Məhkəmə qərarları › İş №e-2-2(113)-3567/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3567/2025

26.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3567/2025 26.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Qanuni nümayəndə, Cavabdeh2 və xxxə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Hacıyeva Nərmin Xaliq qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Qanuni nümayəndə, Cavabdeh2 və xxxə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Cavabdeh3, Qanuni nümayəndə, Cavabdeh2 və xxxə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 25 aprel 2023-cü il tarixli, RB/BM-00288 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 9946,70 manat, faiz borcuna görə 711,42 manat, dəbbə pulu borcuna görə 323,58 manat olmaqla, cəmi 10981,70 manat məbləğində pulun və 123 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin biznes mərkəzi filialı ilə Cavabdeh3 MMC arasında bağlanmış 25 aprel 2023-cü il tarixli, RB/BM-00288 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 19% (on doqquz) faiz dərəcəsi olmaqla, 24 (iyirmi dörd) ay müddətinə 30000 (otuz min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 25 aprel 2023-cü il tarixdə İddiaçı ASC-nin Biznes mərkəzi filialı ilə digər cavabdeh(lər) Qanuni nümayəndə, Cavabdeh2 və xxx arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 25 aprel 2023-cü il tarixli, RB/BM-00288 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 25 aprel 2023-cü il tarixli, RB/BM-00288 saylı kredit müqaviləsinin şərtlərinə görə borcalan Cavabdeh3 MMC kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 25 aprel 2023-cü il tarixli, RB/BM-00288 saylı kredit müqaviləsinə görə cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 26-dan gec olmayaraq, hər ay 1512,26 manat ödəniş etməli olduğu halda, öhdəliklərini vaxtlı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh3 MMC-nin 25 aprel 2023-cü il tarixli, RB/BM-00288 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 9946,70 manat, faiz borcuna görə 711,42 manat, dəbbə pulu borcuna görə 323,58 manat olmaqla, cəmi 10981,7 manat təşkil edir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdehlər tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır.

5. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. İddiaçı “AZEMİS” elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 25 aprel 2023-cü il tarixli, RB/BM-00288 saylı kredit müqaviləsindən görünür ki, bankdan Cavabdeh3 MMC-yə illik 19% (on doqquz) faiz dərəcəsi olmaqla, 24 (iyirmi dörd) ay müddətinə 30000 (otuz min) manat məbləğində kredit verilmişdir.

7. İddiaçı ASC ilə xxx arasında bağlanmış 25 aprel 2023-cü il tarixli, RB/BM-00288 saylı zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 25 aprel 2023-cü il tarixli, RB/BM-00288 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh3 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə xxx bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

8. İddiaçı ASC ilə Qanuni nümayəndə arasında bağlanmış 25 aprel 2023-cü il tarixli, RB/BM-00288 saylı zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 25 aprel 2023-cü il tarixli, RB/BM-00288 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh3 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Qanuni nümayəndə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

9. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 25 aprel 2023-cü il tarixli, RB/BM- 00288 saylı zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 25 aprel 2023-cü il tarixli, RB/BM-00288 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh3 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

10. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, RB-02/PK-1580 maliyyə arayışından görünür ki, Cavabdeh3 MMC-nin xx.xx.2025-ci il tarixə banka olan borcu 9946,70 manat məbləğində əsas, 711,42 manat məbləğində faiz, 323,58 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 10981,7 manat təşkil edir.

11. İddiaçı ASC-nin Qanuni nümayəndə, Cavabdeh2, Cavabdeh3 və xxxə ünvanladığı xx.xx.2025-ci il tarixli pretenziya məktublarından görünür ki, borcun 3 (üç) iş gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə borcun tutulması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/3126 saylı ekspert rəyindən görünür ki, Cavabdeh3 MMC-nin banka ödənilmiş pul vəsaitlərinə dair bankda olan cari hesabdan çıxarış məlumatları və xx.xx.2023-cü il tarixli, RB/BM-00288 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh3 MMC-nin xx.xx.2025-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 10562,19 manat məbləğində və xx.xx.2025-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 10913,26 manat məbləğində müəyyən edilir. O cümlədən: xx.xx.2025-ci il tarixə əsas borc üzrə 9928,17 manat, faiz borcu üzrə 634,02 manat; xx.xx.2025-ci il tarixə əsas borc üzrə 9928,17 manat, faiz borcu üzrə 985,09 manat. Cavabdeh3 MMC ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RB/BM-00288 saylı kredit müqaviləsi üzrə sənədlər tam təqdim edilmədiyindən cərimə borcunu müəyyən etmək mümkün olmadı. Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

15. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, iddiaçı ilə Cavabdeh3 MMC arasında 25 aprel 2023-cü il tarixli, RB/BM-00288 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borcalana illik 19% (on doqquz) faiz dərəcəsi olmaqla 24 (iyirmi dörd) ay müddətinə 30000 (otuz min) manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə xxx arasında 25 aprel 2023-cü il tarixli, RB/BM-00288 saylı zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 25 aprel 2023-cü il tarixli, RB/BM-00288 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh3 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə xxx bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı ASC ilə Qanuni nümayəndə arasında 25 aprel 2023-cü il tarixli, RB/BM-00288 saylı zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 25 aprel 2023-cü il tarixli, RB/BM-00288 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh3 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Qanuni nümayəndə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh2 arasında 25 aprel 2023-cü il tarixli, RB/BM-00288 saylı zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 25 aprel 2023-cü il tarixli, RB/BM-00288 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh3 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdehlər (borc alan və zaminlər) müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının həmin öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququ yaranmışdır.

16. İddia tələbinin bir hissəsini cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə 9946,70 manat əsas, 711,42 manat faiz borcunun tutulması təşkil edir.

17. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zamin) müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, alınan pul məbləğini faizləri ilə birgə borc verənə qaytarmaq vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/3126 saylı ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcu və faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, cavabdehlər Cavabdeh3, Qanuni nümayəndə, Cavabdeh2 və xxxdən müştərək qaydada 25 aprel 2023-cü il tarixli, RB/BM-00288 saylı kredit müqaviləsi üzrə 9928,17 manat (doqquz min doqquz yüz iyirmi yeddi manat on yeddi qəpik) əsas borc, 634,02 manat (altı yüz otuz dörd manat iki qəpik) faiz borcu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, əsas və faiz borcunun tutulmasına dair iddia qalan hissədə təmin olunmamalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, xx.xx.2025ci il tarixə (maliyyə arayışı və pretenziya məktubunda göstərilən tarix) əsas borcun məbləği 9928,17 manat, faiz borcunun məbləği isə 634,02 manat olaraq müəyyən olunmuşdur.

18. İddia tələbinin digər hissəsini cavabdеhlərdən müştərək qaydada 323,58 manat məbləğində cərimə borcunun tutulması təşkil edir.

19. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

20. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən müştərək qaydada 323,58 manat (üç yüz iyirmi üç manat əlli səkkiz qəpik) cərimə tutularaq iddiaçıya ödənilməlidir.

21. Eləcə də, iddiaçı 123 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.

22. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 121,9 manat (yüz iyirmi bir manat doxsan qəpik) məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

23. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat pulun 198,2 manat (yüz doxsan səkkiz manat iyirmi qəpik) manat hissəsi cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2, Cavabdeh3 və xxxdən müştərək qaydada, 1,8 manat (bir manat səksən qəpik) hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Qanuni nümayəndə, Cavabdeh2 və xxxdən müştərək qaydada 25 aprel 2023-cü il tarixli, RB/BM-00288 saylı kredit müqaviləsi üzrə 9928,17 manat (doqquz min doqquz yüz iyirmi yeddi manat on yeddi qəpik) əsas borc, 634,02 manat (altı yüz otuz dörd manat iki qəpik) faiz borcu, 323,58 manat (üç yüz iyirmi üç manat əlli səkkiz qəpik) cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 121,9 manat (yüz iyirmi bir manat doxsan qəpik) olmaqla, ümumilikdə 11007,67 manat (on bir min yeddi manat altmış yeddi qəpik) məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat pulun 198,2 manat (yüz doxsan səkkiz manat iyirmi qəpik) manat hissəsi cavabdehlər Cavabdeh3, Qanuni nümayəndə, Cavabdeh2 və xxxdən müştərək qaydada, 1,8 manat (bir manat səksən qəpik) hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar