Məhkəmə qərarları › İş №e-2-2(113)-354/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-354/2025

03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-354/2025 03.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit və faiz borcu, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 fevral 2022-ci il tarixli, **********22022022 saylı Bank Xidmətlərinin Göstərilməsi X4 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 23 iyun 2023-cü il tarixli 8802/118 saylı Əlavəsi üzrə İddiaçı ASC-yə borcu 62 236.85 (altmış iki min iki yüz otuz altı manat səksən beş qəpik) manat əsas, 4 825.84 (dörd min səkkiz yüz iyirmi beş manat səksən dörd qəpik) manat faiz borcu, 224.94 (iki yüz iyirmi dörd manat doxsan dörd qəpik) olmaqla, cəmi 67 287.63 (altmış yeddi min iki yüz səksən yeddi manat altmış üç qəpik) və 22 fevral 2022-ci il tarixli, **********22022022 saylı Bank Xidmətlərinin Göstərilməsi X4 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 14 sentyabr 2023-cü il tarixli İNST34/142023 saylı Əlavəsi üzrə İddiaçı ASC-yə borcu 44 722.94 (qırx dörd min yeddi yüz iyirmi iki manat doxsan dörd qəpik) manat əsas, 3 122.83 (üç min yüz iyirmi iki manat səksən üç qəpik) manat faiz borcu, 130.64 (yüz otuz manat altmış dörd qəpik) olmaqla, cəmi 47 976.41 (qırx yeddi min doqquz yüz yetmiş altı manat qırx bir qəpik) manat kredit borcu və iddia ərizəsini verilməsinə görə ödənilmiş 405.26 (dörd yüz beş manat iyirmi altı qəpik) manat dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeharasında bağlanmış 22 fevral 2022-ci il tarixli, **********22022022 saylı Bank Xidmətlərinin Göstərilməsi X4 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 23 iyun 2023-cü il tarixl8i 802/118 saylı Əlavəyə əsasən Cavabdeh 24 (iyirmi dörd) ay müddətinə illik 15% olmaqla 80 000 (səksən min manat) manat kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinə əsasən müəyyən olunmuş müddətdə krediti, ona hesablanacaq faiz və cərimələri ödəməli olduğu halda bu öhdəliyi lazımi qaydada yerinə yetirməməklə ödəniş cədvəlinə uyğun ödənişlər etməmiş və 22 fevral 2022-ci il tarixli, **********22022022 saylı Bank Xidmətlərinin Göstərilməsi X4 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 23 iyun 2023-cü il tarixli 8802/118 saylı Əlavəsi üzrə 04 iyul 2024-cü il tarixə İddiaçı ASC-yə borcu62 236.85 (altmış iki min iki yüz otuz altı manat səksən beş qəpik) manat əsas, 4 825.84 (dörd min səkkiz yüz iyirmi beş manat səksən dörd qəpik) manat faiz borcu, 224.94 (iki yüz iyirmi dörd manat doxsan dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 67 287.63 (altmış yeddi min iki yüz səksən yeddi manat altmış üç qəpik) təşkil edir. Bundan başqa borcun mübahisəsiz olduğunu təsdiq edən borclu Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 22 fevral 2022-ci il tarixli, **********22022022 saylı Bank Xidmətlərinin Göstərilməsi X4 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 14 sentyabr 2023-cü il tarixli İNST34/142023 Əlavəyə əsasən Cavabdeh 24 (iyirmi dörd) ay müddətinə illik 15% olmaqla 51 000 (əlli bir min manat) manat kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinə əsasən müəyyən olunmuş müddətdə krediti, ona hesablanacaq faiz və cərimələri ödəməli olduğu halda bu öhdəliyi lazımi qaydada yerinə yetirməməklə ödəniş cədvəlinə uyğun ödənişlər etməmiş və 22 fevral 2022-ci il tarixli, **********22022022 saylı Bank Xidmətlərinin Göstərilməsi X4 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 14 sentyabr 2023-cü il tarixli İNST34/142023 saylı Əlavəsi üzrə 04 iyul 2024-cü il tarixə İddiaçı ASC-yə borcu 44 722.94 (qırx dörd min yeddi yüz iyirmi iki manat doxsan dörd qəpik) manat əsas, 3 122.83 (üç min yüz iyirmi iki manat səksən üç qəpik) manat faiz borcu, 130.64 (yüz otuz manat altmış dörd qəpik) cərimə borcu olmaqla, cəmi 47 976.41 (qırx yeddi min doqquz yüz yetmiş altı manat qırx bir qəpik) təşkil edir. Cavabdeh borcun qaytarılması haqqında tərəfimizdən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi borcun və hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görülməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, ödəniş qrafiki və kredit borcuna dair maliyyə arayışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Bank İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borc alan Cavabdeh arasında 22 fevral 2022-ci il tarixli, **********22022022 saylı bank xidmətlərinin göstərilməsi X4 kreditləşmənin xüsusi şərtlərinə dair 8802/118 saylı xx.xx.2023-cü il tarixli əlavə imzalanmışdır. Həmin müqaviləyə əsasən borc verən tərəfindən borc alana 24 ay müddətinə illik 15 faiz dərəcəsi ilə 80.000 manat məbləğində kredit verilmişdir.FİFD: faiz dərəcəsi 16.09

8. 8802/118 saylı xx.xx.2023-cü il tarixli əlavəyə əlavə olan ödəniş cədvəlinə əsasən bank tərəfindən verilmiş 80.000 manat kredit borcuna görə 24 ay müddətində (son ödəniş tarixi xx.xx.2025-ci il olmaqla) 13.116,94 manat faiz, ümumilikdə 93.116,94 manat ödənilməli idi.

9. 22 fevral 2022-ci il tarixli, **********22022022 saylı bank xidmətlərinin göstərilməsi X4 kreditləşmənin xüsusi şərtlərinə dair İNST34/142023 saylı xx.xx.2023-cü il tarixli əlavə imzalanmışdır. Həmin müqaviləyə əsasən borc verən tərəfindən borc alana 24 ay müddətinə illik 15 faiz dərəcəsi ilə 51.000 manat məbləğində kredit verilmişdir.FİFD: fazi dərəcəsi 16.03

10. 10.07.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh 22 fevral 2022-ci il tarixli, **********22022022 saylı Bank Xidmətlərinin Göstərilməsi X4 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 23 iyun 2023-cü il tarixli 8802/118 saylı Əlavəsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2024- cü il tarixə əsas kredit borcu 62236,85 manat, faiz borcu 4825,84 manat, cərimə borcu 224,94 manat olmaqla cəmi borcu 67.287,63 manat təşkil edir.

11. 10.07.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh 22 fevral 2022-ci il tarixli, **********22022022 saylı Bank Xidmətlərinin Göstərilməsi X4 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 14 sentyabr 2023-cü il tarixli İNST34/14202 saylı Əlavəsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2024-cü il tarixə əsas kredit borcu 44.722,94 manat, faiz borcu 3122,83 manat, cərimə borcu 130,64 manat olmaqla cəmi borcu 47.976,41 manat təşkil edir.

12. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh banka əsas borcu və xx.xx.2024-cü il tarixədək (pretenziyanın göndərildiyi tarixədək) faiz borcunun nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in xx.xx.2025-ci il tarixli, 9/8705 saylı ekspert rəyinə əsasən cavabdehin xx.xx.2023-cü il tarixli, 8802/118 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka əsas borcu 62264,86 manat, faiz borcu 5590,12 manat, xx.xx.2023-cü il tarxli, İNST34/14202 saylı kredit müqaviləsi üzrə xx.xx.2024cü il tarixə əsas borcu 44715,99 manat və faiz borcu 3138,16 manat olaraq müəyyən edilmişdir.

14. Məhkəmə tərəflərin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

17. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

19. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

20. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

21. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

22. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının xx.xx.2023-cü il tarixli, 8802/118 saylı və xx.xx.2023-cü il tarxli, İNST34/14202 saylı kredit müqaviləsi üzrə tələb etdiyi əsas və faiz borcu məbləğləri ekspert rəyində göstərilən məbləğlərlə eynilik təşkil etmir, ekspert rəyində göstərilən məbləğlər iddia tələbində göstərilən xx.xx.2023-cü il tarixli, 8802/118 saylı kredit müqaviləsi üzrə əsas və faiz borcu məbləğindən yuxarı həddə, xx.xx.2023-cü il tarxli, İNST34/14202 saylı kredit müqaviləsi üzrə isə əsas borcdan aşağı həddə, lakin faiz borcundan yuxarı məbləğdə müəyyən edilmişdir. Beləliklə, məhkəmə xx.xx.2023-cü il tarixli, 8802/118 saylı və xx.xx.2023-cü il tarxli, İNST34/14202 saylı kredit müqaviləsi üzrə əsas və faiz borcu məbləği tərəflərin hər ikisinin mövqeyini nəzərə almaqla yalnız xx.xx.2023-cü il tarxli, İNST34/14202 saylı kredit müqaviıəsi üzrə əsas borcun ekspert rəyində müəyyən edilmiş məbləğə uyğun olaraq, digər borclara dair hissədə isə iddia tələbində qeyd olunan məbləğlərdə cavabdehdən tutularaq iddiaçıya ödənilməli olduğu qənaətinə gəlmişdir.

23. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış 22 fevral 2022-ci il tarixli, **********22022022 saylı Bank Xidmətlərinin Göstərilməsi X4 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 23 iyun 2023-cü il tarixli 8802/118 saylı Əlavəsi üzrə 224.94 manat və 22 fevral 2022-ci il tarixli, **********22022022 saylı Bank Xidmətlərinin Göstərilməsi X4 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 14 sentyabr 2023-cü il tarixli İNST34/142023 saylı Əlavəsi üzrə 130.64 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

24. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

25. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

26. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğlərinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu məbləğləri tənasübsüz surətdə yüksək olmadığından cavabdehdən tutulacaq dəbbə pulu 22 fevral 2022-ci il tarixli, **********22022022 saylı Bank Xidmətlərinin Göstərilməsi X4 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 23 iyun 2023-cü il tarixli 8802/118 saylı Əlavəsi üzrə 224.94 manat və 22 fevral 2022-ci il tarixli, **********22022022 saylı Bank Xidmətlərinin Göstərilməsi X4 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 14 sentyabr 2023-cü il tarixli İNST34/142023 saylı Əlavəsi üzrə 130.64 manat məbləğində müəyyən edilməlidir.

27. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə əsas və faizi borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, borc məbləğləri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

28. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 405,26 manat məbləğində iddiaçı tərəfindən dövlət rüsumu ödənişi edilmişdir.

29. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 405,26 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə – mühasibatlıq ekspertizaların keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir.

V. Nəticə:

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh 22 fevral 2022-ci il tarixli, **********22022022 saylı Bank Xidmətlərinin Göstərilməsi X4 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 23 iyun 2023-cü il tarixli 8802/118 saylı Əlavəsi üzrə 62236,85 manat əsas borc, 4825,84 manat faiz borcu, 224,94 manat (dəbbə) faiz pulu, 22 fevral 2022-ci il tarixli, **********22022022 saylı Bank Xidmətlərinin Göstərilməsi X4 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 14 sentyabr 2023-cü il tarixli İNST34/142023 saylı Əlavəsi üzrə 44715,99 manat əsas, 3122,83 manat faiz borcu, 130,64 manat dəbbə-faiz borcu və dövlət rüsumunun əvəzi olaraq 405,26 manat tutlaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar