Məhkəmə qərarları › İş №e-2-2(113)-36/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-36/2024

02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-36/2024 02.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələblərinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələblərinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (İddiaçı QSC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 002R********** saylı krеdit razılaşması və xx.xx.2020-ci il tarixli 002R**********S saylı sazişin ləğv olunması; 2. Cavabdеhlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 002R********** saylı krеdit razılaşması üzrə 24523.14 manat məbləğində krеdit bоrcu, 10213.18 manat məbləğində faiz bоrcu və 16136.23 manat məbləğində cərimə borcu olmaqla, cəmi 50.872 (əlli min səkkiz yüz yetmiş iki) manat 55 (əlli beş) qəpik məbləğində bоrcun, cavabdеhlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 002R********** saylı krеdit razılaşması üzrə 20044.72 manat krеdit bоrcu, 7136.40 manat faiz bоrcu və 12788.56 manat cərimə borcu olmaqla, cəmi 39969 (otuz doqquz min doqquz yüz altmış doqquz) manat 68 (altmış səkkiz) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 60 manat xidmət haqqının tutulması; hər iki tələbin Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində istifadədə olan 0.1525 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 92.15 kv.m ümumi, 59.85 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 66 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin hərracdan satılması və 002R********** saylı krеdit razılaşması üzrə cəmi 50872 (əlli min səkkiz yüz yetmiş iki) manat 55 (əlli beş) qəpik məbləğində bоrcun və 002R********** saylı krеdit razılaşması üzrə cəmi 39969 (otuz doqquz min doqquz yüz altmış doqquz) manat 68 (altmış səkkiz) qəpik məbləğində bоrcun, ödənilmiş 60 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 60 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi; 4. hərracdan əldə olunmuş vəsait borcların tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 ümumi müştərək qaydada tutulması; 5. Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində istifadədə olan 0.1525 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 92.15 kv.m ümumi, 59.85 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 66 nömrəli mənzilə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 istifadə hüquqlarının itirilməsi, onların həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh4 "xxxx" QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 002L**********86 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 500000 (beş yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 "xxxx" QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 002R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020ci il tarixli 002R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh4 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla, ödəməli оlduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh4 götürdüyü krеdit bоrcundan 9.955.28 manat ödəmiş, onun 20044.72 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Cavabdeh4 kredit borcu və faiz borcundan ibarət olmaqla, ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 638 gün üçün hesablanmış faiz borcu 7136.40 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 638 gün üçün hеsablanmış cərimə 12788.56 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh-ipoteka qoyan və zamin Cavabdeh1 və bank arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 002M**********01 saylı ipoteka müqaviləsi (Bakı şəhəri 52 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilib) əsasında Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində istifadədə olan 0.1525 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 92.15 kv.m ümumi, 59.85 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 66 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışla Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində istifadədə olan 0.1525 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 92.15 kv.m ümumi, 59.85 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 66 nömrəli mənzilin Cavabdeh4 kredit öhdəliyinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Qeyd olunan mənzildə qeydiyyatda olan Cavabdeh5, Cavabdeh3 Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində istifadədə olan 0.1525 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 92.15 kv.mümumi, 59.85 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 66 nömrəli mənzilİ İddiaçı QSC-yə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək, həmin əmlakı qeydşərtsiz boşaldacağı barədə öhdəlik götürmüşdür. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə təqdim olunmuş və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 mаnаt dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir. Bundan başqa, Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 002L**********02 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 002R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25.000 (iyirmi beş min) manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 002R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh3 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla, ödəməli оlduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü krеdit bоrcundan 476.86 manat ödəmiş, onun 24523.14 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 658 gün üçün hesablanmış faiz borcu 10213.18 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 658 gün üçün hеsablanmış cərimə 16136.23 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh4, Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdehipoteka qoyan və zamin Cavabdeh1 və Bank arasında bağlanılmış xx.xx.2020-ci il tarixli sonrakı ipoteka müqaviləsi (Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilib) əsasında Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində istifadədə olan 0.1525 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 92.15 kv.m ümumi, 59.85 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 66 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən elektron çıxarışla Cavabdeh1 mülkiyyətində olan həmin mənzilin Cavabdeh3 kredit öhdəliyinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445.2.1, 448.1, 465.2, 467, 472.1, 472.2, 501-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4, 34.1.1-34.1.3, 39.3, 59.3, 59.4-cü maddələrinə istinad olunmuşdur.

4. Cavabdehlər tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.

5. İş üzrə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

7. Cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında müqavilə üzrə öhdəliklərin üzrlü səbəbdən yerinə yetirilmədiyini, AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəylərin nəzərə alınmasını, cərimə məbləğinin həddindən artıq hesablandığını və azaldılmasını xahiş etdi.

8. İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 002L**********86 saylı uzunmüddətli kredit müqaviləsinin məzmunundan görünür ki, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kreditalana 500000 manat məbləğində uzunmüddətli kredit xəttini açır. Uzunmüddətli kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir (1.1). Bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay, 12 dekabr 2028-ci il tarixdən gec olmayaraq verilməlidir. Bu müqavilə və kredit razılaşmaları əsasında verilmiş kreditlərin illik faiz dərəcəsinin yuxarı həddi 28 faiz müəyyən olunur (1.3).

9. xx.xx.2018-ci il tarixli 002L**********86 saylı uzunmüddətli kredit müqaviləsi üzrə İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 002R********** saylı kredit razılaşmasının 1.1-ci bəndinə əsasən bank məbləği 30000 manat olan krediti aylıq faiz dərəcəsi 2% olmaqla 36 ay müddətinə kredit alana verir.

10. İşdə olan xx.xx.2018-ci il tarixli kreditin verilməsi-köçürmə sənədindən görünür ki, 30000 manat məbləğində pul vəsaiti Cavabdeh4 hesabına köçürülmüşdür.

11. xx.xx.2018-ci il tarixli 002L**********86 saylı uzunmüddətli kredit müqaviləsi və 002R********** saylı kredit razılaşması üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 002S**********02 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır.

12. xx.xx.2018-ci il tarixli 002L**********86 saylı uzunmüddətli kredit müqaviləsi və 002R********** saylı kredit razılaşması üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bankla Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 002S**********03 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır.

13. xx.xx.2018-ci il tarixli 002L**********86 saylı uzunmüddətli kredit müqaviləsi və 002R********** saylı kredit razılaşması üzrə borclunun öhdəliyinin icrasının təmin olunması məqsədi ilə bankla Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə 002M**********01 nömrəli ipoteka müqaviləsi imzalanmış, müqavilənin 2.1-ci bəndinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində istifadədə olan 0.1525 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 92.15 kv.m ümumi, 59.85 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 66 nömrəli mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 52500 manat təşkil edir (2.5-ci bənd).

14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 611 nömrəli reyestr kitabının 56160 nömrəli vərəqində qeydiyyata alınmış MH seriyalı, ******* nömrəli çıxarışın məzmunundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində istifadədə olan 0.1525 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 92.15 kv.m ümumi, 59.85 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 66 nömrəli mənzil Cavabdeh1 adına xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır.

15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetsri tərəfindən 611 nömrəli reyestr kitabının 56160 nömrəli vərəqində qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli çıxarışın məzmunundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində istifadədə olan 0.1525 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 92.15 kv.m ümumi, 59.85 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 66 nömrəli mənzilin İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.

16. Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi barədə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 002R**********S saylı sazişin 1-ci bəndinə əsasən bank ilə kredit alan arasında 12 dekabr 2018-ci il tarixli 002L**********86 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdə bağlanmış 002R********** saylı kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx.xx.2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir.

17. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 imzaları ilə təsdiq olunmuş xx.xx.2020-ci il tarixli, 002R********** saylı kredit razılaşması üzrə ödəniş planına əsasən 12 iyun 2020-ci il tarix üçün 0 manat, 14 iyul 2020-ci il tarix üçün 427.62 manat, 12 avqust 2020-ci il tarix üçün 387.53 manat, 14 sentyabr 2020-ci il tarix üçün 440.98 manat, 12 oktyabr 2020-12 fevral 2021 dövr üçün aylıq 1381.21 manat, 12 mart 2020-ci il üçün 1381.25 manat, 12 aprel 2021-12 may 2022 dövr üçün aylıq 1180 manat, 14 iyun 2022-ci tarixə aylıq 1186,05 manat olmaqla, cəmi 27.249,48 manat məbləğində pulun ödənilməsi müəyyən edilmişdir.

18. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 002L**********02 nömrəli uzunmüddətli kredit müqaviləsinin məzmunundan görünür ki, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kreditalana 500000 manat məbləğində uzunmüddətli kredit xəttini açır. Uzunmüddətli kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir (1.1). Bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay, 24 yanvar 2030-cu il tarixdən gec olmayaraq verilməlidir. Bu müqavilə və kredit razılaşmaları əsasında verilmiş kreditlərin illik faiz dərəcəsinin yuxarı həddi 28 faiz müəyyən olunur (1.3).

19. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 002R********** nömrəli kredit razılaşmasının 1.1-ci bəndinə əsasən bank məbləği 25000 manat olan krediti aylıq faiz dərəcəsi 1.9167 % olmaqla 36 ay müddətinə kredit alana verir.

20. İşdə olan xx.xx.2020-ci il tarixli kreditin verilməsi-köçürmə sənədindən görünür ki, 25.000 manat məbləğində Cavabdeh3 hesabına köçürülmüşdür.

21. xx.xx.2020-ci il tarixli, 002L**********02 saylı uzunmüddətli kredit müqaviləsi və uzunmüddətli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kredit razılaşması üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 002S**********03 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır.

22. xx.xx.2020-ci il tarixli, 002L**********02 saylı uzunmüddətli kredit müqaviləsi və uzunmüddətli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kredit razılaşması üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bankla Cavabdeh4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır.

23. xx.xx.2020-ci il tarixli 002R********** saylı ödəniş planına əsasən xx.xx.2020-26 dekabr 2022 dövr üzrə aylıq ödəniş 972 manat, son ödəniş tarixi xx.xx.2023-cü il, aylıq ödəniş 988.65 manat olmaqla, cəmi 35.008,65 manat məbləğində pulun ödənilməsi müəyyən edilmişdir.

24. Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi barədə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 002R**********S saylı sazişin 1-ci bəndinə əsasən bank ilə kredit alan arasında xx.xx.2020ci il tarixli, 002L**********02 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdə bağlanmış 002R********** nömrəli kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx.xx.2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir.

25. xx.xx.2020-ci il tarixli 002R********** saylı ödəniş planına əsasən xx.xx.2020xx.xx.2023-cü il dövrü üzrə cəmi 36865,51 manat məbləğində pulun ödənilməsi müəyyən edilmişdir.

26. xx.xx.2020-ci il tarixli, 002L**********02 nömrəli uzunmüddətli kredit müqaviləsi və 002R********** nömrəli kredit razılaşması üzrə borclunun öhdəliyinin icrasının təmin olunması məqsədi ilə bankla Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə sonrakı ipoteka müqaviləsi imzalanmış, müqavilənin 2.1-ci bəndinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində istifadədə olan 0.1525 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 92.15 kv.m ümumi, 59.85 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 66 nömrəli mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri – ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 60.000 manat təşkil edir (2.5-ci bənd).

27. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin məzmunundan görünür ki, ipoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdehlərə müvafiq bildirişlər göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim olunmuş və həmin idarədə qeydə alınmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınması üçün dövlət rüsumu və xidmət haqqını ödəmişdir.

28. Cavabdeh5 notariat orqanına ünvanladığı müvafiq ərizənin məzmunundan görünür ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində istifadədə olan 0.1525 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 92.15 kv.m ümumi, 59.85 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 66 nömrəli mənzil ipoteka ilə yüklü edilərkən əmlakın ipoteka qoyulmasına razılığını bildirmiş, əmlaka tutma yönəldildikdə onu qeyd-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür.

29. Cavabdeh3 notariat orqanına ünvanladığı müvafiq ərizənin məzmunundan görünür ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində istifadədə olan 0.1525 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 92.15 kv.m ümumi, 59.85 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 66 nömrəli mənzil ipoteka ilə yüklü edilərkən əmlakın ipoteka qoyulmasına razılığını bildirmiş, əmlaka tutma yönəldildikdə onu qeyd-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür.

30. Cavabdeh4 notariat orqanına ünvanladığı müvafiq ərizənin məzmunundan görünür ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində istifadədə olan 0.1525 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 92.15 kv.m ümumi, 59.85 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 66 nömrəli mənzil ipoteka ilə yüklü edilərkən əmlakın ipoteka qoyulmasına razılığını bildirmiş, əmlaka tutma yönəldildikdə onu qeyd-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür.

31. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən xx.xx.2018-ci il tarixli, 002R********** saylı kredit razılaşması üzrə Cavabdeh4 xx.xx.2022-ci il tarixə banka əsas borc üzrə 20044,72 manat, faiz borcu üzrə 7136,40 manat, cərimə borcu üzrə 12.788,56 manat olmaqla, cəmi 39.969,68 manat borcu vardır.

32. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən xx.xx.2020-ci il tarixdə bağlanmış 002R********** nömrəli kredit razılaşması üzrə Cavabdeh3 xx.xx.2022-ci il tarixə banka əsas borc üzrə 24523,14 manat, faiz borcu üzrə 10213,18 manat, cərimə borcu üzrə 16.136,23 manat olmaqla, cəmi 50872,55 manat borcu vardır.

33. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-150/2023 saylı qərardadları ilə xx.xx.2020-ci il tarixli 002R**********S nömrəli kredit müqaviləsi üzrə 14 aprel 2022-ci il tarixə əsas, faiz və cərimə borcunun və xx.xx.2020-ci il tarixli 002R********** nömrəli kredit razılaşması üzrə 14 aprel 2022-ci il tarixə əsas, faiz və cərimə borcunun nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində istifadədə olan 0,1525 hatorpaq sahəsində yerləşən 11 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 92,15 m2 ümumi, 59,85 m2 yaşayış sahəsindən ibarət 4 otaqlı 66 nömrəli mənzilin likvid və bazar dəyərlərinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizaların aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

34. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2603 nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 24 yanvar 2020-ci il tarixdə bağlanmış 002R********** nömrəli kredit razılaşması və 18 may 2020-ci il tarixli 002R**********S saylı Sazişdə qeyd olunan şərtlər nəzərə alınmaqla, Cavabdeh3 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan borcu: xx.xx.2022-ci il tarixə əsas borc üzrə 24.523.14 manat, faiz borcu üzrə 10.213,18 manat təşkil edir.

35. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/5301-9/5518 nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində yerləşən 11 saylı binanın 66 saylı mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 114.000 manat, 10 faiz azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən 103.000 manat məbləğində müəyyən edilmişdir.

36. Daha sonra, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 36/2024 saylı qərardadı ilə xx.xx.2018-ci il tarixli 002R********** saylı krеdit razılaşmasının bitmə tarixinə əsas, faiz və cərimə borcunun, xx.xx.2018-ci il tarixli 002R********** saylı krеdit razılaşması üzrə 14 aprel 2022-ci il tarixə əsas və cərimə borcunun və 2.12.2018-ci il tarixli 002R********** saylı krеdit razılaşmasının bitmə tarixindən 14 aprel 2022-ci il tarixədək illik 5%-lə faiz borcunun (günlük faiz və günlərin sayı göstərməklə) nə qədər təşkil etdiyinin müəyyən olunması məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

37. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 iyul 2024-cü il tarixli, 9/544 nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 002R********** saylı kredit razılaşması üzrə Cavabdeh4 banka xx.xx.2022-ci il tarixə əsas borc üzrə 20.044,72 manat, faiz borcu üzrə 9.966,42 manat, xx.xx.2022-ci il tarixə əsas borc üzrə 20.044,72 manat, faiz borcu üzrə 10.768,21 manat borcu müəyyən edilmişdir.

38. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, LP-145/2024 saylı mütəxəssis rəyinə əsasən mənzilin hazırkı bazar qiyməti 85000 manat, likvid qiyməti isə 65000 manat müəyyən edilmişdir. Tətbiq edilən hüquq

39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

40. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 3.1-ci maddəsinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. 34-cü maddəsində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar kimi nəzərdə tutulur. 39.3-ci maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 59.3-ci maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4-ci maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinin 2018-ci il 28 dekabr tarixinədək mövcud olmuş redaksiyasında bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulurdu.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin mövqeyi

43. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı QSC ilə Cavabdeh4 arasında xx.xx.2018-ci il tarixli 002L**********86 saylı uzunmüddətli kredit müqaviləsi və həmin müqavilə əsasında 002R********** saylı kredit razılaşması imzalanmış, razılaşmaya əsasən 30.000 manat olan krediti aylıq faiz dərəcəsi 2% olmaqla 36 ay müddətinə kreditalana verilmişdir. Kredit razılaşması üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Bankla zaminlik müqavilələri, xx.xx.2018-ci il tarixdə isə 002M**********01 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. İddiaçı QSC ilə Cavabdeh3 arasında xx.xx.2020-ci il tarixli, 002L**********02 nömrəli uzunmüddətli kredit müqaviləsi və həmin müqavilə əsasında xx.xx.2020-ci il tarixli, 002R********** nömrəli kredit razılaşması imzalanmış, razılaşmaya əsasən 25.000 manat olan krediti aylıq faiz dərəcəsi 1.9167 % olmaqla 36 ay müddətinə kredit alana verilmişdir. Kredit razılaşması üzrə borclunun öhdəliyinin icrasının təmin olunması məqsədi ilə bankla zaminlik müqavilələri, xx.xx.2020ci il tarixdə sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zaminlər kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar.

44. İddia tələbinin ilk hissəsini xx.xx.2020-ci il tarixli 002R********** saylı krеdit razılaşmasının və xx.xx.2020-ci il tarixli 002R**********S saylı sazişin ləğv olunması təşkil edir.

45. Qeyd olunmalıdır ki, məhkəməyə müraciət edən zaman həmin müqavilənin müddəti bitməsə də, məhkəmə icraatının gedişində həmin müddət bitmişdir. Həmin hal, eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarındakı hüquqi mövqe də əsas götürülərək, məhkəmə belə nəticəyə gəlir ki, "xxxx" QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 002R********** saylı krеdit razılaşması və xx.xx.2020-ci il tarixli 002R**********S saylı saziş ləğv olunmuş hesab edilməlidir.

46. İddia tələbinin bir hissəsini cavabdеhlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 002R********** saylı krеdit razılaşması üzrə 24523.14 manat məbləğində krеdit bоrcu, 10213.18 manat məbləğində faiz bоrcu və 002R********** saylı krеdit razılaşması üzrə 20044.72 manat məbləğində krеdit bоrcu, 7136.40 manat məbləğində faiz bоrcunun tutulması təşkil edir.

47. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zamin) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, işdə olan sübutları, ekspert rəylərini nəzərə alaraq hesab edir ki, iddia tələbi hər iki müqavilə üzrə əsas və faiz borcunun tutulması hissəsində tam təmin edilməli, 002R********** saylı krеdit razılaşması üzrə 24.523,14 manat əsas bоrc, 10213,18 manat faiz bоrcu, 002R********** saylı krеdit razılaşması üzrə 20.044,72 manat əsas bоrc, 7136,40 manat faiz bоrcu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

48. İddia tələbinin digər hissəsini cavabdеhlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 müştərək qaydada 002R********** saylı krеdit razılaşması üzrə 16.136.23 manat, 002R********** saylı krеdit razılaşması üzrə 12.788.56 manat məbləğində cərimə borcunun tutulması təşkil edir.

49. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

50. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğlərinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən birgə qaydada tutulacaq cərimə məbləği azaldılaraq, 002R********** saylı krеdit razılaşması üzrə 1.200 manat, 002R********** saylı krеdit razılaşması üzrə 1.000 manat məbləğində müəyyən edilməlidir.

51. İddiaçı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini irəli sürmüşdür.

52. Həmin tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit müqavilələri üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka və sonrakı müqavilələrinə əsasən Cavabdeh1 məxsus olan daşınmaz əmlak iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət edilmiş və reyestrdə qeydiyyata alınmışdır.

53. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan və ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yarandığından iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, hər iki müqavilə üzrə tutma Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində istifadədə olan 0.1525 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 92.15 kv.m ümumi, 59.85 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 66 nömrəli mənzilə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh1 qaytarılmalıdır.

54. Bundan əlavə “İpoteka” haqqında Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

55. Məhkəmə tərəfindən ipoteka predmetlərinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır.

56. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/5301-9/5518 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində yerləşən 11 saylı binanın 4 otaqlı 66 saylı mənzilinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 114.000 manat, 10 faiz azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən 103.000 manat məbləğində müəyyən edilmişdir.

57. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, LP-145/2024 saylı mütəxəssis rəyinə əsasən mənzilin hazırkı bazar qiyməti 85000 manat, likvid qiyməti isə 65000 manat müəyyən edilmişdir.

58. Məhkəmənin qənaətinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/5301-9/5518 nömrəli ekspert rəyindəki əmlakın likvid qiyməti əsas götürülməklə, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 103000 (yüz üç min) manat müəyyən edilməlidir.

59. iddia tələbinin hərracdan əldə olunmuş vəsait borcların tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 ümumi müştərək qaydada tutulması hissəsinə münasibətdə qeyd edir ki, bütünlükdə borc məbləğinin həmin cavabdehlərdən müştərək qaydada tutulması elə hərracdan əldə olunmuş vəsait borcların tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulmasını da özündə ehtiva edir. ona görə də həmin hissənin ayrıca göstərilməsinə zərurət yoxdur.

60. İddia tələbinin bir hissəsini də Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində istifadədə olan 0.1525 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 92.15 kv.m ümumi, 59.85 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 66 nömrəli mənzilə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 istifadə hüquqlarının itirilməsi, onların həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsindən ibarətdir.

61. Həmin hissə ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə borclunun öhdəliyinin icrasının təmin olunması məqsədi ilə bankla Cavabdeh1 arasında ipoteka müqaviləsi xx.xx.2018-ci il tarixdə, yəni 2018-ci il 28 dekabr tarixinədək bağlandığından, ipoteka qoyulmuş əmlaka tutma yönəldildikdə və o satıldıqda cavabdehlərin həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsinə dair” iddia tələbinə mahiyyəti üzrə baxılmalıdır. Sonrakı ipoteka müqaviləsi 2020-ci ildə bağlanmışdır. İddiaçıya məlum idi ki, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. İddia ərizəsində iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinin həm 2018-ci il 28 dekabr tarixindən əvvəlki redaksiyasına, həm də sonrakı redaksiyasına istinad etmişdir. Ona görə də məhkəmə iddia tələbinin həmin hissəsinin məhz xx.xx.2018ci il tarixli ipoteka müqaviləsi üzrə irəli sürüldüyünü qəbul edir və mahiyyəti üzrə baxaraq müvafiq nəticəyə gəlir.

62. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 həmin mənzilə istifadə hüquqları itirilmiş hesab olunmalı, həmin mənzildən çıxarılmalı, mənzil boşaldılaraq alıcıya təhvil verilməlidir (notariat orqanına ünvanlanan müvafiq ərizələr məhkəməyə təqdim edilmişdir).

63. Həmçinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu, 60 manat xidmət haqqı da cavabdehlərdən müştərək qaydada tutularaq banka ödənilməlidir.

64. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 345 (üç yüz qırx beş) manat pulun 243,50 manat hissəsi cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada, 101,50 manat hissəsi isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

65. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada 002R********** saylı krеdit razılaşması üzrə 24523,14 manat (iyirmi dörd min beş yüz iyirmi üç manat on dörd qəpik) əsas bоrc, 10213,18 manat (on min iki yüz on üç manat on səkkiz qəpik) faiz bоrcu, 1200 (min iki yüz) manat cərimə olmaqla, cəmi 35936,32 manat (otuz beş min doqquz yüz otuz altı manat otuz iki qəpik) məbləğində bоrc, cavabdеhlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 002R********** saylı krеdit razılaşması üzrə 20044,72 manat (iyirmi min qırx dörd manat yetmiş iki qəpik) əsas bоrc, 7136,40 manat (yeddi min yüz otuz altı manat qırx qəpik) faiz bоrcu, 1000 (min) manat cərimə olmaqla, cəmi 28181,12 manat (iyirmi səkkiz min yüz səksən bir manat on iki qəpik) məbləğində bоrc və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu, 60 (altmış) manat xidmət haqqı olmaqla, ümumilikdə 64197,44 manat (altmış dörd min yüz doxsan yeddi manat qırx dörd qəpik) məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Hər iki müqavilə üzrə tutma Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində istifadədə olan 0.1525 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 92.15 kv.m ümumi, 59.85 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 66 nömrəli mənzilə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilsin, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh1 qaytarılsın. İpoteka predmeti olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində istifadədə olan 0.1525 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 92.15 kv.m ümumi, 59.85 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 66 nömrəli mənzilin ilkin satış qiyməti 103000 (yüz üç min) manat müəyyən edilsin. İpoteka predmeti olan mənzilə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 həmin mənzildən çıxarılsın, mənzil boşaldılaraq alıcıya təhvil verilsin. "xxxx" QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 002R********** saylı krеdit razılaşması və xx.xx.2020-ci il tarixli 002R**********S saylı saziş ləğv olunmuş hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 345 (üç yüz qırx beş) manat pulun 243,50 manat hissəsi cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada, 101,50 manat hissəsi isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar