Məhkəmə qərarları › İş №e-2-2(113)-355/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-355/2025

02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-355/2025 02.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun tutulması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 aprel 2022-ci il tarixli, bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə dair 08 sentyabr 2023cü il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair 10454/118 saylı müqavilə üzrə 04 iyul 2024-cü il tarixə "xxxx" ASC-yə olan 40778,70 (qırx min yeddi yüz yetmiş səkkiz manat yetmiş qəpik) manat əsas, 2480,64 (iki min dörd yüz səksən manat altmış dörd qəpik) manat faiz və 74,35 (yetmiş dörd manat otuz beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 43333,69 (qırx üç min üç yüz otuz üç manat altmış doqquz qəpik) manat borc və ödənilmiş 220 (iki yüz iyirmi) manat dövlət rüsumunun Cavabdeh3 MMC, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 25 aprel 2022-ci il tarixli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə dair 08 sentyabr 2023-cü il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair 10454/118 saylı müqaviləyə əsasən Cavabdeh3 MMC-yə 24 (iyirmi dörd) ay müddətinə illik 15% olmaqla 50000 (əlli min) manat kredit verilmişdir. Əlavə olaraq İddiaçı ASC ilə Cavabdeh2 arasında 08 sentyabr 2023-cü il tarixli 13498/118 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsində 25 aprel 2022-ci il tarixli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə dair 25 aprel 2022-ci il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair 10454/118 saylı müqaviləyə əsasən bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində Cavabdeh2 borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Bundan əlavə, İddiaçı ASC ilə Cavabdeh1 arasında 08 sentyabr 2023-cü il tarixli, 13499/118 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsində 25 aprel 2022-ci il tarixli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə dair 25 aprel 2022-ci il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair 10454/118 saylı müqaviləyə əsasən bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində Cavabdeh1 borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafikinə əsasən Cavabdeh3 MMC hər ay ödəniş etməli olduğu halda, o, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Hazırda 10 iyul 2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh3 MMC, Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsinə əsasən müəyyən olunmuş müddətdə krediti, ona hesablanacaq faiz və cərimələri ödəməli olduğu halda, bu öhdəliyi lazımi qaydada yerinə yetirməməklə ödəniş cədvəlinə uyğun ödənişlər etməmiş və 25 aprel 2022-ci il tarixli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə dair 08 sentyabr 2023-cü il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair 10454/118 saylı müqavilə üzrə 04 iyul 2024-cü il tarixə "xxxx" ASC-yə borcu 40778,70 (qırx min yeddi yüz yetmiş səkkiz manat yetmiş qəpik) manat əsas, 2480,64 (iki min dörd yüz səksən manat altmış dörd qəpik) manat faiz və 74,35 (yetmiş dörd manat otuz beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 43333,69 (qırx üç min üç yüz otuz üç manat altmış doqquz qəpik) manat təşkil edir. Cavabdehlərə borcun qaytarılması haqqında iddiaçı tərəfindən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq, bu günə kimi borcun və hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görülməmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 472.1, 739, 743-cü maddələrinə istinad olunmuşdur.

4. Cavabdehlər tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:

5. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianı müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

6. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 25 aprel 2022-ci il tarixli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə bağlanmış və həmin müqaviləyə dair 08 sentyabr 2023-cü il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair 10454/118 saylı müqaviləyə əsasən Cavabdeh3 MMC-yə illik 15 (on beş) faiz hesablanması şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 50000 (əlli min) manat məbləğində kredit verilmişdir.

7. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 15/00533 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh3 MMC-nin İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 25 aprel 2022-ci il tarixli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə dair 08 sentyabr 2023-cü il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair 10454/118 saylı müqavilə üzrə 40778,70 manat əsas, 2480,64 manat faiz və 74,35 manat cərimə borcu olmaqla, cəmi 43333,69 manat təşkil edir.

8. İddiaçı ASC ilə Cavabdeh2 arasında imzalanmış 08 sentyabr 2023-cü il tarixli 13498/118 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 25 aprel 2022-ci il tarixli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə və həmin müqaviləyə dair 08 sentyabr 2023-cü il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair 10454/118 saylı müqavilə üzrə Cavabdeh3 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

9. İddiaçı ASC ilə Cavabdeh1 arasında imzalanmış 08 sentyabr 2023-cü il tarixli 134989/118 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 25 aprel 2022-ci il tarixli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə və həmin müqaviləyə dair 08 sentyabr 2023-cü il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair 10454/118 saylı müqavilə üzrə Cavabdeh3 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

10. İddiaçı ASC tərəfindən Cavabdeh2 və Cavabdeh3 MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli, 15/00517 nömrəli bildiriş (pretenziya) məktubundan görünür ki, borc məbləğinin qisa müddət ərizində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

11. İddiaçı ASC tərəfindən Cavabdeh1 göndərilmiş xx.xx.2024-cü il tarixli, 15/00521 nömrəli bildiriş (pretenziya) məktubundan görünür ki, borc məbləğinin qisa müddət ərizində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/8218 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2023cü il tarixli 10454/118 saylı kredit müqaviləsinin şərtləri üzrə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərə (sualda soruşulan tarixlərə) banka olan borcu aşağıdakı kimi müəyyən olunur. O cümlədən: xx.xx.2024-cü il tarixə 40778,70 mana əsas borc, 2596,69 manat faiz borcu; xx.xx.2024-cü il tarixə 40778,70 mana əsas borc, 3055,45 manat faiz borcu. Qeyd edilir ki, iş materiallarında 25 aprel 2022-ci il tarixli, bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə dair 08 sentyabr 2023-cü il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair 10454/118 saylı kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırkı ekspertiza tədqiqatı ilə Cavabdeh3 MMC-yə cərimə hesablanmadı. Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla,zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin mövqeyi

16. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 25 aprel 2022-ci il tarixli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə bağlanmış və həmin müqaviləyə dair 08 sentyabr 2023-cü il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair 10454/118 saylı müqaviləyə əsasən Cavabdeh3 MMC-yə illik 15 (on beş) faiz hesablanması şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 50000 (əlli min) manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında 08 sentyabr 2023-cü il tarixli 13498/118 nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 25 aprel 2022-ci il tarixli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə və həmin müqaviləyə dair 08 sentyabr 2023-cü il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair 10454/118 saylı müqavilə üzrə Cavabdeh3 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh1 arasında 08 sentyabr 2023-cü il tarixli 134989/118 nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 25 aprel 2022-ci il tarixli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə və həmin müqaviləyə dair 08 sentyabr 2023-cü il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair 10454/118 saylı müqavilə üzrə Cavabdeh3 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdehlər (borc alan və zaminlər) müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının həmin öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququ yaranmışdır.

17. İddia tələbinin bir hissəsini cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 25 aprel 2022-ci il tarixli, bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə dair 08 sentyabr 2023-cü il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair 10454/118 saylı müqavilə üzrə 04 iyul 2024-cü il tarixə "xxxx" ASC-yə olan 40778,70 (qırx min yeddi yüz yetmiş səkkiz manat yetmiş qəpik) manat əsas, 2480,64 (iki min dörd yüz səksən manat altmış dörd qəpik) manat faiz borcunun tutulması təşkil edir.

18. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zaminlər) müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin (borcalan və zamin) müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcu və faiz borcunun tutulması hissəsində tam təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada 40778,7 manat (qırx min yeddi yüz yetmiş səkkiz manat yetmiş qəpik) əsas borc, 2480,64 manat (iki min dörd yüz səksən manat altmış dörd qəpik) faiz borcu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Belə ki, ekspert rəyindən görünür ki, əsas borcun məbləği 40778,70 manat təşkil edir. Faiz borcu ilə bağlı hazırkı nəticəyə gələrkən MPM-in 218.3-cü maddəsinin tələbləri nəzərə alınmışdır.

19. İddia tələbinin digər hissəsini cavabdehlərdən müştərək qaydada 74,35 manat cərimə borcunun tutulması təşkil edir.

20. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

21. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada 74,35 manat (yetmiş dörd manat otuz beş qəpik) manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

22. Eləcə də, iddiaçı 220 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.

23. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 220 (iki yüz iyirmi) manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

24. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada 40778,7 manat (qırx min yeddi yüz yetmiş səkkiz manat yetmiş qəpik) əsas borc, 2480,64 manat (iki min dörd yüz səksən manat altmış dörd qəpik) faiz borcu, 74,35 manat (yetmiş dörd manat otuz beş qəpik) manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 43553,69 manat (qırx üç min beş yüz əlli üç manat altmış doqquz qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar