Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3491/2022 29.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X12 qızının katibliyi, İddiaçı MTK-nın nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MTK iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi ziyana görə 37370 manat və mənəvi ziyana görə 10000 manat, vəkillərə ödənilmiş 512 manat, mediasiya prosesi ilə bağlı rüsum 202 manat, eləcə də məhkəməyə iddia ərizələrinin verilməsinə görə dövlət rüsumu kimi ödədiyimiz 30 və 235 manat, ümumilikdə 48349 manat məbləğində pulun cabadehlər “İntroduction of X15” Məhdud Məsuliyyətli Cəmiyyətindən (hazırki adı: Cavabdeh1 VÖEN: **********) və qanuni təmsilçi, baş direktor Cavabdeh2 tutularaq İddiaçı MTK-ya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, X10 2014-cü ildən İddiaçı MTK-nı ailə üzvləri ilə birgə təsis etmiş, 2017-ci ildən MTK-nın sədri vəzifəsində çalışır. 2013-2014-cü ildən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində və Bakı-Sumqayıt avtomobil yolunun Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən keçən 15-ci kilometrliyində hündürmrtəbəli yaşayış binalarının tikintisinə başlanılmışdır. 2019-cu ilin yanvar ayında “İntroduction of X15” şirkətinin baş direktoru kimi özünü təqdim edən Cavabdeh2 (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi AZE: ********, xx.xx.2017-ci il tarixində ASAN 2 tərəfindən verilmişdir) İddiaçı MTK-nın ofisinə gələrək baş direktor və rəhbəri olduğu şirkətin qaz çəkilişi üçün texniki şərtin, layihənin, qaz sayğaclarının alınması və quraşdırılması işi ilə məşğul olduğunu bildirmişdir. Bu məqsədlə Cavabdeh2 hər iki ünvanda inşa edilən 7 sayda 12 mərtəbəli binanın və 1 sayda 16 mərtəbəli binanın qaz sayğacının texniki şərtinin, layihəsinin, qaz sayğaclarının alınıb – quraşdırılması işlərini görəcəyi bildirildi. Cavabdeh2lə 16 mərtəbəli binanın texniki şərtinin alınması üçün 10000 manat, layihəsi üçün 9000 manat, hər bir mənzilə quraşdırılacaq sayğaca görə 245 manat olmaqla ümumilikdə 120 mənzilə 29400 manat, əlavə hər mənzilə quraşdırılan datçik, dedektor, vintel və digər işlərə görə hər bir mənzil üçün 35 manat olmaqla 120 mənzilə görə ümumilikdə 4200 manat, qaz paylayıcı qurğusuna görə 2500 manat, digər 7 sayda 12 mərtəbəli binalar üçün texniki şərt alınmış, hər binanın layihəsi üçün 9000 manat, hər bir mənzilə quraşdırılan sayğaca görə 245 manat olmaqla ümumilikdə 88 mənzilə 21560 manat, əlavə hər mənzilə quraşdırılan datçik, dedektor, vintel və digər işlərə görə hər bir mənzil üçün 35 manat olmaqla 88 mənzilə görə ümumilikdə 3080 manat, qaz paylayıcı qurğusuna görə 2500 manat müqabilində razılaşılmışdı. Habelə, Cavabdeh2 iddiaçıya "xxxx" ASC-nin direktorunun bacısı oğlu ilə münasibətinin olduğunu demiş, həmin şəxsin sayğacların satışı və quraşdırılması departamentinin müdiri olduğunu, sonuncunun vasitəsilə MTK tərəfindən tikilmiş binaların su sayğaclarının da alıb quraşdıra biləcəyini bildirmiş və bu məqsədlə Rəşada hər bir su sayğacına görə 50 manat olmaqla 300 ədəd Azərsunun labarotoriyasından keçmiş su sayğaclarının alınması üçün 15000 manat məbləğində nəğd pul verilmişdir. Beləliklə də, iddiaçı yuxarıda qeyd edilən işlərə görə (qaz, su sayqacları, sayqac hissələrinin alınması, quraşdırılması - hər mənzilə quraşdırılacaq datçik, dedektor, vintel, borular, qaztənzimləyici, qaz paylayıcı qurğular, qaz, su xətlərinin çəkilişi və s.) Cavabdeh2 xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2019-cu il tarixədək olan müddət ərzində ümumilikdə 91390 manat nəğd pul ödəmişdir. Cavabdeh2 məxaric xəzinə orderlərinə əsasən aldığı 91390 manat pulu öz imzası ilə təsdiq etmiş, hətta aldığı pullara görə yazılı iltizam (qəbz) da vermişdir. Cavabdeh2 aldığı puldan 39020 manat müqabilində MTK-nın Bakı-Sumqayıt avtomobil yolunun Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən keçən 15-ci kilometrliyində yerləşən 16 mərtəbəli binanın layihəsini hazırlamış, qaz xətlərini çəkmiş və texniki şərtini almış, lakin aldığı pulun qalan hissəsində yəni, 52370 manat hissəsində isə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində və Bakı-Sumqayıt avtomobil yolunun Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən keçən 15-ci kilometrliyində yerləşən hündürmərtəbəli yaşayış binalarında vəd verərək görəcəyi, üzərinə öhdəlik götürdüyü işlərin heç birini yerinə yetirməmişdir. Cavabdeh2 özünü müxtəlif rəhbər şəxslərə arxalandığını və "xxxx" İstehsalat Birliyində himayədarlarının da olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Kiçik və X13 Agentliyindən istifadə edərək müxtəlif işlərin gördüyünü belə təklif etmişdir. İşlərin görülməməsini müxtəlif səbəblərlə bəhanə gətirərək uzatmış, telefon zənglərinə cavab verməmiş, nə iş görmüş, nə də verilən pulları geri qaytarmamışdır. Öhdəlik götürdüyü işlərlə əlaqədar bir neçə ərizə yazsa da, göstərdiyi tarixlərdə işləri görməmişdir. Hətta, Bakı şəhəri Babək prospekti 10E Rusel Plaza ünvanında yerləşən ofisinə də heç kimi buraxmırdı. Özündən bir neçə dəfə işlərin görülməsini tələb etdikdə “göbələk” olmadığını, X3 şəxslərin ona himayədarlıq etməsini bildirərək heç nədən qorxmadığını demişdir. TEL: +994 77 220 00 22, +94 50 *** ** ** nömrələri onundur, zənglərə cavab verməmiş və əlaqədən yayınmışdır. Bundan əlavə, qeyd olunan işlərin başa çatdırılması Cavabdeh2 tələb edildikdə, sonuncu qaçıb gizlənmiş və yayınmışdır. Cavabdeh2 etibardan sui-istifadə etmə, aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə "xxxx" adı altında MTK-nın vəzifəli şəxslərini inandırmaq üçün yalandan uzun müddət bu sahədə geniş təcrübəyə malik etibarlı tərəfdaş kimi təqdim edib, ödəniləcək pulun müqabilində işlər görəcəyinə dair yalan vəd verməklə inamımızı və etibarımızı qazanmış, bu məqsədlə ümumilikdə 91390 manat vəsait məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək, aldığı həmin vəsaitdən 52370 manat məbləğindəki vəsait üzrə görüləcək işləri görməmiş, İddiaçı MTK-ya külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, MTK adına işgüzar nüfuzumuza qəsd etməklə təsərrüfat fəaliyyətimizə xələl gətirmiş, istehlakçıları çaşdırmaqla, onlarda mənzillərin (qeyri yaşayış sahələrinin) qaz və su təchizatı (qaz, su sayqacları, sayqac hissələrinin alınması, qaztənzimləyici qurğular, qaz, su xətlərinin çəkilişi və s.) ilə təmin ediləcəkləri barədə boş ümidlər yaratmış, 10000 manat məbləğində də mənəvi ziyan vurmuşdur. Ona verilən vəsaitlərin hamısının qəbzləri var, alınan pulları öz imzası ilə təsdiq etmişdir, hətta öz dəsti-xətti ilə yazdığı iltizamlar da mövcuddur (qəbzlər, iltizamlar və digər sübutlar əlavə olunur), məhz bu məqsədlə Cavabdeh2 törətdiyi əməllərə hüquqi qiymət verilməlidir. Cavabdeh2 törətdiyi əməllərlə bağlı aidiyyatı qurumlara- Azərbaycan Respublikası Prezidentinə, Baş Prokuroruna, Daxili İşlər Nazirliyinə, Kiçik və X13 Agentliyinə, X4, Abşeron Rayon Polis İdarəsinə 07-09xx.xx.2019, xx.xx.2020-ci tarixlərdə müraciətlər edilmiş, toplanmış materiallar üzrə Cavabdeh2 barəsində xx.xx.2019-cu il tarixdə Abşeron RPİ İŞ-nin sabiq müstəntiqi, polis kapitanı Yaşar İsgəndərov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (məktublar və qismən verilmiş cavablar əlavə olunur) Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə Abşeron RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X1 qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarında və xx.xx.2020-ci il tarixdə tərtib edilmiş ittiham aktında cinayət işi üzrə zərərçəkmiş şəxs qismində və şahid qismində dindirilmiş şəxlərin ifadələrində yuxarıda qeyd etdiyim xüsusatlar öz əksini taparaq Cavabdeh2 törətdiyi cinayət əməlində İddiaçı MTK-ya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etdiyi aşkar sübut olunmuşdur. Belə ki, cinayət işi üzrə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, O, 2001-ci ildən qaynaqçı işləyir, 2019-cu ilin dekabr ayından Cavid Əliyevi tanımışdır. C.Əliyev Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən "xxxx" MTK-nın və Bakı-Sumqayıt avtomobil yolunun Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən keçən 15-ci kilometrliyində yerləşən X6 direktoru olduğu İddiaçı MTK-nın tikdirdiyi binalarda qaz borularının yararsız olduğunu və təkrar çəkmək lazım olduğunu bildirdikdə, X.Baxışov həmin qaz borularına baxdıqdan sonra MTK-lara çəkilən boruların yararsız olduğunu görüb onları yenidən çəkməyə razılıq vermişdir. Elə həmin aydan o, İddiaçı MTK-nın tikdiyi 1 sayda 1 bloklu, 16 mərtəbəli yaşayış binasına və "xxxx" MTK-nın yaşayış kompleksinin 7 ədəd 12 mərtəbəli yaşayış binalarına gələn qaz xətt borularını yenidən çəkməyə başlamışdır. Vintillər yenidən quraşdırılmış, qaz tənzimləyici şkaflar, siyirtmələr, habelə C.Əliyevin aldığı 120 ədəd qaz sayqacları mənzillərə quraşdırılmış, bundan başqa həmin yaşayış komplekslərinə gələn fasad qaz xətt boruları istifadə üçün yaramadığından həmin boruların hamısı yeni 89 mm-lik boru ilə dəyişdirilmişdir. Hətta, sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarına əsasən cinayət işinin materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs Cavabdeh2 təqdim etdiyi sənəd surətlərindən görünür ki, Cavabdeh2 İddiaçı MTK-nın adından qaz məsələləri ilə əlaqədar "xxxx" İB-nə müraciət etmiş, ünvan 2 ünvanında İddiaçı MTK tərəfindən inşa edilmiş 600 mənzilli yaşayış binaları üçün 600 ədəd G4-T Smart kart tipli qaz sayğaclarının (qutu ilə) satın alınması ilə əlaqədar 146484 manat məbləğində müqavilə imzalamışdır. Həmin 600 ədəd G4-T Smart kart tipli qaz sayğaclarının 40 ədədi Cavabdeh2 tərəfindən alınaraq İddiaçı MTK-nın mənzillərinə quraşdırıldığı qeyd edilsə də, 600 ədəd sayğac əvəzinə 40 ədəd sayğacın quraşdırılması faktı elə ona dəlalət edir ki, bu məqsədlə sədr Cavid Əliyevdən alınan 52370 manat pul məhz dələduzluq yolu ilə ələ keçirilmiş faktiki maddi ziyandır. Halbuki heç bir sayğac alınmamış, quraşdırılmamışdır. Belə ki, Abşeron RPİ İŞnin sabiq müstəntiqi, polis kapitanı Yaşar İsgəndərov tərəfindən başlanılan, sonradan Abşeron RPİ İŞ-nin müstəntiqi, polis baş leytenantı X9 tərəfindən davam etdirilən ********* nömrəli cinayət işi üzrə Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmiş, verilmiş ittihama əsasən “Cavabdeh2 toplanmış sübutların məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyəti ilə öz qulluq möqeyindən istifadə etməklə etibardan suiistifadə etmə və aldatma yolu ilə təkrarən özgənin əmlakını külli miqdarda ələ keçirərək dələduzluq cinayətini törətmişdir. X2 nisbətdə isə “İntroduktion of X15” şirkətinin baş direktoru vəzifəsində işləyərkən təkrarən tamah niyyəti ilə öz qulluq möqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı MTK-nın direktoru olan X6 etibarından sui-istifadə edərək, həmin MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə inşa edilmiş hündürmərtəbəli binalarda yerləşən mənzillərə su sayğaclarının quraşdıracağına dair yalandan vəd verib aldadarq inandırmış, xx.xx.2019- cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən İddiaçı MTK-nın ofisində 15000 manat məbləğində pulunu alıb ələ keçirərək, verdiyi vədinə əməl etməyib zərərçəkmiş Cavid Əliyevə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.” İbtidai istintaq zamanı iddiaçıya aid hissədə təqsirləndirilən şəxs Cavabdeh2 elan edilmiş ittihamla tam razı olmadığını və bu narazılığımı bildirərək, Cavabdeh2 təkcə dələduzluq əməli 15000 manat məbləğində pulun ələ keçirməsi ilə bitmir, o həmçinin qaz sayğaclarının quraşdırılması ilə (qaz sayğacları, qaz paylayıcı qurğular, elektron ötürücü qurğu (datçik), vintel, boru, digər materiallar və qurğuların quraşdırılması daxil) bağlı 37370 manat məbləğində pulun etibardan sui-istifadə edərək ələ keçirməsi faktı üzrə dələduzluq cinayətini törətdiyini, həmin hissədə isə tam araşdırma aparılmadığından ədalətli və obyektiv araşdırma aparıb hüquqi qiymət verilməsini istintaqdan xahiş edilmişdir. Lakin ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin təqdim etdiyi müqaviləni bəhanə gətirərək həmin hissədə cinayət işinin istintaqı aparılmamış, mənim bu xahişim əsassız vəsatət kimi rədd edilmişdir. Hazırda təqsirləndirilən şəxs Cavabdeh2 elan olunmuş ittiham üzrə cinayət işinin məhkəmə istintaqı Sumqayıt Ağır Cinayətlər Məhkəməsində davam edir. Bu baxımdan, Səbail Rayon Məhkəməsinə “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müracət edilmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)- 402/2021 saylı qətnaməsi ilə iddia tələbim qismən təmin edilmiş, Cavabdeh2 İddiaçı MTKnın sədri X6 xeyrinə vurulmuş ziyanın əvəzi kimi 37,370 manat, hüquqi xidmət üçün ödənilmiş 212 manat və ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi, ümumilikdə isə 37,597 manat məbləğində pulun tutulması qət edilmişdir. Lakin Cavabdeh2 həmin qətnamədən əsassız şəkildə apellyasiya şikayəti verərək, onu mübahisələndirmişdir. Mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilərək,Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-402/2021 saylı qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı X6 Cavabdeh2 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiası təmin edilməmişdir. (İş №2(103)-1970/2022, qətnamələr əlavə olunur) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasıı tərəfindənQətnamə belə əsaslandırılmışdır ki, “"xxxx" Mənzil Tikinti Kooperativi ilə “İntroduktion of X15” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 3 saylı müqavilədən görünür ki, həmin müqavilə ilə MMC üzərinə öhdəlik götürmüşdür ki, o, MTK-nın inşa etdiyi yaşayış binalarını qaz sayğacları ilə təmin etmək məqsədi ilə "xxxx" İstehsalat Birliyindən 600 ədəd qaz sayğacı almalı, MTK isə üzərinə öhdəlik götürmüşdür ki, o, alınacaq qaz sayğaclarının dəyərini MMC-yə ödəyəcək. Qeyd edilən müqaviləni MMC-nin adından direktor (cavabdeh) Cavabdeh2, MTKnın adından isə sədr (iddiaçı) C.Əliyev imzalamışlar. Beləliklə göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçı C.Əliyev, sədr olduğu MTK-nın adından çıxış edərək MTK-nın inşa etdiyi yaşayış binalarının təbii qazla təmin edilməsi üçün müvafiq işlərin (texniki şərtin alınması, qaz xətlərinin çəkilməsi və sair) görülməsini sifariş etmişdir. Belə olan halda qəbul edilməlidir ki, həmin işlərin görülməməsi ilə bağlı yaranmış hər hansı bir zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ C.Əliyevə deyil MTK-ya məxsusdur. Lakin iddia ərizəsindən görünür ki, C.Əliyev, cavabdehdən tutulmalı olan pul məbləğlərinin onun özünə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd edilən prosessual hüquq normalarının tələbləri nəzərə alındıqda müəyyən edilir ki, iddiaçı C.Əliyev, MTK-nın hüquqlarının pozulması baxımından hazırki işin başlanmasına əsas olmuş “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddianı öz maraqları naminə irəli sürmək üçün subyektiv hüquqa malik deyil”. İddiaçı MTK ilə “İntroduction of X15” MMC arasında bağlanmış həmin xx.xx.2019-cu il tarixli bir səhifəlik müqaviləyə diqqət yetirsək, 1-ci bəndinə əsasən müqavilənin məzmununu İddiaçı MTK tərəfindən "xxxx" İB-dən alınacaq 600 ədəd qaz sayğacının pulunu “İntroduction of X15” MMC tərəfindən ödənilməsi təşkil edir.Həmin Müqavilənin 2-ci bəndinə əsasən “İntroduktion of X15” MMC "xxxx" İB-dən İddiaçı MTK üçün alınacaq 600 ədəd qaz sayğacının pulunun köçürmə yolu ilə hissə-hissə ödəməyi öhdəsinə götürür, İddiaçı MTK “İntroduction of X15” MMC tərəfindən 600 ədəd qaz sayğacı üçün ödənilmiş pulun onun hesabına ödənilməsini öhdəsinə götürür. Məhkəmə iclasında iştirak edən İddiaçı MTK-nın nümayəndəsi, Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 24 iyul 2019-cu il tarixli İddiaçı MTK ilə “İntroduction of X15” MMC (hazırda Cavabdeh1 MMC) arasında bağlanan 3 nömrəli müqavilədən görünür ki, İddiaçı MTK "xxxx" İB-dən alınacaq 600 ədəd qaz sayğacının pulunu Cavabdeh1 MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh2 qaz sayğacı alışı üçün 4655 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2019- cu il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh2 qaz tənzimləyici şkafın alışı üçün 2500 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2019- cu il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh2 qaz sayğacı alışı üçün 4165 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2019- cu il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh2 qaz layihəsi ödənişi üçün 1500 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2019- cu il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh2 qazın çəkilişi üçün 1000 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2019- cu il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh2 layihə üçün 3000 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2019- cu il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh2 qaz turbalarının alışı üçün 3500 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2019- cu il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh2 sayğac quraşdırılması üçün 4200 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2019- cu il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh2 qaz çəkilişi üçün 4500 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2019- cu il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh2 texniki şərtin alışı üçün 10000 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2019- cu il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh2 su sayğacı alışı üçün 15000 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2019- cu il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh2 qaz çəkilişi üçün 1200 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2019- cu il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh2 binanın qazlaşması üçün 500 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2019- cu il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh2 qaz sayğacı alışı üçün 6370 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2019- cu il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh2 qaz çəkilişi üçün 2000 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2019- cu il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh2 qaz xətlərinin çəkilişi üçün 1000 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2019- cu il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh2 qaz çəkilişi üçün 500 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2019- cu il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh2 qaz çəkilişi üçün 1000 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2019- cu il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh2 qaz layihəsində mənzillərin əlavəsi üçün 1000 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2019- cu il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh2 qaz sayğacı alışı üçün 9800 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2019- cu il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh2 qaz çəkilişi üçün 2000 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2019- cu il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh2 qaz çəkilişi üçün 1000 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2019- cu il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh2 qaz çəkilişi üçün 10000 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2022-ci il tarixli 32146 nömrəli qəbzdən görünür ki, iddiaçı 6 saylı Mediasiya Təşkilatına 202 manat məbləğində mediasiya xərci ödəmişdir. xx.xx.2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzdən görünür ki, iddiaçı 30 manat məbləğində dövlət rüsumunu Bakı şəhəri Səbail Rayon Məhkəməsinə iddia ərizə si verilməsi üçün ödənilmişdir. xx.xx.2022-ci il tarixli 31951 nömrəli qəbzdən görünür ki, hüquqi yardım üçün Xırdalan şəhər Vəkil Bürosuna 100 manat məbləğində xidmət haqqı ödənilmişdir. xx.xx.2022-ci il tarixli ********* nömrəli dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı 35 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1 və 567-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, İddiaçı MTK ilə “İntroduction of X15” MMC (hazırda Cavabdeh1 MMC) arasında bağlanan 24 iyul 2019-cu il tarixli 3 nömrəli müqaviləyə əsasən İddiaçı MTK "xxxx" İB-dən alınacaq 600 ədəd qaz sayğaclara görə Cavabdeh1 MMC-yə pulun ödənilməsi ilə bağlı öhdəlik götürmüş və 2019-cu ildə ayrı-ayrı vaxtlarda Cavabdeh1 MMC-nın direktoru olan Cavabdeh2 İddiaçı MTK-a tərəfindən 91390 manat məbləğində verilmiş, Cavabdeh1 MMC 39020 manat müqabilində işlər görmüş, 15000 manat geri qaytarılmış, qalan 37370 manat məbləğində vəsaitin müqabilində Cavabdeh1 MMC tərəfindən öhdəliklər yerinə yetirilməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia 37370 manat məbləğində pul və 202 manat məbləğində mediasiya xərci hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə 10000 manat məbləğində mənəvi zərər tələbi ilə bağlı isə qeyd edir ki, iddiaçı tərəfindən ona mənəvi zərər dəyməsi ilə bağlı məhkəməyə sübut təqdim edilmədiyindən iddia həmin hissədə rədd edilməlidir. Məhkəmə 512 manat məbləğində vəkil xərci tələbi ilə bağlı isə bildirir ki, sözgedən tələb qismən, yəni 100 manat hissədə təmin edilməlidir, belə ki, iddiaçı tərəfindən məhkəməyə 100 manat məbləğində xidmət haqqı ödənilməsi ilə bağlı sübut təqdim edilmişdir. İddia tələbinin dövlət rüsumu hissəsi ilə bağlı isə məhkəmə qeyd edir ki, həmin tələb 35 manat hissədə təmin edilməlidir, belə ki, iş materiallarına əlavə edilmiş 30 manat məbləğində dövlət rüsumu Bakı şəhəri Səbail Rayon Məhkəməsində digər bir iddia tələbinə baxılması üçün ödənilmiş, 200 manat isə ilkin mediasiya sessiyası zamanı ödənilmiş mediasiya xərci olduğundan tələb 35 manat hissədə təmin edilməlidir. Məhkəmə bununla yanaşı qeyd edir ki, iddiaçının tələbi yalnız bir Cavabdeh1 MMCyə münasibətdə təmin edilə bilər, belə ki, 24 iyul 2019-cu il tarixli müqavilə iki hüquqi şəxs olan Cavabdeh1 MMC və İddiaçı MTK arasında bağlandığından Cavabdeh2 isə Cavabdeh1 MMC-nin direktoru olduğundan iddia Cavabdeh2 münasibətdə təmin edilə bilməz. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh1 MMC-dən 37370 manat, 202 manat mediasiya xərci, 100 manat hüquqi yardıma görə ödənilən pul və 35 manat məbləğində dövlət rüsumu, cəmi 37707 manat məbləğində pul tutularaq İddiaçı MTK-ya ödənilməlidir. İddia Cavabdeh2 münasibətdə, həmçinin mənəvi zərər tələbi hissədə isə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 MMC-dən 37370 manat, 202 manat mediasiya xərci, 100 manat hüquqi yardıma görə ödənilən pul və 35 manat məbləğində dövlət rüsumu, cəmi 37707 manat məbləğində pul tutularaq İddiaçı MTK-ya ödənilsin. İddia Cavabdeh2 münasibətdə, həmçinin mənəvi zərər tələbi hissədə isə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3491/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3491/2022
29.11.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver