Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-349/2024 14.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər X6ağa oğluna və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə öhdəliyin icrası və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, ipoteka müqaviləsi, maliyyə arayışı) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, Cavabdeh X6ağa oğlunun iştirakı ilə, Digər cavabdehin iştirakı olmadan, İddiaçı ASC cavabdehlər X6ağa oğluna və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə öhdəliyin icrası və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6ağa oğlu və Cavabdeh2 İddiaçı ASC-in xeyrinə xx.xx.2021-ci tarixli kredit müqaviləsi üzrə 13817.27 manat əsas, 1256.92 manat faiz və 14.56 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 15088.75 manat borcun, 200 manat ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişi və dövlət rüsumunun), ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ödənilməsi, tutmanın X6ağa oğlunun mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 60.69 m2, 38 m2 yaşayış, 22.69 m2 köməkçi sahədən ibarət olan, yaşayış otaqlarının sayı 2 olan mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 60.69 m2, 38 m2 yaşayış, 22.69 m2 köməkçi sahədən ibarət olan, yaşayış otaqlarının sayı 2 olan mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli Kredit Limitinin ayrılmasına dair müqaviləyə əsasən X6ağa oğluna İddiaçı ASC-nin “Nərimanov” filialından illik 30%-lə 120 ay müddətinə 200000 manat məbləğində kredit limiti verilmişdir. xx.xx.2021-ci il tarixli kredit verilməsinə dair müqaviləyə əsasən X6ağa oğlu İddiaçı ASC-nin “Nərimanov” filialından illik 23%-lə 36 ay müddətinə 15000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2022-ci il tarixli Əlavə Saziş 1-ə əsasən xx.xx.2021-ci il tarixli kreditin müddəti xx.xx.2025-ci il tarixinə kimi uzadılmışdır. Əlavə Sazişin 1.1.1-ci bəndinə əsasən kredit üzrə qalıq borc məbləği kapitallaşdırılmaqla 14503.78 manat təşkil etmişdir. Borcun təminatı olaraq, X6ağa oğlunun mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 60.69 m2, yaşayış sahəsi 38 m2, yardımçı sahəsi 22.69 m2 ibarət olan, yaşayış otaqlarının sayı 2 olan mənzil xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2021-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. 2023-cü il avqustun 29-dək X6ağa oğlunun xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka 13817.27 manat əsas, 1256.92 manat faiz və 58.23 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 15132.42 manat borcu vardır. X6ağa oğlunun banka xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 58.23 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%- i miqdarında olmaqla, yəni 14.56 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq X6ağa oğlu və Cavabdeh2 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdeh X6ağa oğlu və Cavabdeh2 bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. İddiaçı ASC cavabdeh X6ağa oğlu və Cavabdeh2 arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır. Belə ki, kredit müqavilələrinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iş ekspertiza mərkəzində olduğu müddətdə cavabdeh tərəfindən 2024-cü ildə 600 manat ödəniş edilmişdir və Bank tərəfindən həmin ödənişin hamısı əsas borca aid edilmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh X6ağa oğlu bildirdi ki, borcu tam ödəməyə imkanı yoxdur. Hissə-hissə olmaqla hər ay 700-800 manat ödəməyə razıdır.
5. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məlumat verilməmişdir.
6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı ASC ilə X6ağa oğlu arasında xx.xx.2021-ci il tarixdə bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə əlavə olan (kredit limitinin ayrılmasına dair) 22-MCR-1- 961-21 nömrəli 4 saylı razılaşmaya əsasən borcalana 200000 manat məbləğində illik 30% olmaqla kredit verilmiş və kreditin müddəti 120 ay nəzərdə tutulmuşdur.
9. Yelo Bank” ASC ilə X6ağa oğlu arasında xx.xx.2021-ci il tarixdə bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə əlavə olan (kredit verilməsinə dair) 22- MCR-1-961-21/1 nömrəli 5 saylı razılaşmaya əsasən borcalana 15000 manat məbləğində illik 23% olmaqla kredit verilmiş və kreditin müddəti 36 ay nəzərdə tutulmuşdur.
10. İddiaçı ilə zamin X3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, Z/07/191/21 saylı zaminlik müqaviləsinə əsasən:
11. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmeti xx.xx.2021-ci il tarixdə 422-MCR-1-961-21 saylı kredit limitinin ayrılmasına dair müqavilə bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir.
12. Müqavilənin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəliklər kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
13. xx.xx.2021-ci il tarixdə DA/00649/21 saylı ipoteka müqaviləsinin 1.1-ci bəndinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı xx.xx.2021-ci il tarixdə 22-MCR-1-961-21 saylı kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana ipotekaya verir.
14. Müqavilənin 2.1-ci bəndinə əsasən ipotekaya verilən əmlakın təsviri X6ağa oğluna məxsus olan Bakı şəhəri, Xətai rayonu, Daşqın Səfərov küçəsi, ev 7, 10 saylı ənzildir. Ümumi sahəsi 60,69 kv.m., yaşayış sahəsi 38 kv.m., yardımçı sahə 22,69 kv.m., yaşayış otaqlarının sayı 2. İpoteka qoyanın bu müqaviləyə əsasən ipoteka ilə yüklü edilmiş əmlak üzərində mülkiyyət hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqlarının Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2007-ci il tarixli, **********76-05101-093006 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarışla təsdiq edilir.
15. Müqavilənin 9.1-ci bəndinə əsasən aşağıdakı hallarda ipoteka saxlayan ipoteka ilə təmin edilmiş əmlaka tutma yönəltmək hüququna malikdir:
16. Müqavilənin 9.1.1-ci bəndinə əsasən qanunvericilikdə müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla borcalan tərəfindən ipoteka ilə təmin olunmuş əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrası 12 ay ərzində 2 dəfə və daha çox gecikdirildikdə.
17. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Daşqın Səfərov küçəsi, ev 7, 10 saylı mənzil İddiaçı ASC Nərimanov filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir.
18. xx.xx.2021-cu il tarixli, 22-MMCR-1-961-21/1 saylı kredit müqaviləsinə xx.xx.2022-ci il tarixli 1 saylı əlavə sazişə əsasən:
19. Sazişin 1.1.1-ci bəndinə əsasən müqavilənin 2.4, 2.4.1, 2.4.2 və 2.4.3-cü yarımbəndləri ləğv edilir.
20. Sazişin 1.1.2-ci bəndinə əsasən müqavilə üzrə kreditin qalıq borc məbləği (əsas borc, geckdirilmiş əsas borc, faiz borcu, gecikdirilmiş faiz borcu və cərimə) kapitallaşdırılmaqla 14503,78 manat təşkil edir.
21. Sazişin 1.1.3-cü bəndinə əsasən müqavilə üzrə kreditin müddəti xx.xx.2025-ci il tarixədək uzadılır.
22. Sazişin 1.1.4-cü bəndinə əsasən müqavilə üzrə kreditin illik faiz dərəcəsi 23 % təşkil edir.
23. Sazişin 2.1-ci bəndinə əsasən müqavilənin digər bəndləri dəyişdirilmədən saxlanılır.
24. 22-MMCR-1-961-21/1 saylı kredit müqaviləsinə xx.xx.2022-ci il tarixli 1 saylı əlavəyə əsasən borcalan tərəfindən xx.xx.2025-ci il tarixə kimi ödənilməli olan ümumi məbləğ 20471,25 manat (əsas məbləğ 14503,78 manat, faizin məbləği 5967,47 manat) qeyd olunmuşdur.
25. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən X2 xx.xx.2021ci il tarixdən 36 ay müddətinə yəni xx.xx.2025-ci il tarixinə kimi 23% olmaqla 15000 kredit verilmiş, həmin kreditdən əsas borc üzrə ödənilən məbləğ 2209,54 manat, cəmi ödənilən faiz 4196,57 manat, , əsas borc üzrə qalıq məbləğ 13817,27 manat və faiz borc üzrə qalıq məbləğ 1256,92 manat və cərimə üzrə qalıq borc məbləğ 58,23 manat, ümumi borc məbləği 15132,42 manat müəyyən edilmişdir.
26. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı ASC- ilə borc alan X6ağa oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22-MCR-1-961-21 saylı Kredit müqaviləsi üzrə aparılmış ödənişlər nəzərə alınmaqla ilk xəbərdarlıq məktubunun cavabdehlərə çatdırıldığı xx.xx.2023-cü il tarixə, maliyyə arayışının verildiyi xx.xx.2023cü il tarixinə (ayrı-ayrı göstərilməklə) əsas və faiz və cərimə borcunun məbləği nə qədər təşkil edilməsinin müəyyən edilməsi məqsədilə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi təyin edilmiş və ekspertin xx.xx.2024-cü il tarixli, 9/9451 saylı rəyində cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixə əsas borcu 13520 manat, faiz borcu 1154,73 manat, maliyyə arayışında göstərilən xx.xx.2023-cü il tarixinə kimi əsas borcu 13520 manat, faiz borcu 1260,71 manat müəyyən edilmişdir. Həmçinin bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun hesablanması ilə əlaqədar məlumat olmadığı üçün cavabdeh X6ağa oğluna cərimə borcu hesablanmadığı qeyd olunmuşdur.
27. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X6ağa oğlunun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilin real bazar qiyməti və likvid dəyərinin nə qədər təşkil edilməsinin müəyyən edilməsi üçün əmlakın qiymətləndirilməsi ekspertizası keçirilmiş və "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, LP-007/2024 saylı rəyində Bakı şəhəri, Xətai rayonu, Daşqın Səfərov küçəsi, ev 7, 10 saylı mənzilin real bazar qiyməti 69000 manat və likvid qiyməti isə 65000 manat müəyyən edilmişdir.
28. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən X2 xx.xx.2021ci il tarixdən 36 ay müddətinə yəni xx.xx.2025-ci il tarixinə kimi 23% olmaqla 15000 kredit verilmiş, həmin kreditdən əsas borc üzrə ödənilən məbləğ 2803,54 manat, cəmi ödənilən faiz 4196,57 manat, əsas borc üzrə qalıq məbləğ 13223 manat və faiz borc üzrə qalıq məbləğ 2779,45 manat və cərimə üzrə qalıq borc məbləğ 590,97 manat, ümumi borc məbləği 16593,69 manat müəyyən edilmişdir.
29. X2 məxsus xx.xx.2024-cü il tarixli hesabdan çıxarışa əsasən borclu xx.xx.2024cü il tarixdə 400 manat və xx.xx.2024-cü il tarixdə isə 200 manat məbləğində pul ödəmişdir.
30. Məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir.
31. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2021-ci il tarixli Kredit Limitinin ayrılmasına dair müqaviləyə əsasən X6ağa oğluna İddiaçı ASC-nin “Nərimanov” filialından illik 30%-lə 120 ay müddətinə 200000 manat məbləğində kredit limiti verilmişdir. xx.xx.2021-ci il tarixli kredit verilməsinə dair müqaviləyə əsasən X6ağa oğlu İddiaçı ASC-nin “Nərimanov” filialından illik 23%-lə 36 ay müddətinə 15000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2022-ci il tarixli Əlavə Saziş 1-ə əsasən xx.xx.2021-ci il tarixli kreditin müddəti xx.xx.2025-ci il tarixinə kimi uzadılmışdır. Əlavə Sazişin 1.1.1-ci bəndinə əsasən kredit üzrə qalıq borc məbləği kapitallaşdırılmaqla 14503.78 manat təşkil etmişdir. Borcun təminatı olaraq, X6ağa oğlunun mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 60.69 m2, yaşayış sahəsi 38 m2, yardımçı sahəsi 22.69 m2 ibarət olan, yaşayış otaqlarının sayı 2 olan mənzil xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır.
32. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi cavabdeh X6ağa oğlu mübahisəli kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəniş qrafikinə uyğun olaraq ödəməməklə müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur.
33. Məhkəmə iddianın kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsinə dair qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
34. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
35. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
36. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
37. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
38. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
39. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.
40. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
41. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
42. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
43. Cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
44. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının müqavilə üzrə tələb etdiyi əsas və faiz borc məbləğləri ekspert rəyində göstərilən məbləğlərlə eynilik təşkil etmir, ekspert rəyində göstərilən məbləğlər iddia tələbində göstərilən əsas və faiz borcu məbləğindən aşağı məbləğdə müəyyən edilmişdir. Beləliklə, məhkəmə xx.xx.2021ci il tarixli, 22-MCR-1-961-21 saylı kredit razılaşması müqaviləsi üzrə əsas və faiz borcu məbləği ekspert rəyində müəyyən edilən məbləğdə yəni xx.xx.2023-cü il tarixə əsas borc üzrə 13520 manat və faiz borcu üzrə 1154,73 manat olmaqlq cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli olduğu qənaətinə gəlir. Məhkəmə həmçinin əsas borc məbləğinə dair onu da qeyd edir ki, iş məhkəmədə baxılan zaman (ekspert rəyi veriləndən sonra) borcu tərəfindən 600 manat məbləğində ödəniş edildiyindən və iddiaçı tərəfində qeyd etdiyi kimi məhkəmə gedişatı zamanı borc üzrə edilən ödənişlər borcluya güzəşt olaraq əsas borcdan silindiyindən məhkəmə tutulmalı olan əsas borc məbləğini 12920 manat həddində (13520-600=12920 manat) müəyyən edilməsini əsaslı hesab edir.
45. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun ödəniş qrafikinə uyğun qaytarılmadığına görə müqavilə üzrə 14,56 manat məbləğində hesablanmış dəbbə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.
46. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
47. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
48. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehlərdən tutulacaq dəbbə pulu xx.xx.2021-ci il tarixli, 22- MCR-1-961-21 saylı kredit müqaviləsi üzrə iddia tələbində qeyd olunduğu kimi 14,56 manat məbləğində müəyyən edilməlidir.
49. Bununla yanaşı iş materiallardan görünür ki, İddiaçı ASC borc üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbini də irəli sürmüşdür.
50. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə digər cavabdeh X6ağa oğlu arasında xx.xx.2021-ci il tarixdə DA/00649/21 saylı ipoteka müqaviləsi bağlanmış və müqavilənin 1.1-ci bəndinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı xx.xx.2021-ci il tarixdə 22-MCR-1-961-21 saylı kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana ipotekaya qoyur. Müqavilənin 2.1-ci bəndinə əsasən ipotekaya verilən əmlakın təsviri kimi X6ağa oğluna məxsus olan Bakı şəhəri, Xətai rayonu, Daşqın Səfərov küçəsi, ev 7, 10 saylı ənzildir. Ümumi sahəsi 60,69 kv.m., yaşayış sahəsi 38 kv.m., yardımçı sahə 22,69 kv.m., yaşayış otaqlarının sayı 2. İpoteka qoyanın bu müqaviləyə əsasən ipoteka ilə yüklü edilmiş əmlak üzərində mülkiyyət hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqlarının Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2007-ci il tarixli, **********76-05101-093006 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarışla təsdiq edilir. Müqavilənin 9.1-ci bəndinə əsasən aşağıdakı hallarda ipoteka saxlayan ipoteka ilə təmin edilmiş əmlaka tutma yönəltmək hüququna malikdir. Müqavilənin 9.1.1-ci bəndinə əsasən qanunvericilikdə müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla borcalan tərəfindən ipoteka ilə təmin olunmuş əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrası 12 ay ərzində 2 dəfə və daha çox gecikdirildikdə. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Daşqın Səfərov küçəsi, ev 7, 10 saylı mənzil İddiaçı ASC Nərimanov filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir.
51. .Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyanlara ipotekaya tutma yönəldilməsi barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə müraciət edilmiş və bildirişlər reyestrdə qeydiyyata alınmışdır.
52. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.
53. “İpoteka haqqında” Qanunun:
54. 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.
55. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır:
56. 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;
57. 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi;
58. 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
59. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.
60. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.
61. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, cavabdeh X6ağa oğlu kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyin icrasını 90 təqvim günündən daha çox müddətə gecikdirmişdir. Nəticədə “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır.
62. Belə olan halda məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma X6ağa oğlunun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Daşqın Səfərov küçəsi, ev 7 ünvanında yerləşən ümumi sahəsi 60,69 kv.m., yaşayış sahəsi 38 kv.m., yardımçı sahə 22,69 kv.m., 2 otaqlı olan 10 saylı mənzilə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ cavabdeh X6ağa oğluna qaytarılmalı, o cümlədən satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər X6ağa oğlu və Cavabdeh2 tutulmalıdır.
63. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
64. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetlərinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici şirkətin rəyi alınmışdır.
65. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, LP-007/2024 saylı rəyində Bakı şəhəri, Xətai rayonu, Daşqın Səfərov küçəsi, ev 7, 10 saylı mənzilin real bazar qiyməti 69000 manat və likvid qiyməti isə 65000 manat dəyərində olması müəyyən edilmişdir.
66. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
67. Belə olan halda məhkəmə "xxxx" MMC-nin rəylərində müəyyən edilmiş müvafiq olaraq Bakı şəhəri, Xətai rayonu, Daşqın Səfərov küçəsi, ev 7, 2 otaqlı 10 saylı mənzilin likvid dəyərinin 65000 manat ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədə müvafiq hesab edir.
68. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə İlkin mediasiya sessiyasının keçirilməsinə görə 200 manat və bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun və xidmət haqqının əvəzi olaraq 51 manat məbləğində iddiaçı tərəfindən ödənişlər edilmişdir.
69. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən mediasiya xərcləri məhkəmə xərclərinə aid olunmasa da, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
70. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.
71. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
72. Beləliklə,məhkəmə hesab edirki, iddia qismən təmin edildiyi üçün mediasiya xərcinin əvəzi olaraq 133 manat, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun və xidmət haqqının əvəzi olaraq 51 manat, mühasibatlıq ekspertizasnın xərcinə görə 100 manat və əmlakın giymətləndirilməsi xərci olaraq 300 manat cavabdehlərə aid edilməlidir.
V. Nəticə:
73. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehlər X6ağa oğlu və Cavabdeh2 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 12920 manat əsas borc məbləği, 1154,73 manat faiz və 14,56 manat dəbbə pulu olmaqla ümumilikdə 14089,29 manat, mediasiya xərcinin əvəzi olaraq 133 manat, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun və xidmət haqqının əvəzi olaraq 51 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb üzrə tutma X6ağa oğluna məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 60.69 m2, 38 m2 yaşayış, 22.69 m2 köməkçi sahədən ibarət olan, 2 otaqlı mənzilinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 65000 manat məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ cavabdeh X6ağa oğluna qaytarılsın. Satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər X6ağa oğlu və Cavabdeh2 tutulsun. Qalan hissədə iddia rədd edilsin. Əmlakın qiymətləndirilməsi üçün xərclənmiş 300 manat məbləğində pul vəsaiti cavabdehlər X6ağa oğlu və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin ("xxxx" MMC - VÖEN:**********, bank: "xxxx" ASC Yasamal filialı, Kod: 512565, VÖEN: **********, H/h: AZ30AZRT********************, M/h:AZ02NABZ********************, SWİFT: AZRT AZ22) hesabına keçirilsin. Məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti müştərək qaydada X6ağa oğlu və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova