Məhkəmə qərarları › İş №e-2-2(113)-3489/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3489/2022

29.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3489/2022 29.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və s. tələblərə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1ndən və Cavabdeh2 107011,17 manat (bir yüz yeddi min on bir manat on yeddi qəpik) əsas borc, 26802,30 manat (iyirmi altı min səkkiz yüz iki manat otuz qəpik) əsas borca hеsablanmış faiz borcu olmaqla, cəmi 133813,47 manat (bir yüz otuz üç min səkkiz yüz on üç manat qırx yeddi qəpik) məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 (on) manat dövlət rüsumu və 120 (bir yüz iyirmi) manat xidmət haqqı olmaqla, cəmi 130 (bir yüz otuz) manat pulun və 424,21 manat (dörd yüz iyirmi dörd manat iyirmi bir qəpik) dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotеkaya qoyulmuş, Cavabdeh3 mülkiyyətində olan, Tovuz rayonu, Alakol kəndində yerləşən 0.0878 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 625.8 kv.m-dən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi və ipoteka predmeti hərracda satıldıqda Cavabdeh3 Tovuz rayonu, Alakol kəndində yerləşən 0.0878 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 625.8 kv.m-dən ibarət qeyri-yaşayış binasından çıxarılması və həmin qeyri-yaşayış binasının boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 16 oktyabr 2018-ci il tarixli, 800876-589839/1 nömrəli kredit xətti müqaviləsi imzalanmışdır. Bağlanmış kredit xətti müqaviləsinin şərtlərinə görə İddiaçı ASC tərəfindən Cavabdeh1 MMC-yə əsas vəsaitlərin alınması məqsədilə illik 17 faiz dərəcəsi ilə 60 ay müddətinə 160000 (bir yüz altmış min) manat məbləğində krеdit xətti açılmış və həmin məbləğ Cavabdeh1 MMC tərəfindən hissə-hissə olaraq götürülmüşdür. Həmin kredit xətti müqaviləsinin təminatı olaraq Cavabdeh3 mülkiyyətində olan, Tovuz rayonu, Alakol kəndində yerləşən 0.0878 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 625.8 kv.m-dən ibarət qeyri-yaşayış binası 16 oktyabr 2018-ci il tariхli, 800876-589839/1 nömrəli ipotеka müqaviləsinə əsasən banka ipotеkaya qoyulmuşdur. Еyni zamanda bank və Cavabdeh2 arasında 21 oktyabr 2019-cu il tariхli, 800876-589839/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, bank tərəfindən “İpoteka haqqında” AR-nın Qanununun 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2021-ci il tarixli, 001/007/3580/2021 nömrəli bildiriş ipoteka qoyan Cavabdeh3 sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin mediasiyada həll edilməsi üçün müvafiq qaydada Mediasiya Şurasına müraciət edilmişdir. Bank tərəfindən mediasiya xərci olaraq, 400 manat məbləğində xidmət haqqı ödənilmişdir. Mediasiya prosesində qarşı tərəf iştirak etmədiyinə görə 29 aprel 2022-ci il tarixli, MŞB\2-00694 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmişdir. Kredit müqaviləsi üzrə borclu Cavabdeh1 MMC öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə İddiaçı ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə müraciət edərək, Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada 107011,17 manat (bir yüz yeddi min on bir manat on yeddi qəpik) əsas borc, 26802,30 manat (iyirmi altı min səkkiz yüz iki manat otuz qəpik) əsas borca hеsablanmış faiz borcu olmaqla, cəmi 133813,47 manat (bir yüz otuz üç min səkkiz yüz on üç manat qırx yeddi qəpik) məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 (on) manat dövlət rüsumu və 120 (bir yüz iyirmi) manat xidmət haqqı olmaqla, cəmi 130 (bir yüz otuz) manat pulun və 424,21 manat (dörd yüz iyirmi dörd manat iyirmi bir qəpik) dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotеkaya qoyulmuş, Cavabdeh3 mülkiyyətində olan, Tovuz rayonu, Alakol kəndində yerləşən 0.0878 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 625.8 kv.m-dən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi və ipoteka predmeti hərracda satıldıqda Cavabdeh3 Tovuz rayonu, Alakol kəndində yerləşən 0.0878 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 625.8 kv.m-dən ibarət qeyri-yaşayış binasından çıxarılması və həmin qeyri-yaşayış binasının boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında ərizədə göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilsə də, cavabdehlər və nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər və nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 MMC arasında bağlanmış 16 oktyabr 2018-ci il tarixli, 800876-589839/1 nömrəli kredit xətti müqaviləsinin məzmunundan görünür ki, borcalan bankdan 60 (altmış) ay müddətinə, illik faiz dərəcəsi 17% olmaqla, 160000 (yüz altmış min) manat məbləğində kredit götürmüşdür. - İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 21 oktyabr 2019-cu il tarixli, 800876-589839/1 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 MMC arasında bağlanmış 16 oktyabr 2018-ci il tarixli, 800876-589839/1 nömrəli kredit xətti müqaviləsi üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. - İddiaçı ASC ilə Cavabdeh3 və Cavabdeh1 MMC arasında bağlanmış və Gəncə “ASAN xidmət” mərkəzinin notariat kontoru tərəfindən təsdiq edilmiş 16 oktyabr 2018-ci il tarixli, 800876-589839/1 nömrəli ipoteka müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 16 oktyabr 2018-ci il tarixli, 800876- 589839/1 nömrəli kredit xətti müqaviləsi üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh3 tərəfindən onun mülkiyyətində olan Tovuz rayonu, Alakol kəndində yerləşən 0.0878 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 625.8 kv.m-dən ibarət qeyri-yaşayış binası İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən edilir ki, Tovuz rayonu, Alakol kəndində yerləşən 0.0878 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 625.8 kv.m-dən ibarət qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh3 adına xx.xx.2018-ci ildə Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********). - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 2 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində qeydiyyata alınmış və RX seriyalı, ******* nömrəli çıxarışın məzmunundan görünür ki, Tovuz rayonu, Alakol kəndində yerləşən 0.0878 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 625.8 kv.m-dən ibarət qeyri-yaşayış binasının Cavabdeh1 MMC-nin kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. - 15 iyul 2021-ci il tarixli, 001/007/3580/2021 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin məzmunundan görünür ki, ipoteka saxlayan İddiaçı ASC tərəfindən cavabdeh-ipoteka qoyan Cavabdeh3 müvafiq bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2021-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı ASC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 (on) manat məbləğində dövlət rüsumu və 120 (yüz iyirmi) manat məbləğində xidmət haqqı ödəmişdir. - Cavabdeh-ipoteka qoyan Cavabdeh3 həyat yoldaşı X1 notariat orqanına ünvanladığı müvafiq ərizənin məzmunundan görünür ki, Tovuz rayonu, Alakol kəndində yerləşən 0.0878 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 625.8 kv.mdən ibarət qeyri-yaşayış binasının ipoteka qoyanın həyat yoldaşı kimi əmlakın ipotekaya qoyulmasına etiraz etmədiyini bildirmiş və gələckdə ipotekaya qoyulmuş əmlaka tutma yönəldiyi halda və ya həmin əmlak satıldıqda onu qeyd-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. - xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin xx.xx.2022-ci il tarixə 16 oktyabr 2018-ci il tarixli, 800876-589839/1 nömrəli kredit xətti müqaviləsi üzrə banka ödənilməmiş əsas kredit borcu 107011,17 manat, faiz borcu 26802,30 manat olmaqla, cəmi 133813,47 manat məbləğində borcu vardır. - "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli, ƏEM/O 75-720/22 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh3 məxsus Tovuz rayonu, Alakol kəndində yerləşən 0.0878 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 625.8 kv.m-dən ibarət qeyri-yaşayış binasının xx.xx.2022-ci il tarixə likvid dəyəri 260000 (iki yüz altmış min) manat, bazar dəyəri 320000 (üç yüz iyirmi min) manat müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5228 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, borcalan - Cavabdeh1 MMC tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2022-ci il tarixə əsas kredit borcu 107003,42 manat, faiz borcu 22351,78 manat; xx.xx.2022-ci il tarixə əsas kredit borcu 107003,42 manat, faiz borcu 23513,95 manat. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında 16 oktyabr 2018-ci il tarixli, 800876-589839/1 nömrəli kredit xətti müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borcalana bank tərəfindən 60 (altmış) ay müddətinə, illik faiz dərəcəsi 17% olmaqla, 160000 (yüz altmış min) manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh3 və Cavabdeh1 MMC arasında 16 oktyabr 2018-ci il tarixli, 800876-589839/1 nömrəli ipoteka müqaviləsi bağlanmış və sözügedən ipoteka müqaviləsinə əsasən İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 16 oktyabr 2018-ci il tarixli, 800876-589839/1 nömrəli kredit xətti müqaviləsi üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh3 tərəfindən onun mülkiyyətində olan Tovuz rayonu, Alakol kəndində yerləşən 0.0878 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 625.8 kv.m-dən ibarət qeyriyaşayış binası İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında 21 oktyabr 2019-cu il tarixli, 800876-589839/1 nömrəli zaminlik müqaviləsi bağlanılmış və həmin zaminlik müqaviləsinə əsasən İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 16 oktyabr 2018-ci il tarixli, 800876-589839/1 nömrəli kredit xətti müqaviləsi üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə zamin – Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. İddia tələbinin bir hissəsini Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada 107011,17 manat (bir yüz yeddi min on bir manat on yeddi qəpik) əsas borc, 26802,30 manat (iyirmi altı min səkkiz yüz iki manat otuz qəpik) əsas borca hеsablanmış faiz borcu olmaqla, cəmi 133813,47 manat (bir yüz otuz üç min səkkiz yüz on üç manat qırx yeddi qəpik) məbləğində borcun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehlərin müqavilə öhdəliklərini lazımınca icra etmədiklərini (borcalan və zamin), belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5228 nömrəli ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcu və hesablanmış faizlərin tutulması hissəsində qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 107003,42 manat (yüz yeddi min üç manat qırx iki qəpik) əsas borc, 23513,95 manat (iyirmi üç min beş yüz on üç manat doxsan beş qəpik) faiz borcu İddiaçı ASC-nin xeyrinə tutulmalı, qalan hissədə isə təmin olunmamalıdır. İddiaçı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini irəli sürmüşdür. Həmin tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus yuxarıda qeyd edilən ünvanda yerləşən daşınmaz əmlak iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Qanunun (bundan sonra – Qanun) 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. “İpoteka haqqında” qanunun 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində əsaslı olduğundan təmin edilməli, tutma 16 oktyabr 2018-ci il tarixli, 800876-589839/1 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus olan (AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış, Reyestr **********71-06301, Qeydiyyat nömrəsi **********, seriya RX № ******* olan çıxarışa əsasən) Tovuz rayonu, Alakol kəndində yerləşən 0.0878 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 625.8 kv.m-dən ibarət qeyri-yaşayış binasına yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ müvafiq olaraq Cavabdeh3 qaytarılmalıdır. Bundan əlavə “İpoteka” haqqında Qanunun 39.3-ci maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə tərəfindən ipoteka predmetinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Həmin rəydən görünür ki, ipoteka predmeti olan, Cavabdeh3 məxsus olan Tovuz rayonu, Alakol kəndində yerləşən 0.0878 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 625.8 kv.m-dən ibarət qeyri-yaşayış binasının likvid dəyəri 260000 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh3 məxsus olan Tovuz rayonu, Alakol kəndində yerləşən 0.0878 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 625.8 kv.m-dən ibarət qeyri-yaşayış binasının ilkin satış qiyməti 260000 manat məbləğində müəyyən edilməlidir. İddia tələbinin bir hissəsini də ipoteka predmetinin boşaldılması təşkil edir. “İpoteka” haqqında Qanunun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduqda, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin normaya əsaslanaraq, tələbin göstərilən hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia həmin hissədə də təmin edilməli, ipoteka predmeti açıq hərracda satıldıqda ipoteka predmeti boşaldılmalı və alıcıya təhvil verilməlidir. İddiaçı ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 (on) manat dövlət rüsumu və 120 (yüz iyirmi) manat xidmət haqqının, eləcə də 424,21 manat (dörd yüz iyirmi dörd manat iyirmi bir qəpik) rüsumun (mediasiya xərci+ödənilmiş rüsum) cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 (on) manat rüsum və 120 (yüz iyirmi) manat xidmət haqqı, mediasiya xərci və dövlət rüsumuna görə 413,40 manat (dörd yüz on üç manat qırx qəpik) (ödənilmiş tələbə uyğun) tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir. Eləcə də iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 500 (beş yüz) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, "xxxx" ASC, VÖEN: **********, müxbir hesab: AZ25NABZ********************, kod: 505594, SWİFT: GUNAAZ22) köçürülməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 107003,42 manat (yüz yeddi min üç manat qırx iki qəpik) əsas borc, 23513,95 manat (iyirmi üç min beş yüz on üç manat doxsan beş qəpik) faiz borcu, 413,40 manat (dörd yüz on üç manat qırx qəpik) rüsum, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 (on) manat rüsum və 120 (yüz iyirmi) manat xidmət haqqı olmaqla, cəmi 131060,77 manat (yüz otuz bir min altmış manat yetmiş yeddi qəpik) məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma Cavabdeh3 məxsus, ipoteka predmeti olan Tovuz rayonu, Alakol kəndində yerləşən 0,0878 ha torpaq sahəsi və onun üzərində yerləşən 625,8 kvadrat metrdən ibarət qeyri-yaşayış binasına yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilsin, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh3 qaytarılsın. İpoteka predmeti olan, Tovuz rayonu, Alakol kəndində yerləşən 0,0878 ha torpaq sahəsi və onun üzərində yerləşən 625,8 kvadrat metrdən ibarət qeyri-yaşayış binasının ilkin satış qiyməti 260000 (iki yüz altmış min) manat müəyyən edilsin. İpoteka predmeti olan, Tovuz rayonu, Alakol kəndində yerləşən 0,0878 ha torpaq sahəsi və onun üzərində yerləşən 625,8 kvadrat metrdən ibarət qeyri-yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan sonra Cavabdeh3 həmin yaşayış sahəsindən çıxarılmaqla, əmlak boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 500 (beş yüz) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, "xxxx" ASC, VÖEN: **********, müxbir hesab: AZ25NABZ********************, kod: 505594, SWİFT: GUNAAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar