Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3561/2023 18.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 2979,94 manat əsas borc, 199,08 manat faiz borcu və 51,89 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 3230,91 manat, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 4158,01 manat əsas borc, 373,53 manat faiz borcu və 100,42 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4631,96 manat borcun və 60 manat mediasiya ödənişi və 38,63 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, iddia ərizəsində göstərilən pul vəsaitinin cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 xx.xx.2022-ci il tarixli kredit limit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 24 faizlə 12 ay müddətinə 5000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh4 ilə xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh3 xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 23 faizlə 12 ay müddətinə 5000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilələrin şərtlərini pozaraq, borc öhdəliklərini icra etməkdən boyun qaçırır. 2023-cü il yanvarın 27-dək Cavabdeh3 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 2979,94 manat əsas borc, 199,08 manat faiz borcu və 103,77 manat cərimə olmaqla ümumilikdə cəmi 3282,79 manat borcu vardır. Cavabdeh3 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 103,77 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 51,89 manat məbləğində tələb olunur. 2023-cü il yanvarın 27-dək Cavabdeh3 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 4158,01 manat əsas borc, 373,53 manat faiz, 200,84 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 4732,38 manat borcu vardır. Cavabdeh3 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcunun 200,84 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 100,42 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır.
4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445.2.1, 448.1, 465.2, 467, 472.1, 472.2-ci maddələrinə istinad olunmuşdur.
5. 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
Tədqiq olunan sübutlar:
6. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 28-MCR-1-425-22 nömrəli (kredit limitinin ayrılmasına dair) razılaşmadan görünür ki, Cavabdeh3 bankdan 120 (yüz iyirmi) ay müddətinə, aylıq faiz dərəcəsi 2,5% olmaqla, 200000 (iki yüz min) manat məbləğində kredit limiti ayrılmışdır.
7. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 28-MCR-1- 425-22/1 nömrəli (kredit verilməsinə dair) razılaşmadan görünür ki, Cavabdeh3 bankdan 12 (on iki) ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, 5000 (beş min) manat məbləğində kredit verilmişdir.
8. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, Z/05476/22 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 28-MCR-1-425-22 nömrəli (kredit limitinin ayrılmasına dair) razılaşma üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
9. İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, Z/05477/22 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 28-MCR-1-425-22 nömrəli (kredit limitinin ayrılmasına dair) razılaşma üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh4 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
10. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, Z/09142/22 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 28-MCR-1-425-22 nömrəli (kredit limitinin ayrılmasına dair) razılaşma üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
11. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 28-MCR-1- 425-22 nömrəli (kredit limitinin ayrılmasına dair) razılaşmaya xx.xx.2022-ci il tarixdə əlavə saziş bağlanmışdır. Həmin əlavə sazişin 1.1-ci bəndinə əsasən müqavilənin digər bəndələri dəyişdirilmədən saxlanılır. Həmin əlavə sazişin 1.2-ci bəndinə əsasən bu saziş Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik olmaqla və tərəflərin hər birində 1 (bir) nüsxə saxlanılmaq şərti ilə 2 (iki) nüsxədə tərtib edilir. Həmin əlavə sazişin 1.3-cü bəndinə əsasən bu saziş müqavilənin ayrılmaz tərkib hissəsi olmaqla imzalandığı tarixdən qüvvəyə minir.
12. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 28-MCR-1- 425-22/2 nömrəli (kredit verilməsinə dair) razılaşmadan görünür ki, Cavabdeh3 bankdan 12 (on iki) ay müddətinə, aylıq faiz dərəcəsi 1,92% olmaqla, 5000 (beş min) manat məbləğində kredit verilmişdir.
13. xx.xx.2022-ci il tarixli məxaric qəbzinin surətindən görünür ki, Cavabdeh3 xx.xx.2022-ci il tarixli, 28-MCR-1-425-22/1 nömrəli kredit müqaviləsinə əsasən 4898 manat məbləğində pul verilmişdir.
14. xx.xx.2022-ci il tarixli məxaric qəbzinin surətindən görünür ki, Cavabdeh3 xx.xx.2022-ci il tarixli, 28-MCR-1-425-22/2 nömrəli kredit müqaviləsinə əsasən 4925 manat məbləğində pul verilmişdir.
15. İddiaçı ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2023cü il tarixə Cavabdeh3 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka 2979,94 manat əsas borc, 199,08 manat faiz borcu, 103,77 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 3282,79 manat borcu vardır.
16. İddiaçı ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2023cü il tarixə Cavabdeh3 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka 4158,01 manat əsas borc, 373,53 manat faiz borcu, 200,84 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4732,38 manat borcu vardır.
17. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən Bakı 9 saylı Mediasiya Təşkilatının AZ27AİİB400600D**********106 nömrəli hesabına 60 (altmış) manat məbləğində vəsait köçürülmüşdür.
18. İddiaçı ASC tərəfindən Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 ünvanlanmış xx.xx.2022-ci il tarixli, KBD-4352 nömrəli xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli, 28-MCR-1-425-22/1 nömrəli kredit müqaviləsi üzrə borcun 5 (beş) gün müddətində banka ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə bank tərəfindən borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
19. İddiaçı ASC tərəfindən Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 ünvanlanmış xx.xx.2022-ci il tarixli, KBD-4353 nömrəli xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli, 28-MCR-1-425-22/2 nömrəli kredit müqaviləsi üzrə borcun 5 (beş) gün müddətində banka ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə bank tərəfindən borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
20. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli, 28-MCR-1-425-22 nömrəli (kredit limitinin ayrılmasına dair) razılaşma bağlanmış və həmin razılaşmaya əsasən Cavabdeh3 bankdan 120 (yüz iyirmi) ay müddətinə, aylıq faiz dərəcəsi 2,5% olmaqla, 200000 (iki yüz min) manat məbləğində kredit limiti ayrılmışdır. İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli, 28-MCR-1-425-22/1 nömrəli (kredit verilməsinə dair) razılaşma bağlanmış və həmin razılaşmaya əsasən Cavabdeh3 bankdan 12 (on iki) ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, 5000 (beş min) manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli, 28-MCR-1-425-22 nömrəli (kredit limitinin ayrılmasına dair) razılaşmaya xx.xx.2022-ci il tarixdə əlavə saziş bağlanmışdır. İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli, 28-MCR-1-425- 22/2 nömrəli (kredit verilməsinə dair) razılaşma bağlanmış və həmin razılaşmaya əsasən Cavabdeh3 bankdan 12 (on iki) ay müddətinə, aylıq faiz dərəcəsi 1,92% olmaqla, 5000 (beş min) manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, Z/09142/22 nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 28-MCR-1-425-22 nömrəli (kredit limitinin ayrılmasına dair) razılaşması üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, Z/05476/22 nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 28-MCR-1-425-22 nömrəli (kredit limitinin ayrılmasına dair) razılaşması üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh4 arasında xx.xx.2022-ci il tarixli, Z/05477/22 nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 28-MCR-1-425-22 nömrəli (kredit limitinin ayrılmasına dair) razılaşması üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh4 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
21. Həmçinin qeyd olunmalıdır ki, zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən bu müqavilələrin predmetini xx.xx.2022 il tarixli, 28-MCR-1-425-22 saylı kredit limitinin ayrılmasına dair müqavilə (bundan sonra - Kredit Müqaviləsi) üzrə bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir; 1.2-ci bəndinə əsasən zaminliklə təmin edilmiş kreditləşmənin mənbəyi Yelo Bank ASC tərəfindən ayırılan vəsaitdir; 1.3-cü bəndinə əsasən müqavilələrin 1.1-ci yarımbəndində nəzərdə tutulan xx.xx.2022- ci il tarixli,28-MCR-1-425-22 kredit müqaviləsi üzrə ayrılmış kredit limiti qeyd olunan kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər daxilində Borcalan tərəfindən dəfələrlə istifadə oluna bilər.
22. Zaminlik müqavilələrinin 2-ci bəndinə əsasən bu müqavilələrlə aşağıdakı öhdəliklər təmin edilir: 2.1.1-ci bəndinə əsasən 200000 (iki yüz min) AZN (və ya müvafiq valyuta ekvivalentində) təşkil edən kredit limiti məbləği (qeyd edilən məbləğ bu Müqavilənin 1.1-ci bəndində qeyd edilmiş kredit limitinin ayrılmasına dair müqavilə və onun əsasında bağlanan razılaşmalara əsasən borcalanın kreditordan aldığı kredit məbləğindən ibarətdir); 120 (bir yüz iyirmi) ay təşkil edən kredit limitini qaytarılma müddəti; 2.1.2 . Kredit limiti üzrə aylıq 2.50 (iki tam yüzdə əlli) faizdən çox olmamaqla hesablanacaq məbləğ (faiz dərəcəsi Kreditor tərəfindən tələb edilə biləcək ən çox faiz dərəcəsini ifadə edir. Kreditorun bu Müqavilə üzrə faiz borcunun tələbi isə bu Müqavilənin 1.1-ci bəndində qeyd edilmiş Kredit limitinin ayrılmasına dair müqavilə və onun əsasında bağlanan razılaşmalar üzrə razılaşdırılmış tələbdən ibarət olacaqdır); 2.1.3-cü bəndinə əsasən kredit limiti üzrə ödənişlər gecikdirildiyi halda gündəlik 0.20 (sıfır tam yüzdə iyirmi) faizdən çox olmayan gecikdirilmiş ödənişin əsas borc məbləğinə cərimə kimi hesablanacaq məbləğ.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin mövqeyi
26. İddia tələbinin bir hissəsini cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 2979,94 manat əsas borc, 199,08 manat faiz borcu, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 4158,01 manat əsas borc, 373,53 manat faiz bоrcunun tutulması təşkil edir.
27. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zaminlər) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin (borcalan və zaminlər) müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcu və hesablanmış faizlərin tutulması hissəsində təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 2979,94 manat əsas borc, 199,08 manat faiz borcu, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 4158,01 manat əsas borc, 373,53 manat faiz bоrcu iddiaçının xeyrinə tutulmalıdır.
28. İddia tələbinin digər hissəsini cavabdehlərdən müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 51,89 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 100,42 manat cərimə borcunun tutulması təşkil edir.
29. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
30. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 51,89 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 100,42 manat cərimə borcu iddiaçının xeyrinə tutulmalıdır.
31. Eləcə də, iddiaçı 60 manat mediasiya xərci və 38,63 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.
32. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən mediasiyaya ödənilmiş 60 (altmış) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 38,63 manat (otuz səkkiz manat altmış üç qəpik) məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 2979,94 manat (iki min doqquz yüz yetmiş doqquz manat doxsan dörd qəpik) əsas borc, 199,08 manat (yüz doxsan doqquz manat səkkiz qəpik) faiz borcu, 51,89 manat (əlli bir manat səksən doqquz qəpik) cərimə borcu, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 4158,01 manat (dörd min yüz əlli səkkiz manat bir qəpik) əsas borc, 373,53 manat (üç yüz yetmiş üç manat əlli üç qəpik) faiz bоrcu, 100,42 manat (yüz manat qırx iki qəpik) cərimə borcu, 60 (altmış) manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 38,63 manat (otuz səkkiz manat altmış üç qəpik) olmaqla, ümumilikdə 7961,50 manat (yeddi min doqquz yüz altmış bir manat əlli qəpik) məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova