Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3519/2024 10.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" QSC-nin cavabdeh "xxxx" MMC-yə (“X1 and Engineering Group” MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qarşı “əmlakın və ya onun dəyərinin qaytarılması” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-yə məxsus Bakı şəhəri Yasamal rayonu Xarici dairəvi yol 62 ünvanında iddiaçı "xxxx" QSC tərəfindən quraşdırılmış və "xxxx" QSC məxsus talvarın cavabdeh tərəfindən iddiaçıya qaytarılması (demontaj edilərək götürülməsinə şərait yaradılması) və ya onun dəyəri olaraq 63.357,02 manat pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh MMC-yə məxsus Bakı şəhəri Yasamal rayonu Xarici dairəvi yol 62 ünvanında iddiaçı "xxxx" QSC tərəfindən quraşdırılmış və "xxxx" QSC məxsus talvarın, talvarın dirəklərinin və beton döşəmənin cavabdehin vəsaiti hesabına demontaj edilərək iddiaçıya qaytarılması və ya onun dəyəri olaraq 63.357,02 AZN (altmış üç min üç yüz əlli yeddi manat 02 qəpik) pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə saat 17:00-a təyin edilmişdir. xx.xx.2024-cü il tarixində iddiaçı EMİS vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, kommersiya mübahisəsinin məhkəmədən kənar danışıqlar yolu ilə həll olunması üçün iddia ərizəsinin, dövlət rüsumunun və ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə EMİS vasitəsi ilə məhkəməyə müraciət edərək iddianın baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdirmişdir. Məhkəmə, iddiaçının ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə (“X1 and Engineering Group” MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qarşı “əmlakın və ya onun dəyərinin qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3519/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3519/2024
10.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver