Məhkəmə qərarları › İş №e-2-2(113)-35/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-35/2024

06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-35/2024 06.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “yüklülük predmetinin yüklülük sahibinin sahibliyinə verilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: daşınar əmlakın yüklülüyü, yüklülük sahibi, yüklülük predmeti, daşınar əmlakın yüklülük sahibinin sahibliyinə verilməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X14 və X6) qarşı “yüklülük predmetinin yüklülük sahibinin sahibliyinə verilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. Kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) məhkəmə əmrinin çıxarılmasına dair və tələbin dəqiqləşdirilməsi dair ərizələr ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh (bundan sonra Cavabdeh MMC) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 1100/GM-02-16012020 saylı girov müqaviləsi əsasında bank qarşısında girov ilə yüklü edilmiş 63 adda daşınar əmlakların "xxxx" ASC-nin sahibliyinə verilməsi və 400 manat mediasiya xərcinin borclu Cavabdeh MMC-dən kreditorun xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Ərizənin faktiki əsası olaraq göstərilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 1100/KM-01-16012020 saylı kredit müqaviləsinə əsasən, "xxxx" ASC tərəfindən Cavabdeh MMC-yə 18 ay müddətinə 200 000 manat məbləğində kredit verilmiş, həmin kredit öhdəliyinin təminatı olaraq "xxxx" ASC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli, 1100/GM-01-16012020 saylı, xx.xx.2020-ci il tarixli, 1100/GM-02-16012020 girov müqavilələri və zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2020-ci il tarixli, 1100/GM-02-16012020 saylı girov müqaviləsinə əsasən Cavabdeh MMC-nin mülkiyyətində olan, müqaviləyə əlavə edilən 63 adda əmlak bank qarşısında girov ilə yüklü edilmiş və bu yüklülük qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət qeydiyyatından keçirilmişdir. Cavabdeh MMC müqavilə üzrə üzərinə qoyulan öhdəliklərini icra etməmiş, bununla bağlı "xxxx" ASC tərəfindən xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixli xəbərdarlıqlar göndərilmiş, lakin həmin xəbərdarlıqlar heç bir nəticə verməmişdir. Bundan sonra mübahisənin məhkəmə yolu ilə həlli üçün qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi üzrə pulun tutulması, tutmanın girov predmetlərinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-150/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir.

3. Ərizənin hüquqi əsası kimi “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “Daşınar əmlakın yüklülüyü haqqında” Qanun) 13, 15 və 16-cı maddələrinə istinad edilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5234/2022 saylı əmri ilə 1 ədəd “Lainox Naboo” 10 tepsilik – Konvektomat, 1 ədəd “Lainox Sapiens” – Konvektomat, 1 ədəd “Coldline” – dəzgah dondurucular, 1 ədəd “Ambach” böyük – bişirmə cihazı, 1 ədəd “Hİ-Touch Salamander” – çörək qızartmaq üçün, 1 ədəd “Jım Balı” – kofe aparatı, 1 ədəd “İcematik” buz aparatı, 1 ədəd “DSL” markalı bar dondurucuları, 2 ədəd restoran iqlimləndirmə sistemi, 1 ədəd mətbəx havalandırma sistemi, 8 ədəd “LG” kondisioner, 3 ədəd televizor (Vestel – 2, LG – 1), 4 ədəd bürünc və tunc heykəllər, 40 ədəd rəsm – tablolar (kətan), 1 ədəd divar – pianino, 1 ədəd akkordeon – qırmızı, 2 ədəd akkordeon – qara, 7 ədəd böyük mətbəx soyuducuları, 4 ədəd servis arabası, 3 ədəd ayaqüstü bar masaları, 1 ədəd “Food Denydrator” (meyvə saxlayan fresh), 3 ədəd “Winterhalter” – qabyuyan cihaz, 1 ədəd “Unverso” manqal (İtalyan), 1 ədəd ət maşını, 3 ədəd servis tabağı isidən dəzgah, 1 ədəd VİP yumşaq kreslo, 20 ədəd taxta masalar (İtaliya), 14 ədəd stullar taxta (İtaliya), 6 ədəd mebel avadanlıqları-kiçik (İtaliya), 20 ədəd mebel divanları 20 p/m, 1 ədəd taxta mebel bar üçün-böyük, 10 ədəd stullar bar üçün, 2 ədəd VİP mebel,1 ədəd taxta mebel şərablar üçün-böyük şkaf, 1 ədəd taxta mebel şərab mahzeni, 9 ədəd divar dəri güzgülər, 20 ədəd mərmərli dəmir masalar, 40 ədəd metal kreslo, 6 ədəd günlük zontiklər, 28 ədəd tavalar (İtaliya) böyük, 30 ədəd tavalar (İtaliya) kiçik,15 ədəd çuqun, 70 ədəd kiçik saxsı qablar, 22 ədəd metallik qazanlar, 500 ədəd şüşə bakal, 150 ədəd boşqab dəst,120 ədəd bıçaq, çəngəl, qaşıq – dəst, 2 ədəd su nasosu,1 ədəd duz və kömürlü su filtri – təmizləyici sistem,1 ədəd Ozmoz sistemli su filtri – bar üçün, 1 ədəd stabilizator 30 kVa, 2 ədəd seyf, 50 ədəd 5 “steak” üçün taxta, 1 ədəd kofe üyüdən aparat, 1 ədəd mikro dalğa fırın “Fasyline”, 2 ədəd ət doğrayıcı (“Kayolar”, “Briza”), 1 ədəd “Emporo” vakuumlayan, 2 ədəd “Fimar” xəmir aparatı, 1 ədəd “Empero” mikser, 26 ədəd taxta masa stulları, 1 ədəd “martal betto” – yemək isti saxlayan aparat, 1 ədəd “peç” – yemək bişirən “Fasyline”, 17 ədəd “Bra”nın (yan dekor işıqlar) Cavabdehndən alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sahibliyinə verilməsi əmr edilmişdir.

5. X11 nümayəndəsi və vəkili Nümayəndə2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə etiraz təqdim edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e- 2-2(113)-5234/2022 nömrəli məhkəmə əmrinin ləğv edilməsini və işin iddia icraatına keçirilməsini xahiş etmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4936/2023 saylı qərardadı ilə etiraz təmin edilərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5234/2022 nömrəli məhkəmə əmrinin ləğv edilməsi, işə iddia icraatı qaydasında baxılması, X14 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır.

II. İşdə iştirak edən şəxslərin mövqeləri:

7. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclaslarında iştirak edərək ərizənin məzmununa uyğun izahat vermiş və tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş, lakin hələ də icra olunmamışdır.

8. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirmişdir ki, məhkəmə əmri ilə iddiaçının sahibliyinə verilməsi qərara alınan əmlakların bir hissəsi Cavabdeh MMC-yə məxsus olmayıb, X11 mülkiyyəti olmuşdur. Belə ki, əmlaklar nisyə alqı-satqı müqaviləsi ilə sonuncu tərəfindən Cavabdeh MMC-nin təsisçisi Lütfi Ercana satılmış, Lütfi Ercan əmlakların dəyərini X12 ödəməmişdir. Əmlakların sonuncunun razılığı olmadan yüklü edilməsi qanunsuz olmuşdur. Tərəflər arasında məhkəmə mübahisəsi olmuş, barışıq sazişi bağlanmışdır. Lütfi Ercan tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı icra olunaraq xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin predmetini təşkil edən əmlaklar X12 akt əsasında təhvil verilmiş, sonuncu tərəfindən isə həmin əmlaklar Cavabdeh MMC-yə məxsus restoranın fəaliyyət göstərdiyi icarə obyektinin sahibi və vicdanlı alıcı X1.

9. 30.01.2024 və xx.xx.2024-cü il tarixli məhkəmə iclaslarında məhkəmənin dəqiqləşdirici suallarına cavab olaraq Nümayəndə2 təsdiq etmişdir ki, restoran iqlimləndirmə sistemi, mətbəx havalandırma sistemi, televizor, bürünc və tunc heykəllər, divar – pianino, akkordeon – qırmızı, akkordeon – qara, servis arabası, servis tabağı isidən dəzgah, mebel avadanlıqları – kiçik (İtaliya), mərmərli dəmir masalar, metal kreslo, günlük – zontiklər, tavalar, saxsı qablar, qazanlar, şüşə bakal, boşqab, bıçaq, çəngəl, qaşıq, su nasosu, duz və kömürlü su filtri – təmizləyici sistem, Ozmoz sistemli su filtri – bar üçün, stabilizator, seyf, 5 “steak” üçün taxta, ət doğrayıcı (“Kayolar”, “Briza”), “Empero” mikser, “martal betto” – yemək isti saxlayan aparat, “Bra” (yan dekor işıqlar) X22 ilə X14 arasında bağlanmış xx.xx.2018-ci il tarixli X10-satqı müqaviləsinə 1 saylı Əlavədə qeyd olunan əmlakların sırasına daxil deyildir, rəsm – tablonun isə 3 ədədi daxildir.

10. Üçüncü şəxs X11 nümayəndəsi və vəkili Nümayəndə2 məhkəməyə yazılı vəsatət təqdim edərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-150/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hazırkı tələbə qiymət verildiyindən və həmin qətnamə qanuni qüvvəyə mindiyindən Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsini, yazılı etiraz təqdim edərək X17 daşınar əşyaların mülkiyyətçisi olmadığı halda özünü mülkiyyətçi kimi təqdim edərək əşyaların mülkiyyətçisi olan X11 iradəsinə zidd olaraq əşyaları girov qoymasını qeyd edib? girov müqaviləsinin əhəmiyyətsiz əqd olduğuna istinad edərək iddianın rədd olunmasını xahiş etmişdir.

11. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, onlara məxsus icarə obyektində Agora restoranı fəaliyyət göstərmişdir. Cavabdeh MMC-nin hazırda X5 icarə haqqı borcu var. Cavabdeh MMC-nin icarə obyektində əmlakı yoxdur. Belə ki, icarə obyektində X12 məxsus əmlaklar olmuş, əmlakları ondan almışlar. Vicdanlı alıcıdırlar və alqı-satqı müqaviləsi mübahisələndirilmir. Tələb Cavabdeh MMC-yə yönəlib, onların işə aidiyyəti yoxdur. Bundan başqa girov predmeti olan əmlakların dəqiq təsviri verilməmiş, əmlakların eyniləşdirilməsi mümkün deyildir və reyestrdən çıxarışdan da bunu müəyyən etmək olmur. “Daşınar əmlakın yüklülüyü haqqında” Qanunun 22-ci maddəsinin tələbləri pozulmuşdur.

12. Məhkəmə bildirişləri cavabdehin “Elektron məhkəmə” informasiya sistemində və X2 Sistemində, qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilməklə, hüquqi ünvanına göndərilməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

13. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

14. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

15. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

16. İş materiallarında olan X25 (satıcı qismində) ilə X22 (alıcı qismində) arasında bağlanmış xx.xx.2018-ci il tarixli 001 saylı X10-satqı müqaviləsindən görünür ki, satıcı müqaviləyə 001 saylı Əlavədə göstərilən malları satmağı, alıcı isə malları qəbul edib dəyərini müqavilənin 001 saylı Əlavəsi ilə razılaşdırılmış qaydada satıcıya ödəməyi öhdəsinə götürmüşdür.

17. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 001 saylı X10-satqı müqaviləsinin 001 saylı Əlavəsindən görünür ki, alqı-satqı müqaviləsinin predmetini kondisioner – 1 ədəd, stol – 3 ədəd, stul – 5 ədəd, stul bar – 4 ədəd, monitor (R-keeper) – 3 ədəd, printer (“R-keeper”) – 1 ədəd, kassa aparatı – 1 ədəd, “tumboçka” – 1 ədəd, şəhər telefonu – 1 ədəd, divan (bitişik) – 2 ədəd, yastıq kiçik – 3 ədəd, döşəkçə – 5 ədəd, pərdə – 2 ədəd (1 uzun 1 qısa) (Kiçik zal), stol (yumru) – 1 ədəd, stol (kvadrat) – 14 ədəd, güzgü böyük – 6 ədəd, şkaf – 2 ədəd, “tumboçka” – 1 ədəd, stul – 22 ədəd, kondisioner – 2 ədəd, döşəkcə (stul üçün) – 22 ədəd, yastıq – 14 ədəd, pərdə – 3 ədəd, divan – 8 ədəd (2 ayrı 6 bitişik), tablo şəkil – 3 ədəd (Böyük zal), qarderob şkafı – 2 ədəd, çaxır rəfi – 1 ədəd, güzgü – 2 ədəd, moydadır – 2 ədəd, unitaz – 2 ədəd, kondisioner – 2 ədəd (dəhlizdə və şərab anbarında), yumru stol – 1 ədəd (Şərab anbarında), şərab şkafı – 4 ədəd (Şərab anbarda bitişik) (Ümumi), avtomatik qapılar – 1 ədəd, kondisioner – 1 ədəd, pendir doğrayan aparat – 1 ədəd (“Kayalar”), soyuducu (buzluq) – 2 ədəd, soyuducu (sərin) – 5 ədəd, çörək qızdırıcı aparat (“Hİ-Touch”) – 1 ədəd, tərəvəz təmizləyən (“M Pero”) – 1 ədəd, moyka alt şkafla birgə – 5 ədəd, mətbəx rəfi (3 gözlü) – 2 ədəd, makaron pasta hazırlayan aparat (“Fimar”) – 1 ədəd, mətbəx divar rəfi – 4 ədəd, “tok peçi” (“Naboo Lainox”) – 2 ədəd, mətbəx manqalı (“Universo SRL 58-61”) – 1 ədəd, mətbəx dəzgahı elektrik soba komplekt (“Ambach”) – 1 ədəd, havaçəkən (zont) (“Ambach”) – 1 ədəd, qabqurudan şkaf kompekt (alt-üst) – 1 ədəd, qabyuyan aparat – 2 ədəd, bıçaq təmizləyən aparat (yeni istifadəsiz) – 1 ədəd, mikrodalğalı soba – 1 ədəd, şokolad əridən aparat – 1 ədəd, tərəvəz qurudan aparat – 1 ədəd, kiçik xəmir qarışdıran aparat – 1 ədəd, bar blendor – 1 ədəd, elektrik qaz sobası – 1 ədəd, ətçəkən maşın (professional) – 1 ədəd, vakuum aparatı – 1 ədəd, soyuducu (ayaq üstü) – 6 ədəd (Mətbəx), kondisioner – 1 ədəd, divan – 3 ədəd, yastıq – 3 ədəd, bar stol balaca – 3 ədəd, bar stul balaca – 3 ədəd, bar stul böyük – 3 ədəd, kofe aparatı – 1 ədəd, şirə çəkən – 2 ədəd, qəhvə üyüdən – 1 ədəd, soyuducu – 1 ədəd, buz aparatı – 1 ədəd, qab yuyan – 1 ədəd, şərab şkafı – 1 ədəd, musiqi qəbuledici – 1 ədəd, mikrofon – 1 ədəd, internet şəbəkə cihazı – 1 ədəd, bar tumboçkası (kofe aparatının altında) – 1 ədəd, bar stolu böyük (girişdə holoqramlı) – 1 ədəd, pərdə – 2 ədəd, nəzarət kameraları – 5-6 (Giriş (Foye)), elektrik qızdırıcı (yağlı radiator) – 1 ədəd, güzgü – 1 ədəd, pərdə – 4 ədəd (2 uzun 2 qısa), kondisioner – 1 ədəd, güzgülü qapılar-2 ədəd, stol uzun (10-15 nəfərlik) – 1 ədəd, stul – 10 ədəd, döşəkçə – 10 ədəd, kreslo – 1 ədəd, şkaf (altı tumboçkalı) – 2 ədəd, çilçıraq – 2 ədəd, tumboçka – 1 ədəd, qapı (dəhlizdə) – 1 ədəd (VİP otaq) təşkil edir.

18. İş materiallarında olan Cavabdeh MMC-nin Nizamnamə kapitalında edilmiş dəyişikliyin auditi haqqında müstəqil auditor rəyindən görünür ki, xx.xx.2019-xx.xx.2019cu il tarixlərdə audit aparılmış, xx.xx.2019-cu il tarixədək Cavabdeh MMC-nin nizamnamə kapitalı 100 manat olmuş, nizamnamə kapitalı 1 pay olmaqla 100% X20 məxsus olmuş, MMC-nin təsisçisinin xx.xx.2019-cu il tarixli qərarı ilə nizamnamə kapitalına dəyişiklik edilmiş və həcmi artırılaraq 642 589,10 manat məbləğində təsdiq edilmişdir. Artırılmış pay təsisçi X20 məxsus əmlak olmaqla "xxxx" MMC tərəfindən qiymətləndirilmişdir.

19. İş materiallarında olan Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş reyestrdən çıxarışdan görünür ki, Cavabdeh MMC-nin nizamnamə kapitalı 642 589,10 manat olmaqla 100% pay X20 məxsusdur.

20. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli 1100/KM-02-16012020 saylı kredit müqaviləsindən görünür ki, kreditor 18 ay müddətinə qaytarmaq şərti ilə borcluya 200 000 manat məbləğində kredit vermişdir.

21. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli 1100/GM-02-16012020 saylı girov müqaviləsindən görünür ki, girovla təmin edilmiş əsas öhdəliklərdən biri kimi "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 1100/KM-01-16012020 saylı kredit müqaviləsi çıxış edir.

22. Girov müqaviləsinin 5.1-ci bəndindən görünür ki, girov predmeti Cavabdeh MMC-yə məxsus mətbəx avadanlıqlarıdır. Avadanlıqların siyahısı və digər eyniləşdirmə məlumatları müqavilənin 1 saylı Əlavəsində göstərilmiş, qeyd olunan avadanlıqlar Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli Nizamnaməsinə dəyişiklikdə, xx.xx.2019-cu il tarixli, **********3928700 saylı “Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin” çıxarışında əks olunmuşdur. Müqavilənin 5.2-ci bəndindən görünür ki, girov predmetinin dəyəri "xxxx" MMC-nin 17/A/K/19 saylı xx.xx.2019-cu il tarixli qiymətləndirmə aktına əsasən 857 100 manat təşkil edir.

23. Girov müqaviləsinin 5.3-cü bəndinə əsasən tərəflər girov predmetinin girov qoyanın istifadəsində qalmasını razılaşdırmışlar.

24. xx.xx.2020-ci il tarixli 1100/GM-02-16012020 saylı girov müqaviləsinin 1 saylı Əlavəsindən görünür ki, girov predmetini 1 ədəd “Lainox Naboo” 10 tepsilik – Konvektomat, 1 ədəd “Lainox Sapiens” – Konvektomat, 1 ədəd “Coldline” – dəzgah dondurucular, 1 ədəd “Ambach” böyük – bişirmə cihazı, 1 ədəd “Hİ-Touch Salamander” – çörək qızartmaq üçün, 1 ədəd “Jım Balı” – kofe aparatı, 1 ədəd İcematik buz aparatı, 1 ədəd “DSL” markalı bar dondurucuları, 2 ədəd restoran iqlimləndirmə sistemi, 1 ədəd mətbəx havalandırma sistemi, 8 ədəd “LG” kondisioner, 3 ədəd televizor (Vestel – 2, LG – 1), 4 ədəd bürünc və tunc heykəllər, 40 ədəd rəsm – tablolar (kətan), 1 ədəd divar – pianino, 1 ədəd akkordeon – qırmızı, 2 ədəd akkordeon – qara, 7 ədəd böyük mətbəx soyuducuları, 4 ədəd servis arabası, 3 ədəd ayaqüstü bar masaları, 1 ədəd “Food Denydrator” (meyvə saxlayan fresh), 3 ədəd “Winterhalter” – qabyuyan cihaz, 1 ədəd “Unverso” manqal (İtalyan), 1 ədəd ət maşını, 3 ədəd servis tabağı isidən dəzgah, 1 ədəd VİP yumşaq kreslo, 20 ədəd taxta masalar (İtaliya), 14 ədəd stullar taxta (İtaliya), 6 ədəd mebel avadanlıqları-kiçik (İtaliya), 20 ədəd mebel divanları 20 p/m, 1 ədəd taxta mebel bar üçün – böyük, 10 ədəd stullar bar üçün, 2 ədəd VİP mebel,1 ədəd taxta mebel şərablar üçün-böyük şkaf, 1 ədəd taxta mebel şərab mahzeni, 9 ədəd divar dəri güzgülər, 20 ədəd mərmərli dəmir masalar, 40 ədəd metal kreslo, 6 ədəd günlük zontiklər, 28 ədəd tavalar (İtaliya) böyük, 30 ədəd tavalar (İtaliya) kiçik,15 ədəd çuqun, 70 ədəd kiçik saxsı qablar, 22 ədəd metallik qazanlar, 500 ədəd şüşə bakal, 150 ədəd boşqab dəst,120 ədəd bıçaq, çəngəl, qaşıq – dəst, 2 ədəd su nasosu,1 ədəd duz və kömürlü su filtri – təmizləyici sistem,1 ədəd Ozmoz sistemli su filtri – bar üçün, 1 ədəd stabilizator 30 kVa, 2 ədəd seyf, 50 ədəd 5 “steak” üçün taxta, 1 ədəd kofe üyüdən aparat, 1 ədəd mikro dalğa fırın “Fasyline”, 2 ədəd ət doğrayıcı (“Kayolar”, “Briza”), 1 ədəd “Emporo” vakuumlayan, 2 ədəd “Fimar” xəmir aparatı, 1 ədəd “Empero” mikser, 26 ədəd taxta masa stulları, 1 ədəd “martal betto” – yemək isti saxlayan aparat, 1 ədəd “peç” – yemək bişirən “Fasyline”, 17 ədəd “Bra” (yan dekor işıqlar) əmlaklar təşkil edir. Həmçinin görünür ki, əmlakların ayrıayrılıqda qiymətləri göstərilməklə ümumilikdə dəyəri 857 100 manat kimi təsbit olunmuşdur.

25. "xxxx" MMC-nin 17/A/K/19 saylı xx.xx.2019-cu il tarixli qiymətləndirmə aktından görünür ki, xx.xx.2020-ci il tarixli 1100/GM-02-16012020 saylı girov müqaviləsinə 1 saylı Əlavədə qeyd olunan əmlakların istismara başlanma müddəti, satınalınma qiyməti və istismar aşınması nəzərə alınıb ayrı-ayrılıqda qiymətləndirilməklə miqdarına uyğun bazar dəyəri müəyyən edilmiş və əmlakların ümumi bazar dəyəri 857 100 manat kimi müəyyən edilmişdir.

26. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrindən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli Çıxarışlardan görünür ki, yüklülük verən və borclu kimi çıxış edən Cavabdeh MMC-yə məxsus olan və nizamnaməsində yer alan, xx.xx.2020-ci il tarixdə Vergilər Nazirliyi tərəfindən verilmiş çıxarışa əsasən yüklü edilmiş restoran avadanlıqları girov alınmış və yüklülük sahibi kimi "xxxx" ASC qeyd edilmişdir.

27. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-150/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 1100/KM-01-16012020 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 200 000 manat, faiz borcu üzrə 37 450,84 manat, dəbbə borcu üzrə 8895,48 manat olmaqla, ümumilikdə 246 346 manat 32 qəpik məbləğində pulun Cavabdeh MMC, X23-dan və Hüseyin Büyükfıratdan müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi, "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 1100/KM-01-16012020 saylı kredit müqaviləsi üzrə tutmanın X18 Cavabdeh MMCdəki 100% payına yönəldilməsi, X18 Cavabdeh MMC-dəki 100% payının açıq hərracda satılması, satışdan əldə edilmiş pul vəsaitinin Cavabdeh MMC-nin "xxxx" ASC-yə olan xx.xx.2020-ci il tarixli 1100/KM-01-16012020 saylı kredit müqaviləsi üzrə borcunun ödənilməsinə yönəldilməsi qət olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 943/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-150/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-127/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-943/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

28. xx.xx.2018-ci il tarixli 001 saylı X10-satqı müqaviləsinin 001 saylı Əlavəsində təsbit olunan əmlaklar ilə xx.xx.2020-ci il tarixli 1100/GM-02-16012020 saylı girov müqaviləsinin 1 saylı Əlavəsində təsbit olunan əmlakları müqayisəli təhlil etdikdə aydın olur ki, girov qoyulmuş 1 ədəd “Lainox Naboo” 10 tepsilik – Konvektomat, 1 ədəd “Lainox Sapiens” – Konvektomat, 1 ədəd “Coldline” – dəzgah dondurucular, 1 ədəd “Ambach” böyük – bişirmə cihazı, 1 ədəd “Hİ-Touch Salamander” – çörək qızartmaq üçün, 1 ədəd “Jım Balı” – kofe aparatı, 1 ədəd İcematik buz aparatı, 1 ədəd “DSL” markalı bar dondurucuları, 8 ədəd “LG” kondisioner, 3 ədəd rəsm – tablolar, 7 ədəd böyük mətbəx soyuducuları, 3 ədəd ayaqüstü bar masaları, 1 ədəd “Food Denydrator” (meyvə saxlayan fresh), 2 ədəd “Winterhalter” – qabyuyan cihaz, 1 ədəd “Unverso” manqal, 1 ədəd ət maşını, 1 ədəd VİP yumşaq kreslo, 20 ədəd taxta masalar, 14 ədəd stullar taxta, 13 ədəd mebel divanları 20 p/m, 1 ədəd taxta mebel bar üçün – böyük, 10 ədəd stullar bar üçün, 2 ədəd VİP mebel, 1 ədəd taxta mebel şərablar üçün-böyük şkaf, 1 ədəd taxta mebel şərab mahzeni, 9 ədəd divar dəri güzgülər, 1 ədəd kofe üyüdən aparat, 1 ədəd mikro dalğa fırın “Fasyline”, 1 ədəd “Emporo” vakuumlayan, 1 ədəd “Fimar” xəmir aparatı, 26 ədəd taxta masa stulları, 1 ədəd “peç” – yemək bişirən “Fasyline” xx.xx.2018-ci il tarixli 001 saylı X10-satqı müqaviləsinin predmeti olmuşdur.

29. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1897/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, X11 X15rşı “əşyaların qanunsuz sahiblikdən geri qalınması” tələbi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, “İçərişəhər”də yerləşən “AGORA” restoranının mətbəx və digər zallarında quraşdırılmış mebellərin, avadanlıqların və bütün digər daxili aksesuarların X16 alınıb iddiaçıya qaytarılması qət olunmuş, həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya baxışı zamanı tərəflərin nümayəndələri (vəkilləri) bağladıqları barışıq sazişini təqdim edərək onun təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmiş, X11 X15rşı “əşyaların qanunsuz sahiblikdən geri alınması” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış “1. İddiaçı X14 ilə xx.xx.2018-ci il tarixdə bağlanılan 001 saylı X10-Satqı Müqaviləsinin 001 saylı Əlavəsi üzrə müəyyən edilmiş bütün malların 65 000.00 (altmış beş min) ABŞ Dolları dəyərində qalıq ödənişini Cavabdeh X23 xx.xx.2022-ci il tarixinədək ödəməyi öz öhdəsinə götürür. 2. Eyni zamanda qəbul edir ki, 1-ci bənddə qeyd olunan tarixdə, yəni xx.xx.2022-ci il tarixində İddiaçı X12 qeyd olunan müqavilə üzrə qalıq 65 000.00 (altmış beş min) ABŞ Dolları məbləğində ödənişi etmədiyi təqdirdə, xx.xx.2018-ci il tarixdə bağlanılan 001 saylı X10-Satqı Müqaviləsinin 001 saylı Əlavəsi üzrə müəyyən edilmiş bütün malları qeyd-şərtsiz iddiaçı X12 dərhal geri qaytaracaqdır. 3. Bu Sazişin 2-ci bəndində qeyd olunduğu kimi malların geri qaytarılması halı baş verdiyi təqdirdə, cavabdeh X23 qəbul edir və razılaşır ki, xx.xx.2018-ci il tarixdə bağlanılan 001 saylı X10-Satqı Müqaviləsinin 001 saylı Əlavəsi üzrə müəyyən edilmiş bütün malları üçüncü şəxslərin iddia və tələblərindən və ya hər hansı hüquqlarından azad bir şəkildə, işlək saz vəziyyətdə, hər hansı bir maddi zərər vurulmadan geri qaytaracaqdır. 4. xx.xx.2018-ci il tarixdə bağlanılan 001 saylı X10 Satqı Müqaviləsinin 001 saylı Əlavəsi üzrə müəyyən edilmiş malların hər hansı birində maddi zərər halı aşkar edildiyi təqdirdə, həmin malı və ya mallarda maddi zərəri aradan qaldırır və yaxud maddi zərər dəyərini İddiaçı X12 ödəyəcəkdir” məzmunlu barışıq sazişi təsdiq edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir

30. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1897/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmurlarının, X11 və X18 nümayəndələrinin iştirakı ilə tərtib olunmuş Aktdan görünür ki, xx.xx.2018-ci il tarixli 001 saylı X10-satqı müqaviləsinin predmetini təşkil edən əmlaklar X11 nümayəndəsinə təhvil verilmişdir.

31. İş materiallarında olan X14 (satıcı qismində) ilə X6 (alıcı qismində) arasında notarial qaydada təsdiq edilməklə xx.xx.2023-cü il tarixdə bağlanmış 131123 saylı avadanlıqların və digər əmlakların alqı-satqı müqaviləsindən görünür ki, satıcı mülkiyyətində olan və müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəsindəki siyahıda qeyd olunan avadanlıqlar və digər daşınar əmlakları alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.

32. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 131123 saylı müqavilənin 1 saylı Əlavəsindən görünür ki, xx.xx.2018-ci il tarixli 001 saylı X10-satqı müqaviləsinin 001 saylı Əlavəsində təsbit olunan əmlaklar bu müqavilənin predmetini təşkil edir.

33. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək aşağıdakıları müəyyən edir ki: - X25 (satıcı qismində) ilə X22 (alıcı qismində) arasında xx.xx.2018-ci il tarixli 001 saylı X10-satqı müqaviləsi bağlanaraq müqaviləyə 001 saylı Əlavədə göstərilən malların alqı-satqısı həyata keçirilmişdir. - Cavabdeh MMC-nin nizamnamə kapitalı 100% pay X20 məxsus olmaqla xx.xx.2019-cu il tarixədək 100 manat olmuş, təsisçinin xx.xx.2019-cu il tarixli qərarı ilə X20 məxsus əmlak hesabına nizamnamə kapitalının həcmi artırılaraq 642 589,10 manat məbləğində təsdiq edilmiş, bu barədə hüquqi şəxslərin dövlət reyestrinə müvafiq dəyişiklik edilmişdir. - "xxxx" ASC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli 1100/KM-02- 16012020 saylı kredit müqaviləsi bağlanaraq 18 ay müddətinə qaytarılmaq şərti ilə borcluya 200 000 manat məbləğində kredit verilmiş, kreditin təminatı olaraq "xxxx" ASC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli 1100/GM-02-16012020 saylı girov müqaviləsi bağlanılmış, 1 ədəd Lainox Naboo 10 tepsilik – Konvektomat, 1 ədəd Lainox Sapiens – Konvektomat, 1 ədəd Coldline – dəzgah dondurucular, 1 ədəd Ambach böyük – bişirmə cihazı, 1 ədəd Hİ-Touch Salamander – çörək qızartmaq üçün, 1 ədəd Jım Balı – kofe aparatı, 1 ədəd İcematik buz aparatı, 1 ədəd DSL markalı bar dondurucuları, 2 ədəd restoran iqlimləndirmə sistemi, 1 ədəd mətbəx havalandırma sistemi, 8 ədəd LG kondisioner, 3 ədəd televizor (Vestel – 2, LG – 1), 4 ədəd bürünc və tunc heykəllər, 40 ədəd rəsm – tablolar (kətan), 1 ədəd divar – pianino, 1 ədəd akkordeon – qırmızı, 2 ədəd akkordeon – qara, 7 ədəd böyük mətbəx soyuducuları, 4 ədəd servis arabası, 3 ədəd ayaqüstü bar masaları, 1 ədəd Food Denydrator (meyvə saxlayan fresh), 3 ədəd Winterhalter – qabyuyan cihaz, 1 ədəd Unverso manqal (İtalyan), 1 ədəd ət maşını, 3 ədəd servis tabağı isidən dəzgah, 1 ədəd VİP yumşaq kreslo, 20 ədəd taxta masalar (İtaliya), 14 ədəd stullar taxta (İtaliya), 6 ədəd mebel avadanlıqları-kiçik (İtaliya), 20 ədəd mebel divanları 20 p/m, 1 ədəd taxta mebel bar üçün-böyük, 10 ədəd stullar bar üçün, 2 ədəd VİP mebel,1 ədəd taxta mebel şərablar üçün-böyük şkaf, 1 ədəd taxta mebel şərab mahzeni, 9 ədəd divar dəri güzgülər, 20 ədəd mərmərli dəmir masalar, 40 ədəd metal kreslo, 6 ədəd günlük zontiklər, 28 ədəd tavalar (İtaliya) böyük, 30 ədəd tavalar (İtaliya) kiçik,15 ədəd çuqun, 70 ədəd kiçik saxsı qablar, 22 ədəd metallik qazanlar, 500 ədəd şüşə bakal, 150 ədəd boşqab dəst,120 ədəd bıçaq, çəngəl, qaşıq – dəst, 2 ədəd su nasosu,1 ədəd duz və kömürlü su filtri – təmizləyici sistem,1 ədəd Ozmoz sistemli su filtri – bar üçün, 1 ədəd stabilizator 30 kVa, 2 ədəd seyf, 50 ədəd 5 “steak” üçün taxta, 1 ədəd kofe üyüdən aparat, 1 ədəd mikro dalğa fırın Fasyline, 2 ədəd ət doğrayıcı (“Kayolar”, “Briza”), 1 ədəd “Emporo” vakuumlayan, 2 ədəd “Fimar” xəmir aparatı, 1 ədəd “Empero” mikser, 26 ədəd taxta masa stulları, 1 ədəd “martal betto” – yemək isti saxlayan aparat, 1 ədəd “peç” – yemək bişirən “Fasyline”, 17 ədəd “Bra” (yan dekor işıqlar) girov qoyulmuş və tərəflər girov predmetinin girov qoyanın (yüklülük verənin) istifadəsində qalmasını razılaşdırmışlar. Yüklülük sahibi (iddiaçı) yüklülüyü üçüncü şəxslərə açıqlamış və yüklülük predmetinə dair qüvvədə olan hüquqları barədə bildirişləri reyestrdə qeydə aldıraraq Azərbaycan Respublikası Mərkəzi Bankının Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrindən müvafiq Çıxarışlar əldə etmişdir. - xx.xx.2018-ci il tarixli 001 saylı X10-satqı müqaviləsinin predmetinə xx.xx.2020-ci il tarixli 1100/GM-02-16012020 saylı girov müqaviləsinə əsasən girov qoyulmuş 1 ədəd “Lainox Naboo” 10 tepsilik – Konvektomat, 1 ədəd “Lainox Sapiens” – Konvektomat, 1 ədəd “Coldline” – dəzgah dondurucular, 1 ədəd “Ambach” böyük – bişirmə cihazı, 1 ədəd “Hİ-Touch Salamander” – çörək qızartmaq üçün, 1 ədəd “Jım Balı” – kofe aparatı, 1 ədəd “İcematik” buz aparatı, 1 ədəd “DSL” markalı bar dondurucuları, 8 ədəd “LG” kondisioner, 3 ədəd rəsm – tablolar, 7 ədəd böyük mətbəx soyuducuları, 3 ədəd ayaqüstü bar masaları, 1 ədəd “Food Denydrator” (meyvə saxlayan fresh), 2 ədəd “Winterhalter” – qabyuyan cihaz, 1 ədəd “Unverso2 manqal, 1 ədəd ət maşını, 1 ədəd VİP yumşaq kreslo, 20 ədəd taxta masalar, 14 ədəd stullar taxta, 13 ədəd mebel divanları 20 p/m, 1 ədəd taxta mebel bar üçün-böyük, 10 ədəd stullar bar üçün, 2 ədəd VİP mebel,1 ədəd taxta mebel şərablar üçün – böyük şkaf, 1 ədəd taxta mebel şərab mahzeni, 9 ədəd divar dəri güzgülər, 1 ədəd kofe üyüdən aparat, 1 ədəd mikro dalğa fırın “Fasyline”, 1 ədəd “Emporo” vakuumlayan, 1 ədəd “Fimar” xəmir aparatı, 26 ədəd taxta masa stulları, 1 ədəd “peç” – yemək bişirən “Fasyline” də daxil olmuşdur. - Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-150/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 1100/KM-01-16012020 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 200 000 manat, faiz borcu üzrə 37 450,84 manat, dəbbə borcu üzrə 8895,48 manat olmaqla, ümumilikdə 246 346 manat 32 qəpik məbləğində pulun Cavabdeh MMC, X23-dan və Hüseyin Büyükfıratdan müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi və s. qət olunmuş, qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1897/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə X11 X15rşı “əşyaların qanunsuz sahiblikdən geri alınması” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış “1. İddiaçı X14 ilə xx.xx.2018-ci il tarixdə bağlanılan 001 saylı X10-Satqı Müqaviləsinin 001 saylı Əlavəsi üzrə müəyyən edilmiş bütün malların 65 000.00 (altmış beş min) ABŞ Dolları dəyərində qalıq ödənişini Cavabdeh X23 xx.xx.2022-ci il tarixinədək ödəməyi öz öhdəsinə götürür. 2. Eyni zamanda qəbul edir ki, 1-ci bənddə qeyd olunan tarixdə, yəni xx.xx.2022-ci il tarixində İddiaçı X12 qeyd olunan müqavilə üzrə qalıq 65 000.00 (altmış beş min) ABŞ Dolları məbləğində ödənişi etmədiyi təqdirdə, xx.xx.2018-ci il tarixdə bağlanılan 001 saylı X10-Satqı Müqaviləsinin 001 saylı Əlavəsi üzrə müəyyən edilmiş bütün malları qeyd-şərtsiz iddiaçı X12 dərhal geri qaytaracaqdır. 3. Bu Sazişin 2-ci bəndində qeyd olunduğu kimi malların geri qaytarılması halı baş verdiyi təqdirdə, cavabdeh X23 qəbul edir və razılaşır ki, xx.xx.2018-ci il tarixdə bağlanılan 001 saylı X10-Satqı Müqaviləsinin 001 saylı Əlavəsi üzrə müəyyən edilmiş bütün malları üçüncü şəxslərin iddia və tələblərindən və ya hər hansı hüquqlarından azad bir şəkildə, işlək saz vəziyyətdə, hər hansı bir maddi zərər vurulmadan geri qaytaracaqdır. 4. xx.xx.2018-ci il tarixdə bağlanılan 001 saylı X10 Satqı Müqaviləsinin 001 saylı Əlavəsi üzrə müəyyən edilmiş malların hər hansı birində maddi zərər halı aşkar edildiyi təqdirdə, həmin malı və ya mallarda maddi zərəri aradan qaldırır və yaxud maddi zərər dəyərini İddiaçı X12 ödəyəcəkdir” məzmunlu barışıq sazişi təsdiq edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1897/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmurlarının, X11 və X19 nümayəndələrinin iştirakı ilə Akt tərtib olunaraq xx.xx.2018-ci il tarixli 001 saylı X10-satqı müqaviləsinin predmetini təşkil edən əmlaklar X11 nümayəndəsinə təhvil verilmişdir. - X14 (satıcı qismində) ilə X6 (alıcı qismində) arasında notarial qaydada təsdiq edilməklə bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixli 001 saylı X10-satqı müqaviləsinin 001 saylı Əlavəsində təsbit olunan əmlakların alqı-satqısı razılaşdırılmışdır.

34. İddiaçı xx.xx.2020-ci il tarixli 1100/KM-02-16012020 saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı üsulu kimi çıxış edən xx.xx.2020-ci il tarixli 1100/GM-02- 16012020 saylı girov müqaviləsi ilə girov qoyulmuş və girov qoyanın (yüklülük verənin) istifadəsində qalması razılaşdırılmış əmlakların onun sahibliyinə verilməsini tələb edir.

35. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 bildirir ki, girov qoyulmuş əmlakların bir hissəsini 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X21 satmış, lakin sonuncu əmlakların dəyərini ödəməmiş, mülkiyyətçi kimi onun razılığı olmadan əmlakları girov qoymuşdur. X3suz sahibliyindən geri alınması tələbini irəli sürmüş, tərəflər arasında barışıq sazişi bağlanaraq məhkəmə tərəfindən təsdiq edilmişdir. Barışıq sazişinin şərtləri icra olunaraq X24 əmlakları akt əsasında ona təqdim etmiş, o isə əmlakları üçüncü şəxsə satmışdır.

36. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil bildirir ki, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X8 müqaviləyə əlavədə qeyd olunan əmlakları almışlar və vicdanlı alıcı qismində çıxış edirlər. Qeyd olunan əmlaklar X12 məxsus olmaqla icarə sahəsində olmuş, onlara təhvil verilmişdir. Həmçinin bildirir ki, “Daşınar əmlakın yüklülüyü haqqında” Qanunun 22-ci maddəsinin tələbləri pozulmuşdur.

37. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

38. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

40. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

41. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilən bütün sübutlarla tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

42. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və daşınar əmlakın yüklülüyü, girov müqaviləsi ilə bağlı qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

43. “Daşınar əmlakın yüklülüyü haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən daşınar əmlakın yüklülüyü dedikdə, həmin Qanunun 4-cü maddəsində göstərilən əsaslarla öhdəliyin icrasının təmin edilməsi üçün qanun və ya əqd əsasında daşınar əmlaka mülkiyyət hüququnun məhdudlaşdırılması nəzərdə tutulur.

44. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən daşınar əmlakın yüklülüyü dövlət, bələdiyyə və xüsusi yüklülük növlərinə bölünür.

45. Həmin Qanunun 4.3-cü, 4.3.2-ci və 4.3.15-ci maddələrinə əsasən xüsusi yüklülüyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 12ci fəslinə uyğun olaraq, müqavilə əsasında yaranan daşınar əmlakın girovu və əsas öhdəliyin icrasının təmini üsulu olan digər yüklülüklər daxildir.

46. Həmin Qanunun 12-ci maddəsinə əsasən yüklülük predmetinə tutmanın əsasları bu Qanunun 4-cü maddəsində göstərilən və digər normativ hüquqi aktlarla müəyyən olunur. Xüsusi yüklülükdə yüklülük predmetinə tutma yönəldilməsi bu Qanunun 13-19-cu maddələri ilə müəyyən olunmuş qaydada həyata keçirilir.

47. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

48. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın.

49. Qeyd olunan normaların təhlilindən göründüyü kimi, daşınar əmlakın yüklülüyü öhdəliyin icrasının təmin edilməsi üçün qanun və ya əqd əsasında daşınar əmlaka mülkiyyət hüququnun məhdudlaşdırılmasından ibarət olub dövlət, bələdiyyə və xüsusi yüklülük növlərinə bölünür və xüsusi yüklülüyə müqavilə əsasında yaranan daşınar əmlakın girovu da daxildir. Qeyd olunan hüquq yüklülük sahibinə yüklü edilmiş əşyanın dəyərindən üstün qaydada təminat almaq hüququ verir. Xüsusi yüklülükdə yüklülük predmetinə tutma yönəldilməsi “Daşınar əmlakın yüklülüyü haqqında” Qanunun 13-19-cu maddələri ilə müəyyən olunmuş qaydada həyata keçirilir.

50. Həmin Qanunun 13-cü maddəsinə əsasən yüklülük sahibi yüklülük predmetinə aşağıdakı qaydada tutma yönəldə bilər: yüklülük predmeti pul tələbidirsə (debitor borcdursa), pulun (debitor borcun) yüklülük sahibinə ödənilməsini tələb etmək (13.1.1.); yüklülük predmeti borclunun və ya yüklülük verənin sahibliyindədirsə, yüklülük verənlə yazılı razılaşma əsasında yüklülük predmetini öz sahibliyə götürmək və ya yüklülük predmetinin məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında onun sahibliyinə verilməsi üçün müvafiq olaraq məhkəməyə və ya notariusa müraciət etmək (13.1.2.); yüklülük predmeti yüklülük sahibinin sahibliyindədirsə, yüklülük predmetinin satışını təşkil etmək(13.1.3.); yüklülük predmetini bu Qanunla müəyyən olunmuş şərtlərlə mülkiyyətinə götürmək (13.1.4.); qanunvericiliklə müəyyən olunmuş digər hüquqi müdafiə vasitələrindən istifadə etmək (13.1.5.).

51. Hazırkı iş üzrə müəyyən olunmuş işin halından görünür ki, tərəflər yüklülük predmetinin yüklülük verənin (eyni zamanda borclunun) sahiblik və istifadəsində qalmasını razılaşdırmışlar. Buna görə də iddiaçı “Daşınar əmlakın yüklülüyü haqqında” Qanunun 13.1.2-ci maddəsinə əsaslanaraq yüklülük predmetinin məhkəmənin qərarı əsasında onun sahibliyinə verilməsi üçün müvafiq qaydada məhkəməyə müraciət etmişdir.

52. “Daşınar əmlakın yüklülüyü haqqında” Qanunun tələblərinə əsasən yüklülük sahibi yüklülük predmetini yazılı formada bağlanmış razılaşma, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında sahibliyinə qəbul etdikdən sonra onu satmaqla qanunda müəyyən edilən növbəliliyə əməl etməklə öz tələbinin ödənilməsini təmin edə bilər.

53. Məhkəmə “Daşınar əmlakın yüklülüyü haqqında” Qanunun 13.1.2-ci maddəsinin tələbinə əsasən qeyd edir ki, yüklülük predmetinin yüklülük sahibinin sahibliyinə verilə bilməsi üçün yüklülük predmetinin borclunun və ya yüklülük verənin sahibliyində olması qanunun tələbidir. Hazırkı iş üzrə tərəflər müqavilədə yüklülük predmetinin cavabdehin, yəni yüklülük verənin (həmçinin borclunun) sahibliyində olması barədə razılaşma əldə etsələr də yüklülük predmetinə daxil olan əmlakların bir qismi ilə bağlı X14 ilə X22 arasında barışıq sazişi bağlanaraq Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1897/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə təsdiq olunmuş, həmin sazişə əsasən xx.xx.2018-ci il tarixdə bağlanılan 001 saylı X10-Satqı Müqaviləsinin 001 saylı Əlavəsi üzrə müəyyən edilmiş bütün malların 65 000.00 ABŞ Dolları dəyərində qalıq ödənişini X23 xx.xx.2022-ci il tarixinədək ödəməyi öz öhdəsinə götürmüş, həmin tarixdə ödənişi edilmədiyi təqdirdə, xx.xx.2018-ci il tarixdə bağlanılan 001 saylı X10-Satqı Müqaviləsinin 001 saylı Əlavəsi üzrə müəyyən edilmiş bütün malların qeyd-şərtsiz iddiaçı X12 dərhal geri qaytarılacağı razılaşdırılmışdır. Həmin qərardadın məcburi icra olunması üçün icra vərəqəsi verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1897/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı xx.xx.2018-ci il tarixli 001 saylı X10-satqı müqaviləsinin predmetini təşkil edən əmlaklar X11 nümayəndəsinə təhvil verilmişdir.

54. Həmin əmlakların sırasına xx.xx.2020-ci il tarixli 1100/GM-02-16012020 saylı girov müqaviləsinə əsasən girov qoyulmuş 1 ədəd “Lainox Naboo” 10 tepsilik – Konvektomat, 1 ədəd “Lainox Sapiens” – Konvektomat, 1 ədəd “Coldline” – dəzgah dondurucular, 1 ədəd “Ambach” böyük – bişirmə cihazı, 1 ədəd “Hİ-Touch” Salamander – çörək qızartmaq üçün, 1 ədəd “Jım Balı” – kofe aparatı, 1 ədəd “İcematik” buz aparatı, 1 ədəd “DSL” markalı bar dondurucuları, 8 ədəd “LG” kondisioner, 3 ədəd rəsm – tablolar, 7 ədəd böyük mətbəx soyuducuları, 3 ədəd ayaqüstü bar masaları, 1 ədəd “Food Denydrator” (meyvə saxlayan fresh), 2 ədəd “Winterhalter” – qabyuyan cihaz, 1 ədəd “Unverso” manqal, 1 ədəd ət maşını, 1 ədəd VİP yumşaq kreslo, 20 ədəd taxta masalar, 14 ədəd stullar taxta, 13 ədəd mebel divanları 20 p/m, 1 ədəd taxta mebel bar üçünböyük, 10 ədəd stullar bar üçün, 2 ədəd VİP mebel,1 ədəd taxta mebel şərablar üçün – böyük şkaf, 1 ədəd taxta mebel şərab mahzeni, 9 ədəd divar dəri güzgülər, 1 ədəd kofe üyüdən aparat, 1 ədəd mikro dalğa fırın “Fasyline”, 1 ədəd “Emporo” vakuumlayan, 1 ədəd “Fimar” xəmir aparatı, 26 ədəd taxta masa stulları, 1 ədəd “peç” – yemək bişirən Fasyline də daxil olmuşdur.

55. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi cavabdehin sahibliyində olmayan yuxarıda qeyd olunan əmlaklara aid olan hissədə təmin edilə bilməz. 2 ədəd restoran iqlimləndirmə sistemi, 1 ədəd mətbəx havalandırma sistemi, 3 ədəd televizor (Vestel – 2, LG – 1), 4 ədəd bürünc və tunc heykəl, 37 ədəd rəsm – tablo (kətan), 1 ədəd divar – pianino, 1 ədəd akkordeon – qırmızı, 2 ədəd akkordeon – qara, 4 ədəd servis arabası, 1 ədəd “Winterhalter” – qabyuyan cihaz, 3 ədəd servis tabağı isidən dəzgah, 6 ədəd mebel avadanlıqları – kiçik (İtaliya), 7 ədəd mebel divanı 20 p/m, 20 ədəd mərmərli dəmir masa, 40 ədəd metal kreslo, 6 ədəd günlük zontik, 28 ədəd tava (İtaliya) böyük, 30 ədəd tava (İtaliya) kiçik, 15 ədəd çuqun tava, 70 ədəd kiçik saxsı qab, 22 ədəd metallik qazan, 500 ədəd şüşə bakal, 150 ədəd boşqab dəst,120 ədəd bıçaq, çəngəl, qaşıq – dəst, 2 ədəd su nasosu,1 ədəd duz və kömürlü su filtri – təmizləyici sistem,1 ədəd Ozmoz sistemli su filtri – bar üçün, 1 ədəd stabilizator 30 kVa, 2 ədəd seyf, 50 ədəd 5 “steak” üçün taxta, 2 ədəd ət doğrayıcı (“Kayolar”, “Briza”), 1 ədəd “Fimar” xəmir aparatı, 1 ədəd “Empero” mikser, 1 ədəd “martal betto” – yemək isti saxlayan aparat, 17 ədəd “Bra” (yan dekor işıqlar) aid hissədə isə məhkəmə hesab edir ki, iddia əsaslı olmaqla təmin edilməlidir.

56. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil “Daşınar əmlakın yüklülüyü haqqında” Qanunun 22-ci maddəsinin tələblərinin pozulduğunu qeyd edir. Bununla bağlı məhkəmə qeyd edir ki, yüklülük predmetinə dair qüvvədə olan hüquqları barədə bildirişləri reyestrdə qeydə aldırmaqla yüklülüyün üçüncü şəxslərə açıqlanması “Daşınar əmlakın yüklülüyü haqqında” Qanunun 5.3-cü maddəsində təsbit olunan yüklülüyün üçüncü şəxslərə açıqlanmasının üsullarından biri kimi çıxış edir. Yüklülük sahibinin yüklülüyü üçüncü şəxslərə açıqlaması isə həmin Qanunun 5.1-ci maddəsinə əsasən xüsusi yüklülük növləri üçün könüllü xarakter daşıyır. Qeyd olunan reyestr girov hüququnun yaranması əsasını təşkil edən komponentlərdən biri kimi çıxış etməməklə yanaşı məqsədi yüklülüyün üçüncü şəxslərə açıqlanmasıdır və yalnız tələblərin ödənilməsi növbəliliyinə təsir edir. Ona görə də qeyd olunan arqument iddianın bütövlükdə rədd olunması əsası kimi çıxış edə bilməz.

57. Üçüncü şəxs X11 nümayəndəsi və vəkili Nümayəndə2 Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-150/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hazırkı tələbə qiymət verildiyindən və həmin qətnamə qanuni qüvvəyə mindiyindən Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi üçün əsas olduğunu qeyd edir. Məhkəmə hesab edir ki, qeyd olunan mövqe əsassızdır. Belə ki, adıçəkilən iş üzrə iddiaçının tələbi girov predmetinə tutmanın yönəldilməsi, əmlakların açıq hərracdan satılaraq satışdan əldə olunan vəsaitin kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməsi olmuş, məhkəmə “Daşınar əmlakın yüklülüyü haqqında” Qanunun 15.4-cü maddəsinə istinad edərək tələbi rədd etmişdir. Odur ki, hazırkı tələb fərqli faktiki əsaslara söykənməklə qeyd olunan tələblə faktiki əsasları eynilik təşkil etmir.

58. Əşyaların mülkiyyətçisi olan X11 iradəsinə zidd olaraq əşyaları girov qoyması əsası ilə girov müqaviləsinin əhəmiyyətsiz əqd olduğuna istinad edərək iddianın rədd olunması ilə bağlı üçüncü şəxsin mövqeyini məhkəmə əsassız hesab edir. Belə ki, əqdin əhəmiyyətsiz əqd hesab olunması üçün mülki qanunvericilikdə təsbit olunan əsaslar hazırkı iş üzrə müəyyən edilmir.

59. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 2 ədəd restoran iqlimləndirmə sistemi, 1 ədəd mətbəx havalandırma sistemi, 3 ədəd televizor (Vestel – 2, LG – 1), 4 ədəd bürünc və tunc heykəl, 37 ədəd rəsm – tablo (kətan), 1 ədəd divar – pianino, 1 ədəd akkordeon – qırmızı, 2 ədəd akkordeon – qara, 4 ədəd servis arabası, 1 ədəd “Winterhalter” – qabyuyan cihaz, 3 ədəd servis tabağı isidən dəzgah, 6 ədəd mebel avadanlıqları – kiçik (İtaliya), 7 ədəd mebel divanı 20 p/m, 20 ədəd mərmərli dəmir masa, 40 ədəd metal kreslo, 6 ədəd günlük zontik, 28 ədəd tava (İtaliya) böyük, 30 ədəd tava (İtaliya) kiçik, 15 ədəd çuqun tava, 70 ədəd kiçik saxsı qab, 22 ədəd metallik qazan, 500 ədəd şüşə bakal, 150 ədəd boşqab dəst,120 ədəd bıçaq, çəngəl, qaşıq – dəst, 2 ədəd su nasosu,1 ədəd duz və kömürlü su filtri – təmizləyici sistem,1 ədəd Ozmoz sistemli su filtri – bar üçün, 1 ədəd stabilizator 30 kVa, 2 ədəd seyf, 50 ədəd 5 “steak” üçün taxta, 2 ədəd ət doğrayıcı (“Kayolar”, “Briza”), 1 ədəd “Fimar” xəmir aparatı, 1 ədəd “Empero” mikser, 1 ədəd “martal betto” – yemək isti saxlayan aparat, 17 ədəd “Bra” (yan dekor işıqlar) Cavabdeh MMC-dən alınaraq iddiaçı "xxxx" ASC-nin sahibliyinə verilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

60. İddiaçı həmçinin 400 manat mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.

61. Ərizəyə əlavə edilmiş xx.xx.2022-ci il tarixli MŞB/4-01745 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, 400 manat mediasiya xərci iddiaçı tərəfindən ödənmişdir.

62. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

63. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

64. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən (Məcəllənin ərizə məhkəməyə təqdim edilərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

65. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

66. Mülki Prosessual Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

67. İş materialları ilə müəyyən olunur ki, iddiaçı yüklülük predmetinin yüklülük sahibinin sahibliyinə verilməsi üçün yazılı qaydada cavabdehə müraciət etmiş və ərizə ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur.

68. Məhkəmə qeyd edir ki, “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləğinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında məhkəmə əmri və qiymətləndirilməyən iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği təsbit olunmamışdır. Bununla birlikdə “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsi və məhkəmə əmri haqqında ərizə ilə müraciət olunmamışdan əvvəl ödəniləcək dövlət rüsumunun məbləği 100 manat kimi müəyyən olunmuşdur. Hazırkı halda iddiaçı məhkəmə əmri haqqında ərizə ilə müraciət etmiş, iddia isə qiymətləndirilməyən iddiadır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının ödədiyi tənasübsüz yüksək mediasiya xərci deyil, ödənilməli dövlət rüsumuna mütənasib mediasiya xərci cavabdehdən tutulmalı, qalan xərc iddiaçıya aid edilməlidir.

69. Beləliklə, məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

70. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 yanvar 2020-ci il tarixli girov müqaviləsinin 1 nömrəli əlavəsində əks olunan 2 ədəd restoran iqlimləndirmə sistemi, 1 ədəd mətbəx havalandırma sistemi, 3 ədəd televizor (Vestel – 2, LG – 1), 4 ədəd bürünc və tunc heykəl, 37 ədəd rəsm – tablo (kətan), 1 ədəd divar – pianino, 1 ədəd akkordeon – qırmızı, 2 ədəd akkordeon – qara, 4 ədəd servis arabası, 1 ədəd “Winterhalter” – qabyuyan cihaz, 3 ədəd servis tabağı isidən dəzgah, 6 ədəd mebel avadanlıqları – kiçik (İtaliya), 7 ədəd mebel divanı 20 p/m, 20 ədəd mərmərli dəmir masa, 40 ədəd metal kreslo, 6 ədəd günlük zontik, 28 ədəd tava (İtaliya) böyük, 30 ədəd tava (İtaliya) kiçik, 15 ədəd çuqun tava, 70 ədəd kiçik saxsı qab, 22 ədəd metallik qazan, 500 ədəd şüşə bakal, 150 ədəd boşqab dəst,120 ədəd bıçaq, çəngəl, qaşıq – dəst, 2 ədəd su nasosu,1 ədəd duz və kömürlü su filtri – təmizləyici sistem,1 ədəd Ozmoz sistemli su filtri – bar üçün, 1 ədəd stabilizator 30 kVa, 2 ədəd seyf, 50 ədəd 5 “steak” üçün taxta, 2 ədəd ət doğrayıcı (“Kayolar”, “Briza”), 1 ədəd “Fimar” xəmir aparatı, 1 ədəd “Empero” mikser, 1 ədəd “martal betto” – yemək isti saxlayan aparat, 17 ədəd “Bra” (yan dekor işıqlar) Cavabdehndən alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sahibliyinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul Cavabdehndən tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar