Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3618/2025 28.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh2 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: illik 5% ilə hesablanmış faiz borcu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh2 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bəhul qızından xx.xx.2021-ci il tarixli MKOS №043/05-21 saylı kredit müqaviləsi üzrə 56317 AZN (əlli altı min üç yüz on yeddi manat ) əsas borca hesablanmış 5% məbləğində 3871.79 AZN ( üç min səkkiz yüz yetmiş bir manat yetmiş doqquz qəpik) borcun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 58.72 AZN (əlli səkkiz manat yetmiş iki qəpik) məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC- yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, TuranBank ASC-nin “Yasamal” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli MKOS № 043/05-21 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 17 % olmaqla 36 ay müddətinə 105 000 AZN (bir yüz beş min manat) məbləğində kredit verilmişdir. Kredit verildikdən sonra ödənişlər cavabdeh tərəfindən qrafikə uyğun olaraq ödənilsə də, sonradan cavabdeh müqavilənin və ödəniş qrafikinin tələblərini pozmuşdur. Tərəfimizdən cavabdehlər Cavabdeh2 və Cavabdeh1qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırılmış, bağlanmış xx.xx.2021-ci il tarixli MKOS №043/05-21 saylıkredit müqaviləsi üzrə banka olan 55 448.19 AZN (əlli beş min dörd yüz qırx səkkiz manat on doqquz qəpik) əsas, 2 610.74 AZN (iki min altı yüz on manat yetmiş dörd qəpik) faiz, 22 113.28 AZN (iyirmi iki min bir yüz on üç manat iyirmi səkkiz qəpik) cərimə borcu olmaqla, cəmi borcu 80 172.21 AZN (səksən min bir yüz yetmiş iki manat iyirmi bir qəpik) borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün tərəfimizdən ödənilən 51 AZN (əlli bir manat) məbləğində rüsumun, 420 AZN (dörd yüz iyirmi manat) məbləğində dövlət rüsumunun, həmçinin həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, Cavabdeh1məxsus (DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) ünvan 1 ünvanında yerləşən 95.44 kv.m. ümumi sahəsindən ibarət 104 nömrəli mənzilə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına TuranBank ASC-yə olan borcun ödənilməsi, xx.xx.2021-ci il tarixli MKOS № 043/05-21 saylı kredit müqaviləsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğin cavabdehlərdən (borcalan - Cavabdeh2, ipotekaqoyan – Cavabdeh1) tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Həmin iş üzrə tərəfimizdən iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edilmiş və Bakı Kommersiya Məhkəməsi xx.xx.2024-cü il tarixli, e-2-2(113)-870/2024 saylı qətnamə çıxardaraq cavabdehdən xx.xx.2021-ci il tarixli MKOS № 043/05-21 saylı kredit müqaviləsi üzrə 56317.14 manat əsas borc, 2610.74 manat faiz borcu, 2816 manat cərimə borcu, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsum, 420 manat dövlət rüsumu pul tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələbCavabdeh1məxsus (DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) ünvan 1ünvanında yerləşən 95.44 kv.m. ümumi sahəsindən ibarət 104 nömrəli mənzilə yönəldilərək, açıq hərracda satılması ilkin satış qiyməti 150000AZN (bir yüzəllimin) manat müəyyən edilməklə yönəldilməsi, göstərilən əmlak açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına ümumilikdə 62214.88 AZN (altmış iki min iki yüz on dörd manat səksən səkkiz qəpik) manat məbləğində borc tutularaq tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. İddiaya əlavə edilmiş, iş üzrə çıxarılmış qətnamədən və kredit müqaviləsindən görünür ki, cavabdehlə bağlanmış xx.xx.2021-ci il tarixli MKOS №043/05-21 saylı kredit müqaviləsi 36 aylıq müddətə bağlanmışdır. xx.xx.2023-cü il tarixdə sonuncu ödənişini etsədə, gecikmədən çıxmamış və əsas, faiz və cərimə borcu üzrə öhdəliklərini yerinə yetirməmişdir. xx.xx.2023-cü il tarixdən uzun müddət keçməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə əsas, faiz və gecikmə borcunu ödəməmişdir. Bununla da cavabdeh Bankı haqqı çatanlardan məhrum etmiş, borc aldığı pulu geri qaytarmaqdan yayınmışdır. Hazırda xx.xx.2025-ci il tarixə cavabdehin Banka əsas borcunun qalığı 56317 AZN (əlli altı min üç yüz on yeddi manat)təşkil edir. Hesab edirik ki, həmin əsas borcun ödənilməsini gecikdirdiyinə, əsassız olaraq pul vəsatini özündə saxladığına və Bank da digər əsasdan çıxış edərək daha böyük məbləğdə pul tələb edə bilmədiyinə görə əsas borcun faktiki qalığına görə illik 5% (beş faiz pul cavabdehdən tutularaq Banka ödənilməlidir. Beləliklə taqdim edilmiş sənədlərdən və xx.xx.2023.-cü il tarixdən sonrakı dövrü əhatə edən kredit borcu üzrə ödəniş cədvəlindən görünür ki, cavabdeh əsas borca görə illik 5% hesablanmaqla ödəniş etməlidir. Kredit müqaviləsi üzrə öhdəliklərini Bank qarşısında tam icra etməyən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bəhul qızı xx.xx.2025-ci il tarixə TuranBank ASC-yə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə 5 % məbləğində hesablanmış 3871.79 AZN (üç min səkkiz yüz yetmiş bir manat yetmiş doqquz qəpik) borcu qalmaqdadır.
3. Daha sonra iddiaçı iddia tələbinin azaldılması barədə ərizə verərək, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh2 xx.xx.2021-ci il tarixli MKOS №043/05-21 saylıkredit müqaviləsi üzrə 56317 AZN əsas borca hesablanmış 5% məbləğində 3871.79 AZN borcun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 58.72 AZN məbləğində dövlət rüsumunun tutularaq TuranBank ASC- yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir (Cavabdeh1 Bəhul qızı cavabdehlər sırasından çıxarılmışdır).
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümyəndəsi iddia və dəqiqləşmə ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Bakı Kommersiya Məhkəməsi xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 870/2024 saylı qətnamə çıxardaraq cavabdehdən xx.xx.2021-ci il tarixli MKOS № 043/05- 21 saylı kredit müqaviləsi üzrə 56317.14 manat əsas borc, 2610.74 manat faiz borcu, 2816 manat cərimə borcu, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsum, 420 manat dövlət rüsumu pul tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. İddiaya əlavə edilmiş, iş üzrə çıxarılmış qətnamədən və kredit müqaviləsindən görünür ki, cavabdehlə bağlanmış xx.xx.2021-ci il tarixli MKOS №043/05-21 saylı kredit müqaviləsi 36 aylıq müddətə bağlanmışdır. xx.xx.2023-cü il tarixdə sonuncu ödənişini etsə də, gecikmədən çıxmamış və əsas, faiz və cərimə borcu üzrə öhdəliklərini yerinə yetirməmişdir. xx.xx.2023-cü il tarixdən uzun müddət keçməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə əsas, faiz və gecikmə borcunu ödəməmişdir. Bununla da cavabdeh bankı haqqı çatanlardan məhrum etmiş, borc aldığı pulu geri qaytarmaqdan yayınmışdır. Hazırda xx.xx.2025-ci il tarixə cavabdehin banka əsas borcunun qalığı 56317 AZN təşkil edir. Hesab edir ki, həmin əsas borcun ödənilməsini gecikdirdiyinə, əsassız olaraq pul vəsatini özündə saxladığına və Bank da digər əsasdan çıxış edərək daha böyük məbləğdə pul tələb edə bilmədiyinə görə əsas borcun faktiki qalığına görə illik 5% pul cavabdehdən tutularaq banka ödənilməlidir.
5. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, iddia ərizəsi üzrə iddia tələbini qəbul etmir. Ali Məhkəmənin qərarı çıxdıqdan sonra borcunun olduğu təsdiqlənərsə, ödəniş edəcək. Ali Məhkəmədə icraat yekunlaşmamış, faizin ödənişi tələb olunmamalıdır. İddianın rədd olunmasını xahiş edir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021- ci il tarixli MKOS №043/05-21 nömrəli kredit müqaviləsinə əsasən bank borcalana 36 ay müddətinə qaytarmaq şərti ilə 105000 manat məbləğində kredit verir. Borcalan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və həmin kreditə görə hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürür.
8. Müqavilənin 1.4-cü bəndinə əsasən borcalan bu kreditdən istifadəyə görə illik 17 faiz olmaqla faiz ödəyir.
9. Müqavilənin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə №1) uyğun olaraq həyata keçirir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən borcalan əsas borcun qalığına bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə illik 17 faiz olmaqla cərimə faizi ödəyir.
10. Müqavilənin 2.6-cı bəndinə əsasən əsas borca görə faizlər borcun Banka tam ödənildiyi günə qədər hesablanır və ödənilir. Bu səbəbdən, borcun məcburi alınmasına dair məhkəmənin qərarı/qətnaməsi (və ya notarisun icra qeyri) icra olunub başa çatanadək hesablanan faizlər Borcalandan (eləcə də zamindən) tutulur və yaxud öhdəliyin icrasının təmin edildiyi ipoteka və ya girov predmət(lər)inə və ya onun digər daşınar və daşınmaz əmlaklarına yönəldilir.
11. İş materiallarına əlavə edilmiş Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 870/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən qət edilmişdir: Cavabdeh2 56317 (əlli altı min üç yüz on yeddi) manat 14 (on dörd) qəpik əsas, 2610 (iki min altı yüz on) manat 74 (yetmiş dörd) qəpik manat faiz, 2816 (iki min səkkiz yüz on altı) manat cərimə tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 51 (əlli bir) manat məbləğində rüsumun və 420 (dörd yüz iyirmi) manat məbləğində mediasiya xərcinin əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb üzrə tutma ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 95.44 kv.m. ümumi sahəsindən ibarət 104 nömrəli mənzilə yönəldilsin, əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına kredit üzrə borc ödənilsin, mənzilin ilkin satış qiyməti 150000 (bir yüz əlli min) manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh2, məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 50 (əlli) manat məbləğində hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada, 50 (əlli) manat məbləğində hissəsi isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin.
12. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
13. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
14. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
16. -21.1-ci maddəsiə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
17. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
18. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
20. -443.2-ci maddəsinə görə zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
21. -443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. -445.5-ci maddəsinə görə əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.
22. -445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
23. İşın hallarından müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə ödənişlər ödəniş planına uyğun aparılmadığı üçün iddiaçı məhkəməyə müraciət edərək borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 870/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Hazırda iddiaçı bildirir ki, cavabdehin kredit üzrə sonuncu ödənişi xx.xx.2023-cü il tarixində olmuşdur, əvvəlki iş üzrə qətnamə çıxandan sonra da hər-hansı ödəniş edilməmişdir, ona görə də illik 5% ilə hesablanan faiz borcunun tuulmasını xahiş edir. Cavabdeh isə iddia tələbinə etiraz edərək bildirir ki, əvvəlki qətnamədən kassasiya şikayəti verilib, hazırda iş Ali Məhkəmənin icraatındadır, Ali Məhkəmədə borc təsdiq olunarsa borcu ödəyəcək, lakin işin Ali Məhkəmənin icraatında olduğu dövrdə faizin tutulmasını əsassız hesab edir.
24. Lakin, məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş kassasiya şikayətindən görünür ki, şikayət yalnız ipoteka predmetinin giyməti ilə bağlı olmuşdur, əsas borc məbləği cavabdeh tərəfindən mübahisələndirilməmişdir.
25. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi xx.xx.2023-cü il tarixindən başlayaraq Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-870/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi, həmçinin hazırkı qətnamə çıxan tarixinə kimi belə yerinə yetirmədiyini nəzərə alaraq, 56317 manat borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanmaqla 3871,79 manat məbləğində faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbində iddiaçı haqlı olmuşdur.
26. Beləliklə, iddia təmin edilərək borcun ödənişinin gecikdirilməsinə görə 3871,79 manat faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
27. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 58,72 manat dövlət rüsumu ödənilmişdir.
28. Azərbaycan Respublikası MPM-in:
29. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
30. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.
31. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyi üçün dövlət rüsumu xərcinin əvəzi olaraq ödənilmiş 58,72 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh2 xx.xx.2021-ci il tarixli MKOS №043/05-21 saylı kredit müqaviləsi üzrə 56317 manat əsas borca illik 5% ilə hesablanan 3871,79 manat (üç min səkkiz yüz yetmiş bir manat yetmiş doqquz qəpik) faiz borcu və dövlət rüsumunun əvəzi olaraq 58,72 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova