Məhkəmə qərarları › İş №e-2-2(113)-3512/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3512/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3512/2021 03.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, “İddiaçı LPO "xxxx" ASC-nin cavabdeh "xxxx" şirkətinə qarşı kredit borcunun qaytarılması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “İddiaçı LPO "xxxx" "xxxx" şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 9860 (doqquz min səkkiz yüz altmış) ABŞ dolları-bundan 7374 (yeddi min üç yüz yetmiş dörd) ABŞ dolları əsas, 2160 (iki min yüz altmış) ABŞ dolları faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 326 (üç yüz iyirmi altı) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun cavabdeh "xxxx"-dan tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh "xxxx" şirkəti arasında bağlanmış 12 iyun 2019-cu il tarixli, 104.PC.3302.120619.00001 nömrəli kredit kartlarının əldə edilməsi və onlardan istifadə olunması haqqında müqaviləyə əsasən borcalana illik 28 (iyirmi səkkiz) faiz ödənilmək şərti ilə 30 may 2020-ci il tarixinədək 25000 (iyirmi beş min) ABŞ dolları məbləğində kredit xətti verilmişdir. İddiaçı ASC-nin kredit kartlarının əldə edilməsi və onlardan istifadə olunması haqqında müqavilənin 2-ci bəndinə əsasən "xxxx" Şirkətinə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də o, bu öhdəliyi yerinə yetirməmişdir. 19.04.2021-ci il tarixə "xxxx" Şirkətinin kredit üzrə cəmi borcu 9860 (doqquz min səkkiz yüz altmış) ABŞ dolları təşkil edir. Bundan 7374 (yeddi min üç yüz yetmiş dörd) ABŞ dolları əsas, 2160 (iki min yüz altmış) ABŞ dolları faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 326 (üç yüz iyirmi altı) ABŞ dolları faiz borcu təşkil edir. İddiaçı ASC-nin kredit kartlarının əldə edilməsi və onlardan istifadə olunması haqqında müqaviləsinin 3-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. İddiaçı ASC-nin kredit kartlarının əldə edilməsi və onlardan istifadə olunması haqqında müqavilənin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********004 saylı 20.04.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh "xxxx" şirkəti Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh “STAR GULF FZCO ŞİRKƏTİ” tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili məhkəməyə izahatında iddia tələbi ilə bağlı mübahisələrinin olmadığını iddia tələbini qəbul etdiklərini bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: “bank” İddiaçı ASC Qaradağ Filialı “istifadəçi” "xxxx" Şirkəti olmaqla imzalanmış 12 iyun 2019-cu il tarixli, 104.PC.3302.120619.00001 nömrəli kredit kartlarının əldə edilməsi və onlardan istifadə olunması haqqında müqaviləyə əsasən bank istifadəçinin xeyrinə və onun adına 25000 (iyirmi beş min) ABŞ dolları məbləğində 30 may 2020-ci il tarixinədək kredit xətti açır. Kredit Müqaviləsi üzrə verilmiş kredit və hesablanmış faizlər bu müqavilənin 1.1-ci bəndində göstərilmiş valyutada kreditora qaytarılmalıdır. Əgər bu müqavilə üzrə hər hansı ödəniş müddəti çatanadək kreditinin valyutası və istənilən valyuta üzrə məzənnəsi artmış və azalmışsa, borcalan götürdüyü krediti və hesablanmış faizləri ödəniş gününə olan məzənnədən asılı olmayaraq kredit müqaviləsinin 1.1-ci bəndində qeyd olunan valyutada ödəməlidir. 22 aprel 2021-ci il tarixli **********036 nömrəli maliyyə cədvəlində qeyd olunur ki, LPO İddiaçı ASC ilə "xxxx" Şirkəti arasında bağlanılmış 12 iyun 2019-cu il tarixli, 104.PC.3302.120619.00001 nömrəli kredit müqaviləsi üzrə 19 aprel 2021-ci il tarixinə yaranmış tələb müqavilə üzrə əsas borc 7374 (yeddi min üç yüz yetmiş dörd) ABŞ dolları, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər 2.160 (iki min yüz altımış) ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 326 (üç yüz iyirmi altı) ABŞ dolları olmaqla müqavilənin tələbləri üzrə hesablanmış ümumi borc 9.860 (doqquz min səkkiz yüz altımış) ABŞ dolları olaraq qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. LPO İddiaçı ASC müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh kredit məbləğini və kredit üzrə hesablanmış faizləri müqavilədə müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya qaytarmamış, bununla kredit müqaviləsi üzrə öhdəlikləri pozmuşdur. Nəticədə "xxxx" Şirkətinin 7374 (yeddi min üç yüz yetmiş dörd) ABŞ dolları əsas, 2160 (iki min yüz altmış) ABŞ dolları faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 326 (üç yüz iyirmi altı) ABŞ dolları faiz borcu olmaqla cəmi 9860 (doqquz min səkkiz yüz altmış) ABŞ dolları məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Belə olan halda məhkəmə "xxxx" Şirkətinin 12 iyun 2019-cu il tarixli, 104.PC.3302.120619.00001 nömrəli kredit kartlarının əldə edilməsi və onlardan istifadə olunması haqqında müqavilə üzrə LPO İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin iddiaçıya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə yaranmış əsas borcun və faiz borcunun cavabdehdən tutulması tələbinə dair hissədə LPO İddiaçı ASC-nin iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Mübahisəli kredit müqavilələrinin müddəti bitdikdən sonrakı dövr üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faiz hesabı ilə hesablanmış 326 (üç yüz iyirmi altı) ABŞ dolları faiz borcu tələbinə münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Göründüyü kimi Konstitusiya Məhkəməsinin Plenumunun qərarında ifadə edilmiş hüquqi mövqeyə görə bank kreditin verilmə müddəti bitdikdən sonrakı dövr üçün borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% hesabı ilə faiz tələb etmək hüququna malik olduğundan həmin hissədə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından isə görünür ki, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən 30,4 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" Şirkətindən 7374 (yeddi min üç yüz yetmiş dörd) ABŞ dolları əsas, 2160 (iki min yüz altmış) ABŞ dolları faiz, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 326 (üç yüz iyirmi altı) ABŞ dolları olmaqla cəmi, 9860 (doqquz min səkkiz yüz altmış) ABŞ dolları və iş üzrə ödənilmiş 30,4 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Şirkətindən 7374 (yeddi min üç yüz yetmiş dörd) ABŞ dolları əsas, 2160 (iki min yüz altmış) ABŞ dolları faiz, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 326 (üç yüz iyirmi altı) ABŞ dolları olmaqla cəmi, 9860 (doqquz min səkkiz yüz altmış) ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə Azərbaycan manatı ilə və iş üzrə ödənilmiş 30,4 (otuz manat qırx qəpik) manat dövlət rüsumu əvəzi tutularaq LPO İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar