Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3572/2020 15.12.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə Tərəflərin iştirakı olmadan İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlilər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması” barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlilər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 7862.53 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 675855.44 və İşsizlikdən sığorta fonduna ödənilməmiş 9363.55 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 9500 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə vəsatət ünvanlayaraq hazırki işin Bakı Kommersiya Məhkəməsinin digər hakimi Zaur Pirverdiyevin icraatında olan iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlilər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “siyahıya alınmış əmlakının açıq hərracda satılması” tələbi barədə e-2-2(113)-3313/2020 nömrəli işlə bir icraatda birləşdirilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı ilkin olaraq məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2020-ci il tarixə qeyd olunan borc məbləğində dövlət büdcəsinə ödənilməmiş 583096.54 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 675855.44 və işsizlikdən sığorta fonduna ödənilməmiş 9363.55 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 615150 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. e-2-2(113)-3313/2020 saylı iş hal-hazırda hakim Zaur Pirverdiyevin icraatındadır. Daha sonra iddiaçı Cavabdeh MMC-yə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair növbəti iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir və e-2-2(113)-3558/2020 saylı həmin iş hakim Zeynəb Axundovanın icraatındadır. Sonra vergi orqanı təkrarən cavabdehə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair digər iddia ərizəsi üzrə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, hər üç iş üzrə mübahisə tərəfləri və iddiaçının tələbi eyni olduğundan, eyni mübahisə ilə bağlı məsələnin müxtəlif məhkəmə proseslərində həll edilməsi zaman itkisinə səbəb olmasına şərait yaratmış olur. Bu səbəbdən hər üç iş bir icraatda birləşdirilməli və məhkəməyə müraciət edilməsi ardıcıllığına əsasən baxılması üçün ilk iddianın qeydə alındığı hakimin icraatına verilməlidir. Məhkəmə vəsatəti nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin edilməli və hazırkı iş məhkəmənin digər hakiminin icraatında olan e-2- 2(113)-3313/2020 nömrəli işlə birləşdirilməlidir. Belə ki, iş materiallarından görünür ki, hazırkı işdən başqa Bakı Kommersiya Məhkəməsinin icraatında iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlilər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “615150 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbi barədə e-2-2(113)-3313/2020 nömrəli iş vardır və hər iki iş üzrə mübahisənin predmetini cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və İşsizlikdən sığorta fonduna ödənilməmiş borcun ödənilməsinin təmin edilməsi məqsədilə cavabdehin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 43.1 və 43.2-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırki iş xx xxxxxx 2020-ci il tarixdə, məhkəmənin icraatında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlilər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “615150 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbi barədə digər iş isə daha öncə, yəni xx xxxxxxx 2020-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, məhkəmənin icraatında bir biri ilə əlaqədar olan mülki işlərin tərəflər arasında qarşılıqlı hüquq münasibətlərinin hərtərəfli araşdırılması, prosessual qənaət mənafeyinə uyğun olaraq və qəbul ediləcək məhkəmə aktlarının birbirinə zidd olma riskini nəzərə alaraq bir məhkəmədə baxılmalı və bir qətnamə çıxarılmalıdır. Bu məhkəməyə imkan verir ki, işi düzgün həll etmək üçün mövcud sübutları və faktiki materialları bir icraatda toplasın və onlara birlikdə qiymət versin. Məhkəmə hesab edir ki, işlər bir-biri ilə əlaqəli və ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılması zəruri olduğundan həmin işlər bir icraatda birləşdirilməli, hazırkı mülki iş daha sonra icraata qəbul olunduğundan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlilər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “ cavabdehin xx.xx.2020-ci il tarixə qeyd olunan borc məbləğində dövlət büdcəsinə ödənilməmiş 583096.54 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 675855.44 manat və işsizlikdən sığorta fonduna ödənilməmiş 9363.55 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 615150 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbi barədə işə birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 156, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlilər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “cavabdehin xx.xx.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 7862.53 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 675855.44 və İşsizlikdən sığorta fonduna ödənilməmiş 9363.55 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 9500 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbi barədə e-2-2(113)-3572/2020 saylı iş həmin məhkəmənin icraatında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlilər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “cavabdehin xx.xx.2020-ci il tarixə qeyd olunan borc məbləğində dövlət büdcəsinə ödənilməmiş 583096.54 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 675855.44 manat və işsizlikdən sığorta fonduna ödənilməmiş 9363.55 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 615150 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin hakimi X1 icraatında olan e-2-2(113)- 3313/2020 saylı mülki işlə bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İlham Əhmədov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3572/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3572/2020
15.12.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver