Məhkəmə qərarları › İş №e-2-2(113)-3472/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3472/2021

06.07.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3472/2021 06.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı “Yasamal-11” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdeh “xxxx” MMC-yə qarşı “istilik kommunikasiya xəttlərinin bərpası” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı “Yasamal-11” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti cavabdeh “xxxx” MMC-yə qarşı “istilik kommunikasiya xəttlərinin bərpası” tələbinə dair iddia ərizəsi ilə cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 26 saylı binanın istilik kommunikasiya xəttlərinin “xxxx” MMC tərəfindən bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 06.07.2021-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı “Yasamal-11” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdeh “xxxx” MMC-yə qarşı “istilik kommunikasiya xəttlərinin bərpası” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar