Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3558/2020 15.12.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhmanov Elçin Natiq oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nin Cavabdeh1nə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, siyahıya alınmış əmlakın açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Cavabdeh1nə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması barədə digər iddia tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Həmin iş e- 2-2(113)-3313/2020 nömrə ilə icraata qəbul edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmyaraq, onlar məhkəmə iclasına gəlməmiş və məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Cavabdeh2 məhkəməyə vəsatət ünvanlayaraq, hazırkı işdən başqa məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü digər işlərin də olduğunu bildirərək, bu işlərin birləşdirilməsi məqsədəmüvafiq olduğundan e-2-2( 113)-3313/2020 saylı və e-2-2(l 13)-3558/2020 saylı işlər üzrə icraatın bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-3313/2020 saylı iş və hazırkı e-2-2(113)- 3558/2020 saylı iş bir-biri ilə əlaqəli olduğundan, gələcəkdə ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınması və ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə xüsusi olaraq qeyd edir ki, məhkəmənin icraatında bir biri ilə əlaqədar olan işlərin tərəflər arasında qarşılıqlı hüquq münasibətlərinin hərtərəfli araşdırılması, prosessual qənaət mənafeyinə uyğun olaraq və qəbul ediləcək məhkəmə aktlarının birbirinə zidd olma riskini nəzərə alaraq bir məhkəmədə baxılmalı və bir qətnamə çıxarılmalıdır. Bu məhkəməyə imkan verir ki, işi düzgün həll etmək üçün mövcud sübutları və faktiki materialları bir icraatda toplasın və onlara birlikdə qiymət versin. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nin Cavabdeh1 MMC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair (İş № e-2-2(113)-3558/2020) iş məhkəmənin icraatında olan “iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nin Cavabdeh1 MMC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair (İş № e-2-2(113)- 3313/2020) işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nin Cavabdeh1nə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair (İş № e-2-2(113)-3558/2020) iş məhkəmənin icraatında olan iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nin Cavabdeh1nə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair (İş № e-2-2(113)-3313/2020) işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3558/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3558/2020
15.12.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver