Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-36/2021 08.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, məhkəmə iclas katibi Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X8, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 Oqtay oğlunun və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İlk iddia üzrə iddiaçı “İddiaçı" MMC cavabdeh “xxxx” Şirkətinə qarşı «borcun və vurulmuş zərərin ödənilməsi tələbinə dair» ilkin iddia ərizəsi və ilk iddia üzrə cavabdeh “xxxx” Şirkəti"nin Azərbaycan Respublikasindaki filialının qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarı «özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi və dəymiş zərərin ödənilməsi haqqında» qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı MMC cavabdeh “xxxx” Şirkətinə qarşı «borcun və vurulmuş zərərin ödənilməsi tələbinə dair» ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” Şirkətinə məxsus avadanlığın iddiaçının təsərrüfat idarəçiliyində olan, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28-30-cu km. ünvanında yerləşən təsərrüfat sahəsinin 2000 kv.m. hissəsində saxlanc xidmətinə görə yaranmış 9.371.052,46 manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-i (bundan sonra CSVS şirkəti) 01.12.2017-ci il tarixindən müvafiq müqavilə əsasında Sifarişçi «Murphy Şipping & Commercial Services Azərbaycan MMC»-yə (bundan sonra Murphy şirkəti) məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28-30-cu km ünvanında yerləşən təsərrüfat sahəsini öz təsərrüfat idarəçiliyinə götürərək həmin sahədə müştərilərə ödənişli razılaşdırılmış qiymətlərlə saxlanc və sahədəki yüklərein qaldırılması/yüklənməsi və s. xidmətləri göstərir. Adı gedən və iddiaçının idarəçiliyində olan bu sahənin 2000 kv.m hissəsində uzun müddətdir ki, cavabdehin “xxxx” şirkətinə məxsus avadanlıqları (əsasən ağır tonaclı borular) yerləşdirilmişdir.Buna əsasən cavabdehin vaxtilə «Murphy Şipping & Commercial Services Azərbaycan MMC» ilə olan TEPAB-12-20-00 nömrəli 15/11/2012-ci saxlanc müqaviləsi olmuş, onun isə müddəti 14.11.2017-ci il tarixdə bitmişdir. Tərəflər arasında müqavilənin bitməsi ilə bağlı müddətə olan xidmət haqqı özrə hesablaşma tam aparılmışdır. Qeyd olunan müddəti bitmiş bu müqavilədən son müddətdən bəri isə iddiası «Murphy Şipping & Commercial Services Azərbaycan MMC»nin vasitəsilə cavabdehi, sonuncunun iddiası şirkət ilə hər hansı bir uzunmüddətli yazılı müqaviləsinin olmaması səbəbindən bu şirkətin gündəlik saxlanc və yük əməliyyatlarına dair adətən tətbiq etdiyi mövcud qiymətlər barəsində dəfələrlə məlumatlandırmışdır. Belə ki, cavabdeh müqavilə münasibətləri bitdikdən sonra Murphy şirkəti dəfələrlə cavabdehə müraciət edərək, sonuncudan avadanlığın çıxarılmasını xahiş etmiş, bununla belə cavabdeh iddiaçıya 01.12.2017-ci il tarixdən bəri aid sahədə öz avadanlığını saxlamağa davam etmiş, eyni zamanda və bilavasitə iddiaçıya, nə də ki, Murphy şirkəti mövcud saxlanc və yükqaldırma qiymətlərinə dair cavabdeh Şirkətdən heç bir etiraz və ya imtina məktubu daxil olmamışdır. Əksinə iddiaçı , tərəfindən 01.12.2017-ci il tarixdən ödənişsiz saxlancı təmin olunan boruların bir qisminin cavabdehin sərəncamı ilə «xxxx» MMC-nin bazasına daşınılmasına,25.10.2018-ci il tarixdə başlanılmış, bununla əlaqədar bu tarixdə tərəflərindən cavabdehə məxsus ümumi çəkisi 61.700 kq olan bu boruların yüklənməsi ilə bağlı razılaşdırılmış qiymətlərə xidmətlər göstərilmiş və «xxxx» MMC təhvil verilmiş, yüklənmə işləri haqqında həmin tarixdə 002 saylı AKT tərtib edilmişdir. Eyniliklə, 26.10.2018-ci il tarixdə tərəflərindən xxxx şirkətinin göstərişi ilə ümumi çəkisi 40040 kq olan boruların yüklənməsi, qaldırılması xidmətləri razılaşdırılmış qiymətlərə həyata keçirilmiş, bu barədə 003 saylı AKT tərtib edilmişdir. Eyniliklə 29.10.2018-ci il tarixdə tərəflərindən razılaşdırılmış qiymətlərə yüklənmə, qaldırılma xidmətləri göstərilmiş və 672 ədəd borular «xxxx»ə xxxx Şirkətinin göstərişi ilə təhvil verilmiş, bu barədə 004 saylı Akt tərtib edilmişdir.Qeyd olunan və cavabdehə göndərilmiş yuxarıdakı xidmətlərə görə iddiaçıya adıgedən Aktlar üzrə müvafiq ödənişlər olunmuşdur. Beləliklə də, iddiaçının cavabdehin əmlakının - borularının saxlancını, bir qisminin isə sahədən daşınması ilə bağlı göstərdikləri və göstərə biləcək xidmətlərinin həm texniki aspektləri, həm də müvafiq qiymətlər cavabdehə bildirilmişdir. İşlərin gedişatı cavabdehin göstərişi, daimi müşahidəsi və nəzarəti altında olaraq qeyd olunan aktlarla təsdiq edilmiş - bəyənilmiş qüsursuz xidmətlər - işlər görülmüşdür. Bununla belə 29.10.2018-ci il tarixdən sonra «xxxx» və xxxx» adı gedən sahədən cavabdehin göstərişi ilə boruların və s. daşınması işlərinin qəfildən dayandırmışlar. Buna qədər və bundan sonra olan müddət üzrə isə cavabdeh tərəfindən saxlanc xidmətinə görə ümumiyyətlə heç bir ödəniş olunmur. Halbuki , qeyd edilən faktiki hallar onu təsdiq edir ki, cavabdehlə iddiaçı arasında əqd bağlanmışdırmövcuddur. Oferta (qiymət təklifləri) cavabdehə çatdırılıb, sonuncu isə bunu akseptləşdirib. Təkzibedilməz haldır ki, 29.10.2018-ci il tarixdən sonra, cavabdehin qalıq avadanlıqlarının (boruların və s.) sahədən çıxarılmasının dayandırılmasından sonra, ona öz avadanlıqlarının sahələrindən çıxarılması barədə dəfələrlə müraciət edilmiş və bildirilmişdir ki, qalıq avadanlıq boruların daşınılması, sahələrindən çıxarılması X14 göstərişi ilə davam etdirilmədikdə, bu avadanlığın saxlanc və daşıma üzrə tərəflərindən təqdim etdikləri xidmətlərin, işlərin dəyəri,qiymətləri 16.11.2018-ci il tarixdən başlanaraq fərqli olacaq, yəni bu tarixədək olan imtiyazlı qiymətlərlə: - yükləmə,qaldırma işləri üzrə 0,15 manat/1 kq:- saxlanc qiyməti 0,01 manat/1 kq deyil,bu saxlanc sahəsi üzrə 01.12.2017-ci ildən bəri iddiaçı – CSVS şirkəti ilə heç bir uzunmüddətli müqavilə olmadığına görə, tətbiq edilən gündəlik saxlanca görə mövcud bazar qiymətləri ilə: yükləmə/qaldırma işləri – 0,25 manat/1 kq: - saxlanc qiyməti – 0,05 manat/ 1 kq-dan hesablanacaq. Bu isə 2018-ci ilin noyabr ayınadək hər gün üçün 73,444,85 manat təşkil etmişdir. (1,468,817 kq x 0,05 manat/1kq) Bu barədə cavabdehə 07.11.2018-ci il tarixli, 01-489-saylı məktubla güzəştli qiymətlərlə onlara məxsus avadanlıqlarının sahələrindən çıxarılması barədə müraciət olunub, bu müraciət cavabsız qaldığından 19.11.2018-ci il tarixli, 01-053-saylı məktubla yenə də müraciət olunaraq güzəştli qiymətlərlə avadanlıqların daşınması müddəti tərəflərindən uzadılmış və sonuncu dəfə isə 03.12.2018-ci il tarixli, 01-514-saylı məktubla cavabdeh məlumatlandırılmış, eyni güzəştli qiymətlər tətbiq edilməklə, yaranmış 2.614.494.26 AZN borcun ödənilməsi üçün 24.12.2018-ci il tarixdə hesab/invoys cavabdeh Şirkətinə göndərilmişdir. Bununla belə,cavabdeh iddiaçıya saxlanc xidmətləri üzrə hər hansı bir ödəniş etmədən və öz avadanlıq qalıqlarını 2000 kv.m olan açıq sahələrində ödəniş etmədən saxlamaqda davam etməkdədir. Qeyd olunan və digər hallar onların cavabdehə olan 07.03.2019-cu il tarixli, 012-saylı Pretenziyalarında (və ona olan qoşma/əlavələrdə) öz əksini tapmışdır. Pretenziyalarına cavabdeh tərəfindən heç bir cavab olmamış, cavabdehə təqdim etdikləri hesab/invoyslar üzrə heç bir ödəniş edilməmişdir. Hazırda 25.02.2019-cu il tarixdən 26.03.2019-cu il tarixədək dövrü əhatə edən müddətdə, cavabdehə məxsus 1.468.817 kq əmlak/avadanlıq iddiaçı Şirkətin sahibliyi/idarəçiliyi altında olan sahədə saxlanılmaqdadır ki, bununla da onlara əlavə olaraq 2.203.225.50 AZN (Cavabdehə olan 03.12.2018-ci il tarixli, 01-514 saylı məktubla bildirildiyi kimi, saxlanc qiyməti – 0,05 manat/1 kq-dan, hər gün üçün: 1.468.817 kq x 0.05 manat/1 kq = 73,440.85 manat x 30 gün = 2.203.225,50 AZN) borcun yaranması bildirilmiş, onun ödənilməsi üçün hesab faktura/invoys təqdim edilmişdir. Bundan başqa, cavabdehə olan 10 aprel 2019-cu il tarixli məktubda 07.03.2019-cu il tarixli, 012-saylı pretenziyaları üzrə 7.167.826.96 AZN borcunu və Pretenziyadan sonrakı müddətdə yaranmış 2.203.225,50 AZN, cəmi 9,371.052.46 AZN borcun da ödənilməsini cavabdehdən xahiş etmişlər. Bununla belə, hal -hazıradək cavabdehə olan pretenziyalarına və müraciətlərinə heç bir cavab verilməmişdir, göstərdikləri saxlanc xidmətlərinə görə də bütün ödənişlərdən imtina olunub. Göründüyü kimi, iddiaçı Şirkətin əsaslı tələbi cavabdeh Şirkətin avadanlığının iddiaçının sahəsində saxlanılmasına görə ona heç bir ödəniş etməməsi və cavabdeh tərəfindən başqasının sahibliyində, idarəçiliyində/ istifadəsində olan əmlak/sahədən əsassız, ödəniş etmədən faydalanması ilə bağlıdır, belə ki bununla iddiaçıya eyni zamanda zərər vurulmaqdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 329.3, 329.4, 355.2, 385.1, 407.1, 408.1, 408.3, 409.4, 409.8, 448.2, 468.1, 468.2, 538.2, 21,1, 21.2-ci maddələrinə əsasən iddia tələblərinin təmin edilməsi xahiş edilir. Daha sonra iddiaçının nümayəndəsi iddianın həcminin artırılması barədə 07.10.2020ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh şirkətə məxsus avadanlığın iddiaçı MMC-nin təsərrüfat idarəçiliyində olan, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28-30-cu km ünvanında yerləşən təsərrüfat sahəsinin 2000 kv.m. hissəsində saxlanc xidmətinə görə yaranmış 41,144,381.20 (qırx bir milyon yüz qırx dörd min üç yüz səksən bir manat iyirmi qəpik) manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddiaçının həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, xxxx şirkətinin avadanlığı mühafizəli saxlanc xidmətləri altında Kompleksin gömrük anbarı sahəsində qorunaraq tətbiq edilmiş gündəlik ad hoc saxlanc xidmətləri tətbiq edildiyindən iddia tələbinin həcminin artırılması zərurəti yaranmışdır. Buna səbəb xxxx tərəfindən CSVS şirkətinin dəfələrlə avadanlığın yerləşdiyi sahəyə dair icarə müqaviləsi bağlanılması təkliflərini kobud formada rədd edilməsi, həmçinin avadanlığın gündəlik saxlananın kilosunun 0.05 manat qiyməti ilə hesablanılmasıdır. İddiaçı şirkətin 2018-2020-ci il tarixlərində təsdiq edilmiş yük sahələrinin, ofislərin və texnikanın icarəsi, malların saxlanc xidmətləri və yük əməliyyatları xidmətlərinə dair qiymətlərin Abşeron yarmadasında mövcud olan qiymətlərə uyğun olması barədə Azərbaycan Respublikası “Müstəqil Məhkəmə Ekspertizas”nın 435 nömrəli, 30 sentyabr 2020-ci il tarixli rəyi ilə də təsdiq edilir. Nəzərə alınsa ki, avadanlığın ümumi çəkisi 1,468,817 kq təşkil edir, bu günə xxxx şirkətinin saxlanc xidmətlərinə dair toplam borcu əlavə 23 aya (2018-ci ilin noyabr ayından 2020-ci ilin oktyabr ayınadək) 41,144,381.20 (qırx bir milyon yüz qırx dörd min üç yüz səksən bir manat iyirmi qəpik) manat təşkil edir. Belə ki, külli miqdarda olan 2000 kv/m ərazini əhatə edən iri həcmli yükün saxlancına görə 23 aydır (630 gün) ödəniş edilmir. Daha sonra iddiaçının nümayəndəsi 30.10.2020-ci il tarixli iddiaya əlavə ilə məhkəməyə müraciət edərək göstərilmişdir ki, iddia tələbinə əlavə edərək, bir daha diqqətə çatdırmaq istərdilər ki, TEPAb-12-20-00 nömrəli 15/11/2012-ci il tarixli müqavilənin müddəti 14/11/2017-ci il tarixində bitmiş və bitməsindən 1 ay öncə xxxx tərəfindən həmin müqavilənin uzadılmaması barədə Murphy şirkətinə rəsmi və birmənalı GM-DL 469/17 nömrəli 13/10/2017-il tarixli məktubla xəbərdarlıq göndərilmiş və xəbərdarlıqda xxxx TEPAB-12-20-00 müqaviləsinin 8.2-ci maddəsinə istinad edərək Murphy şirkətindən daxil olmuş ödəniş tapşırığının auditindən sonra 30/11/2017-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Həmin xəbərdarlıqda gömrük anbarının açıq sahəsinin 2.000 kv. m.də qalan avadanlığa dair xxxx tərəfindən heç bir göstəriş, Sorğu/Tapşırıq verilməmişdir. TEPAB-12- 20-00 nömrəli 15/11/2012-ci il tarixli müqavilənin müddəti başa çatdığından Murphy ilə xxxxın hüquqi münasibətlərinin 14/11/2017-ci il tarixdən başlayaraq xitamına xxxx, Murphy ilə sonraki yazışmalarına da istinad edir. Belə ki, 12/10/2018-ci il tarixli GM-DL 515/18 nömrəli avadanlığın anbardan çıxarılmasına dair Sorğu/Tapşırığında xxxx yenə də xüsusilə bildirmişdir ki, TEPAB-12-02-00 nömrəli müqavilənin müddəti 12/11/2017-ci ildə bitməsi tarixindən başlayaraq xxxx Murphy şirkətinin müştərisi deyil və elə bu səbəbdən də xxxx avadanlığının qalıq hissəsini çıxarmaq üçün ayrı bir şirkətin Murphy ilə əməkdaşlığı tələb olunur və bu məqsəd ilə xxxx həmin məktubda Murphy şirkətindən xahiş edir ki, xxxx şirkətinin subkontraktoru – «xxxx» LLC şirkəti ilə əlaqə saxlasın və həmin şirkətə xxxxa göndərdiyi avadanlığın çıxarmasına dair qiymət təkliflərini təqdim etsin. Murphy ilə xxxxın arasında heç bir müqavilənin olmadığını xxxx şirkəti yenidən üz 23/10/2018-ci il tarixli GM-DL 567/18 nömrəli məktubunda təkrar edərək elə bu səbəbdən də Kompleksdə yerləşən avadanlığın mühafizəli saxlanc xidmətlərinə dair ödənişlərdən imtina etmişdir. Bundan başqa, müqavilənin bitməsi birmənalı şəkildə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən də qüvvəyə minmiş 22/04/2020 tarixli qərarında tanınmışdır. Beləliklə, X15 anbar və biznes kompleksində bu günə kimi yerləşən xxxx şirkətinin avadanlıqları TEPAb 12-02-00 anbar sahəsi İcarəsi müqaviləsinin davamı kimi, eyni zamanda xxxxın iddiasının əsası kimi göstərilə bilməz və məhkəmə prosesində müzakirə predmeti ola bilməz. X16 adını daşıyan biznes, anbarlar, açıq tipli gömrük anbarı və yük terminalı kompleksi (bundan sonra Kompleks) Murphy şirkətinə məxsusdur. Həmin Kompleks optimal idarəetmə tətbiq etmək və maliyyə-təsərrüfat fəaliyyətinin effektivliyini artırılması məqsədilə 01/12/2017-ci il tarixindən 10 illik müddətə CSVS şirkətinin tam idarəçiliyinə verilmişdir. Həmin müqavilə Murphy və xxxx şirkətləri arasında olan mübahisələrdən və Murphy şirkətinin 21/02/2018-ci il tarixli xxxxa qarşı iddiasından əvvəl bağlanılmışdır. Müqavilənin məqsədi X15 Kompleksində maliyyə-təsərrüfat işlərinin səviyyəsini və müştərilərə təqdim edilən xidmətlərin keyfiyyətini qaldırmaq, xidmət qiymətlərinin tənzimləməsidir. xxxx tərəfindən irəli sürülən dəlil kimi, guya Murphy şirkəti ilə xxxx şirkəti arasında 2018-ci ilin aprel ayından 2019-cu ilin aprel ayınadək olan məhkəmə mübahisəsi zamani CSVS şirkəti ilə Murphy şirkəti arasında olan 01.12.2017-ci ilin müqaviləsinin mövcudluğu barəsində heç bir məlumatın olmaması həqiqətə uyğun deyil. CSVS şirkətini Murphy şirkəti xxxxın avadanlıqlarını Kompleksdən çıxarması işlərinə hazırlıq zamanı 18/10/2018-ci il tarixli 11:12 radəsində göndərdiyi e-mailində CSVS şirkətinin Kompleksin idarəedici şirkəti olduğunu açıqlayaraq CSVS şirkətini həmin işlərdə əsas tərəf kimi təqdim etmişdir. Onu da qeyd etmək istərdilər ki, həmin e-mail şəxsən xxxxın hüquqşünası Xanqız Tanrıverdiyevanın e-mail qutusuna da 18/10/2018-ci ildə saat 11:12 də daxil olmuşdur. Bununla belə, Murphy şirkətinin avadanlığa dair öhdəliklərinin üçüncü tərəfə ötürməsinə xxxx şirkəti tərəfindən heç bir etiraz bildirilməmiş, hətta CSVS şirkətinin yükləmə, daşıma, nəqliyyat və saxlanc işlərinə tam cəlb olunması xxxx şirkətinin səlahiyyətli nümayəndələrinin nəzarəti altına keçmişdir (sübut olaraq xxxx şirkətini 12 oktyabr 2018-ci ildən verilən avadanlıqlarına dair e-maillərinin CSVS-ə ünvanlaması və xxxx tərəfindən tərtib edilmiş barışıq sazişinə CSVS-i cəlb etmək cəhdləri). CSVS şirkətinin xxxxın nəzarəti altında yüksək texniki və professional cəhətdən göstərdiyi xidmətləri nəticəsində xxxx şirkətinin avadanlığının birinci 120 ton təşkil etmiş hissəsi Kompleksdən 25-29/10/2018-ci il tarixlərində müvəffəqiyyətlə çıxarılmışdır və bu işlərə də CSVS öz qiymət təklifini təqdim edərək tam ödənişə malik olmuşdur. Belə olan halda, CSVS şirkətinin 2018-ci ilin oktyabr ayında real xidmətlərindən bəhrələnən xxxx şirkətinin CSVS şirkətinin Kompleksə dair Murphy ilə olan müqaviləsinin mövcudluğu 2018-ci ilin aprel ayından 2019-cu ilin aprel ayınadək məlum olmadığını bildirməsi bu dəfə də xxxxın rəhbərliyinin qeyri-ciddi olmasına sübutdur. xxxx şirkətinin CSVS ilə ilk dəfə 2019-cu ildə əlaqəyə çıxmasını və bu vaxta qədər CSVS-dən heç bir invoysun almadığını bildirməsi tamamilə həqiqətə uyğun deyildir. CSVS şirkəti 24/12/18-ci il tarixdə həmin tarixdə 009 nömrəli AZN 2,276,666.35 miqdarına hesab fakturasını (invoice) xxxx şirkətinə göndərərək avadanlığı kompleksdən çıxarılmasının davamına dair tədbirlər görməsini xahiş etmişdir. Kompleksdə təqdim edilən qiymətlər iki variantda tənzimlənir: kompleksin anbar sahələrinin İcarəyə verilməsilə, yaxud mühafizəli saxlanc xidmətləri göstərməklə. Anbar sahələrinin icarəyə verilməsi qiyməti bir kvadrat metrənin aylıq icarə haqqı əsasında formalaşır. Mühafizəli saxlanc xidmətləri isə mühafizə altında saxlanılan malların/avadanlıqların gündəlik bir kiloqramına vurulmaq əsasında formalaşır. Kompleksdə təklif edilən hər iki üsulla formalaşan qiymətlər müqavilələrin müddəti və malların Kompleksin hansı zonasında yerləşdirilməsindən asılıdır. Belə ki, uzun müddətli həm icarə, həm də mühafizəli saxlanc müqaviləsi daha güzəştli qiymətlərlə razılaşa bilərlər. Bundan başqa, qiymətlərin səviyyəsi malların gömrük və terminal zonasında və yaxud həmin zonadan kənarda saxlanılmasından da asılıdır. Yəni, gömrük zonasında yerləşdirilən mallara dair anbar qiymətləri həmin zonada idarə edilmə xərclərinin çox olması səbəbindən daha bahadır. Ən bahalı qiymətlər mühafizə saxlancı xidməti altında yerləşən malların gündəlik ad hoc müqaviləsi əsasında tətbiq olunur. Yüksək Qiymətlərin səbəbi ad hoc müqavilə ilə Kompleksin işinin planlaşdırılmasının çətinliyi ilə bağlıdır. Faktiki olaraq, ad hoc müqavilələri yük zonalarının işinin uzun müddətli planlaşdırılmasına imkan vermir və bununla bağlı Kompleksin menecmenti tərəfindən aparılan qiymət siyasəti elə qurulur ki, ad hoc altında malların yerləşdirilməsi müştərilər üçün əlverişli olmasın və müştərilər ad hoc əvəzinə ən azı bir aylıq müddətli icarə və ya mühafizəli saxlanc müqavilələrinə daha üstünlük versinlər. Kompleksdə müəyyən edilmiş qiymətlər CSVS şirkəti tərəfindən 2018-ci ilin yanvar ayından başlanaraq bu günədək hər ilə aid menecment tərəfindən təsdiq edilən tariflərlə Tənzimlənir. Həmin tariflər CSVS şirkətinin inzibati binasının girişində Kompleksə dair elanlar divarında il boyu asılır. Həmin tariflərlə tətbiq olunmuş qiymətlər sözsüz ki həmin xidmətlərə dair bazarda mövcud olan Kompleksin A sinifinə uyğun qiymətlərlə ayaqlaşmalıdır. Əks halda Kompleksin xidmətindən müştərilər istifadə etməyəcəklər. xxxx şirkətinin avadanlığı mühafizəli saxlanc xidmətləri altında Kompleksin gömrük anbarı sahəsində qorunaraq tətbiq edilmiş gündəlik ad hoc saxlanc xidmətləri qiymətləri ilə edilir. Buna səbəb xxxx tərəfindən CSVS şirkətinin dəfələrlə avadanlığın yerləşdiyi sahəyə dair icarə müqaviləsi bağlanılması təkliflərini kobud formada rədd edilməsi, həmçinin avadanlığın gündəlik saxlancının kilosunun 0.05 manat qiyməti ilə hesablanılmasıdır. Nəzərə alınsa ki, avadanlığın ümumi çəkisi 1,468,817 kilogram təşkil edir, bu günə xxxx şirkətinin saxlanc xidmətlərinə dair toplam borcu əlavə 23 aya (2018-ci ilin noyabr ayından 2020-ci ilin oktyabr ayınadək) 41,144,381.20 (qırx bir milyon yüz qırx dörd min üç yüz səksən bir manat iyirmi qəpik) manat təşkil edir. Belə ki, külli miqdarda olan 2000 kv/m ərazini əhatə edən iri həcmli yükün saxlancına görə 23 aydır (630 gun) ödəniş edilmir. Buna baxmayaraq, bu günə xxxx nə uzun müddətli icarə müqaviləsi bağlamaq istəmir, nə də ki mallarını Kompleksdən çıxarmağa dair heç bir addım atmır. Malların Kompleksdə hansı müqavilə əsasında yerləşdirildiyindən asılı olmayaraq, istənilən zaman mallarını kompleksdən çıxarmaq istəyən müştərilərə həmin malların yüklənməsi və daşınması işlərini həyata keçirmək üçün müştəridən dəqiq sorğu və ya tapşırıq Kompleksin menecmentinə təqdim edilməlidir. Həmin Tapşırıqda müştəri yazılı qaydada mallarına dair ümumi məqsədini açıqlayaraq Kompleksin menecmentinin qarşısında malların yüklənməsi və daşınması ilə əlaqəli tapşırıq verərək tələblərini dəqiqliklə göstərməlidir. Həmin sorğu/tapşırıq Kompleksin menecmentinə yüklənmə və daşınma işlərinə dair qiymət təklifinin dəqiqliklə formalaşdırmasına imkan verir. Belə ki, yüklənmə və daşınma Tapşırıq/Sorğusunda aşağıdakılar müştəri tərəfindən göstərilməlidir. a) Yüklənməsi nəzərdə tutulan malların siyahısı , ölçüsü və çəkisi b) Yüklənmənin və Kompleksdən malların daşınmasgngn müştərinin nəzərdə tutduru/istənilən başlama və bitirmə tarixləri c) Yükün çatdırılması və boşaldılması ünvanı, müştərinin istəyi ilə yükün daşınma marşrutu d) Yükün üzərində əlavə işlərin görülməsi (ölçülməsi, çəkilməsi, bağlanması, tarazlanması və sair) e) Yükün təhvil veriləcək məsul şəxsin vəzifəsi, adı, soyadı atasının adı f) Yükün Kompleksdə yüklənilməsindən qabaq inventarlaşmasının aparılması və yüklənmə, daşınma prosesinə müştəri tərəfindən nəzarət edəcək şəxslərin siyahisi, onların şəxsiyyət vəsiqələrinin surətləri (mühafizə altında olan Kompleksin ərazisinə daxil edilmək üçün icazə almaq məqsədilə). Yuxarıda göstərilən Tapşırıq/Sorğu əsasında Kompleks tərəfindən yükləmə və daşıma əməliyyatlarına dair qiymətlər hesablanır və nəticədə müştərinin Sorğusuna/Tapşırığına cavab olaraq qiymət təklifi göndərilir. Həmin qiymət təklifi və əlavə suallar öz həllini taparaq, müştəri tərəfindən malların yüklənməsinə və daşınmasına dair Kompleksin menecmentinə Sifariş müqaviləsi (Purchase Order), yaxud PO göndərilir. Həmin Sifarişdə/PO-da malların dəqiq adı, çəkisi, ölçüsü, yükləmə və daşıma qiyməti, ödəniş şərtləri, sifarişçi və icraçı tərəflər, malların çatdırılması ünvanı, əməliyyatların başlanılması tarixi göstərilir. Sifariş/PO belə halda yazılı müqaviləyə bərabər tutulur, işlər və ödəniş həmin PO əsasında orada qeyd edilən şərtlərlə həyata keçirilir. Saxlancda olan yüklərə dair Tapşırıq və ya Sorğu müştəri tərəfindən daxil olmayanadək Kompleksin menecmenti yükə aid hər hansı bir hərəkət edə bilməz. 2017-ci il tarixindən bu günə kimi xxxx şirkəti tərəfindən CSVS şirkətinə xxxx şirkəti vasitəsi ilə 24/10/2018-ci il tarixli ilk və yeganə Sifariş müqaviləsi göndərilmişdir. Yuxarıda göstərilən qayda malların Kompleksdən çıxarmasına əsasdır. Bu qaydalar neft və qaz, loqistika sənayesində çalışan, eksport-importla məşqul olan hər bir şirkətə bəllidir. Həmin qaydalarla da Kompleksə Sorğu (yazılı və ya şifahi formada) və Sifariş daxil olmadığı təqdirdə saxlancda olan mallar Kompleksin ərazisindən çıxarıla, hətta yerindən tərpədilə bilməz. Eyni zamanda, CSVS şirkəti 25-29 oktyabr 2018-ci il tarixlərində həmin qaydalara tam uyğun olaraq xxxx şirkətinin avadanlıqlarının 120,000.00 kq təşkil edən hissəsinin daşınmasını təşkil etmişdir. Həmin vaxtdan bu günə qədər nə xxxxdan nə də ki onun Subkontraktoru olan «Bos Shelf» şirkətindən ikinci sifariş CSVS şirkətinə daxil olmamışdır. Bu hal bir daha xxxx şirkətinin mallarını Kompleksdən çıxarmaq fikrinin olmamasına dəlalət edir. xxxx Abşeron şirkətinin Murphy ilə bağlanmış TEPAb-12-20-00 nömrəli 15/11/2012-ci il tarixli tender üsulu ilə udulmuş loqistika müqaviləsi əsasında Murphy şirkəti xxxx Abşeron şirkətinə 24 saat mühafizə olunan və nəzarət-buraxılış məntəqəsi sistemi ilə təmin edilmiş gömrük zonasında yerləşən 2000 kv/m açıq anbar sahəsini kvadrat metrini $2.5 qiyməti ilə uzun müddətli icarəyə vermişdir. 01/12/2017-ci il tarixdən başlayaraq CSVS şirkətinin idarəçiliyinə keçən X17 biznes və anbar kompleksində yerləşən xxxx şirkətinin avadanlığına dair 24 saat mühafizə və videoçəkiliş ilə təmin edilən ad hoc saxlanc xidmətləri göstərilməsinin ödənişi tələbinə dair səlahiyyətlər CSVS şirkətinə keçmişdir. TEPAb 12-02-00 nömrəli müqavilənin müddətinin bitdiyi tarixdən, xxxx şirkətinin açıq sahə anbarının 2000 kvadrat metrəsində yerləşən avadanlığına dair yeni İcarə müqaviləsi tətbiq olunmamış, xxxx tərəfindən hər hansı bir müqavilə bağlamaq təşəbbüsü irəli sürülməmiş, xxxx tərəfindən mallarının Kompleksdən çıxarılmasına dair heç bir konkret Sorğu/Tapşırıq təqdim edilməmiş, avadanlığın anbarın ərazisindən çıxarılmasına kimi müvəqqəti əlavə vaxt verilməsi barəsində müraciət edilməmiş və bununla bağlı 15 noyabr 2017-ci il tarixindən həmin avadanlığın anbarda qalmasının hüquqi statusu avtomatik olaraq icarəyə götürülmüş anbar sahəsində saxlanan avadanlıqdan gündəlik mühafizəli saxlanc xidmətləri altında qorunan avadanlığa çevrilmişdir. İcarə müqaviləsi ilə Tənzimlənən hüquqi münasibətlər malların İcarə müqaviləsi bitdikdən sonra Kompleksdə saxlanmasının davamı səbəbdən avtomatik surətdə fakt əsasında (de-facto) gündəlik ad hoc Saxlanc müqaviləsi ilə Tənzimlənməyə başlanılmışdır. Bununla əlaqədar ödənişlərin əsasını təşkil edən ölçü vahidləri anbar sahə İcarəsinə bəlli olan kvadrat metrəcən mühafizəli saxlanc xidmətlərinə xas olan ölçü vahidi - kiloqrama çevrilmiş və bununla belə ödənişin hesabatının əsası avadanlığın tutduğu ərazinin ölçüsü əsasında yox, həmin avadanlığın kilo ilə ölçülən çəkisi götürülür. Saxlanc Qiymətlərinə dair hər hansı bir uzun müddətli müqavilə olmadığından xxxx Şirkətinin avadanlığı anbarda bu günədək güzəştsiz, gündəlik yüksək qiymətli ad hoc mühafizəli saxlanc müqaviləsi əsasında saxlanılır. Belə vəziyyət bu günədək müştəri-xxxxın istəyi ilə davam etməkdədir. 15 noyabr 2017-ci il tarixindən 01 dekabr 2017-ci il tarixinədək və 01 dəkabr 2017-ci il tarixindən 24 sentyabr 2018-ci il tarixinədək nə Murphy şirkətinə, nə də ki, CSVS şirkətinə xxxx tərəfindən onun avadanlıqlarının Kompleksdən yüklənilməsi, çıxarılması, hər hansı ünvana çatdırılması, boşaldılması və kimə təhvil verilməsi, yükləmə və daşınma işlərinin qiyməti barədə heç bir Sorğu/Tapşırıq təqdim edilməmişdir. TEPAb-12-20-00 müqaviləsin xitamından sonra şirkətlər arasında dəqiqliklə şərtləri əhatə edən yazılı müqavilə olmadığından, Azərbaycan Respublikasının qanunvericiliyində boşluq olmadığından, xxxxın avadanlığının saxlananın ətrafında de fakto yaranmış hüquqi münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 827-830-cu maddələri (anbarlarda saxlanc) ilə tənzimlənir. xxxx şirkətinin mallarının Kompleksdə saxlanılması, xxxx şirkətinin həmin malların gündəlik ad hoc saxlanc qiymətindən, eyni zamanda həmin malların mühafizəli saxlananın kimin tərəfindən təşkil edilməsindən və malların hansı şərtlərlə saxlanılmasından xəbərdar olması, bundan başqa Kompleksdə saxlanılmanın davam etdirilməsi, həmin malların saxlancına dair heç bir ayrı, daha ucuz təkliflərin qəbul edilməməsi, malların Kompleksdən çıxarılması təkliflərinin rədd edilməsi, 2 il 10 aydan sonraki mübahisəyə qədər mallarının çıxarılmasına dair məhkəməyə müraciət edilməməsi faktı ilə yanaşı malların qanunsuz sahiblikdə olduğuna iddia etməsi bir-biri ilə ziddiyət təşkil edir. Bu günə kimi xxxx şirkəti ona məxsus avadanlığın CSVS idarə etdiyi X15 A sinifli anbar kompleksində saxlanılmasının gündəlik ad hoc qiymətlə, günü 73,440.85 manatdan saxlamaqda tam məlumatlı olmuş, buna baxmayaraq həmin malların çıxarılmasına dair heç bir real hərəkət görməmiş, real niyyət bildirməmişdir, hətta həmin malların Kompleksin ərazisində yerindən tərpətməsinə qəti şəkildə 19/06/2019-cu il tarixli GM-DL 245/19 saylı məktubunda qadağa qoyaraq CSVS şirkətini belə bir təklifə görə “xxxx” adlandırmışdır. Sadalanan faktlar xxxxın avadanlığının CSVS Şirkətinin günlük AZN 73,440.85 qiymətə olana mühafizəlı saxlanc xidmətləri altında saxlanılmasına razılığını ifadə edir. Görünən odur ki, xxxx şirkətinin yeganə narahatçılığı saxlanc xidmətləri üçün öz qeyri-peşakarlığı ucbatından yığılmış borcu ödəməyə görədir. İddiaçı şirkətin 2018-2020-ci il tarixlərində təsdiq edilmiş yük sahələrinin, ofislərin və texnikanın icarəsi, malların saxlanc xidmətləri və yük əməliyyatları xidmətlərinə dair qiymətlərin Abşeron yarımadasında mövcüd olan qiymətlərə uyğun olması barədə Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizasının 435 nömrəli, 30 sentyabr 2020-ci il tarixli rəyi ilə də təsdiq edilir. Birinci dəfə xxxxdan Kompleksdə saxlanılan avadanlığın inventarlaşma aparılması, avadanlığın kompleksdən çıxarılması, bir hissəsini çıxarmaq və nəzərdə tutulan işlərlə əlaqəli Kompleksə xxxxin nümayəndələrinin daxil olması barədə Sorğu/Tapşırıq 11 və 24 sentyabr 2018-ci il tarixində təqdim edilmişdir. Həmin sorğu ilə xxxx tərəfindən Murphy şirkətinə saxlanılan “Test Cap NTP” aid olan xırda avadanlığını xxxx şirkətinin nümayəndəsinə təhvil vermək xahiş edilirdi. CSVS şirkəti tərəfindən həmin avadanlığın xxxxın səlahiyyətli nümayəndəsinə Rüfət Orucova aktla təhvil verilmişdir. Avadanlığın xırda olması və bu səbəbdən hər hansı bir yük əməliyyatının tələb edilməməsini nəzərə alaraq, görülən işə görə heç bir ödəniş tələbi CSVS şirkəti tərəfindən nə Murphy şirkətinə, nə də ki xxxx şirkətinə təqdim edilməmişdir. Nəhayət, xxxx şirkətinin səlahiyyətli nümayəndəsi Rüfət Orucovdan e-mail vasitəsilə, TEPAb 12-20-00 müqaviləsinə 15/11/2017-ci il tarixdən xitam verilən gündən birinci dəfə olaraq xxxx şirkətinin Kompleksdə saxlanc altında olan avadanlığının yükləmə və boşaltma Qiymətlərinə dair 02/10/2018-ci il tarixində Sorğu Murphy şirkətinə təqdim edildi və həmin zamandan Murphy şirkətinin vasitəçiliyi ilə CSVS şirkəti xxxxın avadanlığının Kompleksdən çıxarılmasına dair hazırlıq və qiymət təklifi formalaşdırılması işlərinə başlanıldı. Murphy şirkətinin xahiş ilə xxxxın avadanlığının Kompleksdən çıxarılmasına dair CSVS şirkəti hazırladığı qiymət təklifini Murphy şirkətinə təqdim etmiş və həmin təklif Murphy şirkəti tərəfindən xxxx şirkətinə 09/10/2018-ci il tarixli 01-462 nömrəli məktubla çatdırılmışdır. Həmin qiymət təklifinə cavab olaraq xxxx şirkəti 12/10/2018-ci il tarixli GM-DL 515/18 nömrəli məktubunda avadanlığı xxxx şirkəti ilə Murphy şirkəti aralarında 12/11/2017-ci il tarixindən başlayaraq heç bir müqavilə olmadığından xxxx şirkəti tərəfindən çıxarılmasının mümkün olmadığını xəbərdar etmiş və bununla əlaqədar bildirmişdir ki, həmin işlərin xxxx şirkəti tərəfindən təsdiq edilmiş xxxx şirkəti subkontraktor şəklində görəcəkdir. Nəticədə xxxx xahiş etmişdir ki, qiymət təkliflərini Murphy şirkəti xxxx şirkətinə təqdim etsin. Murphy şirkəti 16/10/2018-ci il tarixli 01- 464/2018 nömrəli cavab məktubu ilə xxxx şirkətinə bildirmişdir ki, xxxx şirkətindən Murphy şirkətinə Sorğu daxil olmadığından, xxxx şirkətində kimlə əlaqə saxlaması və xxxx şirkəti tərəfindən xxxx şirkətinin səlahiyyətlərini təsdiq edən bir sənəd təqdim edilmədiyindən xxxx şirkətinin Sorğusunu icra etmək mümkün olmamışdır. Həmin məktuba cavab olaraq xxxx şirkətinin nümayəndəsi X29 şirkətinin domeinində qeyd olunmuş şirkətin e-mailindən 16/10/18-ci il tarixli e-mail mesacı vasitəsilə xxxxin səlahiyyətlərini təsdiq edib xxxx tərəfindən məsul şəxsin məlumatlarını Murphy şirkətinə təqdim etmişdir. 17/10/18-ci il tarixli e-mailində Murphy şirkəti xxxx şirkətinə xxxx tərəfindən tələb edilmiş xxxxin Kompleksdə mühafizəli saxlanc altında yerləşən avadanlığına dair saxlanc, yükləmə, boşaltma və daşıma qiymətləri təqdim edilmişdir (18/10/2018-ci il tarixli warehouse quote No WH/G23/2018 sayli qiymət təklifi). Həmin və xxxx ilə olan hər bir sonraki e-mail yazışmalarında xxxxin rəhbərliyi, səlahiyyətli nümayəndələri, həmçinin hüquqşünası da göstərilmiş və hər bir yazışma həmin ünvanında göstərilən şəxslərin nəzərinə beləliklə çatdırıldı. xxxx şirkətinin xxxx tərəfindən təqdim ediləm səlahiyyətli nümayəndəsi Toğrul Rəhimovun 18/10/18-ci il tarixli saat 08:45 radəsində göndərilmiş e-mailində xxxxin bütün avadanlığının çıxarmasına dair qiymət təklifinə cavab olaraq bildirilmişdir ki, xxxx, yəni xxxx kompleksdən avadanlığını hissə-hissə çıxarmasını planlaşdırır və bununla əlaqəli qiymət təklifin ancaq həmin e-maildə təqdim etdiyi mallara aid verməsini Murphy şirkətindən xahiş etmişdir. Həmin e-mailə əlavə olaraq, xxxxın nümayəndəsi Rüfət Orucov öz e-mailindən saat 09.31-də adları çəkilən mallara aid qiymət təklifinin formalaşdırılmasına dair həmin mallara aid çəki cədvəlini də göndərmişdir. 18/10/18-ci il tarixli saat 09:47 radələrində Rüfət Orucovun e-mailine cavab olaraq CSVS şirkəti Murphy şirkətinin vasitəsilə bildirmişdir ki, təqdim etdiyi qiymət avadanlığın hissə-hissə yox, bütov miqdarına aiddir. Sonrakı, 18/10/18-ci il tarixli 11:12 radəsində göndərilən e-mailində Murphy, CSVS şirkətinin qiymət təklifinə aid açıqlamalar verərək xxxxın nümayəndəsi Rüfət Orucova bildirmişdir ki, təklif edilən qiymətlər bazarda olan qiymətlər çərçivəsindədir, hətta Kompleksin sinifinə uyğun olan ayrı bir anbar kompleksi-X25 şirkətində mövcud Qiymətlərinə istinad edilmiş və izah edilmişdir ki, xxxx avadanlığını istədiyi kimi, hissəhissə, hər bir hissəyə aid müqavilə əsasında çıxarsa, xxxxın xərci dəfələrə artacaqdır. Bütov avadanlığın çıxarılmasına dair bir müqavilə ilə avadanlığın Kompleksdən çıxarılmasının daha sərfəli olması izah edilib məsləhət görülmüşdür. Həmin e-maildə Murphy xxxx şirkətini xəbərdar etmişdir ki, avadanlığın çıxarılmasına aid əməliyyat xxxx, X15 Kompleksinin texniki meneceri, CSVS şirkəti tərəfindən keçiriləcəkdir. Həmin e-maildə verilən məsləhətlərə və izahatlara baxmayaraq, avadanlığın birdəfəlik çıxarmasından müqayisədə hissə-hissə çıxarmağın yüksək qiymətini nəzərə almayaraq xxxx şirkəti öz 18/10/18-ci il tarixli 11: 41 saat radəsində göndərdiyi cavab e-mailində Murphy şirkətinə avadanlığı birdəfəliklə deyil, hissə-hissə çıxardılması göstərişini təsdiq etdi və xahiş etdi ki, hər hansı bir avadanlığın hissələrinə aid Sifarişləri (Purchase Order, və ya PO) və hansı şirkətlər arasında və hansı şərtlərlə bağlanılması məsələləri xxxx ilə müzakirə olunsun. xxxx şirkətinin göstərişləri əsasında 19/10/18-ci il tarixli saat 18:30 radəsində göndərilən emaildə Murphy Şirkəti xxxx şirkətinə CSVS şirkətinin xxxxın avadanlığını Kompleksdən hissə-hissə çıxarılmasına dair qiymətləri təqdim etmişdir. 23/10/18-ci il tarixində göndərilən e-maildə CSVS şirkətinə vasitəçilik edən Murphy şirkətinin xxxx şirkətinə saat 09:11 radəsində ünvanlanan e-maildə Murphy yenidən CSVS şirkətinin Qiymətlərinə dair PO (Sifariş) xxxx şirkəti tərəfindən göndərilməsini xatırlatmışdır. Həmin günü saat 2:47 radəsində göndərilən e-maildə Murphy yenidən Sifarişin tezliklə göndərilməsini xatırladaraq, əməliyyatı CSVS şirkəti ilə bağlanan PO Sifarişə alternativ olaraq, xxxxin Murphy ilə birbaşa müqaviləsi bağlanılmasını təklif etmiş, lakin həmin təklifə baxmayaraq xxxx əməliyyatı CSVS şirkəti tərəfindən aparılmasına heç bir narazılıq bildirməmiş və nəhayət 24/10/18-ci il tarixində CSVS şirkəti ilə xxxx şirkətinin arasında xxxxin Kompleksdə mühafizəli saxlanc altında yerləşən avadanlığının birinci hissəsinə aid 3342 nömrəli Sifariş müqaviləsi (PO, və ya Purchase Order) imzalanaraq, həmin tarixdə CSVS tərəfindən xxxx şirkətinə yük əməliyyatlarının kilosu AZN 0.15 qiymətilə ümumi 120 ton miqdarına yükləməyə və nəqliyyat vasitəsinin hər birinə 680 manat, ümumi 5 nəqliyyat vasitəsinə görə AZN 21,400.00 miqdarında 0002 nömrəli hesab faktura (İnvoice) təqdim etmiş, yuxarıda adı çəkilən Sifarişin 100 % əvvəldən ödəmə şərtilə həmin məbləğ CSVS şirkətinin hesabına köçürülmüşdür. Nə ödəmə şərtlərinə, nə yük əməliyyatlarının qiymətinə, nə də ki nəqliyyat vasitəsinin xərclərinə aid xxxx və ya xxxx şirkətlərindən Sifariş imzalanandan qabaq və ya sonra heç bir narazıçılıq bildirilməmişdir. xxxx şirkətinin 01/11/18-ci il tarixdən gec olmadan avadanlığın birinci hissəsini Kompleksdən çıxardırılması barədə göstərişlərini CSVS şirkəti 29/10/18-ci il tarixdə uğurla başa çatdırmışdır. xxxx tərəfindən müəyyən olunan avadanlığın birinci hissəsini təşkil edən mallar 25-29/10/18-ci il tarixlərində Kompleksdə yüklənərək xxxx tərəfindən tapşırılan ünvana daşınmış və orada boşaldılaraq xxxx şirkətinin nümayəndəsinə xxxxin göstərişi ilə təhvil verilmiş, işlərin görülməsi və tamamlanması barədə müvafiq aktlar tərtib edilərək CSVS və xxxx şirkətləri tərəfindən imzalanıb möhürlənmişdir. 29/10/18-ci il tarixində saat 18:38 radəsində Murphy tərəfindən xxxx və xxxx şirkətlərinə e-mail göndərilərək, həmin emaildə hər iki şirkətdən xahiş edilmişdir ki, yük əməliyyatlarını dərhal başlamaq üçün xxxxin avadanlığının ikinci hissəsinə dair (Purchase Order/PO) Sifarişi tezliklə təqdim etsinlər. Nəzərə alsaq ki, xxxx və ya xxxx şirkəti tərəfindən avadanlığın ikinci hissəsinin daşınmasına dair heç bir hərəkət görülməmişdir, şirkətlər həmin e-maildə xəbərdər edilmişdirlər ki yükləməyə hazırlanan avadanlığın ikinci hissəsinə gündəlik kilosu AZN 0.1 qiymətlə saxlanc qiyməti tətbiq ediləcəkdir. Qeyd olunmalıdır ki, təklif edilmiş AZN 0.1 qiyməti CSVS şirkətinin 2018-ci ilə aid saxlanca dair tətbiq edilmiş AZN 0.05 qiymətindən 4 dəfə azdır. 01/11/18-ci il tarixində saat 16:21 radəsində xxxxın məsul şəxsi Rufat Orucova CSVS və Murphy tərəfindən e-mail ünvanlanaraq həmin e-maildə göstərilmişdir ki, xxxx tərəfindən yük əməliyyatlarını dayandırmaq avadanlığın Kompleksdə saxlanc xərclərinin tətbiqinə gətirir və bununla əlaqədar, xxxxin əlavə xərclərin qabağını alınması üçün tələb olunmuşdur ki, xxxx şirkəti tezliklə CSVS şirkətinə Sifariş (Purchase Order) təqdim etsin ki həmin Sifarişin əsasında CSVS şirkəti yeni hesab vaktura (invoice) təqdim edib yükləmə işlərinin davamını təşkil etsin. Bununla birgə xxxx şirkətinin nəzərinə çatdırılmışdır ki, CSVS şirkətinin sorğuları xxxx və xxxx şirkətləri tərəfindən cavabsız qalaraq CSVS şirkətinə kulli miqdarda zərər vurulur. CSVS şirkəti bütün nəqliyyat vasitələrini və yükləmə texnikalarını hazır vəziyyətdə saxladığından, bu texnikaların saatla hesablanan cərimə xərcinin ödənilməsi, həmin xərclərin xxxxa ünvanlanan gələcək hesab fakturalarda (invoislarda) öz əksini tapacaqdir. Həmin günü, 01/11/18-ci il tarixində, saat 16:51 radəsində Murphy-nin yuxarıda göstərilən sorğusuna və tələblərinə cavab olaraq, xxxx şirkətinin baş X5 Roussatdan gelən e-maildə xxxxin avadanlığının birinci hissəsinə aid olan bütün işlər, iştirak edən tərəflərin həmin işlərdən razı qalmaları Murphynin və CSVS şirkətinin nəzərinə çatdırılaraq, bildirilmişdir ki bununla xxxx şirkəti onun qarşısında qoyulan tapşırığı, yani avadanlığın birinci hissəsinə aid Sifariş üzrə öhdəliyi tam şəkildə yerinə yetirmişdir. Həmin e-maildə qeyd edilmişdir ki, xxxx CSVS şirkəti ilə xxxxin avadanlığının hər hansı bir əlavə hissələrinin çıxarmasına dair heç bir müqavilə bağlanılmamış və malların sahibindən yeni bir göstəriş almayanadək hər hansı bir müqavilə CSVS şirkəti ilə baqlanılrnayacaqdir. E-mailin axırında göstərilmişdir ki, avadanlığın qalan hissələrinin çıxarılması bütün iştirakçı tərəflərin razılığı əsasında olmalı və bu günə xxxx ilə xxxx arasında qalıq hissələrə aid müqavilə olmadığından, CSVS tərəfindən təqdim edilən qiymətlər daha sərfəli olduğunda həmin razılığa gəlmək mümkün olardı. Murphy və CSVS şirkətinin dəfələrlə avadanlığın Kompleksdən çıxarılmasının davamını təşkil etmək barədə və əks halda həmin avadanlıqa ad hoc saxlanc qiymətləri tətbiq edilməsi barədə 07/11/18-ci il tarixli məktubunda qoyulan tələblərinə baxmayaraq xxxx şirkəti CSVS şirkətinin təklif etdiyi yük əməliyyatlarına dair və mühafizəli saxlanca aid qiymətlərlə razılaşmadan, yük əməliyyatlarına dair qiymət təklifinə qarşı CSVS şirkətinə xxxxa sərfəli qiymətlər barəsində heç bir təklif vermədən 13/11/2018 tarixli GM-DL 598/18 nömrəli məktubu ilə Murphy şirkətinə yenidən, daha real qiymətləri xxxxin subkontraktoru xxxx şirkəti nə müzakirə etməsini, danışıqlar aparmasını təklif etmiş və avadanlığın Kompleksdə saxlanc xərclərinin sırf Murphy şirkətinin həmin avadanlığın xxxxa 12/11/17-ci il tarixindən qaytarmasına imtina etdiyindən xxxx şirkətinin üzərinə heç bir öhdəlik qoyula bilməz. xxxxın subkontraktoru olan Bos Shelf e-mail yazışmasında birmənalı olaraq göstərmişdir kı, xxxxdan tapşırıq almadan CSVS şirkətilə xxxxın mallarına dair heç bir hərəkət aparmayacaqdır. Lakin, buna baxmayaraq xxxx avadanlığın kompleksdən çıxarılmasını heç bir əsas olmadan, CSVS şirkətinə tapşırmaqla öz mallarının talehinin həllindən boyun qaçırmışdır. Murphy 19/11/18-ci il tarixli 01-503 məktubunda xxxxa cavab olaraq xxxxin avadanlığına dair ad hoc mühafizəli saxlanc xidmətinin 15/11/17-ci ildən yarandığını, həmin Qiymətlərin həmçinin yük əməliyyatlarının formalaşması və Abşeron yarımadasında mövcud olması barədə ətraflı izahat verərək yenidən tələb etmişdir ki, avadanlığın tezliklə Kompleksdən çıxarılmasına dair xxxx rəsmi Sorğu/Tapşırıq və ya Sifariş (PO) təqdim etsin. 26/11/18-ci il tarixli GM-DL 623/18 nömrəli cavab məktubunda xxxx heç bir Sorğu və ya Sifariş (PO) təqdim etmədən, heç bir qarşı qiymət təklifi ilə qayıtmadan sadəcə Murphynin CSVS şirkətinin adından təqdim edilən qiymətləri cavabsız qoyaraq yenə də Murphy şirkəti 03/12/18-ci il tarixli 01-514 nömrəli məktubu ilə yenidən CSVS şirkətinin təklif etdiyi Qiymətlərin formalaşmasının izahatını verərək, xxxx şirkətindən tələb etmişdir ki, xxxx avadanlığının çıxarmasına dair lazımi tədbirlər görsün. CSVS və Murphy şirkətləri tərəfindən avadanlığın Kompleksdən çıxarılmasına dair tələblərə baxmayaraq xxxx yükləmə qiymətləri ilə razı olmadığından avadanlığını Kompleksdə çıxarılmasının yubandırmasına baxmayaraq, hər bir cavabda onun əmlakının Murphy və CSVS şirkətləri tərəfindən zorla saxlanıldığı və xxxxin nümayəndələrinin Kompleksin ərazisinə həmin şirkətlər tərəfindən buraxılmadığını bu günədək iddia edir. Halbuki, xxxx tərəfindən onun mallarının qanunsuz saxlanılması barədə hər hansı bir sübut bu günə təqdim edilməmişdir. Qeyd etmək lazımdır ki, həm Murphy şirkətinin, həm də CSVS şirkətinin TEPAb 12-20-00 saylı müqaviləsinin müddəti bitən zamandan xxxxin avadanlığını həmin avadanlığın mühafizəli saxlancı ödənilməyənə kimi sahibliyində saxlamağına görə Azərbaycan Respublikasının Mülki Məcəllənin 830-cu maddəsinə əsasən, tam hüquqi əsasları olmuşdur, lakin nə Murphy, nə də ki, CSVS şirkətləri tərəfindən bir dəfə də olsun həmin hüquqlardan xxxxa qarşı istifadə edilməmişdir. CSVS şirkəti 24/12/18-ci il tarixli həmin tarixli 009 nömrəli AZN 2,276,666.35 miqdarına hesab fakturasını (invoice) xxxx şirkətinə göndərərək xxxxdan yenə də avadanlığı kompleksdən çıxarılmasının davamına dair tədbirlər görməsini xahiş etmişdir. 25/02/19-ci il tarixli növbəti 012 nömrəli AZN 4, 553, 332.70 miqdarlı hesab fakturaya (invoice) aid məktubunda CSVS şirkəti xxxxa göstərilmiş mühafizəli saxlanc xidmətlərinə görə ümumi borc məbləğinin AZN 7, 167, 826.96 çatdığını və gündəlik mühafizə saxlanc xidmətlərinə görə AZN 73, ,404, 85 itirmək əvəzinə avadanlığın Kompleksdən çıxarılaraq adi anbar saxlanc ərazisinə keçirməklə külli miqdarda xərclərdən özünü qoruya biləcəyi xxxx şirkətinin nəzərinə çatdırılmışdır. Yenidən CSVS şirkəti 27/03/2019-cu il tarixli 013 saylı hesab fakturanı (invoce) göndərərək xxxxa xatırlatmışdır ki, göstərilən saxlanc xidmətlərinə görə günlük AZN 73, 444, 85 miqdarında xidmət haqqı hesablanır və borcun miqdarı AZN 9, 371, 052.46 yüksəlmişdir. CSVS 03/06/2019-cu il tarixli 017 saylı məktubunda xxxx şirkətinə növbəti xəbərdarlıq göndərməklə, avadanlığın Kompleksin ərazisində qalmasının CSVS şirkətinə həmin ərazini terminal şəkilində işlətməyə mane olduğunu xxxxın nəzərinə çatdırmış və avadanlığın ayrı sahəyə keçirilməsi ilə əlaqədar Kompleksdə inventarlaşdırma işləri və müşahidə etmək məqsədilə xxxx şirkəti tərəfindən öz nümayəndələrinin göndərilməsi xahiş olunmuşdur. xxxx 19/06/2019-cu il tarixli GM-DL 245/19 saylı cavab məktubunda CSVS şirkətinin xahişini təxribat adlandıraraq qətiyyətlə onun avadanlığını yerindən tərpətməyə qadağa qoyduğunu bildirmiş və Murphy şirkətinə müraciət edərək həmin avadanlığı Kompleksdən bazar qiyməti ilə çıxarmasına icazə verməsinə çağırmışdır. Yenidən xxxx şirkəti CSVS tərəfindən yüksək xidmət qiymətləri barəsində xəbərdar olmasına baxmayaraq həmin avadanlığı tərpətməyə imtina etmişdir. CSVS 27/07/2019-cu il tarixli 022 nömrəli məktubu ilə xxxx şirkətinə növbəti AZN 8, 959, 783.70 miqdarında hesab faktura (invoice) göndərərək bildirmişdir ki, avadanlığı gömrük zonasında saxlamaqdansa gömrük zonasından kənarda saxlamaq daha ucuz olardı. Növbəti 022 hesabli 28/09/2019-cu il tarixli miqdarı AZN 4, 553, 332.70 təşkil edən hesab fakturanı CSVS şirkəti xxxxa təqdim edərək, xxxxdan avadanlığın saxlanana və ya daşınmasına dair heç bir sorğu və ya tapşırıq almamışdır. Növbəti 023 saylı 06/12/2019cu il tarixli AZN 4, 920, 536.95 miqdarında hesab fakturanı göndərərək CSVS Şirkəti nəmin tarixli məktubunda yenidən xxxx şirkətinə müraciət edərək nəzərinə çatdırmışdır ki saxlanc xidmətlərinə görə xxxx şirkətinin borcu daha AZN 14, 291, 589.41 miqdarına çatmışdır, xahiş etmişdir ki, xxxx avadanlığını daha ucuz saxlanc xidmətləri təklif edən əraziyə keçirsin və CSVS şirkətinə öz ərazisində biznesin genişləndirilməyi tələbatlarına imkan versin. Öz tərəfindən CSVS şirkəti xxxx şirkətinə yükləmədə və nəqliyyatda istənilən kömək göstərməyə hazırlığını bildirmişdir. Növbəti 031 saylı 01/06/2020-ci il tarixli AZN 6, 583, 117.35 təşkil edən hesab fakturanı (invoice) göndərərək, həmin tarixli 047 saylı məktubunda CSVS şirkəti xxxx şirkətinin nəzərinə çatdırmışdır Ki xxxxın mühafizəli saxlanc xidmətlərindən istifadə borcu toplam AZN 27, 190, 613.90 miqdarına çatmış və belə çoxaltmaqdansa xxxxa təklif edilmişdir ki, onun Kompleksdən avadanlığlarını çıxarmaq fikri yoxdursa, heç olmasa həmin avadanlığı bahalı gündəlik ad hoc şərtləri ilə saxlamaqdan uzun müddətli saxlanc ərazisinin İcarə müqaviləsi bağlanılsın və bununla da avadanlığın saxlanc xidməti qiyməti onun çəkisinin kiloqramla gündəlik saxlancla hesablanmasının əvəzinə, həmin avadanlığın yerləşdiyi ərazinin İcarədə olaraq aylıq kvadrat metrəsi ilə ölçülsün. CSVS şirkəti belə icarə müqaviləsinə aid aylıq əlverişli qiymətlər təklifini öhdəsinə götürmüşdür. Bundan başqa CSVS şirkəti xxxxla toplam borcun miqdarının azaldılmasına dair danışıqlara dəvət edilmişdir. Həmin məktuba cavab olaraq, xxxx şirkəti GM-RA 283/20 nömrəli 10/06/2020-ci il tarixli məktubunda xxxxın CSVS şirkəti ilə heç bir hüquqi və qeyri-hüquqi əlaqəsi olmamadığından, xüsusilə xxxxın zorla saxladığı avadanlığına dair, CSVS şirkətindən xahiş etmişdir ki, xxxx şirkətinə mənasız və anormal təkliflərə müraciət edilməsin. xxxx şirkətinin qeyri adekvat reaksiyasına baxmayaraq, CSVS şirkəti 06/07/2020-ci il tarixli 053 saylı məktubu ilə xxxx şirkətinə müraciət edərək ona xxxxın bütün avadanlığını kompleksdən çıxarmasına dair xxxxın Murphy ilə quraşdırılmış 05/02/2020-ci il tarixli saxta Barışıq Sazişin də nəzərdə tutulan qiymətdən daha sərfəli qiymət təklifi göndərmişdir. Həmin qiymət təklifinə xxxxdan heç bir cavab gəlməmişdir. CSVS şirkəti növbəti 01/09/2020-cı il tarixli 060 saylı AZN 6, 756, 558.20 miqdarında hesab fakturanı xxxxa göndərərək həmin tarixli 061 saylı məktubunda xxxx şirkətinin nəzərinə çatdırdı ki, toplam borcun miqdarı daha AZ 33, 947, 172.10 miqdarına çatmışdır. Yenə də, xxxxın mənasız saydığı CSVS şirkətinin təkliflərinə son qoymaq xahişinə baxmayaraq, həmin məktubda borcun toplanmasının qabağını almaq naminə Kompleksdə yerləşən avadanlığı gündəlik ad hoc saxlanc şərtlərindən, həmin avadanlıq yerləşən anbar sahəsinə dair İcarə müqaviləsi bağlanması təklif edilmişdir. Bundan başqa xxxxa xatırladılmışdır ki, CSVS şirkətinin 06/07/2020-ci ildə yükləmə və avadanlığı kompleksdən xxxx göstərdiyi yerə daşınması qiymətlərinin təklifləri qüvvədə olmuş və xxxx həmin təklifə razılığını bildirən zaman lazımı işlərin dərhal başlanmasına CSVS öhdəlik götürmüşdür. CSVS şirkətinin avadanlıqları Kompleksdən çıxarmağa dair təklifləri xxxx şirkəti tərəfindən iqnor edildiyi halda, xxxx şirkəti 13/08/2020ci il tarixində məhkəməyə onun əmlakını/avadanlığını CSVS şirkətinin qanunsuz sahibliyindən geri tələb edilməsi barədə CSVS şirkətinə qarşı iddia ilə müraciət etmişdir. Yenə də xxxxın qeyri-adekvat hərəkətlərinə baxmayaraq, 19/08/2020-ci il tarixli 051 saylı məktubu ilə CSVS şirkəti öz anbardar vəzifəsini yerinə yetirərək xxxx şirkətinin kompleksdə yerləşən konteynerlərinin möhürlərinin bərbad hala gəlməsi barədə xəbərdarlıq göndərərək təklif etmişdir ki, xxxx öz nümayəndələrini göndərərək həmin konteynerlərə aid inventarlaşma təşkil etsin və qurğunun möhürləri təzələsin. Həmin avadanlığın daşınması təklifini yenə də iqnor edərək, xxxx CSVS şirkətinin inventarlaşma aparılması tələbinə dair məktubuna 28/08/2020-ci il tarixdə GM-RA 350/20 saylı məktubla cavab verərək, bildirmişdir ki, xxxx öz əmlakını CSVS-in qanunsuz sahibliyindən geri almaq və CSVS şirkətindən vurulmuş zərəri ödəmək üçün məhkəməyə müraciət etmişdir, bununla əlaqədar 02 və 03 sentyabr tarixlərində xxxxın nümayəndələri zərərin miqdarını hesablamaqdan ötrü Kompleksə buraxılmalıdırlar. Adıçəkilən 28/08/2020-ci il tarixli məktub vaxtinda CSVS şirkətinə göndərilmədiyindən 02/09/2020-ci ildə saat 10:00 da Kompleksə gələn nümayəndələri Kompleksə dərhal buraxmaq mümkün olmadı, lakin onlara Kompleksin mühafizə və nəzarət buraxılış məntəqəli saxlanc ərazisinə keçmək üçün yerində icazə alınması təklif olundu. Buna baxmayaraq, bir qədər vaxtdan sonra nümayəndələr Kompleksi tərk etdilər. Beləliklə bu günə kimi CSVS şirkəti idarə etdiyi X15 anbarı, açıq tipli gömrük anbarı və biznes kompleksində yerləşən xxxx şirkətinə məxsus mallar CSVS şirkəti tərəfindən sahibliyə götürülməmiş və sırf xxxx şirkətindən yükləmə və nəqliyyat işlərinin aparılmasına dair Sorğu/Tapşırıq və ya Sifariş olmadığından Kompleksdə saxlanc altında qalmışlar. Bu günə xxxx şirkətinin hərəkətsizliyi, professional məsləhəti nəzərə almaq istəməməsi, şişdirilmiş nüfuzuna qeyri-sağlam şəkildə güvənməsi ucbatından saxlanc xidmətlərinə görə gündəlik əlavə AZN 73.000 manat ödəməlidir. Yəni xxxx, yük və daşınma əməliyyatlarına dair təklif olunan bütün 1 468 817 kg çəkisində olan 2000 kvadrat metrə sahəni zəbt edən, Kompleksdən birdəfəlik çıxarmasına 60-a dək yük avtomobili tələb edilən və xxxxın istədiyi yerdə təhvil verilməli olan avadanlığına AZN 70.000 və sonra 65.000 manatın məbləğini yüksək bilərək, həmin avadanlığı Kompleksdə saxlayaraq günə AZN 73.000 borc yaratmağını daha məqsədə uyğun bilmişdir. 28/01/2020 xxxx Murphy şirkətinin vasitəsilə CSVS şirkətinə Barışıq Sazişinin proyektini təklif etmişdir. Həmin proyektə əsasən xxxx Murphy şirkətinə $150,000.00 verməli və sonra iki tranşla $35.000 və $35.000 Murphy şirkətinə köçürməklə xxxxın bütün avadanlığının Kompleksdən daşınılmalı, CSVS isə xxxx şirkətinə qarşı tələblərində imtina etməli idi. X26 CSVS şirkətinin borc tələblərinin həllini öz üzərinə götürür. 25 saylı 07/02/2020-ci il tarixli məktubla CSVS xxxxa tələbinin AZN 6,000,000.00-dək azaltmaqa hazır olduğunu bildirir və Barışıq Sazişinin proyektində dəyişikliklərin bu qaydada edilməsini təklifi edir. 13/02/2020-ci il tarixində xxxxın idarəedici direktorundan CSVS şirkətinin müdirinə ünvanlanmış emaildə göstərilir ki, artıq 05/02/2020-ci il tarixində öz xoşları ilə, heç bir təzyiq altında olmadan bütün tərəflər, yəni xxxx, CSVS və Murphy xxxx şirkətinin Barışıq Sazişinin versiyasi ilə razılaşaraq imzalamışlar. xxxx və Murphy ilə birgə heç bir danışıqlarda iştirak etməyən və heç bir Barışıq Sazişinə imza atmayan CSVS şirkətinin müdiri Gulamir Gulamirovun çoxsaylı sorğularından və məsələnin hüquq mühafizə orqanlarına çatdıracağı barədə xəbərdarlığından sonra xxxxın idarəedici direktoru imzalı və möhürlü Sazişin elektron nüsxəsini öz e-maili vasitəsilə Gulamir Gulamirova təqdim etmişdir. Həmin Sazişdə CSVS şirkətinin direktoru Gulamir Gulamirovun imzasının saxtalaşdırıldığı aşkar olunmuşdur. CSVS tərəfindən dərhal xxxx şirkətinə bu barədə 13/02/2020-ci il tarixli 26 saylı məktubu ilə ətraflı məlumat verilmiş və bildirilmişdir ki, həmin Barışıq Sazişi tərəflərindən imzalanmadığından nəzərə alına bilməz və ümumiyyətlə Murphy şirkəti Sazişin tərəfi ola bilməz. Buna baxmayaraq xxxx və Murphy şirkətləri CSVS şirkətinin xəbəri olmadan xxxx şirkətini yaranmış çıxılmaz vəziyyətdən qurtarmaq üçün saziş bağlamışlar. Həmin sazişə CSVS şirkətini də cəlbetmək üçün cəhdlər göstərsələr də,bu uğursuzluqla nəticələnmişdir. CSVS şirkəti heç bir zaman xxxx şirkətinə məxsus avadanlıqları zorla saxlamamış, əksinə onların tezliklə çıxarılmasına və ya başqa əraziyə keçirilməsinə dair icarə müqaviləsinin bağlanılmaqla xərclərin azaldılmasına dair təkliflərlə dəfələrlə müraciət etmişdir. Hətta xxxx ilə Murphy şirkətlərinin tərtib etdikləri tərəflərindən imzalanmayan barışıq sazişində qeyd etdikləri yükləmə və daşıma xidmətlərinin qiymətlərindən aşağı qiymətlə təklifləri dəfələrlə irəli sürsələr də, ya təkliflərə heç bir cavab almamışlar, ya da təklifləri xxxx tərəfindən kobud şəkildə rədd edilmişdir. xxxx şirkəti tərəfindən iddiasının əsasını təsdiq edən heç bir sübut, fakt, məktub, xəbərdarlıq məhkəməyə təqdim edilməmdir. Beləliklə, CSVS şirkəti xxxx şirkətinin əmlakına qanunsuz sahiblik etməmiş, əksinə xxxxin avadanlığının güzəştli qiymətlərlə Kompleksdən çıxarılmasına hazır olduğunu dəfələrlə bildirmişdir. Bununla əlaqədar, xxxx şirkəti tərəfindən avadanlığın Kompleksdən birdəfəlik çıxarılması üçün Sorğu, Tapşırıq və Sifariş (Purchase Order) göndərilməlidir. Həmin sənədlər təqdim edilən kimi, CSVS şirkəti dərhai yüksək professional səviyyədə ən müasir texnika vasitəsilə xxxxin bütün avadanlıqlarını Sorğu/Tapşırıqda göstərilən ünvana çatdıracaqdır. CSVS şirkəti oiaraq xxxx şirkətinin avadanlığını qanunsuz sahibliklərində heç vaxt saxlamamışlar, məhz buna görə də hazırki iddia tələbini və ondan irəli gələn digər tələbləri də qəbul etmirlər. Daha sonra ilk iddiaçının nümayəndəsi iddianın həcminin artırılması barədə növbəti, 30 aprel 2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh “xxxx» şirkətinə məxsus avadanlığın iddiaçı “İddiaçı" MMC-nın təsərrüfat idarəçiliyində olan. Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28-30-cu km ünvanında yerləşən təsərrüfat sahəsinin 2000 kv.m hissəsində saxlanc xidmətinə görə yaranmış 54 437 175,10 (əlli dörd milyon dörd yüz otuz yeddi min yüz yetmiş beş manat 10 qəpik) manat borcun cavabdeh “xxxx» şirkətindən tutularaq iddiaçı “İddiaçı" MMC-yə ödənilməsini xahiş etmişdir. İddianın həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, iddia tələbinin həcminin artırılması zərurəti yaranmışdır. Belə ki, xxxx şirkətinin avadanlığı mühafizəli saxlanc xidmətləri altında Kompleksin gömrük anbarı sahəsində qorunaraq tətbiq edilmiş gündəlik ad hoc saxlanc xidmətləri tətbiq edilir. Buna səbəb xxxx tərəfindən CSVS şirkətinin dəfələrlə avadanlığın yerləşdiyi sahəyə dair İcarə müqaviləsi bağlanılması təkliflərini kobud formada rədd edilməsi, həmçinin avadanlığın gündəlik saxlananın kilosunun 0.05 manat qiyməti ilə hesablanılmasıdır. “xxxx" MMC şirkətinin 2018-2020-cı il tarixlərində təsdiq edilmiş yük sahələrinin, ofislərin və texnikanın icarəsi, malların saxlanc xidmətləri və yük əməliyyatları xidmətlərinə dair qiymətlərin Abşeron yarımadasında mövcüd olan qiymətlərə uyğun olması barədə Azərbaycan Respublikası "Müstəqil Məhkəmə Ekspertizası”nın 435 nömrəli, 30 sentyabr 2020-ci il tarixli rəyi ilə də təsdiq edilir. Nəzərə alsaq ki, avadanlığın ümumi çəkisi 1,468,817 kilogram təşkil edir, 01,03.2021-ci il tarixə xxxx şirkətinin saxlanc xidmətlərinə dair toplam borcu 54 437 175,10 (əlli dörd milyon dörd yüz otuz yeddi min yüz yetmiş beş manat 10 qəpik) manat təşkil edir. “xxxx Şirkəti"nin Azərbaycan Respublikasindaki filiali İddiaçı MMC-yə qarşı «özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi və dəymiş zərərin ödənilməsi haqqında» qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Müqavilə 2 üzrə Murphy şirkətinə saxlanca verilmiş avadanlıqlar qarşılıqlı iddia üzrə cavabdeh CSVS şirkətinin qanunsuz sahibliyindən geri alınaraq qarşılıqlı iddia üzrə iddiaçıya verilməsi, qanunsuz sahiblik nəticəsində dəyən zərər olaraq qarşılıqlı iddia üzrə cavabdeh CSVS şirkətindən 5,395,039 USD (beş milyon üç yüz doxsan beş min otuz doqquz ) dollar manat məbləğində pul vəsaiti alınaraq qarşılıqlı iddia üzrə iddiaçı xxxx-a verilməsini xahiş etmişlər. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilkin iddiaçının istinad etdiyi Müqavilə 2-nin, yəni TEPAB-12-20-00 saylı müqavilənin, 17.1-ci maddəsinə əsasən, Müqavilə 2 Fransa qanunvericiliyi ilə tənzimlənir və şərh edilir. Eyni zamanda, tərəflər arasında hər hansı mübahisə danışıqlar yolu ilə qırx beş gün ərzində həll olunmadığı halda, tərəflər arbitraca müraciət etməlidirlər. Bu halda, məsələ üzrə Beynəlxalq Ticarət Palatasının Arbitrac Qaydaları əsasında üç arbitr tərəfindən baxılmalıdır. Arbitracın yeri kimi Paris (Fransa) və arbitracın dili qismində ingilis dili müəyyən edilir. Qanunvericiliklə bağlı eyni şərtlər Müqavilə 1-də öz əksini tapır. Lakin, Müqavilə 2-dən fərqli olaraq, Müqavilə 1-də arbitracın yeri qismində Sinqapur müəyyən edilir. Murphy yuxarıda qeyd edilən müqavilələr üzrə Bakı şəhəri, Səbail rayon məhkəməsində iddia qaldırsa da, cavabdeh “xxxx” Şirkəti mübahisənin Fransa qanunvericiliyinə əsasən beynəlxalq arbitrac tərəfindən həll edilməli olmasını əsas gətirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri, Səbail rayon məhkəməsinin 04 aprel 2018-ci il tarixli qərardadı ilə vəsatət qismən təmin edilmiş və işə cavabdeh xxxx Şirkətinə aid hissədə xitam verilmişdir. Sonra isə Səbail rayon məhkəməsinin qərardadı müvafiq olaraq Bakı Apellyasıya Məhkəməsi və Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılmışdır. Murphy Ali Məhkəmənin son qərarından sonra öz əsassız iddialarını Azərbaycan Respublikasının məhkəmələrindən baxılmasının mümkünsüzlüyünü anlamış və süni şəkildə səhnəyə hal-hazırki ilkin iddiaçını, CSVS şirkətini cəlb edərək cavabdehə qarşı eyni predmet üzrə yeni iddia qaldırmışdır. Onu da qeyd etmək vacibdir ki, 2018-ci ilin aprel ayından 2019-cu ilin aprel ayına qədər davam edən məhkəmə çəkişməsi zamanı Murphy ilə CSVS arasında hal hazırda istinad etdikləri 2017-ci il tarixli “Təsərrüfat idarəçiliyi barədə müqavilənin mövcudluğu barədə heç vaxt məlumat verilməmişdir. Bu da bir daha onun sübutudur ki, həmin bu Müqavilə Murphy-nin əsassız iddiası təmin olunmadıqda sonra qurulmuş və uydurma bir razılaşmadır. CSVS iddia ərizəsində özü də etiraf edir ki, yaranmış münasibətlər xxxx ilə Murpy arasında olan yuxarıda qeyd edilən müqavilələrdən doğmuşdur, lakin guya ərazini Murphy ilə müqavilə əsasında təsərrüffat idarəçiliyinə götürərək idarə etməkdədir. Onu da qeyd etmək lazımdır ki, cavabdeh dəfələrlə ona məxsus olan avadanlıqları saxlancdan götürmək istəsə də, Murphy, indi isə CSVS buna mane olmuş və (və ya) cavabdehdən şişirdilmiş və Müqavilələrə uyğun olmayan xidmət haqları tələb etmək şərtləri irəli sürmüşlər (istinad No 01- 257/2017 nömrəli 12 oktyabr 2017-ci il tarixli məktub əlavədə). Hazırki mülki işin predmetini təşkil edən ilkin iddia ərizəsinə əsasən, CSVS xxxx-dan guya tərəflər arasında mövcud olan saxlanc müqaviləsinə görə xidmət haqqı olaraq 9 371 052.46 manat tələb etməkdədir. Habelə, xxxx-ın CSVS-dən aldığı sonuncu məktublarda hətta borcun AZN 27,190,613.90 (iyirmi yeddi milyon yüz doxsan min altı yüz on üç manat) təşkil etdiyini bildirilmişdir (istinad CSVS-in No 48 nömrəli 15 iyun 2020-ci il tarixli məktubu əlavədə). Bu tamamilə absurd və uydurma bir tələbdir. Bildirmək istərdilər ki, xxxx, Murphy və CSVS arasında 5 fevral 2020-ci il tarixində Barışıq Sazişi bağlanmışdır (əlavədə) və Sazişin 2.2-ci Maddəsinə əsasən tərəflər saxlanma xidməti üçün xxxx-ın Murphy-yə 01.12.2017-ci il tarixdən məsələnin barışıq yolu ilə həll olunması üçün saxlanc xidməti və avadanlıqların Murphy-nin sahəsindən daşınması üçün toplam ödənilməli olan məbləğ kimi 220,000 USD (iki yüz iyirmi min) dollar müəyyən olunmuşdur və by Saziş Murphy və CSVS-in qanuni təmsilçiləri tərəfindən imzalanmış və təsdiq olunmuşdur. Hesab edirlər ki, CSVS-in hal-hazırda onlara məxsus olan avadanlığı qanunsuz və səlahiyyətsiz saxladığını nəzərə alaraq və bu məsələlərdə həqiqi zərəçəkmiş tərəf olaraq, öz avadanlıqlarını CSVSin qanunsuz sahibliyindən tələb etmək məcburiyyətindədirlər. Məlumat üçün nəzərə çatdırmaq istərdilər ki, 2009-cu il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və SOCAR-Abşeron Məhdud Məsuliyyətli Cəmiyyət ilə birgə xxxx Şirkəti Xəzər dənizinin Azərbaycan Sektorunda Abşeron X18 Kəşfiyyatı, İşlənməsi və X19 haqqında (“xxxx”) Saziş bağlamışdır və Saziş üzrə Podratçı tərəf qismində çıxış edir. xxxx Şirkətinin xxxx-da iştirak payı 50% təşkil edir və Azərbaycan Respublikasında öz fəaliyyətini bu Saziş çərçivəsində həyata keçirir. xxxx-yə əsasən Neft qaz əməliyyatlarında Podratçıların istifadə etdiyi əsas fondlar və daşınar əmlak üzərində mülkiyyət hüququ son nəticədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə aiddir. Bu baxımdan, bildirmək istərdilər ki, hazırda iddiaçı tərəfin öz anbarında saxladığı əmlak dövlətə məxsusdur və Saziş çərçivəsində nəzərdə tutulan əməliyyatların həyata keçirilməsinə maneə yaradır. xxxx ilə CSVS arasında hər hansı saxlanc və ya digər tipli müqavilə mövcud olmadığına, xxxx öz əmlakını saxlamaq və ya sair formada onun üzərindən sahibliyi həyata keçirmək üçün CSVS şirkətinə hər hansı səkahiyyət vermədiyi və xxxx-ın müvafiq avadanlıqlar üzrə mülkiyyəti CSVS tərəfindən şübhə altına alınmadığı və mübahisələndirilmədiyini nəzərə alaraq, CSVS-in sahibliyinin qanunsuz və vicdansız olduğu mübahisəsizdir. Bu sahiblik qanunsuz həyata keçirildiyi üçün CSVS şirkəti ona məxsus olmayan əmlakı mülkiyyətçiyə geri qaytarmağa borcludur. Həmçinin, Mülki Məcəllənin 157.5-ci maddəsində də qeyd edildiyi kimi, CSVS-in qanunsuz faktiki sahibliyi nəticəsində xxxx-a zərər dəyərsə, CSVS bu zərəri də ödəməyə borcludur. Belə ki, əmlakın xxxx-a qaytarılmaması səbəbindən xxxxa aşağıdakı zərər dəymişdir: Müqavilə 2 üzrə Murphy Şirkətinə saxlanma üçün verilmiş 5,395,039 USD (beş milyon üç yüz doxsan beş min otuz doqquz ) dollar dəyərində avadanlıqlar Abşeron yatağı üzrə ABD-01 quyusunun qazıntısı zamanı istifadə oluna bilərdi, lakin, CSVS tərəfindən avadanlıqlar verilmədiyi üçün, xxxx əlavə xərc çəkərək yenidən eyni avadanlıqları almaq məcburiyyətində qalmışdır. Bundan savayı, bütün bu zaman ərzində avadanlıqlar xxxx-ın nəzarətində olmadığı üçün, onların hansı şəraitdə saxlanılıb və sonradan xxxx-ın icazəsi olmadan yerini dəyişdirirkən hansı qaydalara riayət olunub- olunmadığına dair nəzarəti və məlumatı olmadığı üçün, bu avadanlıqlar xxxx tərəfindən hər hansı bir növbəti qazma əməliyyatları üçün yararsız hesab olunurlar. CSVS öz iddia ərizəsində absurd şəkildə iddia edir ki, guya xxxx ilə Murphy arasında olan müqavilə münasibətlərinə 2017-ci ildə xitam verildiyi üçün, hal-hazırda iddiaçı ilə cavabdeh arasında de-fakto müqavilə münasibətləri mövcuddur. xxxx Muqavilə 2 üzrə müddətin bitməsini nəzərə alaraq, saxlanma üçün verilmiş avadanlıqların çıxarılmasını tələb etsə də, Murphy Şirkəti Müqavilə 2 üzrə qalıq borcuna dair Hesablama Aktı göndərək avadanlıqların akt imzalandığı və akt üzrə qalıq borc ödənildiyi halda avadanlığın çıxarılması mümkün olduğunu bildirmişdir (istinad Murphy Şirkətinin 15.12.2017 tarixli No 01- 280.2017 nömrəli məktub əlavədə). Beləliklə avadanlıqların çıxarılmasına icazə verilməməsini nəzərə alaraq və TEPAb 12.20.00 Müqaviləsinin A Əlavəsinin (“Logistikia Xidmətlərinin Göstərilməsi X13 Müddəaları”) 2-ci maddəsinin (“Anllayışlar”) “Bitmə Tarixi” anlayışının “b” bəndinəvə Müqavilə Müddəti” anlayışına istinad edərək , bildirmək istərdik ki, Müqavilə xxxx-a məxsus avadanlığın saxlanc yerindən götürüldüyü tarixə qədər qüvvədə olduğunu görə bilirik. Beləliklə, xxxx-a məxsus avadanlıqlar hələ də həmin müqavilə üzrə müəyyən edilən saxlanc yerində qalmaqda davam etdiyi üçün (iddiaçı iddia ərizəsində özü də bu faktı təsdiq edir), birmənalı şəkildə xxxx ilə Murpy arasında Müqavilə hal-hazırda qüvvədədir və həmin Müqavilə cari iş üzrə bilavasitə iddia predmetini təşkil edir. İddiaçı iddia ərizəsinin elə ilk cümləsindəcə bəyan edir ki, guya 1 dekabr 2017-ci il tarixindən etibarən Murphy-yə aid olan ərazini idarəçiliyə götürərək Murphy-nin müştərilərinə xidmət göstərir. Lakin iddiaçı başqa iki şəxs arasında olan müqavilədən doğan hüquq münasibətlərinin həmin müqaviələr üzrə olan müştərilərin razılığı olmadan yürütməyin hüquqi əsasları barədə susur. Çünki bilir ki, bunun hüquqi əsası yoxdur və bu uydurma bəyanat sırf olaraq Murpy ilə xxxx arasında olan mübahisəni süni şəkildə arbitracdankənar həll etməyə xidmət edir. Belə ki, TEPAb 12.20.00 Müqaviləsinin A Əlavəsinin (“Logistikia Xidmətlərinin Göstərilməsi X13 Müddəaları”) 6-cı maddəsinin (“İcraçının Öhdəlikləri”) 6.18-ci bəndinə əsasən, Murphy xxxx-ın razılığı olmadan Müqaviləni tam və qismən digər şəxslərə ötürə və onun icrasını hər hansı subpodratçıya tapşıra bilməz. Eyni bənddə o da qeyd edilmişdir ki, nə bu cür ötürmə, nə də ki, subpodrat Murphy-ni Müqavilə üzrə öhdəlikləri yerinə yetirmək vəzifəsindən azad etmir. Eyni zamanda, hətta Müqavilənin ötürülməsi qanuni olsa idi belə, Müqavilənin bütün müddəaları eyni şəkildə yeni daxil olan tərəfə keçmiş hesab olunur. Jari iddianın predmetini Murphy ilə xxxx arasında olan müqavilə təşkil edir və Murphy tərəfindən Müqavilənin üçüncü şəxslə ötürülməsi nə Müqaviləni ləğv edir, nə də ki, Murphy- ni xxxx qarşısında məsuliyyətdən azad etmir. Ən əsası isə, bu cür ötürmə üçüncü şəxsə (iddiaçıya) müqavilə şərtlərindən qaçmaq hüququ vermir - əksinə, o, əsas müqavilə üzrə bütün öhdəlikləri, o cümlədən, mübahisələrin arbitrac qaydasında həll etmək öhdəliyini, icra etməyə borcludur. İşin hallarından bariz şəkildə görünür ki, Murphy şirkəti xxxx şirkətindən əsassız tələblərini müqavilədə nəzərdə tutulan arbitrac razılaşmasından kənara çıxaraq Azərbaycan Respublikası məhkəmələrində irəli sürməsi son olaraq Ali Məhkəmənin müvafiq qərarına əsasən uğursuzluğa düçar olandan sonra CSVS şirkəti ortaya çıxmış və guya bu müqavilənin 2017-ci ilin 1 dekabr tarixindən qüvvəyə minməsi iddia edilmişdir. Halbuki, Murphy ilə xxxx arasında olan mübahisə 2018ci ildə də Azərbaycan Respublikasının məhkəmələrində mövcud olmuş, bununla bağlı Murphy xxxxa məktublar göndərmiş və bunların heç birində nə CSVS-ə, nə də bu müqaviləyə istinad edilməmişdir.əmçinin, əgər müqavilə həqiqətən də 1 dekabr 2017-ci il tarixindən mövcud olmuşdursa, niyə CSVS şirkəti xxxx şirkəti ilə rabitəyə ancaq 2019-cu ildə çıxmış və bu vaxta qədər ona heç bir invoys göndərməmişdir?! Təbii ki, bu ritorik sualdır və bütün bunlar təsdiq edir ki, həmin müqavilə uydurma əqddir. Beləliklə, 1 dekabr 2017-ci tarixli müqavilə yalnız görünüş üçün bağlandığı üçün əhəmiyyətsizdir və heç bir hüquqi nəticə doğura bilməz. Bundan əlavə, həmin müqavilənin uydurma əqd olmasını təsdiq edən digər faktlar da vardır: - CSVS şirkəti Murphy şirkəti ilə eyni ərazidə yerləşir; - CSVS şirkətinin rəhbər və işçiləri Murphy şirkətində çalışmış və az öncə Murphy şirkəti adından xxxx ilə yazışmalarda iştirak etmişlər; - CSVS şirkətinin hazırkı qanuni təmsilçisi Murphy şirkətinin təsisçilərindən və rəhbərlərindən olan X11r; - Murphy şirkətinin hazırkı qanuni təmsilçisi yuxarıda qeyd edilən X8 doğma qardaşı X12r; - CSVS şirkətinin fəaliyyət göstərdiyi ambar Murphy şirkətinə məxsusdur. - Murphy şirkətinin hazırda vergi borcları vardır və ləğv edilməsi gözlənilir bu səbəbdən aktivlərinin başqa şəxsə ötürülməsi məsuliyyətdən yayınmaq məqsədi də daşıyır. - CSVS-in Murphy tərəfindən öz öhdəliklərindən yayınmaq və əsassız pul tələbləri irəli sürmək üçün bir alət kimi istifadə edilməsi göz qabağındadır. Məhkəməyə təqdim edilmiş “xxxx» şirkətinin İddiaçı MMC-yə qarşı özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi və dəymiş zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinə təqdim edilmiş etirazda qarşılıqlı iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, TEPAb-12-20-00 nömrəli 15/11/2012-ci il tarixli müqavilənin müddəti 14/11/2017-ci il tarixinddə bitmiş və bitməsindən 1 ay öncə xxxx tərəfindən həmin müqavilənin uzadılmaması barədə Murphy şirkətinə rəsmi və birmənalı GM-DL 469/17 nömrəli 13/10/2017-il tarixli məktubla xəbərdarlıq göndərilmiş və xəbərdarlıqda xxxx TEPAb- 12-20-00 müqaviləsinin 8.2-ci Maddəsinə istinad edərək Murphy şirkətindən daxil olmuş ödəniş tapşırığının auditindən sonra 30/11/2017-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Həmin xəbərdarlıqda gömrük anbarının açıq sahəsinin 2.000 kvadrat metrəsində qalan avadanliqa dair xxxx tərəfindən heç bir göstəriş, Sorğu/Tapşırıq vərilməmişdir. TEPAb-12-20-00 nömrəli 15/11/2012-ci il tarixli müqavilənin müddəti başa çatdığından Murphy ilə xxxxın hüquqi münasibətlərinin 14/11/2017-ci il tarixdən başlayaraq xitamina xxxx, Murphy ilə sonraki yazışmalarına da istinad edir. Belə ki, 12/10/2018-ci il tarixli GM-DL 515/18 nömrəli avadanlığın anbardan çıxarılmasına dair Sorğu/Tapşırığında xxxx yenə də xüsusilə bildirmişdir ki, TEPAB 12-02-00 nömrəli müqavilənin müddəti 12/11/2017-ci ildə bitməsi tarixindən başlayaraq xxxx Murphy şirkətinin müştərisi deyil və elə bu səbəbdən də xxxx avadanlığının qalıq hissəsini çıxarmaq üçün ayrı bir şirkətin Murphy ilə əməkdaşlığı tələb olunur və bu məqsəd ilə xxxx həmin məktubda Murphy şirkətindən xahiş edir xxxx şirkətinin subkontraktoru- xxxx LLC şirkəti ilə əlaqə saxlasın və həmin şirkətə xxxxa göndərdiyi avadanlığın çıxarmasına dair qiymət təkliflərini təqdim etsin. Murphy ilə xxxxin arasında heç bir müqavilə olamamasini xxxx şirkəti yenidən oz 23/10/2018-ci il tarixli GM-DL 567/18 nömrəli məktubunda təkrar edərək elə bu səbəbdən də Kompleksdə yerləşən avadanlığın mühafizəli saxlanc xidmətlərinə dair ödənişlərdən imtina etmişdir. Bundan başqa, müqavilənin bitməsi birmənalı şəkildə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən də qüvvəyə minmiş 22/04/2020 tarixli qərarında tanınmışdır. Beləliklə, X15 anbar və biznes kompleksində bu günə kimi yerləşən xxxx şirkətinin avadanlıqları TEPAb 12-02-00 anbar sahəsi İcarəsi müqaviləsinin davamı kimi, eyni zamanda xxxxin iddiasinin əsası kimi göstərilə bilməz və məhkəmə prosesində müzakirə predmeti ola bilməz. TEPAb 12-20-00 müqaviləsinə xitam verildiyindən iddiaçının qarşılıqlı iddiasında qoyduğu TEPAb 12-20-00 müqaviləsi üzrə öhdəliklərin üçüncü şəxsə ötürmək səlahiyyətləri məsələlərini müzakirə etmək zərurəti itir çünki həmin dəlil qüvvədə olsa idi TEPAb 12-20-00 müqaviləsindən irəli sürülərdi. X20 adinı daşıyan biznes, anbarlar, acig tipli gömrük anbari və yük terminali kompleksi (bundan sonra Kompleks) Murphy Şipping & Commercial Services Azərbaycan MMC şirkətinə məxsusdur. Həmin Kompleks optimal idarəetmə tətbiq etmək və maliyyə-təsərrüfat fəaliyyətinin effektivliyini artırılması məqsədilə 01/12/2017-ci il tarixindən 10 illik müddətə CSVS şirkətinin tam idarəçiliyinə verilmişdir. Həmin müqavilə Murphy və xxxx şirkətləri arasında olan mübahisələrdən və Murphy şirkətinin 21/02/2018-ci il tarixli xxxxa qarşı iddiasından əvvəl bağlanılmışdır. Müqavilənin məqsədi X15 Kompleksində maliyyətəsərrüfat işlərinin səviyyəsini və müştərilərə təqdim edilən xidmətlərin keyfiyyətini qaldirmaq, xidmət qiymətlərinin tənzimləməsidir. Qarşılıqlı iddiada göstərilən guya Murphy şirkəti ilə xxxx şirkəti arasında 2018-ci ilin aprel ayından 2019-cu ilin aprel ayınadək olan məhkəmə mübahisəsi zamani CSVS şirkəti ilə Murphy arasında olan 01.12.2017-ci ilin müqaviləsinin mövcudluğu barəsində heç bir məlumatın olmaması həqiqətə uyğun deyil. CSVS şirkətini Murphy şirkəti xxxxın avadanlıqlarının Kompleksdən çıxarması işlərinə hazırlıq zamani 18/10/2018-ci il tarixli 11:12 radəsində göndərdiyi e-mailində CSVS şirkətinin Kompleksin idarəedici şirkəti olduğunu aciqlayaraq CSVS şirkətini həmin işlərdə əsas tərəf kimi təqdim etmişdir. Onu da qeyd etmək istərdik ki, həmin e- mail şəxsən xxxxın hüquqşünası Xanqiz Tariverdiyevanin e-mail qutusuna da 18/10/2018-ci ildə saat 11:12 də daxil olmuşdur. Bununla belə Murphy şirkətinin avadanlığa dair öhdəliklərinin üçüncü tərəfə ötürməsinə xxxx şirkəti tərəfindən heç bır etiraz bildirilməmiş, hətta CSVS şirkətinin yükləmə, daşıma, nəqliyyat və saxlanc işlərinə tam cəlb olunması xxxx şirkətinin səlahiyyətli nümayəndələrinin nəzarəti altına keçmişdir (sübut olaraq xxxx şirkətini 12 oktyabr 2018-ci ildən verilən avadanlıqlarına dair e-maıllərinin CSVS-ə ünvanlaması və xxxx tərəfindən tərtib edilmiş barışıq sazişinə CSVS- cəlb etmək cəhdləri). CSVS şirkətinin xxxxın nəzarəti altında yüksək texniki və professional cəhətdən göstərdiyi xidmətləri nəticəsində xxxx şirkətinin avadanlığının birinci 120 ton təşkil etmiş hissəsi Kompleksdən 25-29/10/2018-ci il tarixlərində müvəffəqiyyətlə çıxarılmışdır və bu işlərə də CSVS öz qiymət təklifini təqdim edərək tam ödənişə malik olmuşdur. Belə olan halda, CSVS şirkətinin 2018-ci ilin oktyabr ayında real xidmətlərindən bəhrələnən xxxx şirkətinin CSVS şirkətinin Kompleksə dair Murphy ilə olan müqaviləsinin mövcudluğu 2018-ci ilin aprel ayından 2019-cu ilin aprel ayınadək məlum olmadığını bildirməsi bu dəfə də xxxxin rəhbərliyinin qeyri-ciddi olmasına sübutdur. xxxx şirkətinin CSVS ilə ilk dəfə 2019-cu ildə əlaqəyə çıxmasını və bu vaxta qədər CSVS-dən heç bir invoysun almadığını bildirməsi tamamilə həqiqətə uyğun deyildir. CSVS şirkəti 24/12/18-ci il tarixdə həmin tarixli 009 nömrəli AZN 2,276,666.35 miqdarina hesab fakturasini (invoice) xxxx şirkətinə göndərərək avadanlığı kompleksdən çıxarılmasının davamına dair tədbirlər görməsini xahiş etmişdir. Kompleksdə təqdim edilən qiymətlər iki variantda Tənzimlənir: kompleksin anbar sahələrinin İcarəyə verilməsilə, yaxud mühafizəli saxlanc xidmətləri göstərməklə. Anbar sahələrinin İcarəyə verilməsi qiyməti bir kvadrat metrənin aylıq İcarə haqqı əsasında formalaşır. Mühafizəli saxlanc xidmətləri isə mühafizə altında saxlanılan malların/avadanlıqların gündəlik bir kiloqramına vurulmaq əsasında formalaşır. Kompleksdə təklif edilən hər iki usulla formalaşan qiymətlər müqavilələrin müddəti və malların Kompleksin hansı zonasında yerləşdirilməsindən asılıdır. Belə ki, uzun müddətli həm İcarə, həm də mühafizəli saxlanc müqaviləsi daha güzəştli qiymətlərlə razılaşa bilərlər. Bundan başqa qiymətlərin səviyyəsi malların gömrük və terminal zonasında və yaxud həmin zonadan kənarda saxlanılmasından da asılıdır. Yəni, gömrük zonasında yerləşdirilən mallara dair anbar qiymətləri həmin zonada idarə edilmə xərclərinin çox olması səbəbindən daha bahadır. Ən bahalı qiymətlər mühafizə saxlancı xidməti altında yerləşən malların gündəlik ad hoc müqaviləsi əsasında tətbiq olunur. Yüksək Qiymətlərin səbəbi ad hoc müqavilə ilə Kompleksin işinin planlaşdırılmasının çətinliyi ilə bağlıdır. Faktiki olaraq, ad hoc müqavilələri yük zonalarının işinin uzun müddətli planlaşdırılmasına imkan vermir və bununla bağlı Kompleksin menecmenti tərəfindən aparılan qiymət siyasəti elə qurulur ki, ad hoc altında malların yerləşdirilməsi müştərilər üçün əlverişli olmasın və müştərilər ad hoc əvəzinə ən azi bir aylıq müddətli İcarə və ya mühafizəli saxlanc müqavilələrinə daha üstünlük versinlər. Kompleksdə müəyyən edilmiş qiymətlər CSVS şirkəti tərəfindən 2018-ci ilin yanvar ayından başlanaraq bu günədək hər ilə aid menecment tərəfindən təsdiq edilən tariflərlə Tənzimlənir. Həmin tariflər CSVS şirkətinin inzibati binasının girişində Kompleksə dair elanlar divarında il boyu asılır. Həmin tariflərlə tətbiq olunmuş qiymətlər sözsüz ki həmin xidmətlərə dair bazarda mövcud olan Kompleksin A sinifinə uyğun qiymətlərlə ayaqlaşmalıdır. Əks halda Kompleksin xidmətindən müştərilər istifadə etməyəcklər. Qarşılıqlı iddiada CSVS şirkətinin tətbiq edilmiş və istifadədə olan xidmət Qiymətlərini absurd və uydurma adlandırması xxxx tərəfindən tam əsassızdır. xxxx şirkətinin avadanlığı mühafizəli saxlanc xidmətləri altında Kompleksin gömrük anbari sahəsində qorunaraq tətbiq edilmiş gündəlik ad hoc saxlanc xidmətləri qiymətləri ilə edilir. Buna səbəb xxxx tərəfindən CSVS şirkətinin dəfələrlə avadanlığın yerləşdiyi sahəyə dair İcarə müqaviləsi bağlanılması təkliflərini kobud formada rədd edilməsi, həmçinin avadanlığın gündəlik saxlananın kilosunun 0.05 manat qiyməti ilə hesablanılmasıdır. Nəzərə alınsa ki, avadanlığın ümumi çəkisi 1,468,817 kilogram təşkil edir, bu günə xxxx şirkətinin saxlanc xidmətlərinə dair toplam borcu əlavə 23 aya (2018-ci ilin noyabr ayından 2020-ci ilin oktyabr ayınadək) 41,144,381.20 (qırx bir milyon yüz qırx dörd min üç yüz səksən bir manat iyirmi qəpik) manat təşkil edir. Belə ki, kulli miqdarda olan 2000 kv/m ərazini əhatə edən iri həcmli yükun saxclancına görə 23 aydır (630 gun) ödəniş edilmir. Buna baxmayaraq, bu günə xxxx nə uzun müddətli İcarə müqaviləsi bağlamaq istəmir, nə də ki mallarını Kompleksdən çıxarmağa dair heç bir addım atmır. Malların Kompleksdə hansı müqavilə əsasında yerləşdirildiyindən asılı olmayaraq, istənilən zaman mallarını kompleksdən çıxarmaq istəyən müştərilərə həmin malların yüklənməsi və daşınması işlərini həyata keçirmək üçün müştəridən dəqiq sorğu və ya tapşırıq Kompleksin menecmentinə təqdim edilməlidir. Həmin Tapşırıqda müştəri yazılı qaydada mallarına dair ümumi məqsədini açıqlayaraq Kompleksin menecmentinin qarşısında malların yüklənməsi və daşınması ilə əlaqəli tapşırıq verərək tələblərini dəqiqliklə göstərməlidir. Həmin sorğu/tapşırıq Kompleksin menecmentinə yüklənmə və daşınma işlərinə dair qiymət təklifinin dəqiqliklə formalaşdırmasına imkan verir. Belə ki, yüklənmə və daşınma Tapşırığ/Sorğusunda aşağıdakılar müştəri tərəfindən göstərilməlidir: a) Yüklənməsi nəzərdə tutulan mallargn siyahısı, ölçüsü və çəkisi b) Yüklənmənin və Kompleksdən malların daşınmasgngn müştərinin nəzərdə tutduru/istənilən başlama və bitirmə tarixləri c) Yükün çatdırılması və boşaldılması ünvanı, müştərinin istəyi ilə yükün daşınma marşrutu d) Yükün üzərində əlavə işlərin görülməsi (ölçülməsi, çəkilməsi, bablanılması, tarazlanması və sair) e) Yükün təhvil veriləcək məsul şəxsin vəzifəsi, adı, soyadı atasının adı f) Yükün Kompleksdə yüklənilməsindən qabaq inventarlaşmasının aparılması və yüklənmə, daşınma prosesinə müştəri tərəfindən nəzarət edəcək şəxslərin siyahisi, onların şəxsiyyət vəsiqələrinin surətləri (mühafizə altünda olan Kompleksin ərazisinə daxil edilmək üçün icazə almaq məqsədilə Yuxarıda göstərilən Tapşırıq/Sorğu əsasında Kompleks tərəfindən yükləmə və daşıma əməliyyatlarına dair qiymətlər hesablanır və nəticədə müştərinin Sorğusuna/Tapşırığına cavab olaraq qiymət təklifi göndərilir. Həmin qiymət təklifi və əlavə suallar öz həllini taparaq, müştəri tərəfindən malların yüklənməsinə və daşınmasına dair Kompleksin menecmentinə Sifariş müqaviləsi (Purchase Order), yaxud PO göndərilir. Həmin Sifarişdə/PO-da malların dəqiq adı, çəkisi, ölçüsü, yükləmə və daşıma qiyməti, ödəniş şərtləri, sifarişçi və icraçı tərəflər, malların çatdırılması ünvanı, əməliyyatların başlanılması tarixi göstərilir. Sifariş/PO belə halda yazılı müqaviləyə bərabər tutulur. İşlər və ödəniş həmin PO əsasında orada qeyd edilən şərtlərlə həyata keçirilir. Saxlancda olan yüklərə dair Tapşırıq və ya Sorğu müştəri tərəfindən daxil olmayanadək Kompleksin menecmenti yükə aid hər hansı bir hərəkət edə bilməz. 2017-ci il tarixindən bu günə kimi xxxx şirkəti tərəfindən CSVS şirkətinə xxxx şirkəti vasitəsi ilə 24/10/2018-ci il tarixli ilk və yeganə Sifariş müqaviləsi gondərlimişdir. Yuxarıda göstərilən qayda malların Kompleksdən çıxarmasına əsasdır. Bu qaydalar neft və qaz, loqistika sənayesində çalışan, eksport-importla məşqul olan hər bir şirkətə bəllidir. Həmin qaydalarla da Kompleksə Sorğu (yazılı və ya şifahi formada) və Sifariş daxil olmadığı təqdirdə saxlancda olan mallar Kompleksin ərazisindən çıxarıla, hətta yerindən tərpədilə bilməz. Eyni zamanda, CSVS şirkəti 25-29 oktyabr 2018-cı ıl tarixlərində həmin qaydalara tam uyğun olaraq xxxx şirkətinin avadanlıqlarının 120,000.00 kilogram təşkil edən hissəsinin daşınmasını təşkil etmişdir. Həmin vaxtdan bu günə qədər nə xxxxdan nə də ki onun Subkontraktoru olan Bos Shelf şirkətindən ikinci sifariş CSVS şirkətinə daxil olmamışdır. Bu hal bir daha xxxx şirkətinin mallarını Kompleksdən çıxarmaq fikrinin olmamasına dəlalət edir. xxxx Abşeron şirkətinin Murphy ilə bağlanmış TEPAb-12-20-00 nömrəli 15/11/2012-ci il tarixli tender üsulu ilə udulmuş loqistika müqaviləsi əsasında Murphy şirkəti xxxx Abşeron şirkətinə 24 saat mühafizə olunan və nəzarət-buraxılış məntəqəsi sistemi ilə təmin edilmiş gömrük zonasında yerləşən 2000 kv/m açıq anbar sahəsini kvadrat metrini $2.5 qiyməti ilə uzun müddətli İcarəyə vermişdir. 01/12/2017-ci il tarixdən başlayaraq CSVS şirkətinin idarəçiliyinə keçən X21 biznes və anbar komleksində yerləşən xxxx şirkətinin avadanlığına dair 24 saat mühafizə və videoçəkiliş ilə təmin edilən ad hoc saxlanc xidmətləri göstərilməsinin ödənişi tələbinə dair səlahiyyətlər CSVS şirkətinə keçmişdir. TEPAb 12-02-00 nömrəli müqavilənin müddətinin bitdiyi tarixdən, xxxx şirkətinin açıq sahə anbarının 2000 kvadrat metrəsində yerləşən avadanlığına dair yeni İcarə müqaviləsi tətbiq olunmamış, xxxx tərəfindən hər hansı bir müqavilə bağlamaq təşəbbüsü irəli sürülməmiş, xxxx tərəfindən mallarının Kompleksdən çıxarılmasına dair heç bir konkret Sorğu/Tapşırıq təqdim edilməmiş, avadanlığın anbarın ərazisindən çıxarılmasına kimi müvəqqəti əlavə vaxt verilməsi barəsində müraciət edilməmiş və bununla bağlı 15 noyabr 2017-ci il tarixindən həmin avadanlığın anbarda qalmasının hüquqi statusu avtomatik olaraq İcarəyə götürülmüş anbar sahəsində saxlanan avadanlıqdan gündəlik mühafizəli saxlanc xidmətləri altında qorunan avadanliqa çevrilmişdir. İcarə müqaviləsi ilə Tənzimlənən hüquqi münasibətlər malların İcarə müqaviləsi bitdikdən sonra Kompleksdə saxlanılmasının davamı səbəbdən avtomatik surətdə Saxlanc müqaviləsi ilə Tənzimlənməyə başlanılmışdır. Bununla əlaqədar ödənişlərin əsasını təşkil edən ölçü vahidləri anbar sahə İcarəsinə bəlli olan kvadrat metrədən mühafizəli saxlanc xidmətlərinə xas olan ölçü vahidi - kiloqrama çevrilmiş və bununla belə ödənişin hesabatının əsası avadanlığın tutduğu ərazinin ölçüsü əsasında yox, həmin avadanlığın kilo ilə ölçülən çəkisi götürülür. Saxlanc Qiymətlərinə dair hər hansı bir uzun müddətli müqavilə olmadığından xxxx şirkətinin avadanlığı anbarda bu günədək güzəştsiz, gündəlik yüksək qiymətli ad hoc mühafizəli saxlanc müqaviləsi əsasında saxlanılır. Belə vəziyyət bu günədək müştərixxxxin istəyi ilə davam etməkdədir. 15 noyabr 2017-ci il tarixindən 01 dekabr 2017-ci il tarixinədək və 01 dəkabr 2017-ci il tarixindən 24 sentyabr 2018-ci il tarixinədək nə Murphy şirkətinə, nə də ki, CSVS şirkətinə xxxx tərəfindən onun avadanlıqlarının Kompleksdən yüklənilməsi, çıxarılması, hər hansı ünvana çatdırlması, boşaldılması və kimə təhvil verilməsi, yükləmə və daşınma işlərinin qiyməti barədə heç bir Sorğu/Tapşırıq təqdim edilməmişdir. TEPAb - 12-20-00 müqaviləsin xitamından sonra şirkətlər arasında dəqiqliklə şərtləri əhatə edən yazılı müqavilə olmadığından, Azərbaycan Respublikasım qanunvericiliyində boşluq olmadığından, xxxxin avadanlığının saxlananın ətrafinda de fakto yaranmış hüquqi münasibətlər Azərbaycan Respublikasının Mulki Məcəlləsinin 827- 830-cu maddələri (anbarlarda saxlanc) ilə tənzimlənir. xxxx şirkətinin mallarının Kompleksdə saxlanılması, xxxx şirkətinin həmin malların gündəlik ad hoc saxlanc qiymətindən, eyni zamanda həmin malların mühafizəli saxlananın kimin tərəfindən təşkil edilməsindən və malların hansı şərtlərlə saxlanılmasından xəbərdar olması, bundan başqa Kompleksdə saxlanılmanın davam etdirilməsi, həmin malların saxlanana dair heç bir ayrı, daha ucuz təkliflərin qəbul edilməməsi, malların Kompleksdən çıxarılması təkliflərinin rədd edilməsi, 2 il 10 aydan sonraki mübahisəyə qədər mallarının çıxarılmasına dair məhkəməyə müraciət edilməməsi fakti ilə yanaşı malların qanunsuz sahiblikdə olduğuna iddia etməsi bir-biri ilə ziddiyət təşkil edir. Bu günə kimi xxxx şirkəti ona məxsus avadanlığın CSVS idarə etdiyi X15 A sinfli anbar kompleksində saxlanılmasının gündəlik ad hoc qiymətlə, günü 73,440.85 manatdan saxlamaqda tam məlumatlı olmuş, buna baxmayaraq həmin malların çıxarılmasına dair heç bir real hərəkət görməmiş, real niyyət bildirməmişdir, hətta həmin malların Kompleksin ərazisində yerindən tərpətməsinə qəti şəkildə 19/06/2019-cu il tarixli GM- DL 245/19 saylı məktubunda qadağa qoyaraq CSVS şirkətini belə bir təklifə görə “xxxx” adlandırmışdır. Sadalanan faktlar xxxxın avadanlığının CSVS Şirkətinin günlük AZN 73,440.85 qiymətə olana mühafizəli saxlanc xidmətləri altında saxlanılmasına razılığını ifadə edir. Görünən odur ki, xxxx şirkətinin yeganə narahatçılığı saxlanc xidmətləri üçün öz qeyri-peşakarlığı ucbatından yığılmış borcu ödəməyə görədir. “xxxx” MMC şirkətinin 2018-2020-ci il tarixlərində təsdiq edilmiş yük sahələrinin, ofislərin və texnikanın icarəsi, malların saxlanc xidmətləri və yük əməliyyatları xidmətlərinə dair qiymətlərin Abşeron yarımadasında mövcüd olan qiymətlərə uyğun olması barədə Azərbaycan Respublikası “Müstəqil Məhkəmə Ekspertizasının 435 nömrəli, 30 sentyabr 2020-ci il tarixli rəyi ilə də təsdiq edilir. Birinci dəfə xxxxdan Kompleksdə saxlanılan avadanlığın inventarlaşma aparılması, avadanlığın kompleksdən çıxarılması, bir hissəsini çıxarmaq və nəzərdə tutulan işlərlə əlaqəli Kompleksə xxxxin nümayəndələrinin daxil olması barədə Sorğu/Tapşırıq 11 və 24 sentyabr 2018-ci il tarixində təqdim edilmişdir. Həmin sorğu ilə xxxx tərəfindən Murphy şirkətinə saxlanılan “X32 NTP” aid olan xirda avadanlığını xxxx şirkətinin nümayəndəsinə təhvil vermək xahiş edilirdi. CSVS şirkəti tərəfindən həmin avadanlığın xxxxin səlahiyyətli nümayəndəsinə Rufat Orucova aktla təhvil verilmişdir. Avadanlığın xırda olması və bu səbəbdən hər hansi bir yük əməliyyatının tələb edilməməsini nəzərə alaraq, görülən işə görə heç bir ödəniş tələbi CSVS şirkəti tərəfindən nə Murphy şirkətinə, nə də ki xxxx şirkətinə təqdim edilməmişdir. Nəhayət, xxxx şirkətinin səlahiyyətli nümayəndəsi Rufat Orucovdan e-mail vasitəsilə, TEPAb 12- 20-00 müqaviləsinə 15/11/2017-ci il tarixdən xitam verilən gündən birinci dəfə olaraq xxxx şirkətinin Kompleksdə saxlanc altında olan avadanlığının yükləmə və boşaltma Qiymətlərinə dair 02/10/2018-ci il tarixində Sorğu Murphy şirkətinə təqdim edildi və həmin zamandan Murphy şirkətinin vasitəçiliyi ilə CSVS şirkəti xxxxin avadanlığının Kompleksdən çıxarılmasına dair hazırlıq və qiymət təklifi formalaşdırılmasi işlərinə başlanıldı. Murphy şirkətinin xahiş ilə xxxxin avadanlığının Kompleksdən çıxarılmasına dair CSVS şirkəti hazırladığı qiymət təklifini Murphy şirkətinə təqdim etmiş və həmin təklif Murphy şirkəti tərəfindən xxxx şirkətinə 09/10/2018-ci il tarixli 01-462 nömrəli məktubla çatdırılmışdır. Həmin qiymət təklifinə cavab olaraq xxxx şirkəti 12/10/2018-ci il tarixli GM-DL 515/18 nömrəli məktubunda avadanlığı xxxx şirkəti ilə Murphy şirkəti aralarında 12/11/2017-ci il tarixindən başlayaraq heç bir müqavilə olmadığından xxxx şirkəti tərəfindən çıxarılmasının mümkün olmadığını xəbərdar etmiş və bununla əlaqədar bildirmişdir ki, həmin işlərin xxxx şirkəti tərəfindən təsdiq edilmiş xxxx şirkəti subkontraktor şəklində görəcəkdir. Nəticədə xxxx xahiş etmişdir ki, qiymət təkliflərini Murphy şirkəti xxxx şirkətinə təqdim etsin. Murphy şirkəti 16/10/2018-ci il tarixli 01- 464/2018 nömrəli cavab məktubu ilə xxxx şirkətinə bildirmişdir ki, xxxx şirkətindən Murphy şirkətinə Sorğu daxil olmadığından, xxxx şirkətində kimlə əlaqə saxlamasi və xxxx şirkəti tərəfindən xxxx şirkətinin səlahiyyətlərini təsdiq edən bir sənəd təqdim edilmədiyindən xxxx şirkətinin Sorğusunu icra etmək mümkün olmamışdır. Həmin məktuba cavab olaraq xxxx şirkətinin nümayəndəsi X29 şirkətinin domeinində qeyd olunmuş şirkətin e-mailindən 16/10/18-ci il tarixli e- mail mesaci vasitəsilə xxxxin səlahiyyətlərini təsdiq edib xxxx tərəfindən məsul şəxsin məlumatlarını Murphy şirkətinə təqdim etmişdir. 17/10/18-ci il tarixli e-maillində Murphy şirkəti xxxx şirkətinə xxxx tərəfindən tələb edilmiş xxxxin Kompleksdə mühafizəli saxlanc altında yerləşən avadanlığına dair yükləmə, boşaltma və daşıma qiymətləri təqdim edilmişdir. Həmin və xxxx ilə olan hər bir sonraki e-mail yazışmalarında xxxxin rəhbərliyi, səlahiyyətli nümayəndələri, həmçinin hüquqşünası da göstərilmiş və hər bir yazışma həmin ünvanında göstərilən şəxslərin nəzərinə beləliklə çatdırıldı. xxxx şirkətinin xxxx tərəfindən təqdim ediləm səlahiyyətli nümayəndəsi Toğrul Rəhimovun 18/10/18-ci il tarixli saat 08:45 radəsində göndərilmiş e-mailində xxxxin butun avadanlığının çıxarmasına dair qiymət təklifinə cavab olaraq bildirilmişdir ki, xxxx, yəni xxxx kompleksdən avadanlığıni hissə-hissə çıxarmasını planlaşdırır və bununla əlaqəli qiymət təklifin ancaq həmin e-maildə təqdim etdiyi mallara aid verməsini Murphy şirkətindən xahiş etmişdir. Həmin e-mailə əlavə olaraq, xxxxin nümayəndəsi Rufat Orucov oz e-mailndən saat 09.31-də adları çəkilən mallara aid qiymət təklifinin formalaşdırılmasına dair həmin mallara aid çəki cədvəlini də göndərmişdir. 18/10/18-ci il tarixli saat 09:47 radələrində Rufat Orucovun e-mailine cavab olaraq CSVS şirkəti Murphy şirkətinin vasitəsilə bildirmişdir ki, təqdim etdiyi qiymət avadanlığın hissə-hissə yox, bütov miqdarına aiddir. Sonraki, 18/10/18-ci il tarixli 11:12 radəsində göndərilən e-mailində Murphy, CSVS şirkətinin qiymət təklifinə aid açıqlamalar verərək xxxxin nümayəndəsi Rufat Orucova bildirmişdir ki, təklif edilən qiymətlər bazarda olan qiymətlər çərçivəsindədir, hətta Kompleksin sinifinə uyğun olan ayrı bir anbar kompleksi-X25 şirkətində mövcud Qiymətlərinə istinad edilmiş və izah edilmişdir ki xxxx avadanlığıni istədiyi kimi, hissəhissə, hər bir hissəyə aid müqavilə əsasında çixarsa, xxxxın xərci dəfələrə artacaqdir. Bütov avadanlığın çıxarılmasına dair bir müqavilə ilə avadanlığın Kompleksdən çıxarılmasının daha sərfəli olması izah edilib məsləhət görülmüşdür. Həmin e-maildə Murphy xxxx şirkətini xəbərdar etmişdir ki, avadanlığın çıxarılmasına aid əməliyyat xxxx, X15 Kompleksinin texniki meneceri, CSVS şirkəti tərəfindən keçirələcəkdir. Həmin emaildə verilən məsləhətlərə və izahatlara baxmayaraq, avadanlığın birdəfəlik çıxarmasından muqaisədə hissə-hissə cixarmağın yüksək qiymətini nəzərə almayaraq xxxx şirkəti öz 18/10/18-ci il tarixli 11: 41 saat radəsində göndərdiyi cavab e-mailində Murphy şirkətinə avadanlığı birdəfəliklə deyil, hissə-hissə çıxardılması göstərişini təsdiq etdi və xahiş etdi ki, hər hansı bir avadanlığın hissələrinə aid Sifarişləri (Purchase Order, və ya PO) və hansı şirkətlər arasında və hansı şərtlərlə bağlanılması məsələləri xxxx ilə müzakirə olunsun. xxxx şirkətinin göstərişləri əsasında 19/10/18-ci il tarixli saat 16:30 radəsində göndərilən e-maildə Murphy şirkəti xxxx şirkətinə CSVS şirkətinin xxxxin avadanlığıni Kompleksdən hissə-hissə çıxarılmasına dair qiymətləri təqdim etmişdir. 23/10/18-ci il tarixində göndərilən e-maildə CSVS şirkətinə vasitəçilik edən Murphy şirkətinin xxxx şirkətinə saat 09:11 radəsində ünvanlanan e-maildə Murphy yenidən CSVS şirkətinin Qiymətlərinə dair PO (Sifariş) xxxx şirkəti tərəfindən göndərilməsini xatırlatmışdır. Həmin günü saat 2:47 radəsində göndərilən e-maildə Murphy yenidən Sifarişin tezliklə göndərilməsini xatirladaraq, əməliyyati CSVS şirkəti ilə bağlanan PO Sifarişə alternativ olaraq, xxxxin Murphy ilə birbaşa müqaviləsi bağlanılmasını təklif etmiş, lakin həmin təklifə baxmayaraq xxxx əməliyyati CSVS şirkəti tərəfindən aparılmasına heç bir narazılıq bildirməmiş və nəhayət 24/10/18-ci il tarxində CSVS şirkəti ilə xxxx şirkətinin arasında xxxxin Kompleksdə mühafizəli saxlanc altında yerləşən avadanlığının birinci hissəsinə aid 3342 nömrəli Sifariş müqaviləsi (PO, və ya Purchase Ordər) imzalanaraq, həmin tarixdə CSVS tərəfindən xxxx şirkətinə yük əməliyyatlarının kilosu AZN 0.15 qiymətilə ümumi 120 ton miqdarına yükləməyə və nəqliyyat vasitəsinin hər birinə 680 manat, ümumi 5 nəqliyyat vasitəsinə görə AZN 21,400.00 miqdarinda 0002 nömrəli hesab faktura (İnvoice) təqdim etmiş, yuxarıda adı çəkilən Sifarişin 100 % əvvəldən ödəmə şərtilə həmin məbləğ CSVS şirkətinin hesabına köçürülmüşdür. Nə ödəmə şərtlərinə, nə yük əməliyyatlarının qiymətinə, nə də ki nəqliyyat vasitəsinin xərclərinə aid xxxx və ya xxxx şirkətlərindən Sifariş imzalanandan qabaq və ya sonra heç bir narazıçılıq bildirilməmişdir. xxxx şirkətinin 01/11/18-ci il tarixdən gec olmadan avadanlığın birinci hissəsini Kompleksdən çıxardırılması barədə göstərişlərini CSVS şirkəti 29/10/18-ci il tarixdə uğurla başa çatdırmışdır. xxxx tərəfindən müəyyən olunan avadanlığın birinci hissəsini təşkil edən mallar 25-29/10/18-ci il tarixlərində Kompleksdə yüklənərək xxxx tərəfindən tapşırılan ünvana daşınmış və orada boşaldılaraq xxxx şirkətinin nümayəndəsinə xxxxin göstərişi ilə təhvil verilmiş, işlərin görülməsi və tamamlanmasi barədə müvafiq aktlar tərtib edilərək CSVS və xxxx şirkətləri tərəfindən imzalanib möhürlənmişdir. 29/10/18-ci il tarixində saat 18:38 radəsində Murphy tərəfindən xxxx və xxxx şirkətlərinə e-mail göndərilərək, həmin e-maildə hər iki şirkətdən xahiş edilmişdir ki, yük əməliyyatlarını dərhal başlamaq üçün xxxxın avadanlığının ikinci hissəsinə dair Sifarişi (Purchase Order/PO) tezliklə təqdim etsinlər. Nəzərə alsaq ki, xxxx və ya xxxx şirkəti tərəfindən avadanlığın ikinci hissəsinin daşınmasina dair heç bir hərəkət görülməmişdir, şirkətlər həmin e-maildə xəbərdər edilmişdirər ki yükləməyə hazırlanan avadanlığın ikinci hissəsinə gündəlik kilosu AZN 0.1 qiymətlə saxlanc qiyməti tətbiq ediləcəkdir. Qeyd olunmalıdır ki, təklif edilmiş AZN 0.1 qiyməti CSVS şirkətinin 2018-ci ilə aid saxlanca dair tətbiq edilmiş AZN 0.05 qiymətindən 4 dəfə azdir. 01/11/18-ci il tarixində saat 16:21 radəsində xxxxin məsul şəxsi Rufat Orucova CSVS və Murphy tərəfindən e-mail ünvanlanaraq həmin emaildə göstərilmişdir ki, xxxx tərəfindən yük əməliyyatlarını dayandirmaq avadanlığın Kompleksdə saxlanc xərclərinin tətbiqinə gətirir və bununla əlaqədar, xxxxın əlavə xərclərin qabağını alınması üçün tələb olunmuşdur ki, xxxx şirkəti tezliklə CSVS şirkətinə Sifariş (Purchase Order) təqdim etsin ki həmin Sifarişin əsasında CSVS şirkəti yeni hesab faktura (invoice) təqdim edib yükləmə işlərinin davamını təşkil etsin. Bununla birgə xxxx şirkətinin nəzərinə çatdırılmışdır ki, CSVS şirkətinin sorğulari xxxx və xxxx şirkətləri tərəfindən cavabsız qalaraq CSVS şirkətinə kulli miqdarda zərər vurulur. CSVS şirkəti bütün nəqliyyat vasitələrini və yükləmə texnikalarını hazır vəziyyətdə saxladığından, bu texnikalarin saatla hesablanan cərimə xərcinin ödənilməsi, həmin xərclərin xxxxa ünvanlanan gələcək hesab fakturalarda (invoislarda) oz əksini tapacaqdir. Həmin günü, 01/11/18-ci il tarixində, saat 16:51 radəsində Murphy-nin yuxarıda göstərilən sorğusuna və tələblərinə cavab olaraq, xxxx şirkətinin Baş X5 Roussatdan gelən e-maildə xxxxin avadanlığının birinci hissəsinə aid olan bütün işlər, iştirak edən tərəflərin həmin işlərdən razi qalmaları Murphy-nin və CSVS şirkətinin nəzərinə catdirilaraq, bildirilmişdir ki bununla xxxx şirkəti onun qarşısında qoyulan tapşırığı, yani avadanlığın birinci hissəsinə aid Sifariş üzrə öhdəliyi tam şəkildə yerinə yetirmişdir. Həmin e-maildə qeyd edilmişdir ki, xxxx CSVS şirkəti ilə xxxxin avadanlığının hər hansı bir əlavə hissələrinin çıxarmasına dair heç bir müqavilə bağlanılmamış və malların sahibindən yeni bir göstəriş almayanadək hər hansı bir müqavilə CSVS şirkəti ilə baqlanılmayacaqdir. E-mailin axirinda göstərilmişdir ki, avadanlığın qalan hissələrinin çıxarılması bütün iştirakci tərəflərin razılığı əsasında olmalı və bu günə xxxx ilə xxxx arasında qalıq hissələrə aid müqavilə olmadığından, CSVS tərəfindən təqdim edilən qiymətlər daha sərfəli olduğunda həmin razılığa gəlmək mümkün olardı. Murphy və CSVS şirkətinin dəfələrlə avadanlığın Kompleksdən çıxarılmasının davamını təşkil etmək barədə və əks halda həmin avadanlıqa ad hoc saxlanc qiymətləri tətbiq edilməsi barədə 07/11/18-ci il tarixli məktubunda qoyulan tələblərinə baxmayaraq xxxx şirkəti CSVS şirkətinin təklif etdiyi yük əməliyyatlarına dair və mühafizəli saxlanca aid qiymətlərlə razilaşmadan, yük əməliyyatlarına dair qiymət təklifinə qarşı CSVS şirkətinə xxxxa sərfəli qiymətlər barəsində heç bir təklif vermədən 13/11/2018 tarixli GM-DL 598/18 nömrəli məktubu ilə Murphy şirkətinə yenidən, daha real qiymətləri xxxxin subkontraktoru xxxx şirkəti ilə müzakirə etməsini, danışıqlar aparmasını təklif etmiş və avadanlığın Kompleksdə saxlanc xərclərinin sirf Murphy şirkətinin həmin avadanlığın xxxxa 12/11/17-ci il tarixindən qaytarmasina imtina etdiyindən xxxx şirkətinin üzərinə heç bir öhdəlik qoyula bilməz. xxxxın subkontraktoru olan Bos Shelf e-mail yazışmasında birmənalı olaraq göstərmişdir kı, xxxxdan tapşırıq almadan CSVS şirkətilə xxxxın mallarına dair heç bır hərərkət aparmayacaqdır. Lakin, buna baxmayaraq xxxx avadanlığın kompleksdən çıxarılmasını heç bir əsas olmadan, CSVS şirkətinə tapşırmaqla öz mallarının talehinin həllindən boyun qaçırmışdır. Murphy 19/11/18-ci il tarixli 01-503 məktubunda xxxxa cavab olaraq xxxxin avadanlığına dair ad hoc mühafizəli saxlanc xidmətinin 15/11/17-ci ildən yarandığını, həmin Qiymətlərin həmçinin yük əməliyyatlarınin formalaşması və Abşeron yarmadasında mövcud olması barədə ətraflı izahat verərək yenidən tələb etmişdir ki, avadanlığın tezliklə Kompleksdən çıxarılmasına dair xxxx rəsmi Sorğu/Tapşırıq və ya Sifariş (PO) təqdim etsin. 26/11/18-ci il tarixli GM-DL 623/18 nömrəli cavab məktubunda xxxx heç bir Sorğu və ya Sifariş (PO) təqdim etmədən, heç bir qarşı qiymət təklifi ilə qayitmadan sadəcə Murphynin CSVS şirkətinin adindan təqdim edilən qiymətləri cavabsiz qoyaraq yenə də avadanlığının Murphy şirkəti tərəfindən 2017-ci ilin noyabr ayından başlayaraq zorla saxlamasini bildirərək Murphy avadanlığı Kompleksdən cixarib təhvil verməsini tələb etmişdir. Murphy şirkəti 03/12/18-ci il tarixli 01-514 nömrəli məktubu ilə yenidən CSVS şirkətinin təklif etdiyi Qiymətlərin formalaşmasinin izahatini verərək, xxxx şirkətindən tələb etmişdir ki, xxxx avadanlığının çıxarmasına dair lazimi tədbirlər görsün. CSVS və Murphy şirkətləri tərəfindən avadanlığın Kompleksdən cixarlmasina dair tələblərə baxmayaraq xxxx yükləmə qiymətləri ilə razi olmadığından avadanlığıni Kompleksdə çıxarılmasının yubandırmasina baxmayaraq, hər bir cavabda onun əmlakının Murphy və CSVS şirkətləri tərəfindən zorla saxlanıldığı və xxxxin nümayəndələrinin Kompleksin ərazisinə həmin şirkətlər tərəfindən buraxilmadığını bu günədək iddia edir. Halbuki, xxxx tərəfindən onun mallarının qanunsuz saxlanılması barədə hər hansı bir subut bu günə təqdim edilməmişdir. Qeyd etmək lazimdir ki, həm Murphy şirkətinin, həm də CSVS şirkətinin TEPAb 12-20-00 sayli müqaviləsinin müddəti bitən zamandan xxxxin avadanhğıni həmin avadanlığın mühafizəli saxlancı odənilməyənə kimi sahibliyində saxlamağina görə Azərbaycan Respublikasının Mülki Məcəllənin 830-cu maddəsinə əsasən, tam hüquqi əsasları olmuşdur, lakin nə Murphy, nə də ki, CSVS şirkətləri tərəfindən bir dəfə də olsun həmin hüquqlardan xxxxa qarşı istifadə edilməmişdir CSVS şirkəti 24/12/18-ci il tarixli həmin tarixli 009 nömrəli AZN 2, 276, 666.35 miqdarına hesab fakturasını (invoice) xxxx şirkətinə göndərərək xxxxdan yenə də avadanlığı kompleksdən çıxarılmasının davamına dair tədbirlər görməsini xahiş etmişdir. 25/02/19-ci il tarixli növbəti 012 nömrəli AZN 4, 553, 332.70 miqdarlı hesab fakturaya (invoice) aid məktubunda CSVS şirkəti xxxxa göstərilmiş mühafizəli saxlanc xidmətlərinə görə ümumi borc məbləğinin AZN 7, 167, 826.96 çatdığını və gündəlik mühafizə saxlanc xidmətlərinə görə AZN 73, 440.85 itirmək əvəzinə avadanlığın Kompleksdən çıxarılaraq adı anbar saxlanc ərazisinə keçirməklə külli miqdarda xərclərdən özünü qoruya biləcəyi xxxx şirkətinin nəzərinə çatdırılmışdır. Yenidən CSVS şirkəti 27/03/2019-cu il tarixli 013 saylı hesab fakturanı (invoce) göndərərək xxxxa xatırlatmışdır ki, göstərilən saxlanc xidmətlərinə görə günlük AZN 73, 444. 85 miqdarında xidmət haqqı hesablanır və borcun miqdarı AZN 9, 371, 052.46 yüksəlmişdir. CSVS 03/06/2019-cu il tarixli 017 saylı məktubunda xxxx şirkətinə növbəti xəbərdarlıq göndərməklə, avadanlığın Kompleksin ərazisində qalmasının CSVS şirkətinə həmin ərazini terminal şəkilində işlətməyə mane olduğunu xxxxın nəzərinə çatdırmış və avadanlığın ayrı sahəyə keçirilməsi ilə əlaqədar Kompleksdə inventarlaşdırma işləri və müşahidə etmək məqsədilə xxxx şirkəti tərəfindən öz nümayəndələrinin göndərilməsi xahiş olunmuşdur. xxxx 19/06/2019-cu il tarixli GM- DL 245/19 saylı cavab məktubunda CSVS şirkətinin xahişini təxribat adlandıraraq qətiyyətlə onun avadanlığını yerindən tərpətməyə qadağa qoyduğunu bildirmiş və Murphy şirkətinə müraciət edərək həmin avadanlığı Kompleksdən bazar qiyməti ilə çıxarmasına icazə verməsinə çağırmışdır. Yenidən xxxx şirkəti CSVS tərəfindən yüksək xidmət qiymətləri barəsində xəbərdar olmasına baxmayaraq həmin avadanlığı tərpətməyə imtina etmişdir. CSVS 27/07/2019-cu il tarixli 022 nömrəli məktubu ilə xxxx şirkətinə növbəti AZN 8, 959, 783.70 miqdarında hesab faktura (invoice) göndərərək bildirmişdir ki, avadanlığı gömrük zonasında saxlamaqdansa gömrük zonasından kənarda saxlamaq daha ucuz olardı. Növbəti 022 hesabli 28/09/2019-cu il tarixli miqdarı AZN 4, 553, 332.70 təşkil edən hesab fakturanı CSVS şirkəti xxxxa təqdim edərək, xxxxdan avadanlığın saxlancına və ya daşınmasına dair heç bir sorğu və ya tapşırıq almamışdır. Növbəti 023 saylı 06/12/2019cu il tarixli AZN 4, 920, 536.95 miqdarında hesab fakturanı göndərərək CSVS şirkəti həmin tarixli məktubunda yenidən xxxx şirkətinə müraciət edərək nəzərinə çatdırmışdır ki saxlanc xidmətlərinə görə xxxx şirkətinin borcu daha AZN 14, 291, 589.41 miqdarına çatmışdır, xahiş etmişdir ki xxxx avadanlığını daha ucuz saxlanc xidmətləri təklif edən əraziyə keçirsin və CSVS şirkətinə öz ərazisində biznesin genişləndirilməyi tələbatlarına imkan versin. Öz tərəfindən CSVS şirkəti xxxx şirkətinə yükləmədə və nəqliyyatda istənilən kömək göstərməyə hazırlığını bildirmişdir. Növbəti 031 saylı 01/06/2020-ci il tarixli AZN 6, 583, 117.35 təşkil edən hesab fakturanı (invoice) göndərərək, həmin tarixli 047 saylı məktubunda CSVS şirkəti xxxx şirkətinin nəzərinə çatdırmışdır ki xxxxın mühafizəli saxlanc xidmətlərindən istifadə borcu toplam AZN 27, 190, 613.90 miqdarına çatmış və belə bir qeyri-normal xərcləri çoxaltmaqdansa xxxxa təklif edilmişdir ki, onun Kompleksdən avadanlığlarını çıxarmaq fikri yoxdursa, heç olmasa həmin avadanlığı bahalı gündəlik ad hoc şərtləri ilə saxlamaqdan uzun müddətli saxlanc ərazisinin İcarə müqaviləsi bağlanılsın və bununla da avadanlığın saxlanc xidməti qiyməti onun çəkisinin kiloqramla gündəlik saxlanda hesablanmasının əvəzinə, həmin avadanlığın yerləşdiyi ərazinin İcarədə olaraq aylıq kvadrat metrəsi ilə ölçülsün. CSVS şirkəti belə İcarə müqaviləsinə aid aylıq əlverişli qiymətlər təklifini öhdəsinə götürmüşdür. Bundan başqa CSVS şirkəti xxxxla toplam borcun miqdarının azaldılmasına dair danışıqlara dəvət etmişdir. Həmin məktuba cavab olaraq, xxxx şirkəti GM-RA 283/20 nömrəli 10/06/2020-ci il tarixli məktubunda xxxxın CSVS şirkəti ilə heç bir hüquqi və qeyri - hüquqi əlaqəsi olmamadığından, xüsusilə xxxxın zorla saxladığı avadanlığına dair, CSVS şirkətindən xahiş etmişdir ki, xxxx şirkətinə mənasız və anormal təkliflərlə müraciət edilməsin. xxxx şirkətinin qeyri adekvat reaksiyasına baxmayaraq, CSVS şirkəti 06/07/2020-ci il tarixli 053 saylı məktubu ilə xxxx şirkətinə müraciət edərək ona xxxxın bütün avadanlığını Kompleksdən çıxarmasına dair xxxxın Murphy ilə quraşdırılmış 05/02/2020-ci il tarixli saxta Barışıq Sazişin də nəzərdə tutulan qiymətdən daha sərfəli qiymət təklifi göndərmişdir. Həmin qiymət təklifinə xxxxdan heç bir cavab gelməmişdir. CSVS şirkəti növbəti 01/09/2020-ci il tarixli 060 saylı AZN 6, 756, 558.20 miqdarında hesab fakturanı xxxxa göndərərək həmin tarixli 061 saylı məktubunda xxxx şirkətinin nəzərinə çatdırdı ki, toplam borcun miqdarı daha AZ 33, 947, 172.10 miqdarına çatmışdır. Yenə də, xxxxın mənasız saydığı CSVS şirkətinin təkliflərinə son qoymaq xahişinə baxmayaraq, həmin məktubda borcun toplanmasının qabağını almaq naminə Kompleksdə yerləşən avadanlığı gündəlik ad hoc saxlanc şərtlərindən, həmin avadanlıq yerləşən anbar sahəsinə dair İcarə müqaviləsi bağlanması təklif edilmişdir. Bundan başqa xxxxa xatırladılmışdir ki, CSVS şirkətinin 06/07/2020-ci ildə yükləmə və avadanlığı kompleksdən xxxx göstərdiyi yerə daşınması qiymətlərinin təklifləri qüvvədə olmuş və xxxx həmin təklifə razılığını bildirən zaman lazımı işlərin dərhal başlanmasına CSVS öhdəlik götürmüşdür. CSVS şirkətinin avadanlıqları Kompleksdən çıxarmağa dair təklifləri xxxx şirkəti tərəfindən iqnor edildiyi halda, xxxx şirkəti 13/08/2020ci il tarixində məhkəməyə onun əmlakını/avadanlığını CSVS şirkətinin qanunsuz sahibliyindən geri tələb edilməsi barədə CSVS şirkətinə qarşı iddia ilə müraciət etmişdir. Yenə də xxxxın qeyri-adekvat hərəkətlərinə baxmayaraq, 19/08/2020-ci il tarixli 051 saylı məktubu ilə CSVS şirkəti öz anbardar vəzifəsini yerinə yetirərək xxxx şirkətinin kompleksdə yerləşən konteynerlərinin möhürlərinin bərbad hala gəlməsi barədə xəbərdarlıq göndərərək təklif etmişdir ki, xxxx öz nümayəndələrini göndərərək həmin konteynerlərə aid inventarlaşma təşkil etsin və qurğunun möhürləri təzələsin. Həmin avadanlığın daşınması təklifini yenə də iqnor edərək, xxxx CSVS şirkətinin inventarlaşma aparılması tələbinə dair məktubuna 28/08/2020-ci il tarixdə GM-RA 350/20 saylı məktubla cavab verərək, bildirmişdir ki, xxxx öz əmlakını CSVS-in qanunsuz sahbliyindən geri almaq və CSVS şirkətindən vurulmuş zərəri ödəmək üçün məhkəməyə müraciət etmişdir, bununla əlaqədar 02 və 03 sentyabr tarixlərində xxxxın nümayəndələri zərərin miqdarını hesablamaqdan ötrü Kompleksə buraxılmalıdırlar. Adıçəkilən 28/08/2020-ci il tarixli məktub vaxtinda CSVS şirkətinə göndərilmədiyindən 02/09/2020-ci ildə saat 10:00 da Kompleksə gələn nümayəndələri Kompleksə dərhal buraxmaq mümkün olmadı, lakin onlara Kompleksin mühafizə və nəzarət buraxılış məntəqəli saxlanc ərazisinə keçmək üçün yerində icazə alınması təklif olundu. Buna baxmayaraq, bir qədər vaxtdan sonra nümayəndələr Kompleksi tərk etdilər. Beləliklə bu günə kimi CSVS şirkəti idarə etdiyi X22 anbarı, açıq tipli gömrük anbarı və biznes kompleksində yerləşən xxxx şirkətinə məxsus mallar CSVS şirkəti tərəfindən sahibliyə götürülməmiş və sırf xxxx şirkətindən yükləmə və nəqliyyat işlərinin aparılmasına dair Sorğu/Tapşırıq və ya Sifariş olmadığından Kompleksdə saxlanc altında qalmışlar. Bu günə xxxx şirkətinin hərəkətsizliyi, professional məsləhəti nəzərə almaq istəməməsi, şişdirilmiş nüfuzuna qeyri-sağlam şəkildə güvənməsi ucbatından saxlanc xidmətlərinə görə gündəlik əlavə AZN 73.000 manat ödəməlidir. Yəni xxxx, yük və daşınma əməliyyatlarına dair təklif olunan bütün 1 468 817 kg çəkisində olan 2000 kvadrat metrə sahəni zəbt edən, Kompleksdən birdəfəlik çıxarmasına 60-adək yük avtomobili tələb edilən və xxxxın istədiyi yerdə təhvil verilməli olan avadanlığına AZN 70.000 və sonra 65.000 manatın məbləğini yüksək bilərək, həmin avadanlığı Kompleksdə saxlayaraq günə AZN 73.000 borc yaratmağını daha məqsədə uyğun bilmişdir. 28/01/2020 xxxx Murphy şirkətinin vasitəsilə CSVS şirkətinə Barışıq Sazişinin proyektini təklif etmişdir. Həmin proyektə əsasən xxxx Murphy şirkətinə $150,000.00 verməli və sonra iki tranşla $35.000 və $35.000 Murphy şirkətinə köçürməklə xxxxın bütün avadanlığının Kompleksdən daşınılmalı, CSVS isə xxxx şirkətinə qarşı tələblərində imtina etməli idi. X24 CSVS şirkətinin borc tələblərinin həllini öz üzərinə götürür. 25 saylı 07/02/2020-ci il tarixli məktubla CSVS xxxxa tələbinin AZN 6,000, 000.00-dək azaltmaqa hazır olduğunu bildirir və Barışıq Sazişinin proyektində dəyişikliklərin bu qaydada edilməsini təklifi edir. 13/02/2020-ci il tarixində xxxxın idarəedici direktorundan CSVS şirkətinin müdirinə ünvanlanmış emaildə göstərilir ki, artıq 05/02/2020-ci il tarixində öz xoşlari ilə, heç bir təzyiq altında olmadan bütün tərəflər, yəni xxxx, CSVS və Murphy xxxx şirkətinin Barışıq Sazişinin versiyası ilə razılşaraq imzalamışlar. xxxx və Murphy ilə birgə heç bir danışıqlarda iştirak etməyən və heç bir Barışıq Sazişinə imza atmayan CSVS şirkətinin müdiri Gulamir Gulamirovun çoxsaylı sorğularından və məsələnin hüquq mühafizə orqanlarına çatdıracağı barədə xəbərdarlıqından sonra xxxxın idarəedici direktoru imzali və möhürlü Sazişin elektron nüsxəsini öz e-maili vasitəsilə Gulamir Gulamirova təqdim etmişdir. Həmin Sazişdə CSVS şirkətinin direktoru Gulamir Gulamirovun imzasının saxtalaşdırıldığı aşkar olunmuşdur. CSVS tərəfindən dərhal xxxx şirkətinə bu barədə 13/02/2020-ci il tarixli 26 saylı məktubula ətraflı məlumat verilmiş və bildirilmişdir ki, həmin Barışıq Sazişi tərəfimizdən imzalanmadığından nəzərə alına bilməz və ümumiyyətlə Murphy şirkəti Sazişin tərəfi ola bilməz. Buna baxmayaraq xxxx və Murphy şirkətləri CSVS şirkətinin xəbəri olmadan xxxx şirkətini yaranmış çıxılmaz vəziyyətdən qurtarmaq üçün saziş bağlamışlar. Həmin sazişə CSVS şirkətini də cəlb etmək üçün cəhdlər göstərsələr də, bu uğursuzluqla nəticələnmişdir. Buna görə də, xxxx tərəfindən öz qarşılıqlı iddiasında onlar tərəfindən imzalanmayan barışıq sazişinə istinad edilməsini əsassız hesab edirlər. CSVS şirkəti heç bir zaman xxxx şirkətinə məxsus avadanlıqları zorla saxlamamış, əksinə onların tezliklə çıxarılmasına və ya başqa əraziyə keçirilməsinə dair icarə müqaviləsinin bağlanılmaqla xərclərin azaldılmasına dair təkliflərlə dəfəlrlə müraciət etmişdir. Hətta xxxx ilə Murphy şirkətlərinin tərtib etdikləri tərəflərindən imzalanmayan barışıq sazişində qeyd etdikləri yükləmə və daşıma xidmətlərinin qiymətlərindən aşağı qiymətlə təklifləri dəfələrlə irəli sürsələr də, ya təkliflərə heç bir cavab almamış, ya da təklifləri xxxx tərəfindən kobud şəkildə rədd edilmişdir. xxxx şirkəti tərəfindən iddiasının əsasını təsdiq edən heç bir subut, fakt, məktub, xəbərdarlıq məhkəməyə təqdim edilməmişdir. Beləliklə, CSVS şirkəti xxxx şirkətinin əmlakına qanunsuz sahiblik etməmiş, əksinə xxxxin avadanlığının güzəştli qiymətlərlə Komplkesdən çıxarılmasına hazır olduğunu dəflərlə bildirmişdir. Bununla əlaqədar, xxxx şirkəti tərəfindən avadanlığın Kompleksdən birdəfəlik çıxarılması üçün Sorğu, Tapşırıq və Sifariş (Purchase Order) göndərilməlidir. Həmin sənədlər təqdim edilən kimi, CSVS şirkəti dərhal yüksək professional səviyyədə ən muasir texnika vasitəsilə xxxxin butun avadanlıqlarıni Sorğu/Tapşırıqda göstərilən ünvana çatdıracaqdir. CSVS şirkəti olaraq xxxx şirkətinin avadanlığını qanunsuz sahiblikdə heç vaxt saxlamamışlar, məhz buna görə də hazırki iddia tələbini və ondan irəli gələn digər tələbləri də qəbul etmirlər. İlkin iddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinə və ona edilmiş əlavəyə, iddianın həcminin artırılmasına dair ərizələrə uyğun izahat verərək ilkin iddanın təmin olunmasını, qarşılıqlı iddianın isə rədd olunmasını məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1024/2019 saylı qərardadı ilə iddiaçı “İddiaçı" MMC cavabdeh “xxxx” şirkətinə qarşı «borcun və vurulmuş zərərin ödənilməsi tələbinə dair» iddia tələbi hüquq və vəzifələrinə təsir edə biləcəyi üçün “xxxx” MMC iş üzrə iddiaçı tərəfindən mübahiə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. ( ilkin iddiaçının vəsatəti üzrə) İlkin iddia üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasında ilk iddianı qəbul etməyərək əsassız olduğu üçün rədd olunmasını, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ilk və qarşılıqlı iddia ərizələrini, ilk iddiaya olunan əlavələri və ərizələri, işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, ilk iddia aşağıda göstərilənlərə rədd edilməli, qarşılıqlı iddia isə qismən təmin edilməldir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - «İcarəyə verən» Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə «İcarəçi» “xxxx” LTD MMC arasında bağlanmış10.05.2032-ci il tarixədək qüvvədə olması müəyyən edilmiş 10 may 2017-ci il tarixli 306/97 saylı müqavilədən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan şossesi 28- 30-cu km. ünvanında qeyri-yaşayış binasını yerləşdiyi 21,333,7 kv.m torpaq sahəsi icarəyəverən tərəfindən icarəçiyə icarə şərtləri əsasında müvəqqəti istifadəyə verilir. Torpaq sahəsinin illik icarə haqqı 25632,0 manat, aylıq icarə haqqı isə 2136,0 manat təşkil edir. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya RX № ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan şossesi 28- 30-cu km ünvanda qeyri - yaşayış binasının yerləşdiyi 1036,7 kv.m dövlət mülkiyyətində olmaqla «Murphy Şipping & Commercial Services Azərbaycan MMC» -nin istifadəsində olan sahə kimi 22.07.2016-cı ildə qeydiyyata alınmışdır. - «Sifarişçi»xxxx«Murphy Şipping & Commercial Services Azərbaycan MMC» ilə «İcraçı»xxxxİddiaçı MMC-i ilə arasında bağlandığı gündən 10 il müddətinə qüvvədə olması müəyyən edilmiş 01.12.2017-ci il tarixli «Təsərrüfat idarəçiliyi barədə) müqavilədən görünür ki, təsərrüfat sahəsinin təsərrüfat idarəçilyinə götürərək həmin sahədə müştərilərə ödənişli razılaşdırılmış qiymətlərlə saxlanc və sahədəki yüklərin qaldırılması/yüklənməsi və s. xidmətləri göstərilməsini tərəflər öz aralarında razılaşdırmışlar. - Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 04 aprel 2018-ci il tarixli 2(009)-1359/18 saylı qərardadı ilə cavabdeh “xxxx” Şirkətinin iş üzrə icraata xitam verilməsi barədə vəsatəti qismən təmin edilərək, iddiaçı “xxxx” MMC-nin cavabdehlər “xxxx” Şirkətinə, X4 və X9 qarşı “ əsas borcun və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata cavabdeh “xxxx” Şirkətinə aid hissədə xitam verilmiş, cavabdeh “xxxx” Şirkətinə qarşı tələbləri üzrə mübahisəni həmin hüquqi şəxslə bağladığı müqavilə şərtlərinə uyğun qaydada həll etmək hüququ olması iddiaçı “xxxx” MMC-yə izah edilmiş, vəsatət qalan hissədə təmin olunmamışdır. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 may 2018-ci il tarixli 2(103)- 6267/18 saylı qərardadı ilə iddiaçı “xxxx“ MMCnin şikayəti təmin edilməmiş, cavabdehlər X2 və X7 şikayətləri təmin edilərək iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 aprel 2018-ci il tarixli qərardadı qismən yəni, cavabdehlər X10 və X9 dair hissədə iş üzrə icraata xitam verilməsi barədə vəsatətin təmin edilməyən hissəsində ləğv edilərək, həmin hissədə də vəsatət təmin olunmuş, iddiaçı “xxxx” MMC-nin cavabdehlər “xxxx” şirkəti, X10 və X9 qarşı “əsas borc və vurulmuş ziyanın ödənilməsi” tələblərinə dair iş üzrə icraata cavabdehlər X10 və X9 dair hissədə də xitam verilmiş, qərardad qalan hissədə yəni, iddiaçı “xxxx” MMC-nin cavabdehlər “xxxx” şirkəti, X10 və X9 qarşı “əsas borc və vurulmuş ziyanın ödənilməsi” tələblərinə dair iş üzrə icraata cavabdeh “xxxx” şirkətinə aid hissədə xitam verilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır - Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 18.09.2018-ci il tarixli 2(102)-5666/18 saylı qərarı ilə iddiaçı “xxxx“ MMC-nin kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 22 may 2018-ci il tarixli, 2(103)-6267/18 saylı qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 oktyabr 2018-ci il tarixli 2(103)-11554/2018 saylı qərardadı ilə iddiaçı “xxxx“ MMCnin və cavabdelər X10 və X7 şikayətlərinin təmin edilməməsi qərara alınmışdır. - Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 18.03.2019-cu il tarixli 2(102)-1499/18 saylı qərarı ilə iddiaçı “xxxx“ MMC-nin kassasiya şikayəti təmin edilmərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 oktyabr 2018-ci il tarixli 2(103)-11554/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1024/2019 saylı, 23 sentyabr 2019-cu il tarixli qərardadından görünür ki, cavabdeh “xxxx” Şirkətinin nümayəndəsi və vəkili Vəkil1 mübahisə predmeti üzrə arbitrac razılaşmasının mövcud olması səbəbindən iş üzrə icraata xitam verilməsi barədə ərizəsi təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-812/2019 saylı qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1024/2019 saylı, 23 sentyabr 2019-cu il tarixli qərardadının ləğv edilməsi, Cavabdeh “xxxx” Şirkətinin şikayəti təmin edilməsi, İddiaçı MMC-nin cavabdeh “xxxx” Şirkətinə (üçüncü şəxs: “Murphy Shipping & Commercial Services“) qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinin icraata xitam verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(102)-31/2020 saylı qərarı ilə İddiaçı MMC-nin və 3-cü şəxs “xxxx” MMC-nin kassasiya şikayətləri təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 oktyabr 2019-cu il tarixli qərardadının ləğv edilməsi, işin mahiyəti üzrə baxılmaq üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. - İddiaçı MMC-nin “xxxx” Şirkətinə ünvanladığı 01.02.2021-ci il tarixli 64 saylı məktubdan göstərilmişdir ki, «Bununla əlavədə nəzərinizə şirkətlərinin növbəti invoysunu çatdırır. Əlavədəki TTL 01/21 saylı 01/02/2021-ci il tarixli invoys 01/09/2020-ci il tarixindən 30/11/2021-ci il tarixlərinə aid xxxx şirkətinin avadanlığının 91 gün ərzində ad hoc mühafizəli saxlanc müddətini əhatə edir. Yaranmış borc AZN 6, 683, 117.35 təşkil edir. Beləliklə xxxx şirkətinin 01/12/2020-ci il tarixinə yığılmış ümumi borcun məbləği AZN 47, 827, 498.60 çatıbdır. Yenədə xahiş edirlər CSVS idarə etdiyi X15 anbar və bizness kompleksində gündəlik mühafizəli saxlancda olan xxxx şirkətinin avadanlıqlarının kompleksdən təcili çıxardılması məsələsini həll edəsiniz. Bildiyiniz kimi avadanlığınızın CSVS idarə etdiyi kompleksinin öhdəsində saxlancda qalaraq günə AZN 73, 440.85 miqdarında saxlanc borcu yaradır. Sizin nəzərinizə bu barədə dəfələrlə çatdırılmış xahişləri və xəbərdarlıqları bu günə kimi nəticəsiz qalır. Sizin tərəfinizdən bu günə CSVS şirkətinə avadanlığın kompleksdən çıxarmasına dair heç bir qiymət sorğusu daxil olmamışdır, onlar tərəfindən sizin ünvanınıza dəfələrlə göndərilmiş qiymətlər təklifi isə cavabsız qalmışdır. Yenə də xahiş edirlər yaradılmış borcu tezliklə ödəyəsiniz və avadanlığınızın kompleksdən çıxarılması barədə qiymət sorğusu və rəsmi sifariş təqdim edəsiniz» - İddiaçı MMC-nin “xxxx” Şirkətinə ünvanladığı 01.03.2021-ci il tarixli 65 saylı məktubdan göstərilmişdir ki, «Bununla əlavədə nəzərinizə şirkətlərinin növbəti invoysunu çatdırır. Əlavədəki TTL 02/21 saylı 01/03/2021-ci il tarixli invoys 01/12/2020-ci il tarixindən 01/03/2021-ci il tarixlərinə aid xxxx şirkətinin avadanlığının 90 gün ərzində ad hoc mühafizəli saxlanc müddətini əhatə edir. Yaranmış borc 6, 609, 676.50 AZN təşkil edir. Beləliklə xxxx şirkətinin 01/03/2020-ci il tarixinə yığılmış ümumi borcun məbləği daha AZN 54, 437, 175.10 çatıbdır. Yenədə xahiş edirlər CSVS idarə etdiyi X15 anbar və biznes kompleksində gündəlik mühafizəli saxlancda olan xxxx şirkətinin avadanlıqlarının kompleksdən təcili çıxardılması məsələsini həll edəsiniz. Bildiyiniz kimi avadanlığınızın CSVS idarə etdiyi kompleksinin öhdəsində saxlancda qalaraq günə AZN 73, 440.85 miqdarında saxlanc borcu yaradır. Sizin nəzərinizə bu barədə dəfələrlə çatdırılmış xahişləri və xəbərdarlıqları bu günə kimi nəticəsiz qalır. Sizin tərəfinizdən bu günə CSVS şirkətinə avadanlığın kompleksdən çıxarmasına dair heç bir qiymət sorğusu daxil olmamışdır, onlar tərəfindən sizin ünvanınıza dəfələrlə göndərilmiş qiymətlər təklifi isə cavabsız qalmışdır. Yenədə xahiş edirlər yaradılmış borcu tezliklə ödəyəsiniz və avadanlığınızın kompleksdən çıxarılması barədə qiymət sorğusu və rəsmi sifariş təqdim edəsiniz. - İddiaçı MMC-nin “xxxx” Şirkətinə ünvanladığı 01.02.2021-ci il tarixli invoysdan görünür ki, sonuncu onlara ödəməli olduğu məbləğ AZN 6 683 117,35-dir. -Azərbaycan Respublikası “Müstəqil Məhkəmə Ekspertizasf’nın 435 nömrəli, 30 sentyabr 2020-ci il tarixli rəyindən görünür ki, İddiaçı MMC-nin 2018-2020-ci il tarixlərində təsdiq ediliş yük sahələrinin, ofislərin və texnikanın icarəsi, malların saxlanc xidmətləri və yük əməliyyatları xidmətlərinə dair qiymətlərin Abşeron yarmadasında mövcud olan qiymətlərə uyğun olması (bazarda olan qiymətlərdən yüksək, orta səviyyə və ya aşağı olması) sualı üzrə icarə, anbar saxlama, yük əməliyyatları, yük əməliyyatları texnikasının qiymətləri üzrə gəldiyi nəticədən görünür ki, Abşeron yarımadasında yerləşən anbar sahələrinin 1 kv.m-nin 1 aylıq orta icarə haqqı təxminən 3,70 manat müəyyən edilir. İcarə qiymətləri sifarişçi - “xxxx” MMC şirkətinin tariflərində göstərilən yük sahələrinə dair aylıq icarə qiymətləri Abşeron yarımadasında mövcud olan icarə qiymətlərinə uyğundur. (İcarə qiymətləri)Abşeron yarımadasında yerləşən anbar xidmətləri təklif edən şirkətlərlə müqayisədə sifarişçi -“xxxx” MMC şirkətinin tariflərində göstərilən 1 kilonun gündəlik saxlanc qiymətləri Abşeron yarımadasında mövcud olan qiymətlərdən aşağıdır. (Anbar saxlama xidmətləri qiymətləri) Abşeron yarımadasında yerləşən anbarlarda yük əməliyyatları xidməti təklif edən şirkətlərlə müqayisədə sifarişçi -“xxxx” MMC şirkətinin tariflərində göstərilən yük əməliyyatları qiymətləri Abşeron yarımadasında mövcud olan qiymətlər səviyyəsindədir. (yük əməliyyatları xidmətləri qiymətləri). Abşeron yarımadasında yerləşən anbarlarda yük əməliyyatları texnikasının işlədilməsinə dair qiymətləri təklif edən şirkətlərin tarifləri ilə müqayisədə sifarişçi - “xxxx” MMC şirkətinin tariflərində göstərilən yük əməliyyatları texnikasının işlədilməsi qiymətləri səviyyəsi Abşeron yarımadasında mövcud olan qiymətlərə uyğundur (Yük əməliyyatları texnikasının istifadə qiymətləri). Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iş üzrə ilkin iddiaçının tələbi aşağıda qeyd olunan iki müqavilə üzrə yaranan öhdəliklərin -cavabdehin baş ofisi olan, Niderland Krallığında təsis edilmiş və qeydiyyat nömrəsi 27324200 olan “xxxx E&P Absheron B.V.” (“xxxx”) Şirkəti tərəfindən yerinə yetirilməsidir: - TEPAB-13-06-00 saylı, 18 iyun 2013-cü il tarixli müqavilə (Müqavilə 1); - TEPAB- 12-20-00 saylı, 15 noyabr 2012-ci il tarixli müqavilə (Müqavilə 2). İşin materiallarından görünür ki, hər iki müqavilə üzrə tərəflər qismində Sifarişçi xxxx və İcraçı Azərbaycan Respublikasının qanunvericiliyi əsasında təsis edilmiş, VÖEN ********** olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (“Murphy”) çıxış edirlər. Göründüyü kimi, hazırki ilk iddia tələbi xxxx şirkəti ilə Murphy arasında olan TEPAB- 12-20-00 saylı, 15 noyabr 2012-ci il tarixli müqavilədən irəli gəlir. Qeyd edilən müqavilənin 17.1-ci maddəsinə əsasən, müqavilə 2 Fransa qanunvericiliyi ilə tənzimlənir və şərh edilir. Eyni zamanda, tərəflər arasında hər hansı mübahisə danışıqlar yolu ilə 45 gün ərzində həll olunmadığı halda, tərəflər arbitraca müraciət etməlidirlər. Bu halda, məsələ üzrə Beynəlxalq Ticarət Palatasının Arbitrac Qaydaları əsasında üç arbitr tərəfindən baxılmalıdır. Qanunvericiliklə bağlı eyni şərtlər Müqavilə 1-də öz əksini tapır. Lakin, Müqavilə 2-dən fərqli olaraq, Müqavilə 1-də arbitracın yeri qismində Sinqapur müəyyən edilir. İşin materiallarından görünür ki, Murphy yuxarıda qeyd edilən müqavilələr üzrə Bakı şəhəri, Səbail rayon məhkəməsində iddia qaldırsa da, cavabdeh xxxx Şirkəti mübahisənin Fransa qanunvericiliyinə əsasən beynəlxalq arbitrac tərəfindən həll edilməli olmasını əsas gətirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşin materiallarından daha sonra görünür ki, qeyd edilən məsələyə qəbul edilmiş və qanuni qüvvəsini almış məhkəmə aktları ilə hüquqi qiymət verilmişdir. Hazırki iş üzrə ilk iddia tələbinin mahiyyəti ondan ibarətdir ki, xxxx Abşeron şirkətinin Murphy ilə bağlanmış TEPAb-12-20-00 nömrəli 15/11/2012-ci il tarixli tender üsulu ilə udulmuş loqistika müqaviləsi əsasında Murphy şirkəti xxxx Abşeron şirkətinə 24 saat mühafizə olunan və nəzarət-buraxılış məntəqəsi sistemi ilə təmin edilmiş gömrük zonasında yerləşən 2000 kv/m açıq anbar sahəsini kvadrat metrini $2.5 qiyməti ilə uzun müddətli icarəyə vermiş, 01/12/2017-ci il tarixdən başlayaraq CSVS şirkətinin idarəçiliyinə keçən X17 biznes və anbar kompleksində yerləşən xxxx şirkətinin avadanlığına dair 24 saat mühafizə və videoçəkiliş ilə təmin edilən ad hoc saxlanc xidmətləri göstərilməsinin ödənişi tələbinə dair səlahiyyətlər CSVS şirkətinə keçmiş, TEPAb 12-02-00 nömrəli müqavilənin müddətinin bitdiyi tarixdən, xxxx şirkətinin açıq sahə anbarının 2000 kvadrat metrəsində yerləşən avadanlığına dair yeni icarə müqaviləsi tətbiq olunmamış, xxxx tərəfindən hər hansı bir müqavilə bağlamaq təşəbbüsü irəli sürülməmiş, xxxx tərəfindən mallarının Kompleksdən çıxarılmasına dair heç bir konkret Sorğu/Tapşırıq təqdim edilməmiş, avadanlığın anbarın ərazisindən çıxarılmasına kimi müvəqqəti əlavə vaxt verilməsi barəsində müraciət edilməmiş və bununla bağlı 15 noyabr 2017-ci il tarixindən həmin avadanlığın anbarda qalmasının hüquqi statusu avtomatik olaraq icarəyə götürülmüş anbar sahəsində saxlanan avadanlıqdan gündəlik mühafizəli saxlanc xidmətləri altında qorunan avadanlığa çevrilmiş, icarə müqaviləsi ilə Tənzimlənən hüquqi münasibətlər malların icarə müqaviləsi bitdikdən sonra Kompleksdə saxlanmasının davamı səbəbdən avtomatik surətdə fakt əsasında (de-facto) gündəlik ad hoc Saxlanc müqaviləsi ilə tənzimlənməyə başlanılmışdır. Bununla əlaqədar ödənişlərin əsasını təşkil edən ölçü vahidləri anbar sahə İcarəsinə bəlli olan kvadrat metrəcən mühafizəli saxlanc xidmətlərinə xas olan ölçü vahidi - kiloqrama çevrilmiş və bununla belə ödənişin hesabatının əsası avadanlığın tutduğu ərazinin ölçüsü əsasında yox, həmin avadanlığın kilo ilə ölçülən çəkisi götürülür. Saxlanc Qiymətlərinə dair hər hansı bir uzun müddətli müqavilə olmadığından xxxx Şirkətinin avadanlığı anbarda bu günədək güzəştsiz, gündəlik yüksək qiymətli ad hoc mühafizəli saxlanc müqaviləsi əsasında saxlanılır. Belə vəziyyət bu günədək müştəri-xxxxin istəyi ilə davam etməkdə olması iddia edilir. İlk iddiaçı tərəf iddiasının əsası kimi 15 noyabr 2017-ci il tarixindən 01 dekabr 2017-ci il tarixinədək və 01 dəkabr 2017-ci il tarixindən 24 sentyabr 2018-ci il tarixinədək nə Murphy şirkətinə, nə də ki, CSVS şirkətinə xxxx tərəfindən onun avadanlıqlarının Kompleksdən yüklənilməsi, çıxarılması, hər hansı ünvana çatdırılması, boşaldılması və kimə təhvil verilməsi, yükləmə və daşınma işlərinin qiyməti barədə heç bir Sorğu/Tapşırıq təqdim edilməməsinə və TEPAb-12-20-00 müqaviləsin xitamindan sonra şirkətlər arasında dəqiqliklə şərtləri əhatə edən yazılı müqavilə olmadığından, Azərbaycan Respublikasının qanunvericiliyində boşluq olmadığından, xxxxın avadanlığının saxlananın ətrafında de fakto yaranmış hüquqi münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 827- 830-cu maddələri (anbarlarda saxlanc) ilə tənzimlənməsini, saxlanc Qiymətlərinə dair hər hansı bir uzun müddətli müqavilə olmadığından xxxx Şirkətinin avadanlığı anbarda bu günədək güzəştsiz, gündəlik yüksək qiymətli ad hoc mühafizəli saxlanc müqaviləsi əsasında saxlanılmasına istinad etmişdir. Həmçinin ilk iddia tələblərinə əsasən X16 adını daşıyan biznes, anbarlar, açıq tipli gömrük anbarı və yük terminalı kompleksi (bundan sonra Kompleks) Murphy Şipping & Commercial Services Azərbaycan MMC şirkətinə məxsusdur. Həmin Kompleks optimal idarəetmə tətbiq etmək və maliyyə-təsərrüfat fəaliyyətinin effektivliyini artırılması məqsədilə 01/12/2017-ci il tarixindən 10 illik müddətə CSVS şirkətinin tam idarəçiliyinə verilmişdir. Həmin müqavilə Murphy və xxxx şirkətləri arasında olan mübahisələrdən və Murphy şirkətinin 21/02/2018-ci il tarixli xxxxa qarşı iddiasından əvvəl bağlanılmışdır İlk iddiaçının tələblərinin mahiyyətindən daha sonra görünür ki, “xxxx E&P Absheron B.V.” (“xxxx”) Şirkəti və sonradan işə qoşulan müstəqil tələb irəli sürməyən 3-cü şəxs “xxxx” MMC arasında vaxtilə bağlanmış TEPAB-12-20-00- saylı, 15.11.2012-ci il tarixli Müqavilə 2017-ci ilin noyabr ayının 14-də qüvvədən düşmüş və onun müddətinin uzadılmamasının, ona xitam verilməsinin təşəbbüskarı məhz, cavabdeh şirkət olmuşdur. İlk iddia üzrə cavabdehin iddiaya etirazının dəlillərinə əsasən ilk iddia xxxx şirkəti ilə xxxx” MMC (“Murphy”) arasında olan TEPAB-12-20-00 saylı, 15 noyabr 2012-ci il tarixli müqavilədən doğur (“Müqavilə 2”). Həmçinin, Murphy arasında olan 01 dekabr 2017-ci il tarixli müqaviləyə əsasən, Murphy şirkətinin xidmət göstərdiyi müqavilələr üzrə hüquq və vəzifələr iddiaçıya keçmişdir. Murphy şirkətinin bu işə üçüncü şəxs kimi cəlb edilməsi bir daha təsdiq edir ki, tərəflər arasında olan mübahisə süni xarakter daşıyır və Müqavilədən doğur. Bu iş üzrə Ali Məhkəmənin son qərarından sonra Murphy öz əsassız iddialarını Azərbaycan Respublikasının məhkəmələrindən baxılmasının mümkünsüzlüyünü anlamış və süni şəkildə səhnəyə hal-hazırki ilkin iddiaçını, CSVS şirkətini cəlb edərək cavabdehə qarşı eyni predmet üzrə yeni iddia qaldırmışdır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.Hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsi). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, ilk iddiaçı tərəf tələbinin maddi əsası xxxxın avadanlığının saxlanması ilə bağlı de-fakto yaranmış hüquqi münasibətlərin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 827-830-cu maddələri (anbarlarda saxlanc) ilə tənzimlənməsinə, qarşılıqlı iddiaçı isə qanunsuz sahiblik və bu sahibliyin nəticəsində zərər dəyməsinin maddi əsaslarlı kimi qeyd edilən Məcəllənin 157.2, 157.5-ci maddələri təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. - 827-ci maddəsinə əsasən anbar sahibi sənətkarlıq şəklində saxlama ilə məşğul olan və saxlama üzrə öz xidmətlərini açıq təklif edən saxlayıcıdır. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarında ayrı şərt qoyulmayıbsa, anbar sahibinin xidmətlərinə saxlama haqqında göstərişlər tətbiq edilir. - 830.1-ci maddəsinə əsasən əgər müəyyən muzd (saxlama haqqı) şərtləşdirilməyibsə, anbar sahibinin anbarda saxlama üçün adi haqq almaq hüququ vardır. Əgər tapşıran malı tamamilə və ya qismən geri qəbul edərsə, saxlama haqqını hər bir halda ödəməlidir. Əgər saxlama müddəti üç aydan çoxdursa, anbarda saxlama haqqı müvafiq olaraq hər üç ayın sonunda ödənilir. - 830.2-ci maddəsinə əsasən anbar sahibi saxlama haqqından başqa, saxlamanın özü ilə bağlı olmayan bütün xərclərin əvəzinin, məsələn, fraxtın, gömrük rüsumlarının, təmir xərclərinin ödənilməsi hüququna malikdir. Müvafiq olaraq anbar sahibinin tələbi ilə tapşıran xərclərin əvəzini dərhal ödəməlidir. - 830.3-cü maddəsinə əsasən saxlama müqaviləsindən irəli gələn bütün tələblər üzrə anbar sahibi saxladığı mallara - tapşıranın mallarına komisyonçu kimi girov hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. İşin materiallarından görünür ki, xxxx şirkəti Muqavilə 2 üzrə müddətin bitməsini nəzərə alaraq, saxlanma üçün verilmiş avadanlıqların çıxarılmasını tələb etsə də, Murphy Şirkəti Müqavilə 2 üzrə qalıq borcuna dair Hesablama Aktı göndərərək avadanlıqların akt imzalandığı və akt üzrə qalıq borc ödənildiyi halda avadanlığın çıxarılması mümkün olduğunu bildirmişdir. Beləliklə, avadanlıqların çıxarılmasına icazə verilməməsini nəzərə alaraq və TEPAb 12.20.00 Müqaviləsinin A Əlavəsinin (“Logistikia Xidmətlərinin Göstərilməsi X13 Müddəaları”) 2-ci maddəsinin (“Anllayışlar”) “Bitmə Tarixi” anlayışının “b” bəndinə istinadən xxxx-a məxsus avadanlıqları hələ də həmin müqavilə üzrə müəyyən edilən saxlanc yerində qalmaqda davam etdiyi üçün məhkəmə hesab edir ki, Müqavilə xxxx-a məxsus avadanlığın saxlanc yerindən götürüldüyü tarixə qədər qüvvədədir və həmin Müqavilə cari iş üzrə bilavasitə iddia predmetini təşkil edir. Həmçinin məhkəmə qeyd edir ki, TEPAb 12.20.00 Müqaviləsinin A Əlavəsinin (“Logistikia Xidmətlərinin Göstərilməsi X13 Müddəaları”) 6-cı maddəsinin (“İcraçının Öhdəlikləri”) 6.18-ci bəndinə əsasən, Murphy xxxx-ın razılığı olmadan Müqaviləni tam və qismən digər şəxslərə ötürə və onun icrasını hər hansı subpodratçıya tapşıra bilməzdi. Eyni bənddə daha sonra qeyd edilmişdir ki, nə bu cür ötürmə, nə də ki, subpodrat Murphyni Müqavilə üzrə öhdəlikləri yerinə yetirmək vəzifəsindən azad etmir. Məhkəmə hesab edir ki, ilk iddianın predmetini Murphy ilə xxxx arasında olan müqavilə təşkil etdiyindən Murphy tərəfindən Müqavilənin üçüncü şəxslə ötürülməsi nə Müqavilənin ləğvinə, nə də ki, Murphy-ni xxxx qarşısında məsuliyyətdən azad etməsinə hüquqi əsas yaratmır. Məhkəmə həmçinin hesab edir ki, bu cür ötürmə üçüncü şəxsə (iddiaçıya) müqavilə şərtlərindən yayınmaq hüququ vermir - əksinə, o, əsas müqavilə üzrə bütün öhdəlikləri, o cümlədən, mübahisələrin arbitrac qaydasında həll etmək öhdəliyini icra etməyə borclu olmaqda qalmaqdadır. Məhkəmə ilk iddiaçının istinad etdiyi onunla Murphy arasındakı müqavilənin 2017-ci ilin 1 dekabr tarixindən qüvvəyə minməsinə dair dəlilini də əsassız sayır. Belə ki, işin materiallarından görünür ki, Murphy ilə xxxx arasında olan mübahisə 2018-ci ildə də Azərbaycan Respublikasının məhkəmələrində mövcud olmuş, bununla bağlı Murphy xxxxa məktublar göndərmiş və bunların heç birində nə CSVS-ə, nə də bu müqaviləyə istinad edilməmişdir. Həmçinin, müqavilə həqiqətən də 1 dekabr 2017-ci il tarixindən mövcud olduğu təqdirdə CSVS şirkəti xxxx şirkəti ilə əlaqənin (rabitənin) 2019cu ildə yaradılmasının, həmin vaxta qədər ona heç bir invoys göndərilməməsinin səbəblərini ilk iddiaçı tərəf izah edə bilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı MMC-nin “xxxx” LTD MMC-nin hüquqlarının varisi olması üçün “xxxx” LTD MMC ilə “xxxx” Şirkəti arasında mövcud olan TEPAB-12-20- 00 saylı, 15 noyabr 2012-ci il tarixli müqavilənin 6.18-ci bəndinə əsasən “xxxx” Şirkətinin müvafiq razılığı olmalı idi. İşin araşdırılan halları ilə isə müəyyən edilir ki, “xxxx” Şirkəti tərəfindən belə bir razılıq verilməmişdir. Məhkəmə ilk iddiaçı tərəfin onun tərəfindən 01.12.2017-ci il tarixdən ödənişsiz saxlancı təmin olunan borularının bir qisminin cavabdehin sərəncamı ilə «xxxx» MMJ-nin bazasına daşınılmasının 25-29 oktyabr 2018-ci il tarixlərdə həyata keçirilməsinə bununla əlaqədar tərəflərindən cavabdehə məxsus 672 ədəd borunların yüklənməsi ilə bağlı razılaşdırılmış qiymətlərlə xidmətlər göstərilərək «Boş Şelf»ə təhvil verilməsi, yüklənmə işləri haqqında həmin tarixlərdə 002-004 saylı Aktlar tərtib edilməsinə, bu xidmətlərə görə iddiaçıya adıgedən Aktlar üzrə müvafiq ödənişlər olunmasına, 29.10.2018-ci il tarixdən sonra «xxxx» və Boş Şeflf» adı gedən sahədən cavabdehin göstərişi ilə boruların və s. daşınması işlərinin qəfildən dayandırmaqla, buna qədər və bundan sonra olan müddət üzrə isə cavabdeh tərəfindən saxlanc xidmətinə görə ümumiyyətlə heç bir ödəniş olunmaması kimi dəlillərinə qiymət verərək bu halların mövcudluğu belə iddianın əsaslı olmasına hüquqi əsas yaratmır. Belə ki, ilk iddiaçı iddiasının əsası kimi qeyd edilən faktiki halların cavabdehlə iddiaçı arasında əqd bağlanmasının (mövcud olmasının) təsdiqi kimi qiymətləndirsə də, məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni, şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Mülki qanunvericilik mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. Özündə bu münasibətləri ehtiva edən mülki hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitamının başlıca əsaslarından biri əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsi əqdin ümumi anlayışını verir. Əqdin anlayışından da göründüyü kimi, əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. Həmçinin, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. (Mülki Məcəllənin 324.2, 324.2, 324.4 və 324.5-ci maddələri). Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Məhkəmə ilk iddiaçı tərəfin cavabdehlə aralarında əqdin bağlanmasının əsası kimi oferti (qiymət təklifləri) cavabdehə çatdırılması, sonuncunun isə ilə bunu akseptləşdirməsinə və s. hallara istinad etməsinə baxmayaraq hər bir halda yuxarıda sadalanan qanunvericlik normalarına əsasən hesab edir ki, tərəflər arasında borunların yüklənməsi ilə bağlı razılaşdırılmış qiymətlərlə xidmətlər göstərilməsinə, eləcə də saxlanc xidmətləri ilə bağlı münasibətlərə ail qanunvericilikdə nəzərdə tutulmuş qaydada müqavilələr bağlanmadığından cavabdeh ilk iddiaçı qarşısındı mülkii məsuliyyət daşıyıcı deyildir. Məhkəmə hesab edir ki, ilk iddiaçı tərəfin iddia tələbləri üzrə verdikləri izahatlar özüözlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qanunvericiliyə əsasən isə işə üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından ilk iddiaçı öz hüquqi mövqeyini, yəni, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28-30-cu km ünvanında cavabdehə məxsus avadanlığın yerləşən təsərrüfat sahəsinin iddiaçının təsərrüfat idarəçiliyində olması və cavabdehin həmin sahənin 2000 kv.m hissəsində saxlanc xidmətinə görə yaranmış 54 437 175,10 (əlli dörd milyon dörd yüz otuz yeddi min yüz yetmiş beş manat 10 qəpik) manat borcun yaranmasını sübut edə bilmədiyindən və iddiaçının bununla bağlı irəli sürdüyü faktiki halların onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından ilk iddia tələbləri əsaslı sayıla bilməz. Məhkəmə qarşılıqlı iddia tələblərinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsində sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir; 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Məhkəmə hesab edir ki, xxxx ilə CSVS arasında hər hansı saxlanc və ya digər tipli müqavilə mövcud olmadığına, xxxx öz əmlakını saxlamaq və ya sair formada onun üzərindən sahibliyi həyata keçirmək üçün CSVS şirkətinə hər hansı səlahiyyət vermədiyi və xxxx-ın müvafiq avadanlıqlar üzrə mülkiyyəti CSVS tərəfindən şübhə altına alınmadığı və mübahisələndirilmədiyini nəzərə alaraq, həmin əmlaklar üzərində CSVS-in sahibliyinin qanunsuz və vicdansız olduğu mübahisəsizdir. Buna görə də sahiblik qanunsuz həyata keçirildiyi üçün CSVS şirkəti ona məxsus olmayan əmlakı mülkiyyətçiyə, yəni, xxxx şirkətinə geri qaytarmalı olmasına dair qarşılıqlı iddia tələblərinin dəlilləri əsaslıdır. Lakin məhkəmə qarşılıqlı iddianın qanunsuz sahiblik nəticəsində qarşılıqlı iddia üzrə cavabdeh CSVS şirkətindən 5,395,039 USD (beş milyon üç yüz doxsan beş min otuz doqquz) dollar manat məbləğində dəyən zərərin tutulmasına dair hissəsinin dəlilləri ilə razılaşmır. Belə ki, qarşılıqlı iddiaçı tələbin bu hissəsinin əsası kimi Müqavilə 2 üzrə Murphy Şirkətinə saxlanma üçün verilmiş 5,395,039 USD (beş milyon üç yüz doxsan beş min otuz doqquz) dollar dəyərində avadanlıqların Abşeron yatağı üzrə ABD-01 quyusunun qazıntısı zamanı istifadə oluna bilməsinə, lakin CSVS tərəfindən avadanlıqlar verilmədiyi üçün, xxxx əlavə xərc çəkərək yenidən eyni avadanlıqları almaq məcburiyyətində qalmasına, bütün bu zaman ərzində avadanlıqlar xxxx-ın nəzarətində olmadığı üçün, onların hansı şəraitdə saxlanılıb və sonradan xxxx-ın icazəsi olmadan yerini dəyişdirirkən hansı qaydalara riayət olunub - olunmadığına dair nəzarəti və məlumatı olmadığı üçün, bu avadanlıqların xxxx tərəfindən hər hansı bir növbəti qazma əməliyyatları üçün yararsız hesab olunmasına istinad etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçı tələbinin qeyd edilən hissəsi üzrə qanunsuz sahiblik nəticəsində ona zərər vurulmasına dair irəli sürdüyü dəlillərin əsaslı olmasına dair mötəbər və tutarlı sübut növləri təqdim edə bilmədiyindən qarşılıqlı tələb qeyd edilən hissədə əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərarına görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-ci maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, ilk iddiaçı iddia tələblərinin əsası kimi cavabdeh tərəfin ona borclu olması halını sübuta yetirə bilmədiyindən ilk iddiaçı “İddiaçı" MMC cavabdeh “xxxx E&P Absheron B.V.” (“xxxx”) şirkətinə qarşı «borcun və vurulmuş zərərin ödənilməsi tələbinə dair» ilkin iddiası rədd edilməli, “xxxx E&P Absheron B.V.” (“xxxx”) Şirkəti"nin Azərbaycan Respublikasindaki filialiİddiaçı MMC-yə qarşı «özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi və dəymiş zərərin ödənilməsi haqqında qarşılıqlı iddiası qismən təmin edilməklə TEPAB-12-20-00 saylı, 15 noyabr 2012-ci il tarixində qüvvəyə minən müqavilə üzrə Murphy şirkətinə saxlanca verilmiş avadanlıqlar İddiaçı MMC–nin qanunsuz sahibliyindən geri alınaraq “xxxx E&P Absheron B.V.” (“xxxx”) Şirkətinə verilməli, qalan hissədə qarşılıqlı iddia təmin edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı “İddiaçı" MMC cavabdeh “xxxx E&P Absheron B.V.” (“xxxx”) şirkətinə qarşı «borcun və vurulmuş zərərin ödənilməsi tələbinə dair» ilkin iddiası rədd edilsin. “xxxx E&P Absheron B.V.” (“xxxx”) Şirkəti"nin Azərbaycan Respublikasindaki filialının İddiaçı MMC-yə qarşı «özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi və dəymiş zərərin ödənilməsi haqqında qarşılıqlı iddiası qismən təmin edilsin. TEPAB-12-20-00 saylı, 15 noyabr 2012-ci il tarixində qüvvəyə minən müqavilə üzrə Murphy şirkətinə saxlanca verilmiş avadanlıqlar İddiaçı MMC–nin qanunsuz sahibliyindən geri alınaraq “xxxx E&P Absheron B.V.” (“xxxx”) Şirkətinə verilsin. Qalan hissədə qarşılığı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-36/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-36/2021
08.05.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver