Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3598/2025 26.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “Proform" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi, İddiaçı “Proform" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı “Proform" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı “Proform" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında 27 sentyabr 2023-cü il tarixli, 27/0923P saylı iddiaçının əmlakının icarə verilməsinə dair müqavilə üzrə 30.519,35 manat (icarə və daşıma xərci) və ona hesablanmış 5.493,48 manat ƏDV borcunun, 1.500 manat cərimənin, ümumi dəyəri 5.198 manat olan: dəyəri 128,7 manat olan 26 ədəd Taxta 5x15 3m; - 1 kv.metrinin dəyəri 30 manat olan 169 kv.metrlik 0.8m ensiz İskələnin (5070 manat); hüquqi yardım üçün vəkilə ödənilən 640 (320 manat iddia tələbi və 320 manat Müvəqqəti təminat tədbiri üçün) manat pulun və 252 manat dövlət rüsumunun (231 manat iddia tələbi və 21 manat Müvəqqəti təminat tədbiri üçün) Cavabdehndən alınaraq İddiaçınə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 27 sentyabr 2023-cü il tarixli, 27/0923P saylı iddiaçının əmlakının icarə verilməsinə dair müqavilə bağlanmışdır. İcarə müqaviləsinə əlavə olunmuş müvafiq əlavələrdə icarəyə verilən əmlakların qiymətləri tərəfimizdən razılaşdırılmışdır. (Həmin əlavələr iddia ərizəsinə əlavə olunur.) Müqavilə üzrə öhdəliklər tərəfimizdən tam şəkildə yerinə yetirilərək icarəyə verənə məxsus əmlaklar müvafiq vaxtlarda aktlarla icarəçiyə təhvil verilmişdir. (Həmin təhvil-təslim aktı iddia ərizəsinə əlavə olunur.) Cavabdeh isə bu müqavilə üzrə öhdəlikləri tam və lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin hazırda 27 sentyabr 2023-cü il tarixli, 27/0923P saylı icarə müqaviləsi üzrə 24626,37 manat və ona hesablanmış 4432,74 manat ƏDV borcu yaranmışdır. Bundan başqa cavabdehə təhvil verilmiş avadanlıqlardan ümumi dəyəri 5162,1 manat olan 11 ədəd Alt ayar mili 38, 4 ədəd Alt pimli profil, 6 ədəd Alüminium diaqonal qol 2m, 12 ədəd 3m Alüminium diaqonal qol 3m, 3 ədəd Alüminium platforma 2m, 3 koplek Alüminium təkərli profil, 6 koplek Alüminium yan piləkən 2m, 1 ədəd Boru 1m (sinkli), 26 ədəd Taxta 5x15 3m, 21 ədəd Taxta 5x20 2m, 6 ədəd Xamut Fırlanan, 3 ədəd Xamut Single, 110 kv.m İskələ 0.8m ensiz, 29 ədəd İskələ 0.8m uzun qol, 8 ədəd İskələ Özlər ayaq hissə bu günədək geri qaytarılmamışdır. Bundan başqa, Müqavilənin 5.3-cü maddəsinə əsasən icarəçi İcarə haqqını bu Müqavilə ilə müəyyən edilmiş vaxtda ödəmədikdə və ödənişi 30 gündən artıq müddətə gecikdirdiyi halda, İcarəçi gecikmənin 31-cı günündən başlayaraq (31-cı gün daxil olmaqla) hər gecikdirilmiş gün üçün İcarə haqqının 0,5% miqdarında İcarəyə verənə cərimə ödəyir. Müqavilənin həmin bəndinə əsasən icarəçinin bizə xeyli miqdarda cərimə borcu yaranmışdır. Lakin, biz həmin cərimə borcundan hazırda cəmi 5000 manat tələb edirik
3. Bakı Kommersiya Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli, e-2-2(113)- 3598/2025 saylı qiyabi qətnaməsinə əsasən iddia təmin edilmiş, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən icarə haqqı üzrə 30.519 (otuz min beş yüz on doqquz) manat, 35 (otuz beş) qəpik əsas, 5.493 (beş min dörd yüz doxsan üç) manat 48 (qırx səkkiz) qəpik ƏDV, 1.500 (bir min beş yüz) manat cərimə borcu olmaqla, ümumilikdə 37.512 (otuz yeddi min beş yüz on iki) manat 83 (səksən üç) qəpik məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, Ümumi dəyəri 5.198 manat olan 26 ədəd taxta və 0.8m ensiz İskələnin Cavabdehndən alınaraq İddiaçınə verilməsi, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 640 (altı yüz qırx) manat məbləğində pulun, dövlət rüsumunun əvəzi olaraq 252 (iki yüz əlli iki) manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilsi ödənilməsi qət edilmişdir.
4. "X1" MMC ərizə ilə müraciət edərək qiyabi qətnamənin ləğv olunaraq işə yenidən baxılmasını məhkəmədən xahiş etmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli, e-2-2(113)- 3598/2025 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli, e-2-2(113)-3598/2025 saylı qiyabi qətnaməsi ləğv edilmiş və işin mahiyyəti üzrə baxılması təyin edilmişdir.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iştirak edən iddiaçı “Proform" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
7. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsi barədə məhkəməyə məlumat verməmişdir.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
9. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 157.2-ci maddəsnə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
12. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
13. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, “Proform" Məhdud Məsuliyyətli Cəmiyyəti (icarəyə verən) Cavabdeh (icarəçi) arasında xx.xx.2023-cü il tarixli 27/0923P saylı icarə müqaviləsi bağlanmışdır.
14. Müqavilənin 1.1-ci maddəsinə əsasən icarəyə verən ona məxsus əmlakı icarəçinin istifadəsinə verməyi, icarəçi isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə nəzərdə tutulmuş icarə haqqını, daşınma, quraşdırma/sökmə işlərinin ödənişini müəyyən edilmiş vaxtda və qaydada icarəyə verənə ödəməyi öhdəsinə götürür.
15. Qeyd edilmiş müqaviləyə 1 saylı Əlavədən görünür ki, iskələ 0.8 m ensiz adlı əşyanın 1 kv.m-nin aylıq icarə haqqı 1.7 manat, daşımanın dəyəri isə 250 və 350 manat təşkil edir.
16. Müqavilə və ona Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
17. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də, məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış icarə müqaviləsindən irəli gəlir.
18. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmədiyindən onun icarə haqqı ödəmək vəzifəsi və iddiaçının da, müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.
19. Belə ki, iş materiallarına əlavə edilmiş hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş təhvil-təslim aktından görünür ki, müqavilədə nəzərdə tutulmuş malların təhviltəslimi zamanı malların sayında və keyfiyyətində heç bir qüsur və çatışmazlıqlar müəyyən edilməmiş və müvafiq daşıması həyata keçirilmişdir.
20. Hazırda iddiaçı icarə haqqı üzrə 30.519,35 manat əsas, 5.493,48 manat ƏDV borcun qaldığını bildirərək cavabdehdən xeyrinə tutulmasını xahiş edir.
21. Cavabdeh qiyabi qətnamənin ləğvi barədə ərizəsində iddia tələbinin əsassız olmasına dair yetərincə sübutların olduğunu bildirsə də, məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya münasibət (etiraz) bildirməmiş, qeyd edilən sübutları və ya sözügedən borcun qaytarılması ilə bağlı hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir.
22. Qeyd edilməlidir ki, qeyd edilmiş əşyalar cavabdehə təhvil verilmiş və sonuncu tərəfindən qeyd edilmiş əşayalardan istifadə edilmiş, həmin əşyaların qaytarılmasına dair hər hansı bir sübut təqdim etməmiş və bununla da, əşyalardan istifadə üzrə icarə haqqı və daşıma xərcini ödəmək vəzifəsi yaranmışdır.
23. İş materiallarından göründüyü kimi, cavabdeh tərəf 0.8m ensiz 1000 kv.m (1 kv.m hissəsi 1.7 manat olmaqla) İskələnin xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək icarəsindən yaranmış 1919,35 manat; 0.8m ensiz 1500 kv.m (1 kv.m hissəsi 1.7 manat olmaqla) İskələnin xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək icarəsindən yaranmış 2550 manat; xx.xx.2023-cü il tarixdə 1 dəfə daşımanın qiyməti 250 manat; xx.xx.2023-cü il tarixdə 1 dəfə daşımanın qiyməti 300 manat; 0.8m ensiz 1000 kv.m (1 kv.m hissəsi 1.7 manat olmaqla) İskələnin xx.xx.2023-cü ildən xx.xx.2025-ci il tarixədək icarəsindən yaranmış 25500 manat, cəmi ƏDV siz 30.519,35 manat borcu ödəməmişdir.
24. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsas və ƏDV borcun tələb edilməsi hissəsində əsaslıdır və əsas borc üzrə 30.519,35 manat, ƏDV borcu üzrə 5.493,48 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
25. Məhkəmə hesab edir ki, iddia 1.500 manat məbləğində dəbbə pulunun tələb edilməsi hissəsində də əsaslıdır.
26. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
27. Hazırki işin hallarından görünür ki, müqavilə üzrə cavabdehin əsas borcuna münasibətdə 1.500 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir.
28. Məhkəmə hesab edir ki, iddia ümumi dəyəri 5.198 manat məbləğində olan icarə obyektinin (26 ədəd taxta və 0.8m ensiz İskələ) qaytarılması tələbi hissəsində qismən təmin edilməlidir.
29. Belə ki, iş materiallarına əlavə olunmuş, təhvil-təslim aktından görünür ki, qeyd edilən 26 ədəd taxta və 0.8m ensiz iskələ icarəçiyə ("xxxx" MMC-yə) təhvil verildiyi, cavabdehin isə qeyd edilmiş icarə obyektlərinin qaytarılması ilə bağlı sənəd təqdim etmədiyi nəzərə alındığında, məhkəmə hesab edir ki, qeyd edilən icarə obyekti cavabdeh tərəfindən qaytarılmamışdır.
30. Bundan başqa Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.
31. İş materiallarına əlavə olunmuş “Məhkəmə Ekspertizası Xidmətləri” MMC-nin mal-materialların dəyərinin müəyyən olunmasına dair hesabatına əsasən “İskələ H-0.80” adlı malın 1 ədədinin qiyməti 14 manat, Ölçüsü 5x15 3m olan taxtanın bir ədədinin qiyməti 4.95 manat dəyərində müəyyən olunmuşdur.
32. Beləliklə məhkəmə hesab edir ki, Ölçüsü 5x15 3m olan 26 ədəd taxta Cavabdehndən alınaraq İddiaçınə verilməli, qətnamə icra olunan vaxt əmlak mövcud olmasa, onun dəyəri olaraq 128,70 manat (26x4.95) məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməli, 169 kv.m-lik 0.8m ensiz İskələ Cavabdehndən alınaraq İddiaçınə verilməli qətnamə icra olunan vaxt əmlak mövcud olmasa, onun dəyəri olaraq 2.366 manat (169x14) məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir.
33. Məhkəmə hesab edir ki, iddianın 640 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində iddia təmin edilməlidir.
34. Belə ki, İddiaçınə hüquqi yardımın göstərilməsi ilə fərdi qaydada fəaliyyət göstərən Vəkil xx.xx.2025-ci il tarixli order verilmişdir.
35. Məhkəmə hesab edir ki, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 640 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir
36. Bundan başqa ödənilmiş məhkəmə qeyd edir ki, dövlət rüsumunun əvəzi olaraq 252 manat məbləğində pul da Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir.
37. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
38. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən icarə haqqı üzrə 30.519 (otuz min beş yüz on doqquz) manat, 35 (otuz beş) qəpik əsas, 5.493 (beş min dörd yüz doxsan üç) manat 48 (qırx səkkiz) qəpik ƏDV, 1.500 (bir min beş yüz) manat cərimə borcu olmaqla, ümumilikdə 37.512 (otuz yeddi min beş yüz on iki) manat 83 (səksən üç) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ölçüsü 5x15 3m olan 26 ədəd taxta Cavabdehndən alınaraq İddiaçınə verilsin, qətnamə icra olunan vaxt əmlak mövcud olmasa, onun dəyəri olaraq 128 (bir yüz iyirmi səkkiz) manat 70 (yetmiş) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. 169 kv.m-lik 0.8m ensiz İskələ Cavabdehndən alınaraq İddiaçınə verilsin, qətnamə icra olunan vaxt əmlak mövcud olmasa, onun dəyəri olaraq 2.366 (iki min üç yüz altmış altı) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 640 (altı yüz qırx) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 252 (iki yüz əlli iki) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov