Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-347/2025 25.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər X2, Cavabdeh3 və X1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələblərinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələblərinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə 005R********** saylı krеdit razılaşması üzrə 48621,78 manat krеdit bоrcu, 7905,76 manat faiz bоrcu və 2945,84 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 59473,38 manat (əlli doqquz min dörd yüz yetmiş üç manat otuz səkkiz qəpik) məbləğində bоrcun, dövlət rüsumu olaraq ödənilmiş 268,40 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 36 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 məxsus Abşeron rayonu, Xırdalan şəhərində 0.0651 ha torpaq sahəsi və üzərində yerləşən 232,1 kv.kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən ümumilikdə cəmi 59473,38 manat (əlli doqquz min dörd yüz yetmiş üç manat otuz səkkiz qəpik) məbləğində bоrcun, dövlət rüsumu olaraq ödənilmiş 268,40 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 36 manat xidmət haqqının bankın xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli, 005R********** saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə ******* (bir milyon) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli, 005R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 70000 (yetmiş min) manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2023-cü il tarixli, 005R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 21378,22 manat ödəmiş, onun 48621,78 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilmişdir ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 303 gün üçün hesablanmış faiz borcu 7905,76 manat təşkil edir. Krеdit razılaşmasının 4.1.3-cü bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.02% məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 303 gün üçün hеsablanmış cərimə 2945,84 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh3, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli, 005M**********01 saylı ipoteka müqaviləsi əsasında Abşeron rayonu Xırdalan şəhərində 0.0651 ha torpaq sahəsi və üzərində yerləşən 232,1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 263 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli elektron çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhərində 0.0651 ha torpaq sahəsi və üzərində yerləşən 232,1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan "xxxx" QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh2 “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2024-cü il tarixdə bildiriş göndərilmişdir. “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. İpoteka predmetinə tutmanın yönədilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə elektron xidmətlər portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2024-cü il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı "xxxx" QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı ərazi idarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı ödəmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445.2.1,448.1, 465.2, 467, 472.1, 472.2, 501-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4, 34.1.1-34.1.3, 39.1-ci maddəsinə istinad olunmuşdur.
4. Cavabdehlər tərəfindən iddiaya etiraz daxil olmamışdır.
5. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.
7. Cavabdeh3 məhkəmə iclasında izahat verərək, qeyd etdi ki, iddianı əsas borc hissəsində qəbul edir, digər hissələrdə isə qəbul etmir.
8. Cavabdeh1 məhkəmə iclasında izahat verərək qeyd etdi ki, iddianı əsas borc hissəsində qəbul edir, digər hissələrdə isə qəbul etmir.
9. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 005L**********30 nömrəli uzunmüddətli kredit müqaviləsinin məzmunundan müəyyən olunur ki, müqaviləyə əsasən Cavabdeh1 bank tərəfindən 120 (yüz iyirmi) ay müddətinə, kredit limiti üzrə faiz dərəcəsi 28% olmaqla, ******* (bir milyon) manat məbləğində kredit limitinin ayrılması barədə razılıq əldə olunmuşdur.
10. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 005R********** nömrəli kredit razılaşmasının məzmunundan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli, 005L**********30 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 24 ay müddətinə, aylıq 1,5 faiz dərəcəsi ilə 70000 manat kredit verilmişdir.
11. İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli kreditin verilməsi – köçürmə adlı sənədin məzmunundan müəyyən olunur ki, Cavabdeh1 70000 manat kredit verilmişdir.
12. xx.xx.2022-ci il tarixli, 005R********** saylı kredit müqaviləsinə əsasən tərtib olunmuş ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh1 tərəfindən İddiaçı QSC-yə xx.xx.2022-ci il tarixli, 005R********** nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə qədər hissə-hissə ödənilməklə, ümumilikdə 70000 manat əsas, 14115,04 manat faiz borcu ödənilməli idi.
13. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 005R**********S nömrəli sazişin (kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında) məzmunundan müəyyən olunur ki, kredit alan, bank ilə kredit alan arasında xx.xx.2022-ci il tarixli, 005L**********30 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə bağlanmış 005R********** kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri, habelə nəzərdə tutulduğu halda cərimə borcunu bu sazişə əlavə olunan xx.xx.2023-cü il tarixli ödəniş planına uyğun olaraq ödəniş planında göstərilən müddətdə və tarixlərdə banka ödəməlidir. Müqavilə tərəflərin imzası və İddiaçı QSC-nin möhürü ilə təsdiq edilmişdir.
14. xx.xx.2023-cü il tarixli, 005R**********S saylı kredit müqaviləsinə əsasən tərtib olunmuş ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh1 tərəfindən İddiaçı QSC-yə xx.xx.2023-cü il tarixli, 005R**********S nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə qədər hissə-hissə ödənilməklə, ümumilikdə 49461,79 manat əsas, 12576,04 manat faiz borcu ödənilməli idi.
15. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 005S**********01 nömrəli zaminlik müqaviləsinin məzmunundan müəyyən olunur ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 005L**********30 nömrəli uzunmüddətli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kredti razılaşması, bank qarantiyası verilməsi haqqında müqavilə, akkreditiv açılması üçün razılaşma və bank hesabının kreditləşdirilməsi barədə razılaşma formasında bağlanan ayrıca razılaşmalar üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
16. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 005S**********02 nömrəli zaminlik müqaviləsinin məzmunundan müəyyən olunur ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 005L**********30 nömrəli uzunmüddətli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kredti razılaşması, bank qarantiyası verilməsi haqqında müqavilə, akkreditiv açılması üçün razılaşma və bank hesabının kreditləşdirilməsi barədə razılaşma formasında bağlanan ayrıca razılaşmalar üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
17. İpoteka saxlayan – İddiaçı QSC ilə ipoteka qoyan Cavabdeh2 və borc alan – Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 005M**********01 nömrəli ipoteka müqaviləsinin məzmunundan müəyyən olunur ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 005L**********30 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 tərəfindən onun mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərində 0.0651 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsi üzrəində yerləşən 232,1 m2 ümumi sahədən ibarət xüsusi mülkiyyətli fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri – ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 84000 manat təşkil edir.
18. İddiaçı QSC tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2024-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin məzmunundan müəyyən edilir ki, İddiaçı QSC ilə bağlanmış ipoteka müqaviləsi əsasında Abşeron rayonu, Xırdalan şəhərində 0.0651 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsi üzrəində yerləşən 232,1 m2 ümumi sahədən ibarət xüsusi mülkiyyətli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş, həmin ipoteka müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Kredit müqaviləsi üzrə verilmiş kredit üzrə əsas qalıq borc 48621,78 manat təşkil edir, kreditin qalıq məbləği üzrə faizlər hər gün üçün onun tam qaytarılmasınadək, cərimə isə ödənişin hər gecikdirilən günü üçün kredit qalığının 0,5 faizi məbləğində hesablanır. Cavabdeh2 tutmanın ipoteka predmetinə yönəldilməsi barədə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdar edilmişdir.
19. OUT-2024/01/16-7 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizənin məzmunundan müəyyən olunur ki, ipoteka saxlayan İddiaçı QSC tərəfindən ipoteka qoyan Cavabdeh2 müvafiq bildiriş göndərilmişdir. İpoteka predmetinə (Abşeron rayonu, Xırdalan şəhəri 0.0651 ha xüsusi mülkiyyəti yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsi) tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə həmin idarədə qeydə alınmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 (on beş) manat məbləğində dövlət rüsumu və 36 (otuz altı) manat məbləğində xidmət haqqı ödəmişdir.
20. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın məzmunundan müəyyən olunur ki, Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsusdur. Qeydiyyat nömrəsi – **********, qeydiyyat tarixi – xx.xx.2022-ci il.
21. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın məzmunundan müəyyən olunur ki, Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən Cavabdeh2 məxsus fərdi yaşayış evi xx.xx.2022-ci il tarixli, 005L**********30 saylı müqavilə üzrə İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
22. İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 005R********** saylı, xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə xx.xx.2025-ci il tarixinə olan borcu 48621,78 manat əsas borc, 11181,70 manat faiz borcu, 5746,47 manat cərimə borcu olmaqla, ümumilikdə 65549,95 manat təşkil edir.(gecikdirilmiş günlərin sayı-591 gün).
23. İddiaçı tərəfindən iş materiallarına hesabdan çıxarışlar əlavə edilmişdir.
24. İddiaçı QSC-nin Cavabdeh2, Cavabdeh1 Nəsrəddin oğlu və Cavabdeh3 ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun məzmunundan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixinədək xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən hesablanmış əsas, faiz və cərimə məbləğlərinin ödənilməsi xahiş edilmiş, borc ödənilmədiyi təqdirdə bank tərəfindən borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir.
25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1318 saylı ekspert rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 005R********** saylı razılaşmada qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 İddiaçı QSC-yə olan borcu xx.xx.2024-cü il tarixə 48242,49 manat əsas borc, 8466,56 manat faiz borcu, xx.xx.2024-cü il tarixə 48242,49 manat əsas borc, 9648,5 manat faiz borcu, xx.xx.2025-ci il tarixə 48242,49 manat əsas borc, 9648,5 manat faiz borcu, 2264,72 manat illik 5%-lə hesablanmış faiz borcu təşkil edir.
26. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixli, LP-016/2025 saylı mütəxəssis rəyindən müəyyən olunur ki, Cavabdeh2 məxsus Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən fərdi yaşayış evinin hazırkı bazar qiyməti 152000 manat, likvid dəyəri 135000 manat təşkil edir. Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
28. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 6.1-ci maddəsinə əsasən ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər. 3.1-ci maddəsinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. 34-cü maddəsində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar kimi nəzərdə tutulur. 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi
31. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, 005L**********30 nömrəli uzunmüddətli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh1 bank tərəfindən 120 (yüz iyirmi) ay müddətinə, kredit limiti üzrə faiz dərəcəsi 28% olmaqla, ******* (bir milyon) manat məbləğində kredit limitinin ayrılması barədə razılıq əldə olunmuşdur. İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, 005R********** nömrəli kredit razılaşması bağlanmış, həmin razılaşmaya əsasən xx.xx.2022-ci il tarixli, 005L**********30 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 24 ay müddətinə, aylıq 1,5 faiz dərəcəsi ilə 70000 manat kredit verilmişdir. İddiaçı QSC ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli, 005S**********01 nömrəli zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 005L**********30 nömrəli uzunmüddətli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kredti razılaşması, bank qarantiyası verilməsi haqqında müqavilə, akkreditiv açılması üçün razılaşma və bank hesabının kreditləşdirilməsi barədə razılaşma formasında bağlanan ayrıca razılaşmalar üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, 005S**********02 nömrəli zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 005L**********30 nömrəli uzunmüddətli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kredti razılaşması, bank qarantiyası verilməsi haqqında müqavilə, akkreditiv açılması üçün razılaşma və bank hesabının kreditləşdirilməsi barədə razılaşma formasında bağlanan ayrıca razılaşmalar üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İpoteka saxlayan – İddiaçı QSC ilə ipoteka qoyan Cavabdeh2 və borc alan – Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, 005M**********01 nömrəli ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 005L**********30 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 tərəfindən onun mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərində 0.0651 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsi üzrəində yerləşən 232,1 m2 ümumi sahədən ibarət xüsusi mülkiyyətli fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kreditor kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zaminlər müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar.
32. İddia tələbinin bir hissəsini cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Nailə Məmməd qızından müştərək qaydada 48621,78 manat krеdit bоrcu, 7905,76 manat faiz bоrcunun tutulması təşkil edir.
33. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zamin) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin yaranmış borcu iddiaçıya ödəmək vəzifəsi daşımasını, işdə olan sübutları, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1318 saylı ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borcun və faiz borcunun tutulması hissəsində qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Nailə Məmməd qızından müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 48242,49 manat (qırx səkkiz min iki yüz qırx iki manat qırx doqquz qəpik) əsas bоrc, 7905,76 manat (yeddi min doqquz yüz beş manat yetmiş altı qəpik) faiz bоrcu tutularaq iddiaçıya ödənilməli, əsas və faiz borcunun tutulmasına dair iddia qalan hissədə təmin olunmamalıdır. Əsas borcla bağlı hazırkı nəticəyə gələrkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1318 saylı ekspert rəyi nəzərə alınmışdır. Qeyd edilən rəyə əsasən İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 005R********** nömrəli kredit razılaşması üzrə olan əsas borc 48242,49 manat təşkil edir. İddia tələbinin faiz borcunun tutulması hissəsində məhkəmə qeyd edilən qənaətə gələrkən Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə almışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1318 saylı ekspert rəyində İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 005R********** nömrəli kredit razılaşması üzrə olan faiz borcunun xx.xx.2024-cü il tarixə 9648,5 manat, xx.xx.2025-ci il tarixə 9648,5 manat təşkil etdiyi qeyd edilmişdir.
34. İddia tələbinin digər hissəsini cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Nailə Məmməd qızından müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 2945,84 manat cərimə borcunun tutulması təşkil edir.
35. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
36. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğlərinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 2400 (iki min dörd yüz) manat müəyyən edilməli, cərimə borcunun tutulması barədə tələb qalan hissədə təmin edilməməlidir.
37. İddiaçı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini irəli sürmüşdür.
38. Həmin tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən onun mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərində 0.0651 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsi üzrəində yerləşən 232,1 m2 ümumi sahədən ibarət xüsusi mülkiyyətli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmişdir.
39. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan və ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yarandığından iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, tutma xx.xx.2022-ci il tarixli, 005M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhərində 0.0651 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsi üzrəində yerləşən 232,1 m2 ümumi sahədən ibarət xüsusi mülkiyyətli fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh2 qaytarılmalıdır.
40. İddia tələbinin hərracdan əldə olunmuş vəsait borcların tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin ümumi müştərək qaydada tutulması hissəsinə münasibətdə qeyd edir ki, bütünlükdə borc məbləğinin həmin cavabdehlərdən müştərək qaydada tutulması elə hərracdan əldə olunmuş vəsait borcların tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulmasını da özündə ehtiva edir. Ona görə də həmin hissənin ayrıca göstərilməsinə zərurət yoxdur.
41. Həmçinin iddiaçı cavabdehlərdən müştərək qaydada 268,40 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 36 manat xidmət haqqının onun xeyrinə tutulmasının xahiş etmişdir.
42. Məhkəmə hesab edir ki, 15 (on beş) manat dövlət rüsumu və 36 (otuz altı) manat xidmət haqqı, iddia tələbinin ödənilmiş hissəsinə mütənasib olaraq 264,23 manat (iki yüz altmış dörd manat iyirmi üç qəpik) dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
43. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 98,50 manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, 1,50 manat hissəsi isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.
44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 005R********** saylı krеdit razılaşması üzrə 48242,49 manat (qırx səkkiz min iki yüz qırx iki manat qırx doqquz qəpik) əsas bоrc, 7905,76 manat (yeddi min doqquz yüz beş manat yetmiş altı qəpik) faiz bоrcu, 2400 (iki min dörd yüz) manat cərimə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu və 36 (otuz altı) manat xidmət haqqı, ödənimiş dövlət rüsumunun əvəzi olaraq 264,23 manat (iki yüz altmış dörd manat iyirmi üç qəpik) olmaqla, cəmi 58863,48 manat (əlli səkkiz min səkkiz yüz altmış üç manat qırx səkkiz qəpik) məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma Cavabdeh2 məxsus Abşeron rayonu, Xırdalan şəhərində 0.0651 ha torpaq sahəsi və üzərində yerləşən 232.1 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilsin, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh2 qaytarılsın. İpoteka predmeti olan, Abşeron rayonu, Xırdalan şəhərində 0.0651 ha torpaq sahəsi və üzərində yerləşən 232.1 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 135000 (yüz otuz beş min) manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 98,50 manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, 1,50 manat hissəsi isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova