Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3476/2025 14.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. İş materiallarından görünür ki,hazırki iddia ərizəsi Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən verilmişdir. Məhkəmə hesab edir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti hüquqi şəxs statusuna malik olması qənaətinə gəlmək üçün əsas yoxdur. Belə ki, hər hansı bir qurumun hüquqi şəxs hesab edilməsi və mülki hüquq münasibətlərində subyekt kimi iştirak etməsi üçün onun müəyyən əlamətlərə malik olması mütləqdir : 1. təşkilati vahidliyi,
2. mülkiyyətində ayrıca əmlakın olması, 3. mülki dövriyyədə müstəqil surətdə öz adından çıxış etməsi, 4. məhkəmədə iddiaçı və cavabdeh olmaq imkanı. Hüquqi şəxsin yaradılması dedikdə ona dövlət tərəfindən tanınaraq hüquq subyektliyi verilməsi başa düşülür. Hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradıla bilər. (MM 45.1) Lakin iş materiallarından görünür ki, cavabdeh Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Nizamnamə əsasında deyil, Ədliyyə Nazirliyinin 31 oktyabr 2019-cu il tarixli Qərarı ilə təsdiq edilən əsasnamə əsasında fəaliyyət göstərir.
09 yanvar 2004-cü il tarixli Azərbaycan Respublikası hüquqi şəxslərlə dövlət qeydiyyatı və dövlət reyestri haqqında qanununun
2.0.3-cü maddəsinə əsasən hüquqi şəxs almaq istəyən qurum-hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət edən şəxs və ya şəxslər qrupudur. 2.0.8-ci maddəsinə əsasən hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində vahid məlumatlar məcmusudur.
4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir.
13.1-ci maddəsinə əsasən dövlət qeydiyyatına alınmış hüquqi şəxsə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəd-dövlət qeydiyyatı haqqında şəhadətnamə verilir. Qeyd olunan sənəd iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.
Daha sonra, Belə ki, iddiaçı tərəfindən elektron qaydada verilmiş iddia ərizəsinin cavabdeh qismində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti qeyd olunsa da, iddia ərizəsinin məzmununda isə cavabdeh kimi “Azəriqaz” İB qeyd olunmuşdur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır.
149.2. Ərizədə aşağıdakılar göstərilməlidir:
149.2.1. ərizənin verildiyi məhkəmənin adı;
149.2.2. işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları;
149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb;
149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat;
149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı.
152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
Bundan əlavə, iddia ərizəsinə həmin ərizənin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılmasını təsdiq edən sənədlər, eləcə də mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsini təsdiq edən sənədlər əlavə edilməmişdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
150.1.4-cü maddəsinə əsasən, iddia ərizəsinə bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə edilir.
150.1.6-cı maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir).
150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir.
150.3-cü maddəsinə əsasən iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir.
152.1.4-cü maddəsinin tələbinə görə, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ: İddiaçı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə geri qaytarılsın.
Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. X3