Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3591/2025 10.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 28 may 2023-cü il tarixli, № 1127 saylı icarə müqaviləsi əsasında yaranmış 7328,62 manat və 1319,15 manat ƏDV borcunun, 2000 manat cərimə borcunun, hüquqi yardım üçün vəkilə ödənilən 640 (320 manat iddia tələbi və 320 manat Müvəqqəti təminat tədbiri üçün) manat pulun və 137 manat dövlət rüsumunun (124 manat iddia tələbi və 13 manat müvəqqəti təminat tədbiri üçün) cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında28 may 2023-cü il tarixli, № 1127 saylı icarə müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən İcarəyəverən ona məxsus olan əmlakı icarəçinin istifadəsinə verməyi, İcarəçi isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə nəzərdə tutulmuş icarə haqqını, daşınma, quraşdırma/sökmə işlərinin ödənişini müəyyən edilmiş vaxtda və qaydada icarəyə verənə ödəməyi öhdəsinə götürür. İcarə müqaviləsinə əlavə olunmuş müvafiq əlavələrdə icarəyə verilən əmlakların qiymətləri tərəfimizdən razılaşdırılmışdır. (Həmin əlavələr iddia ərizəsinə əlavə olunur.) Müqavilə üzrə öhdəliklər tərəfimizdən tam şəkildə yerinə yetirilərək icarəyə verənə məxsus əmlaklar müvafiq vaxtlarda aktlarla icarəçiyə təhvil verilmişdir. (Həmin təhvil-təslim aktı iddia ərizəsinə əlavə olunur.) Cavabdeh isə bu müddət ərzində öhdəliyi tam və lazımınca yerinə yetirməmişdir. Belə ki,cavabdehin hazırda bizə müqavilə üzrə 7328,62 manat və 1319,15 manat ƏDV borcu müəyyən edilmişdir. Qeyd edirik ki, iddia tələbinin məhkəməyə verilməsi üçün bir sıra xərclər çəkilmişdir. Həmin xərclərə vəkilə hüquqi yardım üçün ödənilən pullar (iddia tələbinin müdafiəsi üçün 320 manat və müvəqqəti təminat tədbirinə görə 320 manat, cəmi 640 manat) və dövlət rüsumuna ödənilən pullar aiddir. Həmin xərclər də cavabdehdən tutulmalıdır. Bundan başqa, Müqavilənin 5.3-cü maddəsinə əsasənicarəçi İcarə haqqını bu Müqavilə ilə müəyyən edilmiş vaxtda ödəmədikdə və ödənişi 30 gündən artıq müddətə gecikdirdiyi halda, İcarəçi gecikmənin 31-cı günündən başlayaraq (31-cı gün daxil olmaqla) hər gecikdirilmiş gün üçün İcarə haqqının 0,5% miqdarında İcarəyə verənə cərimə ödəyir. Müqavilənin həmin bəndinə əsasən icarəçinin bizə xeyli miqdarda cərimə borcu yaranmışdır. Lakin, biz həmin cərimə borcundan hazırda cəmi 2000 manat tələb edirik. Bununla bağlı cavabdehə pretenziya qaydasında müraciət edərək müqavilə üzrə yaranmış borcun ödənilməsi və əmlakların geri qaytarılması tələb olunması əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Lakin, cavabdeh tərəfindən qeyd olunan tələblər bu günədək yerinə yetirilməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı (icarəyə verən) və cavabdeh (icarəçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 1127 saylı icarə müqaviləsinə görə icarəyə verən ona məxsus olan əmlakı icarəçinin istifadəsinə verməyi, icarəçi isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə nəzərdə tutulmuş icarə haqqını, daşınma, quraşdırma sökmə işlərinin ödənişini müəyyən edilmiş vaxtda və qaydada icarəyə verənə ödəməyi öhdəsinə götürür.
8. Müqavilənin 5.3-cü bəndinə əsasən icarəçi icarə haqqını bu müqavilə ilə əlaqədar icarəyə verənin işçilərinə, nümayəndələrinə, vəzifələri və ya səlahiyyətli şəxslərinə hər hansı hərəkət və ya hərəkətsizlik etmələri məqsədi müəyyən bəxşiş, hədiyyə və ya pul vəsaiti verərsə və ya təklif edərsə, icarəyə verən müqavilənin icrasından birtərəfli qaydada imtina edə və icarəçidən icarə haqqının on qat məbləğini tələb edə bilər.
9. Müqavilənin xx.xx.2023-cü il tarixli 1 saylı Əlavəsində icarə haqqının məbləğləri razılaşdırılmışdır.
10. Müqavilənin xx.xx.2023-cü il tarixli 2 saylı Əlavəsində icarə haqqının məbləğləri razılaşdırılmışdır.
11. Müqavilənin xx.xx.2023-cü il tarixli 3 saylı Əlavəsində icarə haqqının məbləğləri razılaşdırılmışdır.
12. Tərəflər arasında imzalanmış PR2733-2312H.A. saylı hesabata əsasən 2023-cü ilin dekabr ayı üzrə ədv daxil 643,10 manat dəyərində xidmətlər tam vəziyyətdə yerinə yetirilmişdir.
13. Tərəflər arasında imzalanmış PR2733-2310H.A. saylı hesabata əsasən 2023-cü ilin oktyabr ayı üzrə ədv daxil 643,10 manat dəyərində xidmətlər tam vəziyyətdə yerinə yetirilmişdir.
14. Tərəflər arasında imzalanmış PR2733-2311H.A. saylı hesabata əsasən 2023-cü ilin noyabr ayı üzrə ədv daxil 643,10 manat dəyərində xidmətlər tam vəziyyətdə yerinə yetirilmişdir.
15. Tərəflər arasında imzalanmış PR2733-2312H.A. saylı hesabata əsasən 2023-cü ilin dekabr ayı üzrə ədv daxil 643,10 manat dəyərində xidmətlər tam vəziyyətdə yerinə yetirilmişdir.
16. Tərəflər arasında imzalanmış PR2733-2401H.A. saylı hesabata əsasən 2024-cü ilin yanvar ayı üzrə ədv daxil 643,10 manat dəyərində xidmətlər tam vəziyyətdə yerinə yetirilmişdir.
17. Tərəflər arasında imzalanmış PR2733-2402H.A. saylı hesabata əsasən 2024-cü ilin fevral ayı üzrə ədv daxil 643,10 manat dəyərində xidmətlər tam vəziyyətdə yerinə yetirilmişdir.
18. Tərəflər arasında imzalanmış PR2733-2403H.A. saylı hesabata əsasən 2024-cü ilin mart ayı üzrə ədv daxil 643,10 manat dəyərində xidmətlər tam vəziyyətdə yerinə yetirilmişdir.
19. Tərəflər arasında imzalanmış PR2733-2404H.A. saylı hesabata əsasən 2024-cü ilin aprel ayı üzrə ədv daxil 643,10 manat dəyərində xidmətlər tam vəziyyətdə yerinə yetirilmişdir.
20. Tərəflər arasında imzalanmış PR2733-2405H.A. saylı hesabata əsasən 2024-cü ilin may ayı üzrə ədv daxil 643,10 manat dəyərində xidmətlər tam vəziyyətdə yerinə yetirilmişdir.
21. Tərəflər arasında imzalanmış PR2733-2406H.A. saylı hesabata əsasən 2024-cü ilin iyun ayı üzrə ədv daxil 643,10 manat dəyərində xidmətlər tam vəziyyətdə yerinə yetirilmişdir.
22. Tərəflər arasında imzalanmış PR2733-2407H.A. saylı hesabata əsasən 2024-cü ilin iyul ayı üzrə ədv daxil 643,10 manat dəyərində xidmətlər tam vəziyyətdə yerinə yetirilmişdir.
23. Tərəflər arasında imzalanmış PR2733-2408H.A. saylı hesabata əsasən 2024-cü ilin avqust ayı üzrə ədv daxil 643,10 manat dəyərində xidmətlər tam vəziyyətdə yerinə yetirilmişdir.
24. Tərəflər arasında imzalanmış PR2733-2409H.A. saylı hesabata əsasən 2024-cü ilin sentyabr ayı üzrə ədv daxil 643,10 manat dəyərində xidmətlər tam vəziyyətdə yerinə yetirilmişdir.
25. Tərəflər arasında imzalanmış PR2733-2410H.A. saylı hesabata əsasən 2024-cü ilin oktyabr ayı üzrə ədv daxil 643,10 manat dəyərində xidmətlər tam vəziyyətdə yerinə yetirilmişdir.
26. Tərəflər arasında imzalanmış PR2733-2411H.A. saylı hesabata əsasən 2024-cü ilin noyabr ayı üzrə ədv daxil 814,40 manat dəyərində xidmətlər tam vəziyyətdə yerinə yetirilmişdir.
27. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixli, 1127 saylı müqavilə üzrə Cavabdeh MMC-nin müqavilə üzrə xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək 7328,62 manat və 1319,15 manat ədv borcu və 2000 manat cərimə borcu yaranmışdır.
28. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
29. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
30. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
31. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
32. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, 1127 nömrəli icarə müqaviləsi bağlanmış, iddiaçıya məxsus əmlak cavabdehin sahiblik və istifadəsinə verilsə də, sonuncu tərəfindən üzərinə düşən öhdəliklər lazımınca icra edilməmiş, 7328,62 manat əsas borc, 1319,15 manat ƏDV borcu ödənilməmişdir. İddiaçı hazırda yaranmış icarə haqqı üzrə əsas və ədv borcunu cavabdehdən tələb etməklə haqlıdır.
33. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməli, cavabdehdən 7328,62 manat əsas borc, 1319,15 manat ƏDV borcu tutularaq iddiaçıya ödənilməlidir.
34. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış icarə müqaviləsinin 5.3cü bəndinə əsasən hesablanmış 2000 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
35. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
36. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
37. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
38. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 350 manat məbləğində müəyyən edilməlidir.
39. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 7328,62 manat əsas borc, 1319,15 manat ƏDV, 350 manat cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
40. Bundan başqa iddia ərizəsində 640 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 320 manat hüquqi yardıma görə xərc hazırkı iş üzrə ağlabatan hesab edilməklə cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 320 manat xərc iddiaçının özünə aid edilməlidir.
41. Belə ki, xx.xx.2025-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, iddiaçı tərəfindən Vəkil hesabına ümumilikdə 600 manat hüquqi xidmət haqqı köçürülmüşdür.
42. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
43. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
44. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 106,48 manat (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) dövlət rüsumu, 13 manat müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi ilə bağlı olaraq ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 17,52 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 7328,62 manat əsas borc, 1319,15 manat ƏDV, 350 manat dəbbə pulu, 320 manat hüquqi yardıma görə xərc, 106,48 manat dövlət rüsumu, 13 manat müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi ilə bağlı olaraq ödənilmiş dövlət rüsumu, ümumilikdə 9437,25 (doqquz min dörd yüz otuz yeddi manat iyirmi beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Çəkilmiş qalan məhkəmə xərcləri (17,52 manat dövlət rüsumu və 320 manat hüquqi yardıma görə xərc) İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova