Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3577/2024 21.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ ilkin iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılqılı iddia üzrə cavabdehin nümayəndəsi X1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İlkin iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı xx.xx.2022-ci il tarixli, 4186 saylı icarə müqaviləsinə əsasən pulun ödənilməsi, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı müqavilənin dəyişdirilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında bağlanmış hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi haqqında 21 dekabr 2022-ci il tarixli 4186 saylı icarə müqaviləsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsinin cənubi tərəfi ünvanındaki əmlak kompleksinin yerləşdiyi 105530.0 kv.m torpaq sahəsi icarəçinin müddətli istifadəsinə verilmişdir. Həmin müqavilənin: - 3.1-ci bəndinə əsasən torpaq sahəsinin illik icarə haqqı məbləği 72000 manat, aylıq icarə haqqı 6000 manat müəyyən edilir. - 3.2-ci bəndinə əsasən icarə haqqı üzrə aylıq ödəmə hər cari ayın 10-dan gec olmayaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası X2 idarəsindəki hesabına ödənilməlidir. - 4.1-ci bəndinə əsasən bu müqavilə ilə icarə müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək müəyyən edilir. Müqavilə hər iki tərəfin imzası və icarəyəverənin möhürü ilə təsdiq edilmişdir.
2. 29.04.2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh dövlət mülkiyyətində olan torpaq sahəsinə görə icarə haqqının ödənilməsi haqqında xəbərdarlıq ünvanlanaraq bildirilmişdir ki, torpaq sahəsinin icarə haqqı üzrə borcunun 7 iş günü müddətində ödənilməsi təmin edilməyəcəyi təqdirdə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər həyata keçiriləcəkdir.
3. 26.07.2024-cü il tarixdə Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək icarə müqaviləsinə xx.xx.2023-cü il taruxdən aylıq icarə haqqının 3340 manat müəyyənləşdirilməsi barədə dəyişiklik edilməsini təklif etmişdir.
4. Cavabdeh sonuncu şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir ki, Cavabdeh xx.xx.2024-cü il tarixinə (aylıq icarə haqqı 6000 manat olmaqla) cəmi ödənilməli olan icarə haqqı borcu 48.000 manat təşkil edir.
5. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli qiymətləndirmə rəyi ilə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsinin cənubi tərəfi ünvanındaki əmlak kompleksinin yerləşdiyi 105530.0 kv.m torpaq sahəsinin aylıq icarə haqqı 3340 manat məbləğində müəyyən edilmişdir.
6. “Morion” Qiymətləndirmə Mərkəzinin xx.xx.2022-ci il tarixli qiymətləndirmə rəyi ilə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsinin cənubi tərəfi ünvanında yerləşən 105530.0 kv.m torpaq sahəsinin xx.xx.2022-ci il tarixə olan bazar dəyəri 2.400.000 manat məbləğində müəyyən edilmişdir.
II. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
7. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024-cü il tarixinə ödənilməli olan 36000 manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 4186 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsinin cənubi tərəfi ünvanında yerləşən dövlət mülkiyyətində olan 105530.0 kv.m. torpaq sahəsi Cavabdeh icarəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur.
9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddələrinə istinad etmişdir. 10.Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi (tələbin həcminin artırılması) barədə sonuncu ərizə verərək, cavabdehdən xx.xx.2022-ci il tarixli, 4186 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2024-cü il tarixə 48000 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi” barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
11. İddiaya qarşı etiraz təqdim olunmuşdur.
12. Etiraz onunla əsaslandırılmışdır ki, müqavilə üzrə xx.xx.2023-cü il tarixədək olan dövr üçün aylıq 6000 manat olmaqla icarə haqları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilmişdir. Lakin sonradan cavabdehə məlum olmuşdur ki, müqavilədə göstərilmiş adıgedən torpaq sahəsinə görə 6000 manat aylıq icarə haqqı məbləği əslində real bazar qiymətlərinə uyğun icarə haqqı məbləğindən kifayət qədər çox göstərilmişdir. Belə ki, əslində həmin torpaq sahəsinə görə icarə haqqı məbləği təxminən 2 dəfə aşağı olmalı idi. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən icarə haqqı məbləği əsassız olaraq şişirdilmişdir. Odur ki, həmin torpaq sahəsinin aylıq icarə haqqının icarə haqqı məbləğinin müəyyən edilməsindən ötrü cavabdeh tərəfindən qiymətiəndirici təşkilat olan "xxxx" MMC-yə müraciət edilmiş və "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli qiymətləndirmə rəyi ilə həmin torpaq sahəsinin aylıq icarə haqqı 3340 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, tərəflər arasında Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsinin cənub tərəfi ünvanındakı 105530.0 kv.m. (10.55 ha) torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı 4186 saylı, xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bağlanılarkən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hakimiyyətdən sui-istifadə edilərək aylıq icarə haqqı məbləği əsassız olaraq 2660 manat məbləği qədər şişirdilərək 6000 manat göstərilmişdir. Halbuki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti adıgedən torpaq sahəsini cavabdehə icarəyə verərəkən aylıq icarə haqqını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə əsasən müəyyən etməli idi. Belə ki, Əsasnamənin 8-ci hissəsinə əsasən dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqların icarə haqqı bu Əsasnaməyə uyğun müəyyən edilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müqavilə üzrə icarə haqqı məbləğinin qanunvericiliyin tələbinə uyğun olaraq hansı əsaslara, meyarlara uyğun hesablanmasını təsdiq edən müvafiq sənədləri məhkəməyə təqdim etməmişdir. İcarə müqaviləsi üzrə müəyyən edilmiş 6000 manat icarə haqqı məbləğinin yalnız 3340 manat hissəsi əsaslı, 2660 manat hissəsi isə əsassızdır və müvafiq olaraq qarşlıqlı iddiada cavadehin iddia tələbində göstərilmiş məbləğin yalnız 26720 manat hissəsi (3340 manat x 8 ay = 26720 manat) əsaslı, qalan 21280 manat hissəsi isə əsassızdır. Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə yazılı müraciət edilərək xx.xx.2024cü il tarixədək 4186 saylı, xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 3.1.-ci bəndinin dəyişdirilməsi ilə bağlı tərəflər arasında müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq əlavə (akl) imzalanmaqla xx.xx.2023-cü il tarixdən etibarən aylıq icarə haqqı məbləğinin 3340 manat, bu məbləğə müvafiq olaraq illik icarə haqqı məbləğinin isə 40080 manat məbləğində müəyyən edilməsi təklif edilmiş, lakin bu günədək müraciətə cavab verilməmişdir. Qarşılıqlı iddia tələbi təmin edildiyi, yəni müqavilə şərtləri dəyişdirilərək xx.xx.2023-cü il tarixdən müqavilə üzrə aylıq icarə haqqı məbləği 3340 manat müəyyən edildiyi təqdirdə ilkin iddiada iddiaçının iddia tələbinin qismən, yəni 26720 manat hissəsinin təmin edilməsi əsaslı olacaqdır.
c) Qarşılıqlı iddia tələbi və qarşılıqlı iddia tələbinin dəlilləri
13.02.08.2024-cü il tarixdə Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2022-ci il tarixli, 4186 nömrəli icarə müqaviləsinin 3.1-ci bəndinin xx.xx.2023-cü il tarixdən etibarən dəyişdirilərək, aylıq icarə haqqı məbləğinin 3340 manat və bu məbləğə müvafiq olaraq illik icarə haqqı məbləğinin 40.080 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilə üzrə xx.xx.2023-cü il tarixədək olan dövr üçün aylıq 6000 manat olmaqla icarə haqları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilmişdir. Lakin sonradan cavabdehə məlum olmuşdur ki, müqavilədə göstərilmiş adı gedən torpaq sahəsinə görə 6000 manat aylıq icarə haqqı məbləği əslində real bazar qiymətlərinə uyğun icarə haqqı məbləğindən kifayət qədər çox göstərilmişdir. Belə ki, əslində həmin torpaq sahəsinə görə icarə haqqı məbləği təxminən 2 dəfə aşağı olmalı idi. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən icarə haqqı məbləği əsassız olaraq şişirdilmişdir. Odur ki, həmin torpaq sahəsinin aylıq icarə haqqının icarə haqqı məbləğinin müəyyən edilməsindən ötrü cavabdeh tərəfindən qiymətiəndirici təşkilat olan "xxxx" MMC-nə müraciət edilmiş və "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli qiymətləndirmə rəyi ilə həmin torpaq sahəsinin aylıq icarə haqqı 3340 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, tərəflər arasında Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsinin cənub tərəfi ünvanındakı 105530.0 kv.m. (10.55 ha) torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı 4186 saylı, xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bağlanılarkən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hakimiyyətdən sui- istifadə edilərək aylıq icarə haqqı məbləği əsassız olaraq 2660 manat məbləği qədər şişirdilərək 6000 manat göstərilmişdir. Halbuki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti adı gedən torpaq sahəsini cavabdehə icarəyə verərəkən aylıq icarə haqqını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə əsasən müəyyən etməli idi. Belə ki, Əsasnamənin 8-ci hissəsinə əsasən dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqların icarə haqqı bu Əsasnaməyə uyğun müəyyən edilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müqavilə üzrə icarə haqqı məbləğinin qanunvericiliyin tələbinə uyğun olaraq hansı əsaslara, meyarlara uyğun hesablanmasını təsdiq edən müvafiq sənədləri məhkəməyə təqdim etməmişdir. İcarə müqaviləsi üzrə müəyyən edilmiş 6000 manat icarə haqqı məbləğinin yalnız 3340 manat hissəsi əsaslı, 2660 manat hissəsi isə əsassızdır və müvafiq olaraq qarşlıqlı iddiada cavadehin iddia tələbində göstərilmiş məbləğin yalnız 26720 manat hissəsi (3340 manat x 8 ay = 26720 manat) əsaslı, qalan 21280 manat hissəsi isə əsassızdır. Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə yazılı müraciət edilərək xx.xx.2024cü il tarixədək 4186 saylı, xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 3.1.-ci bəndinin dəyişdirilməsi ilə bağlı tərəflər arasında müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq əlavə (akl) imzalanmaqla xx.xx.2023-cü il tarixdən etibarən aylıq icarə haqqı məbləğinin 3340 manat, bu məbləğə müvafiq olaraq illik icarə haqqı məbləğinin isə 40080 manat məbləğində müəyyən edilməsi təklif edilmiş, lakin bu günədək müraciətə cavab verilməmişdir. Qarşılıqlı iddia tələbi təmin edildiyi, yəni müqavilə şərtləri dəyişdirilərək xx.xx.2023-cü il tarixdən müqavilə üzrə aylıq icarə haqqı məbləği 3340 manat müəyyən edildiyi təqdirdə ilkin iddiada iddiaçının iddia tələbinin qismən, yəni 26720 manat hissəsinin təmin edilməsi əsaslı olacaqdır.
15. Qarşılıqlı iddiaçı qarşılıqlı iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinin həmin Məcəllənin 4.3-4.6, 55.2, 152.1.6 və 156.1.6-1 -ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 14 dekabr 2022-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1, 422.1, 423.1-ci maddələrinə istinad etmişdir.
d) Qarşılıqlı iddiaya qarşı etirazın dəlilləri
16. Qarşılıqlı iddiaya qarşı etiraz təqdim olunmamışdır.
e) İşdə iştirak edən şəxslər və onların izahatları
17. İlkin iddia üzrə iddiaçı, qarşılqılı iddia üzrə cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında dəqiqləşmiş iddia tələbini müdafiə edib, iddia ərizəsində və tələbin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddianın isə rədd olunmasını xahiş etdi.
18. Məhkəmə iclasında iştirak edən ilkin cavabdeh, qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia tələbini müdafiə etdi, qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, qarşılıqlı iddia tələbinin təmin olunmasını, ilkin iddianın isə qismən təmin olunmasını xahiş etdi.
III. MƏHKƏMƏ BAXİŞİ VƏ MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
19. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
20. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
21. AR Mülki Məcəlləsinin:
- 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 422.1-ci maddəsinə görə tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. -422.2-ci maddəsinə görə əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; -422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. -719.1-ci maddəsinə görə torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. -719.2-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi azı üç il müddətinə bağlandıqda bu müqavilə üzrə hüquq münasibətləri o halda qeyri-müəyyən müddətə uzadılır ki, iştirakçılardan biri bu barədə sorğu verdikdən sonra digər iştirakçı həmin münasibətlərin davam etdirilməsindən üç ay ərzində imtina etməsin. Sorğu və imtina yazılı formada tərtib edilməlidir. Əgər sorğuda ona riayət edilməməsinin nəticələri birbaşa göstərilməmişsə və sorğu icarənin üçüncü ili ərzində verilməmişsə, onun qüvvəsi yoxdur. - 722.4-cü maddəsinə görə əgər müqavilə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü torpağı qaytarmırsa, icarəyə verən saxlama müddəti üçün icarə haqqı verilməsini kompensasiya kimi tələb edə bilər.
22. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 51-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə edilməsi nəzərdə tutulur. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər.
23. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 14-cü maddəsinin 10-cu abzasına əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 15-cü maddəsinə torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. - 19-cu maddəsinə əsasən icarə müqaviləsinin dəyişdirilməsi, vaxtından əvvəl ləğv edilməsi, dayandırılması və (bələdiyyə torpaqlarına dair müqavilə istisna olmaqla) uzadılması barədə təkliflər vermək icarəverənin hüquqlarına daxildir.
24. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. 25.Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: - 3.0.11-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının qanunlarının və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, daşınmaz dövlət əmlakını, o cümlədən dövlətə məxsus olan hüquqi şəxslərə məxsus daşınmaz əmlakı icarəyə və istifadəyə vermək, bu məqsədlə bağlanılmış əqdlərin qeydiyyatını aparmaq, icarə haqlarının müəyyən edilməsi ilə bağlı təkliflər hazırlayıb Nazirliyə vermək və bu sahədə nəzarəti həyata keçirmək Xidmətin vəzifələrinə aid edilmişdir. - 3.0.15-ci yarımbəndinə əsasən dövlət əmlakı barəsində bağlanılmış əqdlər Azərbaycan Respublikasının iqtisadi maraqlarına ziyanla nəticələndikdə, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, həmin əqdlərlə bağlı məhkəmədə iddia qaldırmaq, dövlətə məxsus olan, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərlə bağlı məhkəmə mübahisələrində dövlətin mənafeyini təmsil etmək Xidmətin vəzifəsinə aid edilmişdir. - 4.0.18-ci yarımbəndinə əsasə vəzifə və hüquqlarının həyata keçirilməsi ilə bağlı məhkəmədə öz adından çıxış etmək Xidmətin hüquqlarına aid edilmişdir. AR MPM-in: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”nin 8-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqı Bakı şəhəri üzrə torpağın bazar dəyərinin 3 faizi həcmində müəyyən edilir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
27. Məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin iddiası təmin edilməli, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddiası isə rədd edilməlidir.
28. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ilkin iddiaçı, qarşılıqlı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (icarəyə verən) ilə ilkin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh (icarəçi) arasında bağlanmış hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi haqqında 21 dekabr 2022-ci il tarixli 4186 saylı icarə müqaviləsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsinin cənubi tərəfi ünvanındakı əmlak kompleksinin yerləşdiyi 105530.0 kv.m torpaq sahəsi illik icarə haqqı məbləği 72000 manat, aylıq icarə haqqı 6000 manat olmaqla icarəçinin müddətli istifadəsinə verilmişdir. Hazırda ilkin iddiaçı, qarşılıqlı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti həmin müqavilə üzrə 8 aylıq müddət üçün ödənilməmiş 48.000 manat məbləğində icarə haqqının ilkin cavabdeh, qarşılıqlı iddiaçıdan tutulmasını tələb edir. Qarşılıqlı iddiaçı Cavabdeh şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə bağlı müqaviləyə dəyişiklik edilərək xx.xx.2023-cü il tarixdən etibarən aylıq icarə haqqı məbləğinin 3340 manat məbləğində müəyyənləşdirilməsini xahiş edir.
29. Məhkəmə ilkin iddianın baxılması nəticəsi qarşılıqlı iddianın baxılması nəticəsindən asılı olduğundan ilkin olaraq qarşılıqlı iddiaya münasibət bildirilməsini zəruri sayır.
30. Qarşılıqlı iddiaçı qarşılıqlı iddiasının faktiki əsası kimi Əmlak Məsələləri Dövlət Xidmətinin icarə haqqı müəyyənləşdirərkən “Özəlləşdirilən dövlət müəssisə və obektlərinin habelə hüquqi və fiziki şəxslərə tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə əsaslanmamasına və icarə haqqının bazar qiymətlərindən yüksək məbləğdə müəyyənləşdirməsinə, hüquqi əsası kimi isə şəraitinin əhəmiyyətli dəyişilməsi əsası ilə müqavilənin dəyişdirilməsi imkanını nəzərdə tutulan Məcəllənin 422.1-ci maddəsinə istinad etmişdir.
31. Məhkəmə əvvəla qeyd edir ki, qarşılıqlı iddiaçı iddia tələbinin faktiki əsası kimi istinad etdiyi halları, yəni mübahisəli müqavilə bağlanarkən icarə haqqının “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin habelə hüquqi və fiziki şəxslərə tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerlşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə uyğun müəyyən edilməməsini sübuta yetirə bilməmişdir. Əksinə qarşılıqlı cavabdeh tərəfindən təqdim edilmiş qiymətləndirmə rəyindən də göründüyü kimi müqavilə bağlanmamışdan əvvəl icarə obyekti olan torpaq sahəsinin qiymətləndirilməsi keçirilərək torpaq sahəsinin bazar qiyməti 2.400.000 manat məbləğində qiymətləndirilmişdir. Odur ki, mübahisəli icarə müqaviləsində illik icarə haqqı məbləği sözügedən Əsasnamənin tələblərinə əsasən torpaq sahəsinin qiymətləndirmə rəyində əks olunmuş bazar qiymətinin 3 faizi həcmində(2400000x3%), yəni 72.000 manat məbləğində müəyyənləşdirilmişdir. Qarşılıqlı iddiaçının təqdim etdiyi qiymətləndirmə rəyniə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin qiymətləndirmə rəyindən də göründüyü kimi həmin rəylə mübahisəli torpaq sahəsinin bazar dəyəri deyil, bazarda orta icarə qiyməti müəyyənləşdirilmişdir. Halbuki yuxarıda da qeyd edildiyi kimi özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqı məhz torpağın bazar dəyəri əsasında müəyyənləşdirilir.
32. Məhkəmə həmçinin qeyd edir ki, qarşılıqlı iddiaçının istinad etdiyi faktiki hallar öz təsdiqi apsa belə, həmin hallar Mülki Məcəllənin 422-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmır.
33. Belə ki, müqavilənin bağlanmasından keçən 1 il yarım ərzində torpağın bazar dəyərinin və belə olan halda müqavilədə müəyyən edilməli olan icarə haqqının aşağı düşməsi ehtimal edilsə belə həmin hal müqavilənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olan biləcək şəraitin əhəmiyyətli dəyişməsi kimi qiymətləndirilə bilməz. Belə ki, müqavilənin qüvvədə olduğu müddət ərzində daşınmaz əmlak bazarında müəyyən dəyişikliklərin baş verməsi müqavilə bağlanarkən fərdi sahibkar olan qarşılıqlı iddiaçı tərəfindən nəzərə alınmalı adi risklərə daxildir.
34. Odur ki, qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir.
35. İlkin iddiaya gəldikdə məhkəmə mübahisəli hüquq münasibətində icarəyə verən qismində çıxış edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin icarəçi olan Cavabdeh icarə haqqını ödəmək öhdəliyinin icra edilməsini tələb etmək hüququnun olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti icarə haqqı borcunun ödənilməsini tələb etməkdə haqlıdır.
36. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia təmin edilərək Cavabdeh icarə müqaviləsi üzrə xx.xx.2024-cü il tarixədək olan müddətdə yaranmış 48.000 manat məbləğində icarə haqqı borcu tutulmalıdır.
37. “Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı ilkin iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 234 manat, qarşılıqlı iddia üzrə ödənilməli olan dövlət rüsumu isə 100 manat təşkil edir. 38.Hazırkı halda ilkin iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu, eləcə də hazırkı qətnamə ilə ilkin iddianın təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddianın verilməsinə görə ödənilməli olan 234 manat məbləğində dövlət rüsumu ilkin cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməli, qarşılıqlı iddia rədd edildiyindən qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaya aid edilməlidir.
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İlkin iddia təmin edilsin. İlkin Cavabdeh xx.xx.2022-ci il tarixli, 4186 saylı icarə müqaviləsi üzrə xx.xx.2024-cü il tarixədək olan müddət üçün yaranmış 48.000 manat məbləğində borc tutularaq ilkin iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilsin. İddianın verilməsinə görə ödənilməli olan 234 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı pul tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva