Məhkəmə qərarları › İş №e-2-2(113)-3618/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3618/2023

22.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3618/2023 22.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbrəova Gülcan Maşallah qızının katibliyi ilə, cavabdeh eyni zamanda Cavabdeh3 MMC-nin qanuni təmsilçisi Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 MMC-yə, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi və xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC cavabdehlər Cavabdeh3 MMC-yə, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 11.177,17 manat əsas borc, 883,29 manat faiz borcu, 76,28 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 12.136,74 manat borcun və 200 manat dövlət rüsumunun (mediasiya ödənişinin) tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İnternational Travel and Tourism MMC ilə xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25 faizlə 24 ay müddətinə 15.000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 31 may 2020-ci il tarixli Kredit Müqaviləsinə Əlavə Sazişə əsasən kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 12/357,77 manat məbləğində müəyyənləşdirilmiş və kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Eyni zamanda 31 may 2020-ci il tarixdə əlavə Sazişin şərtləri aid edilməklə Zaminlik müqavilələrinə də əlavə saziş imzalanmışdır. Daha sonra 13 oktyabr 2020-ci il tarixli Kredit Müqaviləsinə əlavə sazişə əsasən kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 12.263,06 manat məbləğində müəyyənləşdirilmiş və kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Eyni zamanda 13 oktyabr 2020-ci il tarixdə əlavə sazişin şərtləri aid edilməklə zaminlik müqavilələrinə də əlavə saziş imzalanmışdır. Bundan sonra yenidən 31 avqust 2021-ci il tarixli kredit müqaviləsinə əlavə sazişə əsasən kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 14.317,39 manat məbləğində müəyyənləşdirilmiş və kreditin müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Eyni zamanda 31 avqust 2021-ci il tarixdə əlavə sazişin şərtləri aid edilməklə zaminlik müqavilələrinə də əlavə saziş imzalanmışdır. 2023-cü il martın 31-dək İnternational "xxxx" MMC-nin banka xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 11.177,17 manat əsas borcu, 883,29 manat faiz borcu, 76,28 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 12.136,74 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC cavabadehlər İnternational Travel and Tourism MMC, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh eyni zamanda Cavabdeh3 MMC-nin qanuni təmsilçisi Cavabdeh1 borcu olduğunu etiraf etsə də, izahatında bildirmişdir ki, o 4 ildir ki, iddiaçıdan şirkətin borcu barədə hesabdan çıxarışı ala bilmir. Banka dəfələrlə müraciət etmiş və bilə-bilə borcu ödəməmişdir ki, bu borcla bağlı məhkəməyə müraciət edilsin və o çıxarışı alsın. Borc məbləğ ilə razı deyil. Məhkəmə iclasının yeri və tarixi barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehlər və iddiaçı iclasda iştirak etməmiş, lakin iddiaçı ərizə ilə müraciət edərək iş həcminin çoxluğunu nəzərə alaraq məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini və iş üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir, digər cavabdehlər gəlməmələrinin səbəbləri barəsində məlumat verməmişlər. Məhkəmə işə iddiaçının və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı ASC (kreditor) ilə Cavabdeh3 MMC (borc alan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 3-MZ3-1-0-643-19 saylı kredit müqaviləsinə əsasən kreditor borc alana biznes məqsədli ilə 15.000 manat məbləğində kredit verir, kreditin müddəti 24 ay, kreditin illik faiz dərəcəsi 30% təşkil edir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı ASC (kreditor) ilə Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 (zaminlər) arasında müvafiq olaraq 31 oktyabr 2019-cu il tarixli, 3-MZ3-1-0-643-19 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrin: 1.1-ci bəndinə əsasən zaminlər, xx.xx.2019-cu il tarixli, 3-MZ3-1-0-643-19 saylı kredit limitinin ayrılmasına dair müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ay hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər. 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borc alan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 4.2-ci bəndinə görə kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu (cərimə və peniya), borc tutulması üzrə məhkəmə xərclərinin və borc alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borc alan ilə eyni həcmdə məsuliyyət daşıyır. 6.3-cü bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Müqavilələr kreditorun və borcalanın imzası və möhürü, zaminlərin isə imzası ilə təsdiq edilmişdir. xx.xx.2019-cu il tarixli, 3-MZ3-1-0-643-19 saylı kredit müqaviləsinə 1 saylı əlavə olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən Cavabdeh3 MMC tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 15.000 manat, faizin məbləği 3.906,25 manat, cəmi ödəniləcək məbləğ 18.906,25 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli bank və borcalan tərəfindən imzalanmışdır. İddiaçı ASC (kreditor) ilə Cavabdeh3 MMC (borc alan) arasında xx.xx.2019-cu il tarixli, 3-MZ3-1-0-643-19 saylı kredit müqaviləsinə xx.xx.2020-ci il tarixli 1 saylı əlavə saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: 1.1-ci bəndinə əsasən bu saziş qüvvəyə mindiyi tarixdən: 1.1.2. Müqavilə üzrə kreditin qalıq borc məbləği (əsas borc, gecikdirilmiş əsas borc, faiz borcu, gecikdirilmiş faiz borcu və cərimə) kapitallaşdırılmaqla 12.357,77 manat təşkil edir. 1.1.3. Müqavilə üzrə kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılır. 1.1.4. Müqavilə üzrə kreditin illik faiz dərəcəsi 25% təşkil edir. Müqavilə üzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 3 ay təşkil edir. 1.1.6. Müqavilə üzrə kreditin qaytarılması gecikdirildiyi halda gecikdirilmiş illik faiz dərəcəsi 72% təşkil edir. Saziş hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2019-cu il tarixli, 3-MZ3-1-0-643-19 saylı kredit müqaviləsinə 1 saylı əlavə olan xx.xx.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən Cavabdeh3 MMC tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 12.357,77 manat, faizin məbləği 3.215,06 manat, cəmi ödəniləcək məbləğ 15.572,83 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli bank, borcalan və zaminlər tərəfindən imzalanmışdır. İddiaçı ASC (kreditor) ilə Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 (zaminlər) arasında xx.xx.2019-cu il tarixli, 3-MZ3-1-0-643-19 saylı zaminlik müqavilələrinə müvafiq olaraq xx.xx.2020-ci il tarixli 1 saylı əlavə sazişlər bağlanmışdır. Həmin sazişlərə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: 1.1-ci bəndinə əsasən bu saziş qüvvəyə mindiyi tarixdən müqavilənin bağlı olduğu xx.xx.2019-cu il tarixli, 3-MZ3-1-0-643-19 saylı kredit müqaviləsi üzrə: 1.1.1. Müqavilə üzrə kreditin qalıq borc məbləği (əsas borc, gecikdirilmiş əsas borc, faiz borcu, gecikdirilmiş faiz borcu və cərimə) kapitallaşdırılmaqla 12.357,77 manat təşkil edir. 1.1.2. Müqavilə üzrə kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılır. 1.1.3. Müqavilə üzrə kreditin illik faiz dərəcəsi 25% təşkil edir. 1.1.4. Müqavilə üzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 3 ay təşkil edir. 1.1.5. Müqavilə üzrə kreditin qaytarılması gecikdirildiyi halda gecikdirilmiş illik faiz dərəcəsi 72% təşkil edir. Saziş kreditorun və borcalanın imzası və möhürü, zaminlərin isə imzası ilə təsdiq edilmişdir. İddiaçı ASC (kreditor) ilə Cavabdeh3 MMC (borc alan) arasında xx.xx.2019-cu il tarixli, 3-MZ3-1-0-643-19 saylı kredit müqaviləsinə xx.xx.2020-ci il tarixli 2 saylı əlavə saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: 1.1-ci bəndinə əsasən bu saziş qüvvəyə mindiyi tarixdən: 1.1.2. Müqavilə üzrə kreditin qalıq borc məbləği (əsas borc, gecikdirilmiş əsas borc, faiz borcu, gecikdirilmiş faiz borcu və cərimə) kapitallaşdırılmaqla 12.263,06 manat təşkil edir. 1.1.3. Müqavilə üzrə kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılır. 1.1.4. Müqavilə üzrə kreditin illik faiz dərəcəsi 25% təşkil edir. Müqavilə üzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 3 ay təşkil edir. 1.1.6. Müqavilə üzrə kreditin qaytarılması gecikdirildiyi halda gecikdirilmiş illik faiz dərəcəsi 72% təşkil edir. Saziş hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2019-cu il tarixli, 3-MZ3-1-0-643-19 saylı kredit müqaviləsinə 2 saylı əlavə olan ödəniş cədvəlinə əsasən Cavabdeh3 MMC tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 12.263,04 manat, faizin məbləği 2.142,01 manat, cəmi ödəniləcək məbləğ 15.171,49 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli bank, borcalan və zamin Cavabdeh4 tərəfindən imzalanmışdır. İddiaçı ASC (kreditor) ilə Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 (zaminlər) arasında xx.xx.2019-cu il tarixli, 3-MZ3-1-0-643-19 saylı zaminlik müqavilələrinə müvafiq olaraq xx.xx.2020-ci il tarixli 2 saylı əlavə sazişlər bağlanmışdır. Həmin sazişlərə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: 1.1-ci bəndinə əsasən bu saziş qüvvəyə mindiyi tarixdən müqavilənin bağlı olduğu xx.xx.2019-cu il tarixli, 3-MZ3-1-0-643-19 saylı kredit müqaviləsi üzrə: 1.1.1. Müqavilə üzrə kreditin qalıq borc məbləği (əsas borc, gecikdirilmiş əsas borc, faiz borcu, gecikdirilmiş faiz borcu və cərimə) kapitallaşdırılmaqla 12.263,06 manat təşkil edir. 1.1.2. Müqavilə üzrə kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılır. 1.1.3. Müqavilə üzrə kreditin illik faiz dərəcəsi 25% təşkil edir. 1.1.4. Müqavilə üzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 3 ay təşkil edir. 1.1.5. Müqavilə üzrə kreditin qaytarılması gecikdirildiyi halda gecikdirilmiş illik faiz dərəcəsi 72% təşkil edir. Saziş kreditorun imzası və möhürü, zaminlərin isə imzası ilə təsdiq edilmişdir. İddiaçı ASC (kreditor) ilə Cavabdeh3 MMC (borc alan) arasında xx.xx.2019-cu il tarixli, 3-MZ3-1-0-643-19 saylı kredit müqaviləsinə xx.xx.2021-ci il tarixli 1 saylı əlavə saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: 1.1-ci bəndinə əsasən bu saziş qüvvəyə mindiyi tarixdən: 1.1.1. Müqavilə üzrə kreditin qalıq borc məbləği (əsas borc, gecikdirilmiş əsas borc, faiz borcu, gecikdirilmiş faiz borcu və cərimə) kapitallaşdırılmaqla 14.317,39 manat təşkil edir. 1.1.2. Müqavilə üzrə kreditin müddəti xx.xx.2024-cü il tarixədək uzadılır. 1.1.3. Müqavilə üzrə kreditin illik faiz dərəcəsi 25% təşkil edir. Müqavilə üzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 6 ay təşkil edir. 1.1.5. Müqavilə üzrə kreditin qaytarılması gecikdirildiyi halda gecikdirilmiş illik faiz dərəcəsi 72% təşkil edir. Saziş hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2019-cu il tarixli, 3-MZ3-1-0-643-19 saylı kredit müqaviləsinə 1 saylı əlavə olan xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən Cavabdeh3 MMC tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 14.317,39 manat, faizin məbləği 6.701,82 manat, cəmi ödəniləcək məbləğ 21.019,21 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli bank, borcalan və zaminlər tərəfindən imzalanmışdır. İddiaçı ASC (kreditor) ilə Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 (zaminlər) arasında xx.xx.2019-cu il tarixli, 3-MZ3-1-0-643-19 saylı zaminlik müqavilələrinə müvafiq olaraq xx.xx.2021-ci il tarixli 1 saylı əlavə sazişlər bağlanmışdır. Həmin sazişlərə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: 1.1-ci bəndinə əsasən bu saziş qüvvəyə mindiyi tarixdən müqavilənin bağlı olduğu xx.xx.2019-cu il tarixli, 3-MZ3-1-0-643-19 saylı kredit müqaviləsi üzrə: 1.1.1. Müqavilə üzrə kreditin qalıq borc məbləği (əsas borc, gecikdirilmiş əsas borc, faiz borcu, gecikdirilmiş faiz borcu və cərimə) kapitallaşdırılmaqla 14.317,39 manat təşkil edir. 1.1.2. Müqavilə üzrə kreditin müddəti xx.xx.2024-cü il tarixədək uzadılır. 1.1.3. Müqavilə üzrə kreditin illik faiz dərəcəsi 25% təşkil edir. 1.1.4. Müqavilə üzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 6 ay təşkil edir. 1.1.5. Müqavilə üzrə kreditin qaytarılması gecikdirildiyi halda gecikdirilmiş illik faiz dərəcəsi 72% təşkil edir. Saziş kreditorun imzası və möhürü, zaminlərin isə imzası ilə təsdiq edilmişdir. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh3 MMC-nin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2019-cu il tarixli, 3-MZ3-1- 0-643-19 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə əsas borcu 11.177,17 manat, faiz borcu 883,29 manat, cərimə borcu 76,28 manat olmaqla cəmi borc 12.136,74 manat təşkil edir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə xx.xx.2022-ci il tarixli, KBD- 12686 saylı xəbərdarlıq məktubu ünvanlayaraq borclu tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2019-cu il tarixli, 3-MZ3-1-0-643-19 saylı kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilmədiyi təqdirdə xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddiaçı ASC tərəfindən verilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, xx.xx.2019cu il tarixli, 3-MZ3-1-0-643-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 MMC sonuncu dəfə xx.xx.2023-cü il olmaqla müxtəlif vaxtlarda ödənişlər etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 sentyabr 2023-cü il tarixli, 9/5859 saylı ekspert rəyinə əsasən birinci və ikinci suallar üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ‘İnternational Travel and Tourism” MMC-nin banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2019cu il tarixli, 3-MZ3-1-0-643-19 saylı kredit müqaviləsinin və Əlavə Sazişlərin şərtləri nəzərə alınmaqla Cavabdeh3 MMC-nin xx.xx.2022-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 12.514,33 manat məbləğində və xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 10.768,40 manat məbləğində müəyyən edilir. O cümlədən: xx.xx.2022-ci il tarixə: əsas borc üzrə - 11.943,14 manat, faiz borcu üzrə - 571,18 manat. xx.xx.2023-cü il tarixə: əsas borc üzrə - 10.635,46 manat, faiz borcu üzrə - 132,94 manat (21%-lə). İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 3-MZ3- 1-0-643-19 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən xx.xx.2023-cü il tarixdən (sualda göstərilən tarix) sonra müqavilə üzrə 2.041,03 manat məbləğində kredit ödənilmişdir. Hazır ki tədqiqatla xx.xx.2019-cu il tarixli, 3-MZ3-1- 0-643-19 saylı kredit müqaviləsi üzrə borc qalığının hesablanması xx.xx.2023-cü il tarixədək (sualda göstərilən tarix) aparıldığından xx.xx.2023-cü il tarixdən (sualda göstərilən tarix) sonra müqavilə üzrə ödənilən 2.041,03 manat məbləğində kredit vəsaiti hal-hazırki hesablamada nəzərə alınmadı. Ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 3-MZ3-1-0-643-19 saylı kredit müqaviləsindən və kredit müqaviləsinə əlavə olaraq bağlanmış sazişlərdən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC Cavabdeh3 MMC-yə kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə 15.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh3 MMC kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh3 MMC-nin iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır. İddiaçı ASC hazırda xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 11.177,17 manat əsas və 883,29 manat faiz borcunun tutulmasını tələb edir. Məhkəmə ilk öncə qeyd edir ki, cavabdeh eyni zamanda Cavabdeh3 MMC-nin qanuni təmsilçisi Cavabdeh1 məhkəmədə verdiyi izahatında mübahisəli kredit müqaviləsi üzrə borcun olması faktını etiraf etmişdir. MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Digər tərəfdən isə borc məbləğlərinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi ilə Cavabdeh3 MMC-xx.xx.2022-ci il tarixə (pretenziya məktubunun göndərildiyi tarixə) əsas borcunun 11.943,14 manat və faiz borcunun 571,18 manat məbləğində olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir. Eyni zamanda məhkəmə bankın xx.xx.2022-ci il tarixdə pretenziya məktubu göndərilməklə tərəflər arasında bağlanmış kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyini nəzərə alaraq hesab edir ki, bank yalnız həmin tarixədək olan müddət üçün hesablanmış faiz məbləğlərini tələb etməkdə haqlıdır. Odur ki, mübahisəli kredit müqaviləsi üzrə borc alanın banka olan borcu ekspert rəyində xx.xx.2022-ci il tarixə müəyyən edilmiş borc məbləğləri əsas götürülməklə hesablanmalıdır. Beləliklə, xx.xx.2022-ci il tarixə əsas borc 11.943,14 manat, faiz borcu 571,18 manat təşkil etmişdir. Digər tərəfdən ekspert rəyində əks olunmuş cədvəldən göründüyü kimi xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 250 manat, 17.2.2023-cü ildə 500 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat və xx.xx.2023-cü il tarixdə 41,03 manat olmaqla cəmi 4791,03 manat məbləğində ödəniş edilmişdir. Mülki Məcəllənin 432.4-cü maddəsində göstərilən ardıcıllıqla həmin ödənişlərin 571,18 manat hissəsi faiz borcundan, qalan 4219,85 manat hissəsi isə əsas borcdan çıxılmaqla müəyyən edilir ki, hazırda borc alanın banka borcu aşağıdakı kimidir. Faiz borcu - 571,18-571,18=0 Əsas borc - 11.943,14-4219,85=7723,29 Mülki Məcəllənin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Beləliklə, xx.xx.2019-cu il tarixli, 3-MZ3-1-0-643-19 saylı kredit müqaviləsi üzrə 7723,29 manat məbləğində əsas borc Cavabdeh3 MMC-dən bankın xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bununla yanaşı İddiaçı ASC xx.xx.2019-cu il tarixli, 3-MZ3-1-0-643-19 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 76,28 manat məbləğində cərimə borcu (dəbbə) pulunun tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdeh X5 ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə (dəbbə) pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli, 3- MZ3-1-0-643-19 saylı kredit müqaviləsi üzrə 76,28 manat məbləğində dəbbə pulu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, İddiaçı ASC (kredit verən) ilə Cavabdeh3 MMC (kredit alan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 3-MZ3-1-0-643- 19 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi İddiaçı ASC (kredit verən) ilə Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 (zaminlər) arasında müvafiq olaraq 31 oktyabr 2019-cu il tarixli, 3-MZ3-1-0-643-19 saylı zaminlik müqavilələri və eləcə də zaminlik müqavilələrinə əlavə olaraq sazişlər bağlanmışdır. Həmin müqavilələrə əsasən zaminlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 kredit alan Cavabdeh3 MMC-nin 31 oktyabr 2019-cu il tarixli, 3-MZ3-1-0-643-19 saylı kredit müqaviləsindən və kredit müqaviləsinə əlavə olaraq bağlanmış sazişlərdən irəli gələn öhdəliklərinə zamin durmuşlar. Mülki Məcəllənin: 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Belə olan halda məhkəmə zaminlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 31 oktyabr 2019-cu il tarixli, 3-MZ3-1-0-643-19 saylı kredit müqaviləsi və kredit müqaviləsinə əlavə olaraq bağlanmış sazişlər üzrə borc alanın bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, İddiaçı ASC kredit müqaviləsi üzrə borcun (kredit və faiz olmaqla) müştərək (birgə) qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 126,41 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia tələbi qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 150 manat məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat pul vəsaitinin 150 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 50 manat hissəsi isə İddiaçı ASC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada 31 oktyabr 2019-cu il tarixli, 3-MZ3-1-0-643-19 saylı kredit müqaviləsi üzrə 7723,29 manat məbləğində əsas borc, 76,28 manat məbləğində dəbbə pulu, ümumilikdə 7799,57 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 150 manat məbləğində pul vəsaiti pul vəsaiti tutularaq İddiaçı ASC -yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat pul vəsaitinin 150 manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada, 50 manat hissəsi isə İddiaçı ASC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar