Məhkəmə qərarları › İş №e-2-2(113)-3591/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3591/2023

20.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3591/2023 20.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 Cəmiyyətinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanda onun adına yazılmış 4104 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh X4 Cəmiyyətinin Nərimanov rayon Sukanal İdarəsinin əməkdaşları xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən mənə məxsus “Qədir Xum” şirniyyat evinə baxış keçirərək 602003 nömrəliakt tərtib etməklə mənim adıma 4104 manat məbləğində cərimə yazmışlar. Akt onunla əsaslandırılmışdır ki, guya sayğacdan kənar 20 mm boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə olunduğu aşkara çıxarılmışdır. Hesab edirəm ki,akt ləğv edilməli, borc silinməlidir. Belə ki, xx.xx.2023-cü il tarixdə cavabdeh təşkilatın əməkdaşları “Qədir Xum” şirniyyat evinə baxış keçirmişlər, lakin sudan qeyri-qanuni istifadə halları aşkar edilməmişdir. Şirniyyat evinin əməkdaşlarına akta imza etmək təklif olunmuş, lakin əməkdaşlar sudan qeyri-qanuni istifadə halı aşkar olunmadığına və mənim orada iştirakım təmin edilmədiyinə görə akta imza etməmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X2 tələbə mahiyyəti üzrə baxılmasını xahiş etmiş və iddianı qəbul etməyərək, tələbin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin cavabdehin nümayəndəsi aparılan yoxlamanın vahid məlumat reyestrində qeydə alınmadığını bildirmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş: 03 fevral 2023-cü il tarixli, 602003 nömrəli Cavabdeh ASC-nin nümayəndələri tərəfindən tərtib olunmuş aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus obyektə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, obyektdə diametri d=20 mm-lik plasmas boru vasitəsilə sudan, sayğacdan kənar olaraq qeyri-qanuni istifadə olunur. Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatı haqqında 602003 saylı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, abonet kodu 091627 olan İddiaçı istifadə etdiyi sayğaca Cavabdeh ASC tərəfindən 4104 manat məbləğində borc yazılmışdır. İİİ.Tətbiq edilən hüquq Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. İV.Məhkəmənin gəldiyi nəticə İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama vahid məlumat reyestrində (yoxlama ilə bağlı) qeydə alınmamış və həmin yoxlama nəticəsində xx.xx.2023-cü il tarixli akta əsasən 4104 manat məbləğində borc yazılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmadan xx.xx.2023-cü il tarixli akta əsasən 4104 manat məbləğində borc əsassız hesablanmışdır. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və İddiaçı adına rəsmiləşdirilmiş 091627 nömrəli abonent koduna hesablanmış 4104 manat məbləğində borc Cavabdeh ASC tərəfindən silinməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı adına rəsmiləşdirilmiş 091627 nömrəli abonent koduna hesablanmış 4104 manat məbləğində borc Cavabdeh ASC tərəfindən silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar