Məhkəmə qərarları › İş №e-2-2(113)-348/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-348/2022

08.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-348/2022 08.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, Cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Bank "xxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" MMC, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı “kredit müqavilələrinin ləğvi, kredit müqavilələri üzrə borcun ödənilməsi, ipoteka predmetlərinə tutmanın yönəldilməsi, ipoteka predmetləri olan əmlakların açıq hərracdan satılması, mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzillərin boşaldılması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Bank "xxx” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər "xxxx" MMC, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli SMN-00055-17/18A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2021-ci il tarixinə olan 102964,33 manat əsas borc, 19447,29 manat faiz borcu, 15258,84 manat dəbbə borcu, ümumilikdə 137670,46 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 473,218 manat dövlət rüsumu, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat rüsum, həmçinin 140 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsum və 0,40 manat bank xidməti haqqının cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada Bank "xxxx" ASC-nin xeyrinə tutulması, iddiaçı Bank "xxxx" ASC ilə cavabdehlər "xxxx" MMC və Cavabdeh1 arasında bağlanan xx.xx.2018-ci il tarixli, SMMG00055-17/18A saylı sonrakı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 4 və ünvan 5-yə tutmanın yönəldilməsi, mənzillərin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulması, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi , ev 13, mənzil 2B və Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi , ev 13, mənzil 1B-nin boşaldılması və tutma yönəldildikdən və satıldıqdan sonra ünvan 4-də qeydiyyatda olan Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 övladı X7 ilə birlikdə həmin mənzildən istifadə hüququna xitam verilməsi, iddiaçı Bank "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli SMN-00164-17/18A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2021-ci il tarixinə olan 257885,63 manat əsas borc, 54667,04 manat faiz borcu, 3641,48 manat dəbbə borcu, ümumilikdə 316194,15 manat məbləğində borcun, 130 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada Bank "xxxx" ASC-nin xeyrinə tutulması, iddiaçı Bank "xxxx" ASC ilə cavabdehlər "xxxx" MMC və Cavabdeh1 arasında bağlanan xx.xx.2019-cu il tarixli, SMMG-00164-17/19A saylı sonrakı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 4 və iddiaçı Bank "xxxx" ASC ilə cavabdehlər "xxxx" MMC və Cavabdeh1 arasında bağlanan xx.xx.2019-cu il tarixli, SMMG-A0164-17/19A saylı sonrakı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 5-yə tutmanın yönəldilməsi, mənzillərin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulması, iddiaçı Bank "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli DEN00057-17/18A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2021-ci il tarixinə olan 103632,48 manat əsas borc, 17638,32 manat faiz borcu, 8081,96 manat dəbbə borcu, ümumilikdə 129352,76 manat məbləğində borcun cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada Bank "xxxx" ASC-nin xeyrinə tutulması, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2018-ci il tarixli, SMMG-A0055-17/18A saylı sonrakı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 4 və ünvan 5-yə tutmanın yönəldilməsi, mənzillərin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Bank "xxxx" ASC ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixli, SMN00055-17/18A saylı kredit müqaviləsi bağlanmışdır və bank 150000 (bir yüz əlli min) manat məbləğində krediti illik 16 (on altı) faizlə 36 (otuz altı) ay müddətinə cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə həmin kreditdən biznes məqsədilə istifadə etməyi və onu xx.xx.2021-ci il tarixinədək faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin təminatı qismində cavabdehlər "xxxx" MMC və Cavabdeh1 xx.xx.2018-ci il tarixdə iddiaçı Bank "xxxx" ASC ilə SMMG- 00055-17/18A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan və başqa öhdəliyin təminatı üçün əvvəl ipotekaya qoyulmuş ünvan 4 və tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan və başqa öhdəliyin təminatı üçün əvvəl ipotekaya qoyulmuş ünvan 5-ni ipotekaya qoymuşdur. Sonrakı ipoteka predmeti "xxxx" ASC-nin “Yasamal” filialı ilə "xxxx" MMC arasında Bakı şəhərində bağlanmış xx.xx.2017-ci il tarixli, 10Y/17 saylı əsas kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi üçün "xxxx" ASC-nin “Yasamal” filialı, "xxxx" MMC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 10Yİ/17 saylı ipoteka müqaviləsinə əsasən "xxxx" ASC-də ipotekaya qoyulmuşdur. Cavabdeh1 xx.xx.2018-ci il tarixdə iddiaçıyla SMNZ-00055-17/18A saylı zaminlik müqaviləsi bağlayaraq cavabdeh "xxxx" MMC-nin SMN-00055-17/18A saylı 150000 (yüz əlli min) manat məbləğdə, 36 ay müddətinə bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdeh3 xx.xx.2018-ci il tarixdə iddiaçıyla SMNZ-00055-17/18A saylı zaminlik müqaviləsi bağlayaraq, cavabdeh "xxxx" MMC-nin SMN-00055-17/18A saylı, 150000 (yüz əlli min) manat məbləğdə, 36 ay müddətinə bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı Bank "xxxx" ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, SMN-00055-17/18A saylı kredit müqaviləsinə xx.xx.2019-cu il tarixdə 02 saylı əlavə, 31 may 2020-ci ildə 1 nömrəli əlavə saziş, 28 avqust 2020-ci ildə 1 nömrəli əlavə saziş, 24 dekabr 2020-ci ildə 1 nömrəli əlavə saziş imzalanmışdır. Həmin kredit müqaviləsinə 24 dekabr 2020-ci il tarixli, 1 nömrəli əlavə sazişə əsasən müqavilə müddəti ərzində borcalana kreditin ödənilməsində 28 dekabr 2020-ci il tarixdən hesablanmaqla 3 ay güzəşt müddəti müəyyənləşdirilmiş, əlavənin 1-ci bəndinə müvafiq olaraq yeni ödəniş cədvəli tərtib olunmuş, müqavilə ilə kreditin qaytarılması üçün müəyyən edilmiş müddət 0 ay müddətinə 27 avqust 2021-ci il tarixinədək uzadılmış hesab edilmiş, müqavilə ilə verilmiş kredit üçün hesablanan faiz dərəcəsi 16 % olaraq müəyyən edilmişdir. Cavabdehlərin SMN-00055-17/18A saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 102964,33 manat (yüz iki min doqquz yüz altmış dörd manat otuz üç qəpik), faiz borcu 19447,29 manat (on doqquz min dörd yüz qırx yeddi manat iyirmi doqquz qəpik), dəbbə pulu 15258,84 manat (on beş min iki yüz əlli səkkiz manat səksən dörd qəpik) olmaqla, cəmi 137670,46 manat (yüz otuz yeddi min altı yüz yetmiş manat qırx altı qəpik) təşkil edir. İddiaçı Bank "xxxx" ASC ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixli, SMN00164-17/19A saylı kredit müqaviləsi bağlanmışdır və bank 250000 (iki yüz əlli min) manat məbləğində krediti illik 17 (on yeddi) faizlə 36 (otuz altı) ay müddətinə cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə həmin kreditdən biznes məqsədilə istifadə etməyi və onu xx.xx.2022-ci il tarixinədək faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin təminatı qismində cavabdehlər "xxxx" MMC və Cavabdeh1 xx.xx.2019-cu il tarixdə iddiaçı Bank "xxxx" ASC ilə SMMG-00164-17/19A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan və başqa öhdəliyin təminatı üçün əvvəl ipotekaya qoyulmuş ünvan 4-ni ipotekaya qoymuşdur. Kreditin təminatı qismində cavabdehlər "xxxx" MMC və Cavabdeh1 xx.xx.2019-cu il tarixdə iddiaçı Bank "xxxx" ASC ilə SMMG-A0164-17/19A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan və başqa öhdəliyin təminatı üçün əvvəl ipotekaya qoyulmuş ünvan 5-ni ipotekaya qoymuşdur. Sonrakı ipoteka predmetləri "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə "xxxx" MMC və Cavabdeh1 arasında Bakı şəhərində bağlanmış xx.xx.2018-ci il tarixli SMN-00055-17/18A və xx.xx.2018-ci il tarixli, DEN-00057-17/18A saylı kredit müqavilələri üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank "xxxx" ASC-nin “Sumqayıt” filialı, "xxxx" MMC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, SMMG-00055-17/18A və xx.xx.2018-ci il tarixli, SMMG-A0055-17/18A saylı ipoteka müqaviləsinə əsasən Bank "xxxx" ASC-nin “Sumqayıt” filialına ipoteka qoyulmuşdur. Cavabdeh1 xx.xx.2019-cu il tarixdə iddiaçıyla SMNZ-00164-17/19A saylı zaminlik müqaviləsi bağlayaraq cavabdeh "xxxx" MMC-nin SMN-00164-17/19A saylı, 250000 (iki yüz əlli min) manat məbləğdə, 36 ay müddətinə kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdeh3 xx.xx.2019-cu il tarixdə iddiaçıyla SMNZ-00164-17/19A saylı zaminlik müqaviləsi bağlayaraq cavabdeh "xxxx" MMC-nin SMN-00164-17/19A saylı, 250000 (iki yüz əlli min) manat məbləğdə, 36 ay müddətinə kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Bank "xxxx" ASC ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixli, SMN-00164-17/19A saylı kredit müqaviləsinə 31 may 2020-ci il tarixli 1 nömrəli əlavə sazişə əsasən müqavilə müddəti ərzində borcalana kreditin ödənilməsində 26 iyun 2020-ci il tarixdən hesablanmaqla 3 ay güzəşt müddəti müəyyənləşdirilmiş, əlavəni 1-ci bəndinə müvafiq olaraq yeni ödəniş cədvəli tərtib olunmuş, müqavilə ilə kreditin qaytarılması üçün müəyyən edilmiş müddət 0 ay müddətinə 26 avqust 2022-ci il tarixinədək uzadılmış hesab edilmiş, müqavilə ilə verilmiş kredit üçün hesablanan faiz dərəcəsi 16 % olaraq müəyyən edilmişdir. Cavabdehlərin SMN-00164- 17/19A saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 257885,63 manat (iki yüz əlli yeddi min səkkiz yüz səksən beş manat altmış üç qəpik), faiz borcu 54667,04 manat (əlli dörd min altı yüz altmış yeddi manat dörd qəpik), dəbbə pulu 3641,48 manat (üç min altı yüz qırx bir manat qırx səkkiz qəpik), cəmi 316194,15 manat (üç yüz on altı min yüz doxsan dörd manat on beş qəpik) təşkil edir. İddiaçı Bank "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, DEN-00057-17/18A saylı kredit müqaviləsinə əsasən 150000 (yüz əlli min) manat məbləğində krediti illik 17 faizlə 36 ay müddətinə borcalanın mülkiyyətinə vermiş, borcalan isə həmin kreditdən şəxsi istifadə məqsədi ilə istifadə etməyi və onu 28 avqust 2021-ci il tarixinədək faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin təminatı qismində Cavabdeh1 xx.xx.2018-ci il tarixdə iddiaçı Bank "xxxx" ASC ilə SMMG-A0055-17/18A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan və başqa öhdəliyin təminatı üçün əvvəl ipotekaya qoyulmuş ünvan 4-ni və tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan və başqa öhdəliyin təminatı üçün əvvəl ipotekaya qoyulmuş ünvan 5-ni ipotekaya qoymuşdur. Sonrakı ipoteka predmeti "xxxx" ASC-nin “Yasamal” filialı ilə "xxxx" MMC arasında Bakı şəhərində bağlanmış xx.xx.2017-ci il tarixli, 10Y/17 saylı əsas kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi üçün "xxxx" ASC-nin “Yasamal” filialı, "xxxx" MMC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 10Yİ/17 saylı ipoteka müqaviləsinə əsasən "xxxx" ASC-də ipotekaya qoyulmuşdur. Cavabdeh3 xx.xx.2018-ci il tarixdə iddiaçı ilə DENZ-00057-17/18A saylı zaminlik müqaviləsi bağlayaraq, cavabdeh "xxxx" MMC-nin DEN-00057-17/18A saylı 150000 (yüz əlli min) manat məbləğdə, 36 ay müddətinə kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Bank "xxxx" ASC ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixli, DEN-00057- 17/18A saylı kredit müqaviləsinə 31 may 2020-ci il tarixli 1 nömrəli əlavə saziş və 28 avqust 2020ci il tarixli, 1 nömrəli əlavə saziş bağlanmışdır. 28 avqust 2020-ci il tarixli 1 nömrəli əlavə sazişə əsasən müqavilə müddəti ərzində borcalana kreditin ödənilməsində 30 sentyabr 2020-ci il tarixdən hesablanmaqla 3 ay güzəşt müddəti müəyyənləşdirilmiş, əlavənin 1-ci bəndinə müvafiq olaraq yeni ödəniş cədvəli tərtib olunmuş, müqavilə ilə kreditin qaytarılması üçün müəyyən edilmiş müddət 0 ay müddətinə 30 avqust 2021-ci il tarixinədək uzadılmış hesab edilmiş, müqavilə ilə verilmiş kredit üçün hesablanan faiz dərəcəsi 17 % olaraq müəyyən edilmişdir. Cavabdehlərin DEN-00057-17/18A saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 103632,48 manat (yüz üç min altı yüz otuz iki manat qırx səkkiz qəpik), faiz borcu 17638,32 manat (on yeddi min altı yüz otuz səkkiz manat otuz iki qəpik), dəbbə pulu 8081,96 manat (səkkiz min səksən bir manat doxsan altı qəpik) olmaqla, cəmi 129352,76 manat (yüz iyirmi doqquz min üç yüz əlli iki manat yetmiş altı qəpik) təşkil edir. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli, 007/BT nömrəli və xx.xx.2019-cu il tarixli, 443/BT nömrəli qiymətləndirmə rəylərinə əsasən ünvan 4-nin bazar dəyəri 380000, likvid dəyəri 342000 müəyyən edilmişdir. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli 008/BT nömrəli və xx.xx.2019cu il tarixli 444/BT nömrəli qiymətləndirmə rəylərinə əsasən ünvan 5-nin bazar dəyəri 250000, likvid dəyəri 230000 müəyyən edilmişdir. Cavabdehlər kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Bank "xxxx" ASC cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, bank ilkin mediasiya sessiyasında iştirak etsə də, cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iddia tələbinə etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlərə qarşı iddiası ilə cavabdehlər yalnız iddiaçıdan kredit götürülməsi hissəsində razıdırlar. Lakin hesab edirlər ki, iddia ərizəsində göstərilən əsas, faiz və dəbbə borc məbləğləri faktiki hesablanmalı olan məbləğlərlə uzlaşmır. Belə ki, iddiaçının cavabdehlərə qarşı olan subyektiv münasibətləri nəticəsində guya cavabdehlərə köməklik edilməsi məqsədilə cavabdehlərlə əlavə sazişlər bağlanılmışdır və onlar həmin şərtlərlə razılaşmaq məcburiyyətində qalmışlar. Ötən müddət ərzində cavabdehlər tərəfindən iddiaçı banka kifayət qədər borc vəsaitləri ödənilmişdir. Ona görə hazırkı vaxtda iddiaçı tərəfindən cavabdehlərə qarşı yönəlmiş borc məbləğləri ilə razı deyillər. Digər halda iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SMN-00164--17/18A saylı kredit müqaviləsinin hazırkı iddia ərizəsi ilə mübahisələndirilməsi əsaslı hesab edilə bilməz. Belə ki, həmin müqavilə üzrə öhdəliklərin icra müddətinin son müddəti xx.xx.2022-ci il müəyyənləşdirilmişdir və bu halda cavabdehlərə qarşı tələb irəli sürülə bilinməz. Daha bir halda iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, SMN-00055- 17/18A saylı kredit müqaviləsinə görə Cavabdeh3 qarşı zaminlik mövqeyi nəzərə alınmaqla ona qarşı borc tələbinin irəli sürülməsi əsassız olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Qeyd olunanlarla yanaşı kreditlərin təminatı kimi ipotekaya qoyulmuş mənzillərin dəyəri hazırkı bazar qiymətləri ilə uzlaşmır. Hazırda həmin məzillər daha yüksək dəyərə malikdirlər. Həmçinin ipotekaya qoyulmuş mənzillərin hərrac vasitəsilə satılmasından dərhal sonra Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 övladı X7 ilə birlikdə mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması tələbi əsaslı deyildir. Ona görə həmin hissələrdə iddia tələbi təmin edilə bilməz. Cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya və digər cavabdehlərə lazımi qaydada məlumat verilsə də, iddiaçı və digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Lakin iddiaçının nümayəndəsi “Elektron məhkəmə/” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçı və digər cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - Bank "xxx” ASC ilə "xxxx" MMC arasında bağlanmış 28 avqust 2018-ci il tarixli, SMN-00055-17/18A nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqavilə əsasında cəmiyyət bankdan 36 (otuz altı) ay müddətinə, aylıq faiz dərəcəsi 16% olmaqla, 150000 (yüz əlli min) manat məbləğində kredit götürmüşdür. - Bank "xxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 avqust 2018-ci il tarixli, SMNZ-00055-17/18A nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, Bank "xxx” ASC ilə "xxxx" MMC arasında bağlanmış 28 avqust 2018-ci il tarixli, SMN-00055- 17/18A nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. - Bank "xxx” ASC ilə Cavabdeh3 arasında bağlanmış 29 avqust 2018-ci il tarixli, SMNZ-00055-17/18A nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, Bank "xxx” ASC ilə "xxxx" MMC arasında bağlanmış 28 avqust 2018-ci il tarixli, SMN-00055- 17/18A nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. - Bank "xxx” ASC ilə "xxxx" MMC arasında bağlanmış 28 avqust 2018-ci il tarixli, SMN-00055-17/18A nömrəli kredit müqaviləsinə 25 dekabr 2019-cu il tarixdə 02 saylı Əlavə bağlanmışdır. Həmin əlavənin 1-ci bəndinə əsasən tərəflər arasında bağlanmış 28 avqust 2018-ci il tarixli, SMN-00055-17/18A kredit müqaviləsinə əlavə olunmuş 01 saylı ödəniş cədvəlinə dəyişiklik edilmiş və ödəniş üçün əsas hesab edilmişdir. Həmin əlavənin 2-ci bəndinə əsasən kredit müqaviləsinin digər şərtləri dəyişdirilmədən saxlanılmışdır. - Bank "xxx” ASC ilə "xxxx" MMC arasında bağlanmış 28 avqust 2018-ci il tarixli, SMN-00055-17/18A nömrəli kredit müqaviləsinə 31 may 2020-ci il tarixdə 1 nömrəli Əlavə Saziş bağlanmışdır. Həmin sazişin 1-ci bəndinə əsasən müqavilə müddəti ərzində borc alana kreditin ödənilməsində 26 iyun 2020-ci il tarixdən hesablamaqla 3 (üç) ay güzəşt müddəti müəyyən edilir və güzəşt müddəti ərzində yalnız müqavilə üzrə hesablanacaq faiz məbləği ödənilir. Həmin sazişin 2-ci bəndinə əsasən əlavənin 1-ci bəndinə müvafiq olaraq yeni ödəniş cədvəli tərtib olunur və müqavilə üzrə ödənişlər bu əlavə imzalandıqdan sonra yeni ödəniş cədvəlinə əsasən aparılır. 28 avqust 2018-ci il tarixli ödəniş cədvəli bu əlavənin imzalandığı tarixdən sonrakı hissədə qüvvədən düşmüş hesab edilir. Yeni tərtib olunmuş ödəniş cədvəli həmçinin bu əlavənin imzalandığı günə borc alanın müqavilə üzrə ödənilməli, olan lakin ödənilməmiş qalıq borcunu da əks etdirir. Həmin sazişin 3-cü bəndinə əsasən müqavilə ilə kreditin qaytarılması üçün müəyyən olunmuş müddət 0 (sıfır) ay müddətinə 27 avqust 2021-ci il tarixinədək uzadılmış hesab edilir. Həmin sazişin 4-cü bəndinə əsasən müqavilə ilə verilmiş kredit üçün hesablanan faiz dərəcəsi 16 (on altı) % olaraq müəyyən olunur. Həmin sazişin 5-ci bəndinə əsasən SMN-00055-17/18A №-li, 28 avqust 2018-ci il tarixli kredit müqaviləsinin bu Əlavə ilə ziddiyyət təşkil edən bütün müddəaları qüvvədən düşmüş hesab edilir və bu Əlavənin müddəaları tərəflər arasında olan münasibətlərə tətbiq edilir. - Bank "xxx” ASC ilə "xxxx" MMC arasında bağlanmış 28 avqust 2018-ci il tarixli, SMN-00055-17/18A nömrəli kredit müqaviləsinə 28 avqust 2020-ci il tarixdə 1 nömrəli Əlavə Saziş bağlanmışdır. Həmin sazişin 1-ci bəndinə əsasən müqavilə müddəti ərzində borc alana kreditin ödənilməsində 30 sentyabr 2020-ci il tarixdən hesablamaqla 3 (üç) ay güzəşt müddəti müəyyən edilir və güzəşt müddəti ərzində yalnız müqavilə üzrə hesablanacaq faiz məbləği ödənilir. Həmin sazişin 2-ci bəndinə əsasən əlavənin 1-ci bəndinə miivafıq olaraq yeni ödəniş cədvəli tərtib olunur və müqavilə üzrə ödənişlər bu əlavə imzalandıqdan sonra yeni ödəniş cədvəlinə əsasən aparılır. 28 avqust 2018-ci il tarixli ödəniş cədvəli bu əlavənin imzalandığı tarixdən sonrakı hissədə qüvvədən düşmüş hesab edilir. Yeni tərtib olunmuş ödəniş cədvəli həmçinin bu əlavənin imzalandığı günə borc alanın müqavilə üzrə ödənilməli, olan lakin ödənilməmiş qalıq borcunu da əks etdirir. Həmin sazişin 3-cü bəndinə əsasən müqavilə ilə kreditin qaytarılması üçün müəyyən olunmuş müddət 0 (sıfır) ay müddətinə 30 avqust 2021-ci il tarixinədək uzadılmış hesab edilir. Həmin sazişin 4-cü bəndinə əsasən müqavilə ilə verilmiş kredit üçün hesablanan faiz dərəcəsi 16 (on altı) % olaraq müəyyən olunur. Həmin sazişin 5-ci bəndinə əsasən SMN-00055-17/18A №-li, 28 avqust 2018-ci il tarixli kredit müqaviləsinin bu əlavə ilə ziddiyyət təşkil edən bütün müddəaları qüvvədən düşmüş hesab edilir və bu əlavənin müddəaları tərəflər arasında olan münasibətlərə tətbiq edilir. - Bank "xxx” ASC ilə "xxxx" MMC arasında bağlanmış 28 avqust 2018-ci il tarixli, SMN-00055-17/18A nömrəli kredit müqaviləsinə 24 dekabr 2020-ci il tarixdə 1 nömrəli Əlavə Saziş bağlanmışdır. Həmin sazişin 1-ci bəndinə əsasən müqavilə müddəti ərzində borc alana kreditin ödənilməsində 28 dekabr 2020-ci il tarixdən hesablamaqla 3 (üç) ay güzəşt müddəti müəyyən edilir və güzəşt müddəti ərzində yalnız müqavilə üzrə hesablanacaq faiz məbləği ödənilir. Həmin sazişin 2-ci bəndinə əsasən əlavənin 1-ci bəndinə müvafiq olaraq yeni ödəniş cədvəli tərtib olunur və müqavilə üzrə ödənişlər bu əlavə imzalandıqdan sonra yeni ödəniş cədvəlinə əsasən aparılır. 28 avqust 2018-ci il tarixli ödəniş cədvəli bu əlavənin imzalandığı tarixdən sonrakı hissədə qüvvədən düşmüş hesab edilir. Yeni tərtib olunmuş ödəniş cədvəli həmçinin bu əlavənin imzalandığı günə borc alanın müqavilə üzrə ödənilməli, olan lakin ödənilməmiş qalıq borcunu da əks etdirir. Həmin sazişin 3-cü bəndinə əsasən müqavilə ilə kreditin qaytarılması üçün müəyyən olunmuş müddət 0 (sıfır) ay müddətinə 27 avqust 2021-ci il tarixinədək uzadılmış hesab edilir. Həmin sazişin 4-cü bəndinə əsasən müqavilə ilə verilmiş kredit üçün hesablanan faiz dərəcəsi 16 (on altı) % olaraq müəyyən olunur. Həmin sazişin 5-ci bəndinə əsasən SMN-00055-17/18A №-li, 28 avqust 2018-ci il tarixli kredit müqaviləsinin bu əlavə ilə ziddiyyət təşkil edən bütün müddəaları qüvvədən düşmüş hesab edilir və bu əlavənin müddəaları tərəfər arasında olan münasibətlərə tətbiq edilir. - Bank "xxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 avqust 2018-ci il tarixli, SMNZ-00055-17/18A nömrəli zaminlik müqaviləsinə 31 may 2020-ci il tarixdə 1 nömrəli Əlavə Saziş bağlanmışdır. Həmin sazişin 1-ci bəndinə əsasən zaminlik müqaviləsinin təminatı olduğu əsas öhdəlik aşağıdakı kimi müəyyən olunur: a) Öhdəliyin məbləği 102964,33 manat (bir yüz iki min doqquz yüz altmış dörd otuz üç qəpik); b) Bu əlavənin imzalandığı günə borcun qalıq məbləği 102964,33 manat (bir yüz iki min doqquz yüz altmış dörd otuz üç qəpik); c) Öhdəliyin faiz dərəcəsi 16 (on altı) %; d) Güzəşt müddəti 3 (üç) ay. Güzəşt müddəti ərzində yalnız faiz məbləği ödəniləcək. Həmin sazişin 2-ci bəndinə əsasən ödənişlər borc alanla kreditor arasında imzalanmış 31 may 2020-ci il tarixli ödəniş cədvəlinə əsasən həyata keçiriləcək və zamin həmin cədvəllə tanış olduğunu və iradının olmadığını təsdiq edir. Həmin sazişin 3-cü bəndinə əsasən SMNZ-00055- 17/18A №-li, 28 avqust 2018-ci il tarixli zaminlik müqaviləsinin bu əlavə ilə ziddiyyət təşkil edən müddəaları bu əlavənin imzalandığı tarixdən qüvvədən düşmüş hesab edilir və bu əlavənin şərtləri münasibətlərə tətbiq edilir. Həmin sazişin 4-cü bəndinə əsasən müqavilənin digər şərtləri dəyişdirilmədən saxlanılır. - Bank "xxx” ASC ilə X8 arasında bağlanmış 28 avqust 2018-ci il tarixli, SMNZ- 00055-17/18A nömrəli zaminlik müqaviləsinə 31 may 2020-ci il tarixdə 1 nömrəli Əlavə Saziş bağlanmışdır. Həmin sazişin 1-ci bəndinə əsasən zaminlik müqaviləsinin təminatı olduğu əsas öhdəlik aşağıdakı kimi müəyyən olunur: a) Öhdəliyin məbləği 102964,33 manat (bir yüz iki min doqquz yüz altmış dörd otuz üç qəpik); b) Bu əlavənin imzalandığı günə borcun qalıq məbləği 102964,33 manat (bir yüz iki min doqquz yüz altmış dörd otuz üç qəpik); c) Öhdəliyin faiz dərəcəsi 16 (on altı) %; d) Güzəşt müddəti 3 (üç) ay. Güzəşt müddəti ərzində yalnız faiz məbləği ödəniləcək. Həmin sazişin 2-ci bəndinə əsasən ödənişlər borc alanla kreditor arasında imzalanmış 31 may 2020-ci il tarixli ödəniş cədvəlinə əsasən həyata keçiriləcək və zamin həmin cədvəllə tanış olduğunu və iradının olmadığını təsdiq edir. Həmin sazişin 3-cü bəndinə əsasən SMNZ-00055-17/18A №-li, 28 avqust 2018-ci il tarixli zaminlik müqaviləsinin bu əlavə ilə ziddiyyət təşkil edən müddəaları bu əlavənin imzalandığı tarixdən qüvvədən düşmüş hesab edilir və bu əlavənin şərtləri münasibətlərə tətbiq edilir. Həmin sazişin 4-cü bəndinə əsasən müqavilənin digər şərtləri dəyişdirilmədən saxlanılır. - Bank "xxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 avqust 2018-ci il tarixli, SMNZ-00055-17/18A nömrəli zaminlik müqaviləsinə 28 avqust 2020-ci il tarixdə 1 nömrəli Əlavə Saziş bağlanmışdır. Həmin sazişin 1-ci bəndinə əsasən zaminlik müqaviləsinin təminatı olduğu əsas öhdəlik aşağıdakı kimi müəyyən olunur: a) Öhdəliyin məbləği 102964,33 manat (bir yüz iki min doqquz yüz altmış dörd otuz üç qəpik); b) Bu əlavənin imzalandığı günə borcun qalıq məbləği 102964,33 manat (bir yüz iki min doqquz yüz altmış dörd otuz üç qəpik); c) Öhdəliyin faiz dərəcəsi 16 (on altı) %; d) Güzəşt müddəti 3 (üç) ay. Güzəşt müddəti ərzində yalnız faiz məbləği ödəniləcək. Həmin sazişin 2-ci bəndinə əsasən ödənişlər borc alanla kreditor arasında imzalanmış 28 avqust 2020-ci il tarixli ödəniş cədvəlinə əsasən həyata keçiriləcək və zamin həmin cədvəllə tanış olduğunu və iradının olmadığını təsdiq edir. Həmin sazişin 3-cü bəndinə əsasən SMNZ-00055- 17/18A №-li, 28 avqust 2018-ci il tarixli zaminlik müqaviləsinin bu əlavə ilə ziddiyyət təşkil edən müddəaları bu əlavənin imzalandığı tarixdən qüvvədən düşmüş hesab edilir və bu əlavənin şərtləri münasibətlərə tətbiq edilir. Həmin sazişin 4-cü bəndinə əsasən müqavilənin digər şərtləri dəyişdirilmədən saxlanılır. - Bank "xxx” ASC ilə X8 arasında bağlanmış 28 avqust 2018-ci il tarixli, SMNZ- 00055-17/18A nömrəli zaminlik müqaviləsinə 28 avqust 2020-ci il tarixdə 1 nömrəli Əlavə Saziş bağlanmışdır. Həmin sazişin 1-ci bəndinə əsasən zaminlik müqaviləsinin təminatı olduğu əsas öhdəlik aşağıdakı kimi müəyyən olunur: a) Öhdəliyin məbləği 102964,33 manat (bir yüz iki min doqquz yüz altmış dörd otuz üç qəpik); b) Bu əlavənin imzalandığı günə borcun qalıq məbləği 102964,33 manat (bir yüz iki min doqquz yüz altmış dörd otuz üç qəpik); c) Öhdəliyin faiz dərəcəsi 16 (on altı) %; d) Güzəşt müddəti 3 (üç) ay. Güzəşt müddəti ərzində yalnız faiz məbləği ödəniləcək. Həmin sazişin 2-ci bəndinə əsasən ödənişlər borc alanla kreditor arasında imzalanmış 28 avqust 2020-ci il tarixli ödəniş cədvəlinə əsasən həyata keçiriləcək və zamin həmin cədvəllə tanış olduğunu və iradının olmadığını təsdiq edir. Həmin sazişin 3-cü bəndinə əsasən SMNZ-00055-17/18A №-li, 28 avqust 2018-ci il tarixli zaminlik müqaviləsinin bu əlavə ilə ziddiyyət təşkil edən müddəaları bu əlavənin imzalandığı tarixdən qüvvədən düşmüş hesab edilir və bu əlavənin şərtləri münasibətlərə tətbiq edilir. Həmin sazişin 4-cü bəndinə əsasən müqavilənin digər şərtləri dəyişdirilmədən saxlanılır. - Bank "xxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 avqust 2018-ci il tarixli, DEN-00057-17/18A nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqavilə əsasında borc alan bankdan 36 (otuz altı) ay müddətinə, aylıq faiz dərəcəsi 17% olmaqla, 150000 (yüz əlli min) manat məbləğində kredit götürmüşdür. - Bank "xxx” ASC ilə Cavabdeh3 arasında bağlanmış 29 avqust 2018-ci il tarixli, DENZ-00057-17/18A nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, Bank "xxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 avqust 2018-ci il tarixli, DEN-00057-17/18A nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. - Bank "xxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 avqust 2018-ci il tarixli, DEN-00057-17/18A nömrəli kredit müqaviləsinə 31 may 2020-ci il tarixdə 1 nömrəli Əlavə Saziş bağlanmışdır. Həmin sazişin 1-ci bəndinə əsasən müqavilə müddəti ərzində borc alana kreditin ödənilməsində 26 iyun 2020-ci il tarixdən hesablamaqla 3 (üç) ay güzəşt müddəti müəyyən edilir və güzəşt müddəti ərzində yalnız müqavilə üzrə hesablanacaq faiz məbləği ödənilir. Həmin sazişin 2-ci bəndinə əsasən əlavənin 1-ci bəndinə müvafiq olaraq yeni ödəniş cədvəli tərtib olunur və müqavilə üzrə ödənişlər bu əlavə imzalandıqdan sonra yeni ödəniş cədvəlinə əsasən aparılır. 28 avqust 2018-ci il tarixli ödəniş cədvəli bu əlavənin imzalandığı tarixdən sonrakı hissədə qüvvədən düşmüş hesab edilir. Yeni tərtib olunmuş ödəniş cədvəli həmçinin bu əlavənin imzalandığı günə borc alanın müqavilə üzrə ödənilməli, olan lakin ödənilməmiş qalıq borcunu da əks etdirir. Həmin sazişin 3-cü bəndinə əsasən müqavilə ilə kreditin qaytarılması üçün müəyyən olunmuş müddət 0 (sıfır) ay müddətinə 27 avqust 2021-ci il tarixinədək uzadılmış hesab edilir. Həmin sazişin 4-cü bəndinə əsasən müqavilə ilə verilmiş kredit üçün hesablanan faiz dərəcəsi 17 (on yeddi) % olaraq müəyyən olunur. Həmin sazişin 5-ci bəndinə əsasən DEN-00057-17/18A №-li, 28 avqust 2018-ci il tarixli kredit müqaviləsinin bu əlavə ilə ziddiyyət təşkil edən bütün müddəaları qüvvədən düşmüş hesab edilir və bu Əlavənin müddəaları tərəflər arasında olan münasibətlərə tətbiq edilir. - Bank "xxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 avqust 2018-ci il tarixli, DEN-00057-17/18A nömrəli kredit müqaviləsinə 28 avqust 2020-ci il tarixdə 1 nömrəli Əlavə Saziş bağlanmışdır. Həmin sazişin 1-ci bəndinə əsasən müqavilə müddəti ərzində borc alana kreditin ödənilməsində 30 sentyabr 2020-ci il tarixdən hesablamaqla 3 (üç) ay güzəşt müddəti müəyyən edilir və güzəşt müddəti ərzində yalnız müqavilə üzrə hesablanacaq faiz məbləği ödənilir. Həmin sazişin 2-ci bəndinə əsasən əlavənin 1-ci bəndinə müvafiq olaraq yeni ödəniş cədvəli tərtib olunur və müqavilə üzrə ödənişlər bu əlavə imzalandıqdan sonra yeni ödəniş cədvəlinə əsasən aparılır. 28 avqust 2018-ci il tarixli ödəniş cədvəli bu əlavənin imzalandığı tarixdən sonrakı hissədə qüvvədən düşmüş hesab edilir. Yeni tərtib olunmuş ödəniş cədvəli həmçinin bu əlavənin imzalandığı günə borc alanın müqavilə üzrə ödənilməli, olan lakin ödənilməmiş qalıq borcunu da əks etdirir. Həmin sazişin 3-cü bəndinə əsasən müqavilə ilə kreditin qaytarılması üçün müəyyən olunmuş müddət 0 (sıfır) ay müddətinə 30 avqust 2021-ci il tarixinədək uzadılmış hesab edilir. Həmin sazişin 4-cü bəndinə əsasən müqavilə ilə verilmiş kredit üçün hesablanan faiz dərəcəsi 17 (on yeddi) % olaraq müəyyən olunur. Həmin sazişin 5-ci bəndinə əsasən DEN-00057-17/18A №-li, 28 avqust 2018-ci il tarixli kredit müqaviləsinin bu əlavə ilə ziddiyyət təşkil edən bütün müddəaları qüvvədən düşmüş hesab edilir və bu Əlavənin müddəaları tərəflər arasında olan münasibətlərə tətbiq edilir. - Bank "xxx” ASC ilə "xxxx" MMC arasında bağlanmış 30 avqust 2019-cu il tarixli, SMN-00164-17/19A nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqavilə əsasında cəmiyyət bankdan 36 (otuz altı) ay müddətinə, aylıq faiz dərəcəsi 17% olmaqla, 250000 (iki yüz əlli min) manat məbləğində kredit götürmüşdür. - Bank "xxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 avqust 2019-cu il tarixli, SMNZ-00164-17/19A nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, Bank "xxx” ASC ilə "xxxx" MMC arasında bağlanmış 30 avqust 2019-cu il tarixli, SMN-00164- 17/19A nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. - Bank "xxx” ASC ilə Cavabdeh3 arasında bağlanmış 30 avqust 2019-cu il tarixli, SMNZ-00164-17/19A nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, Bank "xxx” ASC ilə "xxxx" MMC arasında bağlanmış 30 avqust 2019-cu il tarixli, SMN-00164- 17/19A nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. - Bank "xxx” ASC ilə "xxxx" MMC arasında bağlanmış 30 avqust 2019-cu il tarixli, SMN-00164-17/19A nömrəli kredit müqaviləsinə 31 may 2020-ci il tarixdə 1 nömrəli Əlavə Saziş bağlanmışdır. Həmin sazişin 1-ci bəndinə əsasən müqavilə müddəti ərzində borcalana kreditin ödənilməsində 26 iyun 2020-ci il tarixdən hesablamaqla 3 (üç) ay güzəşt müddəti müəyyən edilir və güzəşt müddəti ərzində yalnız müqavilə üzrə hesablanacaq faiz məbləği ödənilir. Həmin sazişin 2-ci bəndinə əsasən əlavənin 1-ci bəndinə müvafiq olaraq yeni ödəniş cədvəli tərtib olunur və müqavilə üzrə ödənişlər bu əlavə imzalandıqdan sonra yeni ödəniş cədvəlinə əsasən aparılır. 30 avqust 2019-ci il tarixli ödəniş cədvəli bu əlavənin imzalandığı tarixdən sonrakı hissədə qüvvədən düşmüş hesab edilir. Yeni tərtib olunmuş ödəniş cədvəli həmçinin bu əlavənin imzalandığı günə borcalanın müqavilə üzrə ödənilməli, olan lakin ödənilməmiş qalıq borcunu da əks etdirir. Həmin sazişin 3-cü bəndinə əsasən müqavilə ilə kreditin qaytarılması üçün müəyyən olunmuş müddət 0 (sıfır) ay müddətinə 26 avqust 2022-ci il tarixinədək uzadılmış hesab edilir. Həmin sazişin 4-cü bəndinə əsasən müqavilə ilə verilmiş kredit üçün hesablanan faiz dərəcəsi 16 (on altı) % olaraq müəyyən olunur. Həmin sazişin 5-ci bəndinə əsasən SMM-00164-17/19A №-li, 30 avqust 2019-ci il tarixli kredit müqaviləsinin bu əlavə ilə ziddiyyət təşkil edən bütün müddəaları qüvvədən düşmüş hesab edilir və bu əlavənin müddəaları tərəflər arasında olan münasibətlərə tətbiq edilir. - Bank "xxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 avqust 2019-cu il tarixli, SMNZ-00164-17/19A nömrəli zaminlik müqaviləsinə 31 may 2020-ci il tarixdə 1 nömrəli Əlavə Saziş bağlanmışdır. Həmin sazişin 1-ci bəndinə əsasən zaminlik müqaviləsinin təminatı olduğu əsas öhdəlik aşağıdakı kimi müəyyən olunur: a) Öhdəliyin məbləği 257885,63 manat (iki yüz əlli yeddi min səkkiz yüz səksən beş altmış üç qəpik); b) Bu Əlavənin imzalandığı günə borcun qalıq məbləği 257885,63 (iki yüz əlli yeddi min səkkiz yüz səksən beş altmış üç qəpik); c) Öhdəliyin faiz dərəcəsi 16 (on altı) %; d) Güzəşt müddəti 3 (üç) ay. Güzəşt müddəti ərzində yalnız faiz məbləği ödəniləcəkdir. Həmin sazişin 2-ci bəndinə əsasən ödənişlər borcalanla kreditor arasında imzalanmış 31 may 2020-ci il tarixli ödəniş cədvəlinə əsasən həyata keçiriləcək və zamin həmin cədvəllə tanış olduğunu və iradının olmadığını təsdiq edir. Həmin sazişin 3-cü bəndinə əsasən SMMZ- 00164-17/19A №-li, 30 avqust 2019-ci il tarixli zaminlik müqaviləsinin bu əlavə ilə ziddiyyət təşkil edən müddəaları bu əlavənin imzalandığı tarixdən qüvvədən düşmüş hesab edilir və bu əlavənin şərtləri münasibətlərə tətbiq edilir. - Bank "xxx” ASC ilə Cavabdeh3 arasında bağlanmış 30 avqust 2019-cu il tarixli, SMNZ-00164-17/19A nömrəli zaminlik müqaviləsinə 31 may 2020-ci il tarixdə 1 nömrəli Əlavə Saziş bağlanmışdır. Həmin sazişin 1-ci bəndinə əsasən zaminlik müqaviləsinin təminatı olduğu əsas öhdəlik aşağıdakı kimi müəyyən olunur: a) Öhdəliyin məbləği 257885,63 manat (iki yüz əlli yeddi min səkkiz yüz səksən beş altmış üç qəpik); b) Bu Əlavənin imzalandığı günə borcun qalıq məbləği 257885,63 (iki yüz əlli yeddi min səkkiz yüz səksən beş altmış üç qəpik); c) Öhdəliyin faiz dərəcəsi 16 (on altı) %; d) Güzəşt müddəti 3 (üç) ay. Güzəşt müddəti ərzində yalnız faiz məbləği ödəniləcəkdir. Həmin sazişin 2-ci bəndinə əsasən ödənişlər borcalanla kreditor arasında imzalanmış 31 may 2020-ci il tarixli ödəniş cədvəlinə əsasən həyata keçiriləcək və zamin həmin cədvəllə tanış olduğunu və iradının olmadığını təsdiq edir. Həmin sazişin 3-cü bəndinə əsasən SMMZ- 00164-17/19A №-li, 30 avqust 2019-ci il tarixli zaminlik müqaviləsinin bu əlavə ilə ziddiyyət təşkil edən müddəaları bu əlavənin imzalandığı tarixdən qüvvədən düşmüş hesab edilir və bu əlavənin şərtləri münasibətlərə tətbiq edilir. - Bank "xxx” ASC ilə Cavabdeh1 və "xxxx" MMC arasında bağlanmış və Bakı şəhəri 29 nömrəli notariat kontoru tərəfindən təsdiq edilmiş 28 avqust 2018-ci il tarixli, SMMG- 00055-17/18A nömrəli sonrakı ipoteka müqaviləsinin məzmunundan görünür ki, Bank "xxx” ASC ilə "xxxx" MMC arasında bağlanmış 28 avqust 2018-ci il tarixli, SMN-00055- 17/18A nömrəli əsas kredit müqaviləsi üzrə "xxxx" MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan ünvan 5 və ünvan 4-ni Bank "xxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. - Bank "xxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 29 nömrəli notariat kontoru tərəfindən təsdiq edilmiş 28 avqust 2018-ci il tarixli, SMMG-00055-17/18A nömrəli sonrakı ipoteka müqaviləsinin məzmunundan görünür ki, Bank "xxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 avqust 2018-ci il tarixli, DEN-00057-17/18A nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan ünvan 5 və ünvan 4-ni Bank "xxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. - İpoteka saxlayan – Bank "xxx” ASC ilə ipoteka qoyan – Cavabdeh1 arasında bağlanmış və Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 28 avqust 2018-ci il tarixli, SMMG-00055-17/18A saylı sonrakı ipoteka müqaviləsinə xx.xx.2020-ci il tarixli, 1 saylı əlavə saziş bağlanmışdır. Həmin sazişin 1-ci bəndinə əsasən bu əlavəni imzalayan şəxslər aralarında bağlanmış SMMG-A0055-17/18A №-li, 28 avqust 2018-ci il tarixli ipoteka müqaviləsinə aşağıdakı dəyişikliklərin edilməsinə dair razılığa gəlirlər: İpoteka Müqaviləsinin təminatı olduğu əsas öhdəlik aşağıdakı kimi müəyyən olunur: a) Öhdəliyin faiz dərəcəsi 17 (on yeddi) %; b) Güzəşt müddəti 3 (üç) ay. Güzəşt müddəti ərzində yalnız faiz məbləği ödəniləcək; c) Əsas öhdəliyin icra olunmalı olduğu son tarix 27 avqust 2021-ci il. Həmin sazişin 2-ci bəndinə əsasən ödənişlər borc alanla kreditor arasında imzalanmış 31 may 2020-ci il tarixli ödəniş cədvəlinə əsasən həyata keçiriləcək və ipoteka qoyan həmin cədvəllə tanış olduğunu və iradının olmadığını təsdiq edir. SMMG-A0055-17/18A №-li, 28 avqust 2018-ci il tarixli ipoteka müqaviləsinin bu əlavə ilə ziddiyyət təşkil edən müddəaları bu əlavənin imzalandığı tarixdən qüvvədən düşmüş hesab edilir və bu əlavənin şərtləri münasibətlərə tətbiq edilir. Həmin sazişin 3-cü bəndinə əsasən müqavilənin digər şərtləri dəyişdirilmədən saxlanılır. - İpoteka saxlayan – Bank "xxx” ASC ilə ipoteka qoyan – Cavabdeh1 arasında bağlanmış və Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 28 avqust 2018-ci il tarixli, SMMG-00055-17/18A saylı sonrakı ipoteka müqaviləsinə xx.xx.2020-ci il tarixli, 2 saylı əlavə saziş bağlanmışdır. Həmin sazişin 1-ci bəndinə əsasən ipoteka Müqaviləsinin təminatı olduğu əsas öhdəlik aşağıdakı kimi müəyyən olunur: a) öhdəliyin faiz dərəcəsi 17 (on yeddi) %; b) Güzəşt müddəti 3 (üç) ay. Güzəşt müddəti ərzində yalnız faiz məbləği ödəniləcək; c) Əsas öhdəliyin icra olunmalı olduğu son tarix 27 avqust 2021 ci il. Həmin sazişin 2-ci bəndinə əsasən ödənişlər borc alanla kreditor arasında imzalanmış 31 may 2020-ci il tarixli ödəniş cədvəlinə əsasən həyata keçiriləcək və ipoteka qoyan həmin cədvəllə tanış olduğunu və iradının olmadığını təsdiq edir. SMMG-00055- 17/18A №-|i, 28 avqust 2018-ci il tarixli ipoteka müqaviləsinin bu əlavə ilə ziddiyyət təşkil edən müddəaları bu əlavənin imzalandığı tarixdən qüvvədən düşmüş hesab edilir və bu əlavənin şərtləri münasibətlərə tətbiq edilir. Həmin sazişin 3-cü bəndinə əsasən müqavilənin digər şərtləri dəyişdirilmədən saxlanılır. - Bank "xxx” ASC ilə Cavabdeh1 və "xxxx" MMC arasında bağlanmış və Sumqayıt şəhəri 3 nömrəli notariat ofisi tərəfindən təsdiq edilmiş 30 avqust 2019-cu il tarixli, SMMG- 00164-17/19A nömrəli sonrakı ipoteka müqaviləsinin məzmunundan görünür ki, Bank "xxx” ASC ilə "xxxx" MMC arasında bağlanmış 30 avqust 2019-cu il tarixli, SMN-00164- 17/19A nömrəli kredit müqaviləsi üzrə "xxxx" MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan ünvan 4-ni Bank "xxx” ASCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. - Bank "xxx” ASC ilə Cavabdeh1 və "xxxx" MMC arasında bağlanmış və Sumqayıt şəhəri 3 nömrəli notariat ofisi tərəfindən təsdiq edilmiş 30 avqust 2019-cu il tarixli, SMMG- A0164-17/19A nömrəli sonrakı ipoteka müqaviləsinin məzmunundan görünür ki, Bank "xxx” ASC ilə "xxxx" MMC arasında bağlanmış 30 avqust 2019-cu il tarixli, SMN-00164- 17/19A nömrəli kredit müqaviləsi üzrə "xxxx" MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan ünvan 5-ni Bank "xxx” ASCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. - İpoteka saxlayan – Bank "xxx” ASC ilə ipoteka qoyan – Cavabdeh1 və borc alan – "xxxx" MMC arasında bağlanmış və Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 30 avqust 2019-cu il tarixli, SMMG-00164-17/19A saylı sonrakı ipoteka müqaviləsinə xx.xx.2019-cu il tarixli, 1 saylı əlavə razılaşma bağlanmışdır. Həmin razılaşmanın 1.1-ci bəndinə əsasən bu əlavə razılaşmaya əsasən ipoteka qoyan xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan və tərəflər arasında 30 avqust 2019-cu il tarixdə bağlanmış SMMG-A0164-17/19A saylı sonrakı ipoteka müqaviləsinə əsasən SMN-00164- 17/19A saylı kredit müqaviləsinin təminatı qismində ipoteka saxlayana ipoteka qoyduğu əmlakı borcalanın ipoteka saxlayanla bağladığı 30 avqust 2019-cu il tarixli, SMN-00164- 17/19A saylı kredit müqaviləsindən və ona əlavə olunmuş əlavə razılaşmalardan (25 dekabr 2019-cu il tarixli, 2 saylı əlavə razılaşma) irəli gələn öhdəliklərinin də icrasını təmin etmək üçün ipoteka saxlayana əlavə ipotekaya qoyur. Həmin razılaşmanın 1.2-ci bəndinə əsasən bu əlavə razılaşmaya əsasən icrası ipoteka predmeti ilə təmin olunan öhdəliyin əmələ gəlməsinin əsası olan tərəflər arasında bağlanmış SMN-00164-17/19A saylı kredit müqaviləsinə əsasən ipoteka saxlayan borcalana xx.xx.2022-ci il tarixinədək illik 17 (on yeddi) faiz ödəmək şərtilə kredit vermiş, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və kredit müqaviləsində nəzərdə tutulmuş müddətdə ipoteka saxlayana qaytarmağı öhdəsinə götürür. Həmin razılaşmanın 1.3-cü bəndinə əsasən ipoteka predmeti (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* saylı, **********37-05301-093019 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) ipoteka qoyana məxsus ünvan 4 nömrəli mənzildir. Həmin razılaşmanın 1.4-cü bəndinə əsasən ipoteka predmeti 230000 (iki yüz otuz min ) manat dəyərində qiymətləndirilmişdir. Həmin razılaşmanın 1.5-ci bəndinə əsasən ipoteka qoyan ipoteka saxlayan tərəfindən ipoteka predmetinə tutma yönəldildikdə və ya satıldıqda, onu tərk etməyi öhdəsinə götürür. Həmin razılaşmanın 2.1-ci bəndinə əsasən bu əlavə razılaşma tərəflər arasında bağlanmış SMMG-00164-17/19A saylı sonrakı ipoteka müqaviləsinin ayrılmaz hissəsi sayılır və xx.xx.2019-cu il tarixli, SMN-00164-17/19A saylı kredit müqaviləsi üzrə borc alanın öhdəliyi tam icra olunana qədər qüvvədədir. İpoteka qoyanın, ipoteka saxlayanın və borc alanın hüquq və vəzifələri həmin kredit və ipoteka müqavilələri ilə müəyyən olunur. - İpoteka saxlayan – Bank "xxx” ASC ilə ipoteka qoyan – Cavabdeh1 və borc alan – "xxxx" MMC arasında bağlanmış və Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 30 avqust 2019-cu il tarixli, SMMG-00164-17/19A saylı sonrakı ipoteka müqaviləsinə xx.xx.2019-cu il tarixli, l saylı əlavə razılaşma bağlanmışdır. Həmin razılaşmanın 1.1-ci bəndinə əsasən bu əlavə razılaşmaya əsasən ipoteka qoyan xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan və tərəflər arasında 30 avqust 2019-cu il tarixdə bağlanmış SMMG-A0164-17/19A saylı sonrakı ipoteka müqaviləsinə əsasən SMN-00164- 17/19A, saylı kredit müqaviləsinin təminatı qismində ipoteka saxlayana ipoteka qoyduğu əmlakı borcalanın ipoteka saxlayanla bağladığı 30 avqust 2019-cu il tarixli, SMN-00164- 17/19A saylı kredit müqaviləsindən və ona əlavə olunmuş əlavə razılaşmalardan (25 dekabr 2019-cu il tarixli, 2 saylı əlavə razılaşma) irəli gələn öhdəliklərinin də icrasını təmin etmək üçün ipoteka saxlayana əlavə ipotekaya qoyur. Həmin razılaşmanın 1.2-ci bəndinə əsasən bu əlavə razılaşmaya əsasən icrası ipoteka predmeti ilə təmin olunan öhdəliyin əmələ gəlməsinin əsası olan tərəflər arasında bağlanmış SMN-00164-17/19A saylı kredit müqaviləsinə əsasən ipoteka saxlayan borc alana xx.xx.2022-ci il tarixinədək illik 17 (on yeddi) faiz ödəmək şərtilə kredit vermiş, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və kredit müqaviləsində nəzərdə tutulmuş müddətdə ipoteka saxlayana qaytarmağı öhdəsinə götürür. Həmin razılaşmanın 1.3-cü bəndinə əsasən ipoteka predmeti (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* saylı, **********37-05301-093021 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) İpoteka qoyana məxsus ünvan 5 nömrəli mənzildir. Həmin razılaşmanın 1.4-cü bəndinə əsasən ipoteka predmeti 230000 (iki yüz otuz min ) manat dəyərində qiymətləndirilmişdir. Həmin razılaşmanın 1.5-ci bəndinə əsasən ipoteka qoyan ipoteka saxlayan tərəfindən ipoteka predmetinə tutma yönəldildikdə və ya satıldıqda, onu tərk etməyi öhdəsinə götürür. Həmin razılaşmanın 2.1-ci bəndinə əsasən bu əlavə razılaşma tərəflər arasında bağlanmış SMMG-A0164-17/19A saylı sonrakı ipoteka müqaviləsinin ayrılmaz hissəsi sayılır və xx.xx.2019-cu il tarixli, SMN-00164-17/19A saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliyi tam icra olunana qədər qüvvədədir. İpoteka qoyanın, ipoteka saxlayanın və borc alanın hüquq və vəzifələri həmin kredit və ipoteka müqavilələri ilə müəyyən olunur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 13, 1 B nömrəli mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına xx.xx.2017-ci ildə Daşınmaz əmlakın dövlət reyestrində 414 nömrəli reyestr kitabının 38513 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********). - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 414 nömrəli reyestr kitabının 38513 nömrəli vərəqində qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli çıxarışın məzmunundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 13, 1 B nömrəli mənzil "xxxx" MMCnin SMN-00055-17/18A KM-36 ay, xx.xx.2018 BKX-00056-17/18A KXM-12 ay; xx.xx.2018 üzrə öhdəliklərinin icrasını təmin etmək üçün Bank "xxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 414 nömrəli reyestr kitabının 38513 nömrəli vərəqində qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli çıxarışın məzmunundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 13, 1 B nömrəli mənzil "xxxx" MMCnin DEN-00057-17/18A KM xx.xx.2018 üzrə öhdəliklərinin icrasını təmin etmək üçün Bank "xxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 414 nömrəli reyestr kitabının 38513 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın məzmunundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 13, 1 B nömrəli mənzil "xxxx" MMC-nin SMN-GG164- 17/19A, KM xx.xx.2019 və xx.xx.2020-ci il tarixli 1 saylı Əlavə Saziş üzrə öhdəliklərinin icrasını təmin etmək üçün Bank "xxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 13, 2 B nömrəli mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına xx.xx.2017-ci ildə Daşınmaz əmlakın dövlət reyestrində 405 nömrəli reyestr kitabının 37677 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********). - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 405 nömrəli reyestr kitabının 37677 nömrəli vərəqində qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli çıxarışın məzmunundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 13, 2 B nömrəli mənzil "xxxx" MMCnin SMN-00055-17/18A KM, xx.xx.2018 BKX-00056-17/18A KXM; xx.xx.2018 üzrə öhdəliklərinin icrasını təmin etmək üçün Bank "xxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 405 nömrəli reyestr kitabının 37677 nömrəli vərəqində qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli çıxarışın məzmunundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 13, 2 B nömrəli mənzil "xxxx" MMCnin DEN-00057-17/18A KM xx.xx.2018 üzrə öhdəliklərinin icrasını təmin etmək üçün Bank "xxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 405 nömrəli reyestr kitabının 37677 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın məzmunundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 13, 2 B nömrəli mənzil "xxxx" MMC-nin SMM-00164- 17/19A, KM xx.xx.2019 və xx.xx.2020-ci il tarixli 1 saylı Əlavə Saziş üzrə öhdəliklərinin icrasını təmin etmək üçün Bank "xxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. - xx.xx.2021-ci il tarixli, RİED 2021/4999 nömrəli maliyyə arayışından görünür ki, cavabdeh "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixə xx.xx.2018-ci il tarixli, SMN-00055-17/18A nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş əsas kredit borcu 102964,33 manat, faiz borcu 19447,29 manat və dəbbə borcu 15258,84 manat olmaqla, ümumilikdə 137670,46 manat borcu vardır. - xx.xx.2021-ci il tarixli, RİED 2021/4979 nömrəli maliyyə arayışından görünür ki, cavabdeh "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixə xx.xx.2019-cu il tarixli, SMM-00164- 17/19A nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş əsas kredit borcu 257885,63 manat, faiz borcu 54667,04 manat və dəbbə borcu 3641,48 manat olmaqla, ümumilikdə 316194,15 manat borcu vardır. - xx.xx.2021-ci il tarixli, RİED 2021/5275 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixə xx.xx.2018-ci il tarixli, DEN-00057-17/18A nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş əsas kredit borcu 103632,48 manat, faiz borcu 17638,32 manat və dəbbə borcu 8081,96 manat olmaqla, ümumilikdə 129352,76 manat borcu vardır. - 29 avqust 2018-ci il tarixli, N seriyalı ödəniş tapşığından görünür ki, Bank "xxx” ASC tərəfindən "xxxx" MMC-nin AZ84UBAZ**********0040AZN001 nömrəli hesabına 166600 (yüz altmış altı min altı yüz) manat ödəniş edilmişdir. Ödənişin təyinatı kimi 10Y 17-1 saylı müqaviləyə əsasən kreditin bağlanması üçün qeyd edilmişdir. - 29 avqust 2018-ci il tarixli kassa məxaric orderindən görünür ki, Bank "xxx” ASC tərəfindən Cavabdeh1 150000 (yüz əlli min) manat məbləğində pul vəsaiti ödənilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bank "xxx” ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********69 nömrəli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 13 saylı evin 1 B nömrəli mənzilininə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bank "xxx” ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********70 nömrəli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 13 saylı evin 2 B nömrəli mənzilininə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bank "xxx” ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********15 nömrəli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 13 saylı evin 2 B nömrəli mənzilininə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bank "xxx” ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********20 nömrəli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 13 saylı evin 1 B nömrəli mənzilininə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. - "FM Consulting” Məhdud Məsuliyyətli Cəmiyyətinin 007/BT nömrəli qiymətləndirmə hesabatının məzmunundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 13 saylı evin 2 B nömrəli mənzilinin 18 iyul 2018-ci il tarixə olan orta bazar qiyməti 380000 (üç yüz səskən min) manat, likvid qiyməti isə 342000 (üç yüz qırx iki min) manat müəyyən edilmişdir. - "FM Consulting” Məhdud Məsuliyyətli Cəmiyyətinin 008/BT nömrəli qiymətləndirmə hesabatının məzmunundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 13 saylı evin 1 B nömrəli mənzilinin 18 iyul 2018-ci il tarixə olan orta bazar qiyməti 250000 (iki yüz əlli min) manat, likvid qiyməti isə 230000 (iki yüz otuz min) manat müəyyən edilmişdir. - "FM Consulting” Məhdud Məsuliyyətli Cəmiyyətinin 443/BT nömrəli qiymətləndirmə hesabatının məzmunundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 13 saylı evin 2 B nömrəli mənzilinin 03 sentyabr 2019-cu il tarixə olan orta bazar qiyməti 380000 (üç yüz səskən min) manat, likvid qiyməti isə 342000 (üç yüz qırx iki min) manat müəyyən edilmişdir. - "FM Consulting” Məhdud Məsuliyyətli Cəmiyyətinin 444/BT nömrəli qiymətləndirmə hesabatının məzmunundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 13 saylı evin 1 B nömrəli mənzilinin 03 sentyabr 2019-cu il tarixə olan orta bazar qiyməti 250000 (iki yüz əlli min) manat, likvid qiyməti isə 230000 (iki yüz otuz min) manat müəyyən edilmişdir. - İddiaçı tərəfindən hazırkı tələblə bağlı cavabdehlərə pretenziya göndərilmişdir. - Cavabdeh5 notariat orqanına ünvanladığı müvafiq ərizənin məzmunundan görünür ki, Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən 1B nömrəli mənzilin Bank "xxxx" ASC-yə (həmin Sankın "Sumqayıt" filialı vasitəsilə) sonrakı ipotekaya qoyulmasına etiraz etmədiyini, həmin yaşayış sahəsinə tələb yönəldildikdə və/və ya o, qanunvericiliklə müəyyən olunmuş qaydada hər hansı satış üsulu (açıq bazar və ya açıq hərrac) ilə satıldıqda yaşayış sahəsini könüilü surətdə tərk etməyi və həmin yaşayış sahəsi üzrə qeydiyyatdan könüllü surətdə çıxmaq barədə öhdəlik götürmüşdür. - Cavabdeh5 notariat orqanına ünvanladığı müvafiq ərizənin məzmunundan görünür ki, Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən 2B nömrəli mənzilin Bank "xxxx" ASC-yə (həmin Sankın "Sumqayıt" filialı vasitəsilə) sonrakı ipotekaya qoyulmasına etiraz etmədiyini, həmin yaşayış sahəsinə tələb yönəldildikdə və/və ya o, qanunvericiliklə müəyyən olunmuş qaydada hər hansı satış üsulu (açıq bazar və ya açıq hərrac) ilə satıldıqda yaşayış sahəsini könüilü surətdə tərk etməyi və həmin yaşayış sahəsi üzrə qeydiyyatdan könüllü surətdə çıxmaq barədə öhdəlik götürmüşdür. - Cavabdeh4 notariat orqanına ünvanladığı müvafiq ərizənin məzmunundan görünür ki, Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən 2B nömrəli mənzilin Bank "xxxx" ASC-yə (həmin Sankın "Sumqayıt" filialı vasitəsilə) sonrakı ipotekaya qoyulmasına etiraz etmədiyini, həmin yaşayış sahəsinə tələb yönəldildikdə və/və ya o, qanunvericiliklə müəyyən olunmuş qaydada hər hansı satış üsulu (açıq bazar və ya açıq hərrac) ilə satıldıqda yaşayış sahəsini könüilü surətdə tərk etməyi və həmin yaşayış sahəsi üzrə qeydiyyatdan könüllü surətdə çıxmaq barədə öhdəlik götürmüşdür. - "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli, ƏEM/F 112-172/22 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 13 saylı evin 1 B nömrəli mənzilinin xx.xx.2022-ci il tarixə likvid dəyəri 232000 manat, bazar dəyəri 244000 manat, Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 13 saylı evin 2 B nömrəli mənzilinin xx.xx.2022-ci il tarixə likvid dəyəri 368000 manat, bazar dəyəri 388000 manat məbləğində müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 fevral 2022-ci il tarixli 9/9478 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, 1) Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim edilmiş hesabdan çıxarış və maliyyə arayışı məlumatları 28 avqust 2018-ci il tarixli, SMN-00055-17/18A saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixə Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu 121499,24 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 101316,9 manat, faiz borcu 20.182,34 manat; "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixə Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu 124291,09 manat məbləğində müəyyən edilir, o,cümlədən: əsas borcu 101316,9 manat; faiz borcu 22974,19 manat. Bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borc alana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmadı. 2) Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim edilmiş hesabdan çıxarış və maliyyə arayışı məlumatları 30 avqust 2019-cu il tarixli, SMN-00164- 17/19A saylı kredit müqaviləsinin və xx.xx.2020-ci il tarixli əlavənin qeyd olunan şərtləri nəzərə alınmaqla "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixə Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu 300538,74 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 257885,6 manat, faiz borcu 42653,14 manat; "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixə Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu 307759,54 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 257885,6 manat, faiz borcu 49873,94 manat. Bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borc alana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmadı. 3) Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim edilmiş hesabdan çıxarış və maliyyə arayışı məlumatları 28 avqust 2018-ci il tarixli, DEN-00057-17/18A saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2021-ci il tarixə Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu 116705,83 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 99058,3 manat, faiz borcu 17647,53 manat; Cavabdeh1 xx.xx.2021-ci il tarixə Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu 119278,6 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 99058,3 manat, faiz borcu 20220,3 manat. Bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borc alana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmadı. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 iyun 2022-ci il tarixli 9/3475 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, 1) Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim edilmiş hesabdan çıxarış və maliyyə arayışı məlumatları 28 avqust 2018-ci il tarixli, SMN-00055-17/18A saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixə Bank "xxxx" ASCyə olan borcu 121499,24 manat məbləğində müəyyən edilir. O cümlədən əsas borcu 101316,9 manat, faiz borcu 20182,34 manat. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixə Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu 131720,99 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 101316,9 manat, faiz borcu 30404,09 manat. Bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları (cərimə hesabı üzrə çıxarış) təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borc alana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmadı. 2) Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim edilmiş hesabdan çıxarış və maliyyə arayışı məlumatları 30 avqust 2019-cu il tarixli, SMN-00164-17/19A saylı kredit müqaviləsinin və xx.xx.2020-ci il tarixli əlavənin qeyd olunan şərtləri nəzərə alınmaqla "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixə Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu 300538,74 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 257885,6 manat, faiz borcu 42653,14 manat. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixə Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu 307759,54 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 257885,6 manat, faiz borcu 49873,94 manat. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixə Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu 326671,15 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 257885,6 manat, faiz borcu 68785,55 manat. Bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları (cərimə hesabı üzrə çıxarış) təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borc alana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmadı. Təqdim edilmiş hesabdan çıxarış məlumatlarından göründüyü kimi borc alan tərəfindən aparılmış ödənişlərdən 7446,17 manat məbləğində vəsait “dəbbə üzrə borcun” ödənilməsinə silinmişdir. Hesabdan çıxarış məlumatlarında həmin ödənişlərin hansı hissəsinin 28 avqust 2018-ci il tarixli, SMN-00055-17/18A saylı və ya xx.xx.2019-cu il tarixli SMN-00164-17/19A saylı kredit müqavilələri üzrə silindiyi öz əksini tapmamışdır. 3) Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim edilmiş hesabdan çıxarış və maliyyə arayışı məlumatları 28 avqust 2018-ci il tarixli DEN-00057-17/18A saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2021-cu il tarixə Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu 116705,83 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 99058,3 manat, faiz borcu17647,53 manat. Cavabdeh1 xx.xx.2021-ci il tarixə Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu 119278,6 manat məbləğində müəyyən edilir, o,cümlədən: əsas borcu 99058,3 manat, faiz borcu 20220,3 manat. Cavabdeh1 xx.xx.2021-ci il tarixə Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu 126996,58 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 99058,3 manat, faiz borcu 27938,58 manat. Bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları (cərimə hesabı üzrə çıxarış) təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borc alana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmadı. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bank "xxx” ASC ilə "xxxx" MMC arasında 28 avqust 2018-ci il tarixli, SMN-00055-17/18A nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cəmiyyət bankdan 36 (otuz altı) ay müddətinə, aylıq faiz dərəcəsi 16% olmaqla, 150000 (yüz əlli min) manat məbləğində kredit götürmüşdür. Bank "xxx” ASC ilə Cavabdeh1 arasında 29 avqust 2018-ci il tarixli, SMNZ-00055-17/18A nömrəli və Bank "xxx” ASC ilə Cavabdeh3 arasında 29 avqust 2018-ci il tarixli, SMNZ- 00055-17/18A nömrəli zaminlik müqavilələri bağlanılmış və həmin zaminlik müqavilələrinə əsasən "xxx” ASC ilə "xxxx" MMC arasında 28 avqust 2018-ci il tarixli, SMN-00055-17/18A nömrəli kredit müqaviləsi üzrə "xxxx" MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlər – Cavabdeh1 və Cavabdeh3 bank qarşısında öz üzərinə birgə məsuliyyət götürmüşlər. Bank "xxx” ASC ilə Cavabdeh1 və "xxxx" MMC arasında 28 avqust 2018-ci il tarixli, SMMG-00055-17/18A nömrəli sonrakı ipoteka müqaviləsi bağlanmış və sözügedən ipoteka müqaviləsinə əsasən "xxxx" ASC ilə "xxxx" MMC arasında 28 avqust 2018-ci il tarixli, SMN-00055-17/18A nömrəli kredit müqaviləsi üzrə "xxxx" MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan ünvan 5 və ünvan 4-ni Bank "xxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bank "xxx” ASC ilə Cavabdeh1 arasında 28 avqust 2018-ci il tarixli, DEN- 00057-17/18A nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borc alan bankdan 36 (otuz altı) ay müddətinə, aylıq faiz dərəcəsi 17% olmaqla, 150000 (yüz əlli min) manat məbləğində kredit götürmüşdür. Bank "xxx” ASC ilə Cavabdeh3 arasında 29 avqust 2018-ci il tarixli, DENZ-00057-17/18A nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin zaminlik müqaviləsinə əsasən Bank "xxx” ASC ilə Cavabdeh1 arasında 28 avqust 2018-ci il tarixli, DEN-00057-17/18A nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə zamin - Cavabdeh3 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Bank "xxx” ASC ilə Cavabdeh1 arasında 28 avqust 2018-ci il tarixli, SMMG-00055-17/18A nömrəli sonrakı ipoteka müqaviləsi bağlanmış və sözügedən ipoteka müqaviləsinə əsasən "xxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 avqust 2018-ci il tarixli, DEN-00057- 17/18A nömrəli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan ünvan 5 və ünvan 4-ni Bank "xxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bank "xxx” ASC ilə "xxxx" MMC arasında 30 avqust 2019-cu il tarixli, SMN-00164-17/19A nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cəmiyyət bankdan 36 (otuz altı) ay müddətinə, aylıq faiz dərəcəsi 17% olmaqla, 250000 (iki yüz əlli min) manat məbləğində kredit götürmüşdür. Bank "xxx” ASC ilə Cavabdeh1 arasında 30 avqust 2019-cu il tarixli, SMNZ-00164-17/19A nömrəli və Bank "xxx” ASC ilə Cavabdeh3 arasında bağlanmış 30 avqust 2019-cu il tarixli, SMNZ-00164- 17/19A nömrəli zaminlik müqavilələri bağlanılmış və həmin zaminlik müqavilələrinə əsasən Bank "xxx” ASC ilə "xxxx" MMC arasında 30 avqust 2019-cu il tarixli, SMN-00164-17/19A nömrəli kredit müqaviləsi üzrə "xxxx" MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlər – Cavabdeh1 və Cavabdeh3 bank qarşısında öz üzərinə birgə məsuliyyət götürmüşlər. Bank "xxx” ASC ilə Cavabdeh1 və "xxxx" MMC arasında 30 avqust 2019-cu il tarixli, SMMG-A0164-17/19A nömrəli sonrakı ipoteka müqaviləsi bağlanmış və sözügedən ipoteka müqaviləsinə əsasən Bank "xxx” ASC ilə "xxxx" MMC arasında 30 avqust 2019-cu il tarixli, SMN-00164-17/19A nömrəli kredit müqaviləsi üzrə "xxxx" MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan ünvan 5 və ünvan 4-ni Bank "xxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda sonradan tərəflər arasında qeyd olunan müqavilələrə Əlavə formasında sazişlər bağlanmışdır. Kreditor kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdehlər müqavilələr üzrə öhdəliklərini lazımınca icra etməmiş, bununla da müqavilə şərtləri və mülki qanunvericiliyin normaları pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İddia tələbinin bir hissəsini iddiaçı Bank "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, SMN-00055-17/18A saylı kredit müqaviləsinin, iddiaçı Bank "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SMN-00164-17/18A saylı kredit müqaviləsinin və iddiaçı Bank "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, DEN00057-17/18A saylı kredit müqaviləsinin ləğv edilməsi təşkil edir. İddia tələbinin göstərilən hissəsinə münasibətdə ilk növbədə qeyd olunmalıdır ki, xx.xx.2018-ci il tarixli, SMN-00055-17/18A saylı və xx.xx.2018-ci il tarixli, DEN00057- 17/18A saylı kredit müqavilələrinin hazırkı vaxtda müddəti qurtarmışdır. Beləliklə, ləğv olunması tələb olunan müqavilələrin müddəti qurtardığından iddia tələbi qeyd olunan hissədə təmin olunmamalıdır. xx.xx.2019-cu il tarixli, SMN-00164-17/18A saylı kredit müqaviləsinin ləğv edilməsinə münasibətdə isə sözügedən müqavilənin 2.10-cu bəndinə əsasən borc verən borc alanın bu müqavilə üzrə öhdəliyinin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən aşağıdakı hallarda bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş bütün dövr uçun hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını borc alandan tələb edə bilər. Bu hallardan biri 2.10.1-ci bəndə əsasən borc alan krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən azı iki dəfə beş təqvim günündən çox pozduqda nəzərdə tutulmuşdur. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, müqavilə şərtlərini pozmuşdur. Ona görə də hazırkı tələb xx.xx.2019-cu il tarixli, SMN-00164-17/18A saylı kredit müqaviləsinin ləğv edilməsi hissəsində əsaslı olduğundan təmin edilməli və sözügedən müqavilə ləğv edilməlidir. İddia tələbinin digər hissələrini Bank "xxxx" ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, SMN-00055-17/18A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2021-ci il tarixinə olan 102964,33 manat əsas borc, 19447,29 manat faiz borcu, 15258,84 manat dəbbə borcu, ümumilikdə 137670,46 manat məbləğində borcun; iddiaçı Bank "xxxx" ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SMN-00164-17/18A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2021-ci il tarixinə olan 257885,63 manat əsas borc, 54667,04 manat faiz borcu, 3641,48 manat dəbbə borcu, ümumilikdə 316194,15 manat məbləğində borcun və iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli DEN00057-17/18A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2021-ci il tarixinə olan 103632,48 manat əsas borc, 17638,32 manat faiz borcu, 8081,96 manat dəbbə borcu, ümumilikdə 129352,76 manat məbləğində borcun cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada Bank "xxxx" ASC-nin xeyrinə tutulması təşkil edir. Məhkəmə qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehlərin müqavilə öhdəliklərini lazımınca icra etmədiklərini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçının cavabdehlərdən xx.xx.2018-ci il tarixli, SMN-00055-17/18A saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə, xx.xx.2019cu il tarixli, SMN-00164-17/18A saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə və xx.xx.2018-ci il tarixli DEN00057-17/18A saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə yaranan borcun tutulması barədə tələb irəli sürməsini və AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 iyun 2022-ci il tarixli 9/3475 nömrəli ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcu və hesablanmış faizlərin tutulması hissəsində qismən təmin edilməli, cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada xx.xx.2018-ci il tarixli, SMN-00055-17/18A saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə olan 101316,90 manat (yüz bir min üç yüz on altı manat doxsan qəpik) əsas borc, 19447,29 manat (on doqquz min dörd yüz qırx yeddi manat iyirmi doqquz qəpik) faiz borcu; cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada xx.xx.2019-cu il tarixli, SMN-00164-17/18A saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə olan 257885,60 manat (iki yüz əlli yeddi min səkkiz yüz səksən beş manat altmış qəpik) əsas borc, 42653,14 manat (qırx min altı yüz əlli üç manat on dörd qəpik) faiz borcu; cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada xx.xx.2018-ci il tarixli, DEN-00057-17/18A saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə olan 99058,30 manat (doxsan doqquz min əlli səkkiz manat otuz qəpik) əsas borc, 17638,32 manat (on yeddi min altı yüz otuz səkkiz manat otuz iki qəpik) faiz borcu tutularaq iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İddia tələbinin digər hissəsini Bank "xxxx" ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, SMN-00055-17/18A saylı kredit müqaviləsi üzrə 15258,84 manat dəbbə borcu; Bank "xxxx" ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SMN-00164-17/18A saylı kredit müqaviləsi üzrə 3641,48 manat dəbbə borcu və Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli DEN00057-17/18A saylı kredit müqaviləsi üzrə 8081,96 manat dəbbə borcunun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehlərdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləğləri azaldılaraq xx.xx.2018-ci il tarixli, SMN-00055-17/18A saylı kredit müqaviləsi üzrə 5000 (beş min) manat; xx.xx.2019-cu il tarixli, SMN-00164-17/18A saylı kredit müqaviləsi üzrə 3641,48 manat (üç min altı yüz qırx bir manat qırx səkkiz qəpik) və xx.xx.2018-ci il tarixli, DEN- 00057-17/18A saylı kredit müqaviləsi üzrə 5000 (beş min) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddiaçı borc üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbini irəli sürmüşdür. Həmin tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit müqavilələri üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqavilələrinə əsasən digər cavabdehlərə məxsus yuxarıda qeyd edilən ünvanlarda yerləşən daşınmaz əmlaklar iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Qanunun (bundan sonra – Qanun) 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. “İpoteka haqqında” qanunun 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi tutmanın ipoteka predmetlərinə yönəldilməsi hissəsində əsaslı olduğundan təmin edilməli, tutma Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 13 saylı evin 1 B nömrəli və Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 13 saylı evin 2 B nömrəli mənzillərə yönəldilməli, həmin əmlaklar açıq hərracda satılmalı, əmlakların satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh1 qaytarılmalıdır. Bundan əlavə “İpoteka” haqqında Qanunun 39.3-ci maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə tərəfindən ipoteka predmetlərinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Həmin rəyə əsasən ipoteka predmeti olan Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 13 saylı evin 1 B nömrəli mənzilinin likvid dəyəri 232000 manat, Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 13 saylı evin 2 B nömrəli mənzilinin likvid dəyərinin 368000 manat olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 13 saylı evin 1 B nömrəli mənzilinin ilkin satış qiyməti 232000 manat, Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 13 saylı evin 2 B nömrəli mənzilinin ilkin satış qiyməti 368000 manat məbləğində müəyyən edilməlidir. İddia tələbinin bir hissəsini də ipoteka predmetlərinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi təşkil edir. Həmin tələbə münasibətdə qeyd edilməlidir ki, borcun Bank "xxxx" ASC-nin xeyrinə tutulmasının qət edilməsi ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulmasını da özündə ehtiva edir. İddia tələbinin bir hissəsini də ipoteka predmetlərinin boşaldılması və Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 övladı X7 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 13 saylı evin, 2 B nömrəli mənzildən istifadə hüququna xitam verilməsi təşkil edir. “İpoteka” haqqında Qanunun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduqda, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Tələbin göstərilən hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia həmin hissədə də təmin edilməli, tutma yönəldildikdən və mənzillər satıldıqdan sonra ünvan 4 ünvanında yerləşən mənzildə qeydiyyatda olan Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 övladı X7 ilə birlikdə həmin mənzildən istifadə hüququna xitam verilməli, hər iki mənzil boşaldılmalıdır. İddiaçı ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə 140 (yüz qırx) manat xidmət haqqı, 0,40 manat (qırx qəpik) bank xidmət haqqı, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə 130 (yüz otuz) manat xidmət haqqının, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilən 473,218 manat məbləğində dövlət rüsumunun və 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, cavabdehlərdən ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə 140 (yüz qırx) manat xidmət haqqı, 0,40 manat (qırx qəpik) bank xidmət haqqı, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə 130 (yüz otuz) manat xidmət haqqı, ödənilmiş dövlət rüsumuna görə 448 (dörd yüz qırx səkkiz) manat və 400 (dörd yüz) manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 700 (yeddi yüz) manat pul "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pul "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, "xxxx" ASC, VÖEN: **********, müxbir hesab: AZ25NABZ********************, kod: 505594, SWİFT: GUNAAZ22) köçürülməlidir Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada xx.xx.2018ci il tarixli, SMN-00055-17/18A saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə olan 101316,90 manat (yüz bir min üç yüz on altı manat doxsan qəpik) əsas borc, 19447,29 manat (on doqquz min dörd yüz qırx yeddi manat iyirmi doqquz qəpik) faiz borcu, 5000 (beş min) cərimə borcu olmaqla, cəmi 125764,19 manat (yüz iyirmi beş min yeddi yüz altmış dörd manat on doqquz qəpik), ödənilmiş dövlət rüsumuna görə 448 (dörd yüz qırx səkkiz) manat, 400 (dörd yüz) manat məbləğində mediasiya xərci, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə 140 (yüz qırx) manat xidmət haqqı, 0,40 manat (qırx qəpik) bank xidmət haqqı tutularaq iddiaçı Bank "xxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma ipoteka predmeti olan, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 5 və ünvan 4 saylı mənzillərə yönəldilsin, həmin əmlaklar açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına xx.xx.2018-ci il tarixli, SMN-00055-17/18A saylı kredit müqaviləsi üzrə borc, ödənilmiş dövlət rüsumuna görə 448 (dörd yüz qırx səkkiz) manat, 400 (dörd yüz) manat məbləğində mediasiya xərci, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə 140 (yüz qırx) manat xidmət haqqı, 0,40 manat (qırx qəpik) bank xidmət haqqı ödənilsin, tutma yönəldildikdən və mənzillər satıldıqdan sonra ünvan 4 ünvanında yerləşən mənzildə qeydiyyatda olan Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 övladı X7 ilə birlikdə həmin mənzildən istifadə hüququna xitam verilsin, hər iki mənzil boşaldılsın. İddiaçı Bank "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SMN-00164-17/18A saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada xx.xx.2019cu il tarixli, SMN-00164-17/18A saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə olan 257885,60 manat (iki yüz əlli yeddi min səkkiz yüz səksən beş manat altmış qəpik) əsas borc, 42653,14 manat (qırx min altı yüz əlli üç manat on dörd qəpik) faiz borcu, 3641,48 manat (üç min altı yüz qırx bir manat qırx səkkiz qəpik) cərimə borcu olmaqla, cəmi 304180,22 manat (üç yüz dörd min yüz səksən manat iyirmi iki qəpik), ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə 130 (yüz otuz) manat xidmət haqqı tutularaq iddiaçı Bank "xxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma ipoteka predmeti olan, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 5 və ünvan 4 saylı mənzillərə yönəldilsin, həmin əmlaklar açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına xx.xx.2019-cu il tarixli, SMN-00164-17/18A saylı kredit müqaviləsi üzrə borc, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə 130 (yüz otuz) manat xidmət haqqı ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada xx.xx.2018-ci il tarixli, DEN-00057-17/18A saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə olan 99058,30 manat (doxsan doqquz min əlli səkkiz manat otuz qəpik) əsas borc, 17638,32 manat (on yeddi min altı yüz otuz səkkiz manat otuz iki qəpik) faiz borcu, 5000 (beş min) cərimə borcu olmaqla, cəmi 121696,62 manat (yüz iyirmi bir min altı yüz doxsan altı manat altmış iki qəpik) məbləğində pul tutularaq iddiaçı Bank "xxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma ipoteka predmeti olan, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 5 və ünvan 4 saylı mənzillərə yönəldilsin, həmin əmlaklar açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına xx.xx.2018-ci il tarixli, DEN-00057-17/18A saylı kredit müqaviləsi üzrə borc ödənilsin. ünvan 5 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 232000 manat, ünvan 4 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 368000 manat müəyyən edilsin. İpoteka predmeti olan əmlakların satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənildikdən sonra satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh1 qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 700 (yeddi yüz) manat pul "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pul "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, "xxxx" ASC, VÖEN: **********, müxbir hesab: AZ25NABZ********************, kod: 505594, SWİFT: GUNAAZ22) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar