000 ABŞ dolları olmaqla150000 ABŞ dolları məbləğində borc qalmışdır. Hesab edirik ki, qətnamənin çıxarıldığı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün 280000 ABŞ dolları məbləğində olan borcun ödənilməsinin gecikdirilməsinə görə illik faiz hesablanmalıdır. Belə olan halda xx.xx.2023-xx.xx.2024cü il tarixlərdə 280000 ABŞ dollarını ödənilməsinin 336 gün gecikdirildiyini nəzərə aldıqda və illik 5 faiz hesabladıqda həmin məbləğ 13067 ABŞ dolları təşkil edəcəkdir. O cümlədən barışıq sazişinin şərtlərinə görə xx.xx.2024-cü il tarixdə 20000 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 25000 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 40000 ABŞ dolları və xx.xx.2024-cü il tarixdə isə 650000 ABŞ dolları ödənilməli idi. Lakin hazıradək hər hansı bir vəsait ödənilməmişdir. Hesab edirik ki, xx.xx.2024-cü il tarixədək hissə-hissə ödənilməli olan 150000 ABŞ dollarına illik faiz hesablanmalıdır. Belə ki, barışıq sazişinə görə bu günədək (xx.xx.2024) xx.xx.2024-cü il tarixdə ödənilməli olan 20000 ABŞ dolları 168 gün, xx.xx.2024-cü il tarixdə ödənilməli olan 25000 ABŞ dolları 137 gün, xx.xx.2024-cü il tarixdə ödənilməli olan 40000 ABŞ dolları 106 gün və xx.xx.2024-cü il tarixdə ödənilməli olan 65000 ABŞ dolları isə 76 gün gecikdirilmişdir. Yuxarıdakı məbləğlərə illik 5 faiz hesablandıqda, müvafiq olaraq 467 ABŞ dolları, 476 ABŞ dolları, 589 ABŞ dolları, 686 ABŞ dolları məbləğində gecikdirməyə görə borc yaranır. Beləliklə hesab edirik ki, 280000 ABŞ dollarını gecikdirməyə görə 13067 ABŞ dolları, barışıq sazişinə görə 20000 ABŞ dolları və 150000 ABŞ dollarını gecikdirməyə görə 2217 ABŞ dolları cavabdehlərdən tutulmalıdır.
3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, "xxxx"MMC-dən, "xxxx" MMC-dən və Cavabdeh1 müştərək qaydada 280000 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə 13067 ABŞ dolları, barışıq sazişinə görə 20000 ABŞ dolları və 150000 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə 5301 ABŞ dolları, cəmi 38368 ABŞ dolları məbləğində pul vəsaitinin və hüquqi yardıma çəkilmiş xərcə görə 320 manat və dövlət rüsumunun əvəzi olaraq 287 manat məbləğində pul vəsaitinin tutularaq "İddiaçı" MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh3 MMC-nin nümayəndəsi iddia ərizəsinə etiraz edərək,ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Etiraz onunla əsaslandırılmışdır ki, İddia tələbinin həcmi ilə bağlı, ilk olaraq onu qeyd etməyi zəruri hesab edirik ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-310/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, cavabdehlər-"xxxx" MMC-dən, "D.X5" MMC-dən və Cavabdeh1 müştərək qaydada 280000 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması qət edilməsinə və həmin vəsaitin 150000 ABŞ dollarının, məhz, Cavabdeh1 tərəfindən ödəniməsinə və həmin qətnamənin icrası üzrə qalıq borcun 130000 ABŞ dolları təşkil etməsinə belə baxmayaraq, hazırki iş üzrə qalıq borcun 150000 ABŞ təşkil etməsi və onun gecikdirilməsinə görə 5301 ABŞ dolları pulun ödəniməsi ilə bağlı məsələyə, yəni 130000 ABŞ dollarında qalıq məbləğinin şişirdilərək 150000 ABŞ dolları olmasının, aralarında bağlanmış əlavə müqavilənin şantaj yolu ilə əldə edilməsinə, özünün dəbilavasitə iştirakçısı olduğu və Cavabdeh1 qarşı həyata keçirilən qanunsuzluqlar nəticəsində onun düşdüyü ağır vəziyyətindən sui-istifadə etmişdir.Belə ki, hazırki iş üzrə iddiaçının ümumi tələbinin həcmi-280000 ABŞ dolları təşkil etdiyi halda, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərə məxsus əmlaklar üzərinə həbs qoyulmasını xahiş etmiş və Bakı Kommersiya Məhkəməsinin e-16(113)-122/2022 saylı,ci il tarixli qərardadı ilə, iddia tələbindən 10 qat artıq və cavabdehlərə məxsus əmlakları üzərinə qanunsuz olaraq həbs qoyulmuşdur.Bununla bağlı, Cavabdeh1 məhkəməyə müraciət edərək, iddia tələbindən qat-qat artıq və qanunsuz olaraq üzərinə həbs qoyulmuş əmlakların heç olmasa bir qisminin həbsdən azad edilməsini xahiş etsə də, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qqqəardadı ilə şikayti təminedilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.Eynilə də Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kolegiyasının 16(103)-116/2023 saylı, xx.xx.2023-cü iltarixli qərardadıilə maraqlı şəxsCavabdeh1 oğlunun şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin yuxarıda qeyd olunan qanunsuz qərardadı dəyişdirilmədən saxlanılmışdır.Bundan sonra isə baş verənlər, məhz, Bakı Kommersiya Məhkəməsinin icraatındakı digər iş üzrə, yəni, e-2-2(113)-99/2023 saylı iş üzrə kobud qanunsuzluqlar nəticəsində qəbul edilmişcü il tarixli qətnamənin icrası zamanı olmuş və düşdüyü durumundan sui-istifadə etməklə yanaşı, Cavabdeh1, hətta, ölümlə hədələmələri ilə həyatakeçirilmişdir...Belə ki, Bakı Kommersiya Məhkəməsinin icraatındakı e-2-2(113)-99/2023 saylı,qətnaməsi ilə, siyahı üzrə:"İpoteka və Girov predmetlərinin açıq hərracda satılması və həmin əmlakların satışından əldə olunan vəsaitlər hesabına cavabdeh "xxxx"xxxx"ASC "xxxx" qarşısındakı 5.661.826,56 ABŞ dolları məbləğində əsas borc, xx.xx.2022-ci il tarixinə kimi kimi kreditdən istifadəyə görə hesablanmış 342.347,74 ABŞ dolları məbləğində fazi borcu və 283.000 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 6.287.174,3 ABŞ dolları məbləğində borcla yanaşı, çəkilmiş 1440 manat, 6234,5 manat və 3645 manat məbləğindədigər xərçlərin ödənilməsi qətt edilmişdir. Lakin, qətnamənin qəbulu zamanı, tərəfimizdən banka ödənilmiş pul vəsaitləri barədə bir cümlə də olsun qeyd aparılmamış, ən azından 14 milyon manat dəyərindəki ipoteka və girov predmeti olan əmlaklalrın 7,8 milyon manat likvid dyəri ilə qiymətləndirilməsinə düzgün qiymət verilməmişdir.Bundan sonra isə, qətnamənin icrası zamanı, ən azından 14 milyon dəyərindəki ipoteka və girov predmeti olan əmlakların, məhz, 7.809865Ş7 manat likvid dəyəri ilə hərraca çıxarılmış və hərraca heç kəs buraxılmadan, xx.xx.2024-cü il tarixdə hərracın nəticəsi olaraq, bu əmlaklar 7,9 milyon manat dəyərlə Bankın balansına götürülmüşdür. Bu məsələ ilə bağlı, yəni, hərracın qanunsuz keçirilməsi, bizim alıcımızın hərraca qəsdlə və bilərəkdən buraxılmaması ilə bağlı Bankla apardığımız danışıqların məticəsi olaraq, banka olan bütün borcumuzun bağlanması üçün, həmin əmlakların, məhz, bizim müştəriyə satıın həyata keçirilməsinə razılıq verilmişdir. Belə olan halda da, həmin əmlakların satışından alıcı-"xxxx" MMC-i təərəfindən notarius-X1 hesablaşma hesabına Cavabdeh1 və X2 üçün köçürülmüş ümumilikdə- 11.593.136 manat məbləğində pul vəsaiti bütünlüklə- ASC "xxxx"ın hesabına köçürülmüşdür. Hərçənd ki, manat ekvivalenti ilə pulun köçürülməsi zamanı bizim banka, ümumilikdə- 10.688.196,3 manat borcumuz olmuşdur. Yəni, bizdən ümumi borcumuzdan 904.939,7manat mbləğində pul vəsaiti əlavə olaraq artıq tutulmuş və bu zaman, işin məhkəmədə icraatı ilə bağlı qətnamə qəbul edilənədək və qəbul edildikdən sonra da, hərracın keçirilməsi ilə bağlı xx.xx.2024-cü il tarixədək, tərəfimizdən, ABŞ dolları ekvivalenti ilə ümumilikdə ödənilmiş 234.962,6 ABŞ dolları məbləğində pul vəsaiti və AZN ekvivalenti ilə ümumilikdə ödənilmiş 429.876manat məbləğində pul vəsaiti belə nəzərə alınmamışdır...Məhz, bu ərəfələrdə də, hazırki iş üzrə iddiaçı- "İddiaçı" MMC-i düşdüyümüz durumdan istifdə edərək, Cavabdeh1etdikləritəzyiqlərnəticəsindəümumiborcdan ələavə olaraq onlara 20 min ABŞ dollarında pul vsaitininödənilməsi barədə tərtib etdikləri qanunsuz müqaviləyə də imza atmaq məcburiyyətində qalmışdır.Belə ki, Xalq Bank" ASC-nin təzyiqi altında, ən azından Banka olan ümumi borcun bağlanması məqsdi ilə, həqiqi alıcı-"xxxx" MMC-i ilə alaı-satqının həyata keçirilməsi üçün mütləq idi ki, lqı satqısı həyata keçirilməli olan və Bakı Kommersiya Məhkəməsinin e-16(113)- 122/2022 saylı, xx.xx.2022-ci il tarxili qərardadı ilə üzəarinə həbs qoyulmuş əmlakların üzərindən həbsin götürülməsinə razılıq versin. Belə ki,işingedişatından müəyyən olunurdu ki, Bakı Kommersiya Məhkəməsində bütün məsəllələr, məhz, "İddiaçı" MMC-nin istək və arzusu əsasında həyata keçirilməkdədir... Bunu görməmək isə mümkünsüz idi.Belə ki, yuxarıda da qeyd edildiyi kimi,Bakı Kommersiya Məhkəməsinin e-16(113)-122/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından, Cavabdeh1 məhkəməyə təqdim etdiyi şikayəti təmin edilmədikdən sonra, həmin qəqrardaddan maraqlarına toxunan-"xxxx"ASC-i də şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cüil atruxli qərardadı ilə məhkəmənin həmin iş üzrə xx.xx.2022-ci il tarxili qərardadı qismən,ipoteka vəgirov predmeti olan əmlaklar hissəsində təmin olunmuşdur. "İddiaçı" MMC-i tərəfindən bu qərardaddan verdiyi şikayəti Bakı Apellyasiya Məhkəməsinin Kommersiya KoNegyasrnın 16(103)-116/2024 saylı, xx.xx.2024-cü il tarixxli qərardadı təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmiş və iş yenidən baxılmasıüçün Bakı Kommersiya Məhkəməsinə göndərilmidir.Məhz, bundan, yəni "İddiaçı" MMC-i istəyinə çatdıqdan və Cavabdeh1 əlavə olaraq 20 min ABŞ dolları məbləğində əlavə pulun əldə edilməsi ilə bağlı qanunsuz müaviləyə imza etdirdikdən sonra, xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müracit edərək, xx.xx.2022-ci il tarxili qanunsuz qərardadla üzərinə həbs qouylmuş və ipoteka və girov predmeti olan əmlakların üzırndıb hııbsin götürülməsini məhkəmədən xahiş etmiş və məhkəmənin xx.xx.2024-cüil taruxli qərardadı ilə onun ərizəsi təmin edilmişdir...Hərçənd ki, xx.xx.2024-cü il tarixədək, həmin əmlaklar üzərində həbsin olmasına belə baxmayaraq, yuxarıda eyd edildiyi kimi, üzərində həbsin olduğu əmlakların alqı-satqısı artıq cü il tarixdə həyata keçirilmişdir.Beləliklə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-310/2023 sayl, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə "İddiaçı" MMC-nə olan 280.000 ABŞ dollarında pulun müştərək qaydada cavabdehlər "xxxx" MMC, "xxxx" MMC və Cavabdeh1 tutulması qətt edilməsinə və bu borcun 150.000 ABŞ dollarının, yəni yarıdan çoxunun, məhz, Cavabdeh1 tərəfindən ödəməsinə belə baxmayaraq, bunların gözləri qarşısında və razılıqları ilə alqı-satqı nəticəsində digər cavabdeh-"xxxx" MMC-nin hesabına 11 milyon mantdan artıq pulun daxil olçası ilə bağlı, qalan 130.000 ABŞ dollarının alınması milə bağlı heç bir tədbirin görülməməsini, normalinsan mntiqi ilə heç cür başa düşülən hal hesab edilə bilməz və düşünürük ki, "İddiaçı" MMC-nin nümayəndəsinin və vəkilinin əsas vəzifəsi, təmsil etdikləri şəxsin deyil, üçüncü şəxslərin xeyrinə hərəkət etməkdə maraqlı olduları istisna edilmir. Bu barədə onlara dəfələrlə olan müraciətlərimizdə də xüsusi olaraq bu hala diqqqət yetirmələri, borcun bir hisssinin heç olmasa digər cavabdeh-"xxxx" MMCnin hesabına yönəldilməsi xahiş edilmiş və hesablamalarla göstərilmişdir ki, məhz,onların gözləri qarşısında aparılan alqqı-satqının nəticəsi ilə, "xxxx" MMC-nin hesabından "xxxx"ADC-i trəfindən 2 milyonmanata yaxın pul vəəsaiti tutulmuşdur və hazıda da həmin pul vəsaiti "xxxx" MMC-yə məxsusdur.Yuxarıda qeyd olunanlardan əlavə, "İddiaçı" MMC-nə qalan borcdan, əlavə olaraq 60 min manatının, məhz, Cavabdeh1 tərəfindən ödənilməsinin həyata keçirilməsi, bundan sonra isə, son qalıq məbləğinin ödənilməsinin təminatı kimi, Cavabdeh1 məxsus və dəyəri 465min manat olan çğmınzili üzərind hbsin saxlanılması ilə, qanunsuz olaraq üzərinə həns qoyumuş digər ımlaklarının həbsdən azad edilməsi ilə bağlı nümayəəndə X3 tərəfindən Bakı Kommersiya Məhkəməsinin sədri-X12, xx.xx.2025-ci iltarixli aşaıdakı ççəzmunlu müraciət ünvanlanmışdır.Məhkəməsinin hakimi-X16, Nəsimi Rayon İcra Şöbəsinin rəisi-X9, Quba Rayon İcra Şöbəsinin rəisi-X10maqla, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri -X14, Azərbaycan Respublikasının Ədliyyə X4 və Sizə aşağıdakı məzmunlu xx.xx.2025-ci il tarixli müraciət ünvanlamışdım:"Hörmətli Cənablar! Məlum olduğu kimi, tərəfimdən xx.xx.2025-ci il tarixli məktubla Sizlərə müraciət olunaraq, "İddiaçı"a qalan 130 min ABŞ dllarında borcumuzun da ödənilməsinin həyata keçirilməsi məqsədi ilə, Cavabdeh1 məxsus və Bakı şəhəri, Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi, 998-ci məhəllə, 20 saylı evin 4 saylı mənzili üzərində həbsi saxlamaqla qalan əmlakları üzərindən həbsin götürülməsi barədə müvafiq prosessual hərəkətlərin həyata keçirilməsini Sizdən xahiş edilsə də, tərəfinizdən heç bir tədbirin görülməməsi nəticəsində, aşağıdakı məzmunlu həmin müraciəti TƏKRARƏN Sizlərə ünvanlamaq qərarına gəldim ki, bəlkə bundan sonra, nəsə edəsiniz."Məlum olduğu kimi, Bakı Kommersiya Məhkəməsinin hakimi- Emin Əliyevin qəbul etdiyi e-2-2(113)- 310/2023 sayl, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə:İddia qismən təmin edilsin;Cavabdehlər "xxxx" MMC, "xxxx" MMC və Cavabdeh1 müştərək qaydada 250.000,0 ABŞ dolları əsas borc və 22.954,17 ABŞ dolları faiz borcu, 7.045,83 ABŞ dolları cərimə, cəmi 280.000,0 ABŞ dolları iddiaçı "İddiaçı"a ödənilsin;Məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı olan 100 manat məbləğində xərcin94,52 manatı 5,48 manatı isə iddiaçı "İddiaçı"dan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinə, ödənilmiş 394 manat məbləğində dövlət rüsumunun 372,4 manatı cavabdehlər "xxxx" MMC, "xxxx" MMC və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "İddiaçı"a ödənilsin" qətt edilmişdir.Eyni zamanda bununla bağlı, hakim tərəfindən 9.02.2024-cü il tarixdə, e-2-2(113)- 310/2023 sayl, xx.xx.2023-cü il tarixli icra vərəqəsi də verilmişdir.Bununla yanaşı, məhkəmə mübahisəsi gedişatında, cavabdehlərdən, tək- Cavabdeh1 dəyəri bir milyon manata yaxın əmlakları üzərinə, o cümlədədən, Bakı şəhərində yerləşən iki mənzili və mülkiyyətçisi olduğu 4 ədəd xarici istehsallı bahalı nəqliyyat vasitələri üzərinə də həbslər qoyulmuşdur. Beləliklə, hazırki qeyd olunan icra vərəqəsi verildikdən və borcun könüllü ödənilməsi ilə bağlı bu barədə icra məmuru tərəfindən bildirişin bizə təqdim edilməsindən dərhal sonra, xx.xx.2024-cü il tarixdə, Cavabdeh1 tərəfindən 255811,0 manat məbləğində pul vasaiti digər cavabdeh "xxxx" MMC-nin bankdakı hesablaşma hesabına təsisçi kimi ödəniş aparılmış və Turanbank vasitəsi ilə həmin məbləğ konvertasiya edilərək, 150.000,0 ABŞ dolları məbləğində pul vəsaitinin iddiaçının hesabına ödənilməsi təmin edilmişdir.Həbsdə olan əmlaklarımızın satışı yolu ilə, iddiaçıya olan borcumuzun qalan hissəsinin ödənilməsi məqsədi ilə də, yuxarıda qeyd olunan və üzərinə həbs qoyulmuş və Cavabdeh1 məxsus- dəyəri bir milyon manata yaxın əmlaklardan, dəyəri 500 min manata yaxın bir mənzil üzərində həbsi saxlamaqla, digər əmlaklar üzərindən həbsin götürülməsi icra məmurlarından xahiş edilsə də, bu günədədk istəyimizin təmin edilməməsi səbəbindən, borcumuzun ödənilməsi mümkün olmamışdır.Bununla bağlı, bizim haqlı tələbimizdən yayınılması məqsədi ilə, həbsdə olan əmlaklarımızın aşağı dəyərlə qiymətləndirilməsinə olan cəhdlər belə heç bir nəticə verməmişdir.Belə ki, Cavabdeh1 məxsus və Bakı şəhəri, Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi, 998-ci məhəllə, 20 saylı evin, 4 saylı mənzilinin, icra orqanının sifarişi ilə, mənzilə heç baxış keçirilmədən belə qiymətləndirilməsi ilə, dəyərinin 340.000,0 manat məbələğində müəyyən edilməsi də (130.000,0 ABŞ dollarında bizim qalan borcun miqdarı, manat ekvivlenti ilə 220.000,0 manat təşkil edir), imkan verirdi ki, bu mənzil üzərində həbsi saxlamaqla, qalan əmlaklarımızın həbsdən azad edilməsi təmin edilsin ki, həmin əmlakların satışından əldə edilmiş pul vəsaiti hesabına borcumuzun ödənilməsini həyata keçirə bilək.Baxmayaraq ki, həmin qiymətləndirmənin qanunsuz və əsassız olması ilə də bağlı, tərəfimizdən Nəsimi Rayon İcra Şöbəsinin rəisi- X9 aşağıdakı məzmunluci il tarxli müraciət də ünvanlanmışdır:"Hörmətli Şamxal müəllim! Bildirirəm ki, Nəsimi rayon İcra şöbəsinin icraatındakı icra işi ilə bağlı, nümayəndəsi olduğum-borclu, Cavabdeh1 mülkiyyətində olan 2 mənzili üzərinə həbs qoyulmuş və həmin mənzillərin iştirakımız olmadan qiymətləndirilməsi həyata keçirilmişdir.Bununla bağlı, əldə etdiyimiz qeyri rəsmi məlumatlardan məlum olmuşdur ki, Cavabdeh1 məxsus və Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 998-ci məhəllə, 20 saylı evin 4 saylı mənzilinin (Yeni ünvan:AZ 1078, ünvan 3yən edilməsi üçün qiymətləndirilməsi aparılaraq, həmin mənzilin dəyərinin miqdarı 340 min manat məbləğində dəyərləndirilmişdir.Lakin, üzərinə həbs qoyulmuş 2-ci mənzilin dəyərinin müəyyən edilməsi ilə bağlı isə, yəni, həmin mənzilin hansı qaydada qiymətləndirilməsi ilə əlaqədar hər hansı məlumatın əldə edilməsi mümkün olmamışdır.Bununla əlaqədar olaraq, Cavabdeh1 məxsus və Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 998-ci məhəllə, 20 saylı evin 4 saylı mənzilinin (Yeni ünvan:AZ 1078, ünvan 4 müəyyən edilməsi üçün tərəfimizdən müstəqil şəkildə qiymtləndirilməsi aparılmış və "Daşınar və Daşnmaz Əmlakların Qiymətləndirilməsi Xidməti" MMC-nin tərtib etdiyi 18 saylı, xx.xx.2025-ci il tarixli Hesabat göstəricilərinə əsasən, həmin mənzilin dəyəri 465.000,0 (dörd yüz altmış beş min) manat məbləğində qiymətləndirilmişdir.Beləliklə, tabeçiliyinizdəki icra məmurunun tədimatı əsasında, Cavabdeh1 məxsus mənzilə baxış keçirmədən belə, həmin mənzilin 340 min manat məbləğində dəyərləndirilməsi ilə, "Daşınar və Daşnmaz Əmlakların Qiymətləndirilməsi Xidməti" MMC-nin tərtib etdiyi 18 saylı, xx.xx.2025-ci il tarixli Hesabat göstəricilərinə əsasən, həmin mənzilin dəyəri 465.000,0 (dörd yüz altmış beş min) manat məbləğində qiymətləndirilməsi arasında, ən azından 125.000,0 (yüz iyirmi beş min) manat məbləğində fərqin yarandığını və tək bu fərq məbləğinin belə, ümumi borcun əsas hissəsinin ödənilməsi üçün yetərli olduğunu nəzərə alaraq, təmsil etdiyim şəxsə məxsus bu mənzilin 340 min manatla hərraca çıxarılmasını ədalətsiz və qanunsuz hesab edirik. Göstərilənlərlə əlaqədar olaraq, Cavabdeh1 məxsus və yuxarıda qeyd olunan ünvandakı mənzilinin yenidən qiymətləndiriməsinin aparılması üçün tabeçiliyinizdki əməkdaşlarınıza göstərişin verilməsini Sizdən xahiş edir və əvvəlcədən dərin minnətdarlığımızı bildiririk. Eyni zamanda onu da bildiririk ki, mənzilin yenidən qiymətləndirilməsnin aparılması üçün, bütün lazımi şəraitin yaradılmasını, həmçinin, qiymətləndirilmənin aparılması üçün xidmət haqqının tam və vaxtında ödəniməsini də öz üzərimizə götürürük.Hörmət və ehtiramla,"Həmin müraciətə, eyni zamanda, 19 vərəqdən ibarət "Qiymətləndirmə haqqında Hesabat"ın əsli və Etibarnamənin surəti də qoşma şəklində əlavə olunmuşdur.Göstərilənlərdən əlavə onu da qeyd etməyi zəruri hesab edirik ki, hazırki mübahisə üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi- Emin Əliyevin qəbul etdiyi e-2-2(113)-310/2023 sayl, xx.xx.2023-cü il tarixli qətnaməsindən də göründüyü kimi, ümumilikdə, 280.000,0 ABŞ dolları məbləğində əsas borcun və digər məhkəmə xərclərinin cavabdehlər "xxxx" MMC, "xxxx" MMC və Cavabdeh1 müştərək qaydada iddiaçı "İddiaçı"a ödənilməsi qətt edilsə də, nədənsə icra məmurları, bütün borcun, məhz, Cavabdeh1 tutulması qənaətinə gələrək, onun əmlakları üzərinə həbslər qoyulmuş, krediti götürmüş əsas borclu-"xxxx" MMC-nə qarşı isə, hər hansı tədbirn həyata keçirilməsi üçün faktiki olaraq heç bir tədbir görülməmişdir.Hərçənd ki, tərəfimizdən, "xxxx"xxxx"XALQ" bankdan bir milyon manatdan artıq pul alacağı barədə tərəfimizdən ətraflı məlumatlar verilməsinə və borcun heç olmasa ona aid hissəsinin, yəni, 280 min ABŞ dollarının müştərək qaydada 1/3 hissəsinin "xxxx"xxxx"XALQ" bankdan alacağı hissəyə yönəldiməsi barədə tələblərimizin də nəticəsi olmamışdır.
6. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh2MMC-dən, "xxxx" MMC-dən və Cavabdeh1 müştərək qaydada 280000 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə 13067 ABŞ dolları, barışıq sazişinə görə 20000 ABŞ dolları və 150000 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə 5780 ABŞ dolları, cəmi 38847 ABŞ dolları məbləğində pul vəsaitinin və hüquqi yardıma çəkilmiş xərcə görə 320 manat və dövlət rüsumunun əvəzi olaraq 289 manat məbləğində pul vəsaitinin tutularaq “İddiaçı” MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
7. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
8. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
9. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
10. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
11. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
12. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-310/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə 250000 ABŞ dolları əsas, 22954,17 ABŞ dolları faiz və 7045,83 ABŞ dolları cərimə, cəmi 280000 ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh2 MMC, Cavabdeh3 MMC və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.
13. "İddiaçı" MMC ilə "xxxx" MMC, "D.X5" MMC xx.xx.2024-cü il tarixli barışıq sazişi imzalanmışdır. Həmin Sazişin: - 1.1.-ci bəndinə əsasən X15 Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-310/2023 nömrəli, xx.xx.2023-cü il laıixli qətnaməsi üzrə, habelə sonradan tərəflər arasında əldə olunmuş şifahi razılaşmalara əsasən, ümumi olaraq 300000 (üç yüz min) ABŞ dolları məbləğində borc pul vəsaitinin Cavabdeh1, "xxxx" MMC və "D.X5" MMC tərəfindən "İddiaçı" MMC-yə hissə-hissə ödənilməsini qəbul edirlər. - 2.1.-ci bəndinə əsasən"İddiaçı" MMC-nin hüquq və vəzifələri: - 2.1.1-ci bəndinə əsasən Bu Saziş bağlandığı ana mövcud olan 150000 (yüz əlli min) ABŞ dolları təşkil edən borcun Cavabdeh1, "xxxx" MMC və "D.X5" MMC tərəfindən bu Sazişin 2.2.1-ci bəndində göstərilən cədvələ uyğun olaraq hissəhissə ödənilməsini qəbul edir. - 2.2. Cavabdeh1, "xxxx" MMC-nin və "D.X5" MMC-nin hüquq və vəzifələri: 2.2.1. 150000 (yüz əlli min) ABŞ dolları məbləğində borcu hissə-hissə olmaqla aşağıdakı cədvələ uyğun olaraq bank hesabına köçürmə yolu ilə ödəyir: № ödəniş tarixi: ödəniləcək məbləğ:
1. xx.xx.2024 20000 ABŞ dolları
2. xx.xx.2024 25000 ABŞ dolları
3. xx.xx.2024 40000 ABŞ dolları
4. xx.xx.2024 65000 ABŞ dolları
14. "İddiaçı" MMC ilə "xxxx" MMC, "D.X5" MMC xx.xx.2024-cü il tarixli barışıq sazişinə xx.xx.2024-cü il tarixli 01 saylı Əlavə imzalanmışdır.
V. Tətbiq edilən hüquq:
15. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 445.7-ci maddəsinə görə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
16. AR MPM-in: - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
Vİ.Məhkəmənin mövqeyi:
18. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
19. İşin məhkəmə iclasında tədqiq olunan sübutlarla, tərəflərin arasında imzalanan barışıq sazişi, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-310/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən olunan halları odur ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-310/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə 250000 ABŞ dolları əsas, 22954,17 ABŞ dolları faiz və 7045,83 ABŞ dolları cərimə, cəmi 280000 ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh2 MMC, Cavabdeh3 MMC və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Tərəflər arasında xx.xx.2024-cü il tarixdə barışıq sazişi və həmin sazişə əlavə bağlanmışdır. Həmin sazişin və ona əlavənin şərtlərinə görə tərəflər Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-310/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə, habelə sonradan tərəflər arasında əldə olunmuş şifahi razılaşmalara əsasən, ümumi olaraq 300000 ABŞ dolları məbləğində borc pul vəsaitinin 150000 ABŞ dolları hissəsinin xx.xx.2024-cü il tarixdə Cavabdeh2 MMC tərəfindən ödənildiyini və qalıq 150000 (yüz əlli min) ABŞ dolları məbləğində borc pul vəsaitinin isə Cavabdeh1, Cavabdeh2 MMC və “D.X5” MMC tərəfindən hissə-hissə ödənilməsini qəbul etmişdirlər. İcra sənədi üzrə 280000 ABŞ dolları məbləğində olan borcun 150000 ABŞ dolları hissəsi ödənilmiş, icra sənədi üzrə 130000 ABŞ dolları, barışıq sazişi üzrə isə 20000 ABŞ dolları olmaqla 150000 ABŞ dolları məbləğində borc qalmışdır. Qətnamənin çıxarıldığı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün 280000 ABŞ dolları məbləğində olan borcun ödənilməsinin gecikdirilməsinə görə xx.xx.2023-xx.xx.2024-cü il tarixlərdə 280000 ABŞ dollarını ödənilməsinin 336 gün gecikdirildiyini nəzərə aldıqda və illik 5 faiz hesabladıqda həmin məbləğ 13067 ABŞ dolları təşkil edəcəkdir. O cümlədən barışıq sazişinin şərtlərinə görə xx.xx.2024-cü il tarixdə 20000 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 25000 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 40000 ABŞ dolları və xx.xx.2024-cü il tarixdə isə 650000 ABŞ dolları ödənilməli idi. Lakin məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki,hazıradək hər hansı bir vəsait ödənilməmişdir. xx.xx.2024-cü il tarixədək hissə-hissə ödənilməli olan 150000 ABŞ dollarına münasibətdə barışıq sazişinə görə iddia ərizəsinə dəqiqləşmə verilən günədək (05.06.25) xx.xx.2024-cü il tarixdə ödənilməli olan 20000 ABŞ dolları 339 gün, xx.xx.2024-cü il tarixdə ödənilməli olan 25000 ABŞ dolları 308 gün, xx.xx.2024-cü il tarixdə ödənilməli olan 40000 ABŞ dolları 277 gün və xx.xx.2024-cü il tarixdə ödənilməli olan 65000 ABŞ dolları isə 247gün gecikdirilmişdir. Yuxarıdakı məbləğlərə illik 5 faiz hesablandıqda, müvafiq olaraq 942 ABŞ dolları, 1069 ABŞ dolları, 1539 ABŞ dolları, 2230 ABŞ dolları məbləğində (cəmi 5780 ABŞ dolları )gecikdirməyə görə borc yaranır.
20. Məhkəmə ilk növbədə qeyd edir ki, "İddiaçı" MMC ilə "xxxx" MMC, "D.X5" MMC xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən 20000 ABŞ dolları borcu olmalarını həmin müqaviləyə əsasən öz imzaları ilə təsdiq etməklə öhdələrinə götürsələr də, həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişlər.
21. Məhkəmə hesab edir ki,həmin hissədə iddia təmi edilməli 20000 ABŞ dolları məbləğində ödənilməmiş borc cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
22. Məhkəmə hesab edir ki, iddiaçı pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5% olmaqla hesablanmış Cavabdeh2MMC-dən, "xxxx" MMC-dən və Cavabdeh1 müştərək qaydada 280000 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə (xx.xx.2023-xx.xx.2024-cü il tarixədək)13067 ABŞ dolları, barışıq sazişinə görə 20000 ABŞ dolları və 150000 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə cəmi 5780 ABŞ dolları, cəmi 38847 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsini tələb etməkdə haqlıdır.
23. Məhkəmə Cavabdeh3 MMC-nin iddiaya qarşı etirazında göstərdiyi dəlillərinə münasibətdə qeyd edir ki, göstərilən hallar cavabdehi qanuni qüvvədə olan məhkəmə qətnamələrinin qanunla müəyyən edilmiş müddətdə icra edilməməsinə görə məsuliyyətdən azad etmir və hazırkı iddianın rədd edilməsi üçün əsas vermir.
24. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 320 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.
25. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 289 manat dövlət rüsumu ödənilmişdir.
26. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən, iddia tələbinin təmin edildiyi hissəyə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş 289 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2MMC-dən, "xxxx" MMC-dən və Cavabdeh1 barışıq sazişinə görə 20000 (iyirmi min) ABŞ dolları(ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla), illik 5%-lə cəmi 18847 (on səkkiz min səkkiz yüz qırx yeddi) ABŞ dolları (ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla )faiz borcu , hüquqi yardıma çəkilmiş xərcə görə 320 (üç yüz iyirmi) manat və dövlət rüsumunun əvəzi olaraq 289 (iki yüz səksən doqquz) manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq “İddiaçı” MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova