Məhkəmə qərarları › İş №e-2-2(113)-3479/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3479/2021

29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3479/2021 29.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ 29.07.2021-ci il Bakı şəhəri Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh MMC və «X3» şirkətinə qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə iqtisadi işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh MMC və «X3» şirkətinə qarşı «kredit borcunun qaytarılması» tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ******* (altı milyon) ABŞ dolları əsas, 28001 (iyirmi səkkiz min bir) ABŞ dolları faiz, 60834 (altmış min səkkiz yüz otuz dörd) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 159167 (bir yüz əlli doqquz min yüz altmış yeddi) ABŞ dolları faiz borcu olmaqla ümumilikdə ******* (altı milyon iki yüz qırx səkkiz min iki) ABŞ dolları və iş üzrə ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun cavabdehlər «Bos Şelf” MMC və “X3 Şirkəti”-dən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlərin nümayəndəsi məhkəməyə vəsatətlə müraciət edərək hazırkı işin tam və obyektiv araşdırılması üçün Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatında olan eyni məzmunlu e-2-2(113)-3514/2021 saylı işlə birləşdirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi verilmiş vəsatətə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi vəsatətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-3514/2021 saylı iş və hazırkı e-2-2(113)- 3479/2021 saylı iş bir-biri ilə əlaqəli olduğundan, gələcəkdə ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınması və ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün bir icraatda birləşdirilməlidir. İş materiallarına əlavə edilmiş Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3514/2021 saylı 08.07.2021-ci il tarixli qərardadından görünür ki, iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh MMC və «X3» şirkətinə qarşı «borcun tutulması və sairə» tələbinə dair iş üzrə məhkəmə icraatının mümkün olması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən, bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə qeyd edir ki, məhkəmənin icraatında bir-biri ilə əlaqədar olan mülki işlər, tərəflər arasında qarşılıqlı hüquq münasibətlərinin hərtərəfli araşdırılması, prosessual qənaət mənafeyinə uyğun olaraq və qəbul ediləcək məhkəmə aktlarının bir-birinə zidd olma riskini nəzərə alaraq bir məhkəmədə baxılmalı və bir qətnamə çıxarılmalıdır. Bu məhkəməyə imkan verir ki, işi düzgün həll etmək üçün mövcud sübutları və faktiki materialları bir icraatda toplasın və onlara birlikdə qiymət versin. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh MMC və «X3» şirkətinə qarşı «kredit borcunun qaytarılması» tələbinə dair e2-2(113)-3479/2021 saylı iş, məhkəmənin icraatında olan iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh MMC və «X3» şirkətinə qarşı «borcun tutulması və sairə» tələbinə dair e-2-2(113)-3514/2021 saylı işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Cavabdehlərin nümayəndəsinin vəsatəti təmin edilsin. İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh MMC və «X3» şirkətinə qarşı «kredit borcunun qaytarılması» tələbinə dair e-2-2(113)-3479/2021 saylı iş, məhkəmənin icraatında olan iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh MMC və «X3» şirkətinə qarşı «borcun tutulması və sairə» tələbinə dair e-2-2(113)-3514/2021 saylı işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Sədrlik edən: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar