Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-354/2023 07.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi ilə İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 qarşı “kredit sazişi üzrə borcun tutulması və s.” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra “X1 Azərbaycan” QSC) cavabdehlər Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, XXXX tarixli, 2 №-li Kredit sazişi üzrə 376 000 manat əsas kredit borcu, 207 548,52 manat faiz borcu, 240 870,66 manat cərimə bоrcu olmaqla, cəmi 824 419,18 manat, 02 aprel 2018-ci il tarixli, 1 №-li Kredit sazişi üzrə 129 401,41 manat əsas kredit borcu, 75 098,40 manat faiz borcu, 128 526,63 manat cərimə bоrcu olmaqla, cəmi 333 026,44 manat, ümumilikdə isə 1 157 445,62 manat məbləğində kredit borcu, 405 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc, 400 manat mediasiya təşkilatına ödənilən xərc və 1368,93 manat dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə Cavabdeh6 və Cavabdeh3 müştərək (birgə) qaydada tutulması (ödənilməsi), habelə iddiaçıya olan borcun cavabdehlərdən tutulması ilə eyni zamanda tutmanın ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh6 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsində istifadədə olan 0,05143 ha torpaq sahəsində yerləşən 14 nömrəli binanın zirzəmisində 351,0 kv.m. ümumi, 130,0 kv.m. əsas, 221,0 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə və mülkiyyət hüququ ilə Cavabdeh1 (dörddə bir hissə), Cavabdeh4 (dörddə bir hissə), Cavabdeh5 (dörddə bir hissə) və Cavabdeh2 məxsus (dörddə bir hissə) ünvan 1 ünvanda yerləşən 125,6 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə (zirzəmi) yönəldilməsi, qeyd edilən borcun ipoteka müqaviləsinə əsasən tərəflər arasında razılaşdırılmış ipoteka predmetlərinin ilkin satış qiymətinin Cavabdeh6 məxsus olan əmlaka görə 500 000 manat, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 məxsus olan əmlaka görə 240 000 manat olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin qalan hissəsini borclu və zamindən tutulmasının təmin edilməsi, hərracda qeyri-yaşayış sahələri iddiaçı tərəfindən alındıqda (əldə edildikdə) 10 gün müddətində boşadılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq iclasında iddiaçının nümayəndəsi və cavabdehlər tərəfindən barışıq sazişi imzalanaraq məhkəməyə təqdim olunmuş, iş üzrə baxış iclası təyin olunmuşdur. Eyni zamanda iddiaçı tərəf barışıq sazişini elektron kabinet vasitəsi ilə elektron iş materiallarına əlavə etmişdir. İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə ərizə ünvanlayaraq tərəflər arasında xx.xx.2023-cü il tarixdə imzalanmış barışıq sazişini Mülki Prosessual Məcəllənin 191-ci maddəsinə əsasən təsdiq edib, işə xitam verilməsi ilə bağlı qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlərə məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlərdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barışıq sazişini mülki və mülki prosessual qanunvericiliyin tələbləri baxımından yoxlayıb hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iddiaçının nümayəndəsi və cavabdehlər tərəfindən imzalanmış barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:
1. Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 “X1 Azərbaycan” QSC-yə, “X1 Azərbaycan” QSC ilə Cavabdeh6 arasında bağlanmış 28 sentyabr 2017-ci il tarixli, 150820 №-li Kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) çərçivəsində bağlanılmış XXXX tarixli 2 N-li Kredit sazişi üzrə yaranmış əsas məbləğ 376.000 (üç yüz yetmiş altı min) manat, faiz məbləği 225.061.23 (iki yüz iyirmi beş min altmış bir manat iyirmi üç qəpik) manat, cərimə məbləği 298.503.55 (iki yüz doxsan səkkiz min beş yüz üç manat əlli beş qəpik) manat cəmi: 899.564.78 (səkkiz yüz doxsan doqquz min beş yüz altmış dörd manat yetmiş səkkiz qəpik) manat və 16 mart 2018ci il tarixli 150820/1 №-li Kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) çərçivəsində bağlanmış 02 aprel 2018-ci il tarixli 1 N-li Kredit sazişi üzrə yaranmış əsas məbləğ 129.401.41 (bir yüz iyirmi doqquz min dörd yüz bir manat qırx bir qəpik) manat, faiz məbləği 79.948.80 (yetmiş doqquz min doqquz yüz qırx səkkiz manat səksən qəpik) manat, cərimə məbləği 143.221.92 (bir yüz qırx üç min iki yüz iyirmi bir manat doxsan iki qəpik) manat cəmi: 352.572.13 (üç yüz əlli iki min beş yüz yetmiş iki manat on üç qəpik) manat, cəmi 1.252.136.91 (bir milyon iki yüz əlli iki min yüz otuz altı manat doxsan bir qəpik) manat məbləğində borcunun və 2.173.93 (iki min yüz yetmiş üç manat 93 qəpik) manat digər xərclərin (bildiriş xərci, mediasiya xərci, dövlət rüsumu) olmasını qəbul, təsdiq və bəyan edirlər.
2. Cavabdeh6 ilə “X1 Azərbaycan” QSC arasında əsas kredit borcu üzrə 505.401.41 (beş yüz beş min dörd yüz bir manat qırx bir qəpik) manat, faiz borcu üzrə 170.398.59 (bir yüz yetmiş min üç yüz doxsan səkkiz manat əlli doqquz qəpik) manat, cəmi 675.800 (altı yüz yetmiş beş min səkkiz yüz) manat məbləğində kredit borcunun ödənilməsi üzrə razılığa gəlinmişdir. Cavabdeh6 bu barışıq sazişinin imzalandığı günün ertəsi günü əsas məbləğdən 50.000 (əlli min) manat məbləğində kredit ödənişinin ödənilməsini, daha sonradan isə XXXX tarixli 2 N-li Kredit sazişi və 02 aprel 2018-ci il tarixli 1 N-li Kredit sazişi üzrə geri qalan kredit borcunun aşağıdakı qrafiklə ödənilməsini öhdəsinə götürür.
№ Tarix Əsas Faiz Cəmi 1 27-03-23 məbləğ 14,900.00 - 14,900.00 2 27-04-23 14,900.00 - 14,900.00 3 27-05-23 14,900.00 - 14,900.00 4 27-06-23 14,900.00 - 14,900.00 5 27-07-23 14,900.00 - 14,900.00 6 27-08-23 14,900.00 - 14.900.00 7 27-09-23 14,900.00 - 14,900.00 8 27-10-23 14,900.00 - 14.900.00 9 27-11-23 14,900.00 - 14,900.00 10 27-12-23 14,900.00 - 14,900.00 11 27-01-23 14,900.00 - 14,900.00 12 27-02-24 14,900.00 - 14.900.00 13 27-03-24 14,900.00 - 14,900.00 14 27-04-24 14,900.00 - 14,900.00 15 27-05-24 14,900.00 - 14,900.00 16 27-06-24 14,900.00 - 14,900.00 17 27-07-24 14,900.00 - 14,900.00 18 27-08-24 14,900.00 - 14,900.00 19 27-09-24 14,900.00 - 14,900.00 20 27-10-24 14,900.00 - 14,900.00 21 27-11-24 14,900.00 - 14,900.00 22 27-12-24 14,900.00 - 14.900.00 23 27-01-24 14,900.00 - 14,900.00 24 27-02-25 14,900.00 - 14,900.00 25 27-03-25 14,900.00 - 14,900.00 26 27-04-25 14,900.00 - 14,900.00 27 27-05-25 14,900.00 - 14,900.00 28 27-06-25 14,900.00 - 14,900.00 29 27-07-25 14,900.00 - 14,900.00 30 27-08-25 14,900.00 - 14,900.00 31 27-09-25 8,401.41 6,498.59 14,900.00 32 27-10-25 14,900.00 14,900.00 33 27-11-25 14,900.00 14,900.00 34 27-12-25 14,900.00 14,900.00 35 27-01-25 14,900.00 14,900.00 36 27-02-26 14,900.00 14,900.00 37 27-03-26 14,900.00 14,900.00 38 27-04-26 14,900.00 14,900.00 39 27-05-26 14,900.00 14,900.00 40 27-06-26 14.900.00 14,900.00 41 27-07-26 14.900.00 14.900.00 42 27-08-26 14,900.00 14,900.00
455,401.41 170,398.59 625,800.00
3. Bu Sazişin 2-ci bəndində qeyd olunan borc məbləği razılaşdırılmış şərtlərə müvafiq olaraq Banka ödənildiyi təqdirdə Cavabdeh6 “X1 Azərbaycan" QSC qarşısında kredit müqavilələri üzrə bütün cərimə borcları və geri qalan kreditə hesablanmış faiz borcları bank tərəfindən silinəcəkdir, həmçinin təminat qismində çıxış edən müvafiq zaminliyə və ipotekalara da xitam verilir (xitam veriləcəkdir).
4. Cavabdeh6 “X1 Azərbaycan" QSC-yə bu sazisin 2-ci bəndində qeyd olunan borc məbləğlərini razılaşdırılmış şərtlərə müvafiq olaraq ödəyənədək, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı qismində çıxış edən bütün ipoteka müqavilələri və iddiaçf’nın xeyrinə mövcud olan ipoteka predmetlərinin yüklülüyü bu Barışıq Sazişi üzrə öhdəliklər tam icra edilənədək öz hüquqi qüvvəsində qalacaqdır (hüquqi qüvvəsini saxlayır): - Cavabdeh6 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsi, 14 nömrəli binanın zirzəmisində, ümumi sahəsi 351.0 kv.m., əsas sahəsi 130.0 kv.m. və əsas sahəsi 221.0 kv.m. olan 0.05143 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi; - Cavabdeh1 qızma, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 məxsus olan (hər bir şəxsə aid ¼ hissə) Bakı şəhəri, Səbail rayonu. Xəqani küçəsi 4 nömrəli binanın zirzəmisində, ümumi sahəsi 125.6 kv.m. olan qeyri-yaşayış sahəsi;
5. Tərəflər razılaşırlar ki, əgər bu Barışıq Sazişində göstərilən qaydada ödənişlər vaxtında həyata keçirilmədiyi təqdirdə “İddiaçı” (“Borc verən”) borc məbləğlərinin müştərək qaydada cavabdehlərdən (borcalan və zamindən) tələb edilməsi ilə yanaşı, həmçinin tutmanı ipoteka predmeti olan yuxarıda qeyd edilən ipoteka predmetlərinə yönəltmək və onların məhkəmə kimi başqa prosedurlar tələb edilmədən açıq hərracda (elektron qaydada keçirilən hərracda daxil olmaqla) satılmasını tələb etmək hüququna malik olacaqdır.
6. Tərəflər razılaşırlar ki, əgər bu Barışıq Sazişində göstərilən qaydada müəyyən edilmiş borc ödənilmədiyi təqdirdə hər hansı bir məhkəmə prosesi tələb edilməyəcəkdir və borcun məcburi qaydada alınıb “İddiaçıya ödənilməsi (tutmaların ipoteka premetlərinə yönəldilərək açıq hərracda Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsi, 14 nömrəli binanın zirzəmisində yerləşən ipoteka premetlərinə yönəldilərək açıq hərracda ilkin satış qiyməti 800.000 (səkkiz yüz min) manat və ünvan 1 nömrəli binanın zirzəmisində yerləşən ipoteka premetlərinə yönəldilərək açıq hərracda ilkin satış qiyməti 324.000 (üç yüz iyirmi dörd min) manat məbləğində satılması prosesi daxil olmala) işləri buna dair verilən müvafiq icra vərəqəsi əsasında həyata keçiriləcəkdir ki, ipoteka predmetləri də satıldıqda/alındıqda cavabdehlər (ipoteka qoyanlar) onların 1 (bir) ay ərzində boşaldaraq təhvil verilməsini təmin edəcəklər.
7. Tərəflər razılaşırlar ki, cavabdeh (“Zamin”) Cavabdeh3 “İddiaçı” qarşısında Cavabdeh6 borcunun vaxtında və lazımı qaydada qaytarılması (ödənilməsi) üzrə öhdəlikləri üçün zamin olaraq birgə (müştərək) qaydada məsuliyyət daşımaları üzrə zaminliklə bu Barışıq Sazişinə görə öhdəliklər “İddiaçı” (Borcverən) qarşısında tam icra edilənədək qüvvədə qalacaqdır.
8. Cavabdeh (“Borc alan”) Cavabdeh6 İddiaçı (“Borc verən“) “X1 Azərbaycan” QSCyə bu sazişin 2-ci bəndində qeyd olunan kredit borcunu bu saziş üzrə şərtlərə müvafiq olaraq ödəyib bitirdiyi gün kredit üzrə bütün zaminlik və ipotekalara xitam verilir, borcluya, zaminlərə və ipoteka qoyanlara 3 (üç) iş günündən gec olmayaraq bunu təsdiq edən yazılı, imzalı və möhürlü sənəd verilir, “X1 Azərbaycan” QSC həmçinin ipotekanın dövlət qeydiyyatının ləğvi üçün ondan tələb edilən hərəkətləri 3 (üç) iş günündən gec olmayaraq icra edir.
9. Tərəflərdən biri bu sazişin şərtlərini pozduğu halda, digər tərəfin müvafiq məhkəməyə müraciət edərək, bu saziş (onu təsdiq edən qərardad) əsasında icra sənədi verilməsini tələb etmək hüququ vardır.
10. Tərəflər razılaşırlar ki, hazırkı Barışıq Sazişi ilə götürülmüş öhdəliklər lazımınca icra edilmədiyi təqdirdə, bu Sazişin 1-ci bəndində qeyd olunan cəmi 1.252.136.91 (bir milyon iki yüz əlli iki min yüz otuz altı manat doxsan bir qəpik) manat kredit borundan və 2173.93 (iki min yüz yetmiş üç manat 93 qəpik) manat digər xərcdən xx.xx.2026-cı il tarixə kimi olan ödənişlər çıxılaraq yerdə qalan məbləğ nəzərə alınaraq Cavabdeh6 və Cavabdeh3 müştərək (birgə) qaydada tələb etmək, həmçinin “X1 Azərbaycan” QSC-nin xeyrinə yüklü edilmiş ipoteka predmeti hesabına tutma yönəltməklə ödətdirmək hüququ yaranır. Mülki Prosessual Məcəllənin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsində isə təsbit olunmuşdur ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdehlər Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 arasında bağlanmış, aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin:
1. Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 “X1 Azərbaycan” QSC-yə, “X1 Azərbaycan” QSC ilə Cavabdeh6 arasında bağlanmış 28 sentyabr 2017-ci il tarixli, 150820 №-li Kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) çərçivəsində bağlanılmış XXXX tarixli 2 N-li Kredit sazişi üzrə yaranmış əsas məbləğ 376.000 (üç yüz yetmiş altı min) manat, faiz məbləği 225.061.23 (iki yüz iyirmi beş min altmış bir manat iyirmi üç qəpik) manat, cərimə məbləği 298.503.55 (iki yüz doxsan səkkiz min beş yüz üç manat əlli beş qəpik) manat cəmi: 899.564.78 (səkkiz yüz doxsan doqquz min beş yüz altmış dörd manat yetmiş səkkiz qəpik) manat və 16 mart 2018ci il tarixli 150820/1 №-li Kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) çərçivəsində bağlanmış 02 aprel 2018-ci il tarixli 1 N-li Kredit sazişi üzrə yaranmış əsas məbləğ 129.401.41 (bir yüz iyirmi doqquz min dörd yüz bir manat qırx bir qəpik) manat, faiz məbləği 79.948.80 (yetmiş doqquz min doqquz yüz qırx səkkiz manat səksən qəpik) manat, cərimə məbləği 143.221.92 (bir yüz qırx üç min iki yüz iyirmi bir manat doxsan iki qəpik) manat cəmi: 352.572.13 (üç yüz əlli iki min beş yüz yetmiş iki manat on üç qəpik) manat, cəmi 1.252.136.91 (bir milyon iki yüz əlli iki min yüz otuz altı manat doxsan bir qəpik) manat məbləğində borcunun və 2.173.93 (iki min yüz yetmiş üç manat 93 qəpik) manat digər xərclərin (bildiriş xərci, mediasiya xərci, dövlət rüsumu) olmasını qəbul, təsdiq və bəyan edirlər.
2. Cavabdeh6 ilə “X1 Azərbaycan” QSC arasında əsas kredit borcu üzrə 505.401.41 (beş yüz beş min dörd yüz bir manat qırx bir qəpik) manat, faiz borcu üzrə 170.398.59 (bir yüz yetmiş min üç yüz doxsan səkkiz manat əlli doqquz qəpik) manat, cəmi 675.800 (altı yüz yetmiş beş min səkkiz yüz) manat məbləğində kredit borcunun ödənilməsi üzrə razılığa gəlinmişdir. Cavabdeh6 bu barışıq sazişinin imzalandığı günün ertəsi günü əsas məbləğdən 50.000 (əlli min) manat məbləğində kredit ödənişinin ödənilməsini, daha sonradan isə XXXX tarixli 2 N-li Kredit sazişi və 02 aprel 2018-ci il tarixli 1 N-li Kredit sazişi üzrə geri qalan kredit borcunun aşağıdakı qrafiklə ödənilməsini öhdəsinə götürür.
№ Tarix Əsas Faiz Cəmi 1 27-03-23 məbləğ 14,900.00 - 14,900.00 2 27-04-23 14,900.00 - 14,900.00 3 27-05-23 14,900.00 - 14,900.00 4 27-06-23 14,900.00 - 14,900.00 5 27-07-23 14,900.00 - 14,900.00 6 27-08-23 14,900.00 - 14.900.00 7 27-09-23 14,900.00 - 14,900.00 8 27-10-23 14,900.00 - 14.900.00 9 27-11-23 14,900.00 - 14,900.00 10 27-12-23 14,900.00 - 14,900.00 11 27-01-23 14,900.00 - 14,900.00 12 27-02-24 14,900.00 - 14.900.00 13 27-03-24 14,900.00 - 14,900.00 14 27-04-24 14,900.00 - 14,900.00 15 27-05-24 14,900.00 - 14,900.00 16 27-06-24 14,900.00 - 14,900.00 17 27-07-24 14,900.00 - 14,900.00 18 27-08-24 14,900.00 - 14,900.00 19 27-09-24 14,900.00 - 14,900.00 20 27-10-24 14,900.00 - 14,900.00 21 27-11-24 14,900.00 - 14,900.00 22 27-12-24 14,900.00 - 14.900.00 23 27-01-24 14,900.00 - 14,900.00 24 27-02-25 14,900.00 - 14,900.00 25 27-03-25 14,900.00 - 14,900.00 26 27-04-25 14,900.00 - 14,900.00 27 27-05-25 14,900.00 - 14,900.00 28 27-06-25 14,900.00 - 14,900.00 29 27-07-25 14,900.00 - 14,900.00 30 27-08-25 14,900.00 - 14,900.00 31 27-09-25 8,401.41 6,498.59 14,900.00 32 27-10-25 14,900.00 14,900.00 33 27-11-25 14,900.00 14,900.00 34 27-12-25 14,900.00 14,900.00 35 27-01-25 14,900.00 14,900.00 36 27-02-26 14,900.00 14,900.00 37 27-03-26 14,900.00 14,900.00 38 27-04-26 14,900.00 14,900.00 39 27-05-26 14,900.00 14,900.00 40 27-06-26 14.900.00 14,900.00 41 27-07-26 14.900.00 14.900.00 42 27-08-26 14,900.00 14,900.00
455,401.41 170,398.59 625,800.00
3. Bu Sazişin 2-ci bəndində qeyd olunan borc məbləği razılaşdırılmış şərtlərə müvafiq olaraq Banka ödənildiyi təqdirdə Cavabdeh6 “X1 Azərbaycan" QSC qarşısında kredit müqavilələri üzrə bütün cərimə borcları və geri qalan kreditə hesablanmış faiz borcları bank tərəfindən silinəcəkdir, həmçinin təminat qismində çıxış edən müvafiq zaminliyə və ipotekalara da xitam verilir (xitam veriləcəkdir).
4. Cavabdeh6 “X1 Azərbaycan" QSC-yə bu sazisin 2-ci bəndində qeyd olunan borc məbləğlərini razılaşdırılmış şərtlərə müvafiq olaraq ödəyənədək, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı qismində çıxış edən bütün ipoteka müqavilələri və iddiaçf’nın xeyrinə mövcud olan ipoteka predmetlərinin yüklülüyü bu Barışıq Sazişi üzrə öhdəliklər tam icra edilənədək öz hüquqi qüvvəsində qalacaqdır (hüquqi qüvvəsini saxlayır): - Cavabdeh6 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsi, 14 nömrəli binanın zirzəmisində, ümumi sahəsi 351.0 kv.m., əsas sahəsi 130.0 kv.m. və əsas sahəsi 221.0 kv.m. olan 0.05143 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi; - Cavabdeh1 qızma, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 məxsus olan (hər bir şəxsə aid ¼ hissə) Bakı şəhəri, Səbail rayonu. Xəqani küçəsi 4 nömrəli binanın zirzəmisində, ümumi sahəsi 125.6 kv.m. olan qeyri-yaşayış sahəsi;
5. Tərəflər razılaşırlar ki, əgər bu Barışıq Sazişində göstərilən qaydada ödənişlər vaxtında həyata keçirilmədiyi təqdirdə “İddiaçı” (“Borc verən”) borc məbləğlərinin müştərək qaydada cavabdehlərdən (borcalan və zamindən) tələb edilməsi ilə yanaşı, həmçinin tutmanı ipoteka predmeti olan yuxarıda qeyd edilən ipoteka predmetlərinə yönəltmək və onların məhkəmə kimi başqa prosedurlar tələb edilmədən açıq hərracda (elektron qaydada keçirilən hərracda daxil olmaqla) satılmasını tələb etmək hüququna malik olacaqdır.
6. Tərəflər razılaşırlar ki, əgər bu Barışıq Sazişində göstərilən qaydada müəyyən edilmiş borc ödənilmədiyi təqdirdə hər hansı bir məhkəmə prosesi tələb edilməyəcəkdir və borcun məcburi qaydada alınıb “İddiaçıya ödənilməsi (tutmaların ipoteka premetlərinə yönəldilərək açıq hərracda Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsi, 14 nömrəli binanın zirzəmisində yerləşən ipoteka premetlərinə yönəldilərək açıq hərracda ilkin satış qiyməti 800.000 (səkkiz yüz min) manat və ünvan 1 nömrəli binanın zirzəmisində yerləşən ipoteka premetlərinə yönəldilərək açıq hərracda ilkin satış qiyməti 324.000 (üç yüz iyirmi dörd min) manat məbləğində satılması prosesi daxil olmala) işləri buna dair verilən müvafiq icra vərəqəsi əsasında həyata keçiriləcəkdir ki, ipoteka predmetləri də satıldıqda/alındıqda cavabdehlər (ipoteka qoyanlar) onların 1 (bir) ay ərzində boşaldaraq təhvil verilməsini təmin edəcəklər.
7. Tərəflər razılaşırlar ki, cavabdeh (“Zamin”) Cavabdeh3 “İddiaçı” qarşısında Cavabdeh6 borcunun vaxtında və lazımı qaydada qaytarılması (ödənilməsi) üzrə öhdəlikləri üçün zamin olaraq birgə (müştərək) qaydada məsuliyyət daşımaları üzrə zaminliklə bu Barışıq Sazişinə görə öhdəliklər “İddiaçı” (Borcverən) qarşısında tam icra edilənədək qüvvədə qalacaqdır.
8. Cavabdeh (“Borc alan”) Cavabdeh6 İddiaçı (“Borc verən“) “X1 Azərbaycan” QSCyə bu sazişin 2-ci bəndində qeyd olunan kredit borcunu bu saziş üzrə şərtlərə müvafiq olaraq ödəyib bitirdiyi gün kredit üzrə bütün zaminlik və ipotekalara xitam verilir, borcluya, zaminlərə və ipoteka qoyanlara 3 (üç) iş günündən gec olmayaraq bunu təsdiq edən yazılı, imzalı və möhürlü sənəd verilir, “X1 Azərbaycan” QSC həmçinin ipotekanın dövlət qeydiyyatının ləğvi üçün ondan tələb edilən hərəkətləri 3 (üç) iş günündən gec olmayaraq icra edir.
9. Tərəflərdən biri bu sazişin şərtlərini pozduğu halda, digər tərəfin müvafiq məhkəməyə müraciət edərək, bu saziş (onu təsdiq edən qərardad) əsasında icra sənədi verilməsini tələb etmək hüququ vardır.
10. Tərəflər razılaşırlar ki, hazırkı Barışıq Sazişi ilə götürülmüş öhdəliklər lazımınca icra edilmədiyi təqdirdə, bu Sazişin 1-ci bəndində qeyd olunan cəmi 1.252.136.91 (bir milyon iki yüz əlli iki min yüz otuz altı manat doxsan bir qəpik) manat kredit borundan və 2173.93 (iki min yüz yetmiş üç manat 93 qəpik) manat digər xərcdən xx.xx.2026-cı il tarixə kimi olan ödənişlər çıxılaraq yerdə qalan məbləğ nəzərə alınaraq Cavabdeh6 və Cavabdeh3 müştərək (birgə) qaydada tələb etmək, həmçinin “X1 Azərbaycan” QSC-nin xeyrinə yüklü edilmiş ipoteka predmeti hesabına tutma yönəltməklə ödətdirmək hüququ yaranır. İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 qarşı “kredit sazişi üzrə borcun tutulması və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Nərmin Əhmədova