Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3612/2024 05.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh icra edilməmiş öhdəliyə görə 660,10 manat məbləğində icarə haqqı, dəbbə pulu 307 manat və 30 manat dövlət rüsumu, cəmi 997,10 manat alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC (ADY) ilə (İcarəyəverən) Cavabdeh (İcarəçi) arasında xx.xx.2021-ci il tarixli 117281 nömrəli icarə müqaviləsi imzalanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən Bakı şəhəri Nəsimi rayonu, Draqalnı döngəsi 1 ünvanında yerləşən, ümumi sahəsi 14 kv.m təşkil edən X-041 saylı İcarə obyekti (qeyri-yaşayış sahəsi) Cavabdeh icarəyə verilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən icarə müqaviləsi 1 il müddətinə bağlanılmışdır. Müqavilənin 4.1-ci bəndinə əsasən aylıq icarə haqqı 181.50 manat müəyyən edilmişdir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən icarə haqqı 05 noyabr 2021-ci il tarixdən hesablanmağa başlanmışdır. Cavabdeh tərəfindən icarə müqaviləsi bağlanılan tarixdən müqavilənin bitmə tarixinə kimi cəmi 1820.00 manat icarə haqqı ödənilmiş, 660.10 manat icarə haqqı ödənilməmişdir. Cavabdehə bu barədə dəfələrlə şifahi xəbərdarlıq edilmiş, xx.xx.2023-cü il tarixdə isə pretenziya məktubu göndərilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən öhdəlik icra edilməmiş, xx.xx.2023-cü il tarixədək icarə haqqına görə borcun məbləği 660.10 manat təşkil edir. Beləliklə, iddiaçı ADY müqavilədə üzərinə götürdüyü öhdəlikləri icra etsə də, Cavabdeh üzərinə düşən öhdəlikləri icra etməmiş, tələbin icrası üçün ona xx.xx.2023-cü il tarixdə pretenziya məktubu ünvanlansa da, pretenziyada göstərilən tələb indiyədək təmin olunmamışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442.1, 700.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini qismən, icarə haqqı borcu, 660,10 manat hissəsində qəbul etdiyini, hesablanmış 307 manat dəbbə pulu məbləğinə etiraz etdiyini bildirmiş, məhkəmədən iddianın qismən təmin olunmasını xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (ADY) ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 117281 nömrəli nömrəli icarə müqaviləsindən görünür ki, icarəyəverən bu Müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında. Mülkiyyətçiyə məxsus Bakı şəhəri Nəsimi rayonu, Draqalnı döngəsi 1 ünvanında yerləşən, ümumi sahəsi 14 kv.m təşkil edən X-041 saylı İcarə obyektini (qeyri-yaşayış sahəsini) bərbərxana kimi istifadə etmək məqsədilə İcarəçiyə icarəyə müddətli (qısa müddətli istifadəyə) İcarəyə verir, İcarəyə götürən isə həmin əmlakı İcarəyə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və həmin tarixdən 1 il müddətində qüvvədə qalır. Müqavilənin 4.1ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində İcarəyə götürən İcarəyəverənə İcarəyə götürdüyü Əmlak üçün ƏDV daxil hər ay 181.50 (yüz səksən bir manat 50 qəpik) AZN/manat (“İcarə Haqqı”) ödəyir. Müqavilənin 4.2-ci bəndinə əsasən İcarəçi icarə sahəsindən 05 noyabr 2021-ci il tarixdən istifadə edir və icarə sahəsi üçün həmin aydan bu müqavilənin 4.1-ci bəndində müəyyən edilmiş qaydada icarə haqqı hesablanır. X3 eləyər vergisi daxildir. Müqavilənin 4.5-ci bəndinə əsasən İcarə haqqı müəyyən olunmuş müddət ərzində ödənilmədikdə, növbəti ayın 11-dən etibarən hər gecikmiş gün üçün əsas icarə haqqının məbləğinin 0,1 % miqdarında faizli cərimə tətbiq ediləcəkdir. xx.xx.2021-ci il tarixli 117281 nömrəli İcarə müqaviləsi üzrə borc haqqında maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixinə hesablanmış borc 660,10 manat təşkil etmişdir. EBCİ seriyalı, 629735 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 96,80 manat, EBCG seriyalı, 509302 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 181,50 manat, EBCD seriyalı, 254680 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 181,50 manat, EBCB seriyalı, 310468 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 181,50 manat, EBBZ seriyalı, 470571 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 181,50 manat, EBBX seriyalı, 692932 nömrəli, xx.xx.2022ci il tarixli elektron qaiməyə əsasən 181,50 manat , EBBV seriyalı, 809020 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 181,50 manat, EBBU seriyalı, 059464 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 181,50 manat. EBBS seriyalı, 559132 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 181,50 manat, EBBQ seriyalı, 804854 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 181,50 manat, EBBF seriyalı, 838917 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 181,50 manat, EBBN seriyalı, 429809 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 181,50 manat, EBBM seriyalı, 752446 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 151,80 manat icarə haqqı məbləği "xxxx" QSC tərəfindən Cavabdeh ödənilməsi üçün təqdim edilmişdir. "xxxx" QSC tərəfindən Cavabdeh göndərilmiş pretenziya məktubunda xx.xx.2024cü il tarixənədək icarə müqaviləsinə əsasən ödənilməmiş 660.10 manat icarə haqqı borcunu, 307 manat dəbbəl pulunu "xxxx" QSC-yə ödənilməsi tələb edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Məhkəmə baxışının hədləri Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq Bakı şəhəri, Z.Bünyadov prospekti 1965-ci məhəllə ünvanında yerləşən istifadəyə yararlı, 6-cı bina ofis 26 nömrəli 90 kv.metr olan ofis təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək icarə haqqı məbləğini tam ödəməmişdir. Cavabdehin iddiaçıya icarə haqqı borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla, həmçinin cavabdehin 660,10 manat icarə haqqı borcunu etirafı ilə öz təsdiqini tapır. Buna görə də iddiaçının cavabdehdən MM-nin 700.1-ci maddəsinə əsasən icrarə haqqını tələb etmək hüququ vardır. Məhkəmə qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etməyərək 660,10 manat icarə haqqını ödəmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən obyektin cavabdehə icarəyə verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 660,10 manat icarə haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən 307 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Tərəflər arasında bağlanmış müqavilədə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmənin tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 33 manat müəyyən olunmalıdır. Həmçinin məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddia ərizəsi qismən təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 22 manatının əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 117281 nömrəli İcarə müqaviləsinə əsasən 660,10 manat, gecikdirilmiş icarə haqqı üçün cərimə 33 manat olmaqla, cəmi 693 (altı yüz doxsan üç) manat 10 (on) qəpik məbləğində pul vəsaiti, habelə ödənilmiş dövlət rüsumunun 22 (iyirmi iki) manatının əvəzi iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3612/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3612/2024
05.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver