Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3617/2025 19.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:icarə,pul) X4 Rövşən qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı əşya və pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, k İddiaçı ilə Cavabdeh arasında 01 mart 2023-cü il tarixli, № 01/0323P saylı icarə müqaviləsi əsasında yaranmış 13407,29 manat və 2413,31 manat ƏDV borcunun, 2000 manat cərimə borcunun, ümumi dəyəri 1468 manat olan – 4 ədəd ciloz açarı və 1140 ədəd işlənmiş cilozun, hüquqi yardım üçün vəkilə ödənilən 640 (320 manat iddia tələbi və 320 manat Müvəqqəti təminat tədbiri üçün) manat pulun və 165 manat dövlət rüsumunun (150 manat iddia tələbi və 15 manat Müvəqqəti təminat tədbiri üçün) Cavabdeh MMC-dən alınaraq İddiaçınə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeharasında01 mart 2023cü il tarixli, № 01/0323P saylı icarə müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən İcarəyəverən ona məxsus olan əmlakı icarəçinin istifadəsinə verməyi, İcarəçi isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə nəzərdə tutulmuş icarə haqqını, daşınma, quraşdırma/sökmə işlərinin ödənişini müəyyən edilmiş vaxtda və qaydada icarəyə verənə ödəməyi öhdəsinə götürür. İcarə müqaviləsinə əlavə olunmuş müvafiq əlavələrdə icarəyə verilən əmlakların qiymətləri tərəfimizdən razılaşdırılmışdır. (Həmin əlavələr iddia ərizəsinə əlavə olunur.) Müqavilə üzrə öhdəliklər tərəfimizdən tam şəkildə yerinə yetirilərək icarəyə verənə məxsus əmlaklar müvafiq vaxtlarda aktlarla icarəçiyə təhvil verilmişdir. (Həmin təhvil-təslim aktı iddia ərizəsinə əlavə olunur.) Cavabdeh isə bu müddət ərzində öhdəliyi tam və lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin hazırda bizə müqavilə üzrə 13407,29 manat və 2413,31 manat ƏDV borcu müəyyən edilmişdir. Bundan başqa cavabdehə təhvil verilmiş avadanlıqlardan ümumi dəyəri1468 manat olan – 4 ədəd ciloz açarı və 1140 ədəd işlənmiş ciloz bu günədək geri qaytarılmamışdır. Qeyd edirik ki, iddia tələbinin məhkəməyə verilməsi üçün bir sıra xərclər çəkilmişdir. Həmin xərclərə vəkilə hüquqi yardım üçün ödənilən pullar (iddia tələbinin müdafiəsi üçün 320 manat və müvəqqəti təminat tədbirinə görə 320 manat, cəmi 640 manat) və dövlət rüsumuna ödənilən pullar aiddir. Həmin xərclər də cavabdehdən tutulmalıdır. Bundan başqa, Müqavilənin 5.3-cü maddəsinə əsasənicarəçi İcarə haqqını bu Müqavilə ilə müəyyən edilmiş vaxtda ödəmədikdə və ödənişi 30 gündən artıq müddətə gecikdirdiyi halda, İcarəçi gecikmənin 31-cı günündən başlayaraq (31-cı gün daxil olmaqla) hər gecikdirilmiş gün üçün İcarə haqqının 0,5% miqdarında İcarəyə verənə cərimə ödəyir. Müqavilənin həmin bəndinə əsasən icarəçinin bizə xeyli miqdarda cərimə borcu yaranmışdır. Lakin, biz həmin cərimə borcundan hazırda cəmi 2000 manat tələb edirik. Bununla bağlı cavabdehə pretenziya qaydasında müraciət edərək müqavilə üzrə yaranmış borcun ödənilməsi və əmlakların geri qaytarılması tələb olunması əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Lakin, cavabdeh tərəfindən qeyd olunan tələblər bu günədək yerinə yetirilməmişdir. Ona görə də məcbur olub məhkəməyə müraciət etməli olduq.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehin nümayəndəsi iddia tələbinin yalnız 5000 manat hissədə etiraf edərək, digər hissədə rədd edilməsini xahiş etdi.
5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
8. İddiaçı MMC (“icarəyə verən”) ilə Cavabdeh MMC (“icarəçi”) arasında 01 mart 2023-cü il tarixli, № 01/0323P nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən icarəyəverən ona məxsus olan əmlakı icarəçinin istifadəsinə verməyi, icarəçi isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə nəzərdə tutulmuş icarə haqqını, daşınma, quraşdırma/sökmə işlərinin ödənişini müəyyən edilmiş vaxtda və qaydada icarəyə verənə ödəməyi öhdəsinə götürür. - 2.1-ci bəndinə əsasən aylıq icarə haqqı tərəflərin qarşılıqlı razılığına əsasən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə müəyyən edilir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir. İcarəyə verən müvafiq avadanlığı icarəyə təhvil verdikdən sonra icarə haqqının hesablanması başlayır. - 2.4-cü bəndinə əsasən icarəçi icarə haqqını hər ayın ilk həftəsi növbəti ay üçün tam olaraq icarəyə verənə nağd ödəyir və va hesablaşma hesabına köçürür. - 2.5-ci bəndinə əsasən bütün vergilər icarəçi tərəfindən ödənilir. Həmin müqavilənin 3.1.2-ci bəndinə əsasən icarə haqqının vaxtında odənilməsini icarəçidən tələb etmək icarəyəverənin hüququdur. - 3.4.2-ci bəndinə əsasən icarəçinin əmlakı bu müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq icarəçinin vəzifəsidir. - 6.1-ci bəndinə əsasən müqavilə 1 il müddətinə bağlanır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
9. 01 mart 2023-cü il tarixli nömrəli icarə müqaviləsinə 1 saylı əlavədən görünür ki, 3,85 m dəmir dirəyin 1 ədədinin icarə haqqı 0.90 manat müəyyənləşdirilmişdir.
10. 01 mart 2023-cü il tarixli nömrəli icarə müqaviləsinə 2 saylı əlavədən görünür ki, 1 ədəd işlənmiş cilozun 0.30 manat, 1 ədəd ciloz açarının icarə haqqı 15 manat ,çatdırılma xidmətinin 1 reysinin qiyməti 50 manat müəyyənləşdirilmişdir.
11. xx.xx.2023-cü il tarixli, 1 nömrəli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən 1000 ədəd 3,85 m dəmir dirək Cavabdeh MMC-yə təhvil verilmişdir.
12. 14.03.2023-cü il tarixli, 2 nömrəli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən 1500 ədəd işlənmiş ciloz və 2 ədəd ciloz açarı Cavabdeh MMC-yə təhvil verilmişdir.
13. xx.xx.2023-cü il tarixli, 2 nömrəli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən 1600 ədəd işlənmiş ciloz və 1500 ədəd 3,85 m dəmir dirək Cavabdeh MMC-yə təhvil verilmişdir.
14. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi xidmətlər haqqında PR2805-2304 nömrəli aktdan görünür ki, İddiaçı MMC tərəfindən göstərilən xidmətlərin dəyəri ƏDV daxil 1751.12 manat təşkil edir.
15. 01.03.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi xidmətlər haqqında PR2805-2306 nömrəli aktdan görünür ki, İddiaçı MMC tərəfindən göstərilən xidmətlərin dəyəri ƏDV daxil 1550.34 manat təşkil edir.
16. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi xidmətlər haqqında PR2805-2306 nömrəli aktdan görünür ki, İddiaçı MMC tərəfindən göstərilən xidmətlərin dəyəri ƏDV daxil 2944.65 manat təşkil edir.
17. 01.06.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi xidmətlər haqqında PR2805-2306 nömrəli aktdan görünür ki, İddiaçı MMC tərəfindən göstərilən xidmətlərin dəyəri ƏDV daxil 1550.34 manat təşkil edir.
18. 01.05.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi xidmətlər haqqında PR2805-2306 nömrəli aktdan görünür ki, İddiaçı MMC tərəfindən göstərilən xidmətlərin dəyəri ƏDV daxil 3465.41 manat təşkil edir.
19. "xxxx" MMC-nin 17 sentyabr 2025-ci il tarixli LP-164/2025 saylı rəyinə əsasən 01 ədəd ciloz açarının bazar qiyməti 20 manat, 01 ədəd cilozun bazar qiyməti 2 manat məbləğində müəyyən edilir.
20. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 gün müddətində ödənilməsi və əmlakların qaytarılması tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
21. İddiaçı tərəfindən cavabdehə EBDJ 481962 nömrəli xx.xx.2023-cü il tarixli 1550.34 manat, EBDİ 972273 nömrəli xx.xx.2023-cü il tarixli 3645.41 manat, EBDF 207675 nömrəli xx.xx.2023-cü il tarixli 1751.12 manat, EBDC 454157 nömrəli xx.xx.2023-cü il tarixli 3846.80 manat məbləğində elektron qaimələr göndərilmişdir.
22. 26.12.2024-cü il tarixli ödəniş tapşırğı ilə təsdiq edilir ki,”BRPG” MMC tərəfindən İddiaçı MMC-nin hesabına EBDİ 972273 saylı qaimə üzrə 360 manat ödənilmişdir.
23. xx.xx.2023-cü il tarixli ödəniş tapşırğı ilə təsdiq edilir ki,”BRPG” MMC tərəfindən İddiaçı MMC-nin hesabına 450 manat ödənilmişdir.
24. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, cavabdeh tərəfindən iddiaçının hesabına 2000 manat ödənilmişdir.
25. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, cavabdeh tərəfindən iddiaçının hesabına 2500 manat ödənilmişdir.
26. İddiaçı tərəfindən verilmiş xx.xx.2025-ciil tarixli maliyyə arayışına əsasən İddiaçı ilə Cavabdeh arasında 01 mart 2023-cü il tarixli, № 01/0323P saylı iddiaçının əmlakının icarə verilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə hazırda Cavabdeh MMC'-nin xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixədək 13407,29 manat icarə haqqı borcu və 2413,31 manat ƏDV borcu, 2000 manat cərimə borcu yaranmış və 1468 manat dəyərində qaytarılmayan avadanlıq qalmışdır.
V. Tətbiq edilən hüquq:
27. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. 697.2. Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqq-ədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur.
28. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”
30. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
Vİ.Məhkəmənin mövqeyi:
31. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
32. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı MMC Cavabdeh MMC (“icarəçi”) arasında 01 mart 2023-cü il tarixli, 01/0323P saylı avadanlıqların icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı icarəyəverən bu Müqaviləyə Əlavədə göstərilən işlənmiş ciloz, ciloz açarı və ciloz Cavabdeh MMC-yə icarəyə vermişdir. Müqaviləyə uyğun olaraq tərəflər arasında təhvil-təslim aktları imzalanmış və malların sonuncu təhvil-təslimi xx.xx.2023-cü il tarixdə olmuşdur. Cavabdeh ona təhvil verimiş əşyaların qaytarıldığını iddia etsə də, məhkəməyə əşyaların qaytarılmasına dair heç bir sübut təqdim etməmi8şdir, iddiaçı isə yalnız 2 ədən ciloz açarının və 1140 ədəd işlənmiş cilozların təhvil təslim aktlarını məhkəməyə təqdim etmişdir.Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə 2 ədəd ciloz açarının və 1140 ədəd işlənmiş cilozların təhvil verilməsi sübuta yetirildiyindən , cavabdeh tərəfindən nların geri qaytarılmasına dair heç bir sübut məhkəməyə təqdim edilmədiyindən hmin hissədə iddia təmin edilməli, cavabdeh tərəfindən iddiaçıya 2 ədəd ciloz açarının və 1140 ədəd işlənmiş ciloz, onlar olmadıqda isə dəyəri qaytarılmalıdır.
33. İddia toləbinin digər hissəsi icarə haqqı tələbidir, hansı ki, cavabde məhkəməyə rlrktron qaimələr və həmin qaimələr əsasnda edilmiş ödənişlərə dair sübutlar təqdim edərək, iddia tələbini icarə haqqı hissəsində qisməhn qəbul etmişdir. Belə ki, iddiaçı tərəfindən cavabdehə ümumi məbləği 10613.67 manat məbləğində elektron qaimə göndərilmiş,həmin məbləğ tərəflər arasında imzalanmış təhvil-təslim aktlarında öz əksini tapmış,habelə cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclasında verdiyi izahatı ilə təsdiqlənmiş və 5310 manat (ƏDV daxil) icarə haqqı cavabdeh tərəfindən iddiaçıya köçürmə yolu ilə ödənilmiş və hazırda cavabdehin 5303,67 manat (ƏDV daxil) məbləğində qalıq borcunun qalması cavabdehin nümayəndəsi məhkəmə iclasında etiraf etmişdir. Məhkəmə hesab edir ki, həmin hissədə iddia əsaslıdır və təmin edilməlidir.
34. Məhkəmə hesab edir ki, cavabdehin icarə müddətindən artıq həmin əşyalardan istifadə etməsi, qətnamə qəbul edilən günədək həmin əşyalardan istifadə etməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən ( belə ki, cavabdeh 2 ciloz açarı və 1140 ədəd işlənmiş cilozun bugünədək qaytarılmasını sübut edə bilməmişdir) iddiaçı Mülki məcəllənin 697.2, 700.3-cü maddələrinin tələblərinə əsasən ona dəymiş zərərin əvəzin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir 2 ciloz açarı və 1140 ədəd işlənmiş cilozkların 18 ay müddətində ( icarə münasibətlər 30 iyun 2023-cü il tarixədək mpvcud olmuş, iddiaçı pul tələbini maliyyə arayışından göründüyü kimi 31 dekabr 2024-cü il tarixədək hesablamışdır.) iddiaçının istifadəsində qalmasını nəzərə alaraq məhkəmə hesab edir ki, (372manat X18 ay=6696) 6696 manat cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.
35. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə belə qənaətə gəlir ki, Cavabdeh MMCdən ümumi olaraq 11999.67 manat (5303,67 manat + 6696 manat) tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
36. Bundan əlavə iddiaçı müqavilə üzrə əsas borcu ödəniş planına uyğun qaytarmadığına görə Cavabdeh MMC-yə hesablanmış 2000 manat məbləğində cərimə (dəbbə) pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
37. Məhkəmə hesab edir ki, cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də dəbbə pulunun azaldılması üçün əsaslar olmadığından iddiaçı iddia ərizəsində göstərilən məbləğdə dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
38. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
39. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğıundan 500 manat məbləğində müəyyən edilməlidir.
40. Tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və işgüzar münasibətlərin birgə təhlilindən görünür ki, icarə predmeti cavabdehin istifadəsində olmuş və o, icarə predmetlərini cavabdehə qaytarilmasini və hazirda onun istifadəsində olmamasını sübuta yetirə bilməmişdir.
41. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən avadnlıqların (ciloz açarı və ciloz) bazar qiymətinin müəyyən edilməsi ilə bağlı qiymətləndirmə şirkətinin rəyi alınmışdır.
42. "xxxx" MMC-nin 17 sentyabr 2025-ci il tarixli LP-164/2025 saylı rəyinə əsasən 01 ədəd ciloz açarının bazar qiyməti 20 manat, 01 ədəd cilozun bazar qiyməti 2 manat məbləğində müəyyən edilir.
43. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Məhkəmə qeyd edir ki, göründüyü kimi, iddiaçının iddia tələbində tələb olunan əşyalar üçün göstərdiyi ümumi dəyər ekspertiza rəyi ilə müəyyən olunan dəyərdən daha az olduğu üçün , məhkəmə iddia tələbindən kənara çıxmayaraq, iddia tələbində göstərilən dəyəri əsas götürməli, Cavabdeh MMC-dən ümumi dəyəri 1468 manat olan - 2 ədad ciloz açarı, 1140 ədəd işlənmiş ciloz, onlar olmadıqda isə dəyəri alınaraq İddiaçı MMCyə verilməlidir.
45. Eləcə də, iddiaçı hüquqi yardım üçün vəkilə ödənilən 320 (üç yüz iyirmi) manat pulun və ödənilmiş 206 manat dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
46. Məhkəmə hesab edir ki, cavabdehlərdən birgə qaydada 300 (üç yüz) manat məbləğində hüquqi yardım xərci və ödənilmiş tələbə mütənasib olaraq ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 132.87 məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən ƏDV daxil 11999.67 (on bir min doqquz yüz doxsan doqquz manat altmış yeddi qəpik) manat əsas borc, 500 (beş yüz) manat məbləğində cərimə borcu, 320 (üç yüz iyirmi) manat məbləğində hüquqi yardım üçün haqq və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 132.87 (yüz otuz iki manat səksən yeddi qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə tutulsun. Cavabdeh MMC-dən ümumi dəyəri 1468 manat olan - 2 ədad ciloz açarı, 1140 ədəd işlənmiş ciloz, onlar olmadıqda isə dəyəri alınaraq İddiaçı MMC-yə verilsin. Qalan hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat pul vəsaiti cavabdehdən tutularaq Legal Prime MMC-nin bank hesabına (VÖEN:**********, Bank: Azər-Türk Bank ASC Yasamal filialı, Kod: 512565, VÖEN:**********, H/n:AZ30AZRT********************,M/h:AZ02NABZ**********000022944,SWİFT:AZRT AZ22) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova