Məhkəmə qərarları › İş №e-2-2(113)-3563/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3563/2025

23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3563/2025 23.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, X2 və Cavabdeh1 qarşı “kredit müqaviləsinə dair pul” tələbi üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, Tərəflərin iştirakı olmadan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, X1 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN FAKTİKİ HALLARİ:

1. İddiaçı ilə Cavabdeh3 (bundan sonra - borc alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 22-MCR-2-945-23 saylı kredit limitinin ayrılmasına dair müqavilə imzalanmışdır. Həmin müqavilənin əsasən iddiaçı (borc verən) borc alana bu müqavilə ilə nəzərdə tutuluş məbləğdən, müddətdən, illik faiz dərəcəsindən çox olmamaq şərtilə kredit limiti ayırır, borc alan isə müqavvilə və müqavilə çərçivəsində bağlanan və onun ayrılmaz tərkib hissəsi hesab edilən kredit, kredit xətti, overdraft, qarantiya və s. verilməsi ilə bağlı müqavilələr ilə müəyyən edilən şərtlərlə və qaydada kredit limitindən istifadə etməyi və kredit müqaviləsi üzrə borc öhdəliyini tam şəkildə icra etməyi öhdəsinə götürür. Həmin müqavilə əsasında iddiaçı ilə borc tərəfindən alan kredit limitinin məbləğinin 30000 manat, müddətinin 120 ay, aylıq faiz dərəcəsinin 2.50 %, kredit limiti üzrə gündəlik cərimə faiz dərəcəsinin 0.20 % olması müəyyən edilmişdir. Razılaşmanın 4-cü bəndinə görə Borc alan Razlaşmanı imzalamaqla Bankın internet səhifəsində yerləşdirilmiş Bank xidmətinin göstərilməsi üzrə standart şərtlər toplusunu oxuduğunu, sənədin bütün müddəaları və tələbləri ilə razılaşdığını və Razlaşmanın imzalanması nəticəsində həmin Şərtlər Toplusunun gələcəkdə onunla Bank arasında yaranan münasibətlərə mail edilməsinə etiraz etmədiyini bəyan etmişdir.

2. Həmçinin, iddiaçı ilə borc alan arasında xx.xx.2023-cü il tarixli, 22-MCR-2-945- 23/1 saylı kreditin verilməsinə dair müqavilə imzalanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən borc alana biznes məqsədilə 12 ay müddətinə aylıq 1,83 %-lə 15000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən bu müqavilə xx.xx.2023-cü il tarixli 22-MCR-2-945-23 saylı kredit limitinin ayrılmasına dair müqavilənin əsasında rəsmiləşdirilmişdir bə həmin müqavilənin ayrılmaz tərkib hissəsidir. Kredit müqaviləsinin 1 saylı Əlavəsi ilə kreditin aylıq ödənişi 1403,92 manat müəyyən edilmişdir.

3. Eyni zamanda, iddiaçı ilə borc alan arasında xx.xx.2023-cü il tarixli, 22-MCR-2- 945-23/1 saylı bank xidmətinin göstərilməsi üzrə Şərtlər Toplusuna qoşulmaya və ödəniş kartının emissiyası və verilməsinə dair müqavilə bağlanmışdır.

4. Bundan başqa, iddiaçı ilə Cavabdeh2 arsında xx.xx.2023-cü il tarixli, Z/17761/23 saylı və Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli, Z/17762/23 saylı zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin şərtlərinə əsasən zaminlər, xx.xx.2023-cü il tarixli 22-MCR-2-945-23 saylı kredit limitinin ayrılmasına dair müqaviləsinə əsasən bankdan kredit götürmüş borc alan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ay hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu (cərimə və peniya), borc tutulması üzrə məhkəmə xərclərinin və borc alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zaminlər kreditor qarşısında borc alan ilə eyni həcmdə məsuliyyət daşıyırlar (zamanlik müqavilələrinin 1.1 və 1.3.1, 1.3.2 və 1.3.3-cü bəndləri).

MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

5. İddiaçı xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 4177 manat əsas borc, 258,45 manat faiz borcu və 49,9 manat cərimə borcu, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün 5%-lə hesablanmış 14,7 manat olmaqla, cəmi 4500,05 manat borcun, 65 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə idda ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh3 120 ay müddətinə 30000 manat kredit limiti ayrılmışdır. Cavabdeh3 xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən iddiçıdan illik 22 faizlə 12 ay müddətinə 15000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh1 ilə xx.xx.2023-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır. 2024-cü il noyabrın 20-dək Cavabdeh3 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 4177 AZN əsas borcu, 258,45 AZN faiz borcu, 99,79 AZN cərimə borcu, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 14,7 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 4549.94 manat borcu vardır. Cavabdeh3nın xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 99.79 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 %-i miqdarında olmaqla, yəni 49,9 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.

b) İddiaya qarşı etirazın dəlilləri

7. Cavabdehlərin iddiaya qarşı etirazları məhkəməyə təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

8. İddiaçının nümayənəsi ərizə ilə məhkəməyə müraciət eədərk onların iştirakı olmadan işə baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmşdir.

9. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

10. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

11. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

12. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

14. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

15. Maddə 445.7 Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

16. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

17. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

18. Maddə 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

19. Maddə 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

20. Maddə 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

21. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

22. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

MƏHKƏMƏNİN MÖVQEYİ

27. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

28. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc predmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.

29. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə borc alan arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 22-MCR-2-945-23 saylı kredit limitinin ayrılmasına dair müqavilə və həmin müqavilə çərçivəsində bağlanmış xx.xx.2023-cü il tarixli 22-MCR-2- 945-23/1 saylı kreditin verilməsi barədə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı borc alana kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə 15000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin borc alan kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır. Hazırda iddiaçı həmin kredit müqaviləsi üzrə yaranmış əsas borc, faiz borcu və dəbbə pulunun ödənilməsini cavabdehlərdən tələb edir.

30. xx.xx.2024-cü il tarixli maliyyə arayışından da görünür ki, borc alanın xx.xx.2023-cü il tarixli, 22-MCR-2-945-23/1 nömrəli kredit müqaviləsi üzrə iddiaçıya əsas və faiz borc üzrə sonuncu ödəniş xx.xx.2024-cü il olmaqla, 588,55 manat əsas, 12,36 manat faiz borcuna görə olmuş, bundan sonra borc alanın əsas borc üzrə qalıq məbləği 4177 manat, faiz borcu üzrə qalıq məbləği 258,45 manat, cərimə borcu üzrə qalıq məbləğ 99,79 manat olmuş, kreditin bitmə tarixi xx.xx.2025-ci il göstərilmişdir.

31. Həmçinin, iddiaçı tərəfindən verilmiş sonuncu hesabdan çıxarışdan müəyyən edilir ki, sözü gedən kredit müqaviləsi üzrə borc alan xx.xx.2025-ci il tarixdən sonra heç bir ödəniş etməmişdir.

32. Məhkəmə qeyd edir ki, borc alan kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin kredit müqaviləsi əsasında kredit məbləğini və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmaqla bağlı öhdəliyə malik olmuşdur. Lakin, işin şərh edilən hallarından da görünür ki, borc alan kredit müqaviləsi üzrə kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.

33. Tələbin 49,9 manat məbləğində dəbbə pulunun tutulması hissəsinə münasibədə məhkəmə qeyd edir ki, borc alanın kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də dəbbə pulunun azaldılması üçün əsaslar olmadığından iddiaçı mübahisəli müqavilə üzrə yuxarıda göstərilən məbləğdə dəbbə pulunun tutulmasını tələb etməkdə də haqlıdır.

34. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Eyni zamanda, qanunvericilik də tələb edir ki, dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (MM-nin 462.1-ci maddəsi).

35. Həmçinin, iş materiallarından görünür ki, borc alanın sözü gedən kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi xx.xx.2023-cü il tarixdə iddiaçı ilə Cavabdeh2 arasında Z/17761/23 saylı, Cavabdeh1 arasında isə Z/17762/23 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zaminlər borc alanın xx.xx.2023-cü il tarixli, 22-MCR-2-945-23 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icra edilməməsinə görə məsuliyyəti öz üzrələrinə götürmüşlər.

36. Məhkəmə hər iki zaminin xx.xx.2023-cü il tarixli, 22-MCR-2-945-23 saylı kredit müqaviləsi üzrə borc alanın bütün öhdəliklərinə zamin oldularını və həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdılarını nəzərə alaraq hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə borcun müştərək (birgə) qaydada borc alan və zamindən tutulmasını tələb etməkdə də haqlıdır.

37. Məhkəmə hesab edir ki, iddia tam təmin olunduğundan ödənilmiş 65 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada tutulmalıdır.

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 4177 manat əsas, 258,45 manat faiz, 49,9 manat cərimə borcu, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 14,7 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 4500,05 (dörd min beş yüz manat beş qəpik) manat borc və ödənilmiş 65 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar