Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-358/2024 05.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə haqqının ödənilməsi, dəbbə pulu, mediasiya) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 01 fevral 2018-ci il tarixli, 2542 nömrəli icarə müqaviləsi üzrə 1.917,74 (bir min doqquz yüz on yeddi manat yetmiş dörd qəpik) manat məbləğində icarə haqqı, ona hesablanmış 186,18 (bir yüz səksən altı manat on səkkiz qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 2.103,92 (iki min bir yüz üç manat doxsan iki qəpik) manat, 01 aprel 2018-ci il tarixli, 2512 nömrəli icarə müqaviləsi üzrə 1.875 (bir min səkkiz yüz yetmiş beş) manat məbləğində icarə haqqı borcu, ona hesablanmış 140,63 (bir yüz qırx manat altmış üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 2.015,63 (iki min on beş manat altmış üç qəpik) manat məbləğində pul tələbinin, ödənilmiş 70 (yetmiş) manat məbləğində mediasiya xərcinin əvəzinin İddiaçı xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında 01 fevral 2018-ci il tarixli, 2542 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, icarəyə verən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən, sahəsi 40 kv.metr ölçüsündə olan 2542 nömrəli qeyri-yaşayış sahəsini (mağaza) icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə uyğun olaraq, icarəyə verilən sahədən istifadəyə görə icarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla 150 (bir yüz əlli) manat (ƏDV daxil) məbləğində aylıq icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, qeyri-yaşayış sahəsinin subicarəyə verilməsi ilə əlaqədar icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında 01 aprel 2018-ci il tarixli, 2512 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, icarəyə verən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarə Mərkəzinin 2-ci mərtəbəsində yerləşən, sahəsi 40 kv.metr ölçüsündə olan 2512 nömrəli qeyri-yaşayış sahəsini (mağaza) icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə uyğun olaraq, icarəyə verilən sahədən istifadəyə görə icarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla 250 (iki yüz əlli) manat (ƏDV daxil) məbləğində aylıq icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı 30 noyabr 2019-cu il tarixli 252 nömrəli əmri ilə 01 aprel 2018-ci il tarixli, 2512 nömrəli icarə müqaviləsinə, 15 oktyabr 2021-ci il tarixli 431 nömrəli əmri ilə 01 fevral 2018-ci il tarixli, 2542 nömrəli icarə müqaviləsinə borc öhdəlikləri istisna olmaqla xitam verilmişdir. İcarəçi qeyd edilən müqavilələr üzrə ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, bununla da təqdim edilmiş: -25 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, 01 fevral 2018-ci il tarixli, 2542 nömrəli icarə müqaviləsi üzrə 15 oktyabr 2021-ci il tarixə icarəçi Cavabdeh icarə haqqı borcu 1.917,74 (bir min doqquz yüz on yeddi manat yetmiş dörd qəpik) manat, ona hesablanmış cərimə borcu 186,18 (bir yüz səksən altı manat on səkkiz qəpik) manat olmaqla, cəmi borc 2.103,92 (iki min bir yüz üç manat doxsan iki qəpik) manat məbləğindədir; -25 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, 01 aprel 2018-ci il tarixli, 2512 nömrəli icarə müqaviləsi üzrə 30 noyabr 2019-cu il tarixə icarəçi Cavabdeh icarə haqqı borcu 1.875 (bir min səkkiz yüz yetmiş beş) manat, ona hesablanmış cərimə borcu 140,63 (bir yüz qırx manat altmış üç qəpik) manat olmaqla, cəmi borc 2.015,63 (iki min on beş manat altmış üç qəpik) manat məbləğindədir.
II. Tərəflərin mövqeləri:
3. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər, lakin iddiaçı tərəf elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iş üzrə qiyabi qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh isə məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
5. Məhkəmə iddiaçının xx.xx.2024-cü il tarixli ərizəsini nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
8. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında 01 fevral 2018-ci il tarixli, 2542 nömrəli və 01 aprel 2018-ci il tarixli, 2512 nömrəli icarə müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən, icarəyə verən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən, sahəsi 40 kv.metr ölçüsündə olan 2542 nömrəli və 2512 nömrəli qeyri-yaşayış sahələrini (mağaza) icarəyə verməyi, icarəçi (Cavabdeh) isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür.
11. 01 fevral 2018-ci il tarixli, 2542 nömrəli müqavilənin 4.1-ci bəndinə uyğun olaraq, icarəyə verilən sahədən istifadəyə görə icarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla 150 (bir yüz əlli) manat (ƏDV daxil) məbləğində aylıq icarə haqqı ödəməyi, 01 aprel 2018-ci il tarixli, 2512 nömrəli müqavilənin 4.1-ci bəndinə uyğun olaraq, icarəyə verilən sahədən istifadəyə görə icarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla 250 (iki yüz əlli) manat (ƏDV daxil) məbləğində aylıq icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür.
12. İddiaçı 30 noyabr 2019-cu il tarixli 252 nömrəli əmri ilə 01 aprel 2018-ci il tarixli, 2512 nömrəli icarə müqaviləsinə, 15 oktyabr 2021-ci il tarixli 431 nömrəli əmri ilə 01 fevral 2018-ci il tarixli, 2542 nömrəli icarə müqaviləsinə borc öhdəlikləri istisna olmaqla xitam verilmişdir.
13. Müqavilələr hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur.
14. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında icarə müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış icarə müqaviləsindən irəli gəlir.
15. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən icarə haqqını ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.
16. İş materiallarına əlavə edilmiş 25 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, 01 fevral 2018-ci il tarixli, 2542 nömrəli icarə müqaviləsi üzrə 15 oktyabr 2021ci il tarixə icarəçi Cavabdeh icarə haqqı borcu 1.917,74 (bir min doqquz yüz on yeddi manat yetmiş dörd qəpik) manat, ona hesablanmış cərimə borcu 186,18 (bir yüz səksən altı manat on səkkiz qəpik) manat olmaqla, cəmi borc 2.103,92 (iki min bir yüz üç manat doxsan iki qəpik) manat təşkil edir.
17. Bundan başqa, iş materiallarında olan 25 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, 01 aprel 2018-ci il tarixli, 2512 nömrəli icarə müqaviləsi üzrə 30 noyabr 2019-cu il tarixə icarəçi Cavabdeh icarə haqqı borcu 1.875 (bir min səkkiz yüz yetmiş beş) manat, ona hesablanmış cərimə borcu 140,63 (bir yüz qırx manat altmış üç qəpik) manat olmaqla, cəmi borc 2.015,63 (iki min on beş manat altmış üç qəpik) manat məbləğindədir.
18. İşdə olan obyektin əməliyyat tarixçəsindən görünür ki, xx.xx.2018-ci il tarixli, 2542 nömrəli müqaviləyə əsasən xx.xx.2018-xx.xx.2021 dövr üzrə hesablanmış 4.392,74 manat icarə haqqı borcundan cavabdeh tərəfindən 2.475 manat məbləğində ödəniş edilmiş və cavabdehin 1917,74 manat ödənilməmiş icarə haqqı borcu qalmışdır.
19. İşdə olan obyektin əməliyyat tarixçəsindən görünür ki, xx.xx.2018-ci il tarixli, 2512 nömrəli müqaviləyə əsasən xx.xx.2018-xx.xx.2019 dövr üzrə hesablanmış 4.625 manat icarə haqqı borcundan cavabdeh tərəfindən 2.750 manat məbləğində ödəniş edilmiş və cavabdehin 1875 manat ödənilməmiş icarə haqqı borcu qalmışdır.
20. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia hər iki müqavilə üzrə əsas borcun tələb edilməsi hissəsində əsaslıdır və xx.xx.2018-ci il tarixli, 2542 nömrəli müqavilə üzrə 1917,74 manat, xx.xx.2018-ci il tarixli, 2512 nömrəli müqavilə üzrə 1875 manat manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
21. Məhkəmə hesab edir ki, hər iki müqavilə üzrə dəbbə pulunun tələb edilməsi hissəsində də, iddia əsaslıdır.
22. İlk növbədə qeyd edilməlidir ki, cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 4.3-cü bəndində öz əksini tapmışdır. Belə ki, həmin bəndə əsasən icarəçi icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə bu halda icarəyə verənin tələbi ilə ona hər ayın 11-dən etibarən ödənişini gecikdirdiyi məbləğin 1 faizi həcmində cərimə ödəməlidir.
23. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
24. Məhkəmə hesab edir ki, 01 fevral 2018-ci il tarixli, 2542 nömrəli müqaviləyə əsasən 1917,74 manat əsas borca münasibətdə 186,18 manat dəbbə pulu, 01 aprel 2018ci il tarixli, 2512 nömrəli müqaviləyə əsasən 1875 manat əsas borca münasibətdə 140,63 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir.
25. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya xidmət haqqı olaraq 70 manat məbləğində pul Bakı 2 X1 ödənmişdir.
26. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 70 manat məbləğində pul cavabdehdən tutularaq İddiaçınə verilməlidir.
27. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.
VI. Nəticə:
28. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. xx.xx.2018-ci il tarixli, 2542 nömrəli müqavilə üzrə əsas borc üzrə 1.917 (bir min doqquz yüz on yeddi) manat, 74 (yetmiş dörd) qəpik, cərimə borcu üzrə 186 (bir yüz səksən altı) manat, 18 (on səkkiz) qəpik olmaqla, cəmi 2.103 (iki min bir yüz üç) manat, 92 (doxsan iki) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. xx.xx.2018-ci il tarixli, 2512 nömrəli müqavilə üzrə əsas borc üzrə 1.875 (bir min səkkiz yüz yetmiş beş) manat, cərimə borcu üzrə 140 (bir yüz qırx) manat, 63 (altmış üç) qəpik olmaqla, cəmi 2.015 (iki min on beş) manat, 63 (altmış üç) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 70 (yetmiş) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Kənan Hüseynov