Məhkəmə qərarları › İş №e-2-2(113)-3576/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3576/2025

12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3576/2025 12.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçının nümyəndəsi X2 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı “X4 ve Ticaret Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsinə dair işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X4 ve Ticaret Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, **********730 saylı “Malların Alqı-Satqı Müqaviləsi”nə əsasən yaranmış 50524.64 (əlli min beş yüz iyirmi dörd manat altmış dörd qəpik) AZN borcun, icranın gecikdirilməsinə görə 2526.23 (iki min beş yüz iyirmi altı manat iyirmi üç qəpik) AZN məbləğində cərimənin və 260 manat məbləğində dövlət rüsumunun, cəmi 53310.87 (əlli üç min üç yüz on manat səksən yeddi qəpik) məbləğin Cavabdeh MMC-dən tutularaq İddiaçıNİN AZƏRBAYCANRESPUBLİKASİNDAKİ NÜMAYƏNDƏLİYİNƏ ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə saat 12:00-a təyin edilmişdir. xx.xx.2025-ci il tarixində cavabdehin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iş üzrə tərəflər arasında qarşılıqlı tələblərin əvəzləşdirilməsi barədə Razılaşma əldə olunmuş və bu razılaşma əsasında müvafiq saziş bağlanılmışdır. Bu səbəbdən, işin mahiyyəti üzrə baxılmasına zərurət qalmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrinə əsasən, işə xitam verilməsi barədə qərardadın qəbul edilməsini xahiş edir. Qarşılıqlı əvəzləşmə nəticəsində yaranmış qalıq məbləğin ödənilməsi faktını təsdiq edən müvafiq ödəniş sənədi (qəbz) bu müraciətə əlavə olunur. xx.xx.2025-ci il tarixində iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, e-2-2(113)-3576/2025 saylı iş üzrə Cavabdeh MMC xx.xx.2023-cü il tarixli, **********730 saylı “Malların Alqı-Satqı Müqaviləsi”nə əsasən yaranmış 50524.64 AZN borcu iddiaçıya tamamilə ödəməsi səbəbindən məhkəmədən iddia ərizəsini və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi ərizələrini müdafiə edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; Məhkəmə hesab edir ki, hazırlıq iclası zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsi ərizənin qaytarılması imkanını nəzərdə tutduğuna görə həmin müddəa tətbiq olunaraq ərizə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “X4 ve Ticaret Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsi verilərkən xx.xx.2025-ci il tarixli ********** saylı qəbzə əsasən ödənilmiş 260 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar