Məhkəmə qərarları › İş №e-2-2(113)-3485/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3485/2022

20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3485/2022 20.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Qasımov Fərrux Hüseynağa oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (QSC), Cavabdeh6, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və əmlakların hərracda satılması tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC-dən, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3 xx.xx.2018-ci il tarixli, rb/km 1180 saylı kredit müaviləsi üzrə 371013,85 manat əsas borc, faiz borcuna görə 101040,98 manat, cərimə borcuna görə 33329,89 manat olmaqla, cəmi 505384,72 manat məbləğində pul vəsaitinin, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 80 manat rüsumun, mediasiya xidmətinə ödənilmiş 400 manat məbləğində vəsaitin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 396 manat məbləğində dövlət rüsumunun, cəmi 876 manat məbləğində pulun tutulması, tutmanın Cavabdeh2 tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən 83,1 kv.m. ümumi sahədən ibarət 59 nömrəli mənzilə, Cavabdeh5 tam mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, məhəllə 964, X1 küçəsi, ev 9 ünvanında yerləşən 101,9 kv.m. ümumi sahədən ibarət 95 nömrəli mənzilə, "xxxx" QSC-yə tam mülkiyyət hüququ ilə məxsus olan qeydiyyat nişanı ** JX ***, marka-model MAN TGS 40.480 yük, buraxılış ili - 2012-ci il, mühərrik 10518 sm3 olan nəqliyyat vasitəsinə, "xxxx" QSC-yə tam mülkiyyət hüququ ilə məxsus olan qeydiyyat nişanı ** JX ***, marka-model MAN TGS 33.360 yük, buraxılış ili - 2012-ci il, mühərrik 10518 sm3 olan nəqliyyat vasitəsinə, "xxxx" QSC-yə tam mülkiyyət hüququ ilə məxsus olan qeydiyyat nişanı ** JX ***, marka-model MAN TGS 41 400 yük, buraxılış ili - 2012-ci il, mühərrik 10518 sm3 olan nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakların ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlərdən xx.xx.2018-ci il tarixli, rb/km1180 saylı kredit müqaviləsi üzrə cəmi 505384,72 manat və 876 manat dövlət rüsumu məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 83,1 kv.m. ümumi sahədən ibarət 59 nömrəli mənzil və Bakı şəhəri, Nəsimi rayonu, məhəllə 964, X1 küçəsi, ev 9 ünvanında yerləşən 101,9 kv.m. ümumi sahədən ibarət 95 nömrəli mənzil cavabdehlər tərəfindən boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 4.5-ci maddəsinə əsasən tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. - 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. - 149.2.4-1-ci maddəsinə əsasən ərizədə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat göstərilməlidir. - 150.0 və 150.0.8-ci maddəsinə əsasən ərizəyə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. Qeyd olunan normaların tələbinə zidd olaraq iş materiallarına əlavə olunan “MŞB/9-00086 nömrəli, 13 iyun 2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, mediasiya sessiyasının tərəfləri İddiaçı ASC və "xxxx" QSC-dir. Bununla da, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələbinə riayət edilməsinə dair məlumat yalnız cavabdehlərdən biri - "xxxx" QSC barəsində verilmiş, digər cavabdehlər - Cavabdeh6, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh3 barəsində həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 150.1 və 150.1.6-ci maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilir. - 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. İş materiallarına iddiaçının cavabdehlərə ünvanladığı pretenziya məktubu və qaimə əlavə olunsa da, həmin sənədin yuxarıda qeyd olunan normaların tələbinə zidd olaraq, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə və ya İnternet Vergi İdarəsinin Online Kargüzarlıq sistemi vasitəsilə göndərilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; - 152.1, 152.1.6 və 152.1.6-1-ci maddələrinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə, Cavabdeh6, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və əmlakların hərracda satılması tələbi barədə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar