Məhkəmə qərarları › İş №e-2-2(113)-3598/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3598/2021

14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3598/2021 14.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh (eyni zamanda Cavabdeh2 MMC-nin nümayəndəsi) Cavabdeh1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada İddiaçıASC-nin xeyrinə 25 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 81.998,85 ABŞ dolları əsas, 189,45 ABŞ dolları faiz, 2291,74 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 84.480,04 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 5-ci döngədə yerləşən, 233.45 kv.m ümumi sahədən ibarət 24 “F” saylı ünvanda yerləşən fərdi yaşayış evinə və 0.014 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 5-ci döngədə yerləşən, 233.45 kv.m ümumi sahədən ibarət 24 “F” saylı ünvanda yerləşən fərdi yaşayış evinin və 0.014 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 5-ci döngədə yerləşən, 233.45 kv.m ümumi sahədən ibarət 24 “F” saylı ünvanda yerləşən fərdi yaşayış evinə və 0.014 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh1 və digər şəxslərin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 5-ci döngədə yerləşən, 233.45 kv.m ümumi sahədən ibarət 24 “F” saylı ünvanda yerləşən fərdi yaşayış evinə və 0.014 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh2 MMC ilə "xxxx" İKB ASC arasında bağlanmış 25 iyun 2019-cu il tarixli kredit müqaviləsini ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında tərəflərin razılığa gəldiyini bildirərək, barışıq sazişini bağlandığını bildirdi. Qeyd olunan barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh (eyni zamanda Cavabdeh2 MMC-nin nümayəndəsi) Cavabdeh1 barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş, 13.10.2021-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: Bir tərəfdən İddiaçı ASC-nin (VÖEN **********) İdarə Heyətinin sədri X1 şəxsində, digər tərəfdən cavabdehlər qismində çıxış edən Cavabdeh2 MMC-nin direktoru, eyni zamanda zamin Cavabdeh1 şəxsində Bakı Kommersiya Məhkəməsinin icraatında olan e- 2-2(113)-3598/2021 saylı mülki iş üzrə mübahisənin sülh yolu ilə həll edilməsi üçün Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü və 191-ci maddəsinə əsasən aşağıdakı şərtlər əsasında bu barışıq sazişini bağladılar:

1. Tərəflər Cavabdeh2 MMC və Cavabdeh1 22-BİZ-1-0-12-19 saylı, 25 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 06.10.2021-ci il tarixinə olan borc məbləğini 71 007.78 (əsas məbləğ - 66 000 USD, faiz - 994.65 USD, cərimə - 4 013.13 USD) ABŞ dolları olduğunu qəbul edirlər.

2. 66 000 ABŞ dolları əsas məbləğə illik 8% olmaqla 20 ay müddətinə yeni qrafik verilir. Hesablanmış və ödənilməmiş faiz 994.65 ABŞ dolları və 4 013.13 ABŞ dolları cərimə veriləcək yeni qrafikdə müddətin sonuncu ayına keçirilir.

3. Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş: Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən Cavabdeh1 məxsus mülkiyyətdə olan 0.014 ha torpaq sahəsi və onun üzərində yerləşən 233.45 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 133 000 AZN məbləğində müəyyən edilsin.

4. Borclular 71 007.78 (əsas məbləğ - 66 000 USD, faiz - 994.65 USD, cərimə - 4 013.13 USD) ABŞ dolları məbləğində vəsaiti, bu bənddə qeyd olunan aşağıdakı ardıcıllıqla razılaşdırılmış qaydada və müddətlərdə Banka ödəməyi öhdələrinə götürürlər.

Ödəni Ödəniş Əsas borcdan Faiz ödənişi Cərimə Aylıq cəmi ödəniş şin günləri ödəniş (ABŞ (ABŞ Dolları) borcundan (ABŞ Dolları) 1 Dolları) sayı 29 noyabr 3,095.86 440.00 ödəniş 0.00 3,535.86 2 2021 dekabr 3,116.50 28 419.36 0.00 3,535.86 3 28 yanvar 3,137.27 398.59 0.00 3,535.86 4 282022fevral 3,158.19 377.67 0.00 3,535.86 5 2022 28 mart 2022 3,179.24 356.62 0.00 3,535.86 6 28 aprel 2022 3,200.44 335.42 0.00 3,535.86 7 30 may 2022 3,221.78 314.08 0.00 3,535.86 8 28 iyun 2022 3,243.25 292.61 0.00 3,535.86 9 28 iyul 2022 3,264.88 270.98 0.00 3,535.86 10 29 avqust 3,286.64 249.22 0.00 3,535.86 11 28 sentyabr3,308.55 227.31 0.00 3,535.86 12 28 oktyabr 3,330.61 205.25 0.00 3,535.86 13 2022 noyabr 3,352.81 28 183.05 0.00 3,535.86 14 2022 28 dekabr 3,375.17 160.69 0.00 3,535.86 15 302022 yanvar 3,397.67 138.19 0.00 3,535.86 16 2023 fevral 3,420.32 28 115.54 0.00 3,535.86 17 2023 28 mart 2023 3,443.12 92.74 0.00 3,535.86

5. Borclular bu sazişin 4-cü bəndində nəzərdə tutulan öhdəliklərini, qrafik üzrə müəyyən edilmiş 66 000 ABŞ dolları əsas, 5 711.86 ABŞ dolları faiz borcunu lazımi qaydada və gecikməsiz yerinə yetirdiyi halda sonuncu ödəniş tarixinə keçirilmiş 4 013.13 ABŞ dolları cərimə bank tərəfindən güzəşt edilir.

6. Barışıq sazişində yuxarıda qeyd edilən bəndlər tam icra olunduqdan sonra dövlət rüsumunun borclu tərəfindən ödənilməsi şərti ilə girovda olan daşınmaz əmlak girovdan azad edilir. Kredit tam bağlandıqdan sonra cavabdehlərə borcun olmaması və girovdan azad olunması haqqında arayış verilir.

7. Ödənişlərin vaxtında icra edilməməsi halında bu sazişin 4-cü bəndinin tələbləri pozulmuş hesab edilsin, 71 007.78 (əsas məbləğ - 66 000 USD, faiz - 994.65 USD, cərimə - 4 013.13 USD) ABŞ dolları borcu, sazişin 3-cü bəndində göstərilən bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilsin. Həmin əmlak bu Sazişin 3cü bəndində razılaşdırılmış müvafiq qiymətə açıq hərracda satılsın. Satışdan əldə olunmuş vəsait həmin vəsaitin Banka Ödənildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının ABŞ Dollarının manata qarşı olan mübadilə məzənnəsinə əsasən mübadilə edilərək borcluların Banka olan borcuna ödənilsin. Borc tam ödənildikdən sonra artıq vəsait mülkiyyətçiyə təqdim edilməsi üçün icra şöbəsinin depozit hesabına köçürülsün. Açıq hərracdan satılacaq əmlakdan əldə edilən vəsait borc ödənişinə yetərli olmadıqda qalan hissə borclulardan bankın xeyrinə müştərək qaydada tutulsun.

8. Sazişin 3-cü bəndində qeyd edilən əmlakın təsadüfi məhv olması riski və idarə olunması ilə bağlı öhdəliklərə, o cümlədən kommunal ödənişlərə görə mülkiyyətçi tam məsuliyyət daşıyır.

9. Borclular bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər.

10. Bu barışıq sazişinin 4-cü bəndində qeyd edilən qrafikə uyğun olaraq icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə məhkəmə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə tərəfindən tərəflərə aralarında barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsinin prosessual nəticələri izah edilmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

01. Tərəflər Cavabdeh2 MMC və Cavabdeh1 22-BİZ-1-0-12-19 saylı, 25 iyun 2019cu il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 06.10.2021-ci il tarixinə olan borc məbləğini 71 007.78 (əsas məbləğ - 66 000 USD, faiz - 994.65 USD, cərimə - 4 013.13 USD) ABŞ dolları olduğunu qəbul edirlər.

02. 66 000 ABŞ dolları əsas məbləğə illik 8% olmaqla 20 ay müddətinə yeni qrafik verilir. Hesablanmış və ödənilməmiş faiz 994.65 ABŞ dolları və 4 013.13 ABŞ dolları cərimə veriləcək yeni qrafikdə müddətin sonuncu ayına keçirilir.

03. Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş: Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən Cavabdeh1 məxsus mülkiyyətdə olan 0.014 ha torpaq sahəsi və onun üzərində yerləşən 233.45 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 133 000 AZN məbləğində müəyyən edilsin.

04. Borclular 71 007.78 (əsas məbləğ - 66 000 USD, faiz - 994.65 USD, cərimə - 4 013.13 USD) ABŞ dolları məbləğində vəsaiti, bu bənddə qeyd olunan aşağıdakı ardıcıllıqla razılaşdırılmış qaydada və müddətlərdə Banka ödəməyi öhdələrinə götürürlər. Ödənişin Ödəniş Əsas borcdan Faiz ödənişi Cərimə Aylıq cəmi sayı günləri ödəniş (ABŞ (ABŞ Dolları) borcundan ödəniş (ABŞ 1 29 noyabr 3,095.86Dolları) 440.00 ödəniş 0.00 Dolları) 3,535.86 2 2021 dekabr 3,116.50 28 419.36 0.00 3,535.86 3 28 yanvar 3,137.27 398.59 0.00 3,535.86 4 282022fevral 3,158.19 377.67 0.00 3,535.86 5 2022 28 mart 2022 3,179.24 356.62 0.00 3,535.86 6 28 aprel 2022 3,200.44 335.42 0.00 3,535.86 7 30 may 2022 3,221.78 314.08 0.00 3,535.86 8 28 iyun 2022 3,243.25 292.61 0.00 3,535.86 9 28 iyul 2022 3,264.88 270.98 0.00 3,535.86 10 29 avqust 3,286.64 249.22 0.00 3,535.86 11 28 sentyabr3,308.55 227.31 0.00 3,535.86 12 28 oktyabr 3,330.61 205.25 0.00 3,535.86 13 2022 28 noyabr 3,352.81 183.05 0.00 3,535.86 14 2022 dekabr 3,375.17 28 160.69 0.00 3,535.86 15 302022 yanvar 3,397.67 138.19 0.00 3,535.86 16 2023 fevral 3,420.32 28 115.54 0.00 3,535.86 17 2023 28 mart 2023 3,443.12 92.74 0.00 3,535.86 18 28 aprel 2023 3,466.07 69.79 0.00 3,535.86 19 29 may 2023 3,489.18 46.68 0.00 3,535.86 20 28 iyun 2023 3,512.45 1,018.07 4,013.13 8,543.65 Cəmi: 66,000.00 5,711.86 4,013.13 75,724.99

05. Borclular bu sazişin 4-cü bəndində nəzərdə tutulan öhdəliklərini, qrafik üzrə müəyyən edilmiş 66 000 ABŞ dolları əsas, 5 711.86 ABŞ dolları faiz borcunu lazımi qaydada və gecikməsiz yerinə yetirdiyi halda sonuncu ödəniş tarixinə keçirilmiş 4 013.13 ABŞ dolları cərimə bank tərəfindən güzəşt edilir.

06. Barışıq sazişində yuxarıda qeyd edilən bəndlər tam icra olunduqdan sonra dövlət rüsumunun borclu tərəfindən ödənilməsi şərti ilə girovda olan daşınmaz əmlak girovdan azad edilir. Kredit tam bağlandıqdan sonra cavabdehlərə borcun olmaması və girovdan azad olunması haqqında arayış verilir.

07. Ödənişlərin vaxtında icra edilməməsi halında bu sazişin 4-cü bəndinin tələbləri pozulmuş hesab edilsin, 71 007.78 (əsas məbləğ - 66 000 USD, faiz - 994.65 USD, cərimə - 4 013.13 USD) ABŞ dolları borcu, sazişin 3-cü bəndində göstərilən bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilsin. Həmin əmlak bu Sazişin 3-cü bəndində razılaşdırılmış müvafiq qiymətə açıq hərracda satılsın. Satışdan əldə olunmuş vəsait həmin vəsaitin Banka Ödənildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının ABŞ Dollarının manata qarşı olan mübadilə məzənnəsinə əsasən mübadilə edilərək borcluların Banka olan borcuna ödənilsin. Borc tam ödənildikdən sonra artıq vəsait mülkiyyətçiyə təqdim edilməsi üçün icra şöbəsinin depozit hesabına köçürülsün. Açıq hərracdan satılacaq əmlakdan əldə edilən vəsait borc ödənişinə yetərli olmadıqda qalan hissə borclulardan bankın xeyrinə müştərək qaydada tutulsun.

08. Sazişin 3-cü bəndində qeyd edilən əmlakın təsadüfi məhv olması riski və idarə olunması ilə bağlı öhdəliklərə, o cümlədən kommunal ödənişlərə görə mülkiyyətçi tam məsuliyyət daşıyır.

09. Borclular bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər.

10. Bu barışıq sazişinin 4-cü bəndində qeyd edilən qrafikə uyğun olaraq icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır. Barışıq sazişi təsdiq edildiyinə görə iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar