Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-352/2023 27.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Üçüncü şəxs X8 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC və Gəncə Şəhəri üzrə İcra İdarəsinə qarşı “hərracların etibarsızlığı” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı QSC (bundan sonra – iddiaçı) cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC (bundan sonra – hərrac təşkilatçısı) və Gəncə Şəhəri üzrə İcra İdarəsinə (bundan sonra – icra şöbəsi) qarşı “hərracların etibarsızlığı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Gəncə şəhəri üzrə İcra və Probasiya Şöbəsinin sifarişi əsasında X9 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Qəzənfər Əliyev küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 83.6 kv.m. yaşayış, 31.2 kv.m köməkçi sahədən 21 nömrəli fərdi yaşayış evinin, X11 məxsus Gəncə şəhəri, Vəli Xuluflu küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 81.9 kv.m. yaşayış, 95.7 kv.m köməkçi sahədən 69 nömrəli fərdi yaşayış evinin, X12 məxsus Gəncə şəhəri, Nizami rayonu, Üç-bulaq yaşayış ərazisində, məhəllə B sahə 4-də mülkiyyətində olan 0.052 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 76 kv.m. yaşayış, 120.4 kv.m yardımçı, 196.4 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinin, X5 məxsus Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, 1-ci döngədə istifadəsində olan 0,0261 ha torpaq sahəsində yerləşən 88 kv.m yaşayış, 64.4 kv.m köməkçi sahədən ibarət 3B nömrəli fərdi yaşayış evinin, X5 məxsus **-CV-*** dövlət qeydiyyat nişanlı «VOLVO» yük markalı nəqliyyat vasitəsinin, X5 məxsus **-ZA-*** dövlət qeydiyyat nişanlı «SCHMİTZ» markalı yarım qoşqu furqonunun, X10 məxsus **-CT-*** i/o dövlət qeydiyyat nişanlı «VOLVO-FH 13440» yük markalı nəqliyyat vasitəsinin, X10 məxsus **-ZA-*** dövlət qeydiyyat nişanlı «SCHMİTZ-SKO 24» markalı yarım qoşqu furqonunun, X19 məxsus **-ZA-*** dövlət qeydiyyat nişanlı «KRONE» markalı yarım qoşqu furqonunun, X19 məxsus **-CT-*** i/o dövlət qeydiyyat nişanlı «SCANİA» yük markalı nəqliyyat vasitələrinə aid "xxxx" MMC tərəfindən keçirilmiş hərracların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-835/ 2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Gəncə Şəhəri üzrə İcra idarəsinə göndərilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə əlaqədar olaraq Gəncə şəhəri üzrə İcra İdarəsi ipoteka predmeti olan daşınar və daşınmaz əmlakların satışının təşkil edilməsi üçün Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasının Cavabdehnə sifariş verilmişdir. Lakin "xxxx" MMC və Gəncə şəhəri üzrə İcra və Probasiya Şöbəsi hərracın keçirilmə qaydasını pozmuşdur. Belə ki, hərracın keçirilməsi barədə xx.xx.2018-ci il tarixində sifariş edilmiş, ilkin hərrac xx.xx.2019-cu il tarixində saat 11:00-da keçirilmiş və əmlakları açıq hərracda alan olmadığı/baş tutmadığı üçün təkrar hərrac xx.xx.2019-cu il tarixində saat 11:00-a təyin edilərək tərəflərə bildirişlər göndərilmiş və hərracın keçirilməsi barədə elanlar verilmişdir. Belə ki, Gəncə şəhəri üzrə İcra və Probasiya Şöbəsi hərraca məlumat göndərərkən məktubunda təkrar hərracın xx.xx.2019-cu il tarixində deyil, əsassız olaraq 10 gün təxirə salınması barədə məlumat vermiş və Hərrac təşkilatı "xxxx" MMC tərəfindən isə qanunvericiliyin tələbi bilərəkdən və ya bilməyərəkdən pozulmuşdur. Müvəqqəti təxir üçün heç bir məhkəmə qərarı olmamışdır. Eyni işlə əlaqədar olaraq daha bir hərrac isə xx.xx.2019-cu il tarixində saat 11:00-da keçirilməmişdir. Yəni “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunvericiliyinin və Mülki Məcəllənin tələbləri pozularaq "xxxx" MMC hərracları keçirmişdir. Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc edilməmiş, Hərrac Mərkəzi tərəfindən təkrar hərraclar, xx.xx.2019-cu il tarixində, xx.xx.2019-cu il tarixində və xx.xx.2019-cu il tarixinıə saat 11:00a təyin edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin bildirişlərdə tələbin Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-835/ 2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi üzrə daşınar və daşınmaz əmlaklara yönəldiyi və hərracda satılmalı olduğu qeyd edilmişdir. Əgər birinci hərrac baş tutmamışdırsa, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat Hərrac Mərkəzi tərəfindən dərc etdirilməli olduğu halda dərc etdirilməmişdir. Bununla da “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 43.1 və 43.2-ci maddələrinin tələbləri pozulmuşdur. xx.xx.2019-ci il tarixdən, yəni təkrar hərracın keçirilmə tarixindən sonra Hərrac Mərkəzi tərəfindən təkrar hərrac baş tutmamış elan edilməmişdir. İpoteka saxlayan - bankın ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətə almaq hüququ, yəni “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 43.7-ci maddəsinin tələbləri pozulmuşdur. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6767/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə X14, X17, X18, X13, X15, X22 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilmişlər. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi R.Ramazov iddia ərizəsini müdafiə edib ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırkı iş üzrə 4 dəfə hərrac keçirilmiş, hərracların keçirilməsi qanunla müəyyən edilmiş 2 ay müddətində başa çatdırılmamışdır. Sonuncu hərrac baş tutmadığı üçün həmin əmlaklar tələbkara, yəni iddiaçıya təklif edilmiş, tərəflərindən həmin əmlakların əldə edilməsinə razılıq verilmişdir. Lakin sonradan hərracların pozuntularla keçirildiyi müəyyən edilmişdir. Bu səbəbdən iddia təmin edilməlidir. Məhkəmə iclasında üçüncü şəxs A.Hüseynov iddia tələbinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hərrac iki dəfə keçirilmişdir. Hərracların keçirilməsi zamanı hər hansı pozuntuya yol verilməmişdir. Bu səbəbdən iddia əsassızdır. Cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC Məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının onların nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, əlavə olaraq iddianın təmin edilməsinə etirazlarının olmadığını bildirmişdir. Digər proses iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışlar. Məhkəmə işə digər proses iştirakçılarının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-835/2016 saylı icra vərəqəsinə əsasən cavabdehlər "xxxx" MMC, X14, X17, X18, X13, X15, X16 müştərək qaydada 06R000008288 saylı kredit razılaşması üzrə 19353,78 ABŞ dolları məbləğində kredit borcu, 5157,78 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə, - 06R000011084 saylı kredit razılaşması üzrə 54077,31 ABŞ dolları məbləğində kredit borcu, 14045,08 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə, - 06R000013491 saylı kredit razılaşması üzrə 103504,05 ABŞ dolları məbləğində kredit borcu, 14692 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə, - 06R000013690 saylı kredit razılaşması üzrə 49186,70 ABŞ dolları məbləğində kredit borcu, 9898,82 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə, - 06R000014778 saylı kredit razılaşması üzrə 97368,01 ABŞ dolları məbləğində kredit borcu, 19879,30 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə, - 06K000000034 saylı kredit razılaşması üzrə 20000 ABŞ dolları məbləğində kredit borcu, 4641,70 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə, ümumilikdə cəmi 414804,53 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu və 84 manat xidmət haqqının tutularaq iddiaçıya ödənilməli, tələbin X9 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Qəzənfər Əliyev küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı, 83.6 kv.m. yaşayış, 31.2 kv.m köməkçi sahədən 21 nömrəli fərdi yaşayış evinə, Hüseynov Alimİsmayıl oğluna məxsus Gəncə şəhəri, Vəli Xuluflu küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı, 81.9 kv.m. yaşayış, 95.7 kv.m köməkçisahədən 69 nömrəli fərdi yaşayış evinə, X12 məxsus Gəncə şəhəri, Nizami rayonu,Üç-bulaq yaşayış ərazisində, məhəllə B sahə 4-də mülkiyyətində olan 0.052 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 76 kv.m. yaşayış, 120.4 kv.m yardımçı, 196.4 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə, X5 məxsus Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, 1-ci döngədə istifadəsində olan 0,0261 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 88 kv.m yaşayış, 64.4 kv.m köməkçi sahədən ibarət 3B nömrəli fərdi yaşayış evinə, **-CV-*** dövlət qeydiyyat nişanlı «VOLVO» yük markalı nəqliyyat vasitəsinə və **-ZA-*** dövlət qeydiyyat nişanlı «SCHMİTZ» markalı yarım qoşqu furqona, X10 məxsus **-CT-*** i/o dövlət qeydiyyat nişanlı «VOLVO-FH 13440» yük markalı nəqliyyat vasitəsinə və **-ZA-*** dövlət qeydiyyat nişanlı «SCHMİTZ-SKO 2»4 markalı yarım qoşqu furqona, X19 məxsus **-ZA-*** dövlət qeydiyyat nişanlı «KRONE» markalı yarım qoşqu furqona və 20-CT555 i/o dövlət qeydiyyat nişanlı «SCANİA» yük markalı nəqliyyat vasitəsinə yönəldilməli, həmin ipoteka predmetləri açıq hərracdan satılmalı və cəmi 414804,53 ABŞ dolları məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 манат məbləğində dövlət rüsumu və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu və 84 manat xidmət haqqı tutulmalı; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun "xxxx" MMC-dən, X6, X3, X7, X1, X4, X2 və X16 ümumi qaydada tutulmalıdır... İcra vərəqəsi icra edilməsi üçün xx.xx.2016-cı ildə Gəncə Şəhəri üzrə İcra idarəsinə göndərilmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş icra işinin materiallarından görünür ki, icra şöbəsi tərəfindən hərrac mərkəzinə xx.xx.2016-cı il tarixdə məktub ünvanlanaraq ünvan 1ilmiş əmlakların açıq hərrac yolu ilə satışının həyata keçirilməsi xahiş olunmuşdur. Hərrac təşkilatçısı tərəfindən hərrac iştirakçılarına göndərilmiş xx.xx.2016-cı il tarixli bildirişdən görünür ki, tərəflərə hərracın xx.xx.2016-cı il tarixdə saat 11:00-da keçiriləcəyi, habelə ilkin satış qiyməti, beh və hərracın keçiriləcəyi yer barədə məlumat verilmişdir. Gəncə şəhər Kəpəz rayon Məhkəməsi tərəfindən Gəncə şəhər İcra İdarəsinə göndərilmiş xx.xx.2016-cı il tarixli məktubdan görünür ki, iş üzrə qəbul edilmiş Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-835/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi barədə məlumat verilmişdir. Gəncə şəhər İcra İdarəsi tərəfindən hərrac təşkilatçısına göndərilmiş xx.xx.2016-cı il tarixli bildirişdən görünür ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-835/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verildiyi üçün göstərilən icra sənədi üzrə hərracın keçirilməsinin dayandırılması və icra sənədinin geri qaytarılması xahiş olunmuşdur. Gəncə şəhər Kəpəz rayon Məhkəməsi tərəfindən icra şöbəsinə göndərilmiş xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi xahiş olunmuşdur. Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən hərrac təşkilatçısına göndərilmiş xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, ünvan 1ilmiş əmlakların açıq hərrac yolu ilə satışının həyata keçirilməsi xahiş olunmuşdur. Hərrac təşkilatçısı tərəfindən tərəflərə göndərilmiş xx.xx.2018-ci il tarixli bildirişlə tərəflərə hərracın xx.xx.2019-cu il tarixdə saat 11:00-da keçiriləcəyi, habelə ilkin satış qiyməti, beh və hərracın keçiriləcəyi yer barədə məlumat verilmiş, bildirişin “Birja yenilikləri” qəzetində, habelə www.birjanews.az saytında (elan nömrəsi – İD 683) dərc edildiyi qeyd edilmişdir. Hərrac təşkilatçısı tərəfindən tərəflərə göndərilmiş xx.xx.2019-cu il tarixli ikinci bildirişlə tərəflərə hərracın xx.xx.2019-cu il tarixdə saat 11:00-da keçiriləcəyi, habelə ilkin satış qiyməti, beh və hərracın keçiriləcəyi yer barədə məlumat verilmiş, bildirişin “Birja yenilikləri” qəzetində, habelə www.birjanews.az saytında (elan nömrəsi – İD 683) dərc edildiyi qeyd edilmişdir. İddiaçı tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, hərracın keçirilməsinin dayandırılması xahiş olunmuşdur. Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən hərrac təşkilatçısına ünvanlanmış xx.xx.2019-cu il tarixli məktuba əsasən xx.xx.2018-ci il tarixli sifariş məktubuna əsasən aparılan hərrac hərəkətlərinin dayandırılmasına göstəriş verilməsi xahiş edilmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-100/2020 saylı qətnaməsi ilə iddiaçılar X15 və qeyrilərinin cavabdehlər X18 və qeyrilərinə qarşı “müqavilələrin etibarsızlığı” tələbinə dair iddiaları təmin edilməmişdir. İddiaçı tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, icra sənədi üzrə icraatın təzələnməsi və hərracın keçirilməsinə dair hərəkətlərin davam etdirilməsi xahiş olunmuşdur. Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən hərrac təşkilatçısına göndərilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2018-ci il tarixli sifariş məktubunun icrasının davam etdirilməsi xahiş olunmuşdur. İddiaçı tərəfindən Məhkəməyə təqdim edilmiş hərrac təşkilatçısı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əsasən təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli nömrəsində elan dərc edildiyi bildirilmiş, icra sənədində göstərilmiş ipoteka predmetlərinin ilkin satış qiymətlərindən 25 faiz aşağı qiymətlə ipoteka saxlayana təklif edilmişdir. İddiaçı tərəfindən hərrac təşkilatçısına ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əsasən ipoteka predmetlərinin ilkin satış qiymətlərindən 25 faiz aşağı qiymətlə əldə edilməsinə razılıq verilmiş, qeyd edilən əmlakları əldə edə bilmələri üçün müvafiq sənədləşmənin aparılması xahiş olunmuşdur. Hüquqi dəyərləndirmə: “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. 53.2-ci maddəsinə əsasən borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 61.1-ci maddəsinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. 62-ci maddəsinə əsasən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-835/2016 saylı icra vərəqəsi icra edilməsi üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Həmin icra sənədinin icra edilməsi ilə əlaqədar Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə hərracın keçirilməsi ilə bağlı müvafiq sifariş göndərilmiş, sonuncu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada iki dəfə (xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə) hərrac keçirilmiş, təkrar hərrac baş tutmadığı üçün ipoteka predmetləri ipoteka qoyana təklif edilmiş, iddiaçı tərəfindən həmin əmlakların əldə edilməsinə razılıq verilmişdir. İddiaçı 2019-cu ildə keçirilmiş hərracın məhkəmə qərarı olmadan əsassız olaraq təxirə salındığını göstərmişdir. Belə ki, materiallardan görünür ki, birinci hərrac (xx.xx.2016-cı il tarixli) icra vərəqəsinin verilməsinə əsas olmuş qətnamədən apellyasiya şikayəti verilməsi səbəbindən dayandırılmış, daha sonra hərracın keçirilməsi üzrə hərəkətlər davam etdirildikdə, iddiaçının özü tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizəyə əsasən hərracın keçirilməsinin dayandırılması xahiş olunmuş, Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən hərrac təşkilatçısına ünvanlanmış xx.xx.2019-cu il tarixli məktuba əsasən xx.xx.2018-ci il tarixli sifariş məktubuna əsasən aparılan hərrac hərəkətlərinin dayandırılmasına göstəriş verilməsi xahiş edilmişdir. Daha sonra iddiaçı tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, icra sənədi üzrə icraatın təzələnməsi və hərracın keçirilməsinə dair hərəkətlərin davam etdirilməsi xahiş olunmuşdur. Bundan əlavə, iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında hərracın iki dəfə deyil, dörd dəfə keçirildiyini göstərmişdir. Məhkəmə iddiaçının bu arqumenti ilə razılaşmayaraq bununla bağlı qeyd edir ki, materiallardan görünür ki, hərrac iki dəfə - xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə keçirilmiş, xx.xx.2016-cı il tarixə təyin edilmiş hərrac isə Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-835/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi səbəbindən dayandırılmışdır. Bundan əlavə, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə isə tələbkarın ərizəsi əsasında icra sənədi üzrə icraat dayandırılmışdır. Cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC xx.xx.2023-cü il tarixdə Məhkəməyə ərizə ünvanlayaraq iddianın təmin edilməsinə etiraz etmədiyini bildirsə də, hansı səbəbdən keçirilmiş hərracların etibarsız hesab edilməli olmasını göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəticə: Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən hərraclar qanunvericiliyin tələblərinə uyğun olaraq keçirildiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 400 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı QSC-nin cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC və Gəncə Şəhəri üzrə İcra İdarəsinə qarşı “hərracların etibarsızlığı” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 400 (dörd yüz) manat dövlət rüsumu İddiaçı QSC-nin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-352/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-352/2023
27.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver