Məhkəmə qərarları › İş №e-2-2(113)-3610/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3610/2025

15.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3610/2025 15.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “icarə müqaviləsi üzrə borcun ödənilməsi və əmlak” tələbinə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında 27 noyabr 2021-ci il tarixli, № 530 saylı iddiaçının əmlakının icarə verilməsinə dair müqavilə üzrə: 97654,42 manat və ona hesablanmış 17577,79 manat ƏDV borcunun; ümumi dəyəri 33838,62 manat olan ərizədə qeyd olunan əmlakların, hüquqi yardım üçün vəkilə ödənilən 640 (320 manat iddia tələbi və 320 manat müvəqqəti təminat tədbiri üçün) manat pulun və 516 manat dövlət rüsumunun (469 manat iddia tələbi və 47 manat müvəqqəti təminat tədbiri üçün) cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək tərəflər arasında 27 noyabr 2021-ci il tarixli, № 530 saylı iddiaçının əmlakının icarə verilməsinə dair müqavilə üzrə: 97654,42 manat və ona hesablanmış 17577,79 manat ƏDV borcunun; ümumi dəyəri 33359 manat olan ərizədə qeyd olunan əmlakların, hüquqi yardım üçün vəkilə ödənilən 640 (320 manat iddia tələbi və 320 manat müvəqqəti təminat tədbiri üçün) manat pulun və 516 manat dövlət rüsumunun (469 manat iddia tələbi və 47 manat müvəqqəti təminat tədbiri üçün) cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia ərizəsi təqdim edilmiş, qeyd edilən ərizədə Cavabdeh1 MMC ilə yanaşı Cavabdeh2 da cavabdeh qismində göstərilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e2-2(113)-3610/2025 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh1 MMC-yə qarşı “icarə müqaviləsi üzrə borcun ödənilməsi və əmlak” tələbinə dair iş üzrə Cavabdeh2 cavabdeh qismində işə cəlb edilmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə barışıq sazişi təqdim etmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsi ərizə təqdim edərək sazişin mətnində "01 avqust 2025-ci il" tarixinin texniki olaraq səhv yazıldığını bildirmiş və həmin tarixin "01 avqust 2025-ci il" kimi nəzərə alınmasını xahiş etmişdir. İş üzrə məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə saat 11:00-a təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmışlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icrata xitam verilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək 15 iyul 2025-ci il tarixli məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və məhkəməyə təqdim olunmuş barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. Məhkəməyə təqdim edilmiş tərəflər arasında bağlanmış, hər iki hüquqi şəxsin nümayəndəsi (direktoru) və zamin fiziki şəxs tərəfindən imzalanmış və hüquqi şəxslərin möhürü ilə təsdiqlənmiş 30 iyun 2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə aralarında razılığa gəlmişlər: Bir tərəfdən İddiaçı MMC, direktor X1 şəxsində, digər tərəfdən cavabdehlər xx.xx.2025-ci il tarixli Zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 (xx.xx.1987, AA*******, Fin: xxxxxxx) və Cavabdeh1 MMC (VÖEN: **********) direktor X2 şəxsində Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən bu barışıq sazişini imzaladılar. Nəzərə alaraq ki: - İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında 27 noyabr 2021-ci il tarixli, № 530 saylı iddiaçının əmlakının icarəyə verilməsinə dair müqavilə imzalanmışdır; - İddiaçı MMC ilə zamin Cavabdeh2 arasında xx.xx.2025-ci il tarixli 01 saylı Zaminlik müqaviləsi bağlanmışdır; - İddiaçı MMC Cavabdeh1 MMC və zamin Cavabdeh2 qarşı aralarında imzalanmış 27 noyabr 2021-ci il tarixli, № 530 saylı icarə müqaviləsindən əmələ gələn öhdəliklərin icra edilməsi (97654,42 manat və ona hesablanmış 17577,79 manat ƏDV borcunun, ümumi dəyəri 33359 manat olan əmlakların, hüquqi yardım üçün vəkilə ödənilən 640 (320 manat iddia tələbi və 320 manat Müvəqqəti təminat tədbiri üçün) manat pulun və 516 manat dövlət rüsumunun (469 manat iddia tələbi və 47 manat Müvəqqəti təminat tədbiri üçün) cavabdehlərdən alınaraq İddiaçı MMC-yə verilməsinə dair) tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Tərəflər bu sazişi bağlayırlar və etiraf edirlər ki, Cavabdeh1 MMC- nin 27 noyabr 2021-ci il tarixli, № 530 saylı İcarə Müqaviləsi üzrə İddiaçı MMC-nə 53056 (əlli üç min əlli altı) manat icarə haqqı və 9550 manat ƏDV borcu və bundan başqa cavabdehdə iddiaçının iddia tələbində qeyd olunan 33359 manat dəyərində olan əmlakları - 118 ədəd alt ayar mili 38, (1 ədəd 12 manat), 2 dəst aliminium araba, (1 ədəd manat), 13 ədəd boru 1.2 m, (sinkli), (1 ədəd manat), 73 ədəd boru İm sinkli, (1 ədəd manat), 28 ədəd boru 6.4m sinkli 48-lik, (1 ədəd manat), 40 ədəd boru 6m sinkli, (1 ədəd manat), 79 ədəd kup-lock 2.5m, (1 ədəd manat), 11 ədəd kup-lock ayaq 2m, (1 ədəd manat), 28 ədəd kup-lock ayaq 3 m, (1 ədəd manat), 15 ədəd kup-lock 1.45 m, (1 ədəd manat), 32 ədəd kup-lock 1 m, (1 ədəd manat), 67 ədəd kup-lock qol 2.5 m, (1 ədəd manat), 83 ədəd kup-lock qol 2m, (1 ədəd manat), 13 ədəd Dirək 4.5M, (1 ədəd manat), 26 ədəd Dirak 5.7M, (1 ədəd manat), 64 ədəd Flanş ayaq 3m Sinkli, (1 ədəd manat), 73 ədəd Flanş diaqonal qol 3.1m, (1 ədəd manat), 3 ədəd Flanş qol 0.7m, (1 ədəd manat), 35 ədəd Flanş qol 0.95m, (1 ədəd manat), 52 ədəd Flanş qol 1.1 m, (1 ədəd manat), 28 ədəd Flanş qol 1.45m, (1 ədəd manat), 63 ədəd Flanş qol 2.45m, (1 ədəd manat), 83 ədəd Flanşlı qol 3m (damir), (1 ədəd manat) 2 ədəd ladder beam 8 m, (1 ədəd manat), 23 ədəd Qalas, (1 ədəd manat), 4 ədəd Qalas 2 m URT, (1 ədəd manat), 5 ədəd Qalas 2.45m Sinkli, (1 ədəd manat), 36 ədəd Qalas 2m, (1 ədəd manat), 27 ədəd Qalas 3m, (1 ədəd manat), 1 ədəd Qalas nardivan 2.62 URT, (1 ədəd manat), 52 ədəd Taxta 5x10 1.5m, (1 ədəd manat), 100 ədəd Taxta 5x20 3m, (1 ədəd manat), 3 ədəd Taxta 5x20 4m, (1 ədəd manat), 33 ədəd Xamut Firlanan, (1 ədəd manat), 27 ədəd Xamut Silv, (1 ədəd manat), 32 ədəd Xamut beam plank, (1 ədəd manat), 524 ədəd Xamut sabit (ikiqat), (1 ədəd manat), 62 ədəd İskala Bakı yağmur ayaq hissə, (1 ədəd manat), 115 ədəd İskalə Bakı yağmur qisa qol, (1 ədəd manat), 6 ədəd İskala Bakı yağmur uzun qol, (1 ədəd manat), 217 ədəd Əkləmə 48-lik (1 ədəd manat) vardır. Tərəflər razılaşırlar ki, cavabdehlər icarə haqqından yaranmış borc məbləği (ƏDV daxil) və məhkəmə xərcləri olan hüquqi yardım üçün vəkilə ödənilən 640 (320 manat iddia tələbi və 320 manat Müvəqqəti təminat tədbiri üçün) manat pulun və 516 manat dövlət rüsumunun cəmi olan 63762 manat pulun ilkin olaraq 30000 (otuz min) manat hissəsini 16 iyul 2025-ci il tarixdə, qalıq 33762 manat pulu isə xx.xx.2025-ci il tarixədək iddiaçıya ödəyəcəkdir. Cavabdehlər 33359 manat dəyərində olan əmlakları - 118 ədəd alt ayar mili 38, (1 ədəd 12 manat), 2 dəst aliminium araba, (1 ədəd manat), 13 ədəd boru 1.2 m, (sinkli), (1 ədəd manat), 73 ədəd boru İm sinkli, (1 ədəd manat), 28 ədəd boru 6.4m sinkli 48-lik, (1 ədəd manat), 40 ədəd boru 6m sinkli, (1 ədəd manat), 79 ədəd kuplock 2.5m, (1 ədəd manat), 11 ədəd kup-lock ayaq 2m, (1 ədəd manat), 28 ədəd kup-lock ayaq 3 m, (1 ədəd manat), 15 ədəd kup-lock 1.45 m, (1 ədəd manat), 32 ədəd kup-lock 1 m, (1 ədəd manat), 67 ədəd kup-lock qol 2.5 m, (1 ədəd manat), 83 ədəd kup-lock qol 2m, (1 ədəd manat), 13 ədəd Dirək 4.5M, (1 ədəd manat), 26 ədəd Dirak 5.7M, (1 ədəd manat), 64 ədəd Flanş ayaq 3m Sinkli, (1 ədəd manat), 73 ədəd Flanş diaqonal qol 3.İm, (1 ədəd manat), 3 ədəd Flanş qol 0.7m, (1 ədəd manat), 35 ədəd Flanş qol 0.95m, (1 ədəd manat), 52 ədəd Flanş qol 1.1 m, (1 ədəd manat), 28 ədəd Flanş qol 1.45m, (1 ədəd manat), 63 ədəd Flanş qol 2.45m, (1 ədəd manat), 83 ədəd Flanşlı qol 3m (damir), (1 ədəd manat) 2 ədəd ladder beam 8 m, (1 ədəd manat), 23 ədəd Qalas, (1 ədəd manat), 4 ədəd Qalas 2 m URT, (1 ədəd manat), 5 ədəd Qalas 2.45ıu Sinkli, (1 ədəd manat), 36 ədəd Qalas 2m, (1 ədəd manat), 27 ədəd Qalas 3m, (1 ədəd manat), 1 ədəd Qalas nardivan 2.62 URT, (1 ədəd manat), 52 ədəd Taxta 5x10 1.5m, (1 ədəd manat), 100 ədəd Taxta 5x20 3m, (1 ədəd manat), 3 ədəd Taxta 5x20 4m, (1 ədəd manat), 33 ədəd Xamut Firlanan, (1 ədəd manat), 27 ədəd Xamut Silv, (1 ədəd manat), 32 ədəd Xamut beam plank, (1 ədəd manat), 524 ədəd Xamut sabit (ikiqat), (1 ədəd manat), 62 ədəd İskala Bakı yağmur ayaq hissə, (1 ədəd manat), 115 ədəd İskalə Bakı yağmur qisa qol, (1 ədəd manat), 6 manat) və ya onun dəyəri olan 33359 manat pulu 01 avqust 2025-ci il tarixədək iddiaçıya qaytaracaqlar. Tərəflər Azərbaycan Respublikasının mülki və mülki- prosessual qanunvericiliyinə əsasən məhkəmədə gedən kommersiya mübahisəsini barışıq sazişi yolu ilə yekunlaşdırmağa qərar verirlər.

2. Bu sazişin hər hansı bir şərti və ya onun bir hissəsi yanlış və ya qüvvəsini itirmiş hesab edilərsə, bu hal qalan şərtlərə və ya belə şərtlərin qalan hissələrinə təsir etmir və bu şərtlər qüvvədə qalır.

3. Bu saziş əsasında işin icraatına xitam verildikdən sonra tərəflər biri digərinə qarşı eyni predmet və eyni əsaslar üzrə heç bir iddia tələbi irəli sürə bilməz. İddiaçı cavabdehlərə qarşı hazırkı kommersiya mübahisəsi üzrə, habelə 27 noyabr 2021-ci il tarixli, № 530 saylı icarə müqaviləsindən irəli gələn digər tələblərindən tamamilə imtina edir.

4. Sazişin təsdiq edilməsi ilə bağlı hüquqi nəticələr tərəflərə məlumdur və qəbul edilir.

5. Bu sazişi tərəflər imza və ya (və) möhürü ilə və məhkəmənin qərardadı ilə təsdiqləndikdən sonar qüvvəyə minir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq və təqdim edilmiş barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, sözügedən barışıq sazişi qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “icarə müqaviləsi üzrə borcun ödənilməsi və əmlak” tələbinə dair iş üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin. Bir tərəfdən İddiaçı MMC, direktor X1 şəxsində, digər tərəfdən cavabdehlər xx.xx.2025-ci il tarixli Zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 (xx.xx.1987, AA*******, Fin: xxxxxxx) və Cavabdeh1 MMC (VÖEN: **********) direktor X2 şəxsində Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Tərəflər bu sazişi bağlayırlar və etiraf edirlər ki, Cavabdeh1 MMC- nin 27 noyabr 2021-ci il tarixli, № 530 saylı İcarə Müqaviləsi üzrə İddiaçı MMC-yə 53056 (əlli üç min əlli altı) manat icarə haqqı və 9550 manat ƏDV borcu və bundan başqa cavabdehdə iddiaçının iddia tələbində qeyd olunan 33359 manat dəyərində olan əmlakları - 118 ədəd alt ayar mili 38, (1 ədəd 12 manat), 2 dəst aliminium araba, (1 ədəd manat), 13 ədəd boru 1.2 m, (sinkli), (1 ədəd manat), 73 ədəd boru İm sinkli, (1 ədəd manat), 28 ədəd boru 6.4m sinkli 48-lik, (1 ədəd manat), 40 ədəd boru 6m sinkli, (1 ədəd manat), 79 ədəd kup-lock 2.5m, (1 ədəd manat), 11 ədəd kup-lock ayaq 2m, (1 ədəd manat), 28 ədəd kup-lock ayaq 3 m, (1 ədəd manat), 15 ədəd kup-lock 1.45 m, (1 ədəd manat), 32 ədəd kup-lock 1 m, (1 ədəd manat), 67 ədəd kup-lock qol 2.5 m, (1 ədəd manat), 83 ədəd kup-lock qol 2m, (1 ədəd manat), 13 ədəd Dirək 4.5M, (1 ədəd manat), 26 ədəd Dirak 5.7M, (1 ədəd manat), 64 ədəd Flanş ayaq 3m Sinkli, (1 ədəd manat), 73 ədəd Flanş diaqonal qol 3.1m, (1 ədəd manat), 3 ədəd Flanş qol 0.7m, (1 ədəd manat), 35 ədəd Flanş qol 0.95m, (1 ədəd manat), 52 ədəd Flanş qol 1.1 m, (1 ədəd manat), 28 ədəd Flanş qol 1.45m, (1 ədəd manat), 63 ədəd Flanş qol 2.45m, (1 ədəd manat), 83 ədəd Flanşlı qol 3m (damir), (1 ədəd manat) 2 ədəd ladder beam 8 m, (1 ədəd manat), 23 ədəd Qalas, (1 ədəd manat), 4 ədəd Qalas 2 m URT, (1 ədəd manat), 5 ədəd Qalas 2.45m Sinkli, (1 ədəd manat), 36 ədəd Qalas 2m, (1 ədəd manat), 27 ədəd Qalas 3m, (1 ədəd manat), 1 ədəd Qalas nardivan 2.62 URT, (1 ədəd manat), 52 ədəd Taxta 5x10 1.5m, (1 ədəd manat), 100 ədəd Taxta 5x20 3m, (1 ədəd manat), 3 ədəd Taxta 5x20 4m, (1 ədəd manat), 33 ədəd Xamut Firlanan, (1 ədəd manat), 27 ədəd Xamut Silv, (1 ədəd manat), 32 ədəd Xamut beam plank, (1 ədəd manat), 524 ədəd Xamut sabit (ikiqat), (1 ədəd manat), 62 ədəd İskala Bakı yağmur ayaq hissə, (1 ədəd manat), 115 ədəd İskalə Bakı yağmur qisa qol, (1 ədəd manat), 6 ədəd İskala Bakı yağmur uzun qol, (1 ədəd manat), 217 ədəd Əkləmə 48-lik (1 ədəd manat) vardır. Tərəflər razılaşırlar ki, cavabdehlər icarə haqqından yaranmış borc məbləği (ƏDV daxil) və məhkəmə xərcləri olan hüquqi yardım üçün vəkilə ödənilən 640 (320 manat iddia tələbi və 320 manat Müvəqqəti təminat tədbiri üçün) manat pulun və 516 manat dövlət rüsumunun cəmi olan 63762 manat pulun ilkin olaraq 30000 (otuz min) manat hissəsini 16 iyul 2025-ci il tarixdə, qalıq 33762 manat pulu isə xx.xx.2025-ci il tarixədək iddiaçıya ödəyəcəkdir. Cavabdehlər 33359 manat dəyərində olan əmlakları - 118 ədəd alt ayar mili 38, (1 ədəd 12 manat), 2 dəst aliminium araba, (1 ədəd manat), 13 ədəd boru 1.2 m, (sinkli), (1 ədəd manat), 73 ədəd boru İm sinkli, (1 ədəd manat), 28 ədəd boru 6.4m sinkli 48-lik, (1 ədəd manat), 40 ədəd boru 6m sinkli, (1 ədəd manat), 79 ədəd kuplock 2.5m, (1 ədəd manat), 11 ədəd kup-lock ayaq 2m, (1 ədəd manat), 28 ədəd kup-lock ayaq 3 m, (1 ədəd manat), 15 ədəd kup-lock 1.45 m, (1 ədəd manat), 32 ədəd kup-lock 1 m, (1 ədəd manat), 67 ədəd kup-lock qol 2.5 m, (1 ədəd manat), 83 ədəd kup-lock qol 2m, (1 ədəd manat), 13 ədəd Dirək 4.5M, (1 ədəd manat), 26 ədəd Dirak 5.7M, (1 ədəd manat), 64 ədəd Flanş ayaq 3m Sinkli, (1 ədəd manat), 73 ədəd Flanş diaqonal qol 3.İm, (1 ədəd manat), 3 ədəd Flanş qol 0.7m, (1 ədəd manat), 35 ədəd Flanş qol 0.95m, (1 ədəd manat), 52 ədəd Flanş qol 1.1 m, (1 ədəd manat), 28 ədəd Flanş qol 1.45m, (1 ədəd manat), 63 ədəd Flanş qol 2.45m, (1 ədəd manat), 83 ədəd Flanşlı qol 3m (damir), (1 ədəd manat) 2 ədəd ladder beam 8 m, (1 ədəd manat), 23 ədəd Qalas, (1 ədəd manat), 4 ədəd Qalas 2 m URT, (1 ədəd manat), 5 ədəd Qalas 2.45ıu Sinkli, (1 ədəd manat), 36 ədəd Qalas 2m, (1 ədəd manat), 27 ədəd Qalas 3m, (1 ədəd manat), 1 ədəd Qalas nardivan 2.62 URT, (1 ədəd manat), 52 ədəd Taxta 5x10 1.5m, (1 ədəd manat), 100 ədəd Taxta 5x20 3m, (1 ədəd manat), 3 ədəd Taxta 5x20 4m, (1 ədəd manat), 33 ədəd Xamut Firlanan, (1 ədəd manat), 27 ədəd Xamut Silv, (1 ədəd manat), 32 ədəd Xamut beam plank, (1 ədəd manat), 524 ədəd Xamut sabit (ikiqat), (1 ədəd manat), 62 ədəd İskala Bakı yağmur ayaq hissə, (1 ədəd manat), 115 ədəd İskalə Bakı yağmur qisa qol, (1 ədəd manat), 6 manat) və ya onun dəyəri olan 33359 manat pulu 01 avqust 2025-ci il tarixədək iddiaçıya qaytaracaqlar. Tərəflər Azərbaycan Respublikasının mülki və mülki- prosessual qanunvericiliyinə əsasən məhkəmədə gedən kommersiya mübahisəsini barışıq sazişi yolu ilə yekunlaşdırmağa qərar verirlər.

2. Bu sazişin hər hansı bir şərti və ya onun bir hissəsi yanlış və ya qüvvəsini itirmiş hesab edilərsə, bu hal qalan şərtlərə və ya belə şərtlərin qalan hissələrinə təsir etmir və bu şərtlər qüvvədə qalır.

3. Bu saziş əsasında işin icraatına xitam verildikdən sonra tərəflər biri digərinə qarşı eyni predmet və eyni əsaslar üzrə heç bir iddia tələbi irəli sürə bilməz. İddiaçı cavabdehlərə qarşı hazırkı kommersiya mübahisəsi üzrə, habelə 27 noyabr 2021-ci il tarixli, № 530 saylı icarə müqaviləsindən irəli gələn digər tələblərindən tamamilə imtina edir.

4. Sazişin təsdiq edilməsi ilə bağlı hüquqi nəticələr tərəflərə məlumdur və qəbul edilir.

5. Bu sazişi tərəflər imza və ya (və) möhürü ilə və məhkəmənin qərardadı ilə təsdiqləndikdən sonar qüvvəyə minir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar