Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3483/2021 20.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və "xxxx" Şirkətinə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh və "xxxx" Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmi ******* (doqquz milyon iki min yeddi yüz altmış səkkiz) ABŞ dolları – bundan ******* (səkkiz milyon altı yüz min) ABŞ dolları əsas, 32251 (otuz iki min iki yüz əlli bir) ABŞ dolları faiz, 102962 (bir yüz iki min doqquz yüz altmış iki) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 267555 (iki yüz altmış yeddi min beş yüz əlli beş) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun cavabdehlər «BOS ŞELF” Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Şirkətindən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh və "xxxx" Şirkətini nümayəndəsi və vəkili Nümayəndə2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə vəsatət göndərərək onun (Nümayəndə2) COVİD-19 xəstəliyinə yoluxması səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasının cavabdehlər Cavabdeh və "xxxx" Şirkətini nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Cavabdehlər Cavabdeh və "xxxx" Şirkətini nümayəndəsi və vəkili Nümayəndə2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə vəsatətlə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin icraatında olan e- 2-2(113)-3483/2021 saylı işi e-2-2(113)-3514/2021 saylı işlə birləşdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 vəsatətin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə vəsatəti və iş materiallarını araşdıraraq, hesab edir ki, vəsatət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsaəsn əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, məhkəmənin icraatında olan e-2-2(113)-3514/2021 saylı və hazırkı e-2-2(113)-3483/2021 saylı işdə eyni tərəflərin iştirak etdiyini və eyni növlü şlərin olmasını nəzərə alaraq və gələcəkdə ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınması və ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün həmin işlərə bir icraatda baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 156, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və "xxxx" Şirkətinə qarşı “borcun tutulması” tələbinə dair e-2-2(113)-3483/2021 saylı iş, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “borcun tutulması və s.” tələbinə dair e-2-2(113)- 3514/2021 saylı işlə bir icraatda birləşdirilsin və baxılması üçün Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızına verilsin Qərardaddan şikayət verilə bilməz. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3483/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3483/2021
20.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver